Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(1-8)-25/2026 15.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Muxtarov Teyyub Asif oğlu (sədrlik edən), Mövsümov Nazim Rasim oğlu və Cəfərov Ilqar Xanlar oğlundan ibarət tərkibdə, Cəbrayılova Sevinc Elton qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, R X4 iştirakı ilə, Məhkum barəsində olan cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2025-ci il # ###### tarixli, *(***)-*/**** nömrəli hökmündən məhkumun müdafiəçisi müdafiəçi1 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında mahiyyəti üzrə baxaraq MÜƏYYƏN E T D İ: ##.##.1983-cü ildə Tərtər rayonunun Xoruzlu kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, əvvəllər məhkum olunmamış, Tərtər rayonunun Xoruzlu kəndində qeydiyyatda olmaqla, həmin kənddə yaşamış, hazırda azadlıqdan məhrum etmə növündə cəza çəkən, Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 213.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, hər ay qazancından dövlət nəfinə 20% pul tutulmaqla 2 (iki) il müddətinə islah işləri cəzasına məhkum edilmiş, cəza çəkmə müddətinin əvvəlinin onun qazancından pul tutmalarının aparıldığı vaxtdan hesablanması, cəzasını iş yeri üzrə çəkməsi, barəsində seçilmış polisin nəzarəti altına vermə qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi, mülki iddianın qismən təmin edilərək təqsirləndirilən şəxs Məhkum 58345,95 manat tutularaq dövlət büdcəsinə ödənilməsi müəyyən edilmişdir. Həmin hökmdən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti və mülki iddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (Hakimlər X6 (sədrlik edən), X1 və X2 ibarət tərkibdə) 2025-ci il # ###### tarixli, *(***)-*/**** nömrəli hökmü ilə apellyasiya protesti təmin edilmiş, mülki iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, hökm ləğv edilmiş, iş üzrə yeni ittiham hökmü çıxarılmış, Məhkum CM-in 213.2.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törətməkdə təqsirli bilinmiş və 1 il müddətinə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum edilməklə 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Məhkum ona təyin edilmiş cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin bu gündən, yəni ##.##.2025-ci il tarixdən hesablanması, Məhkum CM-in 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə barəsində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-****/**** saylı qərarı ilə həbs qətimkan tədbirinin seçilməsi və hazırda həmin iş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin * saylı Istintaq Təcridxanasında həbsdə saxlanılması nəzərə alınmış, iş üzrə mülki iddia qismən təmin edilmiş, cavabdeh Məhkum 226987,60 (iki yüz iyirmi altı min doqquz yüz səksən yeddi manat altmış qəpik) manat tutularaq Dövlət Büdcəsinə ödənilməai, iş üzrə Məhkum məxsus müqavilələr, vergi hesab fakturaları, qaimə fakturaları, bank çekləri və digər sənədlərin maddi sübut kimi tanınaraq iş materiallarına əlavə edilməsi müəyyən edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2025-ci il # ###### tarixli, *(***)-*/**** nömrəli hökmündən məhkumun müdafiəçisi müdafiəçi1 tərəfindən kassasiya şikayəti verilmişdir. Kassasiya şikayətinə baxılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının 2026-cı il ## ##### tarixli iclasına təyin edilmişdir. Işə kassasiya instansiyası məhkəməsində baxılanadək məhkum Məhkum məhkəməyə yazılı ərizə təqdim edərək kassasiya şikayətini geri götürdüyünü bildirmişdir. Kassasiya kollegiyası kassasiya şikayətinin geri qaytarılması barədə məhkum Məhkum ərizəsini nəzərə alaraq, dövlət ittihamçısının bu məsələyə münasibətini dinləyib iş materiallarını nəzərdən keçirərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 414.1-ci maddəsinə əsasən kassasiya şikayəti və ya kassasiya protesti kassasiya instansiyası məhkəməsində baxılanadək kassasiya şikayətini və ya kassasiya protestini vermiş şəxs onu geri götürmək, dəyişdirmək və ya əlavələr etmək, habelə cinayət prosesinin digər iştirakçılarının kassasiya şikayətinə, yaxud kassasiya protestinə öz etirazlarını bildirmək hüququna malikdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin yuxarıda göstərilən normalara uyğun geri götürüldüyünü nəzərə alaraq hesab edir ki, həmin kassasiya şikayəti geri qaytarılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 414.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDI: Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2025-ci il # ###### tarixli, *(***)-*/**** nömrəli hökmündən məhkum Məhkum müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayəti məhkumun müraciətinə əsasən geri qaytarılsın.
Məhkəmə qərarları › İş №1(1-8)-25/2026
Ali Məhkəmə Qərar — İş №1(1-8)-25/2026
15.04.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver