Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(1-8)-262/2026 08.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Hüseynov Zaur Nazim oğlu (sədrlik edən və məruzəçi), Mövsümov Nazim Rasim oğlu və Muxtarov Teyyub Asif oğlundan ibarət tərkibdə, Ibişova Səbinə Şirazi qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə Idarəsinin prokuroru X1 iştirakı ilə, məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə, məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 306.1-ci maddələri ilə təqsirli bilinib məhkum edilmələrinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2025-ci il ## ###### tarixli *(***)-***/**** nömrəli qərarından məhkum məhkum1 müdafiəçisi müdafiəçi2 və məhkum məhkum2 tərəfindən verilmiş kassasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDI: Bakı Ağır Cinayətlər Məhkəməsinin 2024-cü il ## #### tarixli *(***)-***/**** nömrəli hökmü ilə (hakimlər M.Ağalarov (sədrlik edən və məruzəçi), F.Qəniyev və S.Əliyev) ##.##.1976-cı il tarixdə Ağsu şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 6, mənzil 67-də yaşamış, məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, 5 (beş) il 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, həmin cəzanın CM-in 66.5-ci maddəsinə əsasən Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2022-ci il tarixli hökmü ilə təyin edilmiş 10 (on) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplamaqla, ona qəti olaraq 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, CM-in 69.3-cü maddəsinə əsasən əvvəlki cinayət işi üzrə ##.##.2021-ci il tarixdən ##.##.2021-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 2 (iki) gün müddətin ona təyin edilən cəzaya hesablanmaqla məhkum1 üzərində 5 (beş) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin ##.##.2022-ci il tarixdən hesablanması, ##.##.1988-ci il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, sürücü işləmiş, məhkum olunmuş, Gəncə şəhəri, Kəpəz rayonu, N.Nərimanov prospekti, 7-ci döngə, ev 10, mənzil 1-də qeydiyyatda olan, Abşeron rayonu Masazır qəsəbəsi, «Gənclər Şəhərciyi» yaşayış kompleksi, ev 46, mənzil 40-da yaşamış, hazırda azadlıqdan məhrum etmə növündə çəza çəkən, məhkum2 Azərbaycan Respublikası CM-in 234.4.1, 234.4.3 və 306.1-ci maddələrində nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinib, CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının, CM-in 306.1ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, CM-in 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə məhkum2 qəti olaraq 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin ##.##.2022-ci il tarixdən hesablanması hökm edilmişdir. Hökmlə həmçinin təqsirləndirilən şəxs1 və təqsirləndirilən şəxs2 da CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək məhkum edilmiş, qətimkan tədbiri, maddi sübutların taleyi və məhkəmə məsrəfi məsələləri də hökmdə öz həllini tapmışdır. Məhkəmənin hökmündən məhkum məhkum1 müdafiəçisi müdafiəçi2, məhkumlar məhkum2 və təqsirləndirilən şəxs2 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2025-ci il ## ###### tarixli *(***)- ***/**** nömrəli qərarı ilə (hakimlər F.Əyyubov (sədrlik edən), E.Mehdiyev və M.Qarayeva) apellyasiya şikayətləri təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 2024-cü il ## #### tarixli *(***)-***/**** nömrəli hökmü dəyişdirilmiş, məhkum1 Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təyin edilmiş 5 (beş) il 9 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası 5 (beş) il 2 (iki) ay müddətinə endirilmiş, CM-in 66.5-ci maddəsinə əsasən həmin cəza Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2022-ci il tarixli hökmü ilə ona təyin edilmiş 10 (on) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla, məhkum1 qəti olaraq 5 (beş) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-in 69.3cü maddəsinə əsasən əvvəlki cinayət işi üzrə ##.##.2021-ci il tarixdən ##.##.2021-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 2 (iki) gün müddət ona təyin edilən cəzaya hesablanmaqla məhkum1 üzərində 5 (beş) il 02 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasının saxlanılmış, hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2025-ci il ## ###### tarixli *(***)- ***/**** nömrəli qərarından məhkum məhkum1 müdafiəçisi müdafiəçi2 və məhkum məhkum2 tərəfindən kassasiya şikayətləri verilmişdir. Işin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən məhkum1 satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni və külli miqdarda psixotrop maddəni əldə etmə, saxlama, daşıma və satma barədə tanışları məhkum2, təqsirləndirilən şəxs2, təqsirləndirilən şəxs1, şəxsiyyəti istintaqa dəqiq məlum olmayan Iran Islam Respublikasının vətəndaşı «Elşən» adlı şəxs və qeyriləri ilə razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə aralarındakı cinayətkar razılaşmaya əsasən cinayətkar qrupun üzvlərindən təqsirləndirilən şəxs1 və məhkum2 Iran Islam Respublikasının vətəndaşı «Elşən» adlı şəxsin külli miqdarda 914,259 qram təmiz çəkidə narkotik vasitə qurudulmuş marixuananı və külli miqdarda 4,887 qram çəkidə psixotrop maddə metamfetamini sonuncudan götürüb özlərində saxlamaq və digər şəxslərə satışını təşkil etmək barədə verdiyi təlimatına, həmçinin bu qanunsuz fəaliyyəti yerinə yetirmək müqabilində qazanc olaraq pul vədinə əsasən qeyd edilən narkotik vasitəni və psixotrop maddəni əldə etmək qərarına gəldikdən sonra təqsirləndirilən şəxs1 və məhkum2 sonuncu tərəfindən idarə edilən «Opel Astra» markalı **-PK- *** qeydiyyat nişanlı avtomobillə ## ### 2022-ci il tarixdə gecə saatlarında Füzuli rayonu, Balabəhmənli kəndi ərazisinə getmiş, orada təqsirləndirilən şəxs1 və məhkum2 Iran Islam Respublikasının vətəndaşı «Elşən» adlı şəxsdən qeyd edilən külli miqdarda 914,259 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı və külli miqdarda 4,887 qram çəkidə psixotrop maddə metamfetamini bir ədəd çantada əlbəəl təhvil götürməklə satış məqsədi ilə qanunsuz olaraq əldə etdikdən sonra içərisində həmin maddələrin olduğu qeyd edilən çantanı özləri ilə «Opel Astra» markalı **-PK-*** qeydiyyat nişanlı avtomobildə həmin gün gecə saatlarında Bakı şəhərinə daşıdıqdan sonra təqsirləndirilən şəxs1 qeyd edilən narkotik vasitənin və psixotrop maddənin olduğu həmin çantanı öz yaşadığı ünvan 4 ünvanına aparıb orada gizlətməklə satış məqsədi ilə qanunsuz olaraq saxlamış, bundan sonra təqsirləndirilən şəxs1 Iran Islam Respublikasının vətəndaşı «Elşən» adlı şəxsin növbəti təlimatına əsasən qeyd edilən külli miqdarda 914,259 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı və külli miqdarda 4,887 qram çəkidə psixotrop maddə metamfetamini aralarındakı cinayətkar razılaşmaya əsasən digər şəxslərə satışının təşkil edilməsi və müvəqqəti saxlaması üçün ## ### 2022-ci il tarixdə gündüz saatlarında özünün yaşadığı həmin ünvanda cinayətkar qrupun digər üzvü olan tanışı məhkum1 təhvil vermiş, cinayətkar qrupun üzvlərindən təqsirləndirilən şəxs2 narkotik vasitə qurudulmuş marixuananı pul müqabilində almaq istəyən istintaqa məlum olmayan Sübhan adlı şəxsi müştəri qismində müəyyən etdikdən sonra təqsirləndirilən şəxs1, təqsirləndirilən şəxs2 və məhkum2 həmin külli miqdarda 914,259 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı ## ### 2022-ci il tarixdə axşam saatlarında Bakı şəhərində Metropolitenin «Xalqlar Dostluğu» stansiyası yaxınlığında məhkum1 təhvil götürməklə özləri ilə məhkum2 idarə etdiyi «Opel Astra» markalı 77-PK762 qeydiyyat nişanlı avtomobildə birgə şəkildə Yevlax rayonunun Xaldan qəsəbəsiərazisinə daşıyıb aparmış, daha sonra təqsirləndirilən şəxs2, təqsirləndirilən şəxs1 və məhkum2 qeyd edilən narkotik vasitə qurudulmuş marixuananın 400,656 qram çəkidə olan hissəsini ## ### 2022-ci il tarixdə gecə saatlarında Yevlax rayonu ərazisində «Xaldan yol dairəsi» adlanan yerin yaxınlığında istintaqa məlum olmayan Sübhan adlı şəxsə 1000 manat pul müqabilində qanunsuz olaraq birgə satmış, qalan narkotik vasitə qurudulmuş marixuananın 505,0 qram çəkidə olan hissəsini təqsirləndirilən şəxs1 özündə, qalan 8,603 qram çəkidə olan hissəsini isə məhkum2 özündə saxlayıb daşımaqla təqsirləndirilən şəxs2, təqsirləndirilən şəxs1 və məhkum2 qeyd edilən avtomobillə həmin gün Bakı şəhərinə qayıtmış, bundan sonra təqsirləndirilən şəxs2 istintaqa məlum olmayan Sübhan adlı şəxsə satılmış həmin 400,656 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı keyfiyyətinə görə sonuncunun bəyənməməsi səbəbindən istintaqa məlum olmayan Sirac adlı şəxs vasitəsi ilə geri qaytarması ilə əlaqədar ## ### 2022-ci il tarixdə gündüz saatlarında Sirac adlı şəxsdən Bakı şəhəri Binəqədi rayonu ərazisində yerləşən Bakı Beynəlxalq Avtovağzalında bir ədəd sellofan torbada təhvil aldıqdan sonra təqsirləndirilən şəxs2 həmin narkotik vasitə qurudulmuş marixuananın 0,656 qram çəkidə olan hissəsini üzərində, qalan 400,0 qram çəkidə olan hissəsini isə yaşadığı ünvan 2 ünvanına daşıyaraq orada gizlətməklə satış məqsədi ilə qanunsuz olaraq saxlamış, təqsirləndirilən şəxs2 qanunsuz hərəkətləri barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili Işlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Idarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində təqsirləndirilən şəxs2 ## ### 2022-ci il | tarixdə saat 19:20-də Bakı şəhəri, Binəqədi rayonu ərazisində Bakı Beynəlxalq Avtovağzalı ərazisində saxlanılaraq DIN-in ünvan 5 ünvanında yerləşən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsinin inzibati binasına dəvət edilib gətirildikdən sonra orada həmin gün saat 21:10dan etibarən təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış aparılarkən həmin 0,656 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana təqsirləndirilən şəxs2 əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən çıxarıb təqdim etdiyi bir ədəd «Kent» markalı siqaret qutusunun içərisindən aşkar edilərək polis əməkdaşları tərəfindən götürülmüşdür. Bundan sonra təqsirləndirilən şəxs2 özünün razılığı və iştirakı ilə onun yaşadığı ünvan 2 ünvanına Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Idarəsinin əməkdaşları tərəfindən ## ### 2022-ci il tarixdə saat 23:34-dən etibarən baxış keçirilərkən təqsirləndirilən şəxs2 həmin evdə gizlədərək satış məqsədi ilə qanunsuz olaraq saxladığı qalan 400,0 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana evin zirzəmi hissəsindəki yataq otağından bir ədəd polietilen torbada aşkar edilərək polis əməkdaşları tərəfindən götürülmüşdür. Əməliyyat axtarış tədbirlərinin davamı olaraq Azərbaycan Respublikası Daxili Işlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Idarəsinin əməkdaşları tərəfindən ## ### 2022-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətkar qrupun digər üzvləri olan məhkum2 və təqsirləndirilən şəxs1 həmin gün saat 23:30-da ünvan 3 ünvanının yaxınlığında saxlanılaraq DIN-in ünvan 5 ünvanında yerləşən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Idarəsinin inzibati binasına dəvət edilib gətirildikdən sonra orada ## ### 2022-ci il tarixdə saat 01:35-dən etibarən məhkum2 üzərində şəxsi axtarış aparılarkən yuxarıda qeyd edilən narkotik vasitə qurudulmuş marixuananın 8,603 qram çəkidə olan hissəsi məhkum2 əynində olan göy rəngli cins şalvarının sol yan cibindən çıxarıb təqdim etdiyi bir ədəd sellofan bükümdə aşkar edilərək polis əməkdaşları götürülmüşdür. Üzərində şəxsi-axtarış aparılarkən təqsirləndirilən şəxs1 qalan narkotik vasitəni öz yaşadığı ünvanda saxlaması barədə verdiyi məlumata əsasən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Idarəsinin əməkdaşları tərəfindən ## ### 2022-ci il tarixdə saat 03:05-dən etibarən təqsirləndirilən şəxs1 yaşadığı ünvan 4 ünvanına onun öz razılığı və iştirakı ilə baxış keçirilərkən yuxarıda qeyd edilən qalan külli miqdarda 505,0 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana həmin evin yataq otağında olan divanın altından bir ədəd sellofan torbada aşkar edilərək polis əməkdaşları tərəfindən götürülmüşdür. Əməliyyat axtarış tədbirlərinin davamı olaraq Azərbaycan Respublikası Daxili Işlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Idarəsinin əməkdaşları tərəfindən ## ### 2022-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətkar qrupun digər üzvü olan məhkum1 həmin gün saat 14:45-də ünvan 6 ünvanının yaxınlığında baş etibarnamə ilə idarə etdiyi «Mercedes Benz E220 CDI minik» markalı **-FZ-*** qeydiyyat nişanlı avtomobilin yanında saxlanılaraq DIN-in ünvan 5 ünvanında yerləşən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Idarəsinin inzibati binasına dəvət edilib həmin avtomobillə birgə gətirildikdən sonra orada həmin gün saat 17:40-dan etibarən məhkum1 öz razılığı və iştirakı ilə həmin avtomobilə baxış keçirilərkən yuxarıda qeyd edilən külli miqdarda 4,887 qram çəkidə psixotrop maddə metamfetamin məhkum1 avtomobilin salonunda ön saxlanc yerindən çıxarıb təqdim etdiyi, ayrılıqda təmiz çəkiləri 0,932 qram, 0,980 qram, 0,945 qram, 1,022 qram və 1,008 qram olmaqla 05 ədəd sellofan bükümlərdə aşkar edilərək polis əməkdaşları tərəfindən götürülmüşdür. Kassasiya şikayətlərinin dəlilləri: Məhkum məhkum1 müdafiəçisi müdafiəçi2 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmələr tərəfindən sübutetməyə dair cinayət-prosessual normaların tələbləri pozulmuş, nəticədə məhkum1 əsassız olaraq CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək məhkum olunmuşdur. Belə ki, məhkum1 ittiham olunduğu əməlləri etiraf etməmiş, narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Onun narkotik vasitənin satışı ilə məşğul olması barədə heç bir mötəbər və əsaslı sübut məhkəməyə təqdim edilməmiş, sadəcə onun özünün ibtidai istintaqda təzyiq altında verdiyi ifadələrə söykənmişdir. Onun bu cinayətə aidiyyəti məhkəmə istintaqı zamanı sübuta yetirilməmişdir. məhkum1 saxlanılarkən onun idarə etdiyi avtomobilə yerində baxış keçirilməsi və götürmə aparılması şübhə halından təsdiqedici hala keçməmişdir, həmin şübhəli hər hansı qanuni sübutla aradan qaldırmaq mümkün deyildir. Bundan əlavə, ona təyin edilmiş cəza da sərtliyinə görə açıq-aydın ədalətsizdir, onun şəxsiyyətinə uyğun deyildir, məhkəmə məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən halları düzgün nəzərə almadan cəza təyin etmişdir. Müdafiəçi kassasiya şikayətində göstərilənlərə əsasən Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2025-ci il ## ###### tarixli qərarının ləğv edilməsini və məhkum məhkum1 barəsində iş üzrə icraata bəraətverici əsaslarla xitam verilməsini, bu mümkün olmadıqda apellyasiya məhkəməsinin qərarının dəyişdirilərək onun əməlinin CM-in 234.1-ci maddəsinə tövsif edilməsini və barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzanın təyin edilməsini xahiş etmişdir. Məhkum məhkum2 isə kassasiya şikayətini onunla əsaslandırmışdır ki, CM-in 306.1-ci maddəsi üzrə niyyəti cinayət törətmək olmamış, həmin əməli boynundan atmamış, səmimi etiraf etmişdir. Digər maddələr üzrə isə özünü təqsirsiz hesab edir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (CPMin) 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası CPM-in 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkum məhkum1 müdafiəçisi və məhkum məhkum2 tərəfindən verilmiş kassasiya şikayətlərində məhkəmələr tərəfindən sübutların düzgün tədqiq edilib qiymətləndirilmədiyi, nəticədə əsassız olaraq məhkum1 CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə, məhkum2 isə CM-in 234.4.1, 234.4.3 və 306.1-ci maddələri təqsirli bilinib məhkum edildikləri, həmçinin cəza təyini zamanı cinayət qanununun normalarının düzgün tətbiq olunmadığı iddia edilərək, apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə kassasiya tələbləri faktiki olaraq Azərbaycan Respublikası CPM-in 416.1.1, 416.1.2, 416.1.6, 416.1.15 və 416.1.21-ci maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi təsbit olunmuş hallarla əlaqələndirilmişdir. Odur ki, məhkəmə kollegiyası verilmiş kassasiya şikayətlərini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciətləri kimi görür və bu müraciətlərlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2025-ci il ## ###### tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir: Cinayət məsuliyyətinin əsaslarına dair Azərbaycan Respublikası CM-in 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Bu normanın mənasına görə şəxsin əməlində konkret cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə isnad edilən əməlin CM-in Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Bu tələb Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” ## #### 2011-ci il tarixli qərarının müddəalarından da irəli gəlir. Belə ki, Konstitusiya Məhkəməsinin Plenumunun həmin qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Azərbaycan Respublikası CPM-in 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. CPM-in 145.1-ci maddəsinə əsasən “hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir”. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin (o cümlədən, əməldə cinayət tərkibinin əlamətlərinin olub-olmamasının) müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). Məhkum məhkum1 müdafiəçisi və məhkum məhkum2 tərəfindən verilmiş kassasiya şikayətlərindən görünür ki, kassatorlar məhkum məhkum1 CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə, məhkum məhkum2 isə CM-in 234.4.1, 234.4.3 və 306.1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirliliklərinin lazımınca sübuta yetirilməməsi barədə iddia ilə çıxış etmişlər. Lakin məhkum1 və məhkum2 onlara birinci instansiya məhkəməsinin hökmü ilə isnad edilən, apellyasiya instansiyası məhkəməsinin də razılaşdığı hazırki qərarın “Işin halları” bölməsində təsvir edilmiş cinayətkar hərəkətləri törətmələri, müvafiq olaraq da məhkum1 əməllərində CM-in 234.4.1 və 234.4.3-cü, məhkum2 isə əməllərində CM-in 234.4.1, 234.4.3 və 306.1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin tərkibinin olması, onların həmin maddələrlə təqsirliliyi birinci instansiya məhkəməsində Azərbaycan Respublikası CPM-in 143- 146-cı maddələrinə uyğun şəkildə tədqiq edilmiş, apellyasiya məhkəməsi tərəfindən də təhlil edilmiş bir-biri ilə uzlaşan, mümkün və mötəbər sübutların məcmusu ilə müəyyən edilmişdir. Tədqiq edilmiş sübutlarla müəyyən edilmiş hadisənin qısa mexanizmi ondan ibarətdir ki, narkotik vasitəni və psixotrop maddəni əldə etmək məqsədilə Füzuli rayonuna təqsirləndirilən şəxs1 və məhkum2 birgə getmiş, qeyd edilən narkotik vasitə və psixotrop maddəni Bakı şəhərinə gətirdikdən sonra təqsirləndirilən şəxs1 ## ### 2022-ci il gündüz saatlarında məhkum1 saxlamaq üçün versə də, ## ### 2022-ci il axşam saatlarında təqsirləndirilən şəxs1, təqsirləndirilən şəxs2 və məhkum2 həmin külli miqdarda 914,259 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı məhkum1 götürmüş və özləri ilə Yevlax şəhərinə apararaq satmışlar, qalan narkotik vasitə qurudulmuş marixuananın 505,0 qram çəkidə olan hissəsini təqsirləndirilən şəxs1 özündə, qalan 8,603 qram çəkidə olan hissəsini isə məhkum2 özündə saxlayıb daşımaqla təqsirləndirilən şəxs2, təqsirləndirilən şəxs1 və məhkum2 qeyd edilən avtomobillə həmin gün Bakı şəhərinə qayıtmış, bundan sonra təqsirləndirilən şəxs2 məlum olmayan Sübhan adlı şəxsə satılmış həmin 400,656 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı keyfiyyətinə görə sonuncunun bəyənməməsi səbəbindən məlum olmayan Sirac adlı şəxs vasitəsi ilə geri qaytarması ilə əlaqədar ## ### 2022-ci il tarixdə gündüz saatlarında Sirac adlı şəxsdən Bakı şəhəri Binəqədi rayonu ərazisində yerləşən Bakı Beynəlxalq Avtovağzalında bir ədəd sellofan torbada təhvil aldıqdan sonra təqsirləndirilən şəxs2 həmin narkotik vasitə qurudulmuş marixuananın 0,656 qram çəkidə olan hissəsini üzərində, qalan 400,0 qram çəkidə olan hissəsini isə yaşadığı evdə saxlamışdır. Həmçinin məhkum1 idarə etdiyi avtomobildə isə külli miqdarda 4,887 qram çəkidə psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bundan əlavə, məhkum2 7070,00 manat məbləğində aliment borcunun və 3780,00 manat dəyərində cehiz və qızıl-zinət əşyalarına görə borcunu tələbkara ödəməməklə məhkəmənin qanuni qüvvəyə minmiş qətnamələrini qərəzli olaraq qəsdən icra etməmiş, bununla da zərərçəkmiş şəxsə Orucova (Həsənova) Səadət Elsevər qızına qeyd olunan məbləğdə maddi ziyan vurmaqla yanaşı ədalət mühakiməsinin mənafeyinə xələl gətirmişdir. Müdafiəçinin məhkum1 CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə, məhkum2 isə CM-in 234.4.1, 234.4.3 və 306.1-ci maddələri ilə təqsirli bilinməsinin mübahisələndirilməsi üzrə dəlilləri apellyasiya məhkəməsi tərəfindən də yoxlanılmış, məhkəmə həmin dəlillərin baxılmış sübutların məcmusu ilə, o cümlədən onların ibtidai istintaq zamanı müdafiəçilərinin iştirakı ilə verdikləri etirafedici ifadələri, şahidlərin ifadələri, şəxsi axtarış, baxış və götürmə aparılması haqqında protokollar, məhkəmə-bioloji və məhkəmə kimyəvi ekspertizasının rəyləri, maddi sübutlar və digər sənədlərlə təkzib olunması haqqında nəticəyə gəlmişdir. Apellyasiya məhkəməsinin məhkumlar barəsində verilmiş apellyasiya şikayətləri üzrə gəldiyi nəticə apellyasiya şikayətlərində irəli sürülmüş (kassasiya şikayətlərində göstərilənlərlə eyni olan) iddiaların, bu iddialarla əlaqəli olan işin hallarının obyektiv araşdırılmasına, birinci instansiya məhkəməsində CPM-in 143-146-cı maddələrinə müvafiq qaydada tədqiq edilib qiymətləndirilmiş sübutlara əsaslandığından, kassasiya şikayətlərində isə apellyasiya məhkəməsinin gəldiyi nəticələri təkzib edə biləcək dəlillər gətirilmədiyindən, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin və onunla razılaşan apellyasiya məhkəməsinin çıxardıqları nəticələri, o cümlədən məhkum1 CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə, məhkum2 isə CM-in 234.4.1, 234.4.3 və 306.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli olmaları barədə yekun qənaətlərini şübhə altına almaq üçün heç bir əsas görmür. Müdafiəçi kassasiya şikayətində məhkum məhkum1 ibtidai istintaq zamanı ifadələrini təzyiq altında verməsini iddia etsə də, müdafiə tərəfi cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də psixi və fiziki təsir və təzyiq kimi rəftar daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət etməmişdir. Həmçinin, məhkum istintaq zamanı izahat və ifadələrinin sonunda ona qarşı fiziki və ya psixi zorakılığın olmadığını bildirmiş, barəsində həbs qətimkan tədbirinin seçilməsi məqsədilə məhkəmə qarşısına çıxarılan zaman da ona qarşı hər hansı fiziki və ya psixi təsir-təzyiq göstərilməsini deməmişdir. Barəsində həbs qətimkan tədbiri seçildikdən sonra istintaq təcridxanasında ilkin tibbi müayinədən keçirilərkən onun bədəni üzərində hər hansı xəsarət aşkar edilməmişdir. Bütün bunlar isə məhkumun təzyiq altında etirafedici ifadə verməyə məcbur edilməsi barədə müdafiəçinin kassasiya şikayətinin dəlillərinin əsassız olduğunu göstərir. Məhkum məhkum1 ağır cəzanın təyin edilməsi barədə müdafiəçinin dəlillərinə də münasibət bildirərək kollegiya aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası CM-in 8-ci maddəsində təsbit olunmuş cinayət məsuliyyətinin ədalət prinsipi tələb edir ki, “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”. Cəzanın məqsədini təsbit edən CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan CM-in 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. Cəzanı yüngülləşdirən hallar dedikdə, CM-in 59-cu maddəsində sadalanan, eləcə də 59.1.1-59.1.14-cü maddələrdə birbaşa göstərilməyən, lakin məhkəmənin mülahizəsinə görə daha yüngül cəzanın təyin edilməsinə əsas verən başqa hallar nəzərdə tutulur (CM 59.2). Cəzanı ağırlaşdıran halların tam siyahısı CM-in 61-ci maddəsində təsbit olunmuşdur. CM-in 61.2-ci maddəsinə görə cinayət qanununun 61.1.1-61.1.13-cü maddələrində təsbit olunmuş halların xaricində hər hansı başqa bir hal təqsirkarın cəzasını ağırlaşdıran hal kimi nəzərə alına bilməz. Təsvir edilən normaların mənasına görə, təqsirkar şəxsin təyin olunmuş cəza vasitəsilə islah olunacağına dair inam CM-in 58.3-cü maddəsində göstərilən bütün halların məcmusundan, o cümlədən cinayətin xarakterinin və ictimai təhlükəlilik dərəcəsinin, törədilmə hallarının, təqsirkarın şəxsiyyətinin, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların, iştirakçılıqla törədilən cinayətlərdə isə həm də hər bir iştirakçının rolunun, ictimai-təhlükəli nəticələrə təsirinin düzgün müəyyən edilib nəzərə alınmasından irəli gəlməlidir. Iş materiallarından görünür ki, birinci instansiya məhkəməsi məhkum məhkum1 törətdiyi cinayətin xarakterindən və ictimai təhlükəlilik dərəcəsindən, məhkumun şəxsiyyətindən, cəzanı yüngülləşdirən hal kimi himayəsində əlil həyat yoldaşı və azyaşlı uşağının olmasından, cəzanı ağırlaşdıran halların müəyyən edilməməsindən, cəzanın təqsirkarın islah olunmasına və ailəsinin həyat şəraitinə təsirindən çıxış edib, ona təqsirli bilindiyi CM-in 234.4.1, 234.4.3-cü maddəsi ilə 5 il 9 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin etsə də, apellyasiya məhkəməsi məhkum1 cinayətin törədilməsindəki faktiki iştirakının xarakterini və dərəcəsini, cinayətkar məqsədə nail olunmasında onun iştirakının əhəmiyyətini nəzərə alaraq, ona təyin edilmiş cəzanın müddətini azaltmış, təqsirli bilindiyi normanın aşağı həddinə yaxın həddə, yəni 5 il 2 ay müddətinə cəza təyin etmişdir ki, məhkəmə kollegiyası həmin cəzanın yüngülləşdirilməsi üçün hər hansı qanuni əsas tapmır. Həmçinin, məhkum2 cəzanın təyin edilməsi məsələsi həll olunarkən və həmin məsələ üzrə hökm apellyasiya qaydasında yoxlanılarkən məhkəmələr tərəfindən hər hansı pozuntuya yol verilməmiş, birinci instansiya məhkəməsi cinayətin xarakterindən və ictimai təhlükəlilik dərəcəsindən, məhkumun şəxsiyyətindən, cəzanı yüngülləşdirən hal kimi himayəsində azyaşlı uşağının olmasından, cəzanı ağırlaşdıran halların müəyyən edilməməsindən, cəzanın təqsirkarın islah olunmasına və ailəsinin həyat şəraitinə təsirindən çıxış edib, məhkum2 yuxarıda qeyd olunan cəzanı təyin etməklə, apellyasiya instansiyası məhkəməsi isə ona münasibətdə cəza hissəsində hökmü dəyişdirilmədən saxlamaqla cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara, cəzanın təyin edilməsinin ümumi əsaslarına və cəzanın məqsədlərinə, cəzanın təyin edilməsinə dair CM-in müvafiq olaraq 59, 61, 58.3 və 41.2-ci maddələrinin tələblərinə əməl etmiş, Cinayət Qanununun 8-ci maddəsində təsbit olunmuş ədalət prinsipini gözləmişlər. Təsvir olunanlar, ümumiyyətlə cinayət işinin materialları apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni və əsaslı olduğunu, məhkəmələr tərəfindən CPM-in 416.1-ci maddəsi ilə nəzərdə tutulmuş, o cümlədən kassasiya şikayətləri ilə ehtiva olunan CPM-in 416.1.1, 416.1.2, 416.1.6, 416.1.5 və 416.1.21-ci maddələrində təsbit olunmuş pozuntulara yol verilmədiyini göstərir. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətlərinin təmin edilməməsinə dair dövlət ittihamçısının çıxışını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya şikayətləri təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2025-ci il ## ###### tarixli *(***)-***/**** nömrəli qərarı verilmiş kassasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Məhkum məhkum1 müdafiəçisi müdafiəçi2 və məhkum məhkum2 tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2025-ci il ## ###### tarixli *(***)- ***/**** nömrəli qərarı məhkumlar məhkum1 və məhkum2 aid hissələrdə verilmiş kassasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(1-8)-262/2026
Ali Məhkəmə Qərar — İş №1(1-8)-262/2026
08.05.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver