Məhkəmə qərarları › İş №1(1-8)-24/2026

Ali Məhkəmə Qərar — İş №1(1-8)-24/2026

29.04.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(1-8)-24/2026 29.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Cəfərov Ilqar Xanlar oğlu (sədrlik edən və məruzəçi), Mövsümov Nazim Rasim oğlu və Muxtarov Teyyub Asif oğlundan ibarət tərkibdə, Babayeva Lalə Tahir qızının katibliyi ilə, Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunması haqqında Xüsusi ittihamçı xüsusi ittiham qaydasında verdiyi şikayətin icraata qəbul olunmasından imtina edilməsinə dair Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-789/2025 nömrəli 12 noyabr 2025-ci il tarixli qərarından xüsusi ittiham qaydasında şikayət vermiş şəxs Xüsusi ittihamçı nümayəndəsi Hənifəli Elman Tahir oğlu tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs Xüsusi ittihamçı şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə təqsirli bilinərək, barəsində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi barədə hökm çıxarılmasını xahiş etmişdir. Xüsusi ittihamçı şikayət ərizəsini onunla əsaslandırılmışdır ki, o, 18.10.1972-ci ildə Salyan şəhərində anadan olmuş, Salyan rayonunda müxtəlif vəzifələrdə işləmiş, hazırdan həyətyanı sahəsində yerləşən sahibkarlıq obyektində fərdi əməklə məşğul olur. Salyan şəhəri, Y.Zərgərli küçəsi, 79 nömrəli evdə qeydiyyatda olmaqla yaşayan, 09.06.1982-ci ildə Salyan şəhərində anadan olmuş DOST X3 MMC-nin işçisi kimi Salyan MITTIB MMC-də təhkimçi kimi çalışan Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs onun barəsində böhtan və təhqir xarakterli məlumat yaymaqla şərəf və ləyaqətini alçaldan məlumatlar yaymış və işgüzar nüfuzunu zədələmişdir. Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs tərəfindən qardaşı X4 05.09.2025-ci il tarixdə intihar nəticəsində öldükdən sonra Rəşid Rəhimov 047 (@rhimov.047) İ tiktok url ilə TikTok internet portalında 27.02.1986-cı ildə Neftçala şəhərində anadan olmuş, tiktoker kimi özünü qələmə verən və böhtan xarakterli məlumatları yayan X1 onun barəsində Rəşid Rəhimov 047 (@rhimov.047) İ tiktok url ilə “bu faiz verənlər çox canlar alacaq, o həyasız Xuramanın həbs edilməsini tələb edirik” başlıqlı videoda “Salyan şəhər sakini Xuraman həyadan abırdan əxlaqsız”, “Salyan sakini qardaşımın ölümünə səbəb olan faiz verənlər Xuraman və Mehriban əxlaqsızları polislər çağırır pul alıb buraxır buda nəticə” başılıqlı video çəkərək internetdə onun şərəf, ləyaqət və işgüzar nüfuzunu ləkələyən məlumatlar yerləşdirilmişdir. Həmin videoda, çıxışda və danışıqlarda Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs tərəfindən danışılanlar böhtan xarakterli məlumatlardır. Bunun nəticəsi olaraq həmin tik tok sosial şəbəkəsində Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs göndərdiyi çoxsaylı videolar və canlı yayıma qoşulmalara istinadən məlumatlar yayılmağa başlamışdır. Çoxlu sayda şəxslər videoya baxmışdır və şərhlər vermişdir. Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs yaydığı məlumatların heç biri doğru deyildir və şər, böhtan xarakterlidir. Həmin məlumatların yayılması birbaşa CM-in 147.1 və 148-ci maddələrinin tərkibini yaradır. “Iqtisadi, sosial və mədəni hüquqlar haqqında beynəlxalq pakt”a görə, insanın şərəf və ləyaqəti onun iqtisadi, sosial və mədəni hüquqlarının mənəvi əsasını təşkil edir. Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsinə görə şəxsiyyətin şərəf və ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətini alçaldılmasına əsas verə bilməz. Hər kəsin öz şərəf və ləyaqətini qorumaq hüququ vardır. Azərbaycan Respublikasının vətəndaşları konstitusiya ilə onlara verilmiş fikir, söz, mətbuat, məlumat və yaradıcılıq azadlıqlarını həyata keçirdikdə, bir qayda olaraq, qanunlara riayət edir, başqalarının hüquqlarına hörmətlə yanaşmalıdırlar. Qeyd olunan halda Youtube kanalında qanunlara riayət olunmadan, söz və mətbuat azadlığını həyata keçirmək bəhanəsi ilə heç bir hörmət olmadan barəsində şəxsi həyatını icra etdiyi işinə qatmaqla yalan, böhtan xarakterli məlumatlar yerləşdirilir. Bu məlumatların heç biri həqiqiliyi əks etdirmir və birbaşa olaraq işgüzar nüfuzun aşağı salınmasına, şərəf və ləyaqətin toxunulmasına istiqamətlənmişdir. Qeyd etmək lazımdır ki, Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs ona verilmiş bu hüquq və azadlıqlardan istifadə etdikdə onun şərəf və ləyaqətinə toxunan, onları ləkələyən hərəkətlərə və işgüzar nüfuzun aşağı salınmasına yol verirlər. Məlumatlarda onun şərəf və ləyaqətini ləkələməsi açıq-aşkar görünür, çünki burada dəqiq məlumat yoxdur, həmin məlumatların heç biri doğru deyil, bu məlumatlar yayılmaqla onun hüquqları pozulmuşdur. Həmin məlumatlar əxlaqi prinsiplər, istehsal-təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında onun barəsində mənfi rəy yaradaraq şərəf və ləyaqəti ləkələyən məlumatlardır. Həmin məlumatlar doğru, həqiqətə uyğun olmaması, yəni yalan olması anlaşılır. Məlumat mətbuatda dərc edilməklə yayılmışdır. Bu qeyd olunan videoların, yayımların, şərhlərin hamısı Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs tərəfindən rid.rhimov.047 rəşid rəhimov 047 tiktok istifadəçisinə göndərilməklə, şəxsən özünün danışdığı video çəkilişlə və tiktokda açılan canlı yayıma qoşulmaqla internet informasiya ehtiyatlarında kütləyi nümayiş etdirilmişdir. Təqdim edilən videodakı danışıqlar, çıxışlar və yazılar birbaşa olaraq Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs tərəfindən bilərəkdən yayılmış və həmin əməllərin onun tərəfindən törədildiyini birbaşa sübut edir. Bu dediklərinin yalan olduğunu bilə-bilə onun şərəf və ləyaqətini ləkələyən, onu nüfuzdan salan məlumatları kütləvi informasiya vasitəsində, yəni kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında youtube internet kanalında yayması birbaşa CM-in 147.1-ci və 148-ci maddələrinin təsiri altına düşür. Salyan Rayon Məhkəməsinin 1(057)-90/2025 nömrəli 22 sentyabr 2025-ci il tarixli qərarına əsasən (hakim A.Y.Vəliyev) Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs Azərbaycan Respublikası CM-in 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilmələri barədə Xüsusi ittihamçınun xüsusi ittiham qaydasında şikayəti üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilməsi qərara alınmışdır. Həmin qərardan xüsusi ittihamçının nümayəndəsi Hənifəli Elman Tahir oğlu tərəfindən apellyasiya şikayəti verilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)- 789/2025 nömrəli 12 noyabr 2025-ci il tarixli qərarı ilə xüsusi ittihamçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Salyan Rayon Məhkəməsinin 1(057)-90/2025 nömrəli 22 sentyabr 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanmışdır. Kassasiya şikayətinin dəlilləri: Xüsusi ittiham qaydasında şikayət vermiş şəxsin nümayəndəsi Hənifəli Elman Tahir oğlu tərəfindən verilmiş kassasiya şikayətində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 12 noyabr 2025-ci il tarixli qərarının ləğv edilməsi və şikayətin icraata qəbul edilməsinə dair qərar qəbul edilməsi xahiş olunur. Şikayət müəllifi qeyd edir ki, məhkəmə qərarında cinayət haqqında məlumatlarda cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsinin, onun harada, nə vaxt və necə törədilməsinin, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğunun, o cümlədən maddi ziyanın məbləğinin tam qeyd olunmadığı göstərilmişdir. Əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri və konkret olaraq hansı şəxslərin (soyadı, adı, atasının adı və yaşayış yeri göstərilməklə) ifadələri, hansı sənədlər və digər sübutlarla təsdiq edildiyi də qeyd olunmamışdır. Belə hesab edilir ki, 7 səhifəlik şikayətdə cinayətin törədilməsi ilə bağlı heç bir hal sadalanmayıb və sübut təqdim edilməyib. Hətta Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs məhkəmə iclasında özü etiraf edir ki, “canlı yayına mən qoşulmuşam və danışan mənəm”. Eyni zamanda, çəkilmiş videodakı şəxs də “mən özüməm”. Bundan artıq hansı sübutetmədən söhbət gedir - bu, çox maraqlıdır. Məhkəmə iclasında iştirak edən Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs özünün etiraf etməsinə və səsləndirilmiş səsin ona məxsus olduğunu bildirməsinə baxmayaraq, məhkəmə hesab etmişdir ki, bunu ittiham irəli sürən şəxs yaymamışdır. Bu halda belə çıxır ki, özünü Koreya Respublikasının Seul şəhərində yaşayan, Koreya Respublikasının vətəndaşı olduğunu bildirən Rəşid Rəhimov adlı şəxs bütün bu məlumatları guya “havadan alaraq” yaymışdır. Bu fikir tamamilə absurddur. Hətta hüzr zamanı evi çəkiliş edərək göstərən Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs birbaşa məlumatları və videoları ötürməsi qaçılmazdır. Onun şəxsən “TikTok” sosial şəbəkəsində canlı yayına qoşulması isə yayım kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası hesab etmişdir ki, xüsusi ittihamçı Xüsusi ittihamçı xüsusi ittiham qaydasında şikayəti üzrə Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs əməllərində cinayət tərkibinin əlamətləri olmadığından və şikayət əsassız olduğundan, xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Məhkəmə bu qənaətə gələrkən təqdim edilmiş videoda, canlı yayım zamanı səsyazmasında və aşağıda qeyd olunan şərhlərdə deyilən cümlələrdə böhtan və təhqir ifadələrinin olmadığı qənaətinə gəlmişdir. Halbuki, Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs videoda israrla söylədiklərini bir-bir sübut etməyə hazır olduğunu demiş, “Mən əl çalıb sizi alqışlamalı deyildim ki, yaxşı eləmişəm, sizə görə qardaşım özünü öldürüb” fikrini bildirmiş, “TikTok”da canlı yayıma qoşulduğunu da etiraf etmişdir. Bütün bu halların onun tərəfindən etiraf edilməsinə baxmayaraq, məhkəmənin “buna ehtiyac yoxdur” deməsi və həmin hərəkətlərin davam etməsinə şərait yaratması tamamilə əsassızdır. Hazırda da bu məlumatların yayılması davam edir və Salyan Rayon Məhkəməsində gedən proseslə bağlı Rəşid Rəhimov tərəfindən eyni məzmunlu fikirlərin yayımlanması müşahidə olunur. X2 məlumatı Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs ötürmürsə, o halda sual yaranır: Məhkəmə iclas zalında səslənən fikirləri, irəli sürülən iddiaları və qəbul edilən qərarı Koreya Respublikasının vətəndaşı olan bu şəxs necə əldə edir?. Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs hazırkı vəziyyətdə də böhtan və təhqir xarakterli hərəkətlərini davam etdirir. Nə qədər ki, bu ədalətsiz qərar qüvvədə qalacaq, həmin hallar da davamlı olacaq və şəxs öz cinayətkar ittihamlarını böhtan atmaqla sürdürəcəkdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası xüsusi ittiham qaydasında şikayət üzrə icraatın materiallarını araşdırıb, kassasiya şikayətinin dəlillərini müzakirə edərək, hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Verilmiş şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərarının qanunsuz və əsassız olduğundan ləğv edilməsi və şikayətin icraata qəbul edilməsinə dair qərar qəbul edilməsi xahiş olunur. Məhkəmə kollegiyası qeyd edir ki, xüsusi ittiham qaydasında şikayətdən göründüyü kimi, qanunvericiliyin tələblərinə əsasən xüsusi ittiham qaydasında şikayətdə cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi və qeyd olunan halların nə ilə təsdiq edildiyi göstərilməlidir. Bundan əlavə məhkəmə kollegiyası qeyd edir ki, xüsusi ittiham qaydasında şikayət ərizəsində əməlin harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği göstərməmişdir. Iş materiallarında göründüyü kimi, xüsusi ittihamçı Xüsusi ittihamçı tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayətində törədilmiş cinayət haqqında məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği) tam qeyd olunmamış, əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi qeyd olunmamışdır. Şikayətə əlavə edilmiş sənədlər və diskdəki məlumatlar barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs aid olmamaqla, başqa şəxslər barəsindədir. Həmin sənədlər və disklə Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs şikayətçini təhqir etməsi və ona böhtan atması təsdiqini tapmır. Belə ki, Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs əks olunduğu videoda və tiktok sosial şəbəkəsində qoşulduğu canlı yayımda Xüsusi ittihamçı ünvanına nalayiq söz deməsi aşkar olunmamışdır. Şikayətə əlavə edilmiş videolarda fikirləri səsləndirənlər başqa şəxslərdir. Azərbaycan Respublikası CPM-in 302.1-ci maddəsi məhkəmənin hazırlıq iclasının nəticələrinə görə digər hallarla yanaşı aşağıdakı hallar olduqda da xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməsindən imtina edilməsini tələb edir: - şikayət xüsusi ittiham qaydasında cinayət təqibinə hüququ olmayan şəxs tərəfindən verildikdə (CPM, maddə 302.1.2); - şikayətin məzmunu Azərbaycan Respublikası CPM-in 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda (302.1.3); - cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdikdə (302.1.4); - cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda (302.1.6); - şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə (302.1.7); - şikayəti vermiş şəxs şikayətindən imtina etdikdə və təqsirləndirilən şəxslə barışdıqda və ya məhkəmənin hazırlıq iclasına üzrlü səbəb olmadan təkrarən gəlmədikdə (302.1.8). Cinayət-Prosessual Məcəlləsinin 302.2.3-cü maddəsinə görə bu Məcəllənin 302.1.2- 302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli 3 nömrəli qərarında qeyd olunmuşdur ki, cinayət qanunvericiliyində xüsusi ittiham qaydasında cinayət təqibinə səbəb olan əməllərin törədilməsinə görə cinayət məsuliyyətinin nəzərdə tutulması hər kəsin mənəvi dəyəri olan şərəf və ləyaqətini, nüfuzunu qeyri-qanuni qəsdlərdən qorumaq məqsədi daşıyır. Hər kəsin şərəfi dedikdə, onun cəmiyyətin üzvü kimi əxlaqi, mənəvi keyfiyyətlərinə, digər insanlara, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən qiymət, ləyaqəti dedikdə şəxsin öz mənəvi və əqli keyfıyyətlərini, cəmiyyətdəki mövqeyini və nüfuzunu dərk etməsi və özünün özünə verdiyi qiymət, nüfuzu dedikdə isə şəxsin cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə görə tutduğu mövqe başa düşülür. Həmin qərarın 11-ci bəndində qeyd olunur ki, xüsusi ittiham qaydasında icraatın başlanmasına səbəb yalnız zərər çəkmiş şəxs tərəfındən xüsusi ittiham qaydasında verilmiş şikayət ola bilər. Xüsusi ittiham qaydasında şikayət yazılı şəkildə cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsinə verilir. Məhkəmələrə tövsiyə edilsin ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-in 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olubolmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-in 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə, məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. Apellyasiya instansiyası məhkəməsi düzgün olaraq hesab etmişdir ki, xüsusi ittiham qaydasında verilmiş şikayət ərizəsi icraata qəbul edilməməlidir. Beləliklə, məhkəmə kollegiyası yuxarıda şərh edilən əsaslara görə hesab edir ki, barəsində xüsusi ittiham qaydasında şikayət vermiş şəxs Xüsusi ittihamçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməməli, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(106)-789/2025 nömrəli 12 noyabr 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs Azərbaycan Respublikası CMin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunması haqqında Xüsusi ittihamçı xüsusi ittiham qaydasında verdiyi şikayətin icraata qəbul olunmasından imtina edilməsinə dair Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-789/2025 nömrəli 12 noyabr 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar