AzərbaycaņRespublikası̧adından Qərar Bakı̧şəhəri İş̧№̧1(1-8)-276/2026 10.06.2026 ALI̧MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən), Teyyub Asif oğlu Muxtarov və İlqar Xanlar oğlu Cəfərovdan ibarəţtərkibdə; Pərviz̧Müseyib̧oğlu̧Hacıyeviņkatibliyi̧ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun, məhkum̧Məhkum̧və̧məhkumu̧müdafiəçisi̧müdafiəçi1̧iştirakları̧ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 12 noyabr 2025-ci il tarixli 1(103)- 1800/2025 nömrəli qərarından məhkum Məhkum müdafiəçisi müdafiəçi1 tərəfindən verilmiş kassasiya̧şikayətinə̧mahiyyəti̧üzrə̧baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Səbuhi Hüseynov (sədrlik edən), Cavid Hüseynov̧və̧Eldaŗİsmayılov)̧22̧iyuļ2025-ci il tarixli 1(101)-760/2025̧nömrəli̧hökmü̧ilə 24 aprel 2006-cı il tarixdə Qazax rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməmiş, Qazax rayonu, Yuxarı Salahlı kəndində qeydiyyatda olan, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, V.Quliyev küçəsi, ev 71 ünvanında yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 29,120.2.2 və 29,120.2.9-cu maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 11 (on bir) il 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində cəza çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 9 iyul 2024-cü̧iļtarixdəņhesablanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmü ilə Məhkum məhkum olunmuşdur ona görə ki, o, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, V.Quliyev küçəsi, ev 71 ünvanındakı fərdi yaşayış evində onunla birgə kirayədə yaşayan, tanışı Zərərçəkmiş şəxs 3 iyul 2024-cü il tarixdə saat 1 radələrində evdə olarkən onun ünvanına nalayiq ifadələr işlətməsini və sərxoş vəziyyətdə yatdıqdan sonra həmin gün səhər saatlarında yuxudan oyandıqda döşlüyünün, yəni liftçiyinin əynində olmadığını görüb zərərçəkmiş şəxsin əynindəki döşlüyünü çıxardığını güman edib, sonuncunun hərəkətlərindən əsəbiləşərək 3 iyul 2024-cü il tarixdə saat 7 radələrində qeyd olunanları cüzi səbəb kimi bəhanə edib heç bir əsaslı səbəb olmadan həmin vaxt yaşadıqları evdə yuxuda olan zərərçəkmiş şəxsin ona müqavimət göstərmək imkanında olmadığını, yəni özü üçün aşkar surətdə köməksiz vəziyyətdə olduğunu görüb, bundan istifadə edərək otaqdakı şkafın üzərində saxladığı qatlanan bıçağı götürmüş və qəsdən öldürmək məqsədi ilə zərərçəkmiş şəxsin həyatı üçün vacib olan ürək nahiyəsinə həmin bıçaqla iki dəfə ardıcıl zərbələr endirərək döş boşluğuna nüfuz etməklə iki tərəfli pnevmohemotoraksla müşayiət olunan, dərəcəsinə görə hər biri ayrı-ayrılıqda və ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid döş qəfəsinin iki ədəd kəsilmiş-deşilmiş yaralarıxəsarətlər yetirmiş, zərbələrin təsirindən yuxudan oyanan zərərçəkmiş şəxs aktiv müqavimət göstərərək onu özündən kənara itələdikdən sonra onun otaqdakı masanın üzərində olan mətbəx bıçağını digər əlinə götürüb öz cinayətkar niyyətini başa çatdırmaq məqsədi ilə yenidən hücum etdiyini görüb qışqırmış və zərərçəkmiş şəxsin qışqırıq səslərini eşidən qonşuluqda yaşayan İsmayıl Feyzullayevin otağın qapısını döyərək zərərçəkmiş şəxsi səsləməsindən sonra sonuncunun yaralı vəziyyətdə fürsət tapıb otaqdan çıxıb qaçdığını görüb onu təqib etmiş, lakin İsmayıl Feyzullayevin onun qarşısını kəsməsi, zərərçəkmiş şəxsin İsmayıl Feyzullayevin yaşadığı otaqda gizlənməsi, daha sonra vaxtında xəstəxanaya çatdırılıb ixtisaslı tibbi yardım göstərilməklə həyatının xilas olunması səbəbindən, yəni öz iradəsindən asılı olmayan səbəblərdən öz cinayətkar niyyətini başa çatdıra bilməyərək xuliqanlıq niyyəti ilə özü üçün aşkar surətdə köməksiz vəziyyətdə olan zərərçəkmiş şəxsi qəsdən öldürməyə, yəni qəsdən həyatdaņməhrum̧etməyə̧cəhḑetmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Aqil Musayev (sədrlik edən), Cavid Hüseyn və Habil Məmmədov) 12 noyabr 2025-ci il tarixli 1(103)-1800/2025 nömrəli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 22 iyul 2025-ci il tarixli 1(101)-760/2025 nömrəli hökmü dəyişdirilmiş, Məhkum qarşı irəli sürülmüş ittihamdan “qeyd olunanları cüzi səbəb kimi bəhanə edib heç bir əsaslı səbəb olmadan” və “xuliqanlıq niyyəti ilə” barədə olan bəndlər, buna müvafiq olaraq Bakı Ağır Cinayətlər Məhkəməsinin 22 iyul 2025-ci il tarixli, 1(101)-760/2025 nömrəli hökmündən onun Azərbaycan Respublikası CM-in 29,120.2.2-ci maddəsi ilə təqsirli bilinməsi və cəzalandırılmalı olması ilə əlaqəli olan bütün müddəalar çıxarılmış, məhkum Məhkum müdafiəçisi olmuş müdafiəçi2 verdiyi apellyasiya şikayəti təmin edilməmişdir. Məhkumun müdafiəçisi müdafiəçi1 kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 12 noyabr 2025-ci il tarixli 1(103)-1800/2025 nömrəli qərarının ləğv edilməsi və məhkum Məhkum əməlini CM-in 29,120.2.9-cu maddəsindən CM-in 129.1-ci maddəsinə tövsif edərək, ona həmin maddənin sanksiyası daxilində azadlıqdan məhrum etmə ilə baģlı olmayan cəza təyin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.̧ Kassasiya şikayətinin dəlilləri: Müdafiəçisi müdafiəçi1 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, müdafiə tərəfi olaraq apellyasiya instansiyası məhkəməsinin təqsirləndirilən şəxsin əməlinin xuliqanlıq niyyəti olmadan törətməsi nəticəsinə gəlməsi ilə razılaşsalar da qərarın təqsirləndirilən şəxsin əməlinin onun özü üçün aşkar surətdə köməksiz vəziyyətdə olmuş zərərçəkmiş şəxsi qəsdən öldürməyə cəhd etməsindən ibarət olması və onun CM-in 29,120.2.9-cu maddəsi ilə təqsirli bilinməsi̧hissəsi̧ilə̧razılaşmaq̧mümküņdeyildir.̧ Apellyasiya instansiyası məhkəməsi istər ibtidai istintaq zamanı, istərsə də birinci instansiya məhkəməsində tədqiq olunmuş sübutlara obyektiv qiymət verilməməsinə, məhkəmə hökmündə əks etdirilmiş nəticələrin tədqiq olunmuş sübutlarla təsdiq olunmamasına, irəli sürülmu̧ş ittihama baxılması üçün mühüm əhəmiyyət kəsb edən halların məhkəmə hökmündə qanunda nəzərdə tutulmuş sübutlarla təsdiq edilməməsinə dair müdafiə tərəfiniņapellyasiya̧şikayətində̧göstərdiyi̧dəlillərə̧əhəmiyyəţverməmişdir.̧ Kassator qeyd edir ki, istintaq orqanı və məhkəmələr məhkumun əməlini tövsif edərək sübutları və işin hallarına düzgün qiymət verməmişdir. Cinayət işi üzrə ibtidai istintaq zamanı toplanmış və birinci instansiya məhkəməsində məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutlardan görünür ki, Məhkum CM-in 29,120.2.9-cu maddəsi ilə elan edilmiş ittiham əsasız mülahizələrə, sübutların mötəbərliyi baxımından şu̧bhə doģuran, sübut əhəmiyyəti mübahisəli̧olaņyoļverilməz̧məlumatlara̧əsaslanmışdır.̧ Kassator hesab edir ki, işin halları və iş üzrə toplanmış sübutlar məhkumun zərərçəkmiş şəxsi öldürmək niyyətinin olmadığını göstərir. Belə ki, məhkumun zərərçəkmiş şəxsə zərbələr endirmək imkanının olmasına baxmayaraq, o, bu hərəkətlərini davam etdirməmişdir. Zərərçəkmiş şəxsin öz ifadəsindən də görünür ki, təqsirləndirilən şəxs ona bıçaqla xəsarət yetirməsindən sonra yenidən xəsarət yetirməyə cəhd etməmiş, əksinə ona sakit olmaģını bildirmişdir. Göründüyü kimi, təqsirləndirilən şəxsin sonrakı davranışı zorakı hərəkətlərini davam etməyə yox, əksinə hərəkətlərində mərhəmətlilik, peşmanlıq hissinin oyanması onun öldürmək niyyətinin olmaması anlamına gəlməyə əsas verir. Çünki, belə bir niyyəti olduģu halda̧daha̧çox̧zərbə̧endirməķimkanı̧olmuş,̧lakiņbuna̧cəhḑetməmişdir.̧ Məhkəmə kollegiyası tərəfindən təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı vermiş olduģu ifadəsinə düzgün hüquqi qiymət verilməməsi aşaģıda qeyd olunan xüsusatla da təsdiq olunur. Belə ki, məhkəmə kollegiyası nəzərə almamışdır ki, təqsirləndirilən şəxsin əgər öldürmək niyyəti olmuşdursa onun ürək nahiyəsinə bıçaqla zərbə endirməyi əvvəlcədən planlaşdırmış olardı. Halbuki, o, ibtidai istintaqda verdiyi ifadəsində Fəridi (zərərçəkmiş şəxs) qətlə yetirmək qərarına gəlməsini, bıçaģı havaya qaldıraraq Fəridin boğaz nahiyəsinə sancmaq istəməsini, lakin yuxulu halda olan Fəridin bir qədər tərpəndiyini görüb onun ürək nahiyəsinə̧iki̧dəfə̧zərbə̧endirməsini̧göstərmişdir. Digər tərəfdən, təqsirləndirilən şəxs ifadəsində Fəridin qan içində olduğunu görüb qışqıraraq mənzildən bayıra çıxıb qaçdığını, o da Fəridin arxasınca bayıra çıxdıqda qonşuluqda yaşayan Tünzalə və İsmayıl adlı şəxslər də səsə çıxdığından ona mane olduqlarını göstərmişdir. Lakin nə ibtidai istintaq zamanı, nə də məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin arxasınca təqsirləndirilən şəxsin qaçmaqda məqsədinin ona yenidən xəsarət yetirmək niyyətində olması, ya da kömək etmək məqsədilə qaçması tam tədqiq olunmamışdır.̧ Bundan başqa, təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsində otaq qaranlıq olduğuna görə zərbəni təqsirləndirilən şəxsin hansı nahiyəsinə vurmasını görmədiyini, təqsirləndirilən şəxsin isə oyaq olduğunu hiss etdiyini göstərməsinə baxmayaraq həmiņxüsusatlarıņobyektiv̧araşdırılması̧da̧təmiņedilməmişdir.̧ Bundan başqa, təqsirləndirilən şəxs ifadəsində Fəridin arxasınca bayıra çıxdıqda qonşuluqda yaşayan Tünzalə və İsmayıl adlı şəxslər də səsə çıxdığından ona mane olduqlarını, Fəridin aldığı xəsarətlərlə sağ qalmayacağına əmin olduqdan sonra əlində olan bıçağı yerə ataraq mənzili tərk edib oradan uzaqlaşdığını göstərmişdir. Lakin zərərçəkmiş şəxsin sağ qalmayacağı əminliyinin nədə ifadə olunması nə ibtidai istintaq zamanı, nə də məhkəmə istintaqı zamanı araşdırılmamış, bıçağı tullamasına səbəb qonşuların ona mane olması, yəni öz iradəsindən asılı olmayan səbəblərə görə, yaxud da əlavə zərbə yetirmək imkanı̧olduğu̧halda̧könüllü̧olaraq̧bundaņimtina̧etməsi̧obyektiv̧araşdırılmamışdır.̧ Bundan başqa, istər ibtidai istintaq zamanı, istərsə də məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs tərəfindən törədilmiş həmin hadisəni törətməsinin səbəbi, yəni cinayəti doģuran səbəb və şəraitin, bu baxımdan cinayətin motivinin müəyyən edilməsi təmin edilməmişdir. Halbuki, cinayət hadisəsi baş verdiyi tarixə kimi təqsirləndirilən şəxslə zərərçəkmiş şəxs arasında əvvəllər hər hansı du̧şmənçilik münasibəti olmamış, normal münasibət olmuş, bir evdə, bir otaqda birlikdə qalmışlar. Hadisə baş verdiyi gün hər ikisi spirtli içki qəbul etmiş, şəxsi münasibətlər zəminində aralarında mübahisə yaranmışdır. Təqsirləndirilən şəxs ifadəsində zərərçəkmiş Zərərçəkmiş şəxs onunla cinsi əlaqədə olmaģı tələb etməsini, aralarında mübahisə olmasını, gecə saatlarında yuxudan oyandıqda alt paltarının üzərində olmadıģını gördüyünü, bunun Fərid tərəfindən edildiyini başa du̧şərək özünü təhqir olunmuş hesab etdiyini, nəzarət edə bilmədiyi güclü emosional sarsıntı nəticəsində ona xəsarət yetirməsini göstərmişdir. Həqiqətən də təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsi öldürmək niyyətinin olmaması, hadisənin öncədən planlaşdırılmaması ibtidai istintaq və məhkəmə istintaqı zamanı tam təsdiq olunmuşdur. Halbuki, həmin xüsusat məhkəmə kollegiyası tərəfindən hərtərəfli, tam və obyektiv araşdırılacaģı təqdirdə təqsirləndirilən şəxsin əməlinin CM-in 129-cu maddəsinə tövsif olunması üçün əsas ola bilən haldır. Lakin məhkəmə tərəfindən əsassız olaraq təqsirləndirirlən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsini iş materiallarına uyģun olmayan, özünü müdafiə məqsədilə uydurulmuş,̧qeyri̧səmimi̧ifadə̧kimi̧qiymətləndirmişdir. Məhkəmədə tədqiq edilərək sübut kimi qəbul edilmiş şahid şahid7 oģlunun ibtidai istintaq zamanı verdiyi ifadənin məzmununa diqqət yetirdikdə aydın olur ki, şahid hadisədən dərhal sonra təqsirləndirilən şəxs Məhkum zərərçəkmiş Fəridin arxasınca çıxdıģını, hər iki əlində bir ədəd olmaqla ümumilikdə iki bıçaģın olduģunu qeyd etmişdir. Şahid, Səbinəyə “sən nə etmisən?” sualını ünvanladıģını, lakin təqsirləndirilən şəxsin bu suala heç bir cavab vermədiyini ifadəsində göstərmişdir. Bu hal da bir daha sübut edir ki, təqsirləndirilən şəxs hadisə anında qəflətən baş vermiş güclü ruhi həyəcan, yəni real affekt vəziyyətində olmuş, psixoloji sarsıntı səbəbindən ona ünvanlanan suala cavab vermək iqtidarında olmamış, öz hərəkətlərini tam şəkildə dərk və idarə etmək imkanını itirmişdir. Məhz bu vəziyyət onun davranışlarının məqsədyönlü və əvvəlcədən formalaşmış qəsdən adam öldürmə niyyəti ilə deyil, emosional sarsıntının təsiri altında baş verdiyini göstərir. Əgər təqsirləndirilən şəxsdə zərərçəkmişi qəsdən öldürmək niyyəti mövcud olsaydı, o, bunu açıq şəkildə ifadə edə, zərərçəkmişə ünvanlanmış hədələyici sözlər işlədə və ya hadisədən sonra hərəkətlərini davam etdirərək nəticəni aģırlaşdırmaģa çalışardı. Lakin şahid ifadəsindən də göründüyü kimi, Səbinə donmuş vəziyyətdə qalmış, nə şifahi reaksiya vermiş, nə də zərərçəkmişin arxasınca̧gedərəķcinayəti̧sona̧çatdırmaģa̧yönəlmiş̧həŗhansı̧addım̧atmışdır.̧ Bundan əlavə, zərərçəkmiş şəxsin aktiv hərəkətləri təqsirləndirilən şəxsin davranışına da təsir göstərmiş, sonuncu cinayətkar hərəkətlərini davam etdirməmiş və hadisə yerindən uzaqlaşmışdır. Bu hal bir daha göstərir ki, zərərçəkmiş şəxs faktiki olaraq tam nəzarətsiz, müdafiəsiz və ya köməksiz vəziyyətdə olmamışdır. Hadisə baş verdiyi anda məhkumun həm fiziki, həm də psixoloji vəziyyəti son dərəcə zəif olmuşdur. O, davranışlarını tam şəkildə idarə etmək imkanına malik olmamış, nəticədə real affekt, yəni qəflətən baş vermiş güclü ruhi həyəcan vəziyyətinə du̧şmu̧şdür. Təqsirləndirilən şəxs zərərçəkmişin onun paltarını soyundurmasını özünə qarşı yönəlmiş, təcavüz xarakterli və cinayət tərkibi yarada biləcək qanunsuz hərəkət kimi qəbul etmişdir. Məhz bu kəskin psixoloji gərginlik və affekt vəziyyətinin təsiri altında, lakin əvvəlcədən formalaşmış qəsdən adam öldürmə niyyəti olmadan, təqsirləndiriləņşəxşzərərçəkmişə̧xəsarəţyetirmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, məruzəçini, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə̧əsasəņkassasiya̧şikayəti̧təmiņolunmadaņsaxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə̧əməļedilib̧edilməməsi̧yoxlanılır. Kassasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, apellyasiya instansiyası məhkəməsi əsassız olaraq məhkum Məhkum əməlini Azərbaycan Respublikası CM-in 29, 120.2.9-cu maddəsi ilə tövsif etmiş və onun barəsində həmin maddə ilə ittiham hökmü çıxarmışdır. Kassatorun fikrincə, iş üzrə toplanmış sübutlar və müəyyən edilmiş hallar məhkumun zərərçəkmiş şəxsi öldürmək niyyətində olmadığını, əməli qəflətən baş vermiş güclü ruhi həyəcan vəziyyətində törətdiyini göstərir. Buna görə də onun əməli Azərbaycan Respublikası CM-in 129.1-ci̧maddəsi̧ilə̧tövsif̧edilməlidir. Göründüyü kimi, kassator məhkum tərəfindən zərərçəkmiş şəxsin ürək nahiyəsinə iki bıçaq zərbəsi vurulması faktını mübahisələndirmir. O, yalnız məhkəmə tərəfindən həmin əmələ verilmiş hüquqi qiymətin sübutların məcmusuna və işin faktiki hallarına uyğun olmadığını iddia edir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibət bildirərək aşağıdakıları qeyḑetməyi̧zəruri̧hesab̧edir. Azərbaycan Respublikası CM-in 3-cü maddəsinə əsasən, yalnız həmin Məcəllədə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin)̧törədilməsi̧cinayəţməsuliyyəti̧yaradır. Azərbaycan Respublikası CM-in 120.1-ci maddəsinə görə digər şəxsi qəsdən həyatdan məhrum̧etmə̧qəsdəņadam̧öldürmə̧cinayətini̧təşkiļedir. Həmin əməlin təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsə qarşı törədilməsi CM-in 120.2.9-cu maddəsində qəsdən adam öldürmənin ağırlaşdırıcı tövsifedici əlaməti̧kimi̧nəzərdə̧tutulmuşdur. Azərbaycan Respublikası CM-in 120-ci maddəsində nəzərdə tutulmuş cinayət həm birbaşa,̧həm̧də̧dolayı̧qəsdlə̧törədilə̧bilər. Azərbaycan Respublikası CM-in 29-cu maddəsinə əsasən, bilavasitə cinayət törətməyə yönəlmiş qəsdən edilmiş əməl (hərəkət və ya hərəkətsizlik) şəxsin iradəsindən asılı olmayan səbəblərə̧görə̧başa̧çatdırılmadıqda,̧cinayəţetməyə̧cəhḑhesab̧olunur. Buna görə də qəsdən adam öldürməyə cəhd yalnız birbaşa qəsdlə törədilə bilər. Belə halda təqsirkar öz əməlinin ictimai təhlükəli xarakterini dərk edir, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görür və həmin nəticələrin baş verməsini arzu edir. Lakin zərərçəkmiş şəxsiņölümü̧təqsirkarıņiradəsindəņasılı̧olmayaņsəbəblərdəņbaş̧vermir. Kassatorun istinad etdiyi Azərbaycan Respublikası CM-in 129.1-ci maddəsində isə qəflətən baş vermiş güclü ruhi həyəcan vəziyyətində qəsdən sağlamlığa ağır zərər vurma cinayətinə̧görə̧məsuliyyəţnəzərdə̧tutulmuşdur. Bu baxımdan məhkəmə kollegiyası qeyd edir ki, qəsdən adam öldürməyə cəhd zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulması ilə ifadə olunduqda, həmin cinayət əməlini qəsdən sağlamlığa ağır zərər vurma cinayətindən fərqləndirən əsas meyar onun subyektiv tərəfidir. Belə ki, qəsdən adam öldürməyə cəhd zamanı təqsirkar sağlamlığa ağır zərər vurmanı zərərçəkmiş şəxsi həyatdan məhrum etmək məqsədi ilə törədir. Qəsdən sağlamlığa ağır zərər vurma cinayətində isə təqsirkar sağlamlığa ağır zərər vurmaq niyyətində olsa da, zərərçəkmiş şəxsi öldürmək məqsədi daşımır. Bundan əlavə, Azərbaycan Respublikası CM-in 129.1-ci maddəsində nəzərdə tutulmuş cinayət tərkibini eyni obyektə və oxşar obyektiv tərəfə malik digər cinayətlərdən fərqləndirən əsas əlamətlərdən biri də cinayətin qəflətəņbaş̧vermiş̧güclü̧ruhi̧həyəcaņvəziyyətində̧törədilməsidir. Azərbaycan Respublikası CPM-in 139-cü maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri cinayət təqibi̧üzrə̧icraaţzamanı̧yalnız̧sübutlara̧əsasəņmüəyyəņedilir. Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş̧sübutlarıņmənbəyiniņmötəbərliyi̧müəyyənləşdirilir. Həmin Məcəllənin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndiriləņşəxsiņxeyrinə̧təfsiŗedilir.̧ Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquqi normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyətli olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini̧tələb̧edir. Göründüyü kimi, qanunun tələblərinə əsasən əməlin düzgün tövsif edilməsi və şəxsin konkret cinayət əməlini törətməkdə təqsirli bilinməsinə dair ittiham hökmünün çıxarılması üçün onun törətdiyi əməldə həmin cinayətin bütün obyektiv və subyektiv əlamətlərinin mövcudluğu məhkəmə iclasında qanunla müəyyən edilmiş qaydada tədqiq edilmiş mötəbər və mümkün sübutlar əsasında müəyyən edilməli, məhkəmənin bu barədə gəldiyi nəticələr isə hökmdə əsaslandırılmalıdır. Apellyasiya instansiyası məhkəməsi ittiham tərəfi tərəfindən təqdim edilmiş sübutları – məhkumun, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrini, məhkəmə ekspertizalarının rəylərini, istintaq hərəkətlərinin protokollarını və işin digər materiallarını Azərbaycan Respublikası CPMin 144–146-cı maddələrinin tələblərinə uyğun olaraq tədqiq edib qiymətləndirərək belə nəticəyə gəlmişdir ki, Məhkum aşkar surətdə köməksiz vəziyyətdə olan zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs öldürmək məqsədi ilə onun ürək nahiyəsinə iki bıçaq zərbəsi vurması, lakin iradəsindən asılı olmayan səbəblərə görə zərərçəkmiş şəxsin ölümünün baş verməməsi tam sübuta yetirilmişdir. Bu əsasla apellyasiya instansiyası məhkəməsi məhkumun əməlini Azərbaycan Respublikası CM-in 29, 120.2.9-cu maddəsi ilə düzgün tövsif etmiş və onun barəsində həmin maddə̧ilə̧ittiham̧hökmü̧çıxarmışdır. Məhkəmə kollegiyası cinayət işi üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusunu araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi sübutlara düzgün hüquqi qiymət vermiş, həmin sübutlar isə məhkum Məhkum əməlində Azərbaycan Respublikası CM-in 29, 120.2.9-cu maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olması barədə mötəbər və yekun nəticəyə gəlməyə kifayəţetmişdir. Belə ki, məhkəmə iclasında məhkum Məhkum zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs öldürmək niyyətində olmadığını və hadisə zamanı zərərçəkmiş şəxsin oyaq vəziyyətdə olduğunu bildirmişdir. Lakin ibtidai istintaq zamanı müdafiəçisinin iştirakı ilə verdiyi ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs ona qarşı etdiyi hərəkətlərə görə onu öldürmək qərarına gəlmiş, bu məqsədlə yatmış vəziyyətdə olan zərərçəkmiş şəxsin boğaz nahiyəsinə bıçaq zərbəsi endirmək istəmiş, lakin sonuncu yuxuda hərəkət etdiyindən iki dəfə onun ürək nahiyəsinə̧bıçaqla̧zərbə̧vurmuşdur. Bıçaq zərbələrinin zərərçəkmiş şəxsə məhz yatmış vəziyyətdə vurulması zərərçəkmiş şəxşZərərçəkmiş̧şəxşifadəsi̧ilə̧də̧təsdiq̧edilmişdir. Məhkəmə kollegiyası məhkumun əməlinin qəsdən adam öldürməyə cəhd kimi qiymətləndirilməsini işin faktiki hallarına və cinayət işi üzrə toplanmış sübutların məcmusuna uyğuņolmaqla̧əsaslı̧hesab̧edir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında" 12 dekabr 2002-ci il tarixli qərarında məhkəmələrə izah edilmişdir ki, qəsdən adam öldürmə işlərinə baxılarkən təqsirkarın niyyətinin nəyə yönəldiyini müəyyən edərkən işin bütün halları, o cümlədən cinayətin törədilmə üsulu, istifadə olunmuş alət, yetirilmiş bədən xəsarətlərinin sayı, xarakteri və lokalizasiyası (məsələn, həyat üçün mühüm orqanlara xəsarət yetirilməsi), habelə təqsirkarla zərərçəkmiş şəxs arasındakı hadisədən əvvəlki münasibətlər və təqsirkarın hadisədən sonrakı davranışı nəzərə alınmalıdır. Cinayət işinin materiallarından görünür ki, məhkum bıçaq zərbələrini zərərçəkmiş şəxsin həyatı üçün mühüm əhəmiyyət kəsb edən ürək nahiyəsinə vurmuşdur. Zərərçəkmiş şəxs aldığı bıçaq zərbələrindən sonra yuxudan oyanaraq mənzildən dəhlizə çıxmış, məhkum isə əlində bıçaqla onun ardınca getmişdir. Lakin hadisə zamanı yaranmış səs-küyə qonşuların müdaxilə etməsi və zərərçəkmiş şəxsin onların mənzilinə sığınması səbəbindən Məhkum cinayətkar hərəkətlərini davam etdirə bilməmişdir. Hadisədən sonra zərərçəkmiş şəxsə vaxtında və ixtisaslı̧tibbi̧yardım̧göstərilməsi̧nəticəsində̧onuņhəyatı̧xilaşedilmişdir. İş üzrə müəyyən edilmiş hallar, yəni cinayətin motivi, zərərçəkmiş şəxsə həyat üçün mühüm əhəmiyyət kəsb edən nahiyəyə iki bıçaq zərbəsinin endirilməsi, nəticədə onun həyat üçün təhlükəli olan ağır bədən xəsarətləri alması, habelə məhkumun yalnız zərərçəkmiş şəxsin qonşu mənzilinə sığınması və qonşuların müdaxiləsi səbəbindən cinayətkar hərəkətlərini başa çatdıra̧bilməməsi̧Məhkum̧zərərçəkmiş̧şəxsi̧öldürməķniyyətində̧olduğunu̧təsdiq̧edir. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi məhkum Məhkum əməlini qəsdən sağlamlığa ağır zərər vurma kimi deyil, qəsdən adam öldürməyə cəhd kimi düzgün tövsif etmişdir. Buna görə də kassasiya şikayətinin bu hissədə irəli̧sürülmüş̧dəlilləri̧əsassız̧hesab̧edilir. Cinayət işi üzrə keçirilmiş ambulator kompleks məhkəmə-psixiatriya və məhkəməpsixoloji ekspertizasının 09 sentyabr 2024-cü il tarixli rəyinə əsasən müəyyən edilmişdir ki, məhkum Məhkum cinayət əməlini törədərkən güclü ruhi həyəcan və ya fizioloji affekt vəziyyətində̧olmamışdır. Beləliklə, kassasiya şikayətində məhkumun cinayət əməlini güclü ruhi həyəcan vəziyyətində törətməsi barədə irəli sürülmüş dəlil cinayət işi üzrə toplanmış sübutlarla, o cümlədəņekspertiza̧rəyi̧ilə̧təkzib̧olunuŗvə̧əsassız̧hesab̧edilir. Bundan başqa, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarının 13-cü bəndində izah edilmişdir ki, Azərbaycan Respublikası CM-in 120.2.9cu maddəsi ilə məsuliyyət (təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsi öldürmə) o halda yaranır ki, zərərçəkmiş şəxs fiziki və ya psixi qüsurları səbəbindən təqsirkara müqavimət göstərmək imkanına malik olmasın və təqsirkar onun köməksiz vəziyyətdə olduğunu dərk etsin. Həmin qərarda göstərilir ki, köməksiz vəziyyət dedikdə zərərçəkmiş şəxsin qoca, xəstə, azyaşlı, bəzi hallarda yetkinlik yaşına çatmamış, huşunu itirmiş, huşsuz, yatmış̧və̧ya̧ağıŗsərxoş̧vəziyyətdə̧olması̧kimi̧hallaŗbaşa̧düşülür. Belə olan halda, apellyasiya instansiyası məhkəməsi zərərçəkmiş şəxsin hadisə zamanı yatmış vəziyyətdə olmasını Azərbaycan Respublikası CM-in 120.2.9-cu maddəsinin mənasında köməksiz vəziyyət kimi düzgün qiymətləndirmiş və bu nəticə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qeyd olunan qərarında ifadə edilmiş hüquqi mövqeyə̧tam̧uyğuņolmuşdur. Müdafiəçi kassasiya şikayətində göstərmişdir ki, məhkumun ibtidai istintaq zamanı verdiyi ifadələr müstəntiq tərəfindən ona psixi təzyiq göstərilməsi nəticəsində alınmış, buna görə də həmin ifadələr həqiqətə uyğun gəlmir və mötəbər sübut kimi qəbul edilə bilməz. Müdafiəçinin fikrincə, məhkəmələr bu halları nəzərə almadan qeyd olunan ifadələri sübut kimi qəbul etmişlər. Məhkəmə kollegiyası bununla əlaqədar qeyd edir ki, analoji dəlil müdafiəçi tərəfindən birinci instansiya̧məhkəməsiniņhökmündəņverilmiş̧apellyasiya̧şikayətində̧də̧irəli̧sürülmüşdür. Apellyasiya instansiyası məhkəməsi həmin dəlili araşdıraraq belə nəticəyə gəlmişdir ki, müdafiə tərəfinin məhkumun ibtidai istintaq zamanı verdiyi ifadələrin mötəbərliyinə dair iddiaları hər hansı sübuta və ya işin konkret hallarına əsaslanmır, ehtimal və mülahizə xarakteri daşıyır. Məhkəmə işin faktiki halları, cinayət işi üzrə toplanmış sübutlar və onların qiymətləndirilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmə hökmü haqqında" 24 dekabr 2021-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyi nəzərə alaraq nəticəyə gəlmişdir ki, məhkumun ibtidai istintaq zamanı verdiyi ifadələrin mötəbərliyini şübhə altına alan həŗhansı̧obyektiv̧haļmüəyyəņedilməmişdir. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin həmin dəlilinə hüquqi qiyməţvermiş̧və̧gəldiyi̧nəticəni̧qərarında̧kifayəţqədəŗəsaslandırmışdır. Müdafiəçinin kassasiya şikayətində isə apellyasiya instansiyası məhkəməsinin bu məsələyə dair gəldiyi nəticələri təkzib edən və ya onların əsaslılığını şübhə altına alan hər hansı yeni hal və ya sübut göstərilməmişdir. Bu səbəbdən məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin məhkumun ibtidai istintaq zamanı verdiyi ifadələrə verdiyi hüquqi qiymətləndirmə ilə razılaşır və kassasiya şikayətində təkrar irəli sürülmüş eyni məzmunlu dəlilə yenidəņayrıca̧münasibəţbildirilməsini̧zəruri̧hesab̧etmir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin məhkumun törətdiyi cinayət əməlinin Azərbaycan Respublikası CM-in 129.1-ci maddəsinə̧tövsif̧edilməsi̧barədə̧dəlili̧əsassızdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.3-cü maddəsinə əsasən məhkəməniņhökmü̧qanuni̧və̧əsaslı̧olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda̧qanuni̧hesab̧edilir. Həmin Məcəllənin 349.5-ci maddəsinə görə aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda; bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; məhkəməniņmüəyyəņetdiyi̧hallaŗonuņtədqiq̧etdiyi̧sübutlara̧uyğuņgəldikdə. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin həmin normalara riayət etməsini yoxlayaraq qeyd edir ki, məhkəmə iş üzrə nəticəyə gələrkən hansı sübutlara əsaslanmasını, bu sübutlara hansı səbəblərdən üstünlük verməsini müvafiq olaraq hökmdə göstərmişdir. Məhkəmə kollegiyası məhkum Məhkum əməlinə dair məhkəmənin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumun təqsiri müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPM-in 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı̧hesab̧edir.̧ Odur ki, Məhkum əməli Azərbaycan Respublikası CM-in 29,120.2.9-cu maddəsi ilə nəzərdə tutulan cinayətin tərkibini yaratdığı üçün həmin əməlin yuxarıda göstərilən maddə ilə tövsif̧edilməsini̧məhkəmə̧kollegiyası̧düzgüņsayır. Məhkəmə kollegiyası məhkəmələrin gəldiyi nəticənin işin hallarına uyğun hesab etməklə yanaşı qeyd edir ki, nə ibtidai istintaq orqanı sübutların toplanmasında, nə məhkəmələr sübutların araşdırılmasında hər hansı bir kobud qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmiş, yekun məhkəmə qərarı qəbul edilərkən yol verilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü̧və̧mötəbərliyi̧üzrə̧qiyməţverilmişdir.̧ Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Məhkum əməli düzgün olaraq CM-in 29,120.2.9-cu maddəsi ilə tövsif etmişdir və həmin əməlin CM-in 129.1-ci maddəsinə tövsif olunması üçün heç̧biŗəsaşyoxdur,̧kassasiya̧şikayətiniņbu̧barədəki̧dəlilləri̧əsassızdır. Azərbaycan Respublikası CPM-in 416.1-ci maddəsində göstərilmiş hallarda kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında̧ləğv̧etməķvə̧ya̧dəyişdirməķhüququna̧malikdir. İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsinin Məhkum barəsindəki qərarının ləğv olunması və yaxud dəyişdirilməsinə əsas ola biləcək qanunda göstərilmiş hallardan heç biri̧iş̧üzrə̧müəyyəņedilməmişdir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası AzərbaycaņRespublikası̧CPM-in 419.10.1-ci̧maddəsini̧rəhbəŗtutaraq, QƏRARA ALIR: Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının məhkum Məhkum barəsindəki 12 noyabr 2025-ci il tarixli 1(103)-1800/2025̧nömrəli̧qərarı̧dəyişdirilmədəņsaxlanılsın. Kassasiya̧şikayəti̧təmiņedilməsin.
Məhkəmə qərarları › İş №1(1-8)-276/2026
Ali Məhkəmə Qərar — İş №1(1-8)-276/2026
10.06.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver