Məhkəmə qərarları › İş №1(1-8)-26/2026

Ali Məhkəmə Qərar — İş №1(1-8)-26/2026

06.05.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(1-8)-26/2026 06.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Cəfərov Ilqar Xanlar oğlu (sədrlik edən və məruzəçi), Mövsümov Nazim Rasim oğlu və Muxtarov Teyyub Asif oğlundan ibarət tərkibdə, Babayeva Lalə Tahir qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, R X2 iştirakı ilə, ##.##.2002-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, məhkum olunmamış, işləməyən, ünvan 2 ünvanda qeydiyyatda olmaqla, x7 ünvanda yaşamış Bəraət almış şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CMin) 221.1-ci maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının *(***)-***/**** nömrəli ## ###### 2025-ci il tarixli qərarından zərər çəkmiş şəxslərin nümayəndəsi X1 tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Gəncə Şəhər Məhkəməsinin (hakim X.Q.Tağıyev) 1(125)-4/2025 nömrəli # ##### 2025-ci il tarixli hökmü ilə Bəraət almış şəxs Azərbaycan Respublikası CM-in 221.1-ci maddəsi ilə verilmiş ittiham üzrə onun cinayətin törədilməsinə aidiyyəti olmadığından bəraət verilmişdir Birinci instansiya məhkəməsinin həmin hökmündən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti və zərər çəkmiş şəxslərin nümayəndəsi (vəkili) tərəfindən apellyasiya şikayəti verilmiş, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının *(***)-***/**** nömrəli ## ###### 2025-ci il tarixli qərarı ilə (hakimlər Ə.G.Abdullayev (sədrlik edən), M.V.Məmmədov və N.T.Əliyev) apellyasiya protesti və apellyasiya şikayəti təmin edilməmiş, Gəncə Şəhər Məhkəməsinin # ##### 2025-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılsın. Işin halları: Itttiham aktına əsasən Bəraət almış şəxs ## #### 2021-ci il tarixdə saat 13:30-da ünvan 1 ünvanda yaxın qohumların toplaşdığı, vəfat etmiş nənəsinin yas mərasimində ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərməklə cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qəsdən qərəzli hərəkətlər edərək, qohumu zərərçəkmiş şəxs2 və sonuncunun oğlu zərərçəkmiş şəxs1 ilə heç bir əsaslı səbəb olmadan mübahisə etmiş, aralarında yaranmış mübahisə zamanı zərərçəkmiş şəxs2 yumruqla qəsdən vurmaqla ona üst çənədə sağda 3-4 dişlərin travmatik sınığı, üst dodağın selikli qişasının qansızması, üst dodağın dəri səthinin qançırı və şişkinliyi ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, sağlamlığa yüngül zərər vurmаyа aid zərərçəkmiş şəxs1 yumruqla qəsdən vurmaqla ona döş qəfəsinin əzilməsi (qançır və şişkinliyi) ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirməklə qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Birinci instansiya məhkəməsi Bəraət almış şəxs cinayətin törədilməsinə aidiyyəti olmadığı üçün onun barəsində bəraət hökmü çıxarmışdır. Kassasiya şikayətinin dəlilləri: Zərər çəkmiş şəxsin nümayəndəsi X1 tərəfindən verilmiş kassasiya şikayətində Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının ## ###### 2025-ci il tarixli qərarının ləğv edilməsi, məhkumun Cinayət Məcəlləsinin 221.1-ci maddəsi il təqsirli bilinərək ən yüksək həddə cəza təyin edilməsi xahiş olunur. Şikayət müəllifi bildirir ki, məhkəmə qərarlarında yalnız ittiham aktının yekun məhkəmə qərarına köçürülməsi ilə müəyyən edilməklə, müəyyən hallarda isə məhkəməni qane etməyən ifadələrdə şahidlərin “mən ibtidai istintaqda baxmamış imza etmişəm” kimi ifadələrini göstərməsi, ali təhsilli sinif müəlliminin öz ifadəsini oxuya bilməməsi (müəllimin ifadəsini təhqiqatçı əlyazma ilə yazmışdır), digər şahidlərin isə ifadələrinin təhrif edilməsi ilə nəticələnən qərar qəbul edilmişdir. Məhkəmə iclasında ifadə vermiş təqsirlədirilən şəxsin tələbə yoldaşları və yaxud müəllimin ##.##.2021-ci il tarixdə hər hansı birinin təqsirləndirilən şəxsin hansı texniki vasitə ilə dərsə qoşulmasını bildirmədilər. Dəfələrlə məhkəmənin diqqətinə təqsirləndirilən şəxsin ilk ifadəsinin çatdırılmasına baxmayaraq, məhkəmə təqsirlədirilən şəxsin müdafiəsini quraraq, əvvəldən öz fikrini bildirirdi. Təqsirləndirilən şəxs Bəraət almış şəxs təhqiqat zamanı şahid qismində ifadə verərkən onlayn dərsə komputer vasitəsilə qoşulmasını, ən əsası isə verilən suallarda, yəni ## #### 2021-ci il tarixdə hər iki mobil nömrələrin onun istifadəsində olmasını göstərir. Yəni hər iki mobil nömrələrin xalasında olduğunu göstərməmişdir. Bu ifadədən sonra müstəntiq tərəfindən Bəraət almış şəxs istifadəsində olmuş, mobil nömrələrin anten dairələri ilə bağlı sorğular edilmiş, məlumatlar götürüldükdən sonra təqsirləndirilən şəxsin istifadəsində olmuş mobil nömrələrin hadisə baş verən yerdə, yəni zərər çəkmiş şəxslərin döyülən yerdə olması müəyyənləşdirilmişdir. Bundan sonra təqsirləndirilən şəxs guya ki, mobil nömrələrin xalasının istifadəsində olmasını göstərmiş, onlayn dərsə isə evdə kompüter vasitəsilə qoşulmasını bildirmiş, kompüteri də istintaq orqanına təqdim etməmişdir. Lakin Bəraət almış şəxs ##.##.2021-ci il tarixdə yaşadığı evdə kompüter vasitəsi ilə qoşulmasını təsdiq edən hər hansı sübut yoxdur. Bundan da başqa məhkəmə tərəfindən zərərçəkmişlərin təhqiqat zamanı onları döymüş şəxsin Çingiz kimi göstərməsi, Amirin cinayətdə təqsirli olmaması mənasına gəlməsi də absurt fikirdir. Belə ki, məhkəmə istintaqı zamanı təhqiqatçı bildirdi ki, zərərçəkmişlər onları vurmuş şəxsin Ayçinin böyük oğlu olduğunu göstərdiklərini, adını bilmədiklərini, ancaq təhqiqatçı özü həmin şəxsin Çingiz olmasını hesab edərək, ilk qeydin bu əsasdan aparmasını göstərmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı R.Məmmədlinin çıxışını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir. Azərbaycan Respublikası CM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsində “xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər” əməlinə görə məsuliyyət nəzərdə tutulur və bu əməl min manatdan üç min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası CPM-in 144-145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur, bir-biri ilə müqayisə edilir, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. CPM-nin 146-cı maddəsinin tələbinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## ### 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi - hakimin həm vəzifə, həm də mənəvi borcudur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayətprosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Əsaslandırma hökmün ictimai qəbul olunmasında, onun məhz ədalətli qərar kimi qavranılmasında mühüm rol oynayır. O, hökmün əsaslılığının ayrılmaz hissəsi olmaqla məhkəmə tərəfindən niyə məhz qərarın qəbulunun, başqa mümkün qərarların rədd olunmasının izahını verməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## ### 2011ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun # ######## 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi) ... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-ci 28.5-ci maddəsi). Məhkəmə kollegiyası aşağı instansiya məhkəmələri tərəfindən Bəraət almış şəxs cinayətin törədilməsinə aidiyyəti olmadığı əsası ilə bəraət verilməsi barədə mövqeyi ilə razıdır. Belə ki, aşağı instansiya məhkəmələri öz qərarlarında təsbiq etmişlər ki, ittiham tərəfinin mübahisələndirdiyi əsas məsələlərdən biri ibtidai istintaq zamanı Bəraət almış şəxs şahid qismində ifadə verərkən ## #### 2021-ci il tarixdə hər iki mobil nömrəsinin onun istifadəsində olmasını göstərərək, mobil nömrələrin xalasında olduğunu göstərməməsidir. Bu faktla əlaqədar olaraq məhkəmə kollegiyası qeyd edir ki, Bəraət almış şəxs törətməsi iddia olunan cinayət əməli ## #### 2021-ci il tarixdə törədilmişdir. Hadisənin üzərindən müəyyən müddət keçdikdən sonra, konkret olaraq ## #### 2021ci il tarixdə Bəraət almış şəxs şahid qismində dindirilmiş və ona aşağıdakı məzmunda sual ünvanlanmış və Bəraət almış şəxs tərəfindən həmin suala cavab verilmişdir. “Sual: Istifadənizdə ## #### 2021-ci il tarixdə və hazırda istifadənizdə hansı mobil nömrələriniz olmuşdur? Həmin mobil nömrələr kimin adına rəsmləşdirilmişdir? Cavab: Mənim o vaxt və hazırda istifadəmdə 051-736-60-91; 055-247-73-25 mobil nömrələr olmuşdur. Həmin mobil nömrələr anamın adınadır, həmin mobil nömrələri mən işlədirəm, 10 ilə yaxındır ki, Azercell mobil nömrəni işlədirəm, Bakcell mobil nömrəni də iki ilə yaxındır ki, işlədirəm”. Ünvanlanmış sualdan, eləcə də həmin suala verilmiş cavabdan görünür ki, təqsirləndirilən şəxs məhz hadisə baş verən gün də telefonun onun istifadəsində olduğunu bildirməmişdir. Apellyasiya məhkəmə kollegiyası öz qərarında qeyd etmişdir ki, təqsirləndirilən şəxsin 10 ilə yaxın istifadə etdiyi mobil telefonu qohumuna (hazırkı halda xalasına) verməsi faktı mobil telefonun onun istifadəsindən çıxması mənasına gələ bilməz. Istintaqda dindirmə zamanı verilmiş sualdan da görünür ki, sual ümumi sözlərlə ifadə olunmuş, konkretlik olmamış, sadəcə şəxsin istifadəsində hadisə baş verən tarixdə hansı mobil nömrələrin olması soruşulmuşdur. Belə olan halda təqsirləndirilən şəxsin həmin mobil nömrələrin istifadəsində olmasını bildirməsi onun hadisə baş verən gün telefonu xalasına verməsinə dair göstərdiklərinin yalan olması nəticəsinə gəlməyə əsas ola bilməz. Bu fakt (təqsirləndirilən şəxsin mobil telefonunun ## #### 2021-ci il tarixdə xalasında olması) iş materiallarında olan digər sübutlarla da təsdiqlənir. Belə ki, şahid şahid6 verdiyi ifadəsində həmin gün dostu Bəraət almış şəxs zəng edib ona nənəsinə görə baş sağlığı vermək istədiyini, lakin telefon zəngini bir xanımın açdığını, Amirin xalası olduğunu, telefonun onda olduğunu dediyini bildirmişdir. Həmçinin, şahid şahid14 da ifadəsində bildirmişdir ki, həmin gün o, Bəraət almış şəxs nənəsinə görə baş sağlığı vermək üçün yazmış, lakin axşam saatlarında Amir ona cavab vermiş və üzr istəyərək, bildirmişdir ki, telefonu özündə olmadığı üçün indi cavab verir. Bəraət almış şəxs bununla bağlı ifadəsində bildirmişdir ki, hər iki nömrəsini bir mobil telefon cihazının içərisində istifadə edir. Həmin gün telefonunu Rusiya Federasiyasından gələn, bu səbəbdən nömrəsi Azərbaycanda işləməyən və burada mobil nömrəsi olmayan xalası şahid16 olmuşdur, belə ki, xalası həmin gün onun interneti olduğundan Rusiya Federasiyasında olan ailəsi ilə danışmaq üçün telefonunu özü ilə birlikdə yas yerinə-yəni hadisə baş verən ünvana aparmışdır. Həmin halı şahid qismində dindirilən şahid16 da təsdiq etmişdir. Daha sonra istintaq zamanı ##.##.2021-ci il tarixdə Bəraət almış şəxs ilə zərər çəkmiş şəxslər arasında aparılmış üzləşdirmə istintaq hərəkətinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarından görünür ki, həmin üzləşdirmə protokollaşdırılmış, iştirakçılar tərəfindən imzalanmış və iş materiallarına əlavə edilmişdir. Lakin birinci instansiya məhkəməsi həmin üzləşdirmə protokolunu sübutlar siyahısından çıxarmışdır. Belə ki, birinci instansiya məhkəməsində təqsirləndirilən şəxs həmin protokolda olan imzanın ona aid olmadığını, əsl üzləşdirilmə protokolunun şahid şahid11 tərəfindən cırıldığını və ən əsası da əsl üzləşdirilmə protokolunda zərər çəkmiş şəxslərin “sizə xəsarət yetirən kimdir?” sualına cavab olaraq “qardaşı şahid17” göstərdiklərini qeyd etmişdir. Bununla bağlı məhkəmə tərəfindən məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmişdir. ## ######## 2024–cü il tarixli */**** nömrəli məhkəmə-xətşünaslıq ekspertizası rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş *(***)-**/**** nömrəli cinayət işinin 1-ci cildinin 145- 146-cı vərəqlərində olan zərərçəkmiş şəxs2 ilə Bəraət almış şəxs arasında keçirilmiş ##.##.2021-ci il tarixli üzləşdirmə protokolunun 1-ci vərəqəsinin üz tərəfində “Bəraət almış şəxs” yazıları önündəki imza Bəraət almış şəxs tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Bundan əlavə apellyasiya məhkəməsi öz qərarında qeyd etmişdir ki, zərər çəkmiş şəxslər özləri təqsirləndirilən şəxsin barəsində cinayət təqibinin aparılmasında maraqlı olmuş, təqsirləndirilən şəxsin barəsində cinayət təqibinin təşəbbüskarları məhz onlar olmuşdur. Cinayət hadisəsinin baş verməsindən sonra Elmira Bəylərli, şahid10, habelə zərər çəkmiş şəxslər qarşılıqlı şikayət ərizələri ilə polis orqanlarına müraciətlər etmişlər. Həmin müraciətlər əsasında polis əməkdaşları tərəfindən hadisə günü orada olan qohumlar polis idarəsinə çağırılmış, həmin hadisə ilə bağlı şahid13, şahid17, Kamil Əliyevin, şahid8, şahid16 izahatları alınmışdır. Hər iki tərəfin izahatlarında orada olan şəxslər arasında Bəraət almış şəxs adı çəkilməmiş, müvafiq olaraq o, idarəyə dəvət edilib izahatı da alınmamışdır. Zərər çəkmiş şəxslərdən zərərçəkmiş şəxs2 hadisədən dərhal sonra polis orqanına müraciətində ona xəsarət yetirənin “konkret olaraq şahid13” olduğunu, zərər çəkmiş şəxslərdən zərərçəkmiş şəxs1 isə ona xəsarət yetirənin “Ayçinin əri Vüsal və oğlu Çingizin” olduğunu, Kamilin isə onlara kömək etdiyini bildirmişlər. Yalnız hadisənin baş verməsindən bir neçə ay sonra zərər çəkmiş şəxslər ifadələrində Bəraət almış şəxs adını qeyd etmişlər. Zərər çəkmiş şəxslərin ilkin ərizə və izahatlarında onlara xəsarət yetirən şəxsin adını “Çingiz” olaraq qeyd etmələrinin səbəbi kimi hazırkı işin cinayət təqibi üzrə təhqiqatını aparan təhqiqatçı şahid3 sözləri olduğunu göstərsələr də, həmin arqumentin heç bir faktiki və hüquqi əsası yoxdur. Belə ki, işin müəyyən edilmiş faktiki halları ondan ibarətdir ki, təqsirləndirilən şəxs Bəraət almış şəxs zərər çəkmiş şəxslər zərərçəkmiş şəxs1 və zərərçəkmiş şəxs2 ilə qohumdur. zərərçəkmiş şəxs2 ilə Bəraət almış şəxs anası (şahid10) xalaoğlu-xalaqızıdır. Belə olan halda zərər çəkmiş şəxslərin qohumlarını tanımayaraq onların adını təhqiqatçının deməsi ilə qeyd etmələri heç bir sağlam məntiqə sığmır. Birinci instansiya məhkəməsində məhkəmə istintaqı zamanı yalnız zərər çəkmiş şəxslər Mehman və zərərçəkmiş şəxs1lər və onların ailə üzvü şahid şahid11 ifadələrində Bəraət almış şəxs zərər çəkmiş şəxslərə xəsarətlər yetirdiyini bildirmişlər. Lakin iş materiallarından görünür ki, təqsirləndirilən şəxs Bəraət almış şəxs isə birmənalı olaraq həm ibtidai araşdırma zamanı, həm də məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs2 və zərərçəkmiş şəxs1 heç bir xəsarət yetirmədiyini, həmin vaxt ümumiyyətlə hadisə baş verən yerdə olmadığını, onlayn dərsi olduğu üçün öz evlərində olduğunu bildirmişdir. Bəraət almış şəxs həmin vaxt onlayn dərsinin olduğu və onun dərsə qoşulduğu onun özünün, şahidlərin ifadələri və digər üzrə əhəmiyyət kəsb edən sübutlarla təsdiq olunmuşdur. Belə ki, iş üzrə dindirilmiş şahidlər Bəraət almış şəxs müəllimi şahid12 və qrup yoldaşı (qrup nümayəndəsi) şahid18 ifadələrində bildirmişlər ki, ##.##.2021-ci ildə onlayn dərs olmuşdur, Bəraət almış şəxs də həmin dərsdə iştirak etmişdir. Bundan başqa, Bəraət almış şəxs həmin vaxt təhsil aldığı Azərbaycan Respublikası Prezidenti yanında X6 tərəfindən verilmiş ##.##.2022-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, siyasi idarəetmə fakültəsinin hüquqşünaslıq ixtisası üzrə III kurs tələbəsi Bəraət almış şəxs ## #### 2021-ci ildə saat 12:00dan 13-dək onlayn dərsdə (Inzibati proses) iştirak etmişdir. Həmçinin, digər şahidlər şahid13, şahid17, şahid10, şahid8, şahid19, şahid15, şahid9, şahid7 ifadələri ilə də Bəraət almış şəxs hadisə zamanı hadisə baş verən yerdə olmadığını bildirmişlər. Məhz yuxarıda qeyd edilənlərə əsasən aşağı instansiya məhkəmələri tərəfindən tam əsaslı olaraq, Bəraət almış şəxs təqsirliliyi sübuta yetirilmədiyinə görə bəraət verilmişdir. CPM-in 351.2-ci maddəsinə görə məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. CPM-in 351.3-cü maddəsinə görə təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsiri təqsirsizlik prezumpsiyası rəhbər tutularaq, bu Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq, məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək sübuta yetirilmiş hesab edilə bilər. Insan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd edir ki, istənilən şübhə vicdanlı şübhə olmalıdır. “X4rşı” məhkəmə işi üzrə qərarında məhkəmə qeyd etdi ki, şübhənin həqiqi və vicdanlı olması onun əsaslığının zəruri elementlərindən birini təşkil edir. Lakin şübhə yalnız o halda əsaslı sayıla bilər ki, şübhəli şəxsin güman edilən cinayətlə əlaqəsi olduğunu obyektiv olaraq göstərən faktlara və ya informasiyaya əsaslansın. Buna görə də, sözügedən şəxsin törətdiyi hərəkətlərin onun hüquq pozuntusunda iştirakını birbaşa təsdiq etdiyini göstərən, yaxud sənədlərlə və ya məhkəmə-tibb ekspertizasının nəticələri ilə təsdiq edilən sübutlar olmalıdır. Insan Hüquqları üzrə Avropa Məhkəməsinin “Barbara, Messege və Habordo Ispaniyaya qarşı” işində qeyd etmişdir ki, təqsirsizlik prezumpsiyası prinsipi digər məsələlərlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar, sübutetmə yükü ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Bundan əlavə Insan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd edir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, qanuna müvafiq olsun, yəni qanuni yolla əldə olunmuş olsun. Azərbaycan Respublikası CPM-in 12.1 və 12.3-cü maddələrinin tələblərinə görə cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. Konstitusiyanın 12-ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiya müddəaları, həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Azərbaycan Respublikası Azərbaycan Respublikası CPM-nin 42.1-ci maddəsinin tələbinə əsasən: 42.1.1. cinayət hadisəsi olmadıqda; 42.1.2. əməldə cinayət tərkibi olmadıqda; 42.1.3. cinayətin törədilməsinə aidiyyəti olmadıqda; 42.1.4. təqsirliliyi sübuta yetirilmədikdə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Məhkəmə kollegiyası kassasiya şikayətinin apellyasiya instansiyası məhkəməsi tərəfindən CPM-in 143-146-cı maddələrinin tələblərinin pozulması, bu səbəbdən də CPM-in 416.1.1-416.1.3-cü maddələrində nəzərdə tutulmuş əsasların olması barədə dəlillərini də əsassız hesab edir ona görə ki, apellyasiya instansiya məhkəməsində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, məhkəmə iclaslarında faktları araşdırıb maddi və prosessual hüquq normalarının tətbiqini yoxlayarkən, mövcud sübutları Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmiş və haqlı olaraq Bəraət almış şəxs cinayətin törədilməsinə aidiyyəti olmadığı əsası ilə bəraət verilmişdir. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq həmin şikayətin təmin edilməsi üçün əsaslar tapmır və buna görə də hesab edir ki, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının ## ###### 2025-ci il qərarı əsaslı olduğundan, kassasiya şikayətində onun ləğvi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan şikayət təmin edilmədən, həmin qərar isə dəyişiklik edilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsinin tələblərini rəhbər tutaraq Qərara alır: Zərər çəkmiş şəxslərin nümayəndəsi X1 tərəfindən verilmiş kassasiya şikayət təmin edilməsin. Bəraət almış şəxs Bəraət almış şəxs barəsində Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının *(***)-***/**** nömrəli ## ###### 2025-ci il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar