Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(1-8)-254/2026 30.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Qılıcov Ilqar Səyyad oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov Ilkin Əbülfəz oğlu və Cəfərov Vidadi Cəfər oğlundan ibarət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru X2 iştirakları ilə, Gəncə Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2023-cü il tarixli, *(***)-***/**** saylı hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunması barədə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının ## ##### 2023-cü il tarixli, *(***)-***/**** saylı qərarından kassasiya şikayətinin verilməsi üçün müəyyən edilmiş müddətin bərpasına dair vəsatətin rədd edilməsi haqqında Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının ## ###### 2026-cı il tarixli qərarından məhkum Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: Gəncə Ağır Cinayətlər Məhkəməsinin (hakim Mahmudov Faiq Nüsrət oğlunun sədrliyi ilə, hakimlər X3 və X5 ibarət tərkibdə) ## ###### 2023-cü il tarixli hökmünə əsasən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, ona 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin ## ###### 2022-ci il tarixdən hesablanması, barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması hökm edilmişdir. Birinci instansiya məhkəməsinin həmin hökmündən narazı qalan məhkum Məhkum apellyasiya şikayəti verərək, apellyasiya şikayətinin təmin olunmasını, iş üzrə Gəncə Ağır Cinayətlər Məhkəməsinin *(***)-***/**** saylı, ## ###### 2023-cü il tarixli hökmünün ləğv edilərək, cəzasının yüngülləşdirilməsi və barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakim Muxtarov Teyyub Asif oğlunun sədrliyi və məruzəçiliyi ilə, hakimlər Cəfərov Rafiq Musa oğlu və X1 ibarət tərkibdə) *(***)-***/**** saylı, ## ##### 2023-cü il tarixli qərarı ilə məhkum Məhkum tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamış, iş üzrə Gəncə Ağır Cinayətlər Məhkəməsinin *(***)- ***/**** saylı, ## ###### 2023-cü il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardan məhkum Məhkum kassasiya şikayəti və kassasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpasına dair vəsatət verərək, kassasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsini xahiş etmişdir. Vəsatəti onunla əsaslandırmışdır ki, kassasiya şikayətinin verilməsi üçün müddətin ötürülməsinə səbəb Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının ## ##### 2023-cü il tarixli qərarının ona ## ##### 2024-cü il tarixdə deyil, Umbakı Penitensiar Müəssisəsi tərəfindən 2025-ci ilin noyabr ayında təqdim edilməsi olmuşdur. Belə ki, ilk qəbzdə olan imza ona məxsus olmamışdır. Bundan başqa, məhkumun ərizəsindən görünür ki, hazırda o, zərərçəkmiş şəxslərlə barışmış və buna görə də kassasiya şikayəti verməsi üçün zərurət yaranmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakim Cəfərov Rafiq Musa oğlunun sədrliyi ilə, hakimlər X4 və X1 ibarət tərkibdə) ## ###### 2026-cı il tarixli qərarı ilə məhkum Məhkum tərəfindən verilmiş kassasiya şikayəti vermə müddətinin bərpa olunmasına dair vəsatət əsassız olduğundan təmin edilməmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının ## ###### 2026-cı il tarixli qərarından məhkum kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və kassasiya şikayəti verilməsi üçün buraxılmış müddətin üzrlü hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin müəllifi qeyd etmişdir ki, məhkəmənin iş materiallarında olan ## ##### 2023-cü il tarixli qəbzə istinad etməsi əsassız olmuşdur. Belə ki, həmin qəbzdə mövcud olan imzanın ona məxsus olması məhkəmələr tərəfindən təsdiq olunmamışdır. Bununla bağlı olaraq, məhkəmə xətşünaslıq ekspertizası təyin etməli olsa da, təyin etməməsi prosessual pozuntudur. Işin faktiki hallarından göründüyü kimi, apellyasiya məhkəməsi Penitensiar Müəssisəsindən sorğu ilə tələb etdiyi maddi sübutu almadan, həmçinin iş materiallarında olan qəbzin real olmasına əsaslı şübhələr olduğu halda vəsatətin rədd edilməsi barədə qərar qəbul etmişdir. Eyni zamanda, apellyasiya məhkəməsi qərar qəbul edərkən məhkumun zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini və bu səbəbdən kassasiya şikayəti verilməsi zərurətinin yarandığını, * saylı Istintaq Təcridxanasında kargüzarlıq işinin pis vəziyyətdə olmasını, məhkəmə qərarlarının məhkumlara şəxsən təqdim edilməməsini və onların əvəzindən qəbzlərə imza çəkilməsini nəzərə almamışdır. Qeyd edilənləri nəzərə alaraq Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının ## ###### 2026-cı il tarixli qərarının ləğv olunmasını və Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının ## ##### 2023-cü il tarixli qərarından kassasiya şikayəti verilməsi müddətinin bərpa olunmasını və bu barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 410.1.4-cü maddəsinə əsasən kassasiya şikayəti və ya kassasiya protesti, onu vermək hüququna malik olan şəxslər tərəfindən məhkumun təqsirsizliyi, az ağır cinayət haqqında qanunun tətbiq edilməsi zəruriliyinin əsasları üzrə ittiham hökmündən, habelə tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi haqqında məhkəmə qərarından-onların çıxarıldığı, bu Məcəllənin 410.1-1-ci maddəsində nəzərdə tutulmuş halda isə həmin şəxsə verildiyi gündən 12 (on iki) ay (köhnə redaksiyada 18 ay) müddətində verilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 411.1-ci maddəsinə əsasən kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi üçün müddət üzrlü səbəbdən buraxıldıqda bu Məcəllənin 409-cu maddəsində göstərilən şəxslər apellyasiya instansiyası məhkəməsi qarşısında kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi üçün buraxılmış müddətin bərpası haqqında vəsatət qaldırmaq hüququna malikdirlər. Həmin Məcəllənin 411.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi üçün buraxılmış müddətin bərpası haqqında vəsatəti aşağıdakı hallarda təmin etmək hüququna malikdir: “411.2.1. bu Məcəllənin 409-cu maddəsində göstərilmiş şəxs səhhətinin uzun müddətli fiziki və ya psixi pozuntularına səbəb olan ağır xəstəliyə tutulduqda və bunun nəticəsində onun obyektiv olaraq vaxtında kassasiya şikayəti və ya kassasiya protesti vermək imkanı olmadıqda; 411.2.2. bu Məcəllənin 409-cu maddəsində göstərilən şəxsi vaxtında kassasiya şikayəti və ya kassasiya protesti vermək imkanından məhrum edən fövqəladə hadisə və ya həmin şəxsin iradəsindən asılı olmayan digər hal baş verdikdə.” Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 411.3-cü maddəsinə əsasən kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi məsələsi apellyasiya instansiyası məhkəməsinin yekun qərar çıxarmış məhkəmə tərkibi (bu mümkün olmadıqda, digər hakimlərdən ibarət məhkəmə tərkibi) tərəfindən həll edilir. Həmin Məcəllənin 411.4-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi müddətinin bərpa olunması haqqında vəsatəti rədd etdikdə, bu qərardan apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya instansiya məhkəməsinin iş üzrə qəbul etmiş olduğu məhkəmə qərarı elan olunduğu andan qanunla müəyyən edilmiş müddətlərdə kassasiya protesti və ya şikayəti verilə bilər. Həmin müddətin axımı qərarın elan olunduğu vaxtdan hesablanmağa başlayır. Həmin müddətdən sonra kassasiya şikayəti və ya protesti verilərsə, prosessual müddətin bərpasına dair vəsatət də verilməlidir. Kassasiya şikayətinin (protestinin) verilmə müddəti üzrlü səbəblərə görə buraxıldıqda prosessual müddət bərpa edilməlidir. Buna görə də kassasiya şikayətini (protestini) verən şəxs vəsatətində prosessual müddətin bərpasına dair vəsatətində müddətin buraxılmasının üzrlü səbəblərini göstərməli və əsaslandırmalıdır ki, onun iradəsindən asılı olmayan səbəblərdən müddət buraxılmışdır. Çünki buraxılmış müddətin bərpa edilməsi üçün əsas kassasiya şikayəti vermək hüququ olan şəxsin səhhətinin uzun müddətli fiziki və ya psixi pozuntularına səbəb olan ağır xəstəliyə tutulmalı və bunun nəticəsində onun obyektiv olaraq vaxtında kassasiya şikayəti vermək imkanı olmamalı, yaxud da fövqəladə hadisə və ya həmin şəxsin iradəsindən asılı olmayan digər hal baş verməli idi. Bu iki haldan hər hansı birinin baş verməsi kassasiya şikayəti verilməsi müddətinin bərpasının üzrlü hesab edilməsi üçün əsasdır. Şəxsin iradəsindən asılı olmayan halın olması, şəxs həmin müddət ərzində özündən asılı olmayan səbəblərə görə kassasiya şikayəti vermək imkanının olmamasını ehtiva edir. Iş materiallarından görünür ki, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının ## ##### 2023-cü il tarixli qərarı elan olunduqdan sonra qərarın surəti Azərbaycan Respublikasının cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq tərəflərə göndərilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, məhkum Məhkum verdiyi kassasiya şikayətində prosessual müddətin buraxılmasının səbəbləri kimi zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini və ## ##### 2023-cü il tarixli qərarın alınmasına dair ## ##### 2023-cü il tarixli qəbzdə olan imzanın ona məxsus olmamasını qeyd etmişdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, cinayət işinin materiallarında məhkəmə kollegiyasının qərarının alınmasına dair Azərbaycan Respublikası Penitensiar Xidmətin * saylı Istintaq Təcridxanasının qeydiyyatdan keçmə ştampı vurulmuş Məhkum Gəncə Apellyasiya Məhkəməsinin ## ##### 2023-cü il tarixli *(***)-***/**** nömrəli qərarını ## ##### 2023-cü il tarixdə almasına dair qəbzi olsa da, kassasiya şikayəti məhkəməyə daxil olduqdan sonra Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Umbakı Penitensiar müəssisəsinin ## ###### 2025-ci il tarixli *-**-**/**/*****/**** nömrəli müşayiət məktubu ilə məhkum tərəfindən imzalanmış başqa bir qəbz göndərilmişdir. Bu qəbzdə isə Məhkum Gəncə Apellyasiya Məhkəməsinin ## ##### 2025-ci il tarixli (tarix səhv göstərilmişdir) qərarının surətini ## ###### 2025-ci il tarixdə alması qeyd olunmuşdur. Məhkum Gəncə Apellyasiya Məhkəməsinin ## ##### 2023-cü il tarixli qərarını ## ##### 2023-cü il tarixdə * saylı Istintaq Təcridxanasında aldığı halda, həmin qərarın yenidən verilməsinə hansı zərurət olduğu və bu qərarın Umbakı Penitensiar müəssisəsinə nə vaxt və haradan daxil olması barədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Umbakı Penitensiar müəssisəsinə Gəncə Apellyasiya Məhkəməsi tərəfindən sorğu verilmiş, lakin heç bir cavab almaq mümkün olmamışdır. Ona görə də məhkəmə kollegiyası məhkum Məhkum qərarı ## ##### 2023-cü il tarixdə almasına dair qəbzi əsas götürərək hesab edir ki, kassasiya şikayətinin verilməsi üçün müddətin buraxılmasına dair üzrlü səbəblər mövcud deyil. Beləliklə məhkum Məhkum verdiyi vəsatət Gəncə Apellyasiya Məhkəməsinin qərarından kassasiya şikayəti 1 il 6 aydan çox müddət keçdikdən sonra daxil olmuşdur. Bu səbəbdən də kassasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa edilməsinə heç bir əsas yoxdur. Ona görə də kassasiya şikayətində qeyd edilən dəlillər əsaslı hesab edilə bilməz. Qanunvericiliyin şərh olunan normalarına və prosessual müddətlərə dair ümumi müddəalarına əsasən məhkəmə kollegiyası hesab edir ki, məhkumun Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının ## ##### 2023-cü il tarixli qərarından qanunla müəyyən edilmiş müddət ərzində, yəni 12 ay (köhnə redaksiyada 18 ay) müddətində kassasiya şikayəti vermək hüququ olmuş, lakin 1 (bir) il 6 (altı) ay keçdikdən sonra, yəni kassasiya şikayəti verilməsi üçün müəyyən edilən müvafiq müddəti ötürülməklə verildiyindən və iş materialları ilə onun müddəti üzrlü səbəbdən buraxması müəyyən olunmadığından kassasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpası barədə vəsatətinin dəlilləri əsassızdır və ona görə də təmin edilməməlidir. Həmin müddət yalnız üzrlü səbəbdən buraxıldıqda bərpa edilməsi mümkündür. Lakin iş materiallarında müddətin üzrlü səbəbdən buraxılmasını əks etdirən hər hansı bir əsas mövcud deyildir. Məhkəmə kollegiyası kassasiya şikayətinə münasibətdə bildirir ki, cinayət prosessual qanunvericilikdə müəyyən edilmiş müddətlər ədalət mühakiməsinin həyata keçirilməsində xüsusi rol oynayır. Cinayət mühakimə icraatı vasitəsi ilə təsbit edilən müddətlərdə proses iştirakçılarının hüquq və vəzifələri yaranır, icra olunur və ya onlara xitam verilir. Müddət, proses iştirakçılarına hökm edib onları özünə tabe edən, inkar edilməsi mümkün olmayan və hamılıqla sözsüz qəbul edilməli olan bir rəhbərdir. Buna əsasən qanunverici cinayət prosessual fəaliyyətin məqsədlərinə nail olmaq üçün prosessual müddətləri təsbit etmişdir. Bu müddətlər ərzində cinayət prosesinin iştirakçıları müəyyən prosessual hərəkətlər etməli və ya həmin prosessual hərəkətlərin edilməsindən çəkinməlidirlər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının ## ##### 2023-cü il tarixli qərarından kassasiya şikayəti verilməsi üçün buraxılmış müddətinin bərpası haqqında vəsatətin təmin edilməməsinə dair Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının ## ###### 2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(1-8)-254/2026
Ali Məhkəmə Qərar — İş №1(1-8)-254/2026
30.04.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver