Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(1-8)-240/2026 23.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov Ilkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Qılıcov Ilqar Səyyad oğlu və Novruzov Ələsgər Əli Iskəndər oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əlisoy Nuray Kəramət qızının, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əhmədov Səfər Əhməd oğlunun, məhkum Məhkum iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(105)-820/2025 nömrəli, 22 yanvar 2026-cı il tarixli qərarından məhkum Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. Işin halları
1. Məhkum Məhkum ## #### 1987-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, işləməyən, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 2 ünvanında qeydiyyatda olmaqla yaşamışdır.
2. 27 may 2024-cü il tarixli ittiham aktına görə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - “Azərbaycan Respublikası CM”) 178.2.2 və 178.2.4cü maddələri ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir.
3. 25 iyun 2024-cü il tarixdə Abşeron Rayon Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Məhkum cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və cinayət işi məhkəmə baxışına təyin olunmuşdur.
4. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum, Fövqəladə Hallar Nazirliyinin X8 Xidmətinin Neftayırma müəssisələri üzrə Yanğından mühafizə dəstəsinin ** nömrəli Yanğından mühafizə hissəsinin sürücüsü vəzifəsində R rütbəsində xidmətdə olarkən, vətəndaş zərərçəkmiş şəxs15 2021-ci ilin sentyabr ayının ortalarında özü ilə arvadı şahid21 Fövqəladə Hallar Nazirliyində işə düzəlmək istəmələrini deməsindən sonra hər hansı şəxsi işə düzəltmək səlahiyyətləri və ya real imkanları olmadığı halda, yaranmış əlverişli vəziyyətdən istifadə edib özgə əmlakını ələ keçirərək qanunsuz qazanc əldə etmək qərarına gəlib 30.000 (otuz min) manat pul müqabilində zərərçəkmiş şəxs15 X8 Xidmətinə sürücü, arvadı şahid21 isə kargüzar vəzifələrinə işə düzəldə biləcəyinə inandırıb, 2021-ci ilin sentyabr ayının ortalarında Bakı şəhəri Nəsimi rayonu ərazisində “Kontakt Home” mağazasının qarşısında təklikdə ilkin olaraq ondan 10.000 (on min) manat, daha sonra həmin ayın sonlarında eyni yerdə qalan 20.000 (iyirmi min) manat, ümumilikdə isə vahid niyyətlə zərərçəkmiş şəxs15 30.000 (otuz min) manat məbləğində pul alsa da, sonrakı müddət ərzində verdiyi vəd üzrə onun xeyrinə heç bir iş görməyərək aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirib dələduzluq etmişdir. Bundan başqa, o, həmin vəzifədə və rütbədə xidmət edərkən, 2021-ci ilin sentyabr ayının əvvəllərində Bakı şəhəri, Biləcəri qəsəbəsində Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin qarşısında zərərçəkmiş şəxs4 ona övladı şahid30 həmin nazirliyə işə düzəlməsini istəməsini deməsindən sonra hər hansı şəxsi işə düzəltmək səlahiyyətləri və ya real imkanları olmadığı halda yaranmış əlverişli vəziyyətdən istifadə edib təkrarən özgə əmlakını ələ keçirərək qanunsuz qazanc əldə etmək qərarına gəlib sonuncunu 14.000 (on dörd min) manat pul müqabilində Fövqəladə Hallar Nazirliyinin X8 Xidmətinin Xaçmaz rayon X8 hissəsinə işə düzəldə biləcəyini vəd edib inandırmış və bu məqsədlə növbəti gün zərərçəkmiş şəxs4 Abşeron rayonu, Xırdalan şəhərində yerləşən “Qafqaz” Universitetinin qarşısında ondan ilkin olaraq 5.000 (beş min) manat pulu nağd şəkildə, 02 yanvar 2022-ci il tarixdə isə şahid30 anası zərərçəkmiş şəxs2 tərəfindən Şabran şəhərində “Sizin Market” adlı marketdəki “eManat” ödəmə terminalı vasitəsilə özünə məxsus «xxxx»-ın **************** nömrəli bank kartına 2.000 (iki min) manat məbləğində pul köçürülməklə vahid niyyətlə zərərçəkmiş şəxs4 və onun arvadı zərərçəkmiş şəxs2 7.000 (yeddi min) manat məbləğində pul alsa da, sonrakı müddət ərzində verdiyi vəd üzrə onun xeyrinə heç bir iş görməyərək aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirib təkrarən dələduzluq etmişdir. Bundan əlavə, o, Fövqəladə Hallar Nazirliyinin X8 Xidmətinin Neftayırma müəssisələri üzrə Yanğından mühafizə dəstəsinin ** nömrəli Yanğından mühafizə hissəsinin sürücüsü vəzifəsində R rütbəsində xidmətdə olarkən, “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin “”fövqəladə hallar orqanlarının əməkdaşlarının seçkili və ya digər təyinatlı vəzifələr tutmasına, elmi, pedaqoji və yaradıcılıq fəaliyyətindən başqa sahibkarlıq, kommersiya və digər ödənişli və ya siyasi fəaliyyətlə məşğul olmasına və siyasi partiyalara üzv olmasına yol verilmir” tələbinə riayət etməyib, əsas fəaliyyət sahəsi ixtisaslaşdırılmış tikinti işləri olmaqla “X3” Məhdud Məsuliyyətli Cəmiyyəti təsis edərək həmin müəssisənin Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində 30 noyabr 2021-ci il tarixdə ünvan 1 hüquqi ünvanı və 10 manat məbləğində nizamnamə kapitalı ilə qeydiyyata alınmasına, sonradan da özünün qanuni təmsilçi olmasına nail olmuş və 20 dekabr 2021-ci il tarixdən isə qardaşı şahid19 Cəmiyyətin direktoru vəzifəsinə təyin etdikdən sonra müxtəlif internet resurslarında (“Tap.az”, “Tiktok” və digər saytlarda) “X3” MMC tərəfindən Abşeron rayonu, Mehdiabad qəsəbəsində evlərin satılması barədə elan verməsindən sonra Gürcüstan Respublikasının vətəndaşı zərərçəkmiş şəxs9 ev almaq istəməsini təkrarən qanunsuz qazanc əldə etmək üçün fürsət bilib, bu məqsədilə 2022-ci ilin fevral ayının əvvəllərində ““X3” MMC-nin ofisində ona 35.000 (otuz beş min) manat pul müqabilində həmin qəsəbənin Sovxoz 2 alanan ərazisində 0.025 ha torpaq sahəsində 100 kv.m. ölçülü, dördotaqlı fərdi yaşayış evi tikib təmirli şəkildə təhvil verəcəyini vəd edib ona evi rəsmi müqavilə ilə satacağını, torpaq sahəsinin, evin onun adına rəsmiləşdiriləcəyini, həmçinin ilkin ödəniş olaraq 30.000 (otuz min) manat, qalan 5.000 (beş min) manat pulu isə ev hazır olduqdan sonra aylıq olaraq verməli olmasını, habelə həmin ərazidə başqa şəxsə məxsus torpaq sahəsini ona göstərib evin qeyd olunan torpaq sahəsində tikiləcəyini deməklə və sonuncunun inamını qazanmaq məqsədilə “X3” MMC-nin icraçı olaraq onunla 35.000 (otuz beş min) manat pul müqabilində 0.025 ha torpaq sahəsində 100 kv.m. ölçülü, dördotaqlı, birmərtəbəli ev tikməsi və ilkin ödəniş olaraq 30.000 (otuz min) manat pul almasını təsdiq edən 07 fevral 2022-ci il tarixli “Təmir xidmətlərinin göstərilməsi” haqqında müqavilə bağlamaqla həmin tarixdə saat 19 radələrində qeyd olunan ofisində ondan 30.000 (otuz min) manat məbləğində pul alaraq onu aldadıb sonrakı müddət ərzində verdiyi vəd üzrə onun xeyrinə heç bir iş görməyərək aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirib təkrarən dələduzluq etmişdir. Həmçinin o, müxtəlif internet resurslarında (“Tap.az”, “Tiktok” və digər saytlarda) “X3” MMC tərəfindən Abşeron rayonu ərazisində evlərin satılması barədə elan verməsindən sonra 2022-ci ilin yanvar ayının sonlarında onunla əlaqə yaratmış vətəndaş zərərçəkmiş şəxs7 ilə həmin ilin fevral ayının 05-də Abşeron rayonu, Mehdiabad qəsəbəsi Sovxoz 2 adlanan ərazisində görüşdüyü zaman qanunsuz qazanc əldə etmək məqsədilə ona 34.000 (otuz dörd min) manat pul müqabilində həmin ünvanda yerləşən 0.025 ha torpaq sahəsində 80 kv.m. ölçülü, üçotaqlı fərdi yaşayış evi tikib təmirli şəkildə təhvil verəcəyini vəd etməklə və fərdi yaşayış evini rəsmi müqavilə ilə satacağını, torpaq sahəsinin, evin onun adına rəsmiləşdiriləcəyini vəd etməklə, habelə həmin gün saat 19 radələrində Mehdiabad qəsəbəsində ““X3” MMC-nin ofisində onunla 34.000 (otuz dörd min) manat pul müqabilində 0.025 ha torpaq sahəsində 80 kv.m. ölçülü, üçotaqlı, bir mərtəbəli ev tikməsini öhdəsinə götürüb ilkin ödəniş kimi 17.000 (on yeddi min) manat məbləğində pul almasını təsdiq edən 06 fevral 2022-ci il tarixli “Təmir xidmətlərinin göstərilməsi” haqqında müqavilə bağlamaqla aldadıb Bakı şəhəri, Nizami rayonu, “Neftçilər” metrostansiyasının yaxınlığında vətəndaş zərərçəkmiş şəxs7 yanında onun oğlu şahid29 Tahib oğlundan 17.000 (on yeddi min) manat (10.000 ABŞ dolları ekvivalentində), 2022-ci ilin mart ayının əvvəllərində isə sonuncudan öz ofisində evin tikilməsi ilə bağlı material xərcləri üçün əlavə olaraq 2.000 (iki min) manat, cəmi isə vahid niyyətlə zərərçəkmiş şəxs7 19.000 (on doqquz min) manat məbləğində pul alıb onu inandırmaq məqsədilə Abşeron rayonu, Mehdiabad qəsəbəsi Sovxoz 2 ərazidə evin tikintisinə başlasa da, həmin evi ona təhvil verməyərək şahid20 olan borcu əvəzinə sonuncuya verməklə sonrakı müddət ərzində verdiyi vəd üzrə onun xeyrinə heç bir iş görməyərək aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirib təkrarən dələduzluq etmişdir. Habelə, Məhkum həmin vəzifədə və rütbədə xidmətdə olarkən, vətəndaş zərərçəkmiş şəxs21 2022-ci ilin mart ayının əvvəllərində “X3” MMC-nin ofisində oğlu şahid10 Fövqəladə Hallar Nazirliyinə işə düzəltmək istəməsini deməsini təkrarən qanunsuz qazanc əldə etmək üçün fürsət bilib hər hansı şəxsi işə düzəltmək səlahiyyətləri və ya real imkanları olmadığı halda özünü Fövqəladə Hallar Nazirliyinin kadrlar şöbəsində işləyən vəzifəli şəxs kimi təqdim edib ona 7.000 (yeddi min) manat pul müqabilində oğlunu Fövqəladə Hallar Nazirliyinin X8 Xidmətinin Şamaxı rayon X8 hissəsinə işə düzəlməsini təmin edə biləcəyini vəd edib inandırmaqla 2022-ci ilin mart ayının əvvəllərində Abşeron rayonu, Xırdalan şəhəri, şahid31 prospektində “Göyçə” adlı marketin yaxınlığında zərərçəkmiş şəxs21 7.000 (yeddi min) manat məbləğində pul alaraq sonrakı müddət ərzində verdiyi vəd üzrə onun xeyrinə heç bir iş görməyərək aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirib təkrarən dələduzluq etmişdir. Daha sonra, o, həmin vəzifədə və rütbədə xidmətdə olarkən, 2021-ci ilin avqust ayının əvvəllərində vətəndaş zərərçəkmiş şəxs10 övladı şahid16 Fövqəladə Hallar Nazirliyinin X8 Xidmətinin Şabran rayon X8 hissəsinə işə bərpa olunmaq istəməsini deməsini təkrarən qanunsuz qazanc əldə etmək üçün fürsət bilib hər hansı şəxsi işə düzəltmək səlahiyyətləri və ya real imkanları olmadığı halda onu 6.000 (altı min) manat pul müqabilində bir ay müddətində oğlunun işə bərpa olunması məsələsini təmin edə biləcəyinə inandırıb 2021-ci ilin avqust ayının əvvəllərində Şabran şəhərində “Qayalı” marketdəki “MilliÖn” ödəmə terminalı vasitəsilə bank kartına 6.000 (altı min) manat pul köçürülməsinə nail olsa da, bir neçə aydan sonra iş həll olunmadığı üçün pulunu geri tələb edən zərərçəkmiş şəxs10 gözündə etibarlı şəxs görüntüsü yaratmaq üçün 2021-ci ilin dekabr ayının sonlarında Şabran rayonunda onunla görüşüb işin alınmadığını deməklə 6.000 (altı min) manat məbləğində pulu geri qaytarmış, lakin cinayətkar məqsədinə nail olmaq üçün 2022-ci ilin mart ayının ortalarında zərərçəkmiş şəxs10 özü zəng edərək oğlu şahid16 6.000 (altı min) manat pul müqabilində Fövqəladə Hallar Nazirliyinin X8 Xidmətinin Sumqayıt şəhər X8 idarəsinə yanğınsöndürən vəzifəsinə işə düzəlməsini təmin edə biləcəyini deyib bir daha inandırmaqla onunla 2022-ci ilin mart ayının ortalarında Bakı şəhəri, Binəqədi rayonu ərazisində Bakı Beynəlxalq Avtovğzal Kompleksinin yaxınlığında görüşüb ondan həmin məbləğdə pulu almış, 2022-ci ilin may ayının sonlarında isə yenə əlavə qazanc əldə etmək üçün zərərçəkmiş şəxs10 işin həll olunma mərhələsində olduğunu, işə düzəlmə əmrinə möhür vurulmasına görə əlavə 1.000 (bir min) manat pul istəsə də, sonuncu ilə 800 (səkkiz yüz) manata razılaşıb 2022-ci ilin may ayının sonlarında Şabran şəhərində “Qayalı” marketdəki “MilliÖn” ödəmə terminalı vasitəsilə «xxxx» ASC-yə məxsus **************** nömrəli bank karına 800 (səkkiz yüz) manat məbləğində pul köçürülməsinə nail olmaqla, vahid niyyətlə zərərçəkmiş şəxs10 6.800 (altı min səkkiz yüz) manat məbləğində pul alsa da, sonrakı müddət ərzində verdiyi vəd üzrə onun xeyrinə heç bir iş görməyərək aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirib təkrarən dələduzluq etmişdir. Bundan əlavə, o, vətəndaşların gözündə özünü etibarlı şəxs kimi göstərməyə çalışaraq “Tiktok” sosial şəbəkəsində Abşeron rayonu, Mehdiabad qəsəbəsində ev tikib satmaqla məşğul olması, “Vətən Müharibəsi” iştirakçısına ev hədiyyə etməsi barədə videolar yaydıqdan sonra vətəndaş zərərçəkmiş şəxs18 onun səmimiyyətinə inanıb özünə ev almaq məqsədilə ona müraciət etməsini təkrarən qanunsuz qazanc əldə etmək üçün fürsət bilib, bu məqsədilə ona ilkin ödəniş olaraq 12.000 (on iki min) manat, qalan 23.000 (iyirmi üç min) manat məbləğində pulu isə hər ay 300 manat olmaqla ödəməsinin mümkünlüyünü deməklə, ümumilikdə 35.000 (otuz beş min) manat pul müqabilində Mehdiabad qəsəbəsində ev tikib verə biləcəyinə inandırıb Mehdiabad qəsəbəsi Sovxoz- 2 adlanan ərazidə zərərçəkmiş şəxs18 35.000 (otuz beş min) manat pul müqabilində həmin ünvanda 0.03 ha torpaq sahəsində üçotaqlı ev tikib təmirli şəkildə təhvil verəcəyini vəd etmiş, eləcə də onu inandırmaq niyyəti ilə evi rəsmi müqavilə ilə satacağını, torpaq sahəsinin və evin onun adına rəsmiləşdiriləcəyini deyib aldatmaqla, 14 dekabr 2021-ci il tarixdə saat 18 radələrində “X3” MMC-nin ofisində ondan ilkin ödəniş olaraq 12.000 (on iki min) manat məbləğində pul alıb onu inandırmaq məqsədilə MMC-nin icraçı olaraq onunla ilkin ödəniş olaraq 12.000 (on iki min) manat almasını təsdiq edən 14 dekabr 2021ci il tarixli “Tikinti xidmətlərinin göstərilməsi haqqında” müqavilə bağlayıb kassa mədaxil orderi vermiş, daha sonra 2022-ci ilin mart ayının ortalarında sayğacların quraşdırılması adı ilə Abşeron rayonu, Mehdiabad qəsəbəsi Sovxoz-2 adlanan ərazidə tikəcəyi evin həyətində zərərçəkmiş şəxs18 əlavə 1.000 (bir min) manat, ümumilikdə isə 13.000 (on üç min) manat məbləğində pul alsa da, həmin evi başqa şəxsə satıb sonrakı müddət ərzində verdiyi vəd üzrə onun xeyrinə heç bir iş görməyərək aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirib təkrarən dələduzluq etmişdir. Eləcə də Məhkum həmin vəzifədə və rütbədə xidmətdə olarkən, 2022-ci ilin fevral ayının sonlarında Abşeron rayonu, Xırdalan şəhərində “Lukoil” yanacaq doldurma məntəqəsinin yaxınlığında yerləşən kafedə vətəndaş zərərçəkmiş şəxs8 dostunun oğlunu Fövqəladə Hallar Nazirliyinə işə düzəltmək istəyini deməsini təkrarən qanunsuz qazanc əldə etmək üçün fürsət bilib hər hansı şəxsi işə düzəltmək səlahiyyətləri və ya real imkanları olmadığı halda özünü həmin nazirlikdə kadrlar şöbəsinin əməkdaşı kimi təqdim edib 7.000 (yeddi min) manat pul müqabilində zərərçəkmiş şəxs8 dostunun övladı şahid32 Namiq oğlunu X8 Xidmətinin Neftçala rayon X8 hissəsinə işə düzəlməsini təmin edə biləcəyini vəd edib inandırmaqla, zərərçəkmiş şəxs8 istifadəsində olan mobil telefon nömrəsinə “Whatsapp” tətbiqi vasitəsilə şəklini göndərdiyi «xxxx» ASC-yə məxsus **************** nömrəli bank kartına 18 mart 2022-ci il tarixdə Neftçala rayonu, Aşağı Qaramanlı kəndində marketdəki “MilliÖn” ödəmə terminalı vasitəsilə 1.000 (bir min) manat, 28 mart 2022-ci il tarixdə saat Salyan rayonunda “Oba” marketdəki “eManat” ödəmə terminalı vasitəsilə 3.000 (üç min) manat, 31 mart 2022-ci il tarixdə Neftçala rayonu, Aşağı Qaramanlı kəndində marketdəki “MilliÖn” ödəmə terminalı vasitəsilə 3.000 (üç min) manat məbləğində pul köçürülməsinə nail olmaqla vahid niyyətlə zərərçəkmiş şəxs8 7.000 (yeddi min) manat məbləğində pul alsa da, sonrakı müddət ərzində verdiyi vəd üzrə onun xeyrinə heç bir iş görməyərək aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirib təkrarən dələduzluq etmişdir. Bundan əlavə, o, həmin vəzifədə və rütbədə xidmətdə olarkən, 2022-ci ilin mart ayının sonlarında vətəndaş zərərçəkmiş şəxs23 yaşadığı Neftçala rayonu, Qədimkənd kəndində yerləşən evində ona oğlu şahid31 Fövqəladə Hallar Nazirliyinə işə düzəltmək istəyinin olmasını bilib təkrarən qanunsuz qazanc əldə etmək üçün fürsət bilib hər hansı şəxsi işə düzəltmək səlahiyyətləri və ya real imkanları olmadığı halda özünü həmin nazirlikdə kadrlar şöbəsinin əməkdaşı kimi təqdim edib 6.000 (altı min) manat pul müqabilində şahid31 X8 Xidmətinə işə düzəlməsini təmin edə biləcəyini vəd edib inandırmaqla orada ilkin olaraq 4.000 (dörd min) manat, 04 aprel 2022-ci il tarixdə «WhatsApp» mobil tətbiqi vasitəsilə şahid31 istifadəsində olan mobil telefon nömrəsinə şəklini göndərdiyi «xxxx» ASC-yə məxsus **************** nömrəli bank kartına Neftçala rayonu, Aşağı Qaramanlı kəndində marketdəki “MilliÖn” ödəmə terminalı vasitəsilə 2.000 (iki min) manat məbləğində pul köçürülməsinə nail olmaqla vahid niyyətlə zərərçəkmiş şəxs23 6.000 (altı min) manat məbləğində pul alsa da, sonrakı müddət ərzində verdiyi vəd üzrə onun xeyrinə heç bir iş görməyərək aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirib təkrarən dələduzluq etmişdir. Həmçinin, o, həmin vəzifədə və rütbədə xidmətdə olarkən, 2022-ci ilin mart ayının əvvəllərində vətəndaş zərərçəkmiş şəxs14 ona zəng edərək Fövqəladə Hallar Nazirliyinə işə düzəlmək istəyini deməsini təkrarən qanunsuz qazanc əldə etmək üçün fürsət bilib hər hansı şəxsi işə düzəltmək səlahiyyətləri və ya real imkanları olmadığı halda özünü Fövqəladə Hallar Nazirliyinin kadrlar şöbəsinin əməkdaşı kimi təqdim edib onu 7.000 (yeddi min) manat pul müqabilində X8 Xidmətinin Neftçala rayon X8 hissəsinə işə düzəlməsini təmin edə biləcəyinə inandırmaqla, 08 mart 2022-ci il tarixdə ilkin olaraq «WhatsApp» mobil tətbiqi vasitəsilə zərərçəkmiş şəxs14 mobil telefon nömrəsinə şəklini göndərdiyi «xxxx» ASC-yə məxsus **************** nömrəli bank kartına Neftçala rayonu, Astanlı kəndində “Zirvə” adlı marketdəki “MilliÖn” ödəmə terminalı vasitəsilə 4.000 (dörd min) manat, 29 mart 2022-ci il tarixdə isə eyni qaydada 2.000 (iki min) manat, 14 aprel 2022-ci il tarixdə isə onun dediyi 416973********** nömrəli bank kartına Neftçala rayonu, Aşağı Qaramanlı kəndində yerləşən marketdəki “MilliÖn” ödəmə terminalı vasitəsilə 900 (doqquz yüz) manat məbləğində pul köçürülməsinə nail olmaqla vahid niyyətlə zərərçəkmiş şəxs14 6.900 (altı min doqquz yüz) manat məbləğində pul alsa da, sonrakı müddət ərzində verdiyi vəd üzrə onun xeyrinə heç bir iş görməyərək aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirib təkrarən dələduzluq etmişdir. Bundan əlavə, o, 2022-ci ilin aprel ayının əvvəllərində vətəndaş zərərçəkmiş şəxs22 qohumu zərərçəkmiş şəxs18 adına Abşeron rayonu, Mehdiabad qəsəbəsi Sovxoz-2 adlanan ərazidə tikilən evinin yanında boş torpaq sahəsi almaq istəməsini bilib həmin ərazidə mülkiyyətində torpaq sahəsi olmadığı halda yaranmış vəziyyətdən istifadə edib təkrarən qanunsuz qazanc əldə etmək məqsədilə zərərçəkmiş şəxs22 bu ərazidə 7.200 (yeddi min iki yüz) manat müqabilində guya özünə məxsus olan 0.02 ha torpaq sahəsini rəsmi müqavilə ilə satıb onun adına rəsmiləşdiriləcəyini deyib onu inandırmaqla 09 aprel 2022-ci il tarixdə saat 17 radələrində “X3” MMC-nin ofisində ondan 7.200 (yeddi min iki yüz) manat məbləğində pul alıb MMC-nin icraçı olaraq onunla 7.200 (yeddi min iki yüz) manat pul müqabilində 0.02 ha torpaq sahəsini satması və həmin məbləğdə pulu almasını təsdiq edən 09 aprel 2022-ci il tarixli “Təmir xidmətlərinin göstərilməsi haqqında” müqavilə bağlamış, 2022-ci ilin may ayının sonlarında isə zərərçəkmiş şəxs22 ondan aldığı həmin torpaq sahəsində tam təmirli, ikimərtəbəli, 100 kv.m. ölçülü ev tikdirmək istəyini təkrarən qanunsuz qazanc əldə etmək üçün fürsət bilib ona 67.000 (altmış yeddi min) manat müqabilində qeyd olunan qaydada təmirli şəkildə ev tikəcəyinə inandırmış və ondan 2022-ci ilin may ayının sonlarında Xırdalan şəhəri, “Quşçuluq massivi” adlanan ərazidə yerləşən “Narınc” adlı marketin yanında ilkin ödəniş olaraq 5.000 (beş min) manat, ümumilikdə isə 12.200 (on iki min iki yüz) manat məbləğində pul alsa da, sonrakı müddət ərzində verdiyi vədlər üzrə onun xeyrinə heç bir iş görməyərək aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirib təkrarən dələduzluq etmişdir. Həmçinin, o, həmin vəzifədə və rütbədə xidmətdə olarkən, 2022-ci ilin aprel ayının ortalarında vətəndaş zərərçəkmiş şəxs5 övladı şahid11 Fövqəladə Hallar Nazirliyinə işə düzəltmək istəməsini təkrarən qanunsuz qazanc əldə etmək üçün fürsət bilib hər hansı şəxsi işə düzəltmək səlahiyyətləri və ya real imkanları olmadığı halda ona oğlu şahid11 10.000 (on min) manat pul müqabilində X8 Xidmətinə işə düzəlməsini təmin edə biləcəyinə inandırıb, ilkin olaraq 14 aprel 2022-ci il tarixdə saat 18 radələrində Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən çay evinin yaxınlığında zərərçəkmiş şəxs5 onun “Kia Rio” markalı, ** HJ *** dövlət qeydiyyat nişanlı avtomobilində 5.000 (beş min) manat pul alsa da, sonrakı müddət ərzində verdiyi vəd üzrə onun xeyrinə heç bir iş görməyərək aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirib təkrarən dələduzluq etmişdir. Bundan başqa, o, həmin vəzifədə və rütbədə xidmətdə olarkən, 2022-ci ilin yanvar ayının ortalarında vətəndaş zərərçəkmiş şəxs13 işlərinin yaxşı getməməsini və dövlət işində işləmək istəməsini təkrarən qanunsuz qazanc əldə etmək üçün fürsət bilib hər hansı şəxsi işə düzəltmək səlahiyyətləri və ya real imkanları olmadığı halda yaranmış vəziyyətdən istifadə edib özünü Fövqəladə Hallar Nazirliyinin kadrlar şöbəsinin əməkdaşı kimi təqdim edib onu 4.000 (dörd min) manat pul müqabilində X8 Xidmətinə işə düzəlməsini təmin edə biləcəyinə inandırıb, 25 yanvar 2022-ci il tarixdə saat 19 radələrində zərərçəkmiş şəxs13 onun Abşeron rayonu, Xırdalan şəhərində “AAAF Park” yaşayış kompleksinin yaxınlığında yerləşən kirayə qaldığı evdə ilkin olaraq 2.000 (iki min) manat və 2022-ci ilin fevral ayının əvvəllərində günorta saatlarında eyni qaydada 1.000 (bir min) manat pulu nağd şəkildə, 16 aprel 2022-ci il tarixdə saat 15 radələrində «xxxx» ASC-yə məxsus 510307********** №-li bank kartına Neftçala rayonu, Aşağı Qaramanlı kəndində marketdəki “MilliÖn” ödəmə terminalı vasitəsilə isə 1.000 (bir min) manat köçürülməsinə nail olub, ondan vahid niyyətlə 4.000 (dörd min) manat məbləğində pul alsa da, sonrakı müddət ərzində verdiyi vəd üzrə onun xeyrinə heç bir iş görməyərək aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirib təkrarən dələduzluq etmişdir. Bundan əlavə, o, 2022-ci ilin aprel ayının əvvəllərində vətəndaş zərərçəkmiş şəxs11 ondan aldığı Abşeron rayonu, Fatmayı kəndi, Yeni massiv, şəhid Qafar Əliyev küçəsi, 12ci döngənin ərazisində yerləşən 0.0175 ha torpaq sahəsində tikilmiş, ikiotaqlı evin ölçüsünün balaca olduğuna görə dəyişmək istəməsini təkrarən qanunsuz qazanc əldə etmək üçün fürsət bilib, bu məqsədilə həmin evi 22.000 (iyirmi iki min) manata sata biləcəyini, əlavə olaraq ona 7.100 (yeddi min yüz) manat pul verməsi müqabilində, yəni 29.100 (iyirmi doqquz min yüz) manata Abşeron rayonu, Mehdiabad qəsəbəsi Sovxoz-2 adlanan ərazidə 0.02 ha torpaq sahəsində yarımtikili halda olan üçotaqlı fərdi yaşayış evini tam olaraq təmirli şəkildə sata biləcəyini vəd etməklə və evi göstərərək evi rəsmi müqavilə ilə satacağını, torpaq sahəsinin çıxarışının olmasını və evin onun adına rəsmiləşdiriləcəyini deməklə zərərçəkmiş şəxs11 yalan vədlərinə inandıraraq, 2022 ci ilin aprel ayının əvvəllərində həmin evin yanında əvvəlcə 3.800 (üç min səkkiz yüz) manat, 24 aprel 2022-ci il tarixdə saat 14 radələrində “X3” MMC-nin ofisində 1.200 (min iki yüz) manat pul alaraq onu bir daha inandırmaq məqsədilə MMC-nin icraçı olaraq onunla 29.100 (iyirmi doqquz min yüz) manat müqabilində 0.02 ha torpaq sahəsində üçotaqlı tam təmirli ev satmasını təsdiq edən 24 aprel 2022-ci il tarixli “Təmir xidmətlərinin göstərilməsi haqqında” müqavilə və 5.000 (beş min) manat ödəniş etməsini təsdiq edən kassa mədaxil orderi tərtib etmiş, zərərçəkmiş şəxs11 məxsus Abşeron rayonu, Fatmayı kəndi, Yeni massiv, şəhid Qafar Əliyev küçəsi, 12-ci döngənin ərazisində yerləşən 0.0175 ha torpaq sahəsində tikilmiş ikiotaqlı fərdi yaşayış evini zərərçəkmiş şəxs1 satıb 10 may 2022-ci il tarixdə həmin ev üzrə adına olan işıq kommunal xəttinin *************** nömrəli abonent kodunun Mehman sonuncunun adına sənədləşdirilməsinə etirazının olmaması barədə ərizə verməsinə nail olsa da, həmin evi 2022-ci ilin may ayının sonlarında şahid4 satmaqla, vahid niyyətlə zərərçəkmiş şəxs11 27.000 (iyirmi yeddi min) manat məbləğində pulunu alıb sonrakı müddət ərzində verdiyi vəd üzrə onun xeyrinə heç bir iş görməyərək aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirib təkrarən dələduzluq etmişdir. Bundan başqa, o, həmin vəzifədə və rütbədə xidmətdə olarkən, vətəndaş 2022-ci ilin aprel ayının sonlarında Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən “Prestij” adlı çayxanada vətəndaş zərərçəkmiş şəxs17 ona Fövqəladə Hallar Nazirliyində işə düzəlmək istəyini deməsini təkrarən qanunsuz qazanc əldə etmək üçün fürsət bilib hər hansı şəxsi işə düzəltmək səlahiyyətləri və ya real imkanları olmadığı halda yaranmış vəziyyətdən istifadə edib onu 5.000 (beş min) manat pul müqabilində X8 Xidmətinə işə düzəlməsini təmin edə biləcəyini vəd edib guya iş düzəldikdən sonra həmin puldan onun özünə 1.000 (bir min) manat qalacağını deməklə səmimiyyətinə inandıraraq 2022-ci ilin aprel ayının sonlarında Fövqəladə Hallar Nazirliyinin Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən inzibati binasının qarşısında zərərçəkmiş şəxs17 5.000 (beş min) manat məbləğində pul alsa da, sonrakı müddət ərzində verdiyi vəd üzrə onun xeyrinə heç bir iş görməyərək aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirib təkrarən dələduzluq etmişdir. Bundan əlavə, o, müxtəlif internet resurslarında (“Tap.az”, “Tiktok” və digər saytlarda) “X3” MMC tərəfindən Abşeron rayonu ərazisində evlərin satılması barədə elan verməsindən sonra 2022-ci ilin aprel ayının sonlarında vətəndaş zərərçəkmiş şəxs19 həmin elan üzrə onunla görüşməsini təkrarən qanunsuz qazanc əldə etmək üçün fürsət bilib ona 18.000 (on səkkiz min) manat pul müqabilində bir ay müddətində Abşeron rayonu, Mehdiabad qəsəbəsi Sovxoz-2 adlanan ərazidə 0.13 ha boş torpaq sahəsində üçotaqlı, tam təmirli, birmərtəbəli ev tikib təhvil verə biləcəyini vəd edib ilkin ödəniş olaraq 10.000 (on min) manat pul istədiyini, evi rəsmi müqavilə ilə satacağını, torpaq sahəsinin və evin onun adına rəsmiləşdiriləcəyini deməklə və “X3” MMC-nin icraçı olaraq onunla 18.000 (on səkkiz min) manat müqabilində 0.013 ha torpaq sahəsində üçotaqlı tam təmirli ev satmasını və ilkin ödəniş olaraq 10.300 (on min üç yüz) manat məbləğində pul almasını təsdiq edən 01 may 2022-ci il tarixli “Təmir xidmətlərinin göstərilməsi haqqında” müqavilə bağlayaraq həmin müqaviləni ona verməklə özünə inandıraraq, 01 may 2022-ci il tarixdə günorta saatlarında MMC-nin ofisində 0.13 ha (1.3 sot) torpaq sahəsində üçotaqlı tam təmirli birmərtəbəli ev tikib təhvil verməsi müqabilində ilkin ödəniş olaraq ondan 10.000 (on min) manat məbləğində pul almış, təxminən bir həftə sonra, 2022-ci ilin may ayının əvvəllərində cinayətkar məqsədinə nail olmaq üçün zərərçəkmiş şəxs19 verdiyi vəd üzrə evin tikilməsinin yubanacağını bildirib həmin torpaq sahəsinin yanında tikdiyi evi ona satmaq barədə razılaşıb evə çıxarış veriləcəyi görüntüsü yaratmaq məqsədilə 12 may 2022-ci il tarixdə onu Bakı şəhəri, Sabunçu rayonu Pirşağı Bələdiyyəsinə apararaq həmin evə qeydiyyata düşəcəyini, evə kommunal xəttlər çəkilməsi üçün bələdiyyə arayışının veriləcəyini bildirib elə həmin gün günorta saatlarında ofisində ondan 8.000 (səkkiz min) manat məbləğində pul alaraq, MMC-nin icraçı olaraq zərərçəkmiş şəxs19 ümumilikdə 18.000 (on səkkiz min) manat məbləğində pul verməsi ilə bağlı 01 may 2022-ci il tarixli kassa mədaxil orderi vermiş, habelə 26 may 2022-ci il tarixdə Pirşağı Bələdiyyəsi tərəfindən zərərçəkmiş şəxs19 adına həmin evin texniki şərt və işıq sayğacın quraşdırılması, ərazinin müəyyən edilməsi, ünvanın əmlak və torpaq üzrə plan cizgisi və kommunal xəttlərin çəkilməsi üçün bələdiyyə arayışının verilməsinə nail olmuş, lakin sonuncunun adına satdığı evi 02 iyun 2022-ci il tarixdə vətəndaş zərərçəkmiş şəxs6 satmaq adı ilə ondan ilkin ödəniş kimi 8.000 (səkkiz min), 15 iyun 2022-ci il tarixdə vətəndaş şahid9 20.000 (iyirmi min) manata satmış, 20 iyul 2022 ci il tarixdə isə vətəndaş zərərçəkmiş şəxs12 satmaq adı ilə ondan 5.000 (beş min) manat məbləğində pul almaqla vahid niyyətlə zərərçəkmiş şəxs19 18.000 (on səkiz min) manat məbləğində pul alsa da, sonrakı müddət ərzində verdiyi vəd üzrə onun xeyrinə heç bir iş görməyərək aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirib təkrarən dələduzluq etmişdir. Bundan əlavə, o, müxtəlif internet resurslarında (“Tap.az”, “Tiktok” və digər saytlarda) “X3” MMC tərəfindən Abşeron rayonu ərazisində evlərin satılması barədə elan verməsindən sonra vətəndaş zərərçəkmiş şəxs1 05 may 2022-ci il tarixdə həmin elan üzrə onunla görüşməsini təkrarən qanunsuz qazanc əldə etmək üçün fürsət bilib Abşeron rayonu, Fatmayı kəndi, Yeni massiv, şəhid Qafar Əliyev küçəsi, 12-ci döngənin ərazisində zərərçəkmiş şəxs1 17.000 (on yeddi min) manata vətəndaş zərərçəkmiş şəxs11 aldığı, həmin ərazidə yerləşən 0.0175 ha torpaq sahəsində tikilmiş, ikiotaqlı evi beş gün müddətində təmir edib sata biləcəyini və onu inandırmaq məqsədilə evə çıxarış alınması üçün lazımi sənədlər verəcəyini, evi rəsmi müqavilə ilə satacağını vəd edib 06 may 2022ci il tarixdə saat 14 radələrində evin rəsmi qaydada satılması görüntüsü yaratmaq məqsədilə “X3” MMC-nin icraçı olaraq onunla 17.000 (on yeddi min) manat müqabilində 0.0175 ha torpaq sahəsində tikilmiş ikiotaqlı ev satmasını təsdiq edən 06 may 2022-ci il tarixli “Təmir xidmətlərinin göstərilməsi haqqında” müqavilə və 17.000 (on yeddi min) manat məbləğində pul almasını təsdiq edən həmin tarixli kassa mədaxil orderi tərtib edib zərərçəkmiş şəxs1 verməklə, habelə həmin məqsədlə 2022-ci ilin may ayının əvvəllərində vətəndaş zərərçəkmiş şəxs11 zəng edərək onun Abşeron rayonu, Fatmayı kəndinin, Yeni massiv, şəhid Qafar Əliyev küçəsi, 12-ci döngənin ərazisində yerləşən 0.0175 ha torpaq sahəsində tikilmiş ikiotaqlı evini 19.000 (on doqquz min) manata zərərçəkmiş şəxs1 satdığını və evin kommunal xətlərinin sonuncunun adına keçirilməsi üçün etibarnamə verməli olduğunu deyib 10 may 2022-ci il tarixdə Bakı şəhəri, ** saylı notariat ofisində həmin ev üzrə adına olan işıq kommunal xəttinin *************** nömrəli abonent kodunun zərərçəkmiş şəxs1 adına sənədləşdirilməsinə etirazının olmaması barədə ərizə almağa nail olsa da, o, qeyd olunan evi 2022-ci ilin may ayının sonlarında 25.800 (iyirmi beş min səkkiz yüz) manata şahid4 sataraq zərərçəkmiş şəxs1 17.000 (on yeddi min) manat məbləğində pul alsa da, sonrakı müddət ərzində verdiyi vəd üzrə onun xeyrinə heç bir iş görməyərək aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirib təkrarən dələduzluq etmişdir. Bundan başqa, o, müxtəlif internet resurslarında (“Tap.az”, “Tiktok” və digər saytlarda) “X3” MMC tərəfindən Abşeron rayonu ərazisində evlərin satılması barədə elan verməsindən sonra 2022-ci ilin may ayının əvvəllərində vətəndaş zərərçəkmiş şəxs3 həmin elan üzrə onunla MMC-nin ofisində görüşməsini təkrarən qanunsuz qazanc əldə etmək üçün fürsət bilib ona X9 məxsus Abşeron rayonu, Mehdiabad qəsəbəsi Sovxoz-2 adlanan ərazidə 270 kv.m. torpaq sahəsində tikdiyi, eləcə də 07 fevral 2022-ci il tarixdə zərərçəkmiş şəxs9 aldadaraq guya ona satdığı 100 kvadratmetr ölçülü, dördotaqlı evi göstərib həmin evi 40.000 (qırx min) manata təklif edib ilkin ödəniş olaraq 10.000 (on min) manat məbləğində pul istədiyini, ev hazır olduqdan sonra 5.000 (beş min) manat, sonra isə qalan pulu aylıq olaraq 400-500 manat məbləğində olmaqla alacağını vəd edib və torpaq sahəsinin bələdiyyə sənədinin olduğunu, həmin sənəd əsasında evə qeydiyyata düşə biləcəyini deyərək onu inandırmış, habelə 14 may 2022-ci il tarixdə onu evi rəsmi qaydada satmasına inandırmaq məqsədilə MMC-nin icraçı olaraq onunla 40.000 (qırx min) manat pul müqabilində 0.027 ha torpaq sahəsində dördotaqlı, birmərtəbəli ev satmasını təsdiq edən 14 may 2022-ci il tarixli “Təmir xidmətlərinin göstərilməsi” haqqında müqavilə tərtib etmiş və həmin gün axşam saatlarında Abşeron rayonu, Xırdalan şəhərində “AAAF” park yaşayış kompleksinin yaxınlığında yerləşən “Bazar Store” adlı marketin yanında ondan 10.000 (on min) manat məbləğində pul alsa da, sonrakı müddət ərzində verdiyi vəd üzrə onun xeyrinə heç bir iş görməyərək aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirib təkrarən dələduzluq etmişdir. Həmçinin, o, müxtəlif internet resurslarında (“Tap.az”, “Tiktok” və digər saytlarda) “X3” MMC tərəfindən Abşeron rayonu ərazisində evlərin satılması barədə elan verməsindən sonra 2022-ci ilin may ayının sonlarında vətəndaş şahid1 həmin elan üzrə onunla görüşməsini təkrarən qanunsuz qazanc əldə etmək üçün fürsət bilib, 12 may 2022-ci il tarixdə vətəndaş zərərçəkmiş şəxs19 18.000 (on səkkiz min) manata satdığı üçotaqlı evi göstərərək 26.000 (iyirmi altı min) manat müqabilində bir ay müddətində həmin evi tam təmir etməklə sata biləcəyini, ilkin ödəniş olaraq 8.000 (səkkiz min) manat məbləğində pul istədiyini, ev hazır olduqdan sonra isə 3 il müddətində qalan pulu aylıq olaraq alacağını, həmçinin yaxın zamanda evə çıxarış veriləcəyini vəd etmiş, habelə şahid1 və onun qayınatası zərərçəkmiş şəxs6 ilə 01 iyun 2022-ci il tarixdə evin yanında görüş zamanı da sonuncuya da qeyd olunan sözləri, eləcə də sabahı gün evi almayacaqları təqdirdə başqasına satacağını deyərək onu da inandırmış, 02 iyun 2022-cü il tarixdə saat 10 radələrində “X3” MMC-nin ofisində zərərçəkmiş şəxs6 ilkin ödəniş olaraq 8.000 (səkkiz min) manat məbləğində pul aldıqdan sonra evi rəsmi qaydada satması görüntüsünü yaratmaq məqsədilə MMC-nin icraçı olaraq şahid1 ilə 26.000 (iyirmi altı min) manat müqabilində 0.027 ha torpaq sahəsində üçotaqlı tam təmirli ev satmasını və ilkin ödəniş olaraq 8.000 (səkkiz min) manat məbləğində pul almasını təsdiq edən 02 iyun 2022-ci il tarixli “Tərəflər arası ilkin alqı satqı müqaviləsi” bağlamış, lakin həmin evi 15 iyun 2022-ci il tarixdə başqa şəxslərə, yəni əvvəlcə şahid9 20.000 (iyirmi min) manata satmış, daha sonra isə 20 iyul 2022-ci il tarixdə isə zərərçəkmiş şəxs12 satmaq adı ilə sonuncudan ilkin ödəniş olaraq 5.000 (beş min) manat məbləğində pul almış, bununla da o, zərərçəkmiş şəxs6 8.000 (səkiz min) manat məbləğində pul alsa da, sonrakı müddət ərzində verdiyi vəd üzrə onun xeyrinə heç bir iş görməyərək aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirib təkrarən dələduzluq etmişdir. Bundan başqa, o, həmin vəzifədə və rütbədə xidmətdə olarkən, 2022-ci ilin aprel ayının ortalarında vətəndaş zərərçəkmiş şəxs20 ona Fövqəladə Hallar Nazirliyində işə düzəlmək istədiyini deməsini təkrarən qanunsuz qazanc əldə etmək üçün fürsət bilib hər hansı şəxsi işə düzəltmək səlahiyyətləri və ya real imkanları olmadığı halda yaranmış vəziyyətdən istifadə edib onu 10.000 (on min) manat pul müqabilində X8 Xidmətinin Şabran rayon X8 hissəsinə inspektor vəzifəsinə işə düzəlməsini təmin edə biləcəyini vəd edib ilkin olaraq 5.000 (beş min) manat, iş düzəldikdən sonra isə qalan 5.000 (beş min) manat məbləğində pul verməli olduğunu deməklə onu inandırmış, 2022-ci ilin may ayının ortalarında saat 12 radələrində Sumqayıt şəhərində “Azpetrol” yanacaqdoldurma məntəqəsinin yanında qeyd olunan işi düzəltməsi üçün zərərçəkmiş şəxs20 5.000 (beş min) manat məbləğində pul alsa da, bir neçə ay müddətində işi həll etmədiyi üçün 2022ci ilin iyun ayının ortalarında sonuncunun tələbindən sonra etibarlı şəxs görüntüsü yaratmaq niyyətilə aldığı pulu hazırda işin alınmadığını deyərək geri qaytarsa da, cinayətkar məqsədinə nail olmaq niyyəti ilə 2022-ci ilin iyun ayının sonlarında zərərçəkmiş şəxs20 zəng edərək artıq işin alınacağını və təcili 5.000 (beş min) manat məbləğində pulu ona verməli olduğunu deməklə yenidən özünə inam yaratmış və 29 iyun 2022-ci il tarixdə günorta saatlarında Şabran şəhərində “xxxx” ACS-nin Şabran rayon filialının inzibati binasının qarşısında zərərçəkmiş şəxs20 məxsus “Kia Rio” markalı, ** LM *** dövlət qeydiyyat nişanlı avtomobildə ondan 5.000 (beş min) manat məbləğində pul alsa da, sonrakı müddət ərzində verdiyi vəd üzrə onun xeyrinə heç bir iş görməyərək aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirib təkrarən dələduzluq etmişdir. Bundan başqa, o, qanunsuz qazanc əldə etmək məqsədi ilə zərərçəkmiş şəxs12 özünü “X1” MMC-nin təsisçisi kimi təqdim edərək, Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi ərazisində inşa etdiyi birmərtəbəli, üçotaqlı fərdi yaşayış evini 19.000 (on doqquz min) manat pul müqabilində təmir edib satacağını vəd verib inandıraraq, 20 iyul 2022-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, “Quşçuluq” yaşayış massivində yerləşən evində 5.000 manat pulu etibardan sui-istifadə etməklə ələ keçirərək zərərçəkmiş şəxs zərərçəkmiş şəxs12 ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Həmçinin o, müxtəlif internet resurslarında (“Tap.az”, “Tiktok” və digər saytlarda) “X3” MMC tərəfindən Abşeron rayonu ərazisində evlərin satılması barədə elan verməsindən sonra 06 yanvar 2022-ci il tarixdə vətəndaş zərərçəkmiş şəxs16 həmin elan üzrə onunla görüşməsini təkrarən qanunsuz qazanc əldə etmək üçün fürsət bilib, 28.000 (iyirmi səkkiz min) manat müqabilində bir ay müddətində Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi Sovxoz-2 adlanan ərazidə 2,6 sot torpaq sahəsində birmərtəbəli üçotaqlı fərdi yaşayış evini tikib tam təmir etməklə sata biləcəyini, ilkin ödəniş olaraq 10.000 (on min) manat məbləğində pul istədiyini vəd edib evi rəsmi qaydada satması görüntüsünü yaratmaq məqsədilə MMC-nin icraçı olaraq zərərçəkmiş şəxs16 ilə 28.000 (iyirmi səkkiz min) manat müqabilində 0.027 ha torpaq sahəsində üçotaqlı tam təmirli ev satmasını və ilkin ödəniş olaraq 10.000 (on min) manat məbləğində pul almasını təsdiq edən 06 yanvar 2022-ci il tarixli “Təmir xidmətlərinin göstərilməsi haqqında müqavilə” tərtib etməklə zərərçəkmiş şəxs16 inandırıb ondan MMC-nin ofisində 10.000 (on min) manat, daha sonra isə 2022-ci ilin mart ayında Abşeron rayonu, Xırdalan şəhəri “AAAF” park yaşayış kompleksinin yaxınlığında evin qaz xəttinin quraşdırılması adı ilə onun qohumu X4 ilə göndərdiyi 1.200 (min iki yüz) manat məbləğində pul alsa da, sonrakı müddət ərzində verdiyi vəd üzrə onun xeyrinə heç bir iş görməyərək aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirib təkrarən dələduzluq etmişdir.
5. Abşeron Rayon Məhkəməsinin 1(012)-207/2025 nömrəli, 12 sentyabr 2025-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddəllərində nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinib, 04 (dörd) müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Şəki Rayon Məhkəməsinin 1(075)- 50/2025 nömrəli, 17 mart 2025-ci il tarixli hökmünə əsasən təyin edilmiş 02 (iki) il müddətə dövlət və yerli özünü idarə orqanlarında maddi məsul və rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasının yeni hökmlə təyin edilmiş 04 (dörd) il müddətə azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanılmaqla 02 (iki) il müddətə dövlət və yerli özünü idarə orqanlarında maddi məsul və rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə 04 (dörd) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin olunması, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən ibtidai istintaq dövründə tutulduğu 01 (bir) gün müddətin təyin olunmuş cəzadan çıxılması və üzərində qəti olaraq 02 (iki) il müddətə dövlət və yerli özünü idarə orqanlarında maddi məsul və rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə 04 (dörd) il 05 (beş) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, mülki iddia, məhkəmə məsrəfləri və digər məsələlər həll edilmişdir.
6. Birinci instansiya məhkəməsinin qeyd edilən hökmündən təqsirləndirilən şəxs Məhkum müdafiəçisi müdafiəçi1 və zərərçəkmiş şəxs zərərçəkmiş şəxs11 tərəfindən apellyasiya şikayətləri verilmişdir.
7. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(105)-820/2025 nömrəli, 22 yanvar 2026-cı il tarixli qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, Abşeron Rayon Məhkəməsinin 1(012)-207/2025 nömrəli, 12 sentyabr 2025-ci il tarixli hökmü dəyişdirilmiş, “Konstitusiya və Suverenlik Ili” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının 3.1-ci bəndinə əsasən 19 dekabr 2025-ci il tarixə çəkilməmiş qalan 02 (iki) il 05 (beş) ay 02 (iki) gün müddətə azadlıqdan məhrum etmə cəzası 06 (altı) ay azaldılmış, Məhkum üzərində 01 (bir) il 11 (on bir) ay 02 (iki) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.
8. Apellyasiya instansiyası məhkəməsinin həmin qərarından məhkum Məhkum kassasiya şikayəti vermişdir.
II. Kassasiya müraciətinin dəlilləri, etirazlar
9. Məhkum kassasiya şikayətində barəsində qəbul edilən qərarın ədalətsiz və qərəzli olduğunu qeyd edərək, təyin edilmiş cəzanın aşağı həddə endirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
10. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
III. Hüquqi məsələlər 11.Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya müraciətlərinə baxılması üzrə kassasiya instansiyası məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419-cu maddəsi müəyyən edir. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və Cinayət- Prosessual
12. Məcəllələrinin tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. 13.Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən maddi və prosessual cinayət-hüquqi normaların düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir. 14.Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya instansiyası məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.
15. Məhkum Məhkum kassasiya şikayətində ona təyin edilmiş cəzanın ağır olduğunu iddia etməklə, xahişini faktiki olaraq Azərbaycan Respublikası CPM-nin 416.1.21-ci maddəsində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş halla əlaqələndirmişdir. 16.Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətini Azərbaycan Respublikası CPMnin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətin dəlilləri ilə əlaqəli şəkildə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(105)-820/2025 nömrəli, 22 yanvar 2026-cı il tarixli qərarını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. 17.Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Ədalətli cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların Icrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 15 mart 2022-ci il tarixli qərarları).
18. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsində təsbit olunmuş cinayət məsuliyyətinin ədalət prinsipi tələb edir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 19.Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində də göstərilir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.
20. Cəzanın məqsədini əks edən Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 21.Təsvir edilən maddi hüquq normaların məzmunundan, eləcə də cəza institutunun məqsədlərindən bəhs edən Azərbaycan Respublikası Konstitusiya şərhindən belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində təsbit olunmuş cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında götürülməsi və nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi, törədilmə halları arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini, o cümlədən sosial ədalətin bərpası və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması üzrə rolunu təmin edə bilsin.
22. Məhkum Məhkum ona daha yüngül cəza təyin edilməsi ilə bağlı kassasiya xahişini yuxarıda istinad edilənlərlə müqayisədə nəzərdən keçirən məhkəmə kollegiyası məhkəmələrin məhkuma cəza təyin edilməsi ilə bağlı müvafiq mövqeyi ilə razılaşır və hesab edir ki, hazırda mübahisəsi edilən məhkəmə aktı bu hissədə maddi cinayət-hüquqi normalara uyğundur.
23. Belə ki, məhkum Məhkum Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4cü maddəlləri ilə təqsirli bilindiyi cinayət əməlləri həmin Məcəllənin 15.3-cü maddəsində az ağır cinayətlər kateqoriyasına aid edilmiş, Cinayət Məcəlləsinin qeyd edilən maddələrinin sanksiyasında dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur.
24. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. 25.Baxılan cinayət işinin materiallarından müəyyən olunur ki, birinci instansiya məhkəməsi məhkum Məhkum cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini səciyyələndirən halları, cəzasını yüngülləşdirən hallar olaraq iki zərərçəkmiş şəxsə vurduğu ziyanın ödənilməsini, himayəsində 03 (üç) azyaşlı uşağının olmasını, cəzasını ağırlaşdıran halın müəyyən edilməməsini nəzərə alaraq, ona təqsirli bilindiyi maddələrin sanksiyasının orta həddində - 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasını təyin etmişdir. Təyin olunmuş həmin cəza məhkumun təqsirli bilindiyi əvvəlki hökm üzrə təyin edilmiş 02 (iki) il müddətə dövlət və yerli özünü idarə orqanlarında maddi məsul və rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə cinayətlərin məcmusu qaydasında qismən toplanılmış və Məhkum 02 (iki) il müddətə dövlət və yerli özünü idarə orqanlarında maddi məsul və rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə 04 (dörd) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasını təyin edilmişdir. Nəhayət, məhkəmə Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinin tələbini əsas götürməklə Məhkum ibtidai istintaq dövründə tutulduğu 01 (bir) günü təyin olunmuş cəzadan çıxmış və üzərində qəti olaraq 02 (iki) il müddətə dövlət və yerli özünü idarə orqanlarında maddi məsul və rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə 04 (dörd) il 05 (beş) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzasını saxlamışdır. 26.Birinci instansiya məhkəməsinin cəza təyininə dair hüquqi mövqeyi apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilsə də, Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixdə “Konstitusiya və Suverenlik Ili” münasibətilə amnistiya elan edilməsi haqqında” Qərar qəbul etdiyi nəzərə alınmış və həmin Qərarın 3.1-ci bəndinə əsasən məhkum Məhkum təyin edilmiş cəzanın 19 dekabr 2025-ci il tarixə çəkilməmiş qalan 02 (iki) il 05 (beş) ay 02 (iki) gün müddətə azadlıqdan məhrum etmə cəzası 06 (altı) ay azaldılmış, yekunda onun üzərində 01 (bir) il 11 (on bir) ay 02 (iki) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. 27.
28. Belə qənaətə gələn məhkəmə kollegiyası onu da nəzərə alır ki, hər iki instansiya məhkəməsində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, məhkuma müdafiəsinin əlverişli qaydada təşkil etməsi və öz mənafeyini əks edən cinayət işinin hallarının təfsirinin təqdim edilməsi üçün bütün mümkün imkanlar yaradılmış, məhkəmə iclaslarında faktlar araşdırılıb maddi və prosessual cinayət-hüquqi normalarının tətbiqi yoxlanılarkən, mövcud sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmişdir. Qeyd olunanlar apellyasiya instansiyası məhkəməsi tərəfindən Cinayət- 29. Prosessual Məcəlləsinin 416.1-ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını göstərir.
30. Odur ki, məhkəmə kollegiyası çıxışları dinləyib, təsvir edilən əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(105)-820/2025 nömrəli, 22 yanvar 2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri nəzərə alaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA A L D İ: Məhkum Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(105)-820/2025 nömrəli, 22 yanvar 2026-cı il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.