Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(1-8)-273/2026 07.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası QƏRARİ Hakimlər: Qılıcov İlqar Səyyad oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Cəfərov Vidadi Cəfər oğlundan ibarət tərkibdə; Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, R X2, Məhkum –Məhkum iştirakları ilə, Abşeron Rayon Məhkəməsinin ## ##### 2025-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 127.2.3, 177.2.1, 177.2.2, 221.2.1-ci maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində olan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının ## ###### 2025-ci il tarixli qərarından məhkum Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: Abşeron Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ## ##### 2025-ci il tarixli hökmü ilə (hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi ilə), ## #### 1994-cü ildə Şamaxı rayonu Həmyəli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunan və məhkumluğu ödənilməyən, işləməyən, Şamaxı rayonu, Həmyəli kəndində qeydiyyatda olan, Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsi, nömrəsiz evdə yaşayan, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında cəza çəkən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinmiş və 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə növündə cəza təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinmiş və 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə növündə cəza təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2-ci maddələrində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinmiş və ona 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə növündə cəza təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, tutulduğu 02 gün, həbsdə və ev dustaqlığında olduğu cəmi 01 il 06 ay 13 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən nəzərə alınmaqla ona təyin olunmuş cəzadan çıxılmış və üzərində qəti olaraq 03 (üç) il 05 (beş) ay 17 (on yeddi) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Məhkum cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmənin əvvəlinin hökm çıxarıldığı ## ##### 2025-ci il tarixdən hesablanması hökm edilmişdir. Hökmdən təqsirləndirilən şəxs Məhkum tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə baxan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakim Muxtarov Kamran Nüsrət oğlunun sədrliyi və məruzəçiliyi ilə, hakimlər X7 və X4 ibarət tərkibdə) *(***)-***/**** nömrəli, ## ###### 2025-ci il tarixli qərarı ilə məhkum edilmiş şəxs Məhkum tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Abşeron Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ## ##### 2025-ci il tarixli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının ## ###### 2025-ci il tarixli qərarından məhkum Məhkum tərəfindən kassasiya şikayəti verilmişdir. Həmin qərardan kassasiya protesti və kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktları çıxarılmışdır. İşin halları: Məhkəmə hökmünə əsasən Məhkum zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olan xuliqanlıq niyyəti ilə qəsdən zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurmuş və bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər etmiş, eləcə də qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən özgənin əmlakını gizli olaraq talamışdır. Belə ki, Məhkum tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədilə tanışları Təqsirləndirilən şəxs və X5 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək ## ### 2023-cü il tarixdə saat 15 radələrində Şamaxı rayonu Göylər kəndi ərazisində yol kənarında dağlıq ərazidə zərərçəkmiş şəxs5 məxsus dəyəri 1500 (min beş yüz) manat olan bir baş iri buynuzlu mal-qaranı istifadəsində olan “KHAZAR LX” markalı **-PV-*** qeydiyyat nişanlı avtomobilə yükləyib apararaq gizli yolla talayıb zərərçəkmiş şəxsə 1500 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Məhkum təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli yolla talama məqsədi ilə tanışları Təqsirləndirilən şəxs və X5 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək ## #### 2023-cü il tarixdə saat 15 radələrində Şamaxı rayonu, Birinci Çaylı kəndi ərazisində yol kənarında dağlıq ərazidə zərərçəkmiş şəxs2 məxsus dəyəri 1300 manat olan bir baş iri buynuzlu mal-qaranı istifadəsində olan “KHAZAR LX” markalı 99-PV537 qeydiyyat nişanlı avtomobilə yükləyib apararaq gizli yolla talayıb zərərçəkmiş şəxsə 1300 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Məhkum təkrarən tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədilə tanışları X5 və Təqsirləndirilən şəxs ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək ## #### 2023-cü il tarixdə saat 14 radələrində Qobustan rayonu, Cəngi kəndində yerləşən örüş sahəsindən zərərçəkmiş şəxs1 məxsus dəyəri 2000 manat olan bir baş iri buynuzlu mal-qaranı gizli yolla talayaraq zərərçəkmiş şəxsə 2000 manat məbləğində maddi maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Məhkum Təqsirləndirilən şəxs, X6, X3 və şəxsiyyəti istintaqa məlum olmayan “Malış” ləqəbli şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək ## ###### 2023-cü il tarixdə gecə saat 02 radələrində Bakı şəhəri, Binəqədi rayonu, DSK 4 ünvanında yerləşən “X1” avtodayanacağında və ## ###### 2023-cü il tarixdə saat 04 radələrində ictimai yer hesab edilən Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi, M.İbrahimov küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evinin qarşısında İmanov Rəşad Sədi oğlunun narkotik vasitələrin alqı-satqısı ilə məşğul olması ehtimalını bəhanə gətirərək xuliqanlıq niyyəti ilə əsaslı səbəb olmadan ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, öz davranışı ilə ictimai qaydalara qarşı açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoyub onlara münasibətdə laqeydliyini ifadə etməklə, birgə yaşayış qaydalarını və əxlaq normalarını kobud surətdə pozaraq, Rəşad İmanovun üzərində zor tətbiq edərək sonuncunu yumruq və təpik zərbələri ilə vuraraq ona başın tüklü hissəsində sağ məməvari çıxıntı nahiyəsinin, alın nahiyəsinin sağ yarısının qançırı, sağ gözətrafı yumşaq toxumaların hematoması və bu fonda sıyrığı, sağ gözün ağlı qişasına total qansızma, sağ göz yuvasının alt divarının çökmüş sınığı, sol gözaltı nahiyənin qançırı, burunun sol yan çəpərinin sıyrığı, və Haymor boşluğunun ön divarının sınığı kimi həm ayrılıqda, eləcə də ümumilikdə sağlamlığın sağlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞIR zərərvurmaya, üst dodağın şişkinliyi fonunda selikli qişasının ətrafı qansızma ilə əhatə olunmuş əzilmiş yarası, selikli qişasının dodaq nahiyəsi ilə sərhəddi proyeksiyasının sıyrığı kimi ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aid və boyunun sol yan səthinin orta-aşağı 1/3-nin, döş qəfəsinin ön səthinin sol yuxarı yarısının, arxa səthində İ-II döş fəqərələri proyeksiyası qançırları, sağ kürəküstü naiyənin sıyrığı, sol bazu oynağının ön, sağ bazunun yuxarı yuxarı 1/3-nin bayır, sağ dirsək oynağının arxa səthlərinin qançırları kimi həm ayrılıqda, eləcə də ümumilikdə sağlamlığa zərərvurmayan xəsarətlər yetirməklə qərəzli xuliqanlıq etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum Məhkum kassasiya şikayətində göstərmişdir ki, məhkəmələr cinayət işini qanun pozuntuları ilə aparmış, eləcə də ibtidai istintaq zamanı ona verilmiş ittihamları müstəntiqin öz mülahizəsinə əsaslandırdığını, həmçinin bu cinayət işi ilə bağlı günahkarların nədənsə məsuliyyətdən kənarda qaldığını bildirmişdir. Bundan başqa, o, özünü Cinayət Məcəlləsinin 127.2.3 və 221.2.1-ci maddələri ilə təqsirli bilmir. Hətta çıxarılmış hökm və qərarda da zərərçəkmiş şəxslərin ifadələri ilə məhkumun bu maddələr ilə ittihamının yalan və əsassız olduğu sübuta yetirilir. Belə ki, zərərçəkmiş şəxslər ifadələrində göstərmişlər ki, onlar məhkumu taksi sürücüsü kimi tanıyırlar və onlarla dava edən Məhkum yox, istintaqa cəlb olunmayan digər şəxslər olmuşlar. Yuxarıda göstərilənlərə və cinayət-prosessual qanunvericiliyə uyğun olaraq Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının ## ###### 2025-ci il tarixli qərarının dəyişdirilməsini və ona CM-nin 127.2.3, 221.2.1-ci maddələri üzrə verilmiş ittihamın üzərindən götürlüməyini və cəzasının azaldılmasını, həmçinin zərərçəkmiş şəxslərin verdiyi ifadələri nəzərə alınaraq, CM-nin 177.2.1, 177.2.3-cü maddələr üzrə zərərçəkmiş şəxslərlə barışıq əldə edilməsinin nəzərə alınmasının xahiş etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkum Məhkum işə baxan məhkəmələr tərəfindən ona cəza təyin edilərkən iş üzrə cəzanı yüngülləşdirən halların kifayət qədər nəzərə alınmamasını, ona ağır cəza təyin edilməsini vurğulayaraq, cəzasının yüngülləşdirilməsi barədə və zərərçəkmiş şəxslərlə barışığının nəzərə alınaraq ədalətli cəza təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Odur ki, məhkəmə kollegiyası məhkumun kassasiya şikayətini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciətləri kimi görür və bu müraciətlərlə əlaqədar Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının ## ###### 2025-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, məhkum Məhkum Cinayət Məcəlləsinin təqsirli bilindiyi maddələrin sanksiyası çərçivəsində təyin olunmuş və kassasiya şikayətində mübahisələndirilən cəzaya dair araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, cinayət işinin materiallarından və məhkəmə aktlarından görünür ki, işə baxan məhkəmələr işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutları Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrində göstərilən qaydada tədqiq etmiş, qiymətləndirmiş, sübutların hansına üstünlük verilməsi məhkəmə hökmündə göstərilmişdir. (məhkəmələr məhkumun təqsirli olub-olmaması məsələsini həll edərkən iş üzrə təqsirkar şəxsin öz ifadələrinə, bir-birinə uyğun olan şahid ifadələrinə və digər sübutlara əsaslanmışlar). Məhkəmə kollegiyası qeyd edir ki, işə baxan məhkəmələr tərəfindən “İnsan Hüquqlarının və Əsas Azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin tələblərinə riayət edilmiş, iş üzrə açıq və ədalətli məhkəmə araşdırması aparılmış, sübutlara onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə düzgün qiymət verilmiş, məhkumun təqsirinin sübuta yetirilməsində qanunsuz yolla əldə edilmiş sübutlardan istifadə edilməmiş, iş üzrə mötəbər sübutların məcmusu ilə məhkum Məhkum təqsirliliyi sübuta yetirilmişdir. Məhkəmə kollegiyası işə baxan məhkəmələrin məhkum Məhkum təyin etdiyi cəzanın növü və həddi ilə əsaslı və ədalətli olduğundan razılaşır və aşağıdakıları qeyd etməyi lazım bilir: Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 2003-cü il ## #### tarixli * saylı qərarı). Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. Törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini qiymətləndirərkən məhkəmə konkret cinayət əməlinin törədilmə vəziyyətini tam, hərtərəfli və obyektiv araşdırmalı, bu zaman təqsirin forması, motiv, üsul, cinayətin törədilmə şəraiti və mərhələsi, ağır nəticəyə səbəb olması, cinayətin iştirakçılarından hər birinin iştirakının dərəcəsi və xarakteri və s. kompleks halda qiymətləndirilməlidir. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 2003-cü il ## #### tarixli * saylı qərarı). Məhkəmə kollegiyası qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinin tələbinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o, cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CPM-in 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 349.5.1-ci maddəsinə görə isə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda məhkəmənin hökmü əsaslı hesab edilir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin 7-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Həmin Məcəllənin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. İş materiallarından göründüyü kimi apellyasiya instansiyası məhkəməsi tərəfindən məhkəmə baxışı zamanı iş üzrə əhəmiyyət kəsb edən bütün sübutların mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi yoxlanılmış, həmçinin şahid və təqsirləndirilən şəxsin ifadələri tam, hərtərəfli və obyektiv yəni CPM-in 144-146-cı maddələrinə əməl olunmaqla araşdırılmış və qiymət verilmişdir. Məhkəmə kollegiyası məhkumun zərərçəkmiş şəxslərlə barışıq əldə etməsinin nəzərə alınması barədə kassasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, məhkumun cinayət nəticəsində zərərçəkmiş şəxslərlə barışması və onlara vurulmuş ziyanın aradan qaldırılması apellyasiya məhkəməsi tərəfindən araşdırılmış, həmin hallar məhkəmə qərarında öz əksini tapmışdır. Apellyasiya məhkəməsi göstərilən hallara hüquqi qiymət verərək, onların iş üzrə toplanmış sübutların məcmusu, törədilmiş əməlin xarakteri və ictimai təhlükəlilik dərəcəsi fonunda hökmün dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsas yaratmadığı qənaətinə gəlmişdir. Bu baxımdan, apellyasiya məhkəməsinin birinci instansiya məhkəməsinin hökmünü qüvvədə saxlaması işin faktiki halları və cinayət-prosessual qanunvericiliyinin tələbləri ilə uzlaşan, əsaslandırılmış və qanuni nəticə kimi qiymətləndirilir. Odur ki, məhkumun kassasiya şikayətinin dəlillərinin də heç bir əsası yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi məhkum edilmiş şəxs Məhkum cəza təyin edərkən törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, yüngülləşdirən halları, o cümlədən təqsirini qismən etiraf etməsini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almış, cəza təyin etmənin ümumi prinsiplərinə dair Azərbaycan Respublikası CM-nin 8, 41 və 58-ci maddələrinin tələblərinə riayət etməklə Məhkum ittiham olunduğu maddələrin sanksiyası həddində qanuni, əsaslı və ədalətli cəza təyin etmişdir. Apellyasiya instansiya məhkəməsi də tamamilə düzgün olaraq, birinci instansiya məhkəməsinin cəza təyin etmə ilə bağlı gəldiyi nəticə ilə razılaşmışdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında» ## ###### 1999-cu il qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” ## #### 2003-cü il tarixli qərarının 1-ci bəndində göstərilmişdir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CMnin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2021-ci il tarixli ** №-li Qərarının 45-ci bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Bütün bunlar kassasiya şikayətinə baxılması nəticəsində Azərbaycan Respublikası CPMnin 84, 408-412, və 416-cı maddələrində nəzərdə tutulmuş halların müəyyən edilmədiyini, yəni həmin müraciətin təmin edilməsi, mübahisələndirilən qərarın ləğv edilməsi üçün əsasların olmadığını göstərir. Göstərilənlərə əsasən, kassasiya şikayətinin dəlillərini, cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya şikayətinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının ## ###### 2025-ci il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətində irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan təmin olunmamalı, qərarın dəyişdirilmədən saxlanılması məqsədəmüvafiq hesab edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası QƏRARA A L D İ: Məhkum Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3, 177.2.1, 177.2.2 və 221.2.1-ci maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində olan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının *(***)-***/**** saylı, ## ###### 2025-ci il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(1-8)-273/2026
Ali Məhkəmə Qərar — İş №1(1-8)-273/2026
07.05.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver