Məhkəmə qərarları › İş №1(1-8)-265/2026

Ali Məhkəmə Qərar — İş №1(1-8)-265/2026

20.05.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(1-8)-265/2026 20.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Muxtarov Teyyub Asif oğlu (sədrlik edən), Mövsümov Nazim Rasim oğlu və Cəfərov Ilqar Xanlar oğlundan ibarət tərkibdə, Cəbrayılova Sevinc Elton qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, R X4 və məhkum Məhkum iştirakları ilə, MÜƏYYƏN E T D İ: ## #### 1993-cü ildə Şəki şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və Abşeron rayonu, Xırdalan şəhəri, Nizami Gəncəvi küçəsində yaşamış, hazırda azadlıqdan məhrum etmə növündə cəza çəkən, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, CM-in 234.1-ci maddəsi ilə 1 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə 6 (altı) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-in 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu qəti olaraq 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən ## ##### 2024-cü il tarixdən ## ##### 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün ona təyin edilən azadlıqdan məhrum etmə müddətinə hesablanmaqla cəzadan çıxılması, qəti olaraq 6 (altı) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının # ######## 2024-cü il tarixdən hesablanması, barəsində narkomaniyadan məcburi müalicə məqsədilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməsi, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması hökm edilmişdir. Hökmdən təqsirləndirilən şəxs və onun müdafiəçisi ayrı-ayrılıqda apellyasiya şikayətləri vermişlər. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (Hakimlər X3 (sədrlik edən), X2 və X1 ibarət tərkibdə) 2026-cı il # ###### tarixli, *(***)-***/**** nömrəli qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, hökm apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. IŞIN HALLARI: Məhkəmənin hökmünə əsasən Məhkum ona görə məhkum edilmişdir ki, o, satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda psixotrop maddə əldə edib daşımış və üzərində saxlamış, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və xeyli miqdarda psixotrop maddə əldə edərək daşımış və saxlamışdır. Belə ki, o, 2024-cü ilin mart ayının axırlarında Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda 1,477 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib Biləsuvar rayonuna daşıyaraq üzərində saxlamış, ## ##### 2024-cü il tarixdə saat 19:10-da Biləsuvar rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində Biləsuvar rayonu, Xırmandalı kəndi ərazisindən keçən Ələt- Astara yolunun sağ tərəfində yerləşən “Turist-5” kafesinin yaxınlığında “Toyota Corolla” markalı **-FR-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən saxlanılaraq Biləsuvar şəhəri, M.Ibrahimov küçəsində yerləşən Biləsuvar rayon polis şöbəsinə gətirilmiş, orada həmin gün saat 19:55-dən 20:15-dək üzərinə keçirilən şəxsi axtarış zamanı əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən bir ədəd sellofan və siqaretin gümüşü kağızından ibarət bükümdə təmiz çəkisi 1,477 qram olan xeyli miqdarda psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bundan başqa, Məhkum telefon vasitəsilə tanış olduğu şəxsiyyəti istintaqa məlum olmayan Maho adlı Iran Islam Respublikasının vətəndaşı ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək sonuncunun qanunsuz olaraq əldə etdiyi külli miqdarda narkotik vasitəni deyəcəyi yerdən götürüb başqa şəxslərə verməklə satışda vasitəçilik etməsi barədə ümumi razılığa gəlmiş, # ######## 2024-cü il tarixdə bir qrup şəxs halında həmin şəxsin Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi ərazisinə qoyduğu külli miqdarda 3,319 qram çəkidə narkotik vasitə heroini və xeyli miqdarda 1,753 qram çəkidə psixotrop maddə metamfetamini götürüb, satış məqsədi ilə qanunsuz əldə edərək Abşeron rayonu, Xırdalan şəhərinə daşımaqla saxlamış, ## ######## 2024-cü il tarixdə saat 17:50-də Abşeron rayon polis idarəsinin Cinayət axtarış şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Abşeron rayonu, Xırdalan şəhəri, Nizami Gəncəvi küçəsində yerləşən «RR» marketin arxasında saxlanılaraq, həmin ərazidə insanların sıx olması və avtomobillərin intensiv hərəkət etməsi ilə bağlı həmin ərazidən 300 metr kənarda Abşeron rayonu, Xırdalan şəhəri, Qəzənfər Musabəyov küçəsində yerləşən “Günay” mərasim evinin arxasında həmin günü saat 18:00-dan 18:12-yə kimi üzərinə keçirilən şəxsi axtarış zamanı əynindəki açıq rəngli cins şalvarın sol yan cibindən 02 ədəd şəffaf sellofan bükümdə ayrıayrılıqda təmiz çəkiləri 0,874 qram və 0,879 qram, ümumi təmiz çəkisi 1,753 qram olan xeyli miqdarda kimyəvi komponent tərkibinə görə öz aralarında eynilik təşkil edən kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, 4 ədəd şəffaf sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 2,909 qram, 0,153 qram, 0,082 qram, 0,175 qram, ümumi təmiz çəkisi 3,319 qram olan külli miqdarda kimyəvi komponent tərkibinə görə öz aralarında eynilik təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə heroin, əynindəki açıq rəngli cins şalvarın sağ yan cibindən səthində narkotik vasitə heroinin izləri olan 1 ədəd gümüşü rəngli elektron tərəzi aşkar edilərək götürülmüşdür. KASSASIYA ŞIKAYƏTININ DƏLILLƏRI, MƏHKUMUN VƏ DÖVLƏT ITTIHAMÇISININ ÇIXIŞLARI: Məhkum kassasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsinin qərarından narazıdır, o, Abşeron rayon Polis Idarəsinin əməkdaşları tərəfindən qanunsuz həbs edilmiş, təzyiqlərə və işgəncələrə məruz qalmışdır. Bundan başqa, ibtidai istintaq zamanı müstəntiq qərəzli iş aparmış, heç bir mötəbər sübut olmadığı halda o, CM-in 234.4.3-cü maddəsi ilə ittiham olunmuşdur. Daha sonra Sumqayıt Ağır Cinayətlər məhkəməsi heç bir araşdırma aparmadan ona ağır cəza təyin etmişdir. Məhkum kassasiya şikayətində göstərilənlərə əsasən Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2026-cı il # ###### tarixli, *(***)-***/**** nömrəli qərarının dəyişdirilməsini, əməlinin tövsif edilməsini və ona daha yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən məhkum Məhkum kassasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı Ayxan Hüseynli kassasiya şikayətinin təmin olunmamasını və Məhkum barəsində olan cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2026-cı il # ###### tarixli qərarının dəyişdirilmədən saxlanması barədə qərar qəbul edilməsini xahiş etdi. HÜQUQI MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunların normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərini yoxlayır. Məhkum kassasiya şikayətində əməlinin daha yüngül maddəyə tövsif edilməsini və cəzasının yüngülləşdirilməsini mübahisələndirərək apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilməsi barədə tələbini CPM-in 416.1.2, 416.1.15 və 416.1.21-ci maddələrində nəzərdə tutulan hallarla əlaqələndirmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya müraciətinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin III bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## ### 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumiləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməsi barədə məhkumun, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti qismən təmin edilməlidir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibət bildirərək aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Belə ki, cinayət işinin materiallarından görünür ki, məhkum Məhkum CM-in üç maddəsi ilə, yəni CM-in 234.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə ittiham elan edilmişdir Məhkəmə kollegiyası hesab edir ki, məhkum Məhkum CM-in 234.1 və 234.4.3-cü maddələri ilə irəli sürülmüş ittiham cinayət işi üzrə toplanmış mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Belə ki, cinayət işinin materiallarından görünür ki, məhkum kassasiya şikayətində irəli sürülən dəlilləri apellyasiya instansiya məhkəməsində də irəli sürmüş və onun dəlilləri məhkəmə tərəfindən hərtərəfli, tam və obyektiv şəkildə iş üzrə toplanmış mötəbər sübutların məcmusu əsasında yoxlanılaraq qiymətləndirilmiş və məhkum tərəfindən ona qarşı CM-in 234.1 və 234.4.3-cü maddələri üzrə irəli sürülmüş ittihamda nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi nəticəsinə gəlinmişdir. Məhkəmə kollegiyası mötəbərliyi məhkəmələr tərəfindən yoxlanılmış sübutları hazırkı qərarda təkrar etmədən məhkəmələr tərəfindən həmin sübutlara münasibətdə qiymətləndirmə ilə razılaşır və hesab edir ki, məhkumun əməlinin CM-in 234.1 və 234.4.3cü maddələri ilə tövsifi ilə bağlı məhkəmələrin qənaəti qanuni və əsaslıdır. Bununla bərabər, məhkəmə kollegiyası məhkuma qarşı CM-in 234.4.1-ci maddəsi ilə irəli sürülmüş ittihamın cinayət işi üzrə toplanmış mötəbər sübutların məcmusu əsasında sübuta yetirilməməsi qənaətinə gəlir. Ittiham tərəfinin məhkum Məhkum şəxsiyyəti istintaqa məlum olmayan “Maho” adlı Iran Islam Respublikası vətəndaşı ilə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmələrinə və ittihamda göstərilən – narkotikləri qanunsuz olaraq satış məqsədi ilə əldə etmə, saxlama, daşıma, satma əməllərini birgə törətmələrinə dair hər hansı məlumata malik olmaması cinayət təqibi orqanı tərəfindən Məhkum qarşı CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə irəli sürülmüş ittihamın məzmunundan da (bu ittihamı təşkil edən “faktiki hallar”ın təsvirindən) açıq-aydın görünür. Belə ki, ittihamda məhkum Məhkum “Maho” adlı şəxslə necə tanış olmaları, hansı qaydada ünsiyyət qurmaları qeyd edilməmiş, konkret vaxt, yer, üsul göstərilmədən Məhkum “Maho” adlı şəxslə qabaqcadan əlbir olub bir qrup şəxs təşkil etmələri qeyd olunduqdan sonra onların birgə (qabaqcadan əlbir olan bir qrup şəxsin tərkibində) narkotik vasitələri əldə etmələrinə, saxlamalarına, daşımalarına aid “faktiki hallara” dair məlumatlar “... Maho adlı qrup üzvünün istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq əldə etdiyi...” kimi təsvir olunmuşdur. Cinayət işinin materiallarından görünür ki, ittiham tərəfi məhkuma CM-in 234.4.1-ci maddəsi ilə ittiham irəli sürərkən onun, sonradan imtina etdiyi, ibtidai istintaq zamanı vermiş olduğu ifadəsinə əsaslanmışlar. Lakin qabaqcadan əlbirliklə bağlı ittiham tərəfinin başqa heç bir sübutu yoxdur. CPM-in 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Verilmiş ittihamda məhkum Məhkum “Maho” adlı şəxslə hansı qaydada qabaqcadan əlbir olan qrup təşkil etməsi konkret dəlillərlə sübuta yetirilmədiyindən ittihamın bu hissəsinin, yəni qabaqcadan əlbir olan bir qrupun üzvlərinin bir-biri ilə hansı qaydada əlaqə saxlamalarını, qrup üzvlərinin cinayət əməlində rollarını necə bölüşdürdüklərini, bir-birini hansı qaydada məlumatlandırdıqlarını da müəyyən etmək mümkün deyil. Cinayət işinin materiallarından görünür ki, istər birinci instansiya məhkəməsi, istərsə də apellyasiya instansiyası məhkəməsi qabaqcadan əlbir olan qrupun mövcudluğunun hansı sübutlara əsasən müəyyən edilmiş olmasını çıxardıqları hökm və yekun qərarda əks etdirməmiş, öz mövqeyini əsaslandırmamışlar. Hər iki instansiya məhkəməsinin istinad etdiyi sübutlar isə əsasən satış məqsədini təsdiq edən sübutlardır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 7.0.20-ci maddəsində əsasən “ittiham – bu Məcəllədə müəyyən olunmuş qaydada şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş konkret əməli törətməsinin israr edilməsidir”. Cinayət-Prosessual Məcəllənin 223.3-cü maddəsi təqsirləndirilən şəxs qismində cəlb etmə qərarının təsviri-əsaslandırıcı hissəsində bu Məcəllənin 223.3.1-223.3.5-ci maddələrində göstərilənlərin, o cümlədən “cinayətin törədildiyi yer, vaxt, törədilmə üsulu, nəticəsi, təqsirin forması, cinayətin motivi və tövsifedici əlamətlər göstərilməklə ittihamın mahiyyəti”nin (maddə 223.3.2) əks etdirilməsini tələb edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 2021-ci il ## ###### tarixli Plenum qərarında da (31-ci bənd) iştirakçılıqla törədilən cinayətlərlə əlaqədar ittihamda və məhkəmə aktlarında hər bir iştirakçının hərəkətlərinin və ya hərəkətsizliyinin nədə ifadə olunmasının, onların rollarının göstərilməsinin vacibliyi vurğulanmışdır. Bu səbəbdən şəxsə qarşı irəli sürülmüş qabaqcadan əlbir olan bir qrup şəxsin tərkibində narkotik vasitənin qanunsuz dövriyyəsi ilə bağlı olan cinayət törətməsi barədə ittihamın CPM-in 7.0.20, 223.3.2-ci maddələrinin tələblərinə cavab verən məzmunda olması üçün onun konkret olması, birgə cinayət törətmək barədə razılaşmanın qabaqcadan, yəni cinayətin obyektiv cəhətinin yerinə yetirilməsinə başlanılana qədər əldə olunduğuna dəlalət edən zaman, məkan, üsul barədə məlumatları nəzərdə tutması, narkotik vasitənin qanunsuz əldə edilməsi, saxlanılması, daşınması, satışı əməllərinin törədilməsi şəxsə isnad edilirsə, bu əməllərin hər birinin yerinə yetirilməsində hər bir iştirakçının rolunun, hərəkətlərinin nədən ibarət olmasının əks etdirməsi tələb olunur. Ümumiyyətlə, Məhkum qarşı Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə irəli sürülmüş ittihamın məzmunu CPM-in 7.0.20 və 223.3.2-ci maddələrinin tələbləri və Ali Məhkəmənin Plenumunun “Məhkəmə hökmü haqqında” qərarının 31-ci bəndi ilə müqayisə etdikdə görünür ki, əslində bu ittiham cinayət təqibi orqanının müəyyən edə bilmədiyi (ona məlum olmayan), lakin həmin normalara, CPM-in 139.0-cu maddəsinə və Plenum qərarının müddəalarına görə müəyyən edilməsi mühüm əhəmiyyət kəsb edən halların sadalanmasından (“naməlum vaxtda və yerdə”, “şəxsiyyəti məlum olmayan şəxs və şəxslər”, “istintaqla müəyyən edilməyən qaydada və şəraitdə” kimi konkretləşdirilməyən ifadələr toplusundan) ibarətdir. Özü üçün belə bu qədər “naməlumlar” olduğu vəziyyətdə cinayət təqibi orqanının Məhkum qarşı Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə - qabaqcadan əlbir olan bir qrup şəxsin tərkibində narkotik vasitənin və psixotrop maddənin əldə edilməsi, daşınması, saxlanması, satışı üzrə əməlləri başqa şəxslə birgə törətməsi barədə ittiham irəli sürməsi onu göstərir ki, ittihamın həlli üçün mühüm əhəmiyyət kəsb edən məsələlərə dair ciddi və aradan qaldırılmayan şübhələlər olduğu halda – CPM-in 21-ci maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyası prinsipinin ziddinə olaraq Məhkum qarşı həmin maddə ilə ittiham irəli sürülmüş və baxılması üçün məhkəməyə göndərilmişdir. Ibtidai istintaq dövründən mövcud olan və cinayət prosesinin məhkəmə icraatı mərhələsində də aradan qaldırılmayan həmin şübhələrin, yəni yuxarıda göstərilən məzmunda formulə edilmiş “ittihamın” və bundan əvvəl qeyd edilən digər halların fonunda Məhkum CM-in 234.4.1-ci maddəsi ilə təqsirli bilinərək cəzalandırılması CPM-in 143-146-cı maddələrinin tələblərinə zidd olmaqla, cinayət və cinayət-prosessual qanunların tələbləri ilə uzlaşan yanaşma kimi qiymətləndirilə bilməz. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21-ci maddəsində təsbit olunmuş cinayət mühakimə icraatının təqsirsizlik prezumpsiyası prinsipi cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirinin cinayət-prosessual qanunun müəyyən etdiyi qaydada sübuta yetirildiyi halda onun təqsirli bilinməsinə yol verir. CPM-in 21.2-ci maddəsinə görə cinayət-prosessual qanunun nəzərdə tutduğu prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilməlidir. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinə əsasən “hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir”. Ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir (maddə 145.3). Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). Qeyd olunan normaların tələbləri ilə müqayisə etdikdə, Məhkum qarşı irəli sürülmüş CM-in 234.4.1-ci maddəsi ilə olan təqibin ittihamdan, hökmdən və qərardan xaric edilməsi, cinayət-prosessual qanunun yuxarıda təsvir edilən normalarının tələblərinə, xüsusilə də ittihamın sübut olunmasında aradan qaldırılması mümkün olmayan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməsini tələb edən qaydalara cavab verən nəticə kimi özünü göstərir. Bundan əlavə, birinci instansiya məhkəməsinin hökmündən görünür ki, həmin məhkəmə təqsirləndirilən şəxs Məhkum tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı cinayətlərin təkrar törədilməsini CM-in 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal kimi nəzərə almışdır. Məhkəmə kollegiyası bununla bağlı aşağıdakıların qeyd edilməsini vacib hesab edir. Belə ki, CM-in 16-cı maddəsi ”Cinayətlərin təkrar törədilməsi” adlanır. Həmin maddəyə əsasən: 16.1. Bu Məcəllənin eyni bir maddəsi ilə nəzərdə tutulmuş cinayətin iki dəfə və ya iki dəfədən çox törədilməsi, cinayətin təkrar törədilməsi hesab edilir. 16.2. Bu Məcəllənin müxtəlif maddələri ilə nəzərdə tutulmuş iki və ya daha çox cinayətin törədilməsi, yalnız həmin Məcəllənin Xüsusi hissəsində birbaşa göstərilən hallarda cinayətin təkrar törədilməsi hesab edilir. 16.3. Əvvəllər törətdiyi cinayətə görə məhkum olunmuş, məhkumluğu götürülmüş və ya ödənilmiş, yaxud cinayət məsuliyyətindən azad olunmuş şəxs tərəfindən bu Məcəllənin eyni bir maddəsi ilə nəzərdə tutulmuş və ya həmin Məcəllənin Xüsusi hissəsində birbaşa göstərilən hallarda müxtəlif maddələri ilə nəzərdə tutulmuş cinayətin yenidən törədilməsi, cinayətin təkrar törədilməsi hesab edilmir. CM-in 61.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hallar aşağıdakılardır: 61.1.1. cinayətlərin təkrar törədilməsi, cinayətlərin residivi. CM-in 61.3-cü maddəsində isə göstərilmişdir ki, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hal, cəza təyin edilərkən təkrar nəzərə alına bilməz. Məlumdur ki, CM-də “Cinayətlər çoxluğu” terminindən istifadə edilməmişdir. Lakin cinayət hüquq nəzəriyyəsinə əsasən, CM-in 16, 17, 18-ci maddələrində cinayətlər çoxluğunun üç növü sayılan cinayətlərin təkrar törədilməsi, cinayətlərin məcmusu və cinayətlərin residivi ilə bağlı məsələlər tənzimlənir. CM-in 16-cı maddəsində cinayətin təkrar törədilməsinin iki növü qeyd edilmişdir: 1) Məcəllənin eyni maddəsi ilə nəzərdə tutulmuş cinayətin iki və ya iki dəfədən çox törədilməsi; 2) Məcəllənin Xüsusi hissəsində birbaşa göstərilən hallarda, Məcəllənin müxtəlif maddələri ilə nəzərdə tutulmuş iki və ya daha çox cinayətin törədilməsi. “Cinayətlər çoxluğu”nun növü kimi cinayətlərin məcmusu varsa, bu zaman cinayətin təkrar törədilməsi cəzanı ağırlaşdıran hal kimi nəzərə alına bilməz. Qeyd edilən məsələni konkret misallarla izah edəsi olsaq, əgər şəxs CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətdikdən sonra, CM-in 16.3-cü maddəsində göstərilən hallar olmadan yenidən CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törədirsə, bu zaman CM-in 16.1-ci maddəsinin müəyyən etdiyi qaydaya uyğun olaraq, CM-in 61.1.1-ci maddəsinə əsasən cinayətin təkrar törədilməsi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalıdır. Lakin şəxs CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətdikdən sonra, CM-in 16.3-cü maddəsində göstərilən hallar olmadan, yenidən CM-in 234.1-1 və ya 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini və ya əksinə olan ardıcıllıqla törədirsə, bu zaman cinayətlərin məcmusu yarandığından və hər bir maddə üzrə təyin edilmiş cəzalar CM-in 66-cı maddəsinin tələblərinə uyğun olaraq tam və ya qismən toplamaq yolu ilə təyin ediləcəyindən, eyni hal cəzanın təkrar törədilməsi kimi cəzanı ağırlaşdıran hal qismində nəzərə alınmamalıdır. Bu tələb CM-in 16.2-ci maddəsində də açıq formada ifadə edilmişdir. Belə ki, həmin norma CM-in müxtəlif maddələri ilə nəzərdə tutulmuş iki və ya daha çox cinayətin törədilməsini, yalnız CM-in Xüsusi hissəsində birbaşa göstərilən hallarda cinayətin təkrar törədilməsi kimi qəbul edir. CM-in 234-cü maddəsində cinayətin təkrar törədilməsi ilə bağlı hər hansı bir tələb göstərilmədiyindən və yalnız 234.4.2-ci maddəsində cinayətlərin təkrar törədilməsi tövsifedici əlamət kimi göstərildiyindən, həmin maddənin məzmunundan da göründüyü kimi, maddənin hər bir hissəsi ayrıca bir maddə kimi ifadə edildiyindən, eləcə də CM-in 234-cü maddəsininin ümumi tərkibinə daxil edilən hər bir maddənin (234.1, 234.1-1, 234.2, 234.3., 234.4. və 234.5-ci maddələrin) hər biri müstəqil tərkib əlamətlərinə malik olduqlarından və eyni şəxs tərəfindən törədildikdə hər bir maddə üzrə ayrı-ayrılıqda cəza təyin edildiyindən və cinayətlərin məcmusu qaydasında CM-in 66-cı maddəsinin tələblərinə uyğun qəti cəza təyin edildiyindən, cəzanı ağırlaşdıran hal kimi cinayətin təkrar törədilməsinin də nəzərə alınması CM-in 16, 61 və 66-cı maddələrinin tələblərinə zidd mövqe kimi dəyərləndirilməlidir. Məlumdur ki, CM-in 16.2-ci maddəsində nəzərdə tutulmuş hal CM-in 177-ci maddəsinin Qeydinin 3-cü bəndi ilə bağlıdır və həmin Qeyddə göstərilən müxtəlif maddələr (CM- in 16.3-cü maddəsində göstərilən hallar istisna olunmaqla) üzrə təkrarlığın mövcudluğu birbaşa Qanunla müəyyən edilir və bu təkrarlıq bir qayda olaraq tövsifedici əlamət kimi nəzərə alınır. Lakin CM-in 217-ci və 227-ci maddələrində cinayətin təkrar törədilməsi tövsifedici əlamət kimi göstərilmədiyindən, CM-in 177-ci maddəsinin Qeydinin 3-cü bəndində göstərilən maddələrə münasibətdə cinayətin təkrar törədilməsi (sonuncu törədilən cinayət əməli CM-in 217 və ya 227-ci maddələri ilə tövsif edildikdə) cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalıdır. CM-in 16.2-ci maddəsinin müəyyən etdiyi haldan başqa, yəni CM-in 177-ci maddəsinin Qeydinin 3-cü bəndində göstərilən cinayətlərdən əlavə olaraq müxtəlif cinayətlər üzrə əməlin təkrarlıq kimi qiymətləndirilməsi və cəzanı ağırlaşdıran hal kimi nəzərə alınması təqsirkarın əleyhinə cinayət qanununun genişləndirici şərhi kimi qiymətləndirilməli və cinayət qanununun analogiya üzrə tətbiqini qadağan edən CM-in 5-ci maddəsində nəzərdə tutulan qanunçuluq prinsipinə uyğun olamayan hal kimi nəzərə alınmalıdır. Yuxarıda qeyd edilənlərdən də göründüyü kimi, hazırkı iş üzrə birinci instansiya məhkəməsi tərəfindən cinayətin təkrar törədilməsinin CM-in 61.1.1-ci maddəsinə əsasən məhkum Məhkum cəzasını ağırlaşdıran hal kimi nəzərə alınması və apellyasiya instansiya məhkəməsinin bu mövqe ilə razılaşması qanunsuz və əsassız olmuşdur. Bu səbəbdən də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin hökmündən cinayətin təkrar törədilməsinin məhkumun cəzasını ağırlaşdıran hal kimi nəzərə alınmasına dair müddəalar xaric edilməli, apellyasiya instansiya məhkəməsinin qərarı isə həmin hissədə dəyişdirilməlidir. Qeyd edilənləri yekunlaşdıraraq məhkəmə kollegiyası hesab edir ki, məhkum Məhkum kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının ##.##.2026-cı il tarixli qərarı dəyişdirilməli, Məhkum CM-in 234.4.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi sübuta yetirilmədiyindən, ona qarşı irəli sürülmüş ittihamdan və məhkəmə qərarlarından (hökm və yekun qərar) CM-in 234.4.1ci maddəsi ilə irəli sürülmüş ittiham, eləcə də cinayətin təkrar törədilməsinin məhkumun cəzasını ağırlaşdıran hal kimi nəzərə alınmasına dair müddəalar xaric edilməli, ittihamın həcminin azaldılması nəzərə alınmaqla, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddəti azaldılmalıdır. Məhkəmə kollegiyası məhkuma həm ayrı-ayrı maddələrlə, həm də cinayətlərin məcmuyu qaydasında təyin edilən cəzanı ədalətli cəza kimi qiymətləndirir və hesab edir ki, məhkumun təqsirli bilindiyi maddələrə CM-in 62-ci maddəsinin tətbiqi, eləcə də onun barəsində CM-in 70-ci maddəsinin tətbiqi üçün qanunda nəzərdə tutulan hüquqi və faktiki əsaslar mövcud deyil. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.4-cü maddəsini rəhbər tutub məhkəmə kollegiyası QƏRARA A L D İ: Məhkum Məhkum tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Məhkum qarşı irəli sürülmüş ümumi ittihamdan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə irəli sürülmüş ittiham çıxarılsın. Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 2025-ci il ## ####### tarixli *(***)-***/**** nömrəli hökmündən cinayətlərin təkrar törədilməsinin məhkum Məhkum cəzasını ağırlaşdıran hal kimi nəzərə alınmasına dair müddəalar xaric edilsin. Məhkum təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə 6 (altı) il müddətinə azadlıdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Məhkum qəti olaraq 6 (altı) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Məhkum ## ##### 2024-cü il tarixdən ## ##### 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 gün ona təyin edilmiş azadlıdan məhrum etmə cəzasından çıxılsın və onun üzərində qəti olaraq 6 il 5 ay 28 gün müddətində azadlıdan məhrum etmə cəzası saxlanılsın. Qərar, kassasiya şikayətinə münasibətdə, qalan hissədə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar