Məhkəmə qərarları › İş №1(1-8)-275/2026

Ali Məhkəmə Qərar — İş №1(1-8)-275/2026

17.06.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(1-8)-275/2026 17.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Cəfərov Ilqar Xanlar oğlu (sədrlik edən və məruzəçi), Muxtarov Teyyub Asif oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Babayeva Lalə Tahir qızının katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, R Məmmədli Rəşad Təvəkkül oğlunun, məhkumlar məhkum2, Təqsirləndirilən şəxs və zərər çəkmiş şəxs zərərçəkmiş şəxs2 iştirakları ilə, 14 mart 1967-ci ildə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işsiz, x5-də qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, “Muxtarov” adlanan ərazidə yerləşən fərdi yaşayış evində yaşamış məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 221.3cü maddəsi ilə, 19 aprel 1998-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, subay, işsiz, ünvan 2 ünvanda qeydiyyatda olmaqla Bakı şəhəri, x6 ərazidə yerləşən fərdi yaşayış evində yaşayan məhkum2 Azərbaycan Respublikası CM-in 221.2.1 və 127.2.3-cü maddələri ilə və 2 sentyabr 1987-ci ildə Ismayıllı rayonunun Tircan kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işsiz, ünvan 1 qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 221.2.1 və 127.2.3-cü maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının *(***)-***/**** nömrəli 10 dekabr 2025-ci il tarixli qərarından zərər çəkmiş şəxs zərərçəkmiş şəxs2 tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Qəbələ Rayon Məhkəməsinin *(***)-*/**** nömrəli 19 fevral 2025-ci il tarixli (hakim A.B.Əliyev) hökmü ilə məhkum1 - Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinməsi və ona 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi, 3 sentyabr 2024-cü il tarixdən 11 dekabr 2024-cü il tarixədək həbsdə saxlanıldığı 3 (üç) ay 8 (səkkiz) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla, üzərində qəti olaraq 2 (iki) il 2 (iki) ay 22 (iyirmi iki) gün müddətinə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, cəzasını ümumi cəzaçəkmə müəssisəsində çəkməsi və cəzasının əvvəlinin 19 fevral 2025-ci il tarixdən hesablanması; məhkum2 - Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinməsi və ona 2 (iki) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinməsi və 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə məhkum2 qəti olaraq 3 (üç) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi, onun 9 iyun 2023-cü il tarixdə saat 17:30-dan 10 iyun 2023-cü il tarixə saat 12:45-dək şübhəli şəxs qismində tutularaq saxlanıldığı 1 (bir) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir gün müddətinin azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla 2 (iki) gün müddət ona təyin edilən 3 (üç) il 6 (altı) ay müddətə аzаdlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti olaraq 3 (üç) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının saxlanılması; Təqsirləndirilən şəxs - Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinməsi və ona 2 (iki) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.2 və 127.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməsi və ona 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 3 (üç) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi, Təqsirləndirilən şəxs 7 iyun 2023-cü il tarixdə saat 19:10-dan 9 iyun 2023- cü il tarixə saat 16:00-dək şübhəli şəxs qismində tutularaq saxlanıldığı 2 (iki) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir gün müddətinin azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla 4 (dörd) gün müddət ona təyin edilən 3 (üç) il 6 (altı) ay müddətə аzаdlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti olaraq 3 (üç) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının saxlanılması qərara alınmışdır. Həmin hökmlə zərər çəkmiş şəxs zərərçəkmiş şəxs2 təqsirləndirilən şəxslər məhkum1, Təqsirləndirilən şəxs və məhkum2 qarşı ona dəymiş 9.000 (doqquz min) manat maddi, 8.000 (səkkiz min) manat mənəvi zərər və iddia ərizəsinin verilməsi üçün dövlət rüsumu olaraq ödənilmiş 141 (bir yüz qırx bir) manat dövlət rüsumu, cəmi 17.141 (on yeddi min bir yüz qırx bir) manat məbləğin təqsirləndirilən şəxslər məhkum1, Təqsirləndirilən şəxs və məhkum2 müştərək qaydada tutularaq ona ödənilməsi barədə mülki iddiası baxılmamış saxlanılmışdır. Birinci instansiya məhkəməsinin hökmündən məhkumlar məhkum1 və məhkum2 müdafiəçisi müdafiəçi2, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs, zərər çəkmiş şəxs zərərçəkmiş şəxs2 tərəfindən verilmiş apellyasiya şikayətləri və dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verilmiş, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər A.M.Eyvazov (sədrlik edən və məruzəçi), Z.C.Tahirov və İ.H.Şükürovdan ibarət tərkibdə) *(***)-***/**** nömrəli 10 dekabr 2025-ci il tarixli qərarı ilə məhkumlar məhkum1 və məhkum2 müdafiəçisi müdafiəçi2, zərər çəkmiş şəxs zərərçəkmiş şəxs2 tərəfindən verilmiş apellyasiya şikayətləri və dövlət ittihamçısının protesti təmin edilməmiş, məhkum Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Qəbələ Rayon Məhkəməsinin 19 fevral 2025-ci il tarixli hökmü Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.2-ci maddəsi ilə məhkum edilməsinə dair hissədə ləğv edilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci, 127.2.2 və 127.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.2-ci maddəsi ilə verilmiş ittiham ümumi ittihamdan xaric edilmişdir. Işin halları: Ittiham aktına əsasən, məhkum1 05.12.2022-ci il tarixdə, saat 21-22 radələrində, dəqiq saatı müəyyən edilməyən vaxtda oğlu məhkum2 ilə birlikdə sərnişin qismində əyləşdiyi kürəkəni Təqsirləndirilən şəxs idarə etdiyi “VAZ-2170” markalı **-VR-*** dövlət qeydiyyat nişanlı avtomobillə Ismayıllı şəhərinin S.Vurğun küçəsi ilə Ismayıllı şəhərinin H.Əliyev prospekti istiqamətində hərəkətdə olduğu vaxt işıqforun yaxınlığında hərəkətdə olan “Saypa” markalı **-OU-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü zərərçəkmiş şəxs2 ilə birbirilərinin hərəkətinə işıqfora qədər olan məsafədə təhlükə yaratmaları səbəbindən Təqsirləndirilən şəxs idarə etdiyi “VAZ-2170” markalı **-VR-*** dövlət qeydiyyat nişanlı avtomobilin işıqlarını yandırıb-söndürərək qarşıda hərəkətdə olan zərərçəkmiş şəxs2 avtomobilini saxlamasına işarə etmiş, bundan sonra Təqsirləndirilən şəxs avtomobilinin qarşı hissəsini qəsdən zərərçəkmiş şəxs2 avtomobilinin qarşısına verib saxlayaraq o və Təqsirləndirilən şəxs maşının pəncərəsindən zərərçəkmiş şəxs2 baxıb kobud formada irad bildirərək sonuncuya səhvini başa salacaqlarını bildirdikdə, zərərçəkmiş şəxs2 həmin şəxslərin onunla mübahisəni davam etdirmək istədiklərini görüb oradan uzaqlaşaraq “Saypa” markalı **-OU-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edib təxminən 70-80 metr məsafədə Ismayıllı şəhərinin H.Əliyev prospektində yerləşən işlətdiyi “Halal kafe” adlanan kafenin yaxınlığında saxlamış, o, məhkum2 və Təqsirləndirilən şəxs bir qrup şəxs halında sonuncunun idarə etdiyi “VAZ-2170” markalı **-VR-*** dövlət qeydiyyat nişanlı avtomobillə zərərçəkmiş şəxs2 təqib edərək işlətdiyi kafenin qarşısına gəlib avtomobildən düşərək sonuncunun üzərinə getdikdə, zərərçəkmiş şəxs2 onun sinə nahiyəsindən yumruqla vurub özünü müdafiə etməsini görüb bunu cüzi səbəb kimi bəhanə etməklə, o, əlbir olduğu Təqsirləndirilən şəxs və məhkum2la birlikdə özlərinin şəxsiyyətini cəmiyyətin və ətrafdakıların şəxsiyyətinin fövqündə qoymaqla ictimai qaydanı kobud surətdə pozan, yəni ictimai yer hesab olunan həmin prospektdə, habelə orada və yaxınlıqdakı ictimai iaşə obyektlərində digər şəxslərin olmasına əhəmiyyət verməyərək həmin obyektlərin normal fəaliyyətinin və ictimai asayişin uzun müddətə pozulmasına, ətrafda olan şəxslərin hüquq və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yəni ictimai və şəxsi mənafelərə əhəmiyyətli ziyan vuran, cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və ədəb qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, ətrafdakı şəxslər üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul edilmiş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərən, vətəndaşların normal həyat və fəaliyyəti üçün təhlükə yaradan, qorxu və narahatçılıq hissinə səbəb olan hərəkətlərə yol verərək zərərçəkmiş şəxs2la yüksək səslə zor tətbiq edilməsi hədəsi ilə mübahisə etməyə və nalayiq ifadələr işlətməyə başlamış, həmin vaxt məhkum2 xuliqanlıq niyyəti ilə qəsdən bir dəfə yumruqla zərərçəkmiş şəxs2 sifət nahiyəsindən vurub zor tətbiq etməklə sonuncuya burun sümüyünün az yerdəyişən sınığı və burun tənəffüsünün pozulması ilə müşayiət olunan burun belinin qançırı kimi sağlamlığın uzun müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa az ağır zərərvurmaya aid, sağ ayağına sol ayağı ilə vurub idman fəndi tətbiq edərək sağ çiyni üstə yerə yıxıb sifət nahiyəsindən təpiklə qəsdən bir neçə dəfə vuraraq sonuncuya qapalı kəllə beyin travması, hər iki gözün üst qapaqlarının və hər iki gözaltı nahiyələrin qançırı, hər iki gözün ağlı qişasına qansızma kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarətləri yetirmiş, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs2 ani anda halsız düşüb huşunu itirərək yerə yıxılıb köməksiz vəziyyətdə olmasını aşkar surətdə görüb yaxınlaşaraq öz şəxsiyyətini cəmiyyətin fövqündə qoymaqla xuliqanlıq niyyəti ilə sonuncunun sağ çiyin nahiyəsindən və sağ dirsək nahiyəsindən bir neçə dəfə qəsdən təpiklə zərbələr vuraraq zərərçəkmiş şəxs2 sağ dirsək nahiyəsinin sıyrığı kimi sağlamlığa zərər vurmadığına görə dərəcəsi təyin edilməyən bədən xəsarəti, habelə sağ bazu sümüyünün oynaq başının az yerdəyişən sınığı kimi sağlamlığın uzun müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa az ağır zərərvurmaya aid bədən xəsarəti yetirmiş, həmin vaxt o, bir qrup şəxs halında törətdikləri ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətlərini davam etdirib ümumi niyyətdən kənara çıxaraq digərlərinin qəsdi ilə əhatə olunmayan hərəkətlər etməklə, istintaqla müəyyən edilməyən mənbədən əldə edib əlinə götürdüyü baltadan silah qismində istifadə edərək uca səslə nalayiq ifadələr işlədib dava edən şəxsləri aralaşdırmağa çalışan şəxsləri balta ilə vuracağını deyərək yaxınlaşmamaları üçün zor tətbiq etməklə hədələyərək, habelə, həmin yerə səs-küyü eşidib kömək etmək üçün gələn və yerdə uzanmış vəziyyətdə olan zərərçəkmiş şəxs2 təpiklə vuran məhkum2 tutub aralaşdırmağa çalışmaqla ictimai qaydanın pozulmasının qarşısını almaq istəyən zərərçəkmiş şəxs1 sol qolundan silah qismində istifadə etdiyi baltanın kəsici olmayan küp hissəsi ilə qəsdən bir dəfə zərbə vuraraq zor tətbiq edib sonuncuya sol dirsək oynağının qançırı kimi sağlamlığa zərər vurmadığına görə dərəcəsi təyin edilməyən bədən xəsarəti yetirərək, sonra isə qərəzli xuliqanlıq hərəkətlərini davam etdirib silah qismində istifadə etdiyi baltanın kəsici olmayan küp hissəsi ilə zərərçəkmiş şəxs2 sağ bud nahiyəsindən qəsdən bir dəfə və təpiklə sağ ayaq nahiyəsindən bir neçə dəfə zərbələr vuraraq zor tətbiq etməklə sonuncuya sağ bud nahiyəsinin sıyrığı kimi sağlamlığa zərər vurmadığına görə dərəcəsi təyin edilməyən bədən xəsarəti yetirərək qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Bununla da, məhkum1 Azərbaycan Respublikasının CM-nin 221.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. məhkum2 05.12.2022-ci il tarixdə, saat 21-22 radələrində, dəqiq saatı müəyyən edilməyən vaxtda atası məhkum1 ilə birlikdə sərnişin qismində əyləşdiyi yeznəsi Təqsirləndirilən şəxs idarə etdiyi “VAZ-2170” markalı **-VR-*** dövlət qeydiyyat nişanlı avtomobillə Ismayıllı şəhərinin S.Vurğun küçəsi ilə Ismayıllı şəhərinin H.Əliyev prospekti istiqamətində hərəkətdə olduğu vaxt işıqforun yaxınlığında hərəkətdə olan “Saypa” markalı **- OU-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü zərərçəkmiş şəxs2 ilə Təqsirləndirilən şəxs bir-birilərinin hərəkətinə işıqfora qədər olan məsafədə təhlükə yaratmaları səbəbindən Təqsirləndirilən şəxs idarə etdiyi “VAZ-2170” markalı 10-VR119 dövlət qeydiyyat nişanlı avtomobilin işıqlarını yandırıb-söndürərək qarşıda hərəkətdə olan zərərçəkmiş şəxs2 avtomobilini saxlamasına işarə etmiş, bundan sonra Təqsirləndirilən şəxs avtomobilinin qarşı hissəsini qəsdən zərərçəkmiş şəxs2 avtomobilinin qarşısına verib saxlayaraq məhkum1 və Təqsirləndirilən şəxs maşının pəncərəsindən zərərçəkmiş şəxs2 baxıb kobud formada irad bildirərək sonuncuya səhvini başa salacaqlarını bildirdikdə, zərərçəkmiş şəxs2 həmin şəxslərin onunla mübahisəni davam etdirmək istədiklərini görüb oradan uzaqlaşaraq “Saypa” markalı **-OU-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edib təxminən 70-80 metr məsafədə Ismayıllı şəhərinin H.Əliyev prospektində yerləşən işlətdiyi “Halal kafe” adlanan kafenin yaxınlığında saxlamış, o, məhkum1 və Təqsirləndirilən şəxs bir qrup şəxs halında sonuncunun idarə etdiyi “VAZ-2170” markalı **-VR-*** dövlət qeydiyyat nişanlı avtomobillə zərərçəkmiş şəxs2 təqib edərək işlətdiyi kafenin qarşısına gəlib avtomobildən düşərək sonuncunun üzərinə getdikdə, zərərçəkmiş şəxs2 məhkum1 sinə nahiyəsindən yumruqla vurub özünü müdafiə etməsini görüb bunu cüzi səbəb kimi bəhanə etməklə, o, əlbir olduğu Təqsirləndirilən şəxs və məhkum1la birlikdə özlərinin şəxsiyyətini cəmiyyətin və ətrafdakıların şəxsiyyətinin fövqündə qoymaqla ictimai qaydanı kobud surətdə pozan, yəni ictimai yer hesab olunan həmin prospektdə, habelə orada və yaxınlıqdakı ictimai iaşə obyektlərində digər şəxslərin olmasına əhəmiyyət verməyərək həmin obyektlərin normal fəaliyyətinin və ictimai asayişin uzun müddətə pozulmasına, ətrafda olan şəxslərin hüquq və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yəni ictimai və şəxsi mənafelərə əhəmiyyətli ziyan vuran, cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və ədəb qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, ətrafdakı şəxslər üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul edilmiş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərən, vətəndaşların normal həyat və fəaliyyəti üçün təhlükə yaradan, qorxu və narahatçılıq hissinə səbəb olan hərəkətlərə yol verərək zərərçəkmiş şəxs2la yüksək səslə zor tətbiq edilməsi hədəsi ilə mübahisə etməyə və nalayiq ifadələr işlətməyə başlamış, həmin vaxt o, heç bir əsaslı səbəb olmadan öz şəxsiyyətini cəmiyyətin fövqündə qoyaraq xuliqanlıq niyyəti ilə qəsdən bir dəfə yumruqla zərərçəkmiş şəxs2 sifət nahiyəsindən vurub zor tətbiq etməklə sonuncuya burun sümüyünün az yerdəyişən sınığı və burun tənəffüsünün pozulması ilə müşayiət olunan burun belinin qançırı kimi sağlamlığın uzun müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa az ağır zərərvurmaya aid, sağ ayağına sol ayağı ilə vurub idman fəndi tətbiq edərək sağ çiyni üstə yerə yıxıb sifət nahiyəsindən təpiklə qəsdən bir neçə dəfə vuraraq sonuncuya qapalı kəllə beyin travması, hər iki gözün üst qapaqlarının və hər iki gözaltı nahiyələrin qançırı, hər iki gözün ağlı qişasına qansızma kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarətləri yetirərək bir qrup şəxs halında qərəzli xuliqanlıq hərəkətləri etmiş, eyni zamanda Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs2 ani anda halsız düşüb huşunu itirərək yerə yıxılıb köməksiz vəziyyətdə olmasını aşkar surətdə görüb yaxınlaşaraq öz şəxsiyyətini cəmiyyətin fövqündə qoymaqla xuliqanlıq niyyəti ilə sonuncunun sağ çiyin nahiyəsindən və sağ dirsək nahiyəsindən bir neçə dəfə qəsdən təpiklə zərbələr vuraraq zərərçəkmiş şəxs2 sağ dirsək nahiyəsinin sıyrığı kimi sağlamlığa zərər vurmadığına görə dərəcəsi təyin edilməyən bədən xəsarəti, habelə sağ bazu sümüyünün oynaq başının az yerdəyişən sınığı kimi sağlamlığın uzun müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa az ağır zərərvurmaya aid bədən xəsarəti yetirmiş, həmçinin həmin vaxt məhkum1 bir qrup şəxs halında törətdikləri ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətlərini davam etdirib ümumi niyyətdən kənara çıxaraq onun və Təqsirləndirilən şəxs qəsdi ilə əhatə olunmayan hərəkətlər etməklə, istintaqla müəyyən edilməyən mənbədən əldə edib əlinə götürdüyü baltadan silah qismində istifadə edərək uca səslə nalayiq ifadələr işlədib dava edən şəxsləri aralaşdırmağa çalışan şəxsləri balta ilə vuracağını deyərək yaxınlaşmamaları üçün zor tətbiq etməklə hədələyərək, habelə, həmin yerə səs-küyü eşidib kömək etmək üçün gələn və yerdə uzanmış vəziyyətdə olan zərərçəkmiş şəxs2 onun təpiklə vurduğunu görüb tutub aralaşdırmağa çalışmaqla ictimai qaydanın pozulmasının qarşısını almaq istəyən zərərçəkmiş şəxs1 sol qolundan silah qismində istifadə etdiyi baltanın kəsici olmayan küp hissəsi ilə qəsdən bir dəfə zərbə vuraraq zor tətbiq edib sonuncuya sol dirsək oynağının qançırı kimi sağlamlığa zərər vurmadığına görə dərəcəsi təyin edilməyən bədən xəsarəti yetirərək, sonra isə qərəzli xuliqanlıq hərəkətlərini davam etdirib silah qismində istifadə etdiyi baltanın kəsici olmayan küp hissəsi ilə zərərçəkmiş şəxs2 sağ bud nahiyəsindən qəsdən bir dəfə və təpiklə sağ ayaq nahiyəsindən bir neçə dəfə zərbələr vuraraq zor tətbiq etməklə sonuncuya sağ bud nahiyəsinin sıyrığı kimi sağlamlığa zərər vurmadığına görə dərəcəsi təyin edilməyən bədən xəsarəti yetirərək qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Bununla da, məhkum2 Azərbaycan Respublikasının CM-nin 221.2.1 və 127.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs 05.12.2022-ci il tarixdə, saat 21-22 radələrində, dəqiq saatı istintaqla müəyyən edilməyən vaxtda qayınatası məhkum1 və qayını məhkum2 birlikdə sərnişin qismində əyləşdikləri özünün idarə etdiyi “VAZ2170” markalı **-VR-*** dövlət qeydiyyat nişanlı avtomobillə Ismayıllı şəhərinin S.Vurğun küçəsi ilə Ismayıllı şəhərinin H.Əliyev prospekti istiqamətində hərəkətdə olduqları vaxt işıqforun yaxınlığında hərəkətdə olan “Saypa” markalı **-OU-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü zərərçəkmiş şəxs2 ilə bir-birilərinin hərəkətinə işıqfora qədər olan məsafədə təhlükə yaratmaları səbəbindən o, idarə etdiyi “VAZ-2170” markalı **-VR-*** dövlət qeydiyyat nişanlı avtomobilin işıqlarını yandırıb söndürərək qarşıda hərəkətdə olan zərərçəkmiş şəxs2 avtomobilini saxlamasına işarə etmiş, bundan sonra o, avtomobilinin qarşı hissəsini qəsdən zərərçəkmiş şəxs2 avtomobilinin qarşısına verib saxlayaraq o və məhkum1 maşının pəncərəsindən zərərçəkmiş şəxs2 baxıb kobud formada irad bildirərək sonuncuya səhvini başa salacaqlarını bildirdikdə, zərərçəkmiş şəxs2 həmin şəxslərin onunla mübahisəni davam etdirmək istədiklərini görüb oradan uzaqlaşaraq “Saypa” markalı 99-OU638 dövlət qeydiyyat nişanlı avtomobili idarə edib təxminən 70-80 metr məsafədə Ismayıllı şəhərinin H.Əliyev prospektində yerləşən işlətdiyi “Halal kafe” adlanan kafenin yaxınlığında saxlamış, o, məhkum2 və məhkum1 bir qrup şəxs halında onun idarə etdiyi “VAZ2170” markalı **-VR-*** dövlət qeydiyyat nişanlı avtomobillə zərərçəkmiş şəxs2 təqib edərək işlətdiyi kafenin qarşısına gəlib avtomobildən düşərək sonuncunun üzərinə getdikdə, zərərçəkmiş şəxs2 məhkum1 sinə nahiyəsindən yumruqla vurub özünü müdafiə etməsini görüb bunu cüzi səbəb kimi bəhanə etməklə, o, əlbir olduğu məhkum2 və məhkum1la birlikdə özlərinin şəxsiyyətini cəmiyyətin və ətrafdakıların şəxsiyyətinin fövqündə qoymaqla ictimai qaydanı kobud surətdə pozan, yəni ictimai yer hesab olunan həmin prospektdə, habelə orada və yaxınlıqdakı ictimai iaşə obyektlərində digər şəxslərin olmasına əhəmiyyət verməyərək həmin obyektlərin normal fəaliyyətinin və ictimai asayişin uzun müddətə pozulmasına, ətrafda olan şəxslərin hüquq və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yəni ictimai və şəxsi mənafelərə əhəmiyyətli ziyan vuran, cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və ədəb qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, ətrafdakı şəxslər üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul edilmiş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərən, vətəndaşların normal həyat və fəaliyyəti üçün təhlükə yaradan, qorxu və narahatçılıq hissəsinə səbəb olan hərəkətlərə yol verərək zərərçəkmiş şəxs2la yüksək səslə zor tətbiq edilməsi hədəsi ilə mübahisə etməyə və nalayiq ifadələr işlətməyə başlamış, həmin hərəkətlərin davamı olaraq məhkum2 əsaslı səbəb olmadan, öz şəxsiyyətini cəmiyyətin fövqündə qoyaraq xuliqanlıq niyyəti ilə qəsdən bir dəfə yumruqla zərərçəkmiş şəxs2 sifət nahiyəsindən vurub zor tətbiq etməklə sonuncuya burun sümüyünün az yerdəyişən sınığı və burun tənəffüsünün pozulması ilə müşayiət olunan burun belinin qançırı kimi sağlamlığın uzun müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa az ağır zərərvurmaya aid, sağ ayağına sol ayağı ilə vurub idman fəndi tətbiq edərək sağ çiyni üstə yerə yıxıb sifət nahiyəsindən təpiklə qəsdən bir neçə dəfə vuraraq sonuncuya qapalı kəllə beyin travması, hər iki gözün üst qapaqlarının və hər iki gözaltı nahiyələrin qançırı, hər iki gözün ağlı qişasına qansızma kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarətləri yetirmiş, o, zərərçəkmiş şəxs2 ani anda halsız düşməklə huşunu itirərək yerə yıxılıb köməksiz vəziyyətdə olmasını aşkar surətdə görüb yaxınlaşaraq xuliqanlıq hərəkətlərini davam etdirib öz şəxsiyyətini cəmiyyətin fövqündə qoymaqla xuliqanlıq niyyəti ilə sonuncunun sağ çiyin nahiyəsindən və sağ dirsək nahiyəsindən bir neçə dəfə qəsdən təpiklə zərbələr vuraraq zərərçəkmiş şəxs2 sağ dirsək nahiyəsinin sıyrığı kimi sağlamlığa zərər vurmadığına görə dərəcəsi təyin edilməyən bədən xəsarəti, habelə sağ bazu sümüyünün oynaq başının az yerdəyişən sınığı kimi sağlamlığın uzun müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa az ağır zərərvurmaya aid bədən xəsarəti yetirməklə bir qrup şəxs halında qərəzli xuliqanlıq hərəkətləri etmiş, həmçinin həmin vaxt məhkum1 bir qrup şəxs halında törətdikləri ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətlərini davam etdirib ümumi niyyətdən kənara çıxaraq onun və məhkum2 qəsdi ilə əhatə olunmayan hərəkətlər etməklə, istintaqla müəyyən edilməyən mənbədən əldə edib əlinə götürdüyü baltadan silah qismində istifadə edərək uca səslə nalayiq ifadələr işlədib dava edən şəxsləri aralaşdırmağa çalışan şəxsləri balta ilə vuracağını deyərək yaxınlaşmamaları üçün zor tətbiq etməklə hədələyərək, habelə, həmin yerə səs-küyü eşidib kömək etmək üçün gələn və yerdə uzanmış vəziyyətdə olan zərərçəkmiş şəxs2 məhkum2 təpiklə vurduğunu görüb sonuncunu tutub aralaşdırmağa çalışmaqla ictimai qaydanın pozulmasının qarşısını almaq istəyən zərərçəkmiş şəxs1 sol qolundan silah qismində istifadə etdiyi baltanın kəsici olmayan küp hissəsi ilə qəsdən bir dəfə zərbə vuraraq zor tətbiq edib sonuncuya sol dirsək oynağının qançırı kimi sağlamlığa zərər vurmadığına görə dərəcəsi təyin edilməyən bədən xəsarəti yetirərək, sonra isə qərəzli xuliqanlıq hərəkətlərini davam etdirib silah qismində istifadə etdiyi baltanın kəsici olmayan küp hissəsi ilə zərərçəkmiş şəxs2 sağ bud nahiyəsindən qəsdən bir dəfə və təpiklə sağ ayaq nahiyəsindən bir neçə dəfə zərbələr vuraraq zor tətbiq etməklə sonuncuya sağ bud nahiyəsinin sıyrığı kimi sağlamlığa zərər vurmadığına görə dərəcəsi təyin edilməyən bədən xəsarəti yetirərək qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 221.2.1, 127.2.2 və 127.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Apellyasiya intansiyası məhkəməsinin qərarı ilə CM-in 127.2.2-ci maddəsi ilə verilmiş ittiham Təqsirləndirilən şəxs verilmiş ümumi ittihamdan xaric edilmişdir. Kassasiya şikayətinin dəlilləri: Zərər çəkmiş şəxs zərərçəkmiş şəxs2 tərəfindən verilmiş kassasiya şikayətində Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 10 dekabr 2025-ci il tarixli qərarının ləğv edilərək cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Zərər çəkmiş şəxs zərərçəkmiş şəxs2 verilmiş apellyasiya şikayətini belə əsaslandırmışdır ki, cinayətin baş verməsindən hazırkı dövrədək keçən müddət ərzində məhkumlar onunla barışmağa, aldığı xəsarət və mənəvi travma ilə əlaqədar ona dəymiş ziyanı ödəməyə təşəbbüs göstərməmişlər. Bu azmış kimi onlar törətdikləri əməldən peşman olmamış, hətta özlərini təqsirkar bilməmiş, törətdikləri bu əməllərə müxtəlif bəhanələrlə don geyindirməyə çalışmışlar. Həmçinin həm 1-ci, həm də 2-ci instansiya məhkəmələrində dəymiş maddi və mənəvi ziyanla bağlı mülki iddia versə də, baxılmamış saxlanılmışdır. Maddi imkanı olmadığından o hələ də aldığı xəsarətlərdən müalicə ala bilməmişdir. Sağ qolunun bazu sümüyü qırıldığından hələ də onu işlədə bilmir, gözündə zəifləmə yaranıb, yaxşı görmür, burun sümüyü sınıb və rahat nəfəs ala bilmir və kəllə-beyin travması almış, başı tez-tez ağrıyır. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin təmin edilməməsi barədə məhkumlar məhkum1, Təqsirləndirilən şəxs, kassasiya şikayətinin təmin edilməsi barədə zərərçəkmiş şəxs2, kassasiya şikayətinin qismən - cəzaya aid hissədə təmin edilməsi barədə dövlət ittihamçısı R.Məmmədlinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti qismən təmin edilməli, iş üzrə yeni apellyasiya baxışı təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Kassasiya şikayətində məhkum edilmiş şəxslərin əməlinin hüquqi tövsifi deyil, onlara təyin olunmuş cəza mübahisələndirilmişdir. Azərbaycan Respublikası CM-in 221.1-ci maddəsinə əsasən “xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər” əməli cinayət məsuliyyətinə səbəb olur. Azərbaycan Respublikası CM-in 221.2.1-ci maddəsində eyni əməllərin bir qrup şəxs tərəfindən və ya təkrar törədildilməsinə görə məsuliyyət nəzərdə tutulur və bu əməllər iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsində bu əməllər “silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda” törədilməsinə görə cinayət məsuliyyəti nəzərdə tutur və bu əməl iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası CM-in 127.1-ci maddəsində “zərər çəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma”ya görə, Azərbaycan Respublikası CM-in 127.2.3-cü maddəsində CM-nin 127.1-ci maddəsində nəzərdə tutulmuş eyni əməllərin ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə törədilməsinə görə məsuliyyət nəzərdə tutulur və bu əməllər bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə kollegiyası kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya şikayətinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Kassasiya kollegiyası zərər çəkmiş şəxs zərərçəkmiş şəxs2 tərəfindən verilmiş kassasiya şikayətinin mülki iddiaya aid hissəsinə dair aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 183.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək istənilən an verilə bilər. Törədilmiş cinayət haqqında ərizə və ya müvafiq şikayət verməklə mülki iddia da eyni zamanda verilə bilər. Həmin Məcəllənin 354.1-ci maddəsinin məzmununa görə məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq iddianın tam və ya qismən təmin edilməsi, iddianın rədd edilməsi və ya iddianın baxılmamış saxlanılması barədə qərarlardan biri əks etdirilir. Həmin Məcəllənin 179.2-ci maddəsinə əsasən mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.12-ci maddəsinə əsasən ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.1.2-ci və ya 150.1.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda məhkəmə iddia ərizəsini baxılmamış saxlayır. Həmin Məcəllənin 149.2.3-cü maddəsinə əsasən iddia ərizəsində iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Iş materiallarından görünür ki, zərər çəkmiş şəxs zərərçəkmiş şəxs2 ona vurulmuş maddi və mənəvi zərəri cavabdehlərdən tələb etməsinə baxmayaraq bu halları təsdiq edən heç bir sübutu iddia ərizəsinə əlavə etməmiş, əlavə olaraq da ayrılıqda məhkəməyə təqdim etməmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikasi Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 72-ci bəndində göstərilmişdir ki, yalnız mülki iddianın tələbləri ittihamda göstərilən maddi ziyanla bilavasitə bağlı olmadıqda və yaxud ittihamda göstərilən maddi ziyanın miqdarından artıq olduqda və mülki iddia üzrə ödənilməli olan məbləğlərin dəqiqləşdirilməsi üçün zəruri olan əlavə araşdırmalar məhkəmə baxışının həddindən artıq uzanmasına səbəb ola bildikdə, məhkəmə əsaslandığı motivləri hökmün təsviri-əsaslandırıcı hissəsində göstərməklə mülki iddiaçının həmin iddia ilə mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnu təmin etmək üçün mülki iddianın baxılmamış saxlanılmasına dair qərar qəbul edə bilər. Göründüyü kimi mülki iddiada əlavə araşdırılmalı hallar olduğundan aşağı instansiya məhkəmələri düzgün olaraq mülki iddianı baxılmamış saxlamışlar. Zərər çəkmiş şəxs zərərçəkmiş şəxs2 tərəfindən verilmiş kassasiya şikayətində cəzaya dair qeyd olunan müddəaları nəzərdən keçirərək, o cümlədən Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3, 59-cu maddələrinin tələblərini, cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, adı çəkilən məhkumun şəxsiyyətini və ailə vəziyyətini səciyyələndirən halları, habelə, məhkum barəsində olan yüngülləşdirici halları əsas götürərək məhkəmə kollegiyası hesab edir ki, qeyd edilən kassasiya müraciətinin məhkum məhkum1 təyin edilmiş cəzanın yüngül olması barədə dəlilləri əsassız, məhkumlar məhkum2 və Təqsirləndirilən şəxs aid hissədə isə əsaslıdır. Belə ki, cinayət qanunu cəza təyin edərkən, habelə cəzanın və digər cinayət-hüquqi xarakterli tədbirlərin ədalətliliyini müəyyən edərkən diqqəti törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, təyin olunmuş cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə ola biləcək təsirinə, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halların qiymətləndirilməsinə yönəltmiş, bu halların nəzərə alınmasının vacibliyini önə çəkmişdir. Cinayət qanununun mənasına görə, yalnız CM-nin 8.1 və 58.3-cü maddəsində göstərilən cinayət-hüquqi kriteriyalara əməl edilməklə təyin edilən və CM-nin 41.2-ci maddəsində göstərilən məqsədlərə cavab verən cəzanın ədalətli olmasından söhbət gedə bilər. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 2003-cü il 25 iyun tarixli * nömrəli qərarı). Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. Törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini qiymətləndirərkən məhkəmə konkret cinayət əməlinin törədilmə vəziyyətini tam, hərtərəfli və obyektiv araşdırmalı, bu zaman təqsirin forması, motiv, üsul, cinayətin törədilmə şəraiti və mərhələsi, ağır nəticəyə səbəb olması, cinayətin iştirakçılarından hər birinin iştirakının dərəcəsi və xarakteri və sair hallarda kompleks halda qiymətləndirilməlidir. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və sair) əsasən müəyyən edilir (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 2003-cü il 25 iyun tarixli * nömrəli qərarı). Məhkəmə kollegiyası qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" 2 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, CM-in 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası məhkum məhkum1 təyin edilmiş cəzaya münabətdə qeyd edir ki, məhkuma cəza təyin edərkən məhkumun əməlində cəzasını yüngülləşdirən və CM-in 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halın olmamasını müəyyən etmişdir. Apellyasiya instansiyası məhkəməsi də verilmiş apellyasiya şikayətinə münasibətdə bildirmişdir ki, birinci instansiya məhkəməsi məhkum1 cəza təyin edərkən, cəzasını ağırlaşdıran və yüngülləşdirən halları düzgün müəyyən etmiş, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini nəzərə alaraq, barəsində təqsirli bilindiyi maddələrinin sanksiyası həddində məhkumun törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə və şəxsiyyətinə uyğun ədalətli cəza təyin etmişdir. Kassasiya məhkəmə kollegiyası aşağı instansiya məhkəmələrinin cəza təyininə dair mövqeyini əsaslı hesab edərək qeyd edir ki, məhkum məhkum1 barəsində ədalətli cəza təyin edilmişdir. Kassasiya kollegiyası digər məhkumlara münasibətdə qeyd edir ki, apellyasiya məhkəməsi məhkumlar məhkum2 və Təqsirləndirilən şəxs münasibətdə cəza təyini məsələsini həll edərkən maddi hüquq normalarının, o cümlədən CM-nin 8, 41.2, 58.3, 59-cu maddələrinin tələblərinə əməl etməməklə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, zərər çəkmiş şəxslə barışıq əldə olunmamasını və onun ziyanının ödənilməməsini və adı çəkilən məhkumların şəxsiyyətini səciyyələndirən halları kifayət qədər nəzərə almamışdır. Belə ki, «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli ** nömrəli qərarının 45-ci bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıqaşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkəmə kollegiyası məhkumlar məhkum2 və Təqsirləndirilən şəxs cəzanın məqsədini təmin etməyən aşağı həddə cəza təyin edilməsi barədə kassasiya şikayətinin dəlilləri ilə razılaşaq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi CM-in 2, 8, 41.2, 58.1, 58.3-cü maddələrinin tələblərinə formal yanaşaraq törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini kifayət qədər nəzərə almamış, cəza növünün müəyyən edilməsinə təsir göstərə bilən işin hallarını tam araşdırmamış, bu hallara, habelə məhkumun şəxsiyyətinə, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini ehtiva edən hallara düzgün hüquqi qiymət verməmiş, təhlil edilən məsələ ilə bağlı gəldiyi nəticəni isə qanunvericilikdə nəzərdə tutulmuş qaydada əsaslandırmamışdır. Belə ki, birinci instansiyası məhkəməsi öz qərarını belə əsaslandırmışdır ki, məhkum məhkum2 cəza təyin edərkən cəzasını yüngülləşdirən hal kimi 03.05.2025-ci il tarixdə bir övladının dünyaya gəldiyini və habelə CM-in 61-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdıran halların olmadığını nəzərə almışdır. Həmçinin məhkum Təqsirləndirilən şəxs cəza təyin edərkən cəzasını yüngülləşdirən hal kimi himayəsində 3 azyaşlı uşağının olmasını və habelə CM-in 61-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdıran halların olmadığını nəzərə almışdır. Apellyasiya instansiya məhkəməsi məhkumlar məhkum2 və Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın növü və həddi ilə razılaşmışdır. Lakin bu qaydada, yəni Azərbaycan Respublikası CM-nin 8, 58.3-cü maddələrində göstərilən cəzanın müəyyən edilməsi ilə (cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirilmiş hallara üstünlük verilməsi, cinayətlərin xarakterinə, ictimai təhlükəliliyinə, törədilmə hallarına, təqsirkarın şəxsiyyətinə lazımi dəyərin verilməməsi ilə) təyin edilmiş cəza nə təqsirkar şəxsin özünə münasibətdə islahedici (tərbiyələndirici) funksiyasını, nə də digər şəxslərə münasibətdə xəbərdaredici rolunu səmərəli şəkildə yerinə yetirə, Cinayət Məcəlləsinin 41.2ci maddəsində təsbit olunmuş cəzanın məqsədlərinin icrasını təmin edə bilməz Məhkəmə kollegiyası qeyd edir ki, məhkumlar məhkum2 və Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin təqsirli bilindiyi maddələrinin sanksiyasının həddində təyin edilmiş bu cəza növü islah təsiri baxımından yetərli hesab edilə bilməz. Apellyasiya məhkəməsi qanunvericiliyin cəza təyini ilə bağlı tələblərini kifayət qədər nəzərə alınmamış və yüngül cəza təyin etməklə sosial ədalət prinsipini pozmuşdur. Apellyasiya instansiya məhkəməsi məhkuma törətdiyi cinayət əməlinə görə Cinayət Məcəlləsinin təqsirləndirildiyi maddəsinin sanksiyası həddində aşağı həddə cəzanın təyin edilməsinin sosial ədalətin bərpasına, onun islah edilməsinə, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına xidmət edə bilməsi barədə düzgün hüquqi nəticəyə gəlməmiş və əsassız olaraq məhkumlar məhkum2 və Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin etmişdir. Məhkəmə kollegiyası kassasiya müraciətinin məhkuma təyin edilmiş cəzanın yüngül olması barədə dəlillərini əsaslı hesab edir və qeyd edir ki, yuxarıda şərh olunanlara əsasən məhkuma təyin olunmuş cəza ədalətli, qanuni və əsaslı hesab edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası CM-nin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə kollegiyası məhkuma təyin edilmiş cəzaya dair hissədə apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşmır. Belə ki, iş materiallarından görünür ki, məhkumlar məhkum2 və Təqsirləndirilən şəxs zərər çəkmiş şəxslə barışmamış və ona dəyən ziyanı da ödəməmişlər. Qeyd olunanlara və cinayət qanunvericiliyinin müddəalarına əsasən, kassasiya müraciətinin məhkuma təyin olunmuş cəzanın yüngül olması barədə dəlili ilə əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsi məhkumlar məhkum2 və Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın növünü müəyyən edərkən cəzanın islah təsiri baxımından yetərli olub-olmadığını hərtərəfli araşdırmamışdır. Belə ki, cəza təyin edilərkən CM-nin mühüm prinsiplərinə kifayət qədər əməl edilməli, cəzanın təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədi, yəni sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması məsələsi diqqətdə saxlanılmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi məhkumlar məhkum2 və Təqsirləndirilən şəxs cəza təyin edərkən onların zərər çəkmiş şəxsə az ağır xəsarət yetirmələrini, əməllərində cinayətlərin məcmusu olduğunu, törədilmiş cinayət əməlinin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, həmçinin cəzanın məqsədi barədə qanunun tələblərini nəzərə almamışdır. Məhkumlara təyin olunmuş cəzanın növünün onların islah olunması tələblərinə cavab verməsi barədə məhkəmələrin qənaəti kifayət qədər əsaslı və inandırıcı deyildir. Azərbaycan Respublikası Konstitusiyanın 12-ci maddəsində insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi Azərbaycan dövlətinin ali məqsədi kimi təsbit edilmişdir. Hüquqi və demokratik dövlətə xas olan dəyərlərə əsaslanan Konstitusiya insan və vətəndaş hüquq və azadlıqlarını təsbit etməklə, onların qorunmasına və müdafiəsinə yönəlmiş təminatı da müəyyənləşdirmişdir. Cinayət qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasına, beynəlxalq hüququn hamılıqla qəbul edilmiş normalarına və prinsiplərinə əsaslanmaqla, cinayət məsuliyyətinin əsaslarını və prinsiplərini, şəxsiyyət, cəmiyyət və dövlət üçün təhlükəli olduğuna görə cinayət sayılan əməllərin dairəsini və həmin cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini, həcmini, eləcə də digər cinayət-hüquqi xarakterli tədbirləri müəyyən edir (Cinayət Məcəlləsinin 1.2 və 2.2-ci maddələri). Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir (Cinayət Məcəlləsinin 41.1 və 41.2-ci maddələri). Göstərilən normalardan aydın olur ki, cəza törədilmiş cinayətin hüquqi nəticəsi olmaqla cinayət qanunu ilə nəzərdə tutulan hallarda və hədlərdə təqsirkara qarşı yönəldilir və onun həmin cəzanın icrası ilə əlaqədar məhrumiyyətlərə məruz qalması cəzanın məqsədlərinə nail olmasına xidmət edir. Konstitusiyanın 71-ci maddəsinin 1-ci bəndinə görə Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi məqsədi ilə dövlət səmərəli hüquqi mexanizmlər yaratmaqla, ədalət mühakiməsinin həyata keçirilmə prosesində hüquq və azadlıqların bərpasına nail olur. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419 və 416-cı maddələri müəyyən edir. Bu baxışın nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-nin 416-cı maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin Cinayət kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Beləliklə, məhkəmə kollegiyası yuxarıda təsvir olunanları Cinayət-Prosessual Məcəlləsinin 416.1.21-ci (məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə) maddəsində nəzərdə tutulmuş halları yaradan pozuntu kimi qiymətləndirərək, kassasiya şikayətində gətirilmiş dəlillərlə əlaqədar mübahisələndirilən qərarın hissəvi ləğv edilməsini və apellyasiya baxışının yenidən keçirilməsini zəruri hesab edir. Cinayət-Prosessual Məcəlləsinin 419.10.2-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını ləğv etmək və işin apellyasiya instansiyası məhkəməsində yenidən baxılmasını təyin etmək haqqında qərar qəbul etməyə haqlıdır. Məhkəmə kollegiyası həmçinin CPM-nin 419.12-ci maddəsinin tələblərini də nəzərə alır və həmin maddədə sadalanmış məsələlərin qabaqcadan həll edilməsini mümkün bilmir. Məhkəmə kollegiyası hesab edir ki, yeni apellyasiya baxışı zamanı işin tam, hərtərəfli və obyektiv araşdırılması və iş üzrə düzgün nəticəyə gəlmək üçün mühüm əhəmiyyət kəsb edə biləcək, cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutlar qanuna müvafiq qaydada tədqiq edilməli, sübutlar arasında ziddiyyətlərin aradan qaldırılması üçün tədbirlər görülməli, zərurət yaranarsa, tərəflərin təqdim etdikləri sübutlarla yanaşı başqa sübutlar da araşdırılmalı və araşdırılmış sübutlar onların mənsubiyyəti, mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirilərək iş üzrə qanuni və ədalətli qərar qəbul edilməlidir. Göstərilənlərə əsasən, kassasiya müraciətlərinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 10 dekabr 2025-ci il tarixli qərarı hissəvi ləğv edilərək, cinayət işi həmin məhkəmədə yeni apellyasiya baxışına təyin edilməlidir. Beləliklə, qeyd edilənlərə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsinin tələblərini rəhbər tutaraq Qərara aldı: Zərər çəkmiş şəxs zərərçəkmiş şəxs2 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 10 dekabr 2025-ci il tarixli qərarı məhkumlar məhkum2 və Təqsirləndirilən şəxs aid hissədə ləğv edilsin, həmin hissədə cinayət işi yeni apellyasiya baxışına təyin edilsin. Qərar kassasiya şikayətinə münasibətdə məhkum1 aid hissədə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar