Məhkəmə qərarları › İş №1(1-8)-239/2026

Ali Məhkəmə Qərar — İş №1(1-8)-239/2026

30.04.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(1-8)-239/2026 30.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Qılıcov Ilqar Səyyad oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov Ilkin Əbülfəz oğlu və Cəfərov Vidadi Cəfər oğlundan ibarət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X1, Müdafiəçi – müdafiəçi2, Məhkum – Məhkum iştirakları ilə, Lənkəran Cinayətlər Məhkəməsinin ## ###### 2024-cü il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının ## ### 2025-ci il tarixli qərarından məhkum Məhkum və məhkumun müdafiəçisi müdafiəçi2 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə əsasən işə Ali Məhkəmənin binasında qapalı məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Ə.A.Əliyev (sədrlik edən), O.Y.Cəlilov və X.A.Nuriyev) *(***)-***/**** saylı, ## ###### 2024-cü il tarixli hökmü ilə ## #### 1979-cu il tarixdə Salyan rayonu Qaraçala qəsəbəsində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Salyan rayonu Çadırlı kəndində yaşamış, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin ** saylı cəzaçəkmə müəssisəsində cəza çəkən Məhkum oğlu Azərbaycan Respublikası CM-in 150.3.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib 11 (on bir) il 06 (altı) ay müddətə azadlıqdan mərhumetmə cəzasına məhkum edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi, cəzanın əvvəlinin ## ##### 2023-cü il tarixdən hesablanması və haqqında seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi qərara alınmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X6 (sədrlik edən), X2 və X3 ibarət tərkibdə) *(***)-**/**** saylı, ## ### 2025-ci il tarixli qərarı ilə məhkumun müdafiəçiləri müdafiəçi1 və müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsi ilə təqsirli bilinərək məhkum olunmasına dair Lənkəran Ağır Cinayətlər Məhkəməsinin *(***)- ***/**** saylı, ## ###### 2024-cü il tarixli hökmü apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının *(***)-**/**** saylı, ## ### 2025-ci il tarixli qərarından məhkum Məhkum və onun müdafiəçisi müdafiəçi2 tərəfindən ayrıayrılıqda kassasiya şikayətləri verilmişdir. Qərardan kassasiya protesti yaxud kassasiya şikayətlərinə qarşı etiraz verilməmişdir. Iş üzrə yuxarıda qeyd edilən məhkəmə aktları çıxarılmışdır. Işin halları: Birinci instansiya məhkəməsi məhkum Məhkum şəxsən tanıdığı, qızı - ## ### 2012-ci il təvəllüdlü Nazlı Bayramovanın sinif yoldaşı olan “xxxx” publik hüquqi şəxsdə “Əqli gerilik, davranış pozğunluğu, debillik dərəcəsində” diaqnozu ilə qeydiyyatda olmaqla 14 yaşına çatmayan, ## ###### 2009-cu il təvəllüdlü azyaşlı Zərərçəkmiş şəxs zahiri görünüşü və yaşı haqqında əvvəlcədən məlumatının olması ilə əlaqədar aşkar surətdə on dörd yaşına çatmadığını və əqli inkişafdan geri qaldığını etibarlı şəkildə bilib dərk edərək, ona qarşı özündə cinsi istək formalaşdıraraq, azyaşlı olduğu üçün hər hansı müqavimət göstərmək imkanı olmamasından, valideyninin lal-kar, psixi xəstə olmaqla faktiki valideyn himayəsindən məhrum olmasından, habelə özünün fiziki cəhətdən kifayət qədər üstünlüyə malik olmasından təsiretmə üsulu kimi yararlanıb köməksiz vəziyyətindən istifadə etməklə seksual xarakterli digər zorakılıq hərəkətləri edib öz cinsi ehtirasını pozğun formada təmin etmək qərarına gələrək Zərərçəkmiş şəxs 2022-ci ilin fevral ayından həmin ilin iyul ayınadək olan müddət aralığında dəqiq məlum olmayan aylarda və günlərdə 2 dəfədən artıq olmaqla ayrıayrı müxtəlif vaxtlarda yaşına, fiziki və əqli inkişafına görə barəsində edilən hərəkətlərin mənasını və xarakterini dərk etməyən, təqsirkara müqavimət göstərmək imkanında olmayan Zərərçəkmiş şəxs qızı Nazlı Bayramova ilə görüşmək bəhanəsi ilə Salyan rayonu Çadırlı kəndində yerləşən yaşadığı fərdi yaşayış evinə dəvət etdikdən sonra zəiflik vəziyyətindən istifadə etməklə yüngül əqli gerilik və azyaşlı olması ilə əlaqədar onunla baş vermiş hərəkətlərin xarakter və mənasını, yəni sosial-psixoloji mahiyyətini anlamaq qabiliyyətinə malik olmamasından, həmin vaxt öz hərəkətlərini idarə etmək iqtidarında, eləcə də ona müqavimət göstərmək imkanında olmamasından, yəni köməksiz vəziyyətindən istifadə edərək özünün əynindəki şalvar və tursikini aşağı çəkib Zərərçəkmiş şəxs isə əynindəki şalvarını və alt paltarını soyundurub, köynəyini isə yuxarı qaldırıb döşlərindən öpmək, ereksiya vəziyyətinə gəlmiş öz cinsi orqanını zərərçəkmiş şəxsin cinsiyyət üzvünə və arxa keçid anal dəliyinə sürtməklə spermasını xaric edib cinsi ehtirasını təmin etməklə aşkar surətdə on dörd yaşına çatmayan zərərçəkmiş Zərərçəkmiş şəxs köməksiz vəziyyətindən istifadə edib onunla təkrarən seksual xarakterli digər zorakılıq hərəkətləri etmişdir. Kassasiya şikayətlərinin dəlilləri: Məhkum Məhkum kassasiya şikayətində göstərmişdir ki, onun həbsinə Salyan Rayon Prokurorluğunun və Salyan Rayon Polis Şöbəsinin əməkdaşları səbəb olmuşdur. Bu iş də həmin məmurların qazanc əldə etmək məqsədi ilə həyata keçirilmişdir. Bununla da, əqli gerilik, debillik diaqnozu ilə qeydiyyatda olan zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs istifadə edən 2 şəxs – yəni, Sevincə himayədarlıq edən qadınlar həmin məmurların sifarişlərini icra edərək, qazanc məqsədi ilə Zərərçəkmiş şəxs əxlaqsız həyat tərzi keçirməyə məcbur etmişlər. Şərh olunanlara əsasən Şirvan Apellyasiya Məhkəməsinin *(***)-**/**** saylı, ## ### 2025-ci il tarixli qərarının ləğv edilməsini və barəsində olan cinayət işinə bəraət verici əsaslarla xitam verilməsini xahiş etmişdir. Məhkumun müdafiəçisi müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayətində qeyd etmişdir ki, məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etdiyini bildirmişdir. Belə ki, iş üzrə zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs barəsində keçirilmiş kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertiza rəyləri onun iş üçün əhəmiyyətli halları tam həcmdə dərk etmək qabiliyyətinə malik olmadığını təsdiq edir. Ekspertiza rəylərində Zərərçəkmiş şəxs “yüngül əqli gerilik, davranış pozuntuları” müəyyən edildiyi, onun öz hərəkətlərinin mahiyyətini və mümkün nəticələrini tam dərk etmək iqtidarında olmadığı qeyd olunmuşdur. Belə olan halda onun ifadələrinin mötəbər və yolverilən sübut kimi qəbul edilməsi mümkün deyildir. Şikayətdə vurğulanır ki, zərərçəkmişin cinayət işi üzrə verdiyi 2 izahat, 6 ifadə, üzləşmə və ifadənin yerində yoxlanılması protokolları arasında ciddi ziddiyyətlər mövcuddur. Müxtəlif mərhələlərdə o, hadisələrin iştirakçıları, başvermə forması və şəraiti barədə fərqli məlumatlar vermiş, bəzi ifadələrində heç bir zor tətbiq edilmədiyini, münasibətlərin könüllü olduğunu bildirmişdir. Müdafiə tərəfi qeyd edir ki, Zərərçəkmiş şəxs əqli vəziyyəti nəzərə alındıqda onun hadisələri bu dərəcədə ardıcıl və detallı təsvir etməsi inandırıcı görünmür və ifadələrin onun real yaddaşının məhsulu olmadığı ehtimalını yaradır. Kassasiya şikayətində xüsusilə qeyd olunur ki, Zərərçəkmiş şəxs bəzi ifadələrində Məhkum evinin daxili quruluşunu, pilləkənləri, otaqların yerləşməsini və digər detalları dəqiq təsvir etmiş, lakin hadisələrin vaxtını və digər əsas halları xatırlamamışdır. Müdafiə tərəfi bunu ifadələrin etibarlılığına şübhə yaradan hal kimi qiymətləndirir. Apellyasiya instansiyasının qərarı ilə təkrar məhkəmə psixiatrik və psixoloji ekspertizaları təyin edilmiş və həmin rəylərdə də Zərərçəkmiş şəxs hadisələrin mühüm hallarını tam qavramaq, yadda saxlamaq və dərk etmək imkanlarının məhdud olduğu təsdiqlənmişdir. Müdafiə tərəfi hesab edir ki, həm ekspertiza rəyləri, həm də ziddiyyətli ifadələr birlikdə qiymətləndirildikdə, Zərərçəkmiş şəxs dediklərinin ittiham hökmünün əsasını təşkil etməsi yolverilməzdir. Nəticə etibarilə kassasiya şikayətində bildirilir ki, məhkəmələr zərərçəkmişin psixi vəziyyəti və ifadələr arasındakı ziddiyyətləri lazımi qaydada araşdırmamış, həmin ifadələri tənqidi qiymətləndirmədən sübut kimi qəbul etmişlər. Şərh olunanlara əsasən kassasiya şikayətinin təmin edilməsini, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının ##.##.2025-ci il tarixli *(***)-**/**** nömrəli qərarını ləğv edərək cinayət işinin icratına bəraətverici əsaslarla xitam verilməsini və məhkumun həbsdən azad edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını əlaqəli şəkildə öyrənib, kassasiya şikayətlərinin təmin olunmaması barədə dövlət ittihamçısının və kassasiya şikayətlərinin təmin olunması barədə müdafiəçinin və məhkumun çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkəmə kollegiyası kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya şikayətinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin III bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## ### 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli, məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur... Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayətprosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Əsaslandırma hökmün ictimai qəbul olunmasında, onun məhz ədalətli qərar kimi qavranılmasında mühüm rol oynayır. O, hökmün əsaslılığının ayrılmaz hissəsi olmaqla məhkəmə tərəfindən niyə məhz qərarın qəbulunun, başqa mümkün qərarların rədd olunmasının izahını verməlidir. Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” ## ######## 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi) ... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM 28.5-ci maddəsi) Cinayət Məcəlləsinin cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsinə əsasən yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Azərbaycan Respublikası CPM-in 8-ci maddəsində sadalanan cinayət mühakimə icraatının vəzifələrindən biri də cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdir. Kassasiya şikayətlərində məhkum Məhkum CM-in 150.3.3-cü maddəsi ilə təqsirlilik məsələsi mübahisələndirildiyindən məhkəmə kollegiyası həmin əmələ münasibət bildirərək qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi sübutlar və sübutetmə, eləcə də işin faktiki hallarının müəyyən edilməsi məsələlərində hər hansı bir pozuntuya yol verməmiş, məhkum Məhkum hazırki qərarda təsvir edilmiş hərəkətlərindən, eyni zamanda Azərbaycan Respublikası CM-in 150.3.3-cü maddəsinin (CM-in ##.##.2022-ci il tarixədək qüvvədə olan redaksiyası ilə) dispozisiyasından və həmin Məcəllənin Ümumi hissəsinin müddəalarından çıxış edərək, məhkumun əməlində Cinayət Məcəlləsinin qeyd edilən maddəsində nəzərdə tutulmuş cinayətin tərkibinin olması, bu maddə ilə onun təqsirli bilinməsini istisna edən halların, yəni Azərbaycan Respublikası CPM-in 42.1-ci maddəsinin təsbit etdiyi bəraətin əsaslarının olmaması haqqında əsaslı nəticəyə gəlmişdir. Apellyasiya instansiyası məhkəməsinin sözügedən məsələlər üzrə gəldiyi nəticələr işin hallarının obyektiv araşdırılmasına, birinci instansiya məhkəməsində Azərbaycan Respublikası CPM-in tələblərinə müvafiq qaydada tədqiq edilmiş sübutlara, müvafiq maddi və prosessual cinayət-hüquqi normaların düzgün təfsirinə əsaslandığından, kassasiya şikayətlərində göstərilənlər isə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticələri təkzib etmədiyindən, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin Məhkum əməlinin Azərbaycan Respublikası CM-in 150.3.3-cü maddəsi ilə (CM-in ##.##.2022-ci il tarixədək qüvvədə olan redaksiyası ilə) tövsif edilməsi və onun bu maddə ilə təqsirli bilinməsini istisna edən halların olmaması barədə qənaətini şübhə altına almaq üçün əsas görmür. Sübutlar hökmdə və apellyasiya məhkəməsinin qərarında ətraflı təsvir edilib, müdafiə tərəfinin dəlilləri ilə müqayisə edilməklə həqiqi məzmunlarına uyğun olaraq şərh edildiyindən, apellyasiya instansiyası məhkəməsi də öz nəticələrini həmin sübutların, həmçinin məhkəmə istintaqı ilə keçirilməməklə toplanmış sübutların üzərində qurduğundan, məhkəmə kollegiyası hazırki qərarda həmin sübutların yenidən təsvir və şərh edilməsini zəruri saymır. Belə ki, apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətlərinin dəlilləri ilə eynilik təşkil edən apellyasiya şikayətlərinin dəlillərini cinayət işinin materialları ilə əlaqəli surətdə araşdırıb hesab etmişdir ki, apellyasiya şikayətlərində irəli sürülmüş iddianın əksinə olaraq, Məhkum təsvir edilmiş cinayətkar hərəkəti törətməsi, on dörd yaşına çatmayan şəxsin köməksiz vəziyyətindən istifadə etməklə barəsində seksual xarakterli zorakılıq hərəkətləri etməsi Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinə uyğun şəkildə tədqiq və təhlil edilmiş, yuxarıda qeyd olunan və digər sübutların məcmusu ilə müəyyən edilmişdir. Belə ki, məhkəmə tərəfindən sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş, hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, qərar çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, sübutlar Cinayət-Prosessual Məcəlləsinin 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymətləndirilərək Məhkum Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsi ilə təqsirli və cəzalandırılmalı olması barədə nəticə çıxarılmışdır. Buna görə də, məhkəmə kollegiyası hesab edir ki, Məhkum əməli düzgün olaraq Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsi ilə tövsif edilmişdir. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, məhkum edilmiş şəxs Məhkum qeyd olunan cinayət əməlini 2022-ci ilin fevral ayından həmin ilin iyul ayınadək olan müddət aralığında törətdiyindən onun əməli birinci instansiyası məhkəməsi tərəfindən düzgün olaraq CM-in ##.##.2022-ci il tarixədək qüvvədə olan 150.3.3-cü maddəsi ilə tövsif edilmişdir. Azərbaycan Respublikası CPM-in 125.8-ci maddəsinə əsasən, «Bu Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür». Kassasiya məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, Məhkum həmin cinayət əməlini törətməsini, cinayət-prosessual qanunvericiliyin tələblərinə riayət olunmaqla əldə edilmiş sübutlarla təsdiq olunmuş, məhkum və müdafiə tərəfi onların qəbul olunmasının yolverilməzliyini iddia etsə də, bunu hər hansı bir halla əsaslandıra bilməmişdir. Məhkumun müvafiq məzmunlu iddiası hər hansı sübuta və fakta deyil, yalnız bəsit formalı subyektiv mülahizəyə əsaslanmışdır. Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsində (CM-in ##.##.2022-ci il tarixədək qüvvədə olan redaksiyası) təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində seksual xarakterli zorakılıq hərəkətləri etməyə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyası cinayət işi üzrə müəyyən edilmiş hallara və iş üzrə toplanmış sübutların müqayisəli təhlilinə əsasən qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi Məhkum ona aşkar surətdə on dörd yaşına çatmayan şəxsə zor tətbiq etməklə və ya belə zor tətbiq etmək hədəsi ilə köməksiz vəziyyətindən istifadə etməklə barəsində seksual xarakterli zorakılıq hərəkətləri etməsi, əməlində cinayət hadisəsinin və cinayət tərkibinin olması, təqsirliliyinin tam sübuta yetirilməsi, cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməməsi barədə düzgün hüquqi nəticəyə gəlmişdir. Beləliklə, kassasiya məhkəmə kollegiyası cinayət işi üzrə müəyyən edilmiş hallara və iş üzrə toplanmış sübutların, o cümlədən şahid ifadələrinin müqayisəli təhlilinə əsasən qeyd edir ki, Məhkum Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsi ilə (CM-in ##.##.2022-ci il tarixədək qüvvədə olan redaksiyası ilə) təqsirli olması cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq toplanmış, yoxlanılmış və qiymətləndirilmiş - şahidlərin ifadələri, ekspert rəyləri və mötəbərliyi şübhə doğurmayan digər sübutların məcmusu ilə təsdiq edilmişdir. Belə ki, Məhkum istinad edilən cinayət əməlini törətməsi aşağı instansiya məhkəmələri tərəfindən cinayət-prosessual qanunvericiliyin tələblərinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmiş, sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş; hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, qərar çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, sübutlar CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymətləndirilərək məhkumun cinayət əməlini törətməsi barədə işin faktiki hallarına uygun nəticəyə gəlinmiş, onun əməlini Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsi ilə düzgün tövsif etmiş, habelə işə baxılarkən cinayət və cinayət-prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuniliyini şübhə altına almağa əsaslar mövcud deyildir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir; CPM-in 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Kassasiya şikayətində mübahisələndirilən məsələlərdən biridə Insan hüquq və X4 Avropa Konvensiyasının 5, 6, 8 və 18-cı maddələrinin pozuntusu barədədir. Insan hüquq və X4 Avropa Konvensiyasının 6-cı maddəsinin tələb etdiyi ədalətli araşdırmanın məcburi tələbləri arasında cinayət təqibini həyata keçirən hakimiyyət orqanının bütün sübutlar barədə müdafiə tərəfinə məlumat vermək vəzifəsi mühüm yer tutur. Konvensiyanın 6-cı maddəsi ilə təminat verilən ədalətli məhkəmə baxışı prinsipi hüququn aliliyinə və insan hüquqlarına hörmətin həyata keçirilməsinə xidmət edir. Əks maraqların toqquşduğu məhkəmə prosesində tərəflərin prosesdə bərabərliyinin təmin edilməsi məhkəmələr tərəfindən həyata keçirilməlidir. Azərbaycan Respublikası Konstitusiyanın müddəalarına, ədalətli məhkəmə araşdırılması hüququ təsbit edilmiş “Insan Hüquqlarının və X7 haqqında” Avropa Konvensiyasının (bundan sonra mətndə Avropa Konvensiyasının və ya Konvensiyanın) 6-cı maddəsinə, cinayət və cinayət-prosessual qanunvericiliklərinin tələblərinə, bir sıra məsələlər üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə və Ali Məhkəmənin Plenumunun izahlarına və tövsiyələrinə əsaslanaraq məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərarından verilmiş kassasiya şikayətinə və kassasiya şikayətinə əlavəyə baxan kassasiya kollegiyasının üzərinə, qanunvericiliyin tələb etdiyi kimi, məhkəmələr tərəfindən sübutların toplanılması, sübutetməyə və digər məsələlərə dair qanunvericiliyin tələblərinə əməl olunub-olunmamasını, habelə törədilmiş ictimai təhlükəli əməlin bütün hallarının müəyyən edilməsinə əsasən bu əmələ maddi hüquq normasının düzgün tətbiq edilib-edilməməsini yoxlamaq vəzifəsi düşür. Beləliklə, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin məhkumun CMin 150.3.3-cü maddəsi ilə təqsirli olması barədə mövqeyini əsaslı sayaraq qeyd edir ki, göstərilən məhkəmə cinayət işi üzrə toplanmış sübutları cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə, həmçinin ittihamın həlli üçün kifayət etməsi baxımından qiymətləndirərək, “Avropa insan hüquqlarının və azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malik olmasının təsbit edildiyini nəzərə alaraq, məhkumun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün toplanmış sübutların hər birinin mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi qiymətləndirilərək, düzgün hüquqi nəticəyə gəlmiş, sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş, hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumunun "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” ## #### 2011-ci il tarixli Qərarında göstərilir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə kollegiyası hesab edir ki, cinayət işinin ibtidai istintaqı və məhkəmə baxışı mərhələlərində cinayət və cinayət-prosessual qanunvericiliyin, Məhkum oğlunun müdafiə və ədalətli məhkəmə araşdırması hüquqlarının pozulması halları müəyyən edilməmişdir. Məhkumun ona qarşı CM-in 150.3.3-cü maddəsi ilə irəli sürülmüş ittiham üzrə bəraət verilməsi üçün cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulmuş qanuni əsaslar mövcud deyil, kassasiya şikayətlərinin bu barədə dəlilləri hər hansı hüquqi əsasa toxunmayan dəlillər olmaqla, cinayət işi üzrə qanuni surətdə toplanaraq yoxlanılmış və qiymətləndirilmiş mötəbər sübutların məcmusu ilə tam təkzib olunur. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi üçün CPM-in 416-cı maddəsində nəzərdə tutulan əsaslar hazırki iş üzrə mövcud deyildir. Göstərilənlərə əsasən, kassasiya şikayətlərinin dəlillərini, cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının ## ### 2025-ci il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətlərində irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan təmin olunmamalı, qərarın dəyişdirilmədən saxlanılması məqsədəmüvafiq hesab edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Məhkum Məhkum və onun müdafiəçisi müdafiəçi2 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsi ilə (CM-in ##.##.2022-ci il tarixədək qüvvədə olan redaksiyası ilə) təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının ## ### 2025-ci il tarixli qərarı kassasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar