Məhkəmə qərarları › İş №1(1-8)-255/2026

Ali Məhkəmə Qərar — İş №1(1-8)-255/2026

30.04.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(1-8)-255/2026 30.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının Q Ə R A R İ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Qılıcov Ilqar Səyyad oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov Ilkin Əbülfəz oğlu və Rəcəbov Ilkin Əbülfəz oğlundan ibarət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs – Xüsusi ittihamçı, Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs – barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs1 və onun müdafiəçisi müdafiəçi2 iştirakları ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ## #### 2025-ci il tarixli, *(***)-***/**** saylı qərarı ilə barələrində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxslər barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs1 və barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmalarına dair xüsusi ittihamçı Xüsusi ittihamçı tərəfindən verilmiş şikayətin icraata qəbul edilməsindən imtina edilməsi barədə iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının ## ######## 2025-ci il tarixli qərarından xüsusi ittiham qaydasında şikayət vermiş şəxs Xüsusi ittihamçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Xüsusi ittihamçı xüsusi ittiham qaydasında şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs1 və barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM) 147.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətdiklərinə görə cinayət məsuliyyətinə cəlb edilmələrini və barələrində cəza təyin etməklə ittihamedici hökm çıxarılmasını xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, müraciətin məqsədi ona qarşı törədilmiş və ya törədilə biləcək cinayət xarakterli hərəkətlərin araşdırılması, həmin şəxslərə qarşı qanuni tədbirlərin görülməsi, həmçinin şikayətçinin həyat və sağlamlığının qorunmasının təmin edilməsidir. Eyni zamanda, şikayətçinin şərəf və ləyaqətinin, eləcə də işgüzar nüfuzunun ləkələnməsinə yol verən şəxslərin qanun qarşısında məsuliyyətə cəlb olunması tələb olunur. 2019-cu ildən etibarən Asif Məhərrəmov küçəsi 27 ünvanında (poçtun üstündə yerləşən ofisində) qanunvericiliyə uyğun olaraq hüquqi xidmət göstərməkdədir. 2024-cü ilin oktyabr ayında müştərisi olan Dadaşov Mübariz (tel: 050- 526-32-06) onunla mübahisə edərək, ona kiminsə dediyi fikirləri çatdırmışdır. Dadaşov Mübariz bildirmişdir ki, guya o, hansısa qadını "şantaj edib" və ondan 2500 manat pul almışdır. Bundan əlavə, iş otağının pis vəziyyətdə olması barədə də qeyd etmiş, məqsədi isə qərəzli şəkildə onun işgüzar nüfuzuna xələl gətirmək olmuşdur. O, dəfələrlə həmin şər və böhtan xarakterli ifadəni ona kimin söylədiyini soruşsa da, Dadaşov Mübariz heç bir məlumat verməmişdir. Lakin, bu cür şər və böhtan xarakterli ifadəni kimin söylədiyini ehtimal etmiş və Mübarizə demişdir ki, bu sözləri ona deyən şəxs kişilik və qeyrət sahibidirsə, üzünü açıb onunla birbaşa üzləşsin. Məhkəmənin nəzərinə çatdırır ki, adıçəkilən şəxsin bu hadisədən xəbəri ola bilməzdi. Aparılan araşdırmalar nəticəsində müəyyən edilmişdir ki, əvvəllər onun barəsində şər və böhtan xarakterli ərizə ilə Abşeron RPI-nə müraciət etmiş barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs1 yanında çalışan bərbər barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs2 tərəfindən, heç bir fakt və əsas olmadan, qərəzlə onun şərəf və ləyaqətinə, həmçinin işgüzar nüfuzuna xələl gətirmək məqsədilə şər və böhtan xarakterli əməllər törədilmişdir. O, ünvan 1 ünvanında yerləşən Balakən kafesində təsadüfən Famil adlı bərbəri görərək, onu oturduğu stola dəvət etmiş və ona qarşı ağır cinayət törətməkdə böhtan atması, işgüzar nüfuzunu ləkələməsi ilə bağlı əsaslarını soruşmuşdur. Famil etiraf etmişdir ki, guya bu söhbət dərzi Zamirənin ərinə danışmış və o, qapının arxasında qulaq asaraq bunu eşitmişdir. Lakin bu iddia yalan və absurddur, çünki belə bir söhbət mövcud olsa belə, onun iş otağının vəziyyəti barədə müzakirə aparılması mümkün deyil; qeyd etmək lazımdır ki, bərbər Famil bir dəfə belə onun iş otağında olmamışdır. Eyni zamanda, 2019-2020-ci illərdə onun yanında dərzi barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs1 işləyib. Bu faktlar göstərir ki, ona qarşı törədilən cinayət xarakterli əməllər əvvəlcədən əlbir olmuş cinayətkar dəstə tərəfindən planlaşdırılmışdır. barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs1 və onunla əlbir olan şəxslər, əvvəllər 19-cu polis bölməsində çalışan əməliyyatçı Kamal və dəstənin digər üzvü olan bərbər Famil təxminən bir il əvvəl ona qarşı eyni xarakterli əməllər törətmişlər. barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs1 tərəfindən Abşeron RPI-yə verilmiş böhtan xarakterli ərizə əsasında cinayət işi başlanmış, lakin şikayətdə göstərilən heç bir sübutun olmaması səbəbindən işə xitam verilmişdir. Digər tərəfdən, əməliyyatçı Kamalın sifarişi ilə barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs1 tərəfindən 102 xidmətinə yalan məlumat verilmiş, bu barədə 19-cu polis bölməsində araşdırma aparılmış, lakin qanunsuz və əsassız olan şikayət yenə təmin edilməmişdir. Qabaqcadan əlbir olan şəxslər ona qarşı cinayətkar dəstə kimi fəaliyyət göstərmişlər: barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs1 — cinayətkar dəstənin təşkilatçısı (Cinayət Məcəlləsinin 218, 147.2 və 297.2-ci maddələri ilə məsuliyyət daşıyır); barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs2 cinayətkar dəstənin icraçısı (Cinayət Məcəlləsinin 218 və 147.2-ci maddələri ilə məsuliyyət daşıyır); R Kamal Cavadov həmin dövrdə 19-cu polis bölməsinin əməkdaşı olmuş, hazırda 7-ci polis bölməsinin əməkdaşıdır (Cinayət Məcəlləsinin 182, 302, 308 və 218-ci maddələri ilə məsuliyyət daşıyır). barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs1, cinayətkar dəstənin təşkilatçısı kimi ona qarşı məqsədli şəkildə qərəzli və qanunsuz hərəkətlər həyata keçirmişdir. Belə ki, adıçəkilən şəxs ona borclu olduğu halda öhdəliyini vaxtında yerinə yetirməmiş, daha sonra borcun əri tərəfindən ödənilməsindən narazı qalaraq, şəxsi qərəz və qisas niyyəti ilə onu guya ağır cinayət (Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182-ci maddəsi ilə hədə-qorxu ilə tələb etmə) törətməkdə ittiham etmiş və bu məqsədlə 2023-cü ilin dekabr ayında rəsmi olaraq Abşeron Rayon Polis Şöbəsinə ərizə ilə müraciət etmişdir. Bununla kifayətlənməyərək, barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs1 eyni məsələ ilə bağlı 102 polis xidmətinə zəng etmiş və bilərəkdən yalan məlumat vermişdir. Həmçinin, o, bu qanunsuz əməlləri həyata keçirmək üçün qabaqcadan əlbir olaraq cinayətkar qrup təşkil etmiş, həmin dəstənin digər üzvləri ilə birlikdə (əməliyyatçı Kamal Cavadov və bərbər barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs2) şikayətçinin şərəf və ləyaqətini alçaltmağa, işgüzar nüfuzunu ləkələməyə yönəlmiş, böhtan xarakterli məlumatların yayılmasını və ictimailəşdirilməsini məqsədli şəkildə təşkil etmişdir. barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs1 aşağıdakı hüquqazidd hərəkətləri onun barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə uyğun olaraq hüquqi qiymətin verilməsini zəruri edir: barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs1 tərəfindən Abşeron Rayon Polis Şöbəsinə müraciət edilərək, vətəndaş [ad və soyad] barəsində ağır cinayətdə təqsirli bilinməsi ilə bağlı həqiqətə uyğun olmayan, böhtan xarakterli ərizə təqdim edilmişdir. Həmin şəxs tərəfindən qabaqcadan əlbir olan cinayətkar dəstə yaradılmışdır. barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs1 və dəstə üzvləri birlikdə vətəndaş [ad və soyad] barəsində böhtan xarakterli məlumatları ictimailəşdirərək, onun şərəf və ləyaqətini alçaltmaq, habelə işgüzar maraqlarına zərər vurmaq məqsədi ilə planlı fəaliyyət həyata keçirmişlər. Bu hallar Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət tərkibi əlamətləri daşıyır. barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs1, polisdə olan himayəçilərinin dəstəyi ilə Abşeron Rayon Polis Şöbəsində aparılan təhqiqat zamanı təhqiqatçı polis Rı Rasim Məmmədova bildirmişdir ki, onun barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs1 ondan xəbərsiz və gizli şəkildə çəkdiyi video materiallar mövcuddur. Bu açıqlamadan sonra zərərçəkmiş şəxs məsələ ilə bağlı prokurorluğa rəsmi müraciət etmişdir. Lakin müraciətdən sonra həm təhqiqatçı Rasim Məmmədov, həm də barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs1 əvvəlki iddianı inkar edərək, belə bir çəkilişin mövcud olmadığını bildirmişlər. barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs1 hal-hazırda onun ofisinə yaxın ərazidə dərzi kimi fəaliyyət göstərməkdədir. O, bu müddət ərzində ona qarşı böhtan xarakterli məlumatları ətrafına yaymaqla və bu məlumatları ictimailəşdirməklə reputasiya zədələyici davranışlar sərgiləmişdir. Halbuki, artıq beş ildir ki, həmin ərazidə yerləşən ofisdə qanuni əsaslarla fəaliyyət göstərir və barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs1 ilə heç bir sosial və ya şəxsi tanışlığı yoxdur. barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs1 sifarişi və ya təşəbbüsü ilə hərəkət etdiyi ehtimal olunan digər bir şəxs - Kamal Cavadov müəyyən kriminal əməllərdə iştirak etmiş və bu əməllərin bəziləri aşağıdakı kimi təsnif oluna bilər: ## ###### 2023-cü il tarixində istintaqa getdiyi zaman tanımadığı bir nömrədən zəng daxil olmuşdur. Telefon zənginə cavab verən zərərçəkmişə özünü əməliyyat-axtarış şöbəsinin əməkdaşı kimi təqdim edən şəxs adının Kamal olduğunu bildirmiş və bundan sonra ona qarşı hədə-qorxu xarakterli ifadələr işlətmişdir. Həmin şəxs, həmçinin, ona zəng etməsini və görüşməsini tələb etmişdir. ## ###### 2023- cü il tarixində istintaqdan qayıtdıqdan sonra, A.Məhərrəmov küçəsi, Soliton mağazası ilə üzbəüz yerləşən çay evində oturaraq tələbə yoldaşı Abbas Abbasovu gözləmiş, həmin vaxt, saat 14:21-də 19-cu polis bölməsinin əməliyyatçısı Kamal ona zəng edərək istintaqdan qayıtmağını soruşmuş və görüşmək istədiyini bildirmişdir. Təxminən yarım saat sonra tələbə yoldaşları Abbas Abbasov və Rüfət Rüstəmov çay evinə gəlmiş, onlara bildirmişdir ki, 19-cu polis bölməsinin əməliyyatçısı Kamal onunla görüşmək üçün zəng edib və eyni zamanda bu şəxsi tanıyıb-tanımadıqlarını soruşmuşdur. Onlar daha sonra birbaşa 19-cu polis bölməsinə getmiş və o, Abbas birlikdə bölməyə daxil olmuşdur. Orada əməliyyatçı Əlidən Kamalı soruşmuşdur. Saat 15:27 radələrində o, Kamala zəng edərək 19-cu polis bölməsində olduğunu bildirmiş, Kamal isə telefonda ona bildirmişdir ki, onu bölməyə çağırmayıb və görüşmək üçün A.Məhərrəmov küçəsində yerləşən parkın yanındakı, “Əli Baba” kafesinin qabağına gəlməsini istəyir. Hüquqşünas dostları ilə birlikdə “Əli Baba” kafesinin qarşısına getmiş və oradan Kamala zəng etmişdir. Sonra, parkın yanında, “Əli Baba” kafesilə üzbəüz yerləşən çay evinin qarşısında o və dostları Kamalla görüşmüş. Kamal onu tanıdığını, dərzinin yanında hüquqi xidmətlə bağlı ofisinin olduğunu bildirdi və eyni zamanda səs tonunu aşağı salmışdır. Kamalın dəvətilə həmin küçədə yerləşən “Balakən” kafesinə gəldikləri və orada çay sifariş verdikləri qeyd edilmişdir. Kamal bildirmişdir ki, həmin gün dərzinin ürəyi getmiş, lakin o anda onun yanında olmayıb. Qeyd olunmalıdır ki, Kamal təkcə polis orqanlarında əməliyyatçı vəzifəsində çalışmır, eyni zamanda təcili yardım funksiyalarını da yerinə yetirirdi. Kamal tərəfindən ofisə gəlməsi barədə sorğu edilmişdir. O, izah etmişdir ki, ## ###### 2023-cü ildə həmin ünvana yalnız orada yerləşən tualetdən istifadə məqsədilə gəlmişdir. Lakin tualetin qapısı həmin gün zamokla bağlı olduğundan dərhal geri qayıtmışdır. Sözünü tamamladıqdan sonra Kamal dərzinin Zamirəyə zəng etmiş və videonun göndərilməsini tələb etmişdir. Zamirə həmin anı, yəni müraciət olunan şəxsin tualetə getmək istədiyi vaxtı videoya çəkərək Kamalın WhatsApp ünvanına göndərmişdir. Kamal həmin videonu təqdim etmişdir və müraciət olunan şəxsin tualetə doğru getməsi videoda təsbit olunmuşdur. O, Kamala sual vermişdir ki, tualetə getmək niyə qadağan olunmuşdur, halbuki həmin obyektin üstündə yerləşən dönərxananın müştəriləri də həmin tualetdən istifadə edir. Kamal bildirərək Zamirənin pulunu tərəfindən geri qaytarılmalı olduğunu və məsələnin müsbət həll olunmayacağını qeyd etmişdir. X3 Işlər Nazirliyinin “011” xidməti əməkdaşı olduğunu həm müraciət olunan şəxsin, həm də onunla birlikdə olan şahidlərin qarşısında bildirmişdir. Bu, qanunsuz hərəkətlər barədə hədələyici xəbərdarlıq kimi qiymətləndirilmişdir. Bir müddət sonra Kamal hüquqşünasların müşayiəti altında olduğunu hiss edib dərzinin yanına gedərək ona 102 xidmətini zəng etdirmişdir. Dərzinin 102 xidmətini çağırdığı vaxt ilə Kamalın müraciət olunan şəxsi duelə çağırdığı vaxtın vaxtı müəyyənləşdirildikdə aydın olur ki, Kamal və dərzi Zamirə əvvəlcədən planlaşdırılmış sxem əsasında hərəkət etmişlər. Məqsəd Kamalın müraciət olunan şəxsə istintaqda təsir göstərməsi və eyni zamanda Zamirəyə dərziyə pulunu qaytaracağına dair söz verməsi olmuşdur. Zamirənin Kamala verdiyi vədlər və onların əvvəlcədən necə razılaşması barədə yalnız aidiyyəti şəxslər və yuxarı instansiyalar məlumat sahibidir. 19-cu polis bölməsinin əməliyyatçısı Kamala dərzi tərəfindən verilən vədlər və ya aralarındakı yaxın münasibətlər səbəbindən, Zamirənin qanuni əri olmasına baxmayaraq, Kamal “Polis haqqında” qanunu, “Əməliyyat-axtarış fəaliyyəti haqqında” qanunu, cinayət prosesual qanunvericiliyini, Cinayət Məcəlləsini qəsdən və qərəzli şəkildə pozmuşdur. Həmçinin, o, Cinayət Məcəlləsinin 308-ci, 309-cu və 182-ci maddələrində nəzərdə tutulmuş cinayət xarakterli əməl törətmişdir. Zamirə onun barəsində 102 xidmətinə verdiyi şikayət (şikayətin predmeti müraciət olunan şəxsin həmin obyektin tualetinə getməsi olmuşdur; tualətin qapısının bağlı olması səbəbindən dərhal geri qayıtması isə təsadüfi olmuşdur) üzrə araşdırmanı Sultan adlı sahə müvəkkili aparmışdır. Aparılan araşdırma nəticəsində müraciət olunan şəxsin həmin obyektin tualetinə getməyi ilə bağlı inzibati və ya cinayət xarakterli hər hansı bir əməlinin aşkar olunmadığı müəyyən edildiyindən, iş üzrə material bağlanmışdır. Yuxarıda qeyd edilən faktlardan görünür ki, A.Məhərrəmov küçəsində ona qarşı cinayət xarakterli əməlin törədilməsində barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs1 həm təşkilatçı, həm də təhrikçi kimi, 19-cu polis bölməsinin əməliyyatçısı Kamal isə icraçı kimi əvvəlcədən hazırlanmış və düşünülmüş plan əsasında qəsdən hərəkət etmişlər. Hətta əldə etdiyi məlumatlara əsasən, dərzi Zamirə və polis Kamal onun həyat və sağlamlığıma, eləcə də işgüzar nüfuzuna zərbə vurmaq məqsədilə yeni planlar hazırlayırlar. Azərbaycan Respublikasının cinayət və cinayət-prosessual qanunvericiliyinə əsasən, polis əməkdaşlarının cinayət xarakterli əməlləri müvafiq prokurorluq orqanları tərəfindən araşdırılmalıdır. Lakin, Nəsimi rayon prokurorluğu tərəfindən polisin əməllərinin araşdırılması məqsədilə işin X4 göndərilməsi qanunvericiliyin tələblərinə ziddir. Nəsimi rayon prokurorluğu A.Məhərrəmov küçəsində ona qarşı cinayət xarakterli əməlin törədilməsində barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs1 həm təşkilatçı, həm də təhrikçi, 19-cu polis bölməsinin əməliyyatçısı Kamalın isə icraçı kimi əvvəlcədən hazırlanmış və düşünülmüş plan əsasında qəsdən hərəkət etdikləri faktına hüquqi qiymət verilməsi məqsədilə müvafiq araşdırma aparmalıdır. 19-cu polis bölməsinin əməliyyatçısı Kamalın əməllərinə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 308-ci, 309-cu və 182-ci maddələri ilə cinayət xarakterli əməl kimi hüquqi qiymət verilməlidir. barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs1 əməlləri isə Cinayət Məcəlləsinin 182-ci maddəsi ilə tövsif edilməli və hər iki şəxs müvafiq qaydada cinayət məsuliyyətinə cəlb edilməlidir. barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs1 tərəfindən yaradılmış cinayətkar dəstənin digər üzvü barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs2 olmuşdur. Famil uzun müddət Zamirənin işlədiyi obyektdə bərbər vəzifəsində çalışmış, gündəlik olaraq bir çox müştəri qəbul etmiş və hər iki şəxs arasında mehriban əlaqələr mövcud olmuşdur. Zamirə Familə şikayətin nəticəsi barədə məlumat vermişdir. Lakin Zamirənin göstərişi əsasında Famil ərazidə müraciət olunan şəxsin şərəf və ləyaqətini alçaldaraq, işgüzar nüfuzunu ləkələyərək, ona qarşı böhtan atmış və ağır cinayət – şantaj törətməkdə ittiham etmişdir. Ittiham tərəfi olaraq hesab edir ki, xüsusi ittiham qaydasında təqdim olunan şikayətdə əks etdirilən hallar, həmin şikayətə əlavə edilən sübutlar və ən əsası məhkəmə iclasında tədqiq edilmiş materiallar əsasında bir daha təsdiq olunmuşdur ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs1 və barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs2 yuxarıda göstərilən təhqir və böhtan xarakterli hərəkətləri Xüsusi ittihamçı qarşı törətməklə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini həyata keçirmişlər. barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs1 və barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməsinə, onun barəsində həmin maddə ilə nəzərdə tutulmuş cəzanın təyin edilməsinə və mülki iddianın təmin olunmasına dair hökm çıxarılmasını xahiş edir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin (hakim Məmmədova Günel Iqbal qızının sədrliyi ilə) ## #### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli qərarı ilə barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs1 və barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs2 CM-in 147.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilmələrinə dair Xüsusi ittihamçı tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən və məhkəmə baxışının keçirilməsindən imtina olunmuşdur. Məhkəmə göstərilən nəticəyə gələrkən hesab etmişdir ki, xüsusi ittiham qaydasında şikayət verilmiş əməllərdə cinayətin əlamətləri olmadığından, şikayət əsassız olduğundan və şikayət vermiş şəxs dəlillərini təsdiq edən sübutları əks etdirmədiyindən barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs1 və barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs2 CM-in 147.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair Xüsusi ittihamçı xüsusi ittiham qaydasında şikayəti üzrə məhkəmə baxışının keçirilməsindən və xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilmişdir. Qeyd edilən qərardan narazı qalan xüsusi ittihamçı apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini, işin mahiyyəti üzrə baxılmasının təmin edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakim Ibrahimov Zamin Vəliyəddin oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X1 və X2 ibarət tərkibdə) *(***)- ****/**** saylı, ## ######## 2025-ci il tarixli qərarı ilə xüsusi ittihamçı Xüsusi ittihamçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ## #### 2025-ci il tarixli, *(***)-***/**** saylı qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının ## ######## 2025-ci il tarixli qərarından xüsusi ittihamçı Xüsusi ittihamçı tərəfindən kassasiya şikayəti verilmişdir. Iş üzrə yuxarıda qeyd edilən məhkəmə aktları çıxarılmışdır. Kassasiya şikayətinin dəlilləri: Xüsusi ittihamçı tərəfindən verilmiş kassasiya şikayətindən görünür ki, iş üzrə xüsusi ittiham qaydasında verilmiş şikayətə baxılarkən məhkəmələr tərəfindən cinayətprosessual qanunvericiliyin əsas prinsiplərinə tam riayət olunmamış, xüsusilə işin hərtərəfli, tam və obyektiv araşdırılması təmin edilməmişdir. Təqdim edilmiş vəsatətlər iş üzrə mühüm əhəmiyyət kəsb etməsinə baxmayaraq, həmin vəsatətlər mahiyyəti üzrə müzakirə edilməmiş və onların təmin olunmasından imtina edilməsinin hüquqi əsasları qərarda göstərilməmişdir. Belə ki, xüsusi ittihamçı tərəfindən Abşeron Rayon Polis Idarəsində aparılmış araşdırma materiallarının, o cümlədən cinayət işinin başlanmasının rədd olunmasına dair qərarın məhkəməyə təqdim olunması barədə vəsatət verilmiş, həmçinin hadisə ilə bağlı məlumatlı şəxslərin şahid qismində dindirilməsi tələb edilmişdir. Lakin məhkəmə həmin sübutların əldə olunmasına yönəlmiş prosessual tədbirləri həyata keçirməmişdir. Halbuki Azərbaycan Respublikası CPM-in 88.4.4-cü maddəsinə əsasən tərəf sübutların təqdim olunmasını təmin etmək hüququna malikdir və məhkəmə bu hüququn həyata keçirilməsinə mane olmamalıdır. Şikayətdə göstərilir ki, məhkəmə tərəfindən CPM-in 28-ci maddəsində təsbit olunmuş ədalətlilik və qərəzsizlilik prinsipi pozulmuşdur. Belə ki, qəbul olunmuş qərarda ərizəçinin vəsatətlərinin niyə təmin edilmədiyi əsaslandırılmamış, sübutların araşdırılmamasının səbəbləri göstərilməmiş və nəticə etibarilə qərar formal xarakter daşımışdır. Bu hal isə tərəflərin çəkişmə və prosessual bərabərlik prinsipinin pozulmasına gətirib çıxarmışdır. Kassasiya şikayətindən görünür ki, xüsusi ittihamçı tərəfindən təqdim edilmiş dəlillər yalnız mülahizə xarakterli olmamış, yazılı iltizam sənədi, şahid ifadələri, polis araşdırmaları və digər faktiki məlumatlarla əsaslandırılmışdır. Buna baxmayaraq, məhkəmələr həmin sübutların tədqiqinə yönəlmiş prosessual hərəkətləri həyata keçirməmişdir. Şikayətdə göstərilir ki, məhkəmə tərəfindən bu cür passiv mövqe tutulması obyektiv həqiqətin müəyyən edilməsinə mane olmuşdur. Kassasiya şikayətində xüsusi olaraq vurğulanır ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” ## ###### 2014-cü il tarixli qərarında müəyyən olunmuş hüquqi mövqelər nəzərə alınmamışdır. Həmin hüquqi mövqeyə əsasən məhkəmə ilk növbədə yayılmış məlumatın böhtan xarakterli olub-olmamasını, onun biləbilə yalan yayılıb-yayılmadığını və şəxsin şərəf və ləyaqətinə zərər vurub-vurmadığını araşdırmalıdır. Kassasiya şikayətindən görünür ki, məhkəmə bu halları müəyyən etmək üçün zəruri araşdırmalar aparmadan şikayətin icraata qəbulundan imtina etmişdir. Bundan əlavə, kassasiya şikayətinə əsasən, göstərilən hallar üzrə polis əməkdaşlarının və digər şəxslərin hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 296, 297, 299, 308, 309 və 182-ci maddələrinin dispozisiyalarına uyğun əlamətlər olmuş, lakin həmin hallara hüquqi qiymət verilməsi üçün zəruri prosessual tədbirlər həyata keçirilməmişdir. barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs1 və barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə cinayət məsuliyyətində cəlb olunmalarına dair xüsusi ittiham qaydasında verilmiş şikayətin icraata qəbul edilməsindən imtina edilməsi barədə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının # ######## 2025-ci il tarixli qərarının ləğv edilərək, şikayətin icraata qəbul edilməsinə dair qərarın qəbul edilməsini xahiş edir. Hüquqi məsələlər: CPM-in 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, aşağıdakı əsaslarla yekun nəticəyə gəlmişdir. CPM-in 299.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. CPM-in 299.3.3-cü maddəsinə əsasən hər bir halda cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında xüsusi ittiham qaydasında şikayətin məzmununun bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrinin müddəalarına uyğun olubolmaması barədə məsələyə də baxılır. CPM-in 302.1.6-cı maddəsinə əsasən cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışına hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edilməsi barədə qərar çıxarır. Həmin Məcəllənin 302.2.3-cü maddəsinin tələbinə əsasən CPM-in 302.1.6-ci maddəsində nəzərdə tutulmuş halda xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Belə ki, CM-in 147.1-ci maddəsinin dispozisiyası – böhtan, yəni yalan olduğunu biləbilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma, CM-in 147.2-ci maddəsinin dispozisiyası – ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma kimi hərəkətlərlə ifadə olunmuşdur. Bu cinayətin bilavasitə obyektini başqa şəxsin şərəfi, ləyaqəti və ya nüfuzu təşkil edir. Şərəf – cəmiyyətin üzvü kimi insanın əxlaqi, mənəvi, mədəni keyfiyyətlərinə, başqa şəxslərə, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən ictimai qiymətdir. Ləyaqət – şəxsin özünə, özünün davranışına, mənəvi və əxlaqi dünyagörüşünə, cəmiyyətdə tutduğu mövqeyinə özünün verdiyi qiymətdir. Nüfuz – isə cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə, mövqeyinə, ictimai əhəmiyyət kəsb etməsinə görə başqa şəxslər tərəfindən ona verilən qiymətdir. Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsində qeyd edilir ki, hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. Şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. Apellyasiya instansiya məhkəməsi qərarında göstərmişdir ki, xüsusi ittiham şikayəti, faktlarla yox, ümumi ifadələrlə tərtib edilmiş, sübutlar təqdim olunmamışdır. şəxlərin əməli törətdiyinə dair heç bir konkret əsas yoxdur. Şikayətçi zərər çəkmiş statusunu əsaslandıra bilməmişdir. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və qeyd edir ki, “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2014-cü il tarixli, * nömrəli Qərarının 2-ci bəndinə əsasən məhkəmələrə izah edilmişdir ki, cinayət qanunvericiliyində xüsusi ittiham qaydasında cinayət təqibinə səbəb olan əməllərin törədilməsinə görə cinayət məsuliyyətinin nəzərdə tutulması hər kəsin mənəvi dəyəri olan şərəf və ləyaqətini, nüfuzunu qeyri-qanuni qəsdlərdən qorumaq məqsədi daşıyır. Hər kəsin şərəfi dedikdə onun cəmiyyətin üzvü kimi əxlaqi, mənəvi keyfiyyətlərinə, digər insanlara, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən qiymət, ləyaqəti dedikdə şəxsin öz mənəvi və əqli keyfiyyətlərini, cəmiyyətdəki mövqeyini və nüfuzunu dərk etməsi və özünün özünə verdiyi qiymət, nüfuzu dedikdə isə şəxsin cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə görə tutduğu mövqe başa düşülür. Həmin Qərarın 11-ci bəndinə əsasən məhkəmələrin nəzərinə çatdırılmışdır ki, xüsusi ittiham qaydasında icraatın başlanmasına səbəb yalnız zərər çəkmiş şəxs tərəfındən xüsusi ittiham qaydasında verilmiş şikayət ola bilər. Xüsusi ittiham qaydasında şikayət yazılı şəkildə cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsinə verilir. Şikayətdə aşağıdakılar göstərilməlidir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi), törədilmiş cinayət barəsində məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği), cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfındən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfındən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş, şikayətin verildiyi tarix (il, ay və gün), şikayəti vermiş şəxsin imzası (CPM-in 293.3.1- 293.3.7-ci maddələri). Məhkəmələrə tövsiyə edilsin ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-in 293.3.1- 293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-in 302.1.2-302.1.4 və 302.1.6, 302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. Məhkəmə kollegiyası hesab edir ki, barələrində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxslər barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs1 və barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs2 CM-in 147.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmalarına dair xüsusi ittihamçı Xüsusi ittihamçı tərəfindən verilmiş şikayətin icraata qəbul edilməsindən imtina edilməsi barədə gəldiyi nəticə qanuni və əsaslıdır. Belə ki, Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2014-cü il tarixli, * nömrəli Qərarının 5-ci bəndinə əsasən qeyd edilmişdir ki, böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Lakin, CM-in 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Kütləvi nümayiş etdirilən əsər dedikdə, ən azı iki nəfər kənar şəxsin görə və ya qavraya biləcəyi şəraitdə nümayiş etdirilən əsərlər (fotoşəkillər, rəsm əsərləri, kinematoqrafıya əsərləri, reklam və sair) başa düşülür. Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. Böhtan və təhqir xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması və ya ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir. Məhkəmələr tərəfindən Xüsusi ittihamçı xüsusi ittiham qaydasında şikayətinə baxılarkən cinayət və cinayət-prosessual qanunların pozulması, ədalətli məhkəmə araşdırması hüquqlarının pozulması halları müəyyən edilməmişdir. Göstərilənlərə əsasən kassasiya şikayətinin dəlilləri əsassız olduğundan və iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının ## ######## 2025-ci il tarixli qərarının ləğv edilməsi üçün CPM-in 416-cı maddəsində nəzərdə tutulmuş əsaslara uyğun hallar müəyyən edilmədiyindən kassasiya şikayəti təmin edilmədən, qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası, QƏRARA ALDI: Xüsusi ittihamçı Xüsusi ittihamçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Barələrində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxslər barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs1 və barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmalarına dair xüsusi ittihamçı Xüsusi ittihamçı tərəfindən verilmiş şikayətin icraata qəbul edilməsindən imtina edilməsinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının *(***)-****/**** saylı, ## ######## 2025-ci il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar