Məhkəmə qərarları › İş №1(1-8)-260/2026

Ali Məhkəmə Qərar — İş №1(1-8)-260/2026

03.06.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(1-8)-260/2026 03.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Cəfərov Ilqar Xanlar oğlu (sədrlik edən və məruzəçi), Mövsümov Nazim Rasim oğlu və Muxtarov Teyyub Asif oğlundan ibarət tərkibdə, Babayeva Lalə Tahir qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, R X2, bəraət almış şəxs Bəraət almış şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, ##.##.1987-ci il tarixdə Ermənistan SSR-də doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində 2 (iki) azyaşlı uşağı olan, əvvəllər məhkum olunmayan, ünvan 2 ünvanda qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Bəraət almış şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CMin) 234.1-1-ci maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1593/2025 nömrəli # ####### 2025-ci il tarixli hökmündən dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1277/2024 nömrəli ## ##### 2024-cü il tarixli hökmünə əsasən (hakimlər Ə.İ.Məmmədov (sədrlik edən), A.Ə.Məcidov və S.A.Məmmədzadədən ibarət tərkibdə) Bəraət almış şəxs - Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinmiş, ona 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzasının başlanğıcının ##.##.2023-cü il tarixdən hesablanması qərara alınmışdır. Həmin hökmdən məhkum edilmiş şəxsin müdafiəçisi Müdafiəçi tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-1307/2024 nömrəli ## #### 2024-cü il tarixli qərarı ilə (hakimlər H.Ç.Məmmədov (sədrlik edən), C.V.Hüseyn və E.H.Allahverdiyevdən ibarət tərkibdə) apellyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ##### 2024-cü il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardan məhkumun müdafiəçisi Müdafiəçi tərəfindən kassasiya şikayəti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının ## ### 2025-ci il tarixli 1(102)-999/2025 nömrəli qərarı ilə (hakimlər R.M.Abdulov (sədrlik edən), Ş.Y.Yusifov və Ə.Ə.Novruzov) kassasiya şikayəti qismən təmin edilərək məhkum Bəraət almış şəxs barəsində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının ## #### 2024-cü il tarixli qərarı ləğv edilmiş və cinayət işi apellyasiya instansiyası məhkəməsində yenidən baxılmağa təyin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1593/2025 nömrəli # ####### 2025-ci il hökmü ilə (hakimlər Z.N.Hüseynov (sədrlik edən), R.A.Qaraqurbanlı və A.F.Ibrahimov) apellyasiya şikayəti təmin edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ##### 2024-cü il tarixli hökmü ləğv edilmiş, Bəraət almış şəxs təqsiri sübuta yetirilmədiyinə görə Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə bəraət verilmişdir. Işin halları: Ittiham aktına əsasən Bəraət almış şəxs CM-in 234.4.3-cü maddəsi ilə ittiham irəli sürülmüşdür ona görə ki, o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmiş, saxlamış, daşımışdır. Belə ki, ittihama əsasən Bəraət almış şəxs istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in İ siyahısına daxil olan külli miqdarda olmaqla 10,852 qram narkotik vasitə heroini əldə edib üzərində saxlayaraq ünvan 1 ünvanın qarşısına daşımış, bu barədə daxil olmuş məlumat əsasında Bakı şəhəri Nərimanov Rayon Polis Idarəsinin NMB-nin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Bəraət almış şəxs # ######## 2023-cü il tarixdə, saat 16:55-də yuxarıda qeyd edilən ünvanda saxlanılaraq Bakı şəhəri, Nərimanov rayonu, Hacı Məmmədov küçəsi, ev 7 ünvanda yerləşən Nərimanov Rayon Polis Idarəsinə gətirilmiş, orada # ######## 2023-cü il tarixdə Bəraət almış şəxs üzərində şəxsi axtarış və götürmə keçirilən zaman onun əynindəki açıq göy rəngli cins şalvarının sağ yan cibindən satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxlamaqla daşıdığı 1 ədəd bağlamada, külli miqdarda olmaqla təmiz çəkisi 10,852 qram olan narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Birinci instansiya məhkəməninin qənaətinə görə Anar Ismayılov yuxarıda qeyd olunan hərəkətləri ilə 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətmişdir. Apellyasiya məhkəməsi isə Bəraət almış şəxs təqsirliliyi sübuta yetirilmədiyi üçün onun barəsində CPM-in 42.1.4-cü maddəsinə əsasən bəraət hökmü çıxarmışdır. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1593/2025 nömrəli # ####### 2025-ci il tarixli hökmünün ləğv edilməsi və işin apellyasiya instansiyası məhkəməsində yenidən baxılması xahiş olunur. Protest müəllifi bildirir ki, nə ibtidai istintaq zamanı, nə birinci instansiyada baxış zamanı, nə də cinayət işinə Bakı Apellyasiya məhkəməsində baxılan zaman təqsirləndirilən şəxs dəstəmaz almaq və namaz qılmaq üçün polis əməkdaşlarının ona şərait yaratması barədə heç bir ifadə verməmişdir. Bundan əlavə olaraq bildirmək lazımdır ki, təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı ifadəsində göstərmişdir ki, polis əməkdaşları onu polis idarəsində 4 saat ərzində döymüş və o sağlamlığına xəsarət yetirilməsi həddinə qədər fiziki təsirə məruz qalmışdır. Belə olan halda sual ortaya çıxır, əgər polis əməkdaşları Bəraət almış şəxs polis idarəsində saxlanılarkən dəstəmaz almaq və namaz qılmaq üçün şərait yaradacaq qədər mülayim davranmışdırlarsa, necə olmuşdur ki, onun sağlamlığına xəsarət yetirilməsi həddinə çatacaq qədər onu 4 saat ərzində döymüşlər. Həmçinin qeyd etmək lazımdır ki, # ####### 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında Bakı şəhəri Nərimanov rayon prokurorluğunun qərarından görünür ki, Bəraət almış şəxs Bakı şəhəri Nərimanov Rayon Polis Idarəsinin polis əməkdaşları tərəfindən fiziki təzyiqlərə və işgəncələrə məruz qalması üzrə araşdırma aparılmış və fakt öz təsdiqini tapmadığından Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən cinayət təqibinin başlanması rədd edilmiş, habelə prokurorluqda aparılmış araşdırma ilə bağlı canlı şəxsin ekspertizası keçirilmiş və ##.##.2023-cü il tarixli 1257 nömrəli ekspertiza rəyi ilə müəyyən edilmişdir ki, Bəraət almış şəxs məhkəmə-tibbi müayinəsi zamanı onun bədən səthində xəsarət aşkar edilməmişdir. Əgər təqsirləndirilən şəxs özü dediyi kimi 4 saat ərzində polis əməkdaşları tərəfindən sağlamlığına xəsarət yetirilməsi həddinə qədər döyülmüşdürsə, necə olur ki, onun bədənində hər hansı bir xəsarət izi müəyyən edilmir. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya protestinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya protestinin təmin edilməsi barədə dövlət ittihamçısı R.Məmmədlinin, kassasiya protestinin təmin edilməməsi barədə bəraət almış şəxs Bəraət almış şəxs və müdafiəçi Müdafiəçi çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya protesti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir. Azərbaycan Respublikası CM-in 3-cü maddəsinə əsasən yalnız bu məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində “satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma”ya görə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində “bu Məcəllənin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməllər külli miqdarda törədildikdə” əməlinə görə cinayət məsuliyyəti nəzərdə tutulur və bu əməl üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası CPM-in 144-145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur, bir-biri ilə müqayisə edilir, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. CPM-nin 146-cı maddəsinin tələbinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki,onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## ### 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi - hakimin həm vəzifə, həm də mənəvi borcudur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayətprosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Əsaslandırma hökmün ictimai qəbul olunmasında, onun məhz ədalətli qərar kimi qavranılmasında mühüm rol oynayır. O, hökmün əsaslılığının ayrılmaz hissəsi olmaqla məhkəmə tərəfindən niyə məhz qərarın qəbulunun, başqa mümkün qərarların rədd olunmasının izahını verməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## ### 2011ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun # ######## 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi) ... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM-ci 28.5-ci maddəsi). Apellyasiya kollegiyası öz bəraət hökmünü belə əsaslandırmışdır ki, “əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair” ##.##.2023-cü il tarixli qərarda “Əməliyyat-axtarış fəaliyyəti haqqında” qanunun 10-cu maddəsinin 1-ci hissəsinin 7, 8, 9 və 10-cu bəndlərinə əsasən Bəraət almış şəxs müşahidəsinin aparılması, üzərinə, olduğu yerə və mənzilinə baxış keçirilməsi, “Əməliyyat-axtarış fəaliyyəti haqqında” qanunun 14-cü maddəsinin 4-cü hissəsinin 12-ci bəndinə müvafiq olaraq nəzarət qaydasında mal alınması tədbirinin keçirilməsi nəzərdə tutulmuşdur. Lakin iş materiallarından göründüyü kimi, Bəraət almış şəxs mənzilinə baxış, ondan nəzarət qaydasında mal alınması kimi tədbirlər keçirilməmişdir. Bir haldakı daxil olmuş əməliyyat məlumatında Bəraət almış şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması göstərilmişdir, onda hansı səbəbdən onun mənzilinə baxış keçirilməməsi, qərarda göstərilən nəzarət qaydasında mal alınması tədbirinin keçirilməməsi sual doğurur. Apellyasiya hökmündə göstərilmişdir ki, iş materiallarına əsasən Bəraət almış şəxs yalnız ##.##.2023-cü il tarixdə verdiyi izahatında axtarış zamanı əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən aşkar edilmiş narkotik vasitə heroinin ona məxsus olduğunu, həmin narkotik vasitəni Nərimanov rayon ərazisində tapdığını bildirmiş, qeyd olunan izahat birinci instansiya məhkəməsi tərəfindən etirafedici ifadə (mötəbər sübut) kimi qəbul edimişdir. Apellyasiya məhkəmə kollegiyası bununla bağlı qeyd etmişdir ki, Azərbaycan Respublikası CPM-in 124-cü maddəsinin tələblərinə əsasən cinayət prosesində şübhəli və təqsirləndirilən şəxsin ifadələri sübut kimi qəbul olunsa da, ilkin izahatın sübuta aid edilməsi təsbit edilməmişdir. Digər tərəfdən, Bəraət almış şəxs etirafedici məzmunda ilkin izahat verməsinə baxmayaraq, daha sonra tərtib edilmiş prosessual sənədləri, o cümlədən ##.##.2023-cü il tarixli şübhəli və ##.##.2023-cü il tarixli təqsirləndirilən şəxs qismində dindirilməsi haqqında protokolları imzalamaqdan imtina etmişdir. Onun şübhəli və təqsirləndirilən şəxs qismində dindirilməsi haqqında protokolları müqayisə etdikdə, hər iki ifadədəki cümlələrin sözbəsöz tamamilə eyni məzmunlu yazıldığı müəyyən olunur. Həmçinin, ##.##.2023-cü il tarixli təqsirləndirilən şəxsin dindirilməsi protokolunda Bəraət almış şəxs guya ittihamı etirafedici məzmunda ifadə yazılsa da, ifadənin əvvəlində iki yerdə onun elan edilmiş ittiham üzrə özünü təqsirli bilməməsi qeyd edilmişdir. Özünü elan edilmiş ittihamda təqsirli bilməyən şəxsin ittihamın məzmununa uyğun etirafedici ifadə verməsi isə məntiqli görünmür. Apellyasiya məhkəməsinin hökmündən görünür ki, Bəraət almış şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə əlaqədar məhkəmə qarşısına çıxarılan zaman da aşkar edilmiş narkotik vasitənin ona aid olmadığını, polis əməkdaşları tərəfindən ona dörd saata yaxın işgəncə verilərək bükümü üzərinə qoyduqlarını bildirmişdir. Iş materiallarından görünür ki, Bəraət almış şəxs yalnız ##.##.2023-cü il tarixdə müdafiəçisi Müdafiəçi iştirakı ilə təqsirləndirilən şəxs qismində dindirilərkən ilkin izahatında verdiyi məlumatları polis əməkdaşlarının təsir və təzyiqi nəticəsində verdiyini bildirmiş və həmin ifadəsini imzalamışdır. Bəraət almış şəxs polis əməkdaşları olan şahidlər şahid4 və şahid3 ilə üzləşdirmə keçirilən zaman da ifadəsində göstərdiyi xüsusatları onların üzünə qarşı demişdir. Bundan başqa, istintaqın sonrakı mərhələsində və məhkəmə istintaqı zamanı Bəraət almış şəxs ilkin izahatını dəyişmiş, bunun səbəbini polis əməkdaşları tərəfindən edilmiş təzyiqlərlə əlaqələndirmişdir. Həmçinin apellyasiya kollegiyası hökmündə qeyd edir ki, Bəraət almış şəxs aid tibbi kitabçadan görünür ki, o, istintaq təcridxanasında tibbi müayinə olunarkən zədə aldığını bildirmiş, lakin bədəni üzərində yeni xəsarət izi aşkar edilməmişdir. Tibbi kitabçanın təqdim edilməsi ilə bağlı məhkəmənin sorğusuna 3 saylı Istintaq Təcridxanasının cavab məktubunda Bəraət almış şəxs ##.##.2023-cü il tarixdə həkim baxışından keçirildiyi, həbs edilmiş şəxsin zədə aldığını bildirdiyi, lakin baxış zamanı bədən səthində “yeni” xəsarət izlərinin aşkar edilmədiyi göstərilmişdir. Lakin qeyd edilməlidir ki, işin hallarına əsasən Bəraət almış şəxs ##.##.2023-cü il tarixdə tutulmuş və ##.##.2023-cü il tarixdə onun barəsində həbs qətimkan tədbiri seçilmişdir. Belə olan halda, onun ##.##.2023-cü il tarixdə tibbi müayinədən keçməsi qeyri-mümkündür. Bu isə onu göstərir ki, məktubda tibbi müayinənin avqust ayında keçirilməsi kimi göstərilməsi texniki səhvdir. Digər tərəfdən, məhkəməyə təqdim edilmiş tibbi kitabçada da Bəraət almış şəxs hansı tarixdə tibbi müayinədən keçməsi də göstərilməmişdir. Bu səbəbdən iş materialları ilə Bəraət almış şəxs hansı tarixdə tibbi müayinədən keçirilməsi müəyyən edilmir və onun bədəni üzərində sonradan “yeni” xəsarət izinin aşkar edilməməsi normal haldır. Hökmdən görünür ki, Bəraət almış şəxs üzərində şəxsi axtarışın saxlanılmasından 4-5 saatdan artıq vaxt keçdikdən sonra keçirilməsi barədə müdafiə tərəfinin dəlilləri əsaslı olmuş və iş materialları ilə təsdiq edilmişdir. Belə ki, iş materiallarına əsasən Bəraət almış şəxs ##.##.2023-cü il tarixdə saat 16:55-də ünvan 5 ünvanın qarşısında saxlanılaraq Nərimanov RPI-yə gətirilmiş, saat 17:30-da müdafiəçisinin iştirakı ilə onun tutulması barədə protokol tərtib edilmiş, saat 18:00-dan 18:30-dək olan müddətdə isə müdafiəçinin iştirakı ilə onun üzərində şəxsi axtarış keçirilmişdir. Müdafiə tərəfi təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı müdafiəçisi olmuş vəkilin istifadəsində olmuş mobil nömrələrin ##.##.2023-cü il tarixə olan anten məlumatlarının götürülməsi barədə birinci instansiya məhkəməsinə vəsatətlə müraciət etsə də, məhkəmə heç bir tutarlı əsaslandırma aparmadan vəkilin mobil nömrələrinin anten məlumatlarının əldə edilməsindən imtina etmişdir. Apellyasiya baxışı zamanı müdafiə tərəfinin vəsatəti əsasında məhkəmə tərəfindən təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı müdafiəçisi olmuş vəkil şahid2 istifadəsində olmuş mobil telefon nömrələrinin ##.##.2023-cü il tarixə aid anten məlumatlarının götürülməsinə dair qərar qəbul edilərək müvafiq operatorlara göndərilmiş və həmin mobil operatorlar tərəfindən müvafiq məlumatlar məhkəməyə təqdim edilmişdir. Təqdim edilən məlumatlardan görünür ki, vəkil şahid2 istifadəsində olmuş 051-793-43-33 mobil telefon nömrəsinin ##.##.2023-cü il tarixə anten məlumatları mövcud deyildir. Onun istifadəsində olan 051-918-18-58 mobil telefon nömrəsi isə ##.##.2023-cü il tarixdə saat 19:58 radələrində Bakı şəhəri, “Imperial” şadlıq evi yaxınlığında, saat 23:41 radələrində isə Bakı şəhəri, 1-ci mkr, C.Cabbarlı kinostudiyası, Geofizika ünvanında olduğunu göstərmişdir. Vəkil şahid2 istifadəsində olmuş 055-201-02-52 mobil telefon nömrəsi isə onun ##.##.2023-cü il tarixdə saat 12:14-dən saat 16:36-dək Xırdalan şəhəri ərazisində, saat 18:28-dən saat 19:11-dək “Imperial Rest./ünvan 3 K/Nasimi/ (40.41168/49.80421)” ünvanında, saat 20:13-də 3 “Grand Hayat out/ünvan 454-cü məhəllə/Nasimi/ (40.39479/49.81498)” ünvanında, saat 20:36-da “Geofizika/Bakı şəhəri, Moskva prospekti 73 ünvanı/Nasimi/ (40.4082/49.80473)” ünvanında, saat 22:29-dan Aztelecom/Bakı şəhəri, Tbilisi prospekti 187/Nasimi/ (40.40181/49.8085), saat 22:41-dən saat 22:55-dək “Geofizika/Bakı şəhəri, Moskva prospekti 73 ünvanı/Nasimi/ (40.4082/49.80473)” ünvanında, saat 22:56-da “Shafa Stadionu/Bakı şəhəri,Nizami rayonu, H.Əliyev prospekti, 96 A, 2023-cü məhəllə/Nizami/ (40.41013/49.89959” ünvanda olduğunu göstərmişdir. Göründüyü kimi, vəkil şahid2 istifadəsində olmuş mobil telefona dair anten məlumatı onun ##.##.2023-cü il tarixdə saat 17:30-dan saat 18:30-dək olan müddət ərzində ümumiyyətlə Nərimanov rayonu ərazisində və ya onun yaxınlığında olmadığını, yalnız saat 22:56-da Nərimanov RPI-nin yaxınlığında yerləşən ərazidə olduğunu göstərmişdir. Həmçinin apellyasiya məhkəməsi hökmündə göstərmişdir ki, iş materiallarında olan sənədlərlə anten məlumatları arasında olan ziddiyyətləri aydınlaşdırmaq məqsədi ilə apellyasiya baxışı zamanı təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı müdafiəçisi olmuş vəkil məhkəmə iclasına dəvət edilərək dindirilmişdir. Məhkəmə iclasında dindirilən vəkil şahid2 yuxarıda qeyd olunan mobil telefon nömrələrinin onun istifadəsində olduğunu təsdiq etmiş, lakin israrla iki ildən artıq vaxt keçdiyinə görə polis idarəsinə nə vaxt getdiyini xatırlamadığını bildirmişdir. Istifadəsində olan mobil telefonların anten məlumatlarına əsasən ##.##.2023-cü il tarixdə saat 17:30-dan saat 18:30-dək olan müddətdə Nərimanov rayonu ərazisində olmaması, həmin gün saat 22-23 radələrində Nərimanov rayonu ərazisində olmasını nə ilə izah etməsi barədə verilən suallara vəkil tərəfindən cavab verilə bilməmişdir. Məhz yuxarıda qeyd edilənlərə əsasən aşağı instansiya məhkəməsi tərəfindən tam əsaslı olaraq, Bəraət almış şəxs təqsirliliyi sübuta yetirilmədiyinə görə bəraət verilmişdir. Insan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd edir ki, istənilən şübhə vicdanlı şübhə olmalıdır. “X3rşı” məhkəmə işi üzrə qərarında məhkəmə qeyd etdi ki, şübhənin həqiqi və vicdanlı olması onun əsaslığının zəruri elementlərindən birini təşkil edir. Lakin şübhə yalnız o halda əsaslı sayıla bilər ki, şübhəli şəxsin güman edilən cinayətlə əlaqəsi olduğunu obyektiv olaraq göstərən faktlara və ya informasiyaya əsaslansın. Buna görə də, sözügedən şəxsin törətdiyi hərəkətlərin onun hüquq pozuntusunda iştirakını birbaşa təsdiq etdiyini göstərən, yaxud sənədlərlə və ya məhkəmə-tibb ekspertizasının nəticələri ilə təsdiq edilən sübutlar olmalıdır. Insan Hüquqları üzrə Avropa Məhkəməsinin “Barbara, Messege və Habordo Ispaniyaya qarşı” işində qeyd etmişdir ki, təqsirsizlik prezumpsiyası prinsipi digər məsələlərlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar, sübutetmə yükü ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Bundan əlavə Insan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd edir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, qanuna müvafiq olsun, yəni qanuni yolla əldə olunmuş olsun. Azərbaycan Respublikası CPM-in 12.1 və 12.3-cü maddələrinin tələblərinə görə cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. Konstitusiyanın 12-ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiya müddəaları, həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Azərbaycan Respublikası Azərbaycan Respublikası CPM-nin 42.1-ci maddəsinin tələbinə əsasən: 42.1.1. cinayət hadisəsi olmadıqda; 42.1.2. əməldə cinayət tərkibi olmadıqda; 42.1.3. cinayətin törədilməsinə aidiyyəti olmadıqda; 42.1.4. təqsirliliyi sübuta yetirilmədikdə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Məhkəmə kollegiyası kassasiya protestinin apellyasiya instansiyası məhkəməsi tərəfindən CPM-in 143-146-cı maddələrinin tələblərinin pozulması, bu səbəbdən də CPM-in 416.1.1-416.1.3-cü maddələrində nəzərdə tutulmuş əsasların olması barədə dəlillərini də əsassız hesab edir ona görə ki, apellyasiya instansiyası məhkəməsində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, məhkəmə iclaslarında faktları araşdırıb maddi və prosessual hüquq normalarının tətbiqini yoxlayarkən, mövcud sübutları Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmiş və haqlı olaraq Bəraət almış şəxs əməlində cinayət tərkibi olmaması əsası ilə bəraət verilmişdir. Beləliklə, məhkəmə kollegiyası kassasiya protestinin dəlilləri ilə razılaşmayaraq həmin protestin təmin edilməsi üçün əsaslar tapmır və buna görə də hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1593/2025 nömrəli # ####### 2025-ci il hökmü əsaslı olduğundan, kassasiya protestində onun ləğvi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan protest təmin edilmədən, həmin hökm isə dəyişiklik edilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsinin tələblərini rəhbər tutaraq Qərara aldı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Səkinə Hüseynova-Zeynalova tərəfindən verilmiş kassasiya protesti təmin edilməsin. Bəraət almış şəxs Bəraət almış şəxs barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1593/2025 nömrəli # ####### 2025-ci il tarixli hökmü kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar