Məhkəmə qərarları › İş №1(1-8)-250/2026

Ali Məhkəmə Qərar — İş №1(1-8)-250/2026

15.05.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(1-8)-250/2026 15.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası hakimlər Nəsibov Hafiz Qənbər oğlu (sədrlik edən və məruzəçi), Muxtarov Teyyub Asif oğlu və Hüseynov Zaur Nazim oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X2 iştirakı ilə, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının ## ###### 2025-ci il tarixli *(***)-***/**** nömrəli qərarından məhkum Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, MÜƏYYƏN ETDİ: Gəncə Ağır Cinayətlər Məhkəməsinin ## ##### 2025-ci il tarixli *(***)-***/**** nömrəli hökmü ilə (sədrlik edən hakim B.F.Müslümov, hakimlər D.H.Imanov və M.M.Məmmədzadədən ibarət məhkəmə tərkibi) Məhkum (# #### 1976-cı ildə ünvan2ndə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, işləməyən, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ## ####### 2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə 7 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, # #### 2021-ci ildə cəza müddətinin başa çatması ilə əlaqədar qeydiyyatdan çıxarılmış, məhkumluğu ödənilməmiş və götürülməmiş, ünvan3də qeydiyyatda olmaqla, faktiki ünvan4-da yaşamış) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 167-3.1 və 234.1-1-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinərək, Cinayət Məcəlləsinin 167- 3.1-ci maddəsi ilə 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplanılmaqla qəti olaraq 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin ## ###### 2023-cü il tarixdən hesablanması, nаrkоmаniyаdаn məcburi müalicə təyin edilməsi və onun ərazi narkoloji dispanserdə qeydiyyata alınması qərara alınmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının ## ###### 2025-ci il tarixli *(***)-***/**** nömrəli qərarı ilə (sədrlik edən və məruzəçi hakim S.Ə.Əzizov, hakimlər S.B.Hüseynov və F.N.Mahmudovdan ibarət məhkəmə tərkibi) məhkum Məhkum tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Gəncə Ağır Cinayətlər Məhkəməsinin ## ##### 2025-ci il tarixli *(***)-***/**** nömrəli hökmü dəyişdirilmədən saxlanılmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının ## ###### 2025-ci il tarixli *(***)-***/**** nömrəli qərarından məhkum Məhkum tərəfindən kassasiya şikayəti verilmişdir. Işin halları: Məhkəmənin hökmünə əsasən Məhkum külli miqdarda narkotik vasitəni satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, habelə yayma məqsədi ilə dini ekstremist materialları, yəni dini ekstremist fəaliyyəti həyata keçirməyə çağıran, belə fəaliyyəti əsaslandıran və belə fəaliyyətin zəruriliyinə bəraət qazandıran materialları yaşadığı evdə saxlamışdır. Belə ki, o, istintaqa məlum olmayan vaxtda və şəraitdə naməlum mənbədən külli miqdarda, yəni ayrı-ayrılıqda təmiz çəkiləri 2,214 qram və 2,240 qram olmaqla, ümumi təmiz çəkisi 4,454 qram çəkidə narkotik vasitə olan heroini satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, ## ###### 2023-cü il tarixdə saat 15 radələrində XXX12nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı ünvan5ndə yaşadığı evin yaxınlığında saxlanılaraq XXX14-nin inzibati binasına gətirilmiş və üzərində aparılan şəxsi axtarış zamanı 2 ədəd şəffaf sellofan bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 2,214 qram və 2,240 qram olmaqla, ümumi təmiz çəkisi 4,454 qram çəkidə narkotik vasitə olan heroin onun əynində olan qara rəngli jiletin sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Bundan başqa, o, dini ekstremist materialları saxlama və yayma məqsədilə istintaqa məlum olmayan şəxs və ya şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib dini ekstremist fəaliyyəti həyata keçirməyə çağıran, belə fəaliyyəti əsaslandıran və belə fəaliyyətin zəruriliyinə bəraət qazandıran, dini nifrət və düşmənçiliyin salınmasına yönələn, forma və məzmunu Azərbaycanda “XX19” ideologiyasına əsaslanan siyasi sistemin və dini dövlətin yaradılmasına hesablanan radikal, diniekstremist ideyalar təbliğ etməkdən ibarət olan üzərində “XX12” adlı qanunsuz silahlı qruplaşmanın qurucularından biri olan XX20nin təsviri və "X3: “XXX14!!!” yazıları olan dini ekstremist təyinatlı material olan 2 ədəd plakatı və üzərində “XX15” adlı qanunsuz silahlı qruplaşmanın üzvlərindən biri olan X7un təsviri və “XX16” yazıları olan dini ekstremist təyinatlı material olan 2 ədəd plakatı istintaqa məlum olmayan vaxtda, şəraitdə və mənbədən əldə edərək gələcəkdə yayma məqsədi ilə # ###### 2023-cü il saat 19:00dək, yəni XXX17-nin əməkdaşları tərəfindən evində axtarış aparılıb götürülənədək yaşadığı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində saxlamışdır. Kassasiya şikayətinin dəlilləri: Məhkum Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, cinayət prosesində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin sübutlar və sübutetməyə dair normlarının tələbləri pozulmuş, yaşadığı evdə axtarışın və götürmənin, üzərində şəxsi axtarışın pozuntularla həyata keçirilməsinə, ibtidai istintaqın gedişində polis əməkdaşları tərəfindən qanunsuz psixoloji təsir göstərilməklə “etirafedici” ifadələr verməyə məcbur edilməsinə məhkəmələr tərəfindən əhəmiyyət verilməyib həmin tədbirlərin gedişində əldə olunmuş sübut kimi yolverilməz olan materiallardan ittiham hökmünün əsaslandırılmasında istifadə olunmuş, üzərindən aşkar edilmiş kimi rəsmiləşdirilmiş narkotik vasitəyə və yaşadığı evdən aşkarlanmış kimi rəsmiləşdirilmiş dini-ekstremist məzmunlu plakatlara əslində onun aidyyətinin olmamasına dair birinci instansiya məhkəməsində verdiyi ifadəsi isə nəzərə alınmamış, nəticədə o, təqsirliliyi sübut olunmadığı halda, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 167-3.1-ci və 234.1-1-ci maddələri ilə təqsirli bilinib ağır cəzaya məhkum edilmiş, onun birinci Qarabağ Müharibəsində iştirak etməsinə, ailəsinin ağır vəziyyətdə yaşamasına, özünün ali dini təhsilinin olmasına diqqət yetirilməmişdir. Məhkum Məhkum kassasiya şikayətində göstərilənlərə əsasən Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının ## ###### 2025-ci il tarixli *(***)-***/**** nömrəli qərarının ləğv edilməsini, barəsində olan cinayət işi üzrə icraata bəraətverici əsasla xitam verilməsini xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkum Məhkum kassasiya şikayətində cinayət işi üzrə icraatı aparan orqanlar, o cümlədən məhkəmələr tərəfindən sübutlar və sübutetməyə dair Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinin pozulduğunu, nəticədə təqsirliliyi mümkün və mötəbər sübutlar vasitəsi ilə sübuta yetirilmədiyi, ümumiyyətlə cinayət xarakterli əməllər törətmədiyi halda əsassız və qanunsuz olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 167-3.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinib ağır cəzaya məhkum olunduğunu iddia etməklə, faktiki olaraq apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi, barəsində olan cinayət işi üzrə icraata bəraətverici əsasla xitam verilməsi haqqında kassasiya tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.2, 416.1.3, 416.1.6, 416.1.11, 416.1.21-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. Odur ki, məhkəmə kollegiyası məhkum Məhkum kassasiya şikayətini CPM-in 419cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu şikayətlə əlaqədar Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının ## ###### 2025-ci il tarixli *(***)-***/**** nömrəli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Kassasiya şikayətində iddia olunanların əksinə olaraq Məhkum narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasına dair əməliyyat məlumatı ilə əlaqədar ## ###### 2023-cü ildə Gəncə şəhərində yaşadığı evin yaxınlığında saxlanılıb XXX18nə gətirildikdən sonra onun üzərində aparılan şəxsi axtarışın gedişində iki bükümün içərisində aşkar edilən cəmi 4,454 qram heroin narkotik vasitəsinə, habelə bundan irəli gələrək məhkəmə qərarı əsasında # ###### 2023-cü ildə yaşadığı evə keçirilən axtarışın gedişində aşkarlanmış hazırki qərarın “Işin halları” bölməsində təsvir olunmuş dini ekstremist təyinatlı material olan 4 ədəd plakata aidiyyəti və bunlarla (yəni, narkotik vasitə və dini ekstremist materiallarla) bağlı yuxarıda təsvir olunan cinayətkar hərəkətləri törətməsi sübut etmə predmetinə daxil olan həmin məsələlər üzrə yekun nəticəyə gəlmək üçün kifayət edən, CPM-in 33, 125, 143-146-cı maddələrinə müvafiq surətdə tədqiq edilmiş, o cümlədən yoxlanılaraq mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilmiş sübutların məcmusu (videoçəkilişlə dövlət hesabına müdafiəçi qismində təyin edilmiş Gəncə Şəhəri * saylı Vəkil Bürosunun vəkili X20in iştirakı ilə Məhkum üzərində şəxsi axtarışın aparılmasına və iki bükümdə heroin narkotik vasitəsinə bənzər kütlələrin götürülməsinə dair ## ###### 2023-cü il tarixli protokol, Gəncə Şəhər Məhkəməsinin # ###### 2023-cü il tarixli qərarına əsasən iki nəfər hal şahidləri ilə yanaşı Məhkum birgə yaşadığı X5 də iştirakı ilə keçirilmiş evdə axtarışın aparılmasına və dini məzmunlu müxtəlif materialların sırasında dini ekstremist təyinatlı 4 ədəd plakatın da götürülməsinə dair # ###### 2023-cü il tarixli protokol, şəxsi axtarışın gedişində, eləcə də şübhəli və təqsirləndirilən şəxs qismində 2023-cü ilin 1 və 2 aprel tarixlərində müdafiəçinin iştirakı ilə dindirilərkən Məhkum narkotik vasitə barədə verdiyi etirafedici (heroini şəxsi istehlakı üçün əldə edib üzərində saxlamasına dair) məlumatlar, məhkəmədə şahid qismində dindirilmiş (evdə axtarış keçirilərkən hal şahidi olmuş) şahid8 ifadəsi, şəxsi axtarışın gedişində 2 bükümün içərisndə aşkarlanmış maddələrin çəkisi 4,454 qram təşkil etməklə eyni tərkibli heroin narkotik vasitəsi olmasına dair məhkəməkimyəvi ekspertizasının # ###### 2023-cü il tarixli **/*** nömrəli rəyi, Məhkum yaşadığı evdə keçirilən axtarış zamanı aşkarlanmış 4 ədəd plakatın dini ekstremist məzmunlu material olmasına dair məhkəmə-lingvistik və dinşünaslıq ekspertizasının ## ### 2023cü il tarixli */*** nömrəli rəyi, Məhkum narkomaniya xəstəliyinin müəyyən edilməsinə dair ambulator məcburi-narkoloji tibbi yoxlamanın # ##### 2023-cü il tarixli *** nömrəli rəyi və s. materiallar əsasında müəyyən edilmişdir. Məhkumun ittihamda göstərilən narkotik vasitəyə və dini ekstremist materiallara aidiyyətinin olmaması barədə dəlilləri birinci instansiya məhkəməsində ətraflı araşdırıldıqdan sonra apellyasiya instansiyası məhkəməsi tərəfindən də yoxlanılmış, məhkəmələr həmin dəlillərin yuxarıda qeyd edilən məhkəməyədək icraatın gedişində toplanaraq məhkəmədə baxılmış sübutların məcmusu ilə, o cümlədən Məhkum özünün müdafiəçinin iştirakı ilə şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən etirafedici ifadələr verməsi ilə təkzib olunması haqqında nəticəyə gəlmişlər. Məhkumun qeyd edilən etirafedici ifadələrin ona qanunsuz təsir göstərilməklə əldə edilməsi barədə iddiası da məhkəmələr tərəfindən araşdırılmış, birinci instansiya məhkəməsi kimi, apellyasiya instansiyası məhkəməsi də bu iddianın əsassız olması barədə nəticəyə gəlmişdir. Məhkəmələr belə nəticəyə gələrkən, o cümlədən ona əsaslanmışlar ki, Məhkum tutulduqdan sonra müdafiəçinin iştirakı ilə şübhəli şəxs və təqsirləndirilən şəxs qismində dindirilərkən ona zor tətbiq edildiyini və ya başqa şəkildə qanunsuz təsir göstərildiyini deməmiş, əksinə ifadələrində belə halların olmadığını bildirmişdir. Bundan başqa, məhkəmələr sözügedən məsələ üzrə nəticəyə gələrkən onu da nəzərə almışlar ki, Məhkum ## ###### 2023-cü ildə tutulduqdan sonra artıq # ###### 2023-cü ildə onun barəsində məhkəmə-tibbi ekspertizası təyin olunmuş və alınmış eyni tarixli *** nömrəli ekspert rəyi ilə onun üzərində hər hansı xəsarətin olmadığı müəyyən edilmişdir Odur ki, məhkəmə heyəti Məhkum ona isnad edilən, hazırki qərarın “Işin halları” bölməsində təsvir edilmiş hərəkətləri törətməsinə və bu hallara müvafiq olaraq Məhkum əməllərinin hüquqi tövsifinə, onun CM-in 167-3.1 və 234.4.3-cü maddələri ilə təqsirliliyinə dair birinci və apellyasiya instansiyası məhkəmələrinin gəldikdləri nəticələri şübhə altına almaq üçün əsas görmür. Məhkəmə kollegiyası CM-in 58.3, 41.2, 59, 61, 65.2-ci maddələrinin tələblərini və müəyyən olunmuş işin həqiqi hallarını, o cümlədən X1 Cinayətlər Məhkəməsinin ## ####### 2014-cü il tarixli hökmü ilə CM-in 206.3.2, 234.4.1, 234.4.3-cü maddələri ilə 7 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsindən (cəzasını çəkib qurtadıqdan sonra CM-in 83.3.4-cü maddəsi ilə nəzərdə tutulmuş müddət keçmədən hazırki işdə baxılan cinayətləri törətməsindən) irəli gələn əvvəlki məhkumluğunun ödənilmədiyini nəzərə alaraq ona təqsirli bilindiyi az ağır və ağır cinayətlərə görə ayrıayrılıqda və CM-in 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu qaydasında təyin olunmuş cəzanı ədalətli hesab edir və bu səbəbdən cəzanın yüngülləşdirilməsi üçün də əsas tapmır. Qeyd olunanlar məhkəmələr tərəfindən Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 416.1-ci maddəsində sadalanan, o cümlədən kassasiya şikayəti ilə ehtiva olunan 416.1.2, 416.1.3, 416.1.6, 416.1.11, 416.1.21-ci maddələrində təsbit olunmuş pozuntulara yol verilmədiyini, məhkumun kassasiya şikayətinə baxılması nəticəsində onun təmin edilməsi, apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi və yaxud dəyişdirilməsi üçün əsasların müəyyən olunmadığını göstərir. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməməsinə dair dövlət ittihamçısının çıxışını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan ## ###### 2025-ci il tarixli *(***)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan ## ###### 2025-ci il tarixli *(***)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar