Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(1-8)-279/2026 11.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası QƏRARİ Hakimlər: Qılıcov Ilqar Səyyad oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov Ilkin Əbülfəz oğlu və Hüseynov Zaur Nazim oğlundan ibarət tərkibdə; Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru X3, Zərərçəkmiş şəxslər – zərərçəkmiş şəxs12 və zərərçəkmiş şəxs17 iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin ## #### 2025-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 178.3.2, 178.3.2 və 310-cu maddələri ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının ## ###### 2026-cı il tarixli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayəti və kassasiya şikayətinə əlavələrə əsasən işə Ali Məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında işə baxaraq, MÜƏYYƏN ETDI: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakim Ələkbərli Roman Nəriman oğlunun sədrliyi ilə, hakimlər X1 və X4 ibarət tərkibdə) ## #### 2025-ci il tarixli *(***)-**/**** nömrəli hökmü ilə, ## #### 1985-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində 3 (üç) uşağı olan, ali təhsilli, əvvəllər məhkum edilmiş, işləməyən, Bakı şəhəri, ünvan 1 qeydiyyatda olan, məhkum olunanadək həmin ünvanda yaşamış, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin ** saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 178.3.2, 178.3.2 və 310-cu maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinməsi, Azərbaycan Respublikası CM-in 29,178.3.2-ci maddəsi ilə 06 (altı) il müddətə, CM-in 178.3.2-ci maddəsi ilə 08 (səkkiz) il müddətə, CM-in 310-cu maddəsi ilə 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzalarına məhkum edilməsi, Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq 09 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Azərbaycan Respublikası CM-in 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-**/**** nömrəli hökmü ilə təyin edilmiş (Azərbaycan Respublikası Ali Məhkəməsinin ## #### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qərarına əsasən cərimə cəzasının 11.000 manata dəyişdirilməsi nəzərə alınmaqla) 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasının qismən və 11.000 (on bir min) manat cərimə cəzasının tamamilə hazırki hökm üzrə təyin edilmiş 09 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə toplanmaqla cinayətlərin məcmusu üzrə 09 (doqquz) il 01 (bir) ay müddətə azadlıqdan məhrum etmə cəzası və 11.000 (on bir min) manat cərimə cəzasının təyin edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən birinci cinayət işi üzrə 01 (bir) ay 19 (on doqquz) gün müddətində, hazırki cinayət işi üzrə isə ## #### 2021-ci il tarixdən ## ### 2021-ci il tarixədək 02 (iki) ay 02 (iki) gün müddətində həbsdə və ev dustaqlığında olduğu, yəni ümumilikdə 3 (üç) ay 21 (iyirmi bir) gün müddətin təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq, üzərində 08 (səkkiz) il 09 (doqquz) ay 09 (doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası və 11.000 (on bir min) manat cərimə cəzasının saxlanılması, Cinayət Məcəlləsinin 68.2-ci maddəsinə əsasən cərimə cəzasının müstəqil icra olunması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, Məhkum həbsdə saxlanması müddətinin ona təyin olunmuş cəza müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəlinin hazırki iş üzrə şübhəli şəxs qismində tutulduğu ## ###### 2023-cü il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi müəyyən edilmişdir. Hökmlə, həmçinin, digər təqsirləndirilən şəxslər təqsirləndirilən şəxs1, təqsirləndirilən şəxs2 və təqsirləndirilən şəxs3 da CM-in müvafiq maddələri ilə təqsirli bilinərək məhkum edilmişdir. Həmin hökmdən təqsirləndirilən şəxslər Məhkum və təqsirləndirilən şəxs3 tərəfindən ayrıayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakim Məmmədov Əli Irfan oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X5 və X2 ibarət tərkibdə) *(***)-****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qərarı ilə təqsirləndirilən şəxs Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, təqsirləndirilən şəxs təqsirləndirilən şəxs3 tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Bakı Ağır Cinayətlər Məhkəməsinin *(***)-**/**** nömrəli, ## #### 2025-ci il tarixli hökmünün dəyişdirilməsi, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,178.3.2ci maddəsi ilə təyin edilmiş 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasının 05 (beş) il müddətə, Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təyin edilmiş 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasının 06 (altı) il 06 (altı) aya endirilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 310-cu maddəsi ilə təyin edilmiş 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,178.3.2-ci maddəsi ilə təyin edilmiş 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təyin edilmiş 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən qismən toplanmaqla Məhkum qəti olaraq 07 (yeddi) il 05 (beş) ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Məhkum Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-**/**** nömrəli hökmü ilə təyin edilmiş (Azərbaycan Respublikası Ali Məhkəməsinin ## #### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qərarına əsasən cərimə cəzasının 11.000 manata dəyişdirilməsi nəzərə alınmaqla) 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasının qismən və 11.000 (on bir min) manat cərimə cəzası tamamilə 07 (yeddi) il 05 (beş) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanmaqla cinayətlərin məcmusu üzrə Məhkum 07 (yeddi) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının və 11.000 (on bir min) manat cərimə cəzasının təyin edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Məhkum barəsində olmuş birinci cinayət işi üzrə 01 (bir) ay 19 (on doqquz) gün müddətində, hazırki cinayət işi üzrə isə ## #### 2021-ci il tarixdən ## ### 2021-ci il tarixədək 02 (iki) ay 02 (iki) gün müddətində həbsdə və ev dustaqlığında olduğu, yəni ümumilikdə 03 (üç) ay 21 (iyirmi bir) gün müddət ona qəti olaraq təyin edilmiş 07 (yeddi) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılması, üzərində 07 (yeddi) il 02 (iki) ay 09 (doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzasının və 11.000 (on bir min) manat cərimə cəzasının saxlanılması, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.2-ci maddəsinə əsasən cərimə cəzası müstəqil icra olunması, təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 ci maddəsi ilə təyin edilmiş 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasının 06 (altı) ilə endirilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Cinayət Məcəlləsinin 310-cu maddəsi ilə təqsirləndirilən şəxs3 təyin edilmiş 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təyin edilmiş 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən qismən toplanmaqla ona qəti olaraq 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxs3 ## ######## 2020-ci il tarixdən ## ###### 2020-ci il tarixədək həbsdə və ev dustaqlığında olduğu 01 (bir) ay 28 (iyirmi səkkiz) gün müddət ona təyin edilmiş 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılması, üzərində 06 (altı) il 04 (dörd) ay 02 (iki) gün müddətə azadlıqdan məhrum etmə cəzasının saxlanılması və hökmün qalan hissələrdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının *(***)-****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qərarından məhkum Məhkum tərəfindən kassasiya şikayəti və kassasiya şikayətinə əlavələr verilmişdir. Həmin qərardan kassasiya protesti və kassasiya şikayətinə qarşı etiraz veriməmişdir. Iş üzrə yuxarıda qeyd edilən məhkəmə aktları qəbul edilmişdir. IŞIN HALLARI: Hökmdə qeyd edilmişdir ki, Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,178.3.2, 178.3.2, 310-cu maddələri ilə təqsirləndirilir ona görə ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını vahid niyyətlə xeyli və külli miqdarda ziyan vurmaqla ələ keçirərək təkrarən dələduzluq etmiş, qabaqcadan əlbir olan bir qrup şəxs qismində aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını xeyli və külli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq yolu ilə ələ keçirməyə cəhd etmiş, qabaqcadan əlbir olan bir qrup şəxs halında özbaşına özünü vəzifəli şəxs kimi təqdim etməklə hüquqi şəxsin hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olmaqla vahid niyyətlə vəzifəli şəxsin səlahiyyətlərini təkrarən mənimsəmişdir. Məhkum tərəfindən cinayət əməllərinin törədilməsi halları həm birinci instansiya məhkəməsinin hökmündə və həm də apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şəkildə əks olunmuşdur. Məhkəmə kollegiyası həmin əməlləri hazırkı qərarda yenidən təsvir etmək zərurəti görmür. Kassasiya şikayətinin və ona əlavələrin dəlilləri: Məhkum kassasiya şikayəti və kassasiya şikayətində əlavələrində göstərmişdir ki, məhkəmələr CPM-in müvafiq maddəsinin tələblərinə, əsasən, sübutlara, şahid və zərərçəkmiş şəxsin ifadələrinə, eləcə də, işin faktiki hallarını hərtərəfli, tam və obyektiv şəkildə araşdırmamışlar. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinin “cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilmə” ilə bağlı müddəasının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## ###### 2022-ci il tarixli qərarına əsasən, onun cinayətləri törətməsinə aidiyyətinin olub-olmamasına düzgün hüquqi qiymət verilməmiş, zərərçəkmiş şəxslərə dəymiş ziyanın ödənilməsi üçün onun payına düşən hissə doğru hesablanmamış və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi” haqqında ## #### 2015-ci il tarixli qərarının 33-cü maddəsinin tələbləri kobud şəkildə pozularaq başa çatmış cinayət əməlinə, başa çatmamış cinayət kimi hüquqi qiymət verilmişdir. Cinayət işinin materiallarına əsasən, zərərçəkmiş şəxslərə dəymiş ziyanın məbləği ona aid olan hissədə düzgün bölünsə idi, məlum olardı ki, cinayət işi üzrə zərərçəkmiş şəxslər zərərçəkmiş şəxs3, zərərçəkmiş şəxs20, zərərçəkmiş şəxs23 və zərərçəkmiş şəxs7 epizodlarına, görə, onun nə ziyan payı, nə də bu epizodlarla bağlı iştirakçılığı var. Ona görə də qeyd etdiyi zərərçəkmiş şəxslərlə bağlı epizodları üzrə düzgün hüquqi qiymət verilərək CPM-in 39.2-ci maddəsinin tələblərinə, əsasən, cinayətlərdə iştirakçılığı olmadığı üçün yuxarıda qeyd olunan faktlara, görə, həmin hissələrdə bəraət verilməli olduğunu qeyd etmişdir. Belə ki, cinayətləri törətmiş digər şəxslərə daha yüngül cəzalar təyin olunmuşdur. təqsirləndirilən şəxs1 barəsində CM-in 70-ci maddəsi tətbiq edilmiş, X6 isə 2 il ABŞ-da gizləndikdən sonra 4 günə ev dustaqlığına buraxılmışdır. Yuxarıda qeyd olunanlara, əsasən, məhkum kassasiya şikayətində və ona edilmiş əlavələrdə əməllərinə CM-in 29, 178.3.2-ci maddələri ilə başa çatmamış əməl kimi deyil, dəymiş ziyanın onun payına əsasən CM-in 178.2.4-cü maddəsinə tövsif edilməsini, zərərçəkmiş şəxs zərərçəkmiş şəxs23 ilə bağlı epizodda əməlinə düzgün hüquqi qiymət verilərək CM-in 29,178.3.2-ci maddəsinin ittihamdan xaric edilməsini, ona elan olunmuş ittihamdan CM-in 178.3.2 və 310-cu maddələrinin çıxarılmasını, cinayət işi üzrə zərərçəkmiş şəxslərə dəymiş ziyanın tam məbləğdə ödəməsini, himayəsində 3 nəfər azyaşlı uşağının, həmçinin xəstə valideynlərinin və işləməyən həyat yoldaşının olmasının nəzərə alınaraq, barəsində CM-in 62-ci və yaxud 70-ci maddələrinin tətbiq olunmasını xahiş etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətinin və kassasiya şikayətinə əlavələrin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin təmin edilməsi barədə məhkumun, təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər-hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Faktları araşdırmaq və müəyyən etmək funksiyaları üzərilərinə qoyulmuş apellyasiya instansiyası məhkəməsi isə təqdim olunan sübutları araşdırmaqla belə nəticəyə gəlmişdir ki, Məhkum məhkəmə hökmündə təsvir edilən cinayət hadisələrini törətmişdir. Bu zaman məhkəmə iş üzrə məhkum edilmiş şəxsin ifadəsinə, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələrinə, habelə toplanmış digər sübutlara istinad etmişlər. Cinayət-prosessual qanunvericiliyinə uyğun surətdə əldə edilmiş həmin sübutların qanuniliyinin və mötəbərliyinin şübhə altına alınması üçün heç bir qanuni əsas yoxdur. Məhkum Məhkum tərəfindən verilmiş kassasiya şikayəti və kassasiya şikayətinə əlavələrdə məhkumun əməllərinin CM-in 178.2.4-cü maddəsinə tövsif edilməsi, zərərçəkmiş şəxs zərərçəkmiş şəxs23 ilə bağlı epizodda əməlinə düzgün hüquqi qiymət verilərək CM-in 29,178.3.2-ci maddəsinin ittihamdan xaric edilməsi, ona elan olunmuş ittihamdan CM-in 178.3.2 və 310-cu maddələrinin çıxarılması, cinayət işi üzrə zərərçəkmiş şəxslərə dəymiş ziyanın tam məbləğdə ödəməsi, himayəsində 3 nəfər azyaşlı uşağının, həmçinin xəstə valideynlərinin və işləməyən həyat yoldaşının olduğuna görə barəsində CM-in 62-ci və yaxud 70-ci maddələrinin tətbiq olunması mübahisə olunur. Bununla əlaqədar məhkəmə kollegiyası qanunvericilik normalarına və cinayət işinin materiallarına müraciət etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin III bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## ### 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur... Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumiləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır... Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Əsaslandırma hökmün ictimai qəbul olunmasında, onun məhz ədalətli qərar kimi qavranılmasında mühüm rol oynayır. O, hökmün əsaslılığının ayrılmaz hissəsi olmaqla məhkəmə tərəfindən niyə məhz qərarın qəbulunun, başqa mümkün qərarların rədd olunmasının izahını verməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” ## ######## 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi) ... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM 28.5-ci maddəsi) Məhkəmə kollegiyası müəyyən edir ki, işə baxan məhkəmələr məhkumun CM-in 29,178.3.2, 178.3.2 və 310-cu maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanları tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılan sübutlara düzgün istinad etmişlər. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda tam təkrarlamağı zəruri hesab etməsə də, bəzi xüsusatların qeyd olunması qənaətindədir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya və apellyasiya məhkəməsi işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdıraraq həmin hallara düzgün hüquqi qiymət vermiş və məhkəmələrin gəldiyi nəticə Məhkum törətdiyi cinayət əməllərinin hüquqi tövsifinə dair hissədə cinayət işinin materiallarına tam uyğundur. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## ### 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Həmin qərarda həmçinin qeyd olunur ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, həm birinci, həm də apellyasiya instansiyası məhkəmələri açıq, ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş məhkəmə iclaslarında faktları araşdırıb maddi və prosessual hüquq normalarının tətbiqini yoxlayarkən Azərbaycan Respublikası CPM-in 145-ci maddəsinin tələblərinə uyğun olaraq sübutların hər birisini onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə düzgün qiymətləndirmiş və haqlı olaraq məhkumun və şahidlərin verdiyi ifadələri və digər sübutları məhkəmə qərarlarının əsasına qoymuşlar. Məhz bu sübutları qanuna müvafiq qaydada qiymətləndirərək məhkəmələr tam əsaslı olaraq Məhkum əməlini Azərbaycan Respublikası CMin 29,178.3.2, 178.3.2 və 310-cu maddələri ilə düzgün tövsif etmiş, yekun qərarlar qəbul edərkən isə qanunsuz yolla əldə edilmiş sübutlardan istifadə etməmişlər. Insan Hüquqları üzrə Avropa Məhkəməsinin “Taxquet Belçikaya qarşı” ## ###### 2009cu il, “Xirvisari Finlandiyaya qarşı” ## ######## 2001-ci il, “X7rşı” ## ###### 1994-cü il və “Hacianastassion Yunanıstana qarşı” ## ###### 1992-ci il tarixli qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. Məhkəmə kollegiyası hesab edir ki, birinci və apellyasiya instansiyaları məhkəməsi tərəfindən aparılan məhkəmə istintaqı zamanı verilmiş ifadələrin mötəbərliyi şübhə doğurmadığından və iş üzrə toplanmış digər sübutlarla öz təsdiqini tapdığından, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş, obyektiv sübutların məcmusu ilə Məhkum məhkəmələr tərəfindən müəyyən edilən maddələr üzrə cinayət əməllərini törətməsi tamamilə sübuta yetirilir. Məhkəmə kollegiyası məhkumun kassasiya şikayətinin və kassasiya şikayətinə əlavələrinin zərərçəkmiş şəxs zərərçəkmiş şəxs23 ilə bağlı epizodda əməlinə düzgün hüquqi qiymət verilməməsi ilə bağlı dəlillərinə münasibətdə qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq zərərçəkmiş şəxs zərərçəkmiş şəxs23 vurulmuş ziyanın 1/3 hissəsini Məhkum aid etmiş, bundan başqa, zərərçəkmiş şəxs zərərçəkmiş şəxs23 Məhkum ilə barışması, sonuncuya qarşı heç bir şikayət və tələbinin olmaması məhkum edilmiş şəxs Məhkum cəza təyini zamanı yüngülləşdirici hal kimi nəzərə alınmaqla, ona birinci instansiya məhkəməsinin hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddəti azaldılmışdır. Bundan başqa, apellyasiya məhkəməsi tərəfindən məhkuma cəza təyin edilərkən zərərçəkmiş şəxs zərərçəkmiş şəxs23 ilə bağlı epizod üzrə CM-in 310-cu maddəsinə dair cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi də nəzərə alınmışdır. Odur ki, məhkumun bu epizod ilə bağlı kassasiya şikayətinin və kassasiya şikayətinə əlavələrinin dəlilləri əsassızdır. Məhkəmə kollegiyası məhkumun CM-in 62-ci və yaxud 70-ci maddələrinin tətbiqi ilə bağlı şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Ilkin olaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi cəza təyini məsələsəni həll edərkən maddi hüquq normalarının, o cümlədən Azərbaycan Respublikası CM-in 8, 41.2, 58.3, 59, 61-ci maddələrinin tələblərinə əməl etməklə törədilmiş cinayətlərin xarakterlərinə və ictimai təhlükəlilik dərəcələrinə, adı çəkilən məhkumun şəxsiyyətinə, o cümlədən məhkumun barəsindəki yüngülləşdirici hallara (zərərçəkmiş şəxslərlə barışması, təqsirini qismən etiraf etməsi və s.) uyğun cəza təyin etmiş və Azərbaycan Respublikası CM-in 62 və yaxud 70-ci maddələrinin tətbiq edilməsi üçün əsaslar tapmamışdır. Məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikası CM-in 62-ci maddəsinə əsasən, cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, CM-nin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. CM-in 62-ci maddəsi üzrə cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin etmə ilə bağlı müstəsna norma olmaqla, CM-in 62.1-ci maddəsinin tələbi üzrə yalnız o halda tətbiq edilə bilər ki, məhkumun daha ağır cəza çəkmədən islah olunması mümkün olsun. Məhkəmə kollegiyası məhkum Məhkum barəsində CM-in 62-ci maddəsinin tətbiq olunmasını qeyri-mümkün hesab edir. Qanunun mənasına əsasən daha yüngül cəza ilə məhkum etmə bir qayda olaraq cinayət törətmiş şəxslərə müstəsna hallarda, məhkumun daha ağır cəzanı çəkməsi məqsədə müvafiq olmadıqda tətbiq edilə bilər. Məhkəmə kollegiyası bildirir ki, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2003-cü il tarixli * saylı Qərarının 25-ci bəndində göstərilmişdir ki, şərti məhkum etmənin təyin edilməsi şərti məhkum edilənin islah olunması məqsədlərinə cavab verməlidir. Qanunun mənasına əsasən şərti məhkum etmə bir qayda olaraq cinayət törətmiş şəxslərə müstəsna hallarda, məhkumun təyin olunmuş cəzanı real çəkməsi məqsədə müvafiq olmadıqda tətbiq edilə bilər. Məhkum barəsində şərti məhkum etmənin tətbiqi üçün aşağıdakı əsasların olubolmaması araşdırılmalıdır: 1.məhkumun cəza çəkmədən islah olunmasının mümkünlüyü 2.törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi 3.məhkumun şəxsiyyəti 4.cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar CM-in 70-ci maddəsi üzrə şərti məhkum etmə cəza təyin etmə ilə bağlı müstəsna norma olmaqla, CM-in 70.1-ci maddəsinin tələbi üzrə yalnız o halda tətbiq edilə bilər ki, məhkumun cəza çəkmədən islah olunması mümkün olsun. Məhkəmə kollegiyası məhkum Məhkum barəsində CM-in 70-ci maddəsinin tətbiq olunmasını qeyri-mümkün hesab edir. Qanunun mənasına əsasən şərti məhkum etmə bir qayda olaraq cinayət törətmiş şəxslərə müstəsna hallarda, məhkumun təyin olunmuş cəzanı real çəkməsi məqsədə müvafiq olmadıqda tətbiq edilə bilər. Odur ki, məhkumun bu barədə kassasiya şikayətinin və kassasiya şikayətinə əlavələrinin dəlilləri əsassızdır. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, məhkəmələrin əsaslandıqları sübutların ibtidai araşdırma zamanı toplanması və həmin sübutların məhkəmə iclaslarında araşdırılması zamanı hər hansı bir qanun pozuntusuna yol verilməsi, qanunsuz yolla əldə edilmiş sübutlardan istifadə edilməsi və ya sübutların tədqiqindən əsassız imtina olunması müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası cinayət işinin materiallarını bir daha təhlil edərək apellyasiya instansiya məhkəməsinin iş üzrə gəldiyi yuxarıda göstərilən nəticəni qanuni və əsaslı sayır və belə qənaətə gəlir ki, məhkum Məhkum əməlinin tövsifi ilə bağlı istər birinci instansiya, istərsə də apellyasiya instansiya məhkəməsi Azərbaycan Respublikası CPM-in 143- 146-cı maddələrinin tələblərinə əməl edərək adı çəkilən məhkumun CM-in 29,178.3.2, 178.3.2 və 310-cu maddələrində nəzərdə tutulan cinayətlərin törədilməsində təqsirli bilinməsi haqqında mötəbər nəticəyə gəlmək üçün qanuni üsullarla kifayət qədər sübutlar toplamış, həmin sübutlar ədalət mühakiməsinin prinsiplərinə uyğun olaraq ağlabatan müddətlərdə keçirilmiş məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırılmış və apellyasiya instansiya məhkəməsi onların hər birisini ayrı-ayrılıqda və məcmu qaydasında mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarı qəbul etmişdir. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya şikayətinin və kassasiya şikayətinə əlavələrin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya şikayətinin və kassasiya şikayətinə əlavələrin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının ## ###### 2026-cı il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətində və kassasiya şikayətinə əlavələrdə onun dəyişdirilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, şikayətlərin təmin edilmədən, həmin qərarın isə dəyişiklik edilmədən saxlanılması mümkündür. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDI: Məhkum Məhkum tərəfindən verilmiş kassasiya şikayəti və kassasiya şikayətinə əlavələr təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 178.3.2, 178.3.2 və 310cu maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının ## ###### 2026-cı il tarixli qərarı məhkum tərəfindən verilmiş kassasiya şikayətinə və kassasiya şikayətinə əlavələrə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(1-8)-279/2026
Ali Məhkəmə Qərar — İş №1(1-8)-279/2026
11.06.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver