Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(1-8)-272/2026 16.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Novruzov Ələsgər Əli Iskəndər oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru Imranov Hafiz Beykəs oğlunun, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs qanuni nümayəndəsi Qanuni nümayəndə iştirakları ilə, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ## ##### 2025-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-in) 150.3.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmasına, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının # ###### 2025-ci il tarixli qərarı ilə isə törətdiyi cinayət əməlinin CM-in 150.3.3-cü maddəsindən CM-in 153.2-ci maddəsinə tövsif edilməsinə dair cinayət işi üzrə apellyasiya instansiyası məhkəməsinin həmin qərarından dövlət ittihamçısı Hüseynov Elnar Əli oğlu tərəfindən verilmiş kassasiya protestinə və zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs qanuni nümayəndəsi Qanuni nümayəndə tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə qapalı məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ## ##### 2025-ci il tarixli hökmü ilə (hakimlər Süleymanov Elxan Xasay oğlu (sədrlik edən), Nuriyev Xamməd Abış oğlu (məruzəçi) və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə) Məhkum, ## ##### 2002-ci il tarixdə Masallı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, dərzinin köməkçisi kimi fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, CM-in 150.3.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 16 (on altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Işin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Məhkum ## ####### 2023-cü il tarixdə saat 12:30 radələrində dərzi köməkçisi işlədiyi Masallı şəhəri, H.Əliyev prospektində yerləşən “X moda evi” dərzi sexində olarkən anası Qanuni nümayəndə məxsus şalvarı götürmək üçün oraya gələn # ###### 2014-cü il təvəllüdlü Zərərçəkmiş şəxs ilə tək qalmasından istifadə edərək dərzi sexinin içərisində paltar dəyişmək üçün istifadə olunan digər otağa gedərək öz əynində olan şalvarının ön hissəsindəki zəncirbəndi açmaqla gərginləşmiş cinsiyyət orqanını çıxararaq Zərərçəkmiş şəxs həmin otağa anasına məxsus şalvarı seçmək bəhanəsi ilə aldadıb çağırmış, sonra sol əli ilə Zərərçəkmiş şəxs sağ bilək nahiyəsindən tutub zor tətbiq etməklə onu özünə tərəf sıxıb cinsi ehtirasını pozğun formada təmin etmək niyyəti ilə sonuncunu qucaqlayaraq on dörd yaşına çatmayan Zərərçəkmiş şəxs köməksiz vəziyyətindən istifadə edərək zor tətbiq edib, zərər çəkmiş şəxsə sağ saidin aşağı 1/3-nin ön hissəsinə qançırla nəticələnən xəsarət yetirməklə Zərərçəkmiş şəxs qarşı seksual xarakterli digər zorakılıq hərəkətləri etmişdir. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ## ##### 2025-ci il tarixli hökmündən məhkum Məhkum müdafiəçisi Babayev Çingiz Hamlet oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Sultanov Cavid Rizvan oğlu (sədrlik edən və məruzəçi), Xasməmmədov Elçin Isgəndər oğlu və Hacıyev Pərviz Vaqif oğlundan ibarət tərkibdə) # ###### 2025-ci il tarixli qərarı ilə apellyasiya şikayəti qismən təmin edilərək hökm dəyişdirilmiş, Məhkum törətdiyi cinayət əməli CM-in 150.3.3-cü maddəsindən CM-in 153.2-ci maddəsinə tövsif olunmuş və ona həmin maddə əsasında cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 4 (dörd) il 6 (atı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, hökm apellyasiya şikayətinə münasibətdə qalan hissələrdə isə dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının # ###### 2025-ci il tarixli qərarından dövlət ittihamçısı E.Ə.Hüseynov kassasiya protesti, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs qanuni nümayəndəsi Qanuni nümayəndə isə kassasiya şikayəti verərək hər iki kassasiya müraciətlərinin müəllifləri ayrı-ayrılıqda həmin qərarın ləğv edilməsini və cinayət işinin yeni apellyasiya baxışına təyin olunması haqqında qərarın qəbul edilməsini xahiş etmişlər. Kassasiya protestinin və kassasiya şikayətinin dəlilləri: Kassasiya protestində CM-in və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-in) bir sıra maddələrinə, Insan Hüquqları üzrə Avropa Məhkəməsinin “Van de Hark Niderlanda qarşı” iş üzrə ## ##### 1994-cü il tarixli Qərarına, təkrar-təkrar hazırkı iş üzrə toplanmış və məhkəmə iclaslarında araşdırılmış bəzi sübutlara, məhkəmələr tərəfindən qəbul edilmiş yekun məhkəmə aktlarına, habelə bu aktları üzrə birinci və apellyasiya instansiyası məhkəmələrinin gəldikləri fərqli nəticələrə istinad edən dövlət ittihamçısı E.Ə.Hüseynov həmin protestini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi Məhkum törətdiyi cinayət əməllərinin CM-in 153.2-ci maddəsi ilə tövsif edilməsi barədə nəticəyə gələrkən bu haqda qəbul etdiyi qərarında sübutları CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq etməmiş, bunun da nəticəsində həmin əməllərə münasibətdə maddi hüquq normasının tətbiqində səhvə yol vermişdir. Göstərilən nəticəyə gələrkən isə apellyasiya instansiyası məhkəməsi yalnız Məhkum məhkəmə iclaslarında verdiyi qeyri-səmimi, həqiqətə uyğun olmayan, ziddiyyətli, özünü müdafiə xarakterli, digər sübutlarla təkzib olunan və konkret hüquqi əsasa söykənməyən ifadələrinə, eləcə də iş üzrə toplanmış mötəbər sübutlarla təkzib olunan öz subyektiv mülahizələrinə və ehtimallara əsaslanmış, lakin iş üzrə ibtidai araşdırma zamanı toplanmış və birinci instansiya məhkəməsinin məhkəmə iclasında tədqiq edilmiş digər sübutları, xüsusən də zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs və məhkəmə-tibbi ekspertizasının rəyini nəzərə almamış, nəticə etibarı ilə isə işin halları Məhkum xeyrinə təhrif olunmuşdur. Halbuki həm zərər çəkmiş şəxsin ifadələri ilə, həm məhkəmə-tibbi ekspertizasının rəyi ilə, həm də toplanmış və araşdırılmış başqa mötəbər sübutlarla Məhkum ona qarşı irəli sürülmüş ittiham üzrə cinayət əməllərini törətməsi, yəni azyaşlı Zərərçəkmiş şəxs köməksiz vəziyyətindən istifadə etməklə ona qarşı seksual xarakterli zorakı hərəkətlər etməsi təsdiq olunmuş və buna görə onun əməli ibtidai araşdırma orqanı tərəfindən CM-in 150.3.3-cü maddəsi ilə düzgün tövsif edilərək o, birinci instansiya məhkəməsinin hökmü ilə tam qanuni və əsaslı olaraq həmin maddə ilə təqsirli bilinərək məhkum edilmişdir. Apellyasiya instansiyası məhkəməsi isə Məhkum əməlinin CM-in 153.2ci maddəsi ilə tövsif edilməsi barədə fərqli nəticəyə gəlməklə bu məsələnin həllində səhvə yol vermiş və sonuncunun faktiki törətdiyi əməllərə görə məsuliyyətdən kənarda qalmasına şərait yaratmışdır. Göstərilən dəlillərə əsaslanaraq dövlət ittihamçısı E.Ə.Hüseynov onun kassasiya protestinin təmin edilməsini xahiş edir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs qanuni nümayəndəsi Qanuni nümayəndə da kassasiya şikayətində CM-in və CPM-in bir sıra maddələrinə, iş üzrə toplanmış və məhkəmə iclaslarında araşdırılmış sübutlara, məhkəmələr tərəfindən qəbul edilmiş yekun məhkəmə aktlarına və apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəyə istinad edərək həmin şikayətini belə əsaslandırmışdır ki, məhkəmə iş üzrə # ###### 2025-ci il tarixli qərarı qəbul edərkən zərər çəkmiş şəxsin və şahidlərin ibtidai istintaq zamanı və birinci instansiya məhkəməsinin məhkəmə iclasında verdikləri ifadələrinə, Məhkum özünün məhkəməyədək icraat zamanı verdiyi ifadələrinə, baxış, götürmə və digər istintaq hərəkətlərinin aparılması haqqında protokollara, o cümlədən ifadənin yerində yoxlanılması barədə protokola, üzləşdirmə istintaq hərəkətinin nəticələrinə, ekspertiza rəylərinə, əməliyyat məlumatlarına və digər sübutlara səthi yanaşmış, sadalanan sübutları nəzərə almamış, onları təhlil, bir-biri ilə müqayisə etməmiş, həmin sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirmədən Məhkum zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs qarşı seksual xarakterli digər zorakılıq hərəkətləri etməsinə dəlalət edən sübutun əldə olunmaması haqda əsassız qənaətə gəlmiş, nəticədə məhkum olunmuş şəxsin əməlinin hüquqi tövsifində səhvə yol verərək ona təyin edilmiş cəzanı da ciddi şəkildə azaltmışdır. Lakin iş üzrə toplanmış və araşdırılmış sübutlarla Məhkum ona qarşı irəli sürülmüş ittiham üzrə cinayət əməllərini törətməsi tam təsdiq edilmiş və o, qanuni və əsaslı olaraq barəsində çıxarılmış hökmlə CM-in 150.3.3-cü maddəsi ilə təqsirli bilinərək layiqli cəzaya məhkum edilmişdir. Apellyasiya instansiyası məhkəməsi isə işin faktiki hallarını müdafiə tərəfinin xeyrinə şərh etmiş və toplanmış və araşdırılmış sübutlara onların mötəbərliyi, mümkünlüyü və mənsubiyyəti üzrə düzgün qiymət verməmişdir. Kassasiya şikayətinin müəllifi həmçinin qeyd etmişdir ki, hazırkı cinayət işi yalnız hüquqi mübahisə deyil, həm də azyaşlı uşağın hüquqlarının müdafiəsinə yönəlmiş qanuni tədbirdir. Məhkum azyaşlı uşağa qarşı törətdiyi əməllər isə sonuncunun psixoloji sağlamlığına və gələcəyinə ciddi təsir göstərmiş, birinci instansiya məhkəməsi də bu amilləri nəzərə alaraq həmin əməllərə adekvat hüquqi qiymət vermişdir. Kassasiya şikayətində öz dəlillərini ətraflı şərh edən və bu dəlillərə əsasən Məhkum törətdiyi əməllərdə CM-in 150.3.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin bütün tərkib əlamətlərinin mövcud olmasını hesab edən qanuni nümayəndə Qanuni nümayəndə onun kassasiya şikayətinin də təmin edilməsini xahiş edir. Kassasiya protestinə və kassasiya şikayətinə baxılmasının yeri və vaxtı barədə proses iştirakçıları qanuna müvafiq qaydada və müddətdə məlumatlandırılmalarına baxmayaraq zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs naməlum səbəblərdən məhkəməyə gəlməmiş, məhkum Məhkum isə məhkəmə iclasında iştirak etmək arzusunu bildirməyərək bu haqda ərizə ilə Ali Məhkəməyə müraciət etməmişdir. Məhkəmə kollegiyası bununla əlaqədar proses iştirakçılarının rəylərini dinləyib CPMin 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya protestinə və kassasiya şikayətinə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs və məhkum olunmuş şəxs Məhkum iştirakları olmadan baxılmasını mümkün bilmişdir. Belə ki, CPM-in 419.4-cü maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsinin iclası hansı məhkəmə qərarına və hansı əsaslarla baxılması, kimlərin məhkəmə tərkibinə daxil olması və məhkəmənin iclas zalında cinayət prosesi iştirakçılarından kimlərin iştirak etməsi barədə məhkəmə iclasında sədrlik edənin elanı ilə açılır. Şikayət vermiş və lazımi qaydada məlumatlandırılmış şəxsin olmaması kassasiya instansiyası məhkəməsi iclasının davam etdirilməsini istisna etmir. Hüquqi məsələlər: Dövlət ittihamçısı E.Ə.Hüseynovun kassasiya protestinin və zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs qanuni nümayəndəsi Qanuni nümayəndə kassasiya şikayətinin məzmunlarından göründüyü kimi, hər iki kassasiya müraciətlərinin müəllifləri Məhkum qarşı irəli sürülmüş ittihamın iş üzrə toplanmış və araşdırılmış sübutlarla təsdiq olunmasını, apellyasiya instansiyası məhkəməsi tərəfindən isə bu sübutlara qanuna müvafiq qaydada düzgün qiymət verilmədiyini, nəticədə də sonuncunun əməlinin səhv olaraq CM-in 150.3.3cü maddəsindən CM-in 153.2-ci maddəsinə tövsif edilməsini iddia edirlər və kassasiya qaydasında mübahisələndirdikləri Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının # ###### 2025-ci il tarixli qərarının ləğv edilərək işin yeni apellyasiya baxışına təyin olunması barədə tələblərini CPM-in 416.1.2 və 416.1.15-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirirlər. CPM-in 416.1.2 və 416.1.15-ci maddələrinin tələblərinə görə isə, məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə və törədilmiş əməlin tövsifində səhvə yol verdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Odur ki, məhkəmə kollegiyası dövlət ittihamçısı E.Ə.Hüseynovun kassasiya protestini və qanuni nümayəndə Qanuni nümayəndə kassasiya şikayətini kassasiya qaydasında baxılmalı olan müraciətlər kimi görür və buna görə Məhkum barəsindəki cinayət işinin materiallarını və həmin iş üzrə qəbul edilmiş yekun məhkəmə aktlarının qanuniliyini və əsaslığını yoxlayıb aşağıdakıları qeyd edir. Əvvəla məhkəmə kollegiyası xatırladır ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-in 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini müəyyən edən CPM-in 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. CPM-in 419.11-ci maddəsinin tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxaraq və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-in 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Ümumiyyətlə, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-in 419 və 416-cı maddələri müəyyən edir. Bu baxışın nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-in 416-cı maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Bundan başqa, kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual hüquq normalarının, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Azərbaycan Respublikası Konstitusiyanın (bundan sonra mətndə Konstitusiyanın) aşağıda göstərilən müddəalarına, ədalətli məhkəmə araşdırılması hüququ təsbit edilmiş “Insan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının (bundan sonra mətndə Avropa Konvensiyasının və ya Konvensiyanın) 6-cı maddəsinə, cinayət və cinayət-prosessual qanunvericiliklərinin tələblərinə, bir sıra məsələlər üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə və Ali Məhkəmənin Plenumunun izahlarına və tövsiyələrinə əsaslanaraq məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərarından verilmiş kassasiya protestinə və kassasiya şikayətinə baxan kassasiya kollegiyasının üzərinə, qanunvericiliyin tələb etdiyi kimi, məhkəmələr tərəfindən sübutların toplanılması, sübutetməyə və digər məsələlərə dair qanunvericiliyin tələblərinə əməl olunubolunmamasını, habelə törədilmiş ictimai təhlükəli əməlin bütün hallarının müəyyən edilməsinə əsasən bu əmələ maddi hüquq normasının düzgün tətbiq edilib-edilməməsini yoxlamaq vəzifəsi düşür. Bu vəzifənin yerinə yetirilməsi ilə bağlı məhkəmə kollegiyası ilk növbədə vurğulayır ki, Konstitusiyanın 12-ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Konstittusiyanın 26-cı maddəsinin II hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiyanın müddəaları, cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Bununla yanaşı Konstitusiyanın təsvir edilən tələbləri həmçinin hər bir insanın və ümumilikdə isə cəmiyyətin və dövlətin cinayətkar qəsdlərdən qorunmasını və müdafiə olunmasını, hər hansı cinayətin törədilməsi nəticəsində bu və ya digər şəkildə zərər çəkmiş şəxslərin də onlara qarşı törədilmiş cinayətlər nəticəsində pozulmuş hüquqlarının bərpa edilməsini, onların vurulmuş zərərin ödənilməsini və ya aradan qaldırılmasını tələb etmək hüququnun cinayət mühakimə icraatını həyata keçirən orqanlar, o cümlədən məhkəmələr tərəfindən təmin edilməsini, cinayət törətmiş şəxslərin isə qanuna müvafiq qaydada və əsaslarla cinayət məsuliyyətinə cəlb edilmələrini, onların təqsirlilikləri qanuna müvafiq qaydada sübuta yetirildikdə barələrində ittiham hökmləri çıxarılmaqla cəzalandırılmalarını, cəzanın məqsədlərinə nail olunmasını, cinayətkarlığın qarşısının alınması üçün lazımi tədbirlərin görülməsini də nəzərdə tutur. Konstitusiyanın 63-cü maddəsinin İ-III hissələrinin tələblərinə əsasən, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli bilinməsinə əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. Konstitusiyanın 71-ci maddəsinin İ hissəsinə görə, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi məqsədi ilə dövlət səmərəli hüquqi mexanizmlər yaratmaqla, ədalət mühakiməsinin həyata keçirilmə prosesində hüquq və azadlıqların bərpasına nail olur. Konstitusiyanın 125-ci maddəsinin VII hissəsində deyilir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın bu norması çəkişmə prinsipinə əsasən işə baxan məhkəmənin üzərinə özü tərəfindən cinayət məsuliyyətinə cəlb edilmiş şəxsin təqsirliliyinə və ya təqsirsiz olmasına dair sübutları axtarılmasını və belə sübutların araşdırılmasını deyil, cinayət prosesinin iştirakçılarına işin düzgün həlli, yəni həqiqətin müəyyən edilməsi məqsədilə cinayət prosesinin iştirakçılarına öz sübutlarını məhkəməyə təqdim etmək üçün bərabər şərait yaratmaq, təqdim olunmuş bütün sübutları tam, hərtərəfli və obyektiv araşdırmaq, bu zaman qaldırılmış vəsatətlər üzrə əsaslandırılmış qərarlar qəbul etmək, araşdırılmış sübutlara qanuna müvafiq qaydada qiymət vermək və həmin sübutlara əsasən müəyyən etdiyi faktlara əsasən bu və ya digər nəticəyə gəlmək vəzifəsini qoyur. Məhkəmə icraatı zamanı qeyd olunan vəzifənin yerinə yetirilməsi zamanı sübutların təqdim olunması üçün istər ittiham, istərsə də müdafiə tərəfinə əlverişsiz şəraitin yaradılması, qaldırılmış vəsatətlərin əsassız olaraq təmin edilməməsi, faktiki isə təqdim olunmuş sübutların tədqiqindən imtina edilməsi hallarında məhkəmənin təhlil edilən konstitusiyon tələbə əməl etməsindən, ədalətli məhkəmə araşdırılması hüququnun təmin olunmasından söhbət gedə bilməz. Eyni zamanda bu konstitusiyon tələb məhkəməni də zəruri hallarda, həqiqətin müəyyən edilməsi məqsədilə öz təşəbbüsü ilə iş üçün mühüm əhəmiyyətə malik olan bu və ya digər sübutu əldə edərək araşdırması vəzifəsindən azad etmir. “Insan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının (bundan sonra mətndə Konvensiyanın) 6-cı maddəsinin 1-ci bəndinə əsasən, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə qərarı açıq elan edilir, lakin demokratik cəmiyyətdə əxlaq, ictimai qayda və ya milli təhlükəsizlik maraqları naminə, həmçinin yetkinlik yaşına çatmayanların maraqları və ya tərəflərin şəxsi həyatının müdafiəsi bunu tələb etdikdə, yaxud məhkəmənin fikrincə, aşkarlığın ədalət mühakiməsinin maraqlarını poza biləcəyi xüsusi hallar zamanı ciddi zərurət olduqda mətbuat və ictimaiyyət bütün proses boyu və ya onun bir hissəsində məhkəmə iclasına buraxılmaya bilər. Konvensiyanın 6-cı maddəsinin 2-ci bəndində göstərilmişdir ki, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. “Insan hüquqları haqqında Ümumi Bəyannamə”nin 11-ci maddəsində, “Mülki və siyasi hüquqlar haqqında" Beynəlxalq Paktın 14-cü maddəsində də təqsirsizlik prezumpsiyası nəzərdə tutulur ki, həmin beynəlxalq müqavilələrin tələblərinə görə cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxs yalnız, o halda cinayəti törətməkdə təqsirli hesab edilə bilər ki, onun konkret əməli törətməkdə təqsiri səlahiyyətli subyektlər tərəfindən qanunla müəyyən edilmiş prosessual qaydada toplanmış və məhkəmədə qiymətləndirilmiş sübutlar əsasında məhkəmənin müvafiq ittiham hökmü ilə təsdiq edilsin və bu hökm qanuni qüvvəyə minmiş olsun. CM-in 2.1 və 2.2-ci maddələrinin tələblərindən görünür ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Bu vəzifələri həyata keçirmək üçün Azərbaycan Respublikasının Cinayət Məcəlləsi cinayət məsuliyyətinin əsaslarını və prinsiplərini, şəxsiyyət, cəmiyyət və dövlət üçün təhlükəli olduğuna görə cinayət sayılan əməllərin dairəsini və həmin cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini və həcmini, habelə digər cinayət-hüquqi xarakterli tədbirləri müəyyən edir. CM-in 3-cü maddəsində təsbit edilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Qanunun bu normasının mənasına görə, şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. CM-in 7-ci maddəsində isə müəyyən edilmişdir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Şəxs təqsirsiz olaraq vurduğu zərərə görə cinayət məsuliyyətinə cəlb oluna bilməz. Qanunvericiliyin bu tələblərinə əsaslanaraq məhkəmə kollegiyası qeyd etməyi zəruri bilir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınması, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalması, cəzanın düzgün olmayan tətbiqi, bunların isə öz növbəsində CM-də müəyyən edilmiş qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulması ilə nəticələnə bilər. Belə hüquqi mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun aşağıdakı Qərarlarında da əksini tapmışdır. Belə ki, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2011-ci il tarixli Qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Konstitusiya Məhkəməsinin Plenumu həmçinin qeyd etməyi zəruri hesab etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks halda təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ### 2011-ci il tarixli Qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Həmin Qərarda həmçinin qeyd olunmuşdur ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayəti törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikasının cinayətprosessual qanunvericiliyi müəyyən edir (CPM-in 1.1-ci maddəsi). CPM-in 8.0-cı maddəsində göstərilmişdir ki, cinayət mühakimə icraatının vəzifələri aşağıdakılardan ibarətdir: 8.0.1. şəxsiyyəti, cəmiyyəti və dövləti cinayətkar qəsdlərdən qorumaq; 8.0.2. həqiqi və ya ehtimal edilən cinayət törətməsi ilə əlaqədar şəxsiyyəti vəzifə səlahiyyətlərindən sui-istifadə edilməsi hallarından qorumaq; 8.0.3. cinayətləri tezliklə açmaq, cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq; 8.0.4. cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək; 8.0.5. cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək. Ən əsası isə məhkəmə kollegiyası qeyd etməyi vacib sayır ki, qanunçuluq prinsipi nəzərdə tutulmuş CPM-in 10.1-ci maddəsinə əsasən, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. CPM-in 10.2 və 10.5-ci maddələrinə görə isə, Azərbaycan Respublikasının qüvvəyə minmiş və dərc edilmiş qanunu ilə müəyyən olunan əsaslardan və qaydalardan kənar heç kəsin cinayət təqibi üzrə şübhəli və ya təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilməsinə, tutulmasına, həbsə alınmasına, axtarılmasına, məcburi gətirilməsinə və digər prosessual məcburiyyət tədbirlərinə məruz qalmasına, habelə məhkum edilməsinə, cəzalandırılmasına, hüquq və azadlıqlarının digər formada məhdudlaşdırılmasına yol verilmir. Qanunun bu maddəsində göstərilən tələblərinin pozulması ilə aparılan prosessual hərəkətlərin və qəbul olunmuş qərarların hüquqi qüvvəsi yoxdur. Məhkəmə kollegiyası vurğulamağı lazım bilir ki, cinayət mühakimə icraatının prinsipləri sırasında qanunçuluq prinsipi mühüm və xüsusi yerə malikdir. O həm, Konstitusiyada, həm də cinayət və cinayət-prosessual qanunvericiliklərində təsbit olunaraq yalnız qanunlara dəqiq və dönmədən riayət olunmasının və onların icrasını nəzərdə tutmur. Qanunçuluq həmçinin demokratiyanın əsas təzahürü, hüquqi dövlətin mühüm prinsipi, məhkəmə icraatında isə ədalət mühakiməsinin təməlini təşkil edən başlıca əlamətlərdən biridir. Qanunçuluq prinsipinin əsas mahiyyəti ondan ibarətdir ki, o nəinki hakimlərin yalnız Konstitusiyaya və qanunlara tabe olmasını bərqərar edir, həm də məhkəmə tərəfindən aşkarlanmış qanun pozuntularının aradan qaldırılması vəzifəsinə və iş üzrə hər kəsin məhkəmə müdafiəsinin təminatına, vətəndaşların hüquq və azadlıqlarının təmin olunmasına xidmət etməklə, ədalətli məhkəmə araşdırmasının digər prinsiplərinin həyata keçirilməsi şərtilə bütövlükdə məhkəmə icraatının məqsədini müəyyənləşdirir. Ədalət mühakiməsi vəzifələrini yerinə yetirərkən isə məhkəmə hərtərəfli, tam və obyektiv şəkildə iş üzrə əhəmiyyət daşıyan halları aydınlaşdırmalı, bunun üçün də təqsirləndirilən şəxsi həm ifşa edən və ya ona bəraət qazandıran, elecə də onun məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən bütün halları araşdırılmalıdır. CPM-in 12.1 və 12.3-cü maddələrinə görə, cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri sayır ki, cinayət mühakimə icraatının təməl prinsiplərindən olan təqsirsizlik prezumpsiyası prinsipinə görə (CPM-in 21ci maddəsi), şəxsin təqsiri CPM-də nəzərdə tutulmuş qaydada sübuta yetirilmədiyi halda onun təqsirli bilinməsinə yol vermir. Konstitusiyanın 63-cü maddəsinin İ-III hissələrinə uyğun olaraq cinayət mühakimə icraatında təqsirsizlik prezumpsiyası prinsipi eyni cür təsbit edilmiş CPM-in 21.1-21.3-cü maddələrində göstərilmişdir ki, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. Ittihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Məhkəmə kollegiyası qeyd edir ki, təqsirsizlik prezumpsiyasına həmçinin cinayət törətmiş şəxsin törətdiyi əmələ maddi hüquq normasının tətbiqi, yəni həmin əməlin hüquqi tövsif məsələsi həll edilərkən də əməl olunmalı, buna əsas olduqda isə məhz həmin prinsip rəhbər tutulmaqla cinayət törətmiş şəxsin əməli onun müdafiə hüququ pozulmadan, CPMin 318.1-ci maddəsinin tələbləri buna imkan verdiyinə görə, CM-in Xüsusi hissəsinin bir maddəsindən daha yüngül maddəsinə tövsif edilməli, yaxud da təqsirkara qarşı irəli sürülmüş ittihamdan bu və ya digər epizod və ya CM-in hansısa maddəsi xaric edilməklə onun barəsində qanuni və əsaslı hökm çıxarılmalı, yaxud da digər yekun qərar qəbul edilməldir. Belə nəticəyə gələrkən isə məhkəmə CPM-in 28.5, 33, 145 və 146-cı maddələrinin tələblərinə də əməl etməlidir. Belə ki CPM-in 28.5-ci maddəsində əksini tapmış cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipinə görə, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. CPM-in 33.1-33.4-cü maddələrinin tələblərindən görünür ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. Eyni zamanda, məhkəmə kollegiyası qeyd etməyi lazım bilir ki, CPM-in 124.1.2-ci maddəsi hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilibtörədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər halların yalnız sübutlara əsasən müəyyən edilməsini tələb edir. CPM-in 138.1-ci maddəsində əsasən, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. CPM-in 139-cu maddəsi bu normada göstərilən digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Belə ki, həmin maddədə qeyd olunur ki, cinayət təqibi üzrə icraat zamanı aşağıdakılar yalnız sübutlara əsasən müəyyən edilir: 139.0.1. cinayət hadisəsinin baş vermə faktı və halları; 139.0.2. şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi; 139.0.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri; 139.0.4. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi; 139.0.5. cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar; 139.0.6. bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar. CPM-in 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-in 145.1-ci maddəsinə görə, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Qanunvericiliyin bu müddəalarından görünür ki, hər bir sübutun yuxarıda qeyd olunan 3 meyar (mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi) əsasında qiymətləndirilməsi tələb olunur. Sübutların mötəbərliyi anlayışı isə zəruri şərt kimi cinayət işi üzrə toplanmış və tədqiq edilmiş hər bir sübutun digərinə uyğun olmasını, onu təsdiq etməsini və antisübutlar tərəfindən təkzib edilə bilməməsini tələb edir. CPM-in 145.3-cü maddəsi isə cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməsini tələb edir. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM-in 146.1-ci maddəsi). CPM-in 349.5-ci maddəsinə əsasən aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslandıqda; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. CPM-in 351.1-ci maddəsində təsbit edilmişdir ki, məhkəmənin ittiham hökmü təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsirli bilinməsi və onun barəsində cəza tədbirinin tətbiq edilməsi (cinayət qanunu ilə bilavasitə nəzərdə tutulduğu hallarda onun barəsində cəzanın tətbiq edilməməsi və ya cəzadan azad edilməsi) barədə məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. CPM-in 351.2-ci maddəsinə görə, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. CPM-in 351.3-cü maddəsinin tələblərindən göründüyü kimi, məhkəmə bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verdikdə, təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsiri aşağıdakılar nəzərə alınmaqla sübuta yetirilmiş hesab edilə bilər: 351.3.1. təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq; 351.3.2. bu Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq; 351.3.3. məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq; 351.3.4. təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək. Göründüyü kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlara və sübutetməyə dair normalar, o cümlədən CPM-in 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-in 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, CPM-in 21 və 349.5-ci maddələri tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması və ya onun təqsirsiz olması (təqsirinin sübuta yetirilməməsi) barədə nəticə əsaslı sayıla bilər. Qanunvericiliyin tələblərinə uyğun olan eyni hüquqi mövqe Azərbaycan Respublikavsı Konstitusiya Məhkəməsi Plenumunun aşağıdakı Qərarlarında da ifadə olunmuşdur. Belə ki, “Azərbaycan Respublikası CPM-in 397.1 və 397.2-ci maddələrinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ### 2009-cu il tarixli Qərarında qeyd edilir ki, həqiqətin müəyyənləşdirilməsi ədalət mühakiməsinin mütləq şərtidir və hər zaman cəmiyyət məhkəmədən həqiqəti əks etdirən ədalət mühakiməsini tələb edəcəkdir. Hər bir hakim bu vəzifəsini icra etmək üçün ilk əvvəl prosessual tələblərə hökmən riayət olunmasını təmin etməlidir, çünki bu hal cinayət işi üzrə həqiqətin müəyyənləşdirilməsinin və düzgün məhkəmə qərarının qəbul olunmasının mühüm şərtidir. Eynilə də cinayət işi üzrə araşdırmanın predmetini təşkil edən hadisənin əhəmiyyətli halları müəyyənləşdirilməmişdirsə və (və ya) bu hallara münasibətdə cinayət qanununun müddəaları düzgün tətbiq olunmamışdırsa, həmin qərara həqiqi ədalət mühakiməsi aktı kimi baxıla bilməz. Həmin akt ədalətsizliyinə səbəb olmuş hakimin qanunsuz hərəkətləri, məhkəmə səhvləri və ya qanuniliyinə və əsaslılığına təsir etmiş digər hallardan asılı olmayaraq düzəldilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu eyni zamanda vurğulamışdır ki, hökm çıxarıldığı zaman məhkəmə onun qanunçuluq və əsaslılıq tələblərinə cavab verə biləcəyinin təmin edilməsi üçün öz aktını bu amillərin üzərində qərarlaşdırmalıdır. Belə tələblərə cavab verməyən məhkəmə qərarlarına yenidən baxılması imkanının məhdudlaşdırılması ədalət və hüquqi müəyyənlik kimi dəyərlərin müdafiəsində tarazlığın pozulması və Konstitusiya ilə təminat verilən insan hüquq və azadlıqlarına zərər yetirilməsi ilə nəticələnə bilər. “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının ## #### 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun # ######## 2005-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi). Məhkəmə hökmünün əsaslılığını şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-in 28.5ci maddəsi). Insan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra mətndə Avropa Məhkəməsi) müxtəlif ölkələrə qarşı qəbul etdiyi Qərarlarında dəfələrlə vurğulamışdır ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuş olsun. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2021-ci il tarixli Qərarında məhkəmə hökmünün və apellyasiya instansiyası məhkəməsinin yekun qərarının qanuniliyi ilə bağlı məhkəmələrə bir çox izah və tövsiyyələr verilmişdir ki, bunlardan da bir hissəsi həmin Qərarın 8-10-cu bəndlərində nəzərdə tutulmuşdur. Belə ki, sözü gedən Plenum Qərarının göstərilən bəndlərində məhkəmələrə Konstitusiyanın 63-cü maddəsinə, habelə CPM-in 33, 125-ci maddələrinə əsasən ədalət mühakiməsi həyata keçirilərkən qanunsuz yolla əldə edilən sübutlardan istifadə edilə bilməmələri, öz təşəbbüsü ilə və yaxud cinayət prosesi tərəflərinin vəsatətləri əsasında sübutun CPM-in 125.2-ci maddəsində nəzərdə tutulmuş pozuntularla əldə edilməsi səbəbindən istifadə edilməsinin qeyri-mümkün olması barədə nəticəyə gəlib, onu sübutların sırasından xaric edərkən qanun pozuntusunun nədən ibarət olmasını əsaslandırmaları tövsiyə olunmuşdur. Həmçinin, izah edilmişdir ki, CPM-in 33.4, 338.1.2 və 349.5.1-ci maddələrinə müvafiq olaraq məhkəmənin hökmü yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Bu maddələrin tələbinə görə, məhkəmə gəldiyi nəticələri şərh edərkən məhkəmə iclasında tədqiq edilməyən və məhkəmə iclas protokolunda əksini tapmayan sübutlara istinad edə bilməz. Təqsirləndirilən şəxsin, şahidlərin, zərər çəkmiş şəxsin, məhkəməyədək icraat zamanı verdikləri ifadələrə o vaxt istinad etmək olar ki, onlar CPM-in 327, 329 və 330.1-ci maddələrinə uyğun olaraq məhkəmə iclasında elan edilməklə yanaşı, başqa sübutlarla müqayisə edilmiş olsun. Göründüyü kimi, qanunvericiliyin normalarının, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin bir sıra məsələlər üzrə verdiyi şərhlərinin və Ali Məhkəmənin Plenumunun izahlarının ədalət mühakiməsinin həyata keçirilməsi zamanı məhkəmələrin üzərinə qoyduqları əsas vəzifə ondan ibarətdir ki, əvvəla həqiqətin müəyyən edilməsi üçün məhkəmələr məhkəmə iclaslarında mümkün olan bütün sübutları araşdırmalı, onlara qanuna müvafiq qaydada qiymət verməli, onları müqayisə etməklə bir sübutun digərindən üstün olmasını şərh etməli, ittiham və ya bəraət hökmünün çıxarılması zamanı yalnız məhkəmə iclaslarında araşdırılmış və kifayət edən sübutlara əsaslanmalı və yalnız bundan sonra əməlin tövsifi, cəza tədbirinin seçilməsi və hökmə aid olan digər tələblər üzrə maddi və prosessual hüquq normalarının tətbiqi məsələlərini həll etməlidirlər. Bu vəzifənin yerinə yetirilməməsi və ya natamam yerinə yetirilməsi nəticəsində məhkəmənin iş üzrə çıxardığı yekun məhkəmə aktı əsaslı və qanuni hesab edilə bilməz. Məhkəmə kollegiyası qanunvericiliyin yuxarıda göstərilən tələblərinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsaslanaraq məhkum Məhkum barəsindəki Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının # ###### 2025-ci il tarixli qərarının qeyri-obyektiv, əsassız və qanunsuz sayılması haqda dövlət ittihamçısı E.Ə.Hüseynovun kassasiya protestində və qanuni nümayəndə Qanuni nümayəndə kassasiya şikayətində istinad etdikləri dəlillərinin və həmin qərarın ləğv edilməsi haqqında onların tələbinin əsaslılığını yoxlayarkən işin faktiki hallarının kassasiya müraciətlərində əksini tapmış təsvirini deyil, iş apellyasiya instansiya məhkəməsi tərəfindən müəyyən olunmuş faktiki halları rəhbər tutacaqdır. Həmçinin məhkəmə kollegiyası göstərilən kassasiya müraciətlərinin dəlillərinə inandırıcı və əsaslandırılmış cavabların verilməsi üçün cinayət işinin materiallarına, həmin iş üzrə toplanmış və məhkəmə iclaslarında araşdırılmış bir sıra sübutlara, Məhkum qarşı irəli sürülmüş ittihama müraciət etməyi, habelə cinayət qanunu normalarına aşağıda göstərilən qaydada şərh verməyi zəruri bilir. Bununla bağlı məhkəmə kollegiyası əvvəla qeyd edir ki, ibtidai araşdırma orqanının və birinci instansiya məhkəməsinin gəldikləri nəticəyə görə, Məhkum qarşı CM-in 150.3.3cü maddəsi ilə ittiham irəli sürülərək o, ## ##### 2025-ci il tarixli hökmlə təqsirli bilinib məhkum edilmişdir ona görə ki, sonuncu ## ####### 2023-cü il tarixdə saat 12:30 radələrində dərzi köməkçisi işlədiyi Masallı şəhəri, H.Əliyev prospektində yerləşən “X moda evi” dərzi sexində olarkən # ###### 2014-cü il təvəllüdlü Zərərçəkmiş şəxs ilə tək qalmasından istifadə edərək dərzi sexinin içərisində paltar dəyişmək üçün istifadə olunan digər otağa gedərək öz əynində olan şalvarının ön hissəsindəki zəncirbəndi açmaqla gərginləşmiş cinsiyyət orqanını çıxararaq Zərərçəkmiş şəxs həmin otağa anasına məxsus şalvarı seçmək bəhanəsi ilə aldadıb çağırmış, sonra sol əli ilə Zərərçəkmiş şəxs sağ bilək nahiyəsindən tutub zor tətbiq etməklə onu özünə tərəf sıxıb cinsi ehtirasını pozğun formada təmin etmək niyyəti ilə sonuncunu qucaqlayaraq on dörd yaşına çatmayan Zərərçəkmiş şəxs köməksiz vəziyyətindən istifadə edərək zor tətbiq edib, zərər çəkmiş şəxsə sağ saidin aşağı 1/3-nin ön hissəsinə qançırla nəticələnən xəsarət yetirməklə Zərərçəkmiş şəxs qarşı seksual xarakterli digər zorakılıq hərəkətləri etmişdir. Məhkum olunmuş şəxsə qarşı bu məzmundan irəli sürülmüş və hökmlə ilə təqsirli bilindiyi ittihamdan göründüyü kimi, Məhkum ilk növbədə dərzi sexində azyaşlı Zərərçəkmiş şəxs ilə təklikdə qalmasından istifadə edərək əynindəki şalvarının ön hissəsindəki zəncirbəndi açmaqla cinsiyyət orqanını çölə çıxarıb onu gərginləşmiş vəziyyətə gətirmiş, bunu olduğu otağa onun tərəfindən çağırılmış Zərərçəkmiş şəxs da nümayiş etdirmiş və yalnız bundan sonra sonuncunu qolundan tutub özünə tərəf çəkərək və ona sağ said hissədə qançır, yəni dərəcəsi təyin edilməyən xəsarət yetirərək onu qucaqlamış, lakin zərər çəkmiş şəxs ona qarşı müqavimət göstərib Məhkum əlindən çıxaraq dərzi sexini tərk etmişdir. Təsvir edilən ittihamda Məhkum bu hərəkətləri təsvir edilərək onun azyaşlı Zərərçəkmiş şəxs qarşı seksual xarakterli digər zorakı hərəkətlər etməsi göstərilsə də, məhkəmə kollegiyası ona diqqət yetirir ki, məhkum olunmuş şəxsin etdiyi hərəkətlərin mahiyyətcə CM-in 150-ci maddəsinin obyektiv cəhətini təşkil edən hansı seksual xarakterli zorakı hərəkətlər etməsi həmin ittihamda əksini tapmamış və Məhkum əxlaqsız hərəkəti ilə yanaşı, həmçinin hər hansı seksual xarakterli digər hərəkətlər etməsi müəyyən edilməmişdir. Halbuki, CM-in 150.1-ci maddəsinə əsasən, şəxsin zərər çəkmiş şəxsə qarşı və ya başqa şəxslərə zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə və ya zərər çəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə uşaqbazlıq və ya seksual xarakteri digər zorakılıq hərəkətləri etməsi həmin şəxsin bu maddə ilə, eyni əməllərin təqsirkar üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində törətməsi isə - onun CM-in 150.3.3-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə səbəb olur. Qanunun bu normalarının mənasına görə, CM-in 150.1-ci maddəsində nəzərdə tutulmuş “seksual xarakterli hərəkətlər” dedikdə uşaqbazlıqla yanaşı, həmçinin təqsirkarın öz cinsi ehtirasını təmin etmək məqsədilə etdiyi digər hərəkətlər də, məsələn, lesbiyanlıq, onanizm, cinsi orqanların və çılpaq bədənlərin təmasda olması və sair bu kimi hərəkətlər başa düşülür, sonuncunun cinayət məsuliyyətinin yaranması üçün belə hərəkətlərin zor tətbiq edilməklə və ya zor tətbiq etmə hədəsi ilə törədilməsinin, belə zorun və ya zor tətbiq hədəsinin isə seksual xarakterli bu və ya digər hərəkətin edilməsində əvvəl, yaxud da həmin hərəkətin edilməsi zamanı tətbiq olunmasının müəyyən edilməsi tələb olunur. Yəni iş üzrə toplanmış sübutlarla zorun tətbiq etmə və ya zor tətbiq etmə hədəsi kimi əməllərin təqsirkar tərəfindən seksual xarakterli hərəkətin edilənədək və ya bu hərəkətlərin edilməsi mərhələsində törədilməsi müəyyən olunmalıdır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, şəxsin öz cinsi ehtirasını ödəmək məqsədilə hər hansı seksual xarakterli hərəkətlər törətdikdən sonra, yəni öz cinsi ehtirasını təmin etdikdən sonra onun zərər çəkmiş şəxsə qarşı zor tətbiq etməsi və ya belə zoru tətbiq edəcəyi hədəsinin söyləməsi həmin şəxsin CM-in 150.1-ci və ya 150.3.3-cü maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə o halda səbəb olur ki, onun tərəfindən seksual xarakterli əməllər zərər çəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə edilməklə törədilmiş olsun. Istər bu halda, istərsə də zorun tətbiq edilməsi ilə bağlı hallarda isə şəxsin zərər çəkmiş şəxsə qarşı öz cinsi ehtirasını həm CM-in 150.1-ci maddəsində göstərilən (uşaqbazlıq), həm də göstərilməyən, lakin mahiyyətinə görə cinsi ehtirasın təmin edilməsinə yönəlmiş yuxarıda sadalanan hərəkətlərin edilməsi toplanmış və araşdırılmış sübutlarla öz təsdiqini tapmalıdır. Bu qənaətə gələrkən məhkəmə kollegiyası onu da nəzərə almağı vacib sayır ki, şəxsə qarşı CM-in 150.1 və ya 150.3.3-cü maddəsi ilə ittihamın irəli sürülməsi üçün onun tərəfindən seksual xarakterli zorakılıq hərəkətlərin başa çatdırılmasının sübuta yetirilməsi tələb olunur, çünki həmin maddələrdə nəzərdə tutulmuş cinayətlər formal tərkibli cinayətlərdir və bu maddələrin dispozisiyalarında göstərilən hərəkətlərin edildiyi andan başa çatmış sayılır. Şərh edilənlərdən belə nəticə hasil olur ki, şəxsin təqsirkar üçün aşkar surətdə on dördə yaşına çatmayan şəxsə qarşı heç bir zor tətbiq etmədən seksual xarakterli hərəkətlərə aid edilməyən digər - məsələn, öpmə, qucaqlama, cinsi orqanını nümayiş etdirmə, zərər çəkmiş şəxsin gözü qarşısında başqa şəxslə cinsi əlaqədə olmasını və ya digər seksual xarakterli hərəkətlər etməsini müşahidə etməyə cəlb etmə, zərər çəkmişin cinsi orqanlarına toxunma və s. ( fiziki forma), sonuncuya pornoqrafik filmlər və ya fotoşəkillər nümayiş etdirmə, ona pornoqrafik məzmunda ədəbiyyat vermə və s (intellektual forma) hərəkətlər etməsi CM-in 153.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkibini yaradır və belə əməllər törədilərkən təqsirkar şəxsin öz cinsi ehtirasını ödəməsi ilə yanaşı, zərər çəkmişdə də cinsi hisslərin yaranmasına yönəlir, bu formal tərkibli cinayət isə əxlaqsız hərəkətlərin başlandığı andan başa çatmış sayılır. Təsvir edilən normanın mənasına görə, şəxs həmin maddədə nəzərdə tutulmuş əxlaqsız hərəkətləri etdikdən sonra zor tətbiq etmədən on dörd yaşına çatmamış zərər çəkmişin razılığı ilə ona qarşı seksual xarakterli hərəkətlər etdiyi halda da onun əməli CMin 153.2-ci maddəsi ilə, başa çatmış seksual xarakterli hərəkətləri zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə etdikdə isə belə əməl CM-in 150.3.3-cü maddəsi ilə tövsif edilməli, bunun üçün də zorun tətbiq edilməsi və ya zor tətbiq etmə hədəsinin söylənilməsi kimi əməllərin seksual xarakterli hərəkətlərin edilməsindən əvvəl törədilməsi, həmçinin seksual xarakterli hərəkətlərin (CM-in 150.1-ci maddəsində göstərilən) real olaraq edilməsi və başa çatdırılması müəyyən edilməlidir. Eyni zamanda şəxs zərər çəkmiş şəxsə qarşı əxlaqsız hərəkətlər etdikdən sonra onu zorladıqda (CM-in 149-cu maddəsi), təqsirkarın əməli həmin maddədə göstərilən tövsifedici əlamətlərdən asılı olaraq CM-in 149.1, və ya 149.2, yaxud da 149.3-cü maddəsi ilə tövsif edilməlidir. Bununla yanaşı məhkəmə kollegiyası cinayət qanununun təsvir edilən normalarının tələblərindən və mənasından çıxış edərək həmçinin belə nəticəyə gəlir, şəxs əxlaqsız hərəkətlər etdikdən sonra seksual xarakterli hərəkətlər də etmək məqsədilə zərər çəkmişə qarşı zor və ya zor hədəsi tətbiq etdikdə, lakin ona hər hansı şəkildə müqavimət göstərildiyinə görə öz məqsədinə nail ola bilmədikdə CM-in 29-cu maddəsinə istinad edilməklə ona qarşı CM-in 149 və ya 150-ci maddəsində nəzərdə tutulmuş cinayətləri törətməyə cəhd etməsinə görə də ittiham irəli sürülə bilər, lakin bu halda onun zorlama əməlini törətmək və ya seksual xarakterli konkret hərəkət etmək məqsədini izləməsi sübuta yetirilməli, bu hallar toplanmış və araşdırılmış sübutlarla mötəbər şəkildə təsdiq olunmadıqda, habelə belə halların sübuta yetirilməsində şübhələr yarandıqda bu şübhələr də təqsirsizlik prezumpsiyasına uyğun olaraq təqsirkarın xeyrinə həll olunmaqla onun yalnız əxlaqsız hərəkətlər etməsinə görə, yəni CM-in 152-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətdiyinə görə cinayət məsuliyyətinə cəlb edilməsi məsələsi həll olunmalıdır. Işə mahiyyəti üzrə məhkəmələrdə baxılarkən Məhkum özünü ona qarşı CM-in 150.3.3-cü maddəsi ilə irəli sürülmüş ittiham üzrə cinayət əməlini törətməkdə təqsirli bilməyərək azyaşlı Zərərçəkmiş şəxs qarşı heç bir əxlaqsız və ya seksual xarakterli zorakılıq hərəkətləri etməməsini bildirsə də, istər kassasiya protestində və kassasiya şikayətində istinad olunan, istərsə də apellyasiya instansiyası məhkəməsinin digər sübutlarla təsdiq olunması hissəsində əsas sübut növü kimi qəbul etdiyi məhkum olunmuş şəxsin ibtidai araşdırma zamanı verdiyi ifadələrindən görünür ki, ## ####### 2023-cü il tarixdə saat 12 radələrində azyaşlı Zərərçəkmiş şəxs anasının rənglənməsi üçün verdiyi şalvarı götürmək üçün onun dərzinin köməkçisi kimi işlədiyi “X moda evinə” gəlmiş və onlar həmin sexdə təklikdə qaldıqda, o, sonuncu ilə cinsi əlaqəyə girmək fikrinə düşərək (hansı şəkildə bunu etmək məqsədini daşıması istər təsvir olunan ifadələrdə, istərsə də Məhkum elan olunmuş ittihamda göstərilməmişdir – m.k.) bunun üçün paltar dəyişmə və digər əşyalarının saxlanılması üçün nəzərdə tutulmuş otağa keçmiş və orada əynində olan şalvarının zəngirbəndini açaraq cinsi orqanın çölə çıxarıb gərginləşdirmiş, bundan sonra həmin otaqda asılmış iki ədəd şalvarı götürüb Əsmanı da oraya çağıraraq əllərində tutduğu şalvarlardan hansının onun anasına məxsus olmasını soruşmuşdur. Zərərçəkmiş şəxs isə onun hərəkətinə heç bir reaksiya vermədən onun, yəni Məhkum sol əlində saxladığı şalvarın anasına məxsus olmasını bildirdikdən sonra o, əlində saxladığı şalvarları asılqandan asıb Əsmanın əlindən tutaraq özünə tərəf çəkərək onu qucaqlamış, lakin sonuncu “hıq” deyərək onun əlindən çıxıb qaçaraq sexi tərk etmişdir. Bundan sonra o, başqa heç bir hərəkət etməyərək şalvarının zəngirbəndini bağlayıb öz yerinə keçmiş və orada işini davam etdirmişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs birinci instansiya məhkəməsinin məhkəmə iclasında göstərmişdir ki, onların evləri Masallı şəhərində Heydər Əliyev prospektindəki “X moda evi” dərzi sexinin yaxınlığında yerləşir. O, bir neçə dəfə həmin sexdə olmuş, ## ####### 2023-cü il tarixdə saat 12 radələrində məktəbdən çıxıb yaşadığı evə gəlmiş, həmin vaxt anası Səbinə və böyük bacısı evdə olmuşlar. Anası ona bir neçə gün əvvəl boyamaq üçün dərzi sexinə verdiyi şalvarını gedib oradan götürməyi tapşırdığından, o, həmin sexə getmiş və oraya daxil olub adını sonradan bildiyi Məhkum tikiş maşının arxasındakı stulda əyləşdiyini və həmin vaxt bir nəfər tanımadığı şəxsin Imranla söhbət etdiyini görmüşdür. Həmin şəxs sexi tərk edib getdikdən sonra o, Məhkum anasının boyama üçün verdiyi şalvarını götürməyə gəldiyini bildirmiş, sonuncu da stuldan qalxıb dərzi sexinin arxa otağına keçmiş, o, isə daxil olduğu otaqda qalıb onu gözləməyə başlamışdır. Bundan təxminən bir dəqiqə sonra Məhkum arxa otaqdan ona “qızım, buraya gəl” deyərək onu yanına çağırmış, o, da arxa otağa tərəf gedərək oradan içəriyə baxdıqdan Məhkum əynində olan şalvarının və alt paltarının bir qədər aşağı çəkilmiş vəziyyətdə olduğunu, onun cinsiyyət orqanının göründüyünü, sağ və sol əllərində isə iki ədəd şalvar tutduğunu görmüşdür. O, Imranın hansı səbəbdən belə etdiyini başa düşməyib bir qədər geriyə çəkilmiş, Imran isə əllərində olan şalvarlardan hansının onun anasına məxsus olduğunu soruşaraq ona yaxınlaşmasını demişdir. O, şalvarlara dəqiq baxmaq üçün qapıdan arxa otağa daxil olub Imrana yaxınlaşmış və ona sağ əlində tutduğu şalvarın anasına məxsus olmasını bildirmiş, bu zaman Imran əlindəki şalvarları divarda olan asılqana asıb sağ əli ilə cəld şəkildə onun sağ qolunun bilək nahiyəsindən tutaraq və “buraya gəl qızım” deyərək onu özünə tərəf çəkmişdir. O, Imranın nə etmək istədiyini başa düşüb qışqıraraq onu buraxmasını tələb etmiş və elə həmin anda onun əlindən çıxmaq üçün əlini dartaraq uzaqlaşmağa çalışmış və buna nail olub həyəcanlı şəkildə qaçaraq dükandan çıxıb yaşadığı evə getmişdir. Orada o, ağlayaraq anasına baş verənlər barədə danışmış, anası da bu haqda DIN-in “102” zəng xidmətinə zəng edib məlumat vermiş, bundan sonra onlar birlikdə dərzi sexinə getmiş, sexin qarşısında olan, sonradan tanıdığı Şahid1 adında şəxs onun ağladığını görüb onlara yaxınlaşaraq bunun səbəbini soruşduqda anası sonuncuya da baş vermiş hadisə barədə məlumat vermişdir. Şahid1 isə dərzi sexinə daxil olaraq Məhkum etdiyi hərəkətlərə görə danlamış, bundan bir qədər sonra isə hadisə yerinə polis əməkdaşları gələrək onları hadisə yerinə aparmışlar. Əvvəla məhkəmə kollegiyası zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs bu ifadələrinə nəzər yetirərək qeyd etməyi lazım bilir ki, Məhkum qarşı irəli sürülmüş ittihamda onun hadisə zamanı Zərərçəkmiş şəxs qucaqlaması halı da əks olunsa da, sonuncu həm birinci instansiya məhkəməsinin məhkəmə iclasında və ibtidai araşdırma zamanı qanuni nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə videoçəkiliş aparılmaqla dindirilərkən bu halın baş verməsini təkzib etmiş və həmin halın olması məhkəməyədək icraat zamanı keçirilmiş, Məhkum və Zərərçəkmiş şəxs paltarlarında lifli mikrohissəciklərin aşkar edilməməsinə, yəni həmin paltarların təmasda olmamasına dair məhkəmə-kriminalistik ekspertizasının rəyi ilə də təsdiq edilmişdir. Buna görə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq Məhkum Zərərçəkmiş şəxs qucaqlaması halına şübhə ilə yanaşmış və bu hərəkəti etməsinə görə də hissəni ona qarşı irəli sürülmüş ittihamda əsassız olaraq göstərilməsini hesab edərək eyni zamanda məhkum olunmuş şəxsin on dörd yaşına çatmış Zərərçəkmiş şəxs qarşı zor tətbiq etmədən yalnız əxlaqsız hərəkətlər etməsi barədə nəticəyə gəlmişdir. Digər tərəfdən, istər Zərərçəkmiş şəxs, istərsə də ondan alınmış məlumatlar əsasında ifadələr vermiş onun qanuni nümayəndəsi Qanuni nümayəndə və şahid şahid1 cinayət təqibinin bütün mərhələlərində göstərdiklərindən təkzib edilməz şəkildə müəyyən edilir ki, Məhkum hadisə vaxtı Zərərçəkmiş şəxs qarşı əxlaqsız hesab edilən hərəkətlərdən başqa digər, o cümlədən öz cinsi ehtirasını təmin etmək məqsədilə seksual xarakterli hərəkətlərə aid edilə bilən hərəkət etməmiş, onun qolundan tutub özünə tərəf çəkərək bunun nəticəsində ona dərəcəsi təyin olunmayan xəsarəti isə əxlaqsız hərəkətləri etdikdən sonra yetirmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə, bu hal da Məhkum yalnız CM-in 153.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsinə dəlalət edir, buna görə də kassasiya müraciətlərinin dəlillərinin əksinə olaraq bütün sübutları qanunvericilikdə nəzərdə tutulmuş qaydada tədqiq edən, həmin sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirən apellyasiya instansiyası məhkəməsi onun törətdiyi əməllərin məhz həmin maddə ilə tövsif edilməsi barədə qanuni və əsaslı, yəni ehtimallar və mülahizələr üzərində qurulmamış mötəbər nəticəyə gəlmiş, sonuncunun əməlinin hüquqi tövsifində səhvə, nəticə etibarı ilə isə - CPM-in 416.1.2 və 416.1.15-ci maddələrində nəzərdə tutulmuş pozuntulara yol verməmiş, digər tərəfdən isə gəldiyi nəticəni kifayət qədər inandırıcı şəkildə əsaslandırmışdır. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi işə baxılması zamanı natamamlığa, qeyri-obyektivliyə, cinayət prosesi iştirakçılarının hüquqlarının pozulmasına da yol verməmiş, məhkəmə iclasları ağlabatan müddətlərdə cinayət mühakimə icraatının prinsiplərinə uyğun olaraq keçirilmiş və bu zaman bütün proses iştirakçılarının, o cümlədən kassasiya müraciətlərinin müəlliflərinin qanunvericilikdə nəzərdə tutulmuş bütün hüquqları təmin edilmişdir. Belə olan halda məhkəmə kollegiyası dövlət ittihamçısı E.Ə.Hüseynovun kassasiya protestinin və qanuni nümayəndə Qanuni nümayəndə kassasiya şikayətinin dəlillərini qəbul edilməz sayır və həmin müraciətlərin təmin edilməsi üçün əsaslar görməyərək bunu mümkün bilmir. Beləliklə, məhkəmə kollegiyası cinayət işinin materiallarını yuxarıda təsvir olunan qaydada təhlil edib kassasiya protestinin və kassasiya şikayətinin dəlillərini bir daha nəzərdən keçirərək və həmin müraciətlərin təmin edilməsi haqda dövlət ittihamçısı H.B.Imranovun və zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs qanuni nümayəndəsi Qanuni nümayəndə çıxışlarını dinləyərək hesab edir ki, dövlət ittihamçısı E.Ə.Hüseynovun kassasiya protesti və qanuni nümayəndə Qanuni nümayəndə kassasiya şikayəti təmin edilməməli, Məhkum CM-in 153.2-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının # ###### 2025ci il tarixli qərarı isə baxılmış kassasiya müraciətlərinə münasibətdə dəyişiklik edilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA A L D İ: Dövlət ittihamçısı E.Ə.Hüseynovun kassasiya protesti və zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs qanuni nümayəndə Qanuni nümayəndə kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 153.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının # ###### 2025-ci il tarixli qərarı baxılmış kassasiya müraciətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(1-8)-272/2026
Ali Məhkəmə Qərar — İş №1(1-8)-272/2026
16.06.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver