Məhkəmə qərarları › İş №1(1-8)-274/2026

Ali Məhkəmə Qərar — İş №1(1-8)-274/2026

23.04.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(1-8)-274/2026 23.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov Ilkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Qılıcov Ilqar Səyyad oğlu və Novruzov Ələsgər Əli Iskəndər oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əlisoy Nuray Kəramət qızının, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əhmədov Səfər Əhməd oğlunun iştirakı ilə, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının *(***)-***/**** nömrəli, 19 dekabr 2025-ci il tarixli qərarından zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. Işin halları

1. Məhkum Məhkum ## ###### 1977-ci il tarixdə Goranboy rayonu, Xanqərvənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, işləməyən, məhkumluğu olmayan, x daimi yaşayış qeydiyyatında olmaqla yaşamışdır.

2. 30 yanvar 2025-ci il tarixli ittiham aktına görə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra “Azərbaycan Respublikası CM”) 127.2.3 və 221.1-ci maddələri ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir.

3. 13 fevral 2025-ci il tarixdə Goranboy Rayon Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Məhkum cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və cinayət işi məhkəmə baxışına təyin olunmuşdur.

4. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum 23 oktyabr 2024-cü il tarixdə, saat 07:10-da Goranboy rayonu, Xanqərvənd kəndi ərazisində avtobus dayanacağında dayanmış sərnişinləri daşımaq məqsədilə taksi fəaliyyəti ilə məşğul olduğu “Megan Renault” minik markalı, **-SE-*** dövlət qeydiyyat nişanlı avtomobilinə əyləşdirdiyi zaman bunu görən Goranboy-Xanqərvənd marşrut xətti üzrə hərəkət edən “Merscedes Benz 208 D” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı mikroavtobusun sürücüsü Zərərçəkmiş şəxs həmin sərnişinləri daimi olaraq daşıması, onun isə qanunsuz taksi fəaliyyəti ilə məşğul olaraq sərnişinləri götürməsinə iradını bildirərək, özünə məxsus “Samsung A3” markalı mobil telefonu ilə onu video görüntüyə çəkdiyinə əsəbiləşərək heç bir əsaslı səbəb olmadan Zərərçəkmiş şəxs yaxınlaşıb xuliqanlıq niyyəti ilə yumruqla vuraraq sonuncuya burunun küt travması, qançırı, tənəffüsün davamlı pozulması və burun sümüyünün sınığı ilə nəticələnən xəsarətlər yetirib sağlamlığın uzun müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına az ağır zərər vurduqdan sonra öz qanunsuz hərəkətlərini davam etdirərək səs-küyə həmin yerə toplaşmış və ətrafda olan digər insanlara əhəmiyyət verməyib ətrafda olanlara özünün üstünlüyünü və müstəsna şəxsiyyət olduğunu göstərmək məqsədilə ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq

12. göstərməklə cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər edib, Zərərçəkmiş şəxs uca səslə nalayiq söyüşlərlə söyüb təhqir edərək, əynindəki 90 manat dəyərində gödəkcəsini dartıb cıraraq yararsız hala salmaqla, həmçinin sonuncuya məxsus “Samsung A3” markalı mobil telefonunun ekranını sındırıb 110 manat məbləğində maddi ziyan vurmaqla, habelə həmin ünvana toplaşmış insanların rahatlığını və dincliyini pozmaqla qərəzli xuliqanliq hərəkətləri etmişdir.

5. Goranboy Rayon Məhkəməsinin *(***)-**/**** nömrəli, 01 may 2025-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 127.2.3 və 221.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsi ilə 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına və Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-nin 66.2ci maddəsinə əsasən təyin olunmuş cəzaları tam toplamaqla 04 (dörd) il müddətə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi hökm edilmiş, maddi sübut, məhkəmə məsrəfləri və digər məsələlər həll edilmişdir.

6. Birinci instansiya məhkəməsinin qeyd edilən hökmündən zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs apellyasiya şikayəti verib, hökmün dəyişdirilməsini və təqsirləndirilən şəxs Məhkum barəsində azadlıqdan məhrum etmə ilə bağlı olan daha ağır cəza təyin edilməsini xahiş etmişdir.

7. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının *(***)-***/**** nömrəli, 19 dekabr 2025-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Goranboy Rayon Məhkəməsinin *(***)-**/**** nömrəli, 01 may 2025-ci il tarixli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.

8. Apellyasiya instansiyası məhkəməsinin qərarından zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs kassasiya şikayəti vermişdir.

II. Kassasiya müraciətinin dəlilləri, etirazlar

9. Kassasiya şikayətinin dəlilləri ilə apellyasiya şikayətinin dəlilləri eynidir, zərərçəkmiş şəxs onları təkrarlayaraq, cəza təyin edilərkən törədilmiş cinayətin xarakterinin və ictimai təhlükəlilik dərəcəsinin, təqsirkarın şəxsiyyətinin, o cümlədən cəzanı ağırlaşdıran halların, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirinin nəzərə alınmadığını bildirib, bu əsaslarla Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının *(***)-***/**** nömrəli, 19 dekabr 2025-ci il tarixli qərarının dəyişdirilməsini və Məhkum barəsində təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının yuxarı həddində cəza təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

10. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

III. Hüquqi məsələlər

11. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419-cu maddəsi müəyyən edir. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və Cinayət- Prosessual Məcəllələrinin tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. 13.Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən maddi və prosessual cinayət-hüquqi normaların düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir. 14.Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya instansiyası məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.

15. Kassasiya şikayətində məhkum Məhkum yüngül cəza təyin edildiyi iddia edilir, kassasiya xahişi faktiki olaraq Azərbaycan Respublikası CPM-nin 416.1.21-ci maddəsində məhkəmə qərarının kassasiya qaydasında dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş halla əlaqələndirilmişdir. 16.Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətini Azərbaycan Respublikası CPMnin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətin dəlilləri ilə əlaqəli şəkildə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının *(***)-***/**** nömrəli, 19 dekabr 2025-ci il tarixli qərarını yoxlayıb, araşdırmanın nəticəsi olaraq həmin qərarı qanuni və əsaslı hesab edir. 17.Belə qənaətə gələrkən məhkəmə kollegiyası nəzərə alır ki, “Azərbaycan Respublikasında məhkəmə sisteminin müasirləşdirilməsi və “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin *** saylı, 19 yanvar 2006-cı il tarixli Fərmanının 6-cı bəndi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə, Azərbaycan Respublikasının apellyasiya məhkəmələrinə və Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinə Insan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – “Avropa Məhkəməsi”) presedent hüququnun məhkəmə təcrübəsində nəzərə alınması tövsiyə edilmişdir. 18.Eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə görə, cinayət hüquqpozmalarını nəzərdə tutan beynəlxalq müqavilələr birbaşa tətbiq oluna bilməsə də, hüquq tətbiqedici orqanlar tərəfindən qəbul edilən qərarların və hüquqi mövqelərin əsaslandırılması zamanı Azərbaycan Respublikasının qanunvericilik sisteminin ayrılmaz tərkib hissəsini təşkil edən beynəlxalq müqavilələrə və onun müddəalarına istinad edilməsi yolveriləndir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 63 və 71-ci maddələri baxımından Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 312-1-ci maddəsinin şərh edilməsinə dair” Qərarı, 18 mart 2025-ci il). 19.Istinad edilən tövsiyəyə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə əsaslanaraq məhkəmə kollegiyası qeyd edir ki, Avropa Məhkəməsinin formalaşmış məhkəmə təcrübəsinə görə, “Insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6 maddəsinin 1-ci paraqrafının məqsədlərinin təmin edilməsi baxımından, yuxarı instansiya məhkəmələrinin (xüsusilə, məhkəmə baxışının predmetinı hüquqi məsələlər təşkil etdiyi kassasiya instansiyası məhkəmələri) şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri qəbul edilən hesab oluna bilər o halda ki, şikayətdə fundamental vacib hüquqi məsələ qaldırılmır (Məzahir Cəfərov Azərbaycana qarşı, № *****/**, § 45, 2 aprel 2020-ci il). 20.Məhkəmə kollegiyası kassasiya şikayətində göstərilən dəlilləri nəzərdən keçirərək qeyd edir ki, onlar apellyasiya şikayətində bildirilənlərdən fərqlənmir, kassasiya şikayətinin müəllifi apellyasiya instansiyası məhkəməsinin qərarında gəlinən və hazırda mübahisəsi edilən nəticələri təkzib edə biləcək hər hansı yeni və diqqətəlayiq amilə istinad etmir, eyni zamanda həlli vacib hüquqi əhəmiyyət daşıyan məsələ qaldırmır. Məhkəmə kollegiyası bu halı kassasiya şikayətinin əsassız olduğuna dəlalət edən kimi qəbul edir və nəzərə alır ki, aşağı instansiya məhkəmələrinin qərarlarında kassasiya şikayətində istinad edilən məsələlərə dair artıq müvafiq ətraflı əsaslandırılmış cavablandırma verilmişdir. 21.Apellyasiya instansiyası məhkəməsinin sözügedən məsələlər üzrə gəldiyi nəticə şikayət müəllifinin dəlillərinin obyektiv araşdırmasına, müvafiq maddi və prosessual cinayət-hüquqi normaların düzgün təfsirinə əsaslandığından, kassasiya şikayətində göstərilənlər isə apellyasiya instansiyası məhkəməsinin nəticəsini təkzib etmədiyindən, eyni zamanda mübahisələndirilən qərarda onun ləğv edilməsi və ya dəyişdirilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində sadalanan əsaslardan hər hansı biri müəyyən edilmədiyindən, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin yekun qənaətini şübhə altına almaq üçün əsas görmür. 22.Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, mübahisəsi edilən apellyasiya instansiyası məhkəməsinin qəbul etdiyi qərara münasibətdə kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə təkrar araşdırma aparılmadan həmin qərarın qanuni və əsaslı nəticələri ilə razılaşmaq və onların təsdiqi ilə kifayətlənmək mümkündür. 23.Odur ki, məhkəmə kollegiyası dövlət ittihamçısının çıxışını dinləyib, təsvir edilənlərə görə hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının *(***)-***/**** nömrəli, 19 dekabr 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA A L D İ: Zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının *(***)-***/**** nömrəli, 19 dekabr 2025-ci il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar