Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(1-8)-241/2026 03.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Cəfərov Ilqar Xanlar oğlu (sədrlik edən və məruzəçi), Mövsümov Nazim Rasim oğlu və Muxtarov Teyyub Asif oğlundan ibarət tərkibdə, Babayeva Lalə Tahir qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, R X6, məhkum Məhkum və onun müdafiəçisi müdafiəçi2 iştirakları ilə, 7 avqust 1976-cı il tarixdə x8 qəsəbəsində doğulmuş, evli, ali təhsilli, Azərbaycan Respublikasının vətəndaşı, məhkumluğu olmayan, işsiz, x8 qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 221.2.2-ci maddəsi ilə bəraət verilməsi və onun Azərbaycan Respublikası CM-in 315-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-206/2025 nömrəli 28 oktyabr 2025-ci il tarixli qərarından dövlət ittihamçısı Almazov Ramin Pənah oğlu tərəfindən verilmiş kassasiya protestinə və məhkumun müdafiəçisi müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Lənkəran Rayon Məhkəməsinin 1(049)-25/2024 nömrəli 18 noyabr 2024-cü il tarixli hökmü ilə (hakim N.R.Ağabəyov) Məhkum Azərbaycan Respublikası CM-in 221.2.2-ci maddəsi ilə bəraət verilmiş, Azərbaycan Respublikası CM-in 315-ci maddəsi ilə təqsirli bilinərək, 3 il 6 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən 3 iyun 2023-cü il tarixdən 18 noyabr 2024-cü il tarixədək həbsdə və ev dustaqlığında olduğu 1 il 5 ay 15 gün müddət bir günə iki gün hesabı ilə hesablanmaqla, 2 il 11 ay cəza müddətindən çıxılaraq üzərində 7 ay müddətində azadlığın məhdudlaşdırılması cəzası saxlanılması qərara alınmışdır. Birinci instansiya məhkəməsinin hökmündən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti və təqsirləndirilən şəxsin müdafiəçisi müdafiəçi2 tərəfindən apellyasiya şikayəti verilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-206/2025 nömrəli 28 oktyabr 2025-ci il tarixli qərarı ilə (hakimlər H.X.Bəhmənov (sədrlik edən), Ə.A.Əliyev və Y.X.Həşimovdan ibarət məhkəmə tərkibində) apellyasiya şikayəti və apellyasiya protesti təmin edilməmiş, Lənkəran Rayon Məhkəməsinin 18 noyabr 2024-cü il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Lənkəran rayon icra və probasiya şöbəsinin 17 yanvar 2026-cı il tarixli qərarı ilə Məhkum “Konstitusiya və Suverenlik Ili” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli qərarının 2.6-cı bəndinə əsasən cəzadan azad edilmişdir. Işin halları: Ittiham aktına əsasən Məhkum 03.06.2023-cü il tarixdə saat 15 radələrində etibarnaməsiz və alkoqollu içkinin təsiri altında qardaşı X2 məxsus “Mercedes-Benz E 240 minik” markalı **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobillə Lənkəran rayonu Gərmətük qəsəbəsi ərazisində hərəkətdə olarkən təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün həmin vaxt rayonun “Gərmətük dairəsi” ətrafında xidmət aparan Lənkəran ŞRPŞ-nin DYPB-nin YPX inspektorları zərərçəkmiş şəxs1 və zərərçəkmiş şəxs2 tərəfindən saxlanılaraq alkoqollu içkinin təsiri altında və etibarnamə olmadan avtomobili idarə etdiyi müəyyən olunduğundan onu sərxoşluq müayinəsindən keçirmək və idarə etdiyi avtomobili Lənkəran ŞRPŞ-nin cərimə meydançasına yerləşdirmək üçün ictimai qaydanın qorunması üzrə vəzifəsini yerinə yetirən və ictimai qaydanın pozulmasının qarşısını alan polis əməkdaşlarının qanuni tələblərinə əməl etməyərək müqavimət göstərməklə ictimai qaydanı kobud surətdə pozaraq, cəmiyyətə açıqca hörmətsizlik ifadə edərək səs-küy salıb, polis əməkdaşlarının ünvanına cəmiyyətdə qəbul olunmayan qeyri-etik və nalayiq ifadələr işlədərək hər hansı bir səbəb olmadan müstəsna dərəcədə aqressivlik nümayiş etdirərək şəxslər üzərində zor tətbiq edilməsi hədəsi ilə, yəni zərərçəkmiş şəxs1 və zərərçəkmiş şəxs2 döyəcəyi və sağlamlıqlarına zərər vurması hədəsi ilə müşayiət olunan qərəzli hərəkətlər edərək, cəmiyyətdə qəbul olunmuş birgəyaşayış, ictimai yerdə davranış və əxlaq normalarına riayət olunmasına daha həssas yanaşılması tələblərinə müstəsna etinasızlıq nümayiş etdirərək, öz səxsiyyətini ətrafda olan çoxsaylı vətəndaşların şəxsiyyətinin fövqündə qoyub qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Bundan başqa, o, dövlət yol polisinə aid “Kia Sportage” markalı, **-YP-*** dövlət qeydiyyat nişanlı xidməti avtomobildə zərərçəkmiş şəxs1 və zərərçəkmiş şəxs2 qanuna müvafiq tədbirləri nəticəsində arxa sol oturacaqda əyləşdikdən sonra xidməti vəzifəsi ilə əlaqədar sərxoşluq müayinəsindən keçmək üçün zərərçəkmiş şəxs2 avotomobili idarə edib bir qədər getdikdən sonra sonuncunun sifət nahiyəsindən sillə və yumruqla vuraraq alın nahiyəsində sıyrıq kimi dərəcəsi təyin edilməyən xəsarət yetirməklə hakimiyyət nümayəndəsi olan yol patrul xidmətinin inspektoru, R zərərçəkmiş şəxs2 xidməti vəzifələrini yerinə yetirərkən zor tətbiq etməklə müqavimət göstərmişdir. Birinci instansiya məhkəməsi tərəfindən Məhkum CM-in 221.2.2-ci maddəsi ilə bəraət verilmişdir. Kassasiya protestinin və kassasiya şikayətinin dəlilləri: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-206/2025 nömrəli 28 oktyabr 2025-ci il tarixli qərarının ləğv edilməsi, iş üzrə yeni apellyasiya baxışının təyin edilməsi xahiş olunur. Kassasiya protesti belə əsaslandırılmışdır ki, məhkəmələr tərəfindən Məhkum Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsi ilə əsassız olaraq bəraət verilmişdir. Məhkəmə hesab etmişdir ki, ittihamın əsasını zərər çəkmiş şəxslər zərərçəkmiş şəxs1 və zərərçəkmiş şəxs2 və 3 nəfər şahid - şahid4, şahid2 və şahid1 ifadələri təşkil edir. Zərər çəkmiş şəxslərin məhkəmə istintaqı zamanı verdikləri ifadələrində Məhkum saxlanıldıqdan sonra onun qanunsuz hərəkətlər etməsinə görə ətrafda toplaşmış şəxslərin sayı, patrul avtomobilində videomüşahidə kamerasının və səsyazan vasitənin işlək vəziyyətdə olması, həmin vasitələrin təmir üçün göndərilməsi barədə göstərdikləri xüsusatlar arasında ziddiyyətlər mövcuddur. Zərər çəkmiş şəxslər - Lənkəran DYPB-nin YPX inspektorları zərərçəkmiş şəxs2 və zərərçəkmiş şəxs1 tərəfindən Məhkum 03.06.2023-cü il tarixdə saxlanılmasından sonra sonuncu alkotester müayinəsindən keçirilməmiş, həkim-narkoloqa aparılması adı ilə birbaşa Lənkəran ŞRPŞ-yə aparılmış, şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün müstəntiq tərəfindən müayinəyə göndərilmiş, Xaiid Rəhimovun hərəkətləri barədə polis şöbəsinin növbətçi hissəsinə ona istinad edilən xuliqanlıq hərəkətləri törədilən zaman deyil, polis şöbəsinə gətirildikdən sonra məlumat verilmiş, eləcə də YPX maşınında olan və YPX inspektoruna təhkim edilmiş xüsusi texniki vasitələrin isə ümumiyyətlə təmir üçün göndərilmədiyi müəyyən edilmişdir. Eyni zamanda, şahidlər - şahid2 və şahid4 ifadələrində sonuncunun avtomobilində olan şəxslərin qadın və kişi olması, hadisə yerində 3 polis əməkdaşı və iki polis maşını olması, eləcə də PPXByə məxsus xidməti avtomobilin olması əraziyə 25-30 nəfər şəxsin toplaşması, hadisənin baş vermə müddəti və Məhkum polis əməkdaşlarından ayırmaları kimi göstərdikləri xüsusatlar zərər çəkmiş şəxslərin ifadələri ilə ziddiyyət təşkil etmişdir. Həmçinin şahid şahid1 isə ifadəsində ümumiyyətlə heç vaxt Məhkum nə “Gərmətük dairəsi’’ adlanan ərazidə və ya başqa yerdə YPX əməkdaşları ilə dava-dalaş və ya mübahisə etməsinin şahidi olmadığını bildirmiş və müvafiq mobil operatorlara edilmiş sorğuların cavablarına əsasən şahid4 və şahid1 adlarına qeydə alınmış mobil telefon nömrələrinin 03.06.2023-cü il tarixdə “Gərmətük dairəsi” adlanan ərazidə anten dairələrində olmaması müəyyən edilmişdir. Məhkəmə işdə mövcud olan sübutları qarşılıqlı müqayisə etməklə təhlillər aparmadan, bir sübutun qəbul, digər sübutların isə rədd edilməsinin motivlərini göstərmədən, mötəbər sübutlara əsaslanmadan, məhkəmə baxışında həqiqətə uyğun olmayan ifadə verən şahid şahid1, digər sübutlarla təkzib olunan ifadələrinə əsaslanmışdır. Bundan əlavə, məhkəmənin şahidlər - şahid2 və şahid4 də ifadələrində sonuncunun avtomobilində olan şəxslərin qadın və kişi olması, hadisə yerində 3 polis əməkdaşı və iki polis maşını olması, eləcə də PPXB-yə məxsus xidməti avtomobilin olması, əraziyə 25-30 nəfər şəxsin toplaşması, hadisənin baş vermə müddəti və Məhkum polis əməkdaşlarından ayırmaları kimi göstərdikləri xüsusatları həm şahidlərin öz ifadələri, həm də zərər çəkmiş şəxslərin ifadələri ilə ziddiyyət təşkil etməsi qənaətinə gəlməsi əsassız olmuşdur. Belə ki, məhkəmə şahid və zərər çəkmiş şəxslərin ifadələrində göstərdiklərinin “ziddiyət təşkil etməsi kimi qiymətləndirdiyi” xüsusatları araşdırıb müqayisəli tədqiq etməli olduğu halda bunu etməyib, qeyri-obyektiv araşdırma aparılmaqla hökmdə ümumiyyətlə münasibət bildirməmiş və nəticədə işin obyektiv hallarına uyğun gəlməyən yekun nəticəyə gəlmişdir. Göründüyü kimi, məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamadan, həmin sübutları mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə qiymətləndirməyərək Məhkum təqsiri sübuta yetirilmədiyinə görə CM-nin 221.2.2-ci maddəsi üzrə əsassız bəraət vermişdir. Bundan başqa məhkəmə Məhkum cəza təyin edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə almamışdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə müvafiq olaraq məhkəmə məhkuma cəza təyin edərkən Məhkum "yaşayış yerindən müsbət xarakterizə olunmasını" onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə almışdır. Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-206/2025 nömrəli 28 oktyabr 2025-ci il tarixli qərarının ləğv edilməsi, məhkuma CM-in 315-ci maddəsi ilə bəraət verilməsi xahiş olunur. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, Məhkum Azərbaycan Respublikası CM-nın 315-ci maddəsi ilə məhkum olunması üçün ibtidai istintaq orqanı və apellyasiya məhkəmələrinin istinad etdiyi sübutlar CPM-nin tələblərinə cavab vermir. Məhkəmə istintaqında tədqiq edilmiş sübutları nəzərdən keçirdikdə, tədqiq edilmiş sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etmədiyi və ibtidai istintaq orqanının müəyyən etdiyi halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlmədiyi, Məhkum Azərbaycan Respublikası CM-nın 315-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə dair ittihamın əsasını ancaq istintaq orqanının qeyri-mötəbər, ziddiyətli və işin faktiki halları ilə uzlaşmayan sübutlar təşkil etməsi, habelə sübutların qanunsuz yolla və CPM-in tələbləri pozulmaqla əldə edilməsi, ittiham tərəfinin təqdim etdiyi sübutların mötəbərliyinə kifayət qədər şübhələr olması və Məhkum təqsirliliyinə dair heç bir başqa sübutların olmaması müəyyən edilmişdir. Lakin məhkəmələr 18 novabr 2024-cü il tarixli 1(049)-25/2024 nömrəli hökmdə zərər çəkmiş şəxslər zərərçəkmiş şəxs1 və zərərçəkmiş şəxs2 ifadələri arasında kifayət qədər ziddiyyətli məqamların olması, onların ifadələrinin həm də şahidlərin ifadələri ilə ziddiyyət təşkil etməsi, zərər çəkmiş şəxslərin ifadələrində göstərdikləri ilə şahid ifadələrində qeyd edilənlərin bırı digərını təkzıb edən xüsusatların mövcud olması, zərərçəkmiş şəxs1 və zərərçəkmiş şəxs2 Mırkərəm oğlunun verdikləri ifadələrin mötəbər olmaması qənaətınə gəlsə də, məhkəmə bu ifadələr əsasında Məhkum Azərbaycan Respublikası CM-ın 315-ci maddəsi ilə təqsirli bilmişdir. Ibtidai istintaq zamanı 03.06.2023-cü il tarixdə Lənkəran ŞRPŞ-nin DYPB-nin YPX inspektorları X7 və X3 xidmət apardığı **-YP-*** dövlət qeydiyyat nişanlı “Kia Sportage” markalı xidməti patrul avtomobilinə quraşdırılmış videokameranın videogörüntülərinin və məsafədən səs ötürən mikrofon səs qeydlərinin istintaqa təqdim edilməsi ilə bağlı sorğuya Lənkəran ŞRPŞ-i tərəfindən verilmiş cavabda isə 3 iyun 2023cü il tarixdə **-YP-*** dövlət qeydiyyat nişanlı “Kia Sportage” markalı xidməti patrul avtomobilinə quraşdırılmış videokameranın və məsafədən səs ötürən mikrofonun nasazlığı səbəbindən videogörüntünü və səsin qeydə alınmadığı göstərilmişdir. Beləliklə, Məhkum Azərbaycan Respublikası CM-nın 315-ci maddəsi ilə təqsirləndirilməsi üçün ibtidai istintaq orqanı və Lənkəran rayon məhkəməsinin istinad etdiyi sübutlar CPM-in tələblərinə cavab vermir. Məhkəmə istintaqında tədqiq edilmiş sübutları nəzərdən keçirdikdə, tədqiq edilmiş sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etmədiyi və ibtidai istintaq orqanının müəyyən etdiyi halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlmədiyi, Məhkum Azərbaycan Respublikası CM-ın 315-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə dair ittihamın əsasını ancaq istintaq orqanının qeyri-mötəbər, ziddiyətli və işin faktiki halları ilə uzlaşmayan sübutlar təşkil etməsi, habelə sübutların qanunsuz yolla və CPM-in tələbləri pozulmaqla əldə edilməsi, ittiham tərəfinin təqdim etdiyi sübutların mötəbərliyinə kifayət qədər şübhələr olması və Məhkum təqsirliyinə dair heç bir başqa sübutların olmaması müəyyən edilmişdir. Lakin hökmdə zərər çəkmiş şəxslər zərərçəkmiş şəxs1 və zərərçəkmiş şəxs2 ifadələri arasında kifayət qədər ziddiyyətli məqamların olması, onların ifadələrinin həm də şahidlərin ifadələri ilə ziddiyyət təşkil etməsi, zərər çəkmiş şəxslərin ifadələrində göstərdikləri ilə şahid ifadələrində qeyd edilənlərin bırı digərını təkzıb edən xüsusatların mövcud olması, zərərçəkmiş şəxs1 və zərərçəkmiş şəxs2 Mirkərəm oğlunun verdikləri ifadələrin mötəbər olmaması qənaitınə gəlsə də, məhkəmə bu ifadələr əsasında Məhkum CM-in 315-ci maddəsi ilə təqsirli bilmişdir. Iş materiallarında olan sübutlar Məhkum Azərbaycan Respublikası CM-nın 315-ci maddəsi ilə təqsirli bilinməsi üçun kifayət etmir, toplanmış sübutların mötəbərliyi şübhə doğurur və bu sübutların hazırki işdə yol verilmiş üsullarla toplanması həmin şübhələrin əsaslığını bir daha təsdiq edir. Məhkəmənin gəldiyi nəticə işin faktiki hallarına uyğun olmamış və iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilməmiş, məhkəmənin gəldiyi nəticə məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təsdiq edilməmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətinin və kassasiya protestinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin təmin edilməsi, kassasiya protestinin isə təmin ediıməməsi barədə məhkum Məhkum və onun müdafiəçisi müdafiəçi2, kassasiya şikayətinin təmin edilməməsi, kassasiya protestinin istə təmin edilməsi barədə dövlət ittihamçısı R.Məmmədlinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya protesti və kassasiya şikayəti şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin hallan araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Faktları araşdırmaq və müəyyən etmək funksiyaları üzərilərinə qoyulmuş birinci və apellyasiya instansiyası məhkəmələri isə təqdim olunan sübutları araşdırmaqla belə nəticəyə gəlmişlər ki, Məhkum məhkəmə qərarlarında təsvir edilən cinayət hadisəsini törətmişdir və təqsirliliyi sübuta yetirilmədiyinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsi ilə ona bəraət verilmişdir. Bu zaman məhkəmələr iş üzrə şahidlərin ifadələrinə, ekspert rəylərinə, habelə toplanmış digər sübutlara istinad etmişlər. Cinayət-prosessual qanunvericiliyinə uyğun surətdə əldə edilmiş həmin sübutların qanuniliyinin və mötəbərliyinin şübhə altına alınması üçün heç bir qanuni əsas yoxdur. Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində məhkuma qarşı irəli sürülən ittiham üzrə ədalətli qərar qəbul edilmədiyi bildirilir və iş üzrə bəraət verilməsi, dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində isə iş üzrə yeni apellyasiya baxışının təyin olunması xahiş olunur. Azərbaycan Respublikası CM-in 221.1-ci maddəsinə əsasən “xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər” əməli məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası CM-in 221.2.2-ci maddəsində bu əməl “ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə törədildikdə” iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası CM-in 315-ci maddəsində “hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən zor tətbiq etməklə müqavimət göstərmə və ya xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar ona və ya onun yaxın qohumlarına qarşı zor tətbiq etmə”ya görə məsuliyyət nəzərdə tutulur və bu əməl iki ildən beş ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 17 mart 2011-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 9 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-in 28.5-ci maddəsi). Insan Hüquqları üzrə Avropa Məhkəməsinin “Taxquet Belçikaya qarşı” 13 yanvar 2009-cu il, Xirvisari Finlandiyaya qarşı” 27 sentyabr 2001-ci il, “X4rşı” 09 dekabr 1994-cü il və “Hacianastassion Yunanıstana qarşı” 16 dekabr 1992-ci il tarixli qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. “Insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin tələb etdiyi ədalətli araşdırmanın məcburi tələbləri arasında cinayət təqibini həyata keçirən hakimiyyət orqanının bütün sübutlar barədə müdafiə tərəfinə məlumat vermək vəzifəsi mühüm yer tutur. Konvensiyanın 6-cı maddəsi ilə təminat verilən ədalətli məhkəmə baxışı prinsipi hüququn əlilliyinə və insan hüquqlarına hörmətin həyata keçirilməsinə xidmət edir. Əks maraqların toqquşduğu məhkəmə prosesində tərəflərin prosesdə bərabərliyinin təmin edilməsi məhkəmələr tərəfindən həyata keçirilməlidir. Şikayətdə və protestdə göstərilən dəlillərlə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materiallarına əsasən məhkum Məhkum əməli mötəbərliyi heç bir şübhə doğurmayan, Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq əldə edilmiş sübutlarla, yəni şahid ifadələri, ekspert rəyləri və bir çox istintaq hərəkətlərinin aparılması haqqında protokollarla və işə əlavə edilmiş sənədlərlə tam sübuta yetirilmişdir. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi işə baxılması zamanı natamamlığa, qeyri-obyektivliyə, cinayət prosesi iştirakçılarının hüquqlarının pozulmasına yol verməmiş, məhkəmə iclasları ağlabatan müddətlərdə cinayət mühakimə icraatının prinsiplərinə uyğun olaraq keçirilmiş və məhkəmələr hər hansı bir sübutun tədqiqindən imtina etməyərək qanunsuz yolla əldə olunmuş sübutlardan istifadə etməmişlər. Məhkəmə baxışları zamanı həmçinin “Insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli və qərəzsiz məhkəmə baxışına malik olmaq, müdafiə, onun lehinə və əleyhinə ifadələr vermiş şahidləri dindirmək və başqa hüquqları da pozulmamışdır. Məhkəmə kollegiyası iş materiallarını bir daha təhlil edərək belə qənaətə gəlir ki, işə baxan məhkəmələr Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları onların mötəbərliyi, mümkünlüyü və mənsubiyyəti üzrə qiymətləndirib CPM-in 146-cı maddəsinə əsasən həmin sübutların məhkum Məhkum tərəfindən ittiham edildiyi Azərbaycan Respublikası CM-in 315-ci maddəsinə cinayətin törədilməsinə dair onun təqsirliliyinin müəyyən edilməsi üçün kifayət etməsi haqqında düzgün nəticəyə gəlmiş, həmçinin məhkəmələr tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 221.2.2-ci maddəsi ilə bəraət verilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan apellyasiya instansiyası məhkəməsi məhkumun qeyd edilən cinayəti törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanları tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Kassasiya kollegiyası əvvəlcə kassasiya protestinin dəlillərinə qiymət verərək qeyd edir: Məhkəmə qərarlarından görünür ki, Məhkum CM-in 221.2.2-ci maddəsi ilə bəraət verilərkən, həmin ittihamla bağlı şahidlərin və zərər çəkmiş şəxslərin ifadələrinin ziddiyyət təşkil etməsi, şahid şahid1 ümumiyyəltə “Gərmətük dairəsi” adlanan ərazidə olmaması, şahidlərin telefon anten məlumatlarının ittihamda qeyd olunan tarix və vaxta və hadisənin baş verməsinin göstərildiyi yerə uyğun gəlməməsi əsaslarına istinad edilmişdir. Qismən istintaqla keçirilən apellyasiya məhkəmə iclasında məhkum Məhkum birinci instansiya məhkəməsində verdiyi ifadəyə uyğun ifadə vermiş, 03.06.2023-cü il tarixdə, saat 15 radələrində toy mərasimindən çıxıb Lənkəran rayonu, Gərmətük qəsəbəsi ərazisində hərəkətdə olan zaman yol polisləri ona saxla işarəsi vermiş, o, avtomobili saxlamış və avtomobildən düşüb YPX-nin əməkdaşlarına yaxınlaşmışdır. YPX-nin sonradan adını bildiyi əməkdaşı zərərçəkmiş şəxs1 ona “Kia Sportage” markalı YPX avtomobilinə əyləşməyi təklif etmişdir. O da avtomobilin arxa sol oturacağında əyləşmişdir. YPX əməkdaşı ondan içkili olub-olmadığını ondan soruşmuş, o da həmin şəxsə toy şənliyində pivə içdiyini bildirmişdir. Bundan sonra YPX əməkdaşı Vüsal Şükürov idarə etdiyi avtomobilin açarlarını onlara təqdim etməli olduğunu bildirmiş, o, heç bir etiraz etməmiş, idarə etdiyi avtomobilin açarını zərərçəkmiş şəxs1 vermişdir. zərərçəkmiş şəxs1 onun avtomobilini idarə etmiş, o isə YPX-nin avtomobilində oturub polis əməkdaşı ilə birlikdə polis şöbəsinə getmişlər. Lənkəran ŞRPŞ-yə gəldikdən sonra avtomobil duracağa yerləşdirilmiş və daha sonra Lənkəran rayon narkoloji dispanserə gedib sərxoşluq müayinəsindən keçmişdir. Müayinə zamanı onda orta dərəcəli alkoqol sərxoşluq vəziyyətinin olması müəyyən edilmişdir. Lənkəran ŞRPŞ-nin DYPB-nin əməkdaşları zərərçəkmiş şəxs1 və zərərçəkmiş şəxs2 tərəfindən saxlanılan zaman onlara müqavimət göstərməmişdir. YPX əməkdaşları da onunla nəzakətlə davranmışlar. Həmçinin zərərçəkmiş şəxs2 polis avtomobilində döyməmiş, onların bütün qanuni tələblərini yerinə yetirmişdir. Polis şöbəsində olduqları vaxt zərərçəkmiş şəxs1 bildirmişdir ki, onu Mirtağı polis şöbəsinə gətirmişdir. Ona görə tibbi ekspertizaya Mirtağı getməlidir. Bundan sonra Mirtağı ekspertizaya xəsarət alması ilə bağlı getmişdir. O, həmçinin Gərmətük qəsəbəsi ərazisində YPX-nin əməkdaşları tərəfindən saxlanılarkən onlara qarşı kobud rəftar etməmiş, bu barədə şahidlərin ifadələri doğru deyil, onlar həmin vaxt orada olmamışlar. Əvvəllər rayon icra hakimiyyətində müavin vəzifəsində işləməsi ilə əlaqəli icra hakimiyyəti ilə mübahisəli halları vardır, məhz həmin vəziyyətə görə sifariş əsasında ona böhtan atılır. Apellyasiya baxışında dindirilmiş YPX-nin əməkdaşı zərər çəkmiş şəxs zərərçəkmiş şəxs1, şahidlər şahid4 və şahid2 birinci instansiya məhkəməsində verdikləri ifadələrə uyğun ifadə vermişlər. Onların həmin ifadələri təfərrüatı ilə hökmdə göstərilmişdir. Qeyd olunan ifadələrin qısa xülasəsinə əsasən, 03.06.2023-cü il tarixdə, saat 15:30 radələrində Lənkəran şəhəri Gərmətük qəsəbəsi ərazisində yolun sol kənarında Məhkum yol patrul xidmətinin əməkdaşları zərərçəkmiş şəxs1 və zərərçəkmiş şəxs2 qarşı ucadan nalayiq ifadələr işlətmiş, həmin vəziyyətə görə hərəkətdə olan nəqliyyat vasitələrinin sürücüləri ora toplaşmış, Məhkum idarə etdiyi avtomobilin polis şöbəsinə aparılmasına və sərxoşluq vəziyyətinin yoxlanılmasına etiraz olaraq polis əməkdaşlarını hədələmiş, bu vəziyyət 40 dəqiqəyə qədər davam etmişdir. Şahidlər şahid4 və şahid2 apellyasiya baxışında suallara cavab olaraq həmçinin bildirmişlər ki, şahid şahid1 onlarla bilrikdə olmamışdır. Iş materiallarından görünür ki, apellyasiya baxışında dindirilmiş şahid şahid1 göstərmişdir ki, o, heç vaxt Məhkum “Gərmətük dairəsi” adlanan ərazidə YPX əməkdaşları ilə dava-dalaş və ya mübahisə etməsinin şahidi olmamışdır. Ümumiyyətlə həmin vaxt şahid4 və şahid2 ilə birlikdə olmamışdır. 8-10 ay əvvəl qonşusu Anar ona demişdir ki, şahidlik edib kiminsə üzünə durmusan. Işdə olan imzalar ona aid deyil, hansısa yalan yollarla imzanı ondan alıblarsa, ondan xəbəri yoxdur. Öz işləri ilə əlaqədar polis şöbəsinə gedib gələn olmuşdur. Həmin vaxt qaynatası özünü asmış, ona görə polis şöbəsində izahat vermişdir. Daha sonra qaynı avtoqəza etmiş, onunla əlaqədar polisdə olmuşdur. Həmin vaxtlar 3 iyun 2023-cü il tarixə uyğun gəlir. Birinci instansiya məhkəməsində təyin edilmiş məhkəmə-xətşünaslıq ekspertizasının 21 may 2024-cü il tarixli 4/652 №-li ekspert rəyinin nəticə hissəsindən görünür ki, ekspertizaya təqdim edilmiş, cinayət işinin 1-ci cildinin 44-45-ci vərəqlərində olan 04.06.2023-cü il tarixli izahatın 1-ci vərəqinin aşağı hissəsindəki imza, 2-ci vərəqində “Imza” qrafasındakı imza; 68-69-cu vərəqlərində olan 05.06.2023-cü il tarixli şahidin dindirilməsi haqqında protokolun 1-2-ci vərəqlərində “imza” qrafalarındakı imzalar şahid1 tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, cinayət işinin 1-ci cildinin 44-45-ci vərəqlərində olan 04.06.2023-cü il tarixli izahatın 2-ci vərəqində “imza” qrafasındakı “şahid3” əlyazmaları şahid1 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Bundan başqa, birinci instanisya məhkəməsinin müvafiq sorğularına əsasən Lənkəran ŞRPŞ-dən daxil olmuş məlumatlarda, patrul avtomobilində quraşdırılmış videokamera və səs qeydlərinin iki aydan artıq müddətdə saxlanılmaması səbəbindən görüntünün təqdim edilməsinin mümkün olmadığı, 03.06.2023-cü il tarixdə Məhkum və idarə etdiyi “Mercedes-Benz E 240 minik" markalı **-BL-*** dövlət nömrə nişanlı avtomobil Lənkəran ŞRPŞ-yə gətirildikdən sonra onun hərəkətləri barədə DYPB-nin YPX inspektoru, R zərərçəkmiş şəxs1 tərəfindən “Yolpatrul xidməti haqqında təlimat”ın 13.13-cü bəndinə əsasən raportla şöbə rəhbərliyinə məruzə edildiyi, həmin raport şöbənin növbətçi hissəsində “şöbənin törədilmiş və ya hazırlanan cinayətlərin qeydiyyatı kitabında” 2008 sayla qeydiyyata alınaraq araşdırmanın istintaq bölməsinin müstəntiqi, R Aqşin Axundova həvalə edildiyi, radio-cihaz, bort kompüter, alkotester və digər xüsusi vasitələrin patrul avtomaşınına təhkim olunduğu, Məhkum sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün müstəntiqin göndərişi əsasında müayinəyə göndərildiyi və müvafiq rəy alındığı, buna görə də, Məhkum barəsində DYPB-nin əməkdaşları tərəfindən inzibati protokol tərtib olunmadığı üçün "nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırma və sərxoşluq vəziyyətini müəyyən etmək üçün tibbi müayinə göndərilmə barədə" protokol tərtib edilmədiyi göstərilmişdir. Bundan əlavə müvafiq mobil operatorlara edilmiş sorğuların cavablarına əsasən şahid4 və şahid1 adlarına qeydə alınmış mobil telefon nömrələrinin 03.06.2023-cü il tarixdə “Gərmətük dairəsi” adlanan ərazidə anten dairələrində olmaması müəyyən edilmişdir. Belə ki, “xxxx”MMCdən daxil olmuş 18 mart 2024-cü il tarixli, 5801 nömrəli məktubla daxil olmuş məlumatlardan görünür ki, 03.06.2023-cü il tarixdə saat 10.01.02-də 050-399-35-25 nömrəli mobil nömrədən şahid1 istifadəsində olan 050-527-62-24 nömrəli mobil nömrəsinə zəng vurulmuş, aralarında 101 saniyə danışıq olmuş, şahid1 istifadəsində olan 050-527-62- 24 nömrəli mobil nömrənin anten məlumatı Lənkəran rayonun Mamusta kəndini göstərmiş, 03.06.2023-cü il tarixdə saat 13.08.32-də 050-884-28-90 nömrəli mobil nömrədən şahid1 istifadəsində olan 050-527-62-24 nömrəli mobil nömrəsinə zəng vurulmuş, aralarında 32 saniyə danışıq olmuş, şahid1 istifadəsində olan 050-527-62-24 nömrəli mobil nömrənin anten məlumatı Lənkəran rayonu Şıxəkəran kəndini göstərmiş, 03.06.2023-cü il tarixdə saat-16.39.34-də, 03.06.2023-cü il tarixdə saat 16.58.09-da, 03.06.2023-cü il tarixdə saat-16.58.36-da, 03.06.2023-cü il tarixdə saat 17.15.42-də, 03.06.2023-cü il tarixdə saat-17.22.15-də,050-884-28-90 nömrəli mobil nömrədən şahid1 istifadəsində olan 050-527-62-24 nömrəli mobil nömrəsinə zənglər vurulmuş, həmin zənglər vaxtı şahid1 istifadəsində olan 050- 527-62-24 nömrəli mobil nömrənin anten məlumatı Lənkəran rayonun Tütəpeştə və Şıxəkəran kəndlərini göstərmiş, 03.06.2023-cü il tarixdə saat 13.22.25-də 051-390-82-26 nömrəli mobil nömrədən şahid4 istifadəsində olan 050-851-24-24 nömrəli mobil nömrəsinə zəng vurulmuş, aralarında 27 saniyə danışıq olmuş, şahid4 istifadəsində olan 050-851-24-24 nömrəli mobil nömrənin anten məlumatı Lənkəran rayonun Tütəpeştə kəndini göstərmiş, 03.06.2023-cü il tarixdə saat 13.34.41-də 050-774-13-32 nömrəli mobil nömrədən şahid4 istifadəsində olan 050-851-24-24 nömrəli mobil nömrəsinə zəng vurulmuş, aralarında 11 saniyə danışıq olmuş, şahid4 istifadəsində olan 050-851-24-24 nömrəli mobil nömrənin anten məlumatı Lənkəran rayonun Mamusta kəndini göstərmiş, 03.06.2023-cü il tarixdə saat- 14.05.00-da 050-424-15-14 nömrəli mobil nömrədən şahid4 istifadəsində olan 050-851-24-24 nömrəli mobil nömrəsinə zəng vurulmuş, aralarında 17 saniyə danışıq olmuş, şahid4 istifadəsində olan 050-851-24-24 nömrəli mobil nömrənin anten məlumatı Lənkəran rayonun Mamusta kəndini göstərmişdir. 03.06.2023-cü il tarixdə saat 09.58.13-dən saat 20.40.23- ə kimi olan müddətdə şahid1 istifadəsində olan 050-527-62-24 nömrəli mobil nömrə ilə müxtəlif mobil telefon nömrələri arasında 41 dəfə danışıq aparılmış, həmin danışıqlar zamanı şahid1 istifadəsində olan 050-527-62-24 nömrəli mobil nömrənin anten məlumatı Lənkəran rayonun Mamusta, Şıxəkəran və Tütəpeştə kəndlərini göstərmiş, həmin gün şahid1 istifadəsində olan 050- 527-62-24 nömrəli mobil nömrənin anten məlumatı Lənkəran rayonunun Gərmətük qəsəbəsini göstərməmişdir. 04.06.2023-cü il tarixdə saat-06.45.48-dən saat 22.46.51ə kimi olan müddətdə şahid1 istifadəsində olan 050-527-62-24 nömrəli mobil nömrə ilə müxtəlif mobil telefon nömrələri arasında 64 dəfə danışıq aparılmış, həmin danışıqlar zamanı şahid1 istifadəsində olan 050-527-62-24 nömrəli mobil nömrənin anten məlumatı Lənkəran rayonun Mamusta, Şıxəkəran, Tütəpeştə və Gərmətük kəndlərini göstərmiş, həmin gün şahid1 istifadəsində olan 050-527-62-24 nömrəli mobil nömrənin anten məlumatı Lənkəran şəhərini göstərməmişdir. 05.06.2023-cü il tarixdə saat 09.29.50-dən saat 22.00.58-ə kimi olan müddətdə şahid1 istifadəsində olan 050- 527-62-24 nömrəli mobil nömrə ilə müxtəlif mobil telefon nömrələri arasında 29 dəfə danışıq aparılmış, həmin danışıqlar zamanı şahid1 istifadəsində olan 050-527-62-24 nömrəli mobil nömrənin anten məlumatı Lənkəran rayonun Mamusta, Şıxəkəran, Tütəpeştə və Hirkan kəndlərini göstərmişdir. Həmçinin “xxxx” MMC-dən daxil olmuş 2309.2024-cü il tarixli məlumatdan görünür ki, şahid1 tərəfindən özünün istifadəsində olduğu qeyd edilmiş 077- 486-61-77 mobil telefon nömrəsinin X5 adına qeydə alındığı, həmin mobil telefon nömrəsinə 03.06.2023-cü il tarixdə saat 20:28-də 077-486- 61-75 mobil telefon nömrəsindən zəng gəldiyi, telefon danışığının müddətinin 27 saniyə təşkil etdiyi, 077-486-61-77 nömrəli mobil nömrənin anten məlumatının Lənkəran rayonu Vel kəndini göstərdiyi qeyd olunmuşdur. Göründüyü kimi, xüliqanlıq cinayətinə görə verilmiş ittiham üçün əsas sübutlar zərər çəkmiş şəxslərin və şahidlərin ifadələridir. Lakin həmin ifadələrin mötəbərliyi, əldə olunma mənbəyinin qanuniliyi şübhə doğurur və həmin şübhəli vəziyyəti digər sübutlarla aradan qaldırmaq mümkün deyil. Məhkəmə kollegiyası məhkuma təyin edilmiş cəzanın növünə və həddinə də münasibət bildirərək qeyd etməyi zəruri hesab edir ki, məhkuma cəza təyin edilərkən cəzasını yüngülləşdirən hallar kimi yaşayış yeri üzrə müsbət xarakterizə, himayəsində azyaşlı uşaqlarının olması və cəzasını ağırlaşdıran halın olmaması nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilmişdir. Kassasiya kollegiyası kassasiya şikayətinin dəlillərinə qiymət verərək qeyd edir ki, ittiham üzrə əsas sübutlar zərər çəkmiş zərərçəkmiş şəxs2 və şahid zərərçəkmiş şəxs1 ifadələri, məhkəmə-tibbi eskpertizasının rəyidir. Kassasiya şikayətində iddia edilir ki, məhkum zərərçəkmiş şəxs2 idarə etdiyi avtomobil ilə polis şöbəsinə gətirilərkən yolda onunla mübahisə etməmiş, onu vurmamışdır. Əvvəllər rayon icra hakimiyyətində müavin vəzifəsində işləməsi ilə əlaqəli icra hakimiyyəti ilə mübahisəli halları vardır, məhz həmin vəziyyətə görə sifariş əsasında ona böhtan atılır. Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinənin nəticəsinə dair 3 iyun 2023-cü il tarixli, 125 nömrəli protokoldan görünür ki, Məhkum orta dərəcəli sərxoşluq vəziyyətində olmuşdur. Cinayət işi materiallarından və Məhkum ifadələrindən aydın olur ki, o, həmin vaxt həqiqətən avtomobili sərxoş vəziyyətdə nəqliyyat vasitəsini idarə etmiş, polis şöbəsində aparılmasının da səbəbi məhz həmin halla əlaqədar olmuşdur. Göründüyü kimi, Məhkum polis şöbəsinə aparılması üçün qanuni əsas olmuşdur. Göstərilən vəziyyət Məhkum sifariş əsasında polis şöbəsinə aparılması barədə iddiasının əsassız olmasını təsdiq edir. Həmçinin Məhkum digər iddiası avtomobildə zərərçəkmiş şəxs2 hər hansı xəsarət yetirməməsidir. Kollegiya həmin dəlillə bağlı qeyd edir ki, zərər çəkmiş şəxs qismində ifadə vermiş YPX-nin əməkdaşı zərərçəkmiş şəxs2 ifadələrində bildirmişdir ki, Məhkum alkotesterlə müayinədən imtina etdiyinə görə sərxoş olmasına görə polis şöbəsinə gətirilərkən ona aid olan avtomobili zərərçəkmiş şəxs1 idarə etmiş və o, öndə hərəkətdə olmuşdur. Məhkum isə YPX-yə aid avtomobilin arxa hissəsində əyləşmiş və avtomobili özü idarə etmişdir. Avtomobillər arasında ara məsafəsi təqribən 2 metr olmuşdur. Avtomobillər yolda hərəkətdə olarkən o, Məhkum spirtli içkinin təsiri altında avtomobil idarə etməsinin qanunazidd olmasını, onun özü və digər yol hərəkəti iştirakçıları üçün təhlükə törətdiyini bildirdikdə, Məhkum yenidən aqressivləşmiş, oturduğu sağ arxa oturacaqdan ona sağ əli ilə sillə vurmağa başlamış, o avtomobili idarə edəedə əli ilə Məhkum sillə zərbələrindən yayınmağa çalışsa da, sillə zərbələrindən biri onun alnına dəymiş, bu zaman xidməti patrul avtomobilini yolun sağ hissəsinə çəkərək saxlamışdır. Onun avtomobili saxlamasını görən zərərçəkmiş şəxs1 də avtomobili qarşıda saxlamış, avtomobildən düşərək nə baş verdiyini aydınlaşdırmaqdan ötrü onlara yaxınlaşmışdır. Zərər çəkmiş zərərçəkmiş şəxs2 ifadəsini birinci və apellyasiya instansiya məhkəməsində, eləcə də ibtidai istintaqda şahid qismində ifadə vermiş YPX-nin əməkdaşı zərərçəkmiş şəxs1 təsdiq edərək apellyasiya baxışında dindirilərkən qeyd etmişdir ki, o, Məhkum aid olan avtomobili idarə etmiş və öndə hərəkətdə olmuşdur. Məhkum isə YPX-yə aid avtomobilin arxa hissəsində əyləşmiş və avtomobili zərərçəkmiş şəxs2 idarə etmişdir. Güzgüdə görmüşdür ki, zərərçəkmiş şəxs2 avtomobili saxlamış, bu səbəblə o da avtomobili saxlayaraq gözləmişdir, həmin vaxt güzgüdə Məhkum arxadan əli ilə zərərçəkmiş şəxs2 vurmasını görmüşdür. Bu səbəblə avtomobildən düşmüş və onlara yaxınlaşan zaman Məhkumin mübahisə etməsini, zərərçəkmiş şəxs2 isə alın nahiyəsindən xəsarət almasını görmüşdür. Məhkəmə-tibbi ekspertizasının 3 iyun 2023-cü il tarixli 542 nömrəli rəyindən görünür ki, zərərçəkmiş şəxs2 bədəni üzərində alın nahiyəsində sıyrıq aşkar edilmiş, qeyd olunan xəsarət bərk küt əşyanın təsirindən törənmiş, o cümlədən qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni bərk küt əşya ilə vurma nəticəsində əmələ gələ bilər, müddəti müayinədən bir neçə saat əvvələ uyğun gəlməklə sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Birinci intansiya məhkəməsində əlavə şahid qismində dindirilmiş Lənkəran rayonlararası MTE və PA zona mərkəzinin rəisi X1 ifadəsində göstərmişdir ki, zərərçəkmiş şəxs2 barəsində 03.06.2023-cü il tarixli ekspert rəyi onun tərəfindən verilmişdir. Məhkum təqribən 7-8 ildir ki, tanıyır. zərərçəkmiş şəxs2 müayinə edib rəy vermişdir. Müayinə etdiyi zərərçəkmiş şəxs2 alnında balaca sıyrıq olmuşdur. Həmin sıyrıq küt əşyanın təsirindən yaranmışdır. Küt əşya dedikdə insan əli də nəzərdə tutulur. Yəni həmin xəsarət əl ilə də yetirilə bilər. Rəydə qeyd olunan xəsarət sillə və yumruğun təsirindən yarana bilərdi. Həmin xəsarət şəxsin özü tərəfindən də özünə yetirilə bilər. Həmin məsələlər istintaq yolu ilə araşdırılır və müəyyən edilir. Bununla əlaqədar apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh verilmiş və məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab edir. Məhkəmə kollegiyası cinayət işinin materiallarına və cinayət qanunu normalarının tələblərinə əsaslanaraq hesab edir ki, məhkəmələr iş üzrə toplanmış sübutlara qiymət verərək əsaslı olaraq Məhkum əməlini CM-in 315-ci maddələri ilə tövsif edib həmin maddə ilə məhkum etmiş, CM-in 221.2.2-ci maddəsi ilə isə bəraət vermişlər. Cinayət işinin materiallarından görünür ki, müdafiə tərəfi kassasiya şikayətində irəli sürülən dəlilləri apellyasiya instansiya məhkəməsində də irəli sürmüş və onun dəlilləri məhkəmə tərəfindən hərtərəfli, tam və obyektiv şəkildə iş üzrə toplanmış mötəbər sübutların məcmusu əsasında qiymətləndirilmiş və məhkum tərəfindən ona qarşı irəli sürülmüş ittihamda nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi nəticəsinə gəlmişdir. Məhkəmə kollegiyası mötəbərliyi məhkəmələr tərəfindən yoxlanılmış sübutları hazırkı qərarda məhkəmələr tərəfindən həmin sübutlara münasibətdə qiymətləndirmə ilə razılaşır və hesab edir ki, məhkumun əməlinin tövsifi ilə bağlı məhkəmələrin qənaəti qanuni və əsaslıdır. Məhkəmə kollegiyası hesab edir ki, bu cinayət işində qanunla nəzərdə tutulmuş bəraətin əsasları, yəni Azərbaycan Respublikası CPM-in 42-ci maddəsində göstərilən əsaslar mövcud olmadığından məhkum Məhkum CM-nin 315-ci maddəsi ilə bəraət verilməsi üçün əsaslar yoxdur. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiya müddəaları, həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yolverilməz olduğunu ehtiva edir. Azərbaycan Respublikası Azərbaycan Respublikası CPM-nin 42.1-ci maddəsinin tələbinə əsasən: 42.1.1. cinayət hadisəsi olmadıqda; 42.1.2. əməldə cinayət tərkibi olmadıqda; 42.1.3. cinayətin törədilməsinə aidiyyəti olmadıqda; 42.1.4. təqsirliliyi sübuta yetirilmədikdə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Beləliklə, məhkəmə kollegiyası cinayət işinin materiallarını bir daha təhlil edərək məhkəmələrin iş üzrə gəldiyi yuxarıda göstərilən nəticəni qanuni və əsaslı sayır və belə qənaətə gəlir ki, işə baxan məhkəmələr Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə əməl edərək adı çəkilən məhkum barəsində toplanmış sübutları ədalət mühakiməsinin prinsiplərinə uyğun olaraq ağlabatan müddətlərdə keçirilmiş məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırmış və məhkəmələr onların hər birini ayrı-ayrılıqda və məcmu qaydasında mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarları qəbul etmişlər. Qeyd olunanlar, apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-in 416-cı maddəsində nəzərdə tutulmuş pozuntuya yol verilmədiyini, yəni apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən qərarının qanuni və əsaslı olduğunu, onun kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasların olmadığını göstərir. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya şikayətinin və kassasiya protestinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin şikayətin və protestin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-206/2025 nömrəli 28 oktyabr 2025-ci il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətində və kassasiya protestində onun dəyişdirilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, şikayət və protest təmin edilmədən, həmin qərar isə dəyişiklik edilmədən saxlanılmalıdır. Beləliklə, qeyd edilənlərə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsinin tələblərini rəhbər tutaraq Qərara aldı: Dövlət ittihamçısı Almazov Ramin Pənah oğlu tərəfindən verilmiş kassasiya protesti və məhkumun müdafiəçisi müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Məhkum barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)- 206/2025 nömrəli 28 oktyabr 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(1-8)-241/2026
Ali Məhkəmə Qərar — İş №1(1-8)-241/2026
03.06.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver