Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(1-8)-248/2026 20.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Muxtarov Teyyub Asif oğlu (sədrlik edən), Mövsümov Nazim Rasim oğlu və Cəfərov Ilqar Xanlar oğlundan ibarət tərkibdə, Cəbrayılova Sevinc Elton qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, R dövlət ittihamçısı1, zərərçəkmiş şəxslər zərərçəkmiş şəxs2 və zərərçəkmiş şəxs1 iştirakları ilə, məhkum1 və məhkum2 barələrində olan cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2026-cı il ## ###### tarixli, *(***)-***/**** nömrəli qərarından zərərçəkmiş şəxs Q.M.Nöhbalıyev tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında mahiyyəti üzrə baxaraq MÜƏYYƏN E T D İ: ##.##.1962-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işsiz, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan, faktiki olaraq həmin ünvanda yaşayan, məhkum1 Azərbaycan Respublikası CM-in 178.2.1, 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, CM-in 46.2-ci maddəsi tətbiq edilməklə 1 (bir) il müddətinə dövlət və özəl tibb müəssisələrində rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 4500 (dörd min beş yüz) manat miqdarında cərimə cəzasına məhkum edilmiş, CM-in 69.4-cü maddəsinə əsasən ## ######## 2025-ci il tarixdən ## ######## 2025-ci il tarixədək həbsdə saxlanıldığı müddət nəzərə alınaraq, ona təyin edilmiş cəzanın yüngülləşdirilməsi, üzərində qəti olaraq 1 il müddətinə dövlət və özəl tibb müəssisələrində rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 4000 (dörd min) manat miqdarında cərimə cəzasının saxlanılması, barəsində seçilmiş “həbs” növündə qətimkan tədbirinin “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri ilə əvəz olunması, dərhal məhkəmə iclas zalından həbsdən azad edilməsi; ##.##.1966-cı il tarixdə Qazax rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsili, evli, işsiz, əvvəllər məhkum olunmamış, ünvan 2 ünvanında qeydiyyatda olan, faktiki olaraq ünvan 3 ünvanında yaşayan məhkum2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, ibtidai istintaq orqanı tərəfindən elan olunmuş CM-in 178.2.3-cü maddəsinin ittihamdan xaric edilməsi, üzərinə cəza çəkdiyi müddətdə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri olan ünvan 4 ünvanında yerləşən yaşayış evini hər gün saat 23:00-dan növbəti gün saat 07:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifələrinin qoyulması, hökmün icrasının Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhər Probasiya Idarəsinə həvalə edilməsi, cəzaçəkmə müddətinin əvvəlinin onun yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhər Probasiya Idarəsində qeydiyyata alındığı vaxtdan hesablanması, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Həmin hökmdən zərərçəkmiş şəxslər zərərçəkmiş şəxs1 və zərərçəkmiş şəxs2 apellyasiya şikayətləri vermişlər. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (Hakimlər X3 (sədrlik edən), X2 və X1 ibarət tərkibdə) 2026-cı il ## ###### tarixli, *(***)-***/**** nömrəli qərarı ilə hökm zərərçəkmiş şəxslər tərəfindən verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmiş, məhkum1 təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə 2 (iki) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, məhkum1 ## ######## 2025-ci il tarixdən ## ######## 2025-ci il tarixədək həbsdə olduğu 7 (yeddi) gün müddət Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmənin bir gününə hesablanması nəzərə alınaraq, hazırki qərarla ona təyin olunmuş 2 (iki) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasından çıxılmış və onun üzərində qəti olaraq 2 (iki) il 5 (beş) ay 16 (on altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, “Konstitusiya və Suverenlik Ili” münasibətilə amnistiya elan edilməsi ilə bağlı Azərbaycan Respublikası Milli Məclisinin ## ###### 2025-ci il tarixli qərarının 2.6, 5.2.2-ci bəndlərinə əsasən hazırki qərarla məhkum1 ona qəti olaraq təyin edilmiş 2 (iki) il 5 (beş) ay 16 (on altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasından azad edilmiş,“Konstitusiya və Suverenlik Ili” münasibətilə amnistiya elan edilməsi ilə bağlı Azərbaycan Respublikası Milli Məclisinin ## ###### 2025-ci il tarixli qərarının 2.6, 5.2.2-ci bəndlərinə əsasən məhkum2 hökmlə ona təyin edilmiş 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasından azad edilmiş, məhkum1 tərəfindən X6 ödənilmiş 1500 (min beş yüz) manat pul Azərbaycan Respublikası Dövlət Büdcəsindən məhkum1 geri qaytarılmış, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. IŞIN HALLARI: Məhkəmənin hökmünə əsasən məhkum1 və məhkum2 ona görə məhkum edilmişlər ki, məhkum1 öz qulluq mövqeyindən istifadə etməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını qabaqcadan əlbir olan bir qrup şəxs halında ələ keçirərək, təkrarən dələduzluq etmişdir. Belə ki, məhkum1 etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədilə məhkum2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşdikdən sonra vəzifələri ilə əlaqədar buna heç bir səlahiyyətləri olmadığı halda məhkum2 vasitəçiliyi ilə Şabran rayonu, Xəlilli kənd sakini zərərçəkmiş şəxs2 həyat yoldaşı şahid2 əlillik dərəcəsi təyin edilməsinə və pensiya almasına köməklik göstərəcəyinə dair öz qulluq mövqeyindən istifadə etməklə yalan vədlər verərək inam və etibarını qazanıb ##.##.2022-ci il tarixdə Şabran şəhəri, Məşədi Əzizbəyov küçəsində yerləşən “Yevro market” ərzaq dükanının yaxınlığında həmin məqsədlə məhkum2 zərərçəkmiş şəxs2 7000 (yeddi min) manat pulu, yəni xeyli miqdarda pul vəsaitini alaraq ələ keçirməsinə nail olmaqla həmin pul vəsaitini məhkum2 ilə öz aralarında bölüşdürərək şəxsi ehtiyaclarına sərf edib özgənin xeyli miqdarda əmlakını qabaqcadan əlbir olan bir qrup şəxs halında ələ keçirərək dələduzluq etmişdir. Bundan başqa, İ.Rzaquliyev təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədilə məhkum2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşdikdən sonra vəzifələri ilə əlaqədar buna heç bir səlahiyyətləri olmadığı halda məhkum2 vasitəçiliyi ilə Quba rayon sakini zərərçəkmiş şəxs1 həyat yoldaşı şahid3 və zərərçəkmiş şəxs1 özünə əlillik dərəcəsi təyin edilməsinə və pensiya almasına köməklik göstərəcəyinə dair öz qulluq mövqeyindən istifadə etməklə yalan vədlər verərək inam və etibarını qazanıb ##.##.2022 ci il tarixdə Şabran şəhəri avtovağzalında həmin məqsədlə məhkum2 zərərçəkmiş şəxs1 14000 (on dörd min) manat pulu, yəni xeyli miqdarda pul vəsaitini alaraq ələ keçirməsinə nail olmaqla həmin vəsaitləri məhkum2 ilə öz aralarında bölüşdürərək şəxsi ehtiyaclarına sərf edib özgənin xeyli miqdarda əmlakını qabaqcadan əlbir olan bir qrup şəxs halında ələ keçirərək təkrarən dələduzluq etmişdir. KASSASIYA ŞIKAYƏTININ DƏLILLƏRI, ZƏRƏRÇƏKMIŞ ŞƏXSLƏRIN VƏ DÖVLƏT ITTIHAMÇISININ ÇIXIŞLARI: Zərərçəkmiş şəxs Q.M.Nöhbalıyev kassasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, məhkəmənin hökmü ədalətli deyil, çünki təqsirləndirilən şəxslərin əməlinin ictimai təhlükəliliyi, ziyanın ödənilməməsi nəzərə alınmamışdır. Belə ki, təqsirləndirilən şəxslər onların imkansız vaxtlarında kreditlə əldə etdikləri məbləği qəsdlə mənimsəyərək onlara ziyan vursalar da ziyan ödənilməmiş, cəzadan tam azad olunmaqları ona mənəvi iztirab verir. Məhkəmə ən azından onlar barəsində azadlıqdan məhrum etmə cəzası təyin etsəydi onlar törətdikləri əməldən nəticə çıxarar, onlar barəsində amnistiya aktı tətbiq edilə bilməz və onlara dəymiş zərər ödənilərdi. Buna görə də hesab edir ki, təqsirləndirilən şəxslər barəsində azadlıqdan məhrum etmə cəzası təyin edilməli və onlar sərt şəkildə cəzalandırılmalıdırlar. Zərərçəkmiş şəxs kassasiya şikayətində göstərilənlərə əsasən Sumqayıt Apellyasiya Məhkəməsinin 2026-cı il ## ###### tarixli qərarının ləğv edilməsini, təqsirləndirilən şəxslərə həmin maddənin sanskiyasında nəzərdə tutulan ən ağır cəza təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən zərərçəkmiş şəxslər kassasiya şikayətinin təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı dövlət ittihamçısı1 kassasiya şikayətinin təmin olunmamasını, məhkumlar məhkum1 və məhkum2 barələrində olan cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2026-cı il ## ###### tarixli qərarının dəyişdirilmədən saxlanması barədə qərar qəbul edilməsini xahiş etdi. HÜQUQI MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunların normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərini yoxlayır. Zərərçəkmiş şəxs kassasiya şikayətində məhkumlara təyin edilmiş cəzanın yüngüllüyünü mübahisələndirərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi barədə tələbini CPM-in 416.1.21-ci maddəsində nəzərdə tutulan hallarla əlaqələndirmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Apellyasiya məhkəməsinin hökmünün qanuniliyini və əsaslılığını kassasiya müraciətinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin III bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## ### 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumiləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməsi barədə zərərçəkmiş şəxslərin, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibət bildirərək aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Zərərçəkmiş şəxs kassasiya şikayətində məhkumlara təyin edilmiş cəzanın yüngüllüyünü mübahisələndirmiş və apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini xahiş etmişdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materiallarından da göründüyü kimi, zərərçəkmiş şəxslər eyni dəlilləri apellyasiya instansiyası məhkəməsində də irəli sürmüşdür. Apellyasiya instansiyası məhkəməsi də həmin dəlillər əsasında araşdırma aparmış və həmin dəlillər əsasında məhkum məhkum1 cəzasını ağırlaşdırmışdır. Lakin hər iki məhkuma münasibətdə amnistiyanın tətbiqi məcburi olduğundan, apellyasiya instansiyası məhkəməsi tərəfindən məhkumlar barəsində amnistiya qərarı tətbiq edilmişdir. Məhkəmə kollegiyası zərərçəkmiş şəxsin kassasiya şikayətinin dəlillərinə münasibətdə hesab edir ki, məhkumlara təyin edilmiş cəzanın növü və həddi cinayət işi üzrə toplanmış və məhkəmələr tərəfindən tam, hərtərəfli və obyektiv şəkildə, mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə yoxlanılaraq qiymətləndirilmiş mötəbər sübutların məcmusu əsasında müəyyənləşdirilmişdir. Məhkəmə kollegiyası məhkumlara cəza təyin edilməsi ilə bağlı mötəbərliyi məhkəmələr tərəfindən yoxlanılmış sübutları hazırkı qərarda təkrarlamadan məhkəmələr tərəfindən həmin sübutlara münasibətdə qiymətləndirmə ilə razılaşır və hesab edir ki, zərərçəkmiş şəxsin dəlilləri çərçivəsində məhkumlara təyin edilmiş cəzanın növü və həddi baxımından apellyasiya instansiyası məhkəməsinin qənaəti qanuni və əsaslıdır. Məhkumlar barəsində təqsirli bilindikləri maddələr ilə azadlıqdan məhrum etmə cəzasının tətbiqi üçün hüquqi və faktiki əsaslar yoxdur və məhkumlara cəza CM-in 58-ci maddəsinin tələblərinə uyğun olaraq təyin edilmişdir. Qeyd edilənləri yekunlaşdıraraq məhkəmə kollegiyası hesab edir ki, zərərçəkmiş şəxsin kassasiya şikayəti təmin edilməməli, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının ##.##.2026-ci il tarixli qərarı, zərərçəkmiş şəxsin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Zərərçəkmiş şəxs zərərçəkmiş şəxs1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şabran Rayon Məhkəməsinin 2025-ci il ## ######## tarixli, *(***)-**/**** nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum edilmiş məhkum1 və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4 maddələri ilə təqsirli bilinib məhkum edilmiş məhkum2 barələrində olan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2026-cı il ## ###### tarixli, *(***)-***/**** nömrəli qərarı, zərərçəkmiş şəxsin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(1-8)-248/2026
Ali Məhkəmə Qərar — İş №1(1-8)-248/2026
20.05.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver