Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(1-8)-280/2026 21.04.2026 ALI MƏHKƏMƏ Hakimlər Abdulov Rəşad Məhərrəm oğlu (sədrlik edən və məruzəçi), Yusifov Şahin Yaşar oğlu və Novruzov Ələsgər Əli Iskəndər oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Tərcüməçi Rzayeva Zeynəb Azad qızının, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə Idarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun, Məhkum məhkum1 və müdafiəçisi Mustafayev Natiq Məhəmməd oğlunun iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 04 mart 2025-ci il tarixli, 1(103)- 120/2025 nömrəli qərarından məhkum məhkum1 müdafiəçisi Mustafayev Natiq Məhəmməd oğlu tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin 23 iyul 2024-cü il tarixli, 1(101)-492/2024 nömrəli hökmü ilə (hakimlər: S.İ.Əliyev (sədrlik edən), F.Ə.Qəniyev və M.M.Ağalarovdan ibarət tərkibdə) XXXX ildə Qusar rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkum olunmamış, X ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, hazırda cəza çəkən məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.3, 144.2.4, 144.2.6, 182.2.1, 182.2.3 və 182.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, CM-in 144.2.3, 144.2.4 və 144.2.6-cı maddələri ilə 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 182.2.1, 182.2.3 və 182.2.4-cü maddələri ilə 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə məhkum1 qəti olaraq 08 (səkkiz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli 11 yanvar 2022-ci il tarixdən hesablanmışdır. Həmin hökmlə həmçinin məhkum2, təqsirləndirilən şəxs2 və təqsirləndirilən şəxs1 CM-in 144.2.3, 144.2.4, 144.2.6, 182.2.1, 182.2.3 və 182.2.4-cü maddələri ilə, məhkum3 CM-in 144.2.3, 144.2.4, 144.2.6, 182.2.1, 182.2.3, 182.2.4 və 228.1-ci maddələri ilə təqsirli bilinib məhkum olunmuşlar. Birinci instansiya məhkəməsinin həmin hökmündən məhkum məhkum3 müdafiəçisi Hacıyeva Səbirə Sabir qızı, məhkum məhkum1 müdafiəçisi Hacılı Ramiz Imran oğlu, məhkumlar məhkum2 və təqsirləndirilən şəxs1 tərəfindən apellyasiya şikayətləri verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 04 mart 2025-ci il tarixli qərarı ilə, (hakimlər: Z.V.Ibrahimov (sədrlik edən), Q.X.Babayev və M.A.Məmmədovdan ibarət tərkibdə) apellyasiya şikayətləri təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 23 iyul 2024-cüil tarixli hökmü verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 04 mart 2025-ci il tarixli qərarından məhkum məhkum1 müdafiəçisi Mustafayev Natiq Məhəmməd oğlu tərəfindən kassasiya şikayəti verilmişdir. Işin halları: Hökmə əsasən məhkum1 tanışları məhkum3, məhkum2, təqsirləndirilən şəxs2, təqsirləndirilən şəxs1 və şəxsiyyəti istintaqla müəyyən edilməmiş "Anar” adlı şəxslə zərərçəkmiş şəxsin sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə tamah məqsədi ilə adam oğurluğu və xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə zor tətbiq etməklə hədə-qorxu ilə tələb etmə barədə razılıq əldə edib cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs qaynı şahid6 məxsus plastik bank kartına şəxsiyyəti istintaqa məlum olmayan "Anar” adlı şəxs tərəfindən istintaqa məlum olmayan mənbədən göndərilmiş 9.700 manat pulun şahid6 tərəfindən guya ələ keçirilməsi və sonuncunun olduğu yer məlum olmadığına görə həmin vəsaitin Zərərçəkmiş şəxs alınıb bir hissəsini özlərinə götürmək, bir hissəsini isə deyiləcək hesaba göndərmək barədə "Anar” adlı şəxsin verdiyi sifarişi yerinə yetirmək məqsədi ilə 03 yanvar 2022-ci il tarixdə məhkum3 özünün idarə etdiyi "BMW” markalı, **-PB-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə tanışları məhkum2 və təqsirləndirilən şəxs2 ilə birlikdə Bakı şəhərindən Qusar şəhərinə gedərək orada qrupun üzvü məhkum1 ilə görüşdükdən sonra cinayətkar niyyətlərini həyata keçirmək üçün əvvəlcədən aralarında hazırladıqları plana uyğun olaraq məhkum1 Zərərçəkmiş şəxs yanlarına çağırıb məhkum3, məhkum2 və təqsirləndirilən şəxs2 özünün qonaqları kimi təqdim edib, onları Qusar şəhəri ərazisində gəzdirməsini tapşırmış, cinayətdə özünün iştirakını gizlətmək məqsədi ilə şübhə yaranmaması üçün guya evində qalan pul qabısını götürməyə getmək bəhanəsi ilə onlardan ayrılıb yalandan bir neçə dəqiqəyə qayıdacağını bildirmiş, Zərərçəkmiş şəxs avtomobilin arxa oturacağında əyləşdikdən sonra məhkum2 və təqsirləndirilən şəxs2 onun yanında oturub avtomobildən enməsinə imkan verməyib yumruq və sillə zərbələri ilə Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrindən vurub iradəsinə zidd şəkildə faktiki olduğu yerdən özünün müvəqqəti yaşadığı Bakı şəhəri, Yasamal rayonu, H.B.ünvan 2 ünvanına gətirib 04 yanvar 2022ci il tarixdə günorta saatlarınadək bir gün müddətində orada saxlamaqla qabaqcadan əlbir olan bir qrup şəxs halında zərərçəkmiş şəxsin sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə tamah məqsədi ilə və sifarişlə adam oğurluğu cinayətini törətmiş, həmin müddət ərzində məhkum1 "Whatsapp” ani mesajlaşma mübadilə proqramı vasitəsilə əlbir olduğu qrup üzvləri ilə əlaqə saxlayıb Zərərçəkmiş şəxs maddi imkanının yaxşı olduğunu, fiziki və psixi təzyiq göstəriləcəyi halda əmlak etməyin mümkün olduğunu bildirdiyindən məhkum3 cinayətkar qrupun üzvləri məhkum2 və təqsirləndirilən şəxs2lə, həmçinin əvvəlcədən aralarında əldə olunmuş razılığa əsasən həmin mənzilə gələn qrup üzvü təqsirləndirilən şəxs1 yumruq və təpik zərbələri ilə Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyyələrinə vuraraq ona sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş alt dodağının selikli qişasının sol tərəfinin əzilmiş yarası və qansızması, sol qulaq seyvanının, sinəsinin sağ yuxan hissəsinin, sol budun orta 1/3-nin arxa səthinin qançırları, sağ qulaq pərdəsinin cızılması, sol saidin orta 1/3-nin yan səthinin xətti sıyrığı, sağ tərəfli passtravmatik qansızma, orta otit xəsarətləri yetirib qəsdən sağlamlığına yüngül zərər vurmaqla zərərçəkmiş şəxsin sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə yanaşı, məhkum3 üzərində gəzdirdiyi Makarov konstruksiyalı tapança hesab edilən, bir ədəd yivli odlu döyüş silahını masanın üzərinə qoyub nümayiş etdirərək zərərçəkmişi psixi təsirlərə məruz qoyaraq sərbəst buraxılması müqabilində ondan 30.000 manat məbləğində pul verməsini hədə-qorxu ilə tələb etmiş, Zərərçəkmiş şəxs valideyinlərinə və qohumlarına bu barədə verdiyi məlumatdan sonra zərərçəkmişin nənəsi şahid4 tərəfindən məhkum3 məxsus 5243 …… 6451 nömrəli plastik bank kartına köçürülmüş 3000 manat məbləğində pulu əldə edib aralarında böldükdən sonra cinayətkar əməllərini davam etdirərək Zərərçəkmiş şəxs ona məxsus avtomobilini verməsi müqabilində azad etdikdən sonra sonuncu 04 yanvar 2022-ci il tarixdə Qusar şəhərinə qayıdıb özünə məxsus 9000 manat dəyərində "BMV E39” markalı **-LF-*** dövlət qeydiyyat nişanlı avtomobilini Azad Bayraxdarova təhvil vermiş, sonuncu həmin avtomobili evakuator xidməti vasitəsilə Bakı şəhərinə göndərmiş, məhkum3 və cinayətkar qrupun üzvləri həmin avtomobili qəbul edib Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsində yerləşən avtodayanacağa yerləşdirərək zərərçəkmiş şəxsə xeyli miqdarda 12.000 manat dəyərində ziyan vurmaqla Zərərçəkmiş şəxs qarşı qabaqcadan əlbir olan bir qrup şəxs halında xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə zərərçəkmiş şəxsin şəxsiyyəti üzərində zor tətbiq etməklə özgənin əmlakını hədə-qorxu ilə tələb etmə cinayətini törətmişlər. Kassasiya şikayətinin dəlilləri: Müdafiəçi Mustafayev Natiq Məhəmməd oğlu kassasiya şikayətini belə əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən sübutlar düzgün tədqiq edilib qiymətləndirilməmiş, nəticədə məhkum1 təqsirləndirildiyi cinayətlərin törədilməsinə aidiyyəti sübut edilmədiyi halda, əsassız və qanunsuz olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.3, 144.2.4, 144.2.6, 182.2.1, 182.2.3 və 182.2.4-cü maddələri ilə təqsirli bilinmişdir. Kassasiya şikayətinin müəllifi iddia edir ki, məhkum1 zərərçəkmiş şəxsin qanunsuz olaraq azadlıqdan məhrum edilməsi və ondan hədə-qorxu tətbiq edilməklə pul tələb olunması barədə digər şəxslərlə qabaqcadan əlbir olmamış, zərərçəkmiş şəxs öz iradəsi ilə hərəkət etmiş, ona qarşı zor tətbiq edilməmiş və pul tələbi ilə bağlı əvvəlcədən hər hansı razılaşma mövcud olmamışdır. Bu səbəbdən müdafiə tərəfi məhkum1 hərəkətlərində cinayətdə iştirakçılığın zəruri əlamətlərinin sübuta yetirilmədiyini, məhkəmələrin isə zərərçəkmiş və şahidlərin ziddiyyətli ifadələrinə, habelə məhkəmə iclasında bilavasitə tədqiq olunmamış sübutlara əsaslanaraq yanlış nəticəyə gəldiklərini göstərmişdir. Bundan başqa, iş üçün mühüm əhəmiyyət kəsb edən şahidlərin məhkəmə iclasında dindirilməsi barədə verilmiş vəsatətlərin əsassız olaraq təmin edilmədiyi, eləcə də təqsirləndirilən şəxsin ana dilindən istifadə hüququnun formal qaydada təmin olunduğu qeyd edilmişdir. Müdafiəçi N.M.Mustafayev kassasiya şikayətində göstərilənlərə əsasən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 04 mart 2025-ci tarixli qərarının ləğv edilməsini, işə bəraətverici əsaslarla xitam verilməsini xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Müdafiəçi N.M.Mustafayev kassasiya şikayətində məhkəmələrin sübutetməyə dair cinayət-prosessual qanunun tələblərini pozduqlarını, o cümlədən məhkum1 adam oğurluğu və hədə-qorxu ilə tələb etmə cinayətlərində təqsirli olması, əməlinin Cinayət Məcəlləsinin 144.2.3, 144.2.4, 144.2.6, 182.2.1, 182.2.3 və 182.2.4-cü maddələri ilə hüquqi tövsifi barədə nəticələrini hərtərəfli araşdırılmayan, qeyri-mötəbər sübutlarla əsaslandırdıqlarını iddia etməklə, apellyasiya məhkəməsinin qərarının ləğv edilməsi, ona Cinayət Məcəlləsinin 144.2.3, 144.2.4, 144.2.6, 182.2.1, 182.2.3 və 182.2.4-cü maddələri ilə bəraət verilməsi haqqında kassasiya tələblərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.2, 416.1.6 və 416.1.11-ci maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi təsbit olunmuş hallarla əlaqələndirmişdir. Odur ki, kollegiya müdafiəçinin kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görərək, bu şikayətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 04 mart 2025-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Belə ki, Cinayət məsuliyyətinin əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Bu normanın mənasına görə şəxsin əməlində konkret cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə isnad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Bu tələb Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” ## #### 2011-ci il tarixli qərarının müddəalarından da irəli gəlir. Belə ki, Konstitusiya Məhkəməsinin Plenumunun həmin qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinə əsasən “hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir”. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin (o cümlədən, əməldə cinayət tərkibinin əlamətlərinin olub-olmamasının) müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). Müdafiəçinin kassasiya şikayətindən görünür ki, sonuncu hüquqlarını müdafiə etdiyi məhkum1 təqsirsiz olduğu halda əsassız və qanunsuz olaraq məhkum edildiyini iddia etməklə, onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.3, 144.2.4, 144.2.6, 182.2.1, 182.2.3 və 182.2.4-cü maddələri ilə təqsirliliyinin sübuta yetirilməməsi barədə mülahizələrini və həmin mülahizələrdən irəli gələn apellyasiya məhkəməsinin qərarının ləğv edilməsi haqqında tələblərini məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarının inkarı üzərində qurmuşdur. Bu isə onu göstərir ki, müdafiəçi kassasiya instansiyası məhkəməsini iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirməklə işin faktiki hallarını yenidən müəyyən etməyə dəvət edir. Bununla əlaqədar kollegiya xatırladır ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi kassasiya baxışının hüdudlarını cinayət və cinayət-prosessual qanunların tətbiqi məsələlərinin araşdırılması ilə məhdudlaşdırmışdır. CPM-in 419.11-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Bu normaların mənasına görə, kassasiya məhkəməsi kassasiya müraciətlərinə baxarkən bilavasitə özü sübutları təhlil etməklə işin faktiki hallarını müəyyən etməyə haqlı deyil. Həmin halların müəyyən edilməsi qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Kassasiya instansiyası məhkəməsi isə müvafiq kassasiya müraciəti olduqda birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş faktiki hallara cinayət qanunu normalarının tətbiqini və həmin halların müəyyən edilməsi, ümumiyyətlə cinayət prosesinin həyata keçirilməsi zamanı cinayət-prosessual qanunun tələblərinə əməl olunub-olunmadığını yoxlaya bilər. Odur ki, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi barədə kassasiya tələblərinin əsaslılığını yoxlayarkən məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarını nəzərə almaya və məhkumun müdafiəçilərinin məhkəmə qərarlarının mübahisələndirilməsi üçün kassasiya şikayətlərində irəli sürdükləri, konkret dəlillərlə əsaslandırılmayan iddialarını mübahisələndirilən qərarın ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi qiymətləndirə bilməz. Məhkəmələr tərəfindən müəyyən edilmiş faktiki hallardan çıxış etmək barədə kollegiyanın qənaəti həm də ondan irəli gəlir ki, kassasiya şikayətinin məzmunu ilə uzlaşan dəlillər məhkum məhkum1 müdafiəçisi tərəfindən apellyasiya məhkəməsi qarşısında da irəli sürülmüş və apellyasiya məhkəməsi həmin dəlillərlə əlaqədar birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin düzgün olub-olmamasını yoxlayıb sübutlar və sübutetmə, cinayəti təşkil edən faktiki halların müəyyən edilməsi, faktiki hallara cinayət qanunu normasının tətbiqi, ibtidai istintaqda və birinci instansiya məhkəməsində cinayət-prosessual qanunun tələblərinə, o cümlədən təqsirləndirilən şəxsin prosessual hüquqlarına əməl olunması məsələlərində hər hansı bir pozuntu aşkar etməmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.3, 144.2.4, 144.2.6, 182.2.1, 182.2.3 və 182.2.4-cü maddələrinin dispozisiyalarından və cinayət qanununun ümumi hissəsinin müddəalarından çıxış edərək, məhkum1 hərəkətlərində Cinayət Məcəlləsinin sadalanmış maddələrində nəzərdə tutulmuş cinayətin tərkibinin olması, bu maddələr ilə onun təqsirli bilinməsini və cəzalandırılmasını istisna edən halların, o cümlədən CPM-in 42.1-ci maddəsində təsbit edilmiş bəraətin əsaslarının olmaması haqqında nəticəyə gəlmişdir. Həqiqətən də, kassasiya şikayətində iddia olunanların əksinə olaraq, baxılan cinayət işi üzrə məhkəmə dinləmələri qanuni prosedurlara, o cümlədən cinayət-mühakimə icraatının prinsiplərinə əməl olunmaqla aparılmış; məhkəmələr tərəfindən sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş - hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, hökm və apellyasiya instansiyası məhkəməsinin qərarı çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş və məhkum1 Cinayət Məcəlləsinin 144.2.3, 144.2.4, 144.2.6, 182.2.1, 182.2.3 və 182.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli olması barədə yekun nəticələr CPM-in 146-cı maddəsinin tələbləri gözlənilməklə işə aid olan və biri digərinə uyğun gələn sübutların məcmusu ilə, onların həqiqi məzmununa uyğun olaraq əsaslandırılmışdır. Məhkum məhkum1 cinayət hadisəsində iştirak etməməsi, zərərçəkmiş şəxsin öz iradəsi ilə hərəkət etməsi, ona qarşı zor tətbiq olunmaması və pul tələbi ilə bağlı əvvəlcədən razılaşmanın olmaması haqqında ittihamın mübahisələndirilməsi üzrə dəlilləri müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinə baxılması zamanı apellyasiya instansiyası məhkəməsi tərəfindən də yoxlanılmış, məhkəmə həmin dəlillərin baxılmış sübutların məcmusu, o cümlədən zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs ifadələri, iş üzrə digər təqsirləndirilən şəxslər məhkum3, təqsirləndirilən şəxs2, məhkum2 və təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdikləri ifadələri ilə (məhkum1 Zərərçəkmiş şəxs görüş yerinə çağırmasını, digər şəxsləri ona “qonaq” kimi təqdim etməsini, sonradan isə guya pulqabısını götürmək bəhanəsi ilə hadisə yerindən ayrılmasını, həmçinin Rafaelin maddi imkanları barədə məlumat verərək ona qarşı hədə xarakterli təsirlərin davam etdirilməsini bildirməsini təsdiq etmişlər), şahid ifadələri, “telefon danışıq məlumatlarına baxış keçirilməsi haqqında” protokolla (məhkum1 istifadə etdiyi XXX nömrəsi vasitəsilə 03 və 04 yanvar 2022-ci il tarixlərində həm zərərçəkmiş Zərərçəkmiş şəxs 0XXX nömrəsi, həm də təqsirləndirilən şəxs məhkum3 istifadə etdiyi mobil nömrələrlə gündüz və gecə saatlarında intensiv əlaqə saxlaması, eyni zamanda əvvəllər istifadə etdiyi 0XXX nömrəsi vasitəsilə isə Zərərçəkmiş şəxslə 2021-ci ilin ortalarından davamlı əlaqədə olması müəyyən edilmişdir), “telefona baxış keçirilməsi haqqında” protokolla (məhkum1 mobil telefonunda “WA BUSINESS” tətbiqi və həmin tətbiq üzərindən aparılmış “WhatsApp” yazışmalarının aşkar edilməsi, 03-04 yanvar 2022-ci il tarixlərində məhkum3 +***** *** ** ** nömrəsi ilə aparılmış yazışmalarda “xxxx” ASC-yə aid XXXX nömrəli “Albalı” kartına pul köçürülmələri barədə məlumatların, o cümlədən 5000 manat və sonradan ümumilikdə 3000 manat pul göndərilməsinə dair qəbzlərin fotoşəkillərinin müəyyən edilməsi, habelə “ANAR ZZZ” adı ilə qeydiyyatda olan +9XXXX nömrəsi ilə aparılmış yazışmalarda müxtəlif bank kartlarının fotoşəkillərinin, Zərərçəkmiş şəxs məxsus “BMW E39” markalı **-LF-*** dövlət qeydiyyat nişanlı avtomobilin evakuator vasitəsilə Bakı şəhərinə göndərilməsi ilə bağlı foto və videogörüntülərin, eləcə də pul köçürmələrinə dair qəbzlərin aşkar edilməsi), üzləşdirmə protokolları, ekspertiza rəyləri, maddi sübutlar və digər iş materialları ilə təkzib olunması haqqında nəticəyə gəlmişdir. Apellyasiya məhkəməsinin sözügedən məsələlər üzrə gəldiyi nəticələr müdafiə tərəfinin apellyasiya şikayətində irəli sürülmüş iddiaların, bu iddialarla əlaqəli olan işin hallarının obyektiv araşdırılmasına, birinci və apellyasiya instansiyası məhkəmələrində CPM-in tələblərinə uyğun olaraq tədqiq edilmiş sübutlara, müvafiq maddi və prosessual normaların düzgün təfsirinə əsaslandığından, kassasiya şikayətində göstərilənlər isə apellyasiya məhkəməsinin gəldiyi nəticələri təkzib etmədiyindən, məhkəmə kollegiyası birinci və apellyasiya instansiyası məhkəmələrinin məhkum1 əməllərinin Cinayət Məcəlləsinin 144.2.3, 144.2.4, 144.2.6, 182.2.1, 182.2.3 və 182.2.4-cü maddələrilə tövsif edilməsi, onun bu maddələrlə təqsirli bilinməsini və cəzalandırılmasını istisna edən halların olmaması barədə qənaətlərini şübhə altına almaq üçün əsas görmür. Sübutlar hökmdə və apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı təsvir edilib, müdafiə tərəfinin dəlilləri ilə müqayisə edilməklə həqiqi məzmunlarına uyğun olaraq şərh edildiyindən, məhkəmə kollegiyası hazırkı qərarda sübutların tam həcmdə yenidən ətraflı təsvir və şərh edilməsini zəruri saymır. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası müdafiəçinin kassasiya şikayətinin məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.3, 144.2.4, 144.2.6, 182.2.1, 182.2.3 və 182.2.4-cü maddələri ilə təqsirli bilinməsinin mübahisələndirilməsinə dair dəlilləri ilə razılaşmaq üçün əsas tapmır. Məhkəmə kollegiyası müdafiə tərəfinin təqsirləndirilən şəxsin ana dilindən istifadə hüququnun formal xarakter daşıması və bu səbəbdən onun müdafiə hüququnun pozulması barədə dəlilləri ilə razılaşmayaraq qeyd edir ki, iş materiallarından məhkum1 ibtidai istintaq mərhələsindən etibarən tərcüməçinin iştirakı təmin edilməklə prosessual hərəkətlərin həyata keçirildiyi, məhkəmə baxışı zamanı da tərcüməçinin iştirakının təmin olunduğu, habelə iş üzrə qəbul edilmiş prosessual qərarların tərcümə edilərək ona təqdim olunduğu görünür. Iş materiallarında təqsirləndirilən şəxsin ana dilindən istifadə hüququnun və müdafiə hüququnun həyata keçirilməsinə faktiki maneə yaradıldığını təsdiq edən hər hansı məlumat müəyyən edilmədiyindən, müdafiə tərəfinin həmin xüsusatla bağlı dəlilləri əsassız hesab edilir. məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.3, 144.2.4, 144.2.6, 182.2.1, 182.2.3 və 182.2.4-cü maddələri ilə, habelə cinayətlərin məcmusu üzrə cəza təyin edilərkən, cəzanın təyin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin əsaslılığı və qanuniliyi apellyasiya qaydasında yoxlanılarkən də məhkəmələr tərəfindən hər hansı pozuntuya yol verilməmiş, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara, cəzanın təyin edilməsinin ümumi əsaslarına və cəzanın məqsədlərinə dair Cinayət Məcəlləsinin müvafiq olaraq 59, 61, 58.3 və 41.2-ci maddələrinin tələblərinə əməl edilmiş, Cinayət Qanununun 8-ci maddəsində təsbit olunmuş ədalət prinsipi gözlənilmişdir. Təsvir olunanlar, ümumiyyətlə cinayət işinin materialları apellyasiya məhkəməsinin qərarının qanuni və əsaslı olduğunu, məhkəmələr tərəfindən kassasiya şikayəti ilə ehtiva olunan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.2, 416.1.6, 416.1.11 və 416.1ci maddələrinin digər müddəalarında təsbit olunmuş pozuntulara yol verilmədiyini göstərir. Beləliklə, məhkəmə kollegiyası müdafiəçi N.M.Mustafayev tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməsinə dair məhkum və müdafiəçinin, kassasiya şikayətinin təmin edilməməsinə dövlət ittihamçısının çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, müdafiəçinin kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 04 mart 2025-ci il tarixli, 1(103)-120/2025 nömrəli qərarı verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq Qərara aldı: Müdafiəçi Mustafayev Natiq Məhəmməd oğlunun kassasiya şikayəti təmin edilməsin. məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.3, 144.2.4, 144.2.6, 182.2.1, 182.2.3 və 182.2.4-cü maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 04 mart 2025-ci il tarixli, 1(103)-120/2025 nömrəli qərarı məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(1-8)-280/2026
Ali Məhkəmə Qərar — İş №1(1-8)-280/2026
21.04.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver