Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(1-8)-285/2026 03.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Cəfərov Ilqar Xanlar oğlu (sədrlik edən və məruzəçi), Mövsümov Nazim Rasim oğlu və Muxtarov Teyyub Asif oğlundan ibarət tərkibdə, Babayeva Lalə Tahir qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, R X2, məhkum Təqsirləndirilən şəxs, onun müdafiəçisi Müdafiəçi, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs və onun nümayəndəsi Nümayəndə Ziyəddin oğlunun iştirakları ilə, ## ###### 1974-cü ildə Xaçmaz rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, fərdi qaydada sahibkarlıqla məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 7 ünvanda qeydiyyatda olan və həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CMin) 186.1-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının *(***)-****/**** nömrəli ## #### 2025-ci il tarixli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(***)-**/**** nömrəli # ##### 2025-ci il tarixli hökmü ilə (hakim S.R.Mustafayevanın sədrliyi ilə) Təqsirləndirilən şəxs - CM-in 186.1-ci maddəsi ilə təqsirli bilinərək, cinayət nəticəsində vurulmuş ziyanın iki misli, yəni 41.964 (qırx bir min doqquz yüz altmış dörd) manat miqdarda cərimə cəzasına məhkum edilmiş, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi, mülki iddianın təmin edilməsi, dəymiş maddi zərərə görə 20.982,00 (iyirmi min doqquz yüz səksən iki) manat və vəkil xidmət haqqına görə 3.000,00 (üç min) manat məbləğində pul vəsaitinin, dövlət rüsumuna görə ödənilmiş 161,95 (yüz altmış bir tam yüzdə doxsan beş) manatın, ümumilikdə 24.143,95 (iyirmi dörd min yüz qırx üç tam yüzdə doxsan beş) manat məbləğində pul vəsaitinin Təqsirləndirilən şəxs tutularaq Zərərçəkmiş şəxs ödənilməsi qərara alınmışdır. Məhkəmənin həmin hökmündən məhkum Təqsirləndirilən şəxs, zərər çəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs və onun vəkili Nümayəndə tərəfindən apellyasiya şikayətləri verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının *(***)-****/**** nömrəli ## #### 2025-ci il tarixli qərarı ilə (hakimlər E.Ə.Mehdiyev (sədrlik edən), Z.V.Əhmədov və M.C.Qarayeva) apellyasiya şikayətləri təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin # ##### 2025-ci il tarixli hökmü dəyişdirilmədən saxlanmışdır. Həmin qərardan zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs nümayəndəsi Nümayəndə tərəfindən kassasiya şikayəti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının *(***)-****/**** nömrəli # ###### 2025-ci il tarixli qərarı ilə (hakimlər İ.S.Qılıcov (sədrlik edən), V.C.Cəfərov və H.N.Hüseynov) apellyasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının *(***)-****/**** nömrəli ## #### 2025-ci il tarixli qərarı həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanmışdır. Işin halları: Məhkəmə qərarlarına əsasən Təqsirləndirilən şəxs özgənin əmlakını zədələmək məqsədilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ## #### 2023-cü il tarixli *(***)- ****/**** nömrəli qətnaməsi ilə ünvan 5 ünvanda yerləşən əmlak kompleksindəki faktiki 602,1 kvadrat metr tikili, 142,8 kvadrat metr asfalt örtüklü sahənin Zərərçəkmiş şəxs mülkiyyətinə verilməklə həmin sahədə hər hansı bir söküntü və təmir-tikinti işlərinin aparılmasının qadağan olunmasına baxmayaraq, ## ##### 2024-cü il tarixdən ## ##### 2024-cü il tarixə kimi olan müddət ərzində onun qanunsuz əməllərindən məlumatsız olan şahid3 və şəxsiyyətləri istintaqa məlum olmayan digər ustalara göstəriş verib, həmin ustaların vasitəsilə əmlak kompleksinin Zərərçəkmiş şəxs aid hissəsində olan 18 ədəd alüminium pəncərə bloklarını, sanitar qovşağında olan 2 ədəd unitaz və 2 ədəd əl-üz yuyan avadanlıqları, 2 ədəd elektrik spot, 4 ədəd elektrik lampa, 1,6 kvadrat metr təbii işıq bacası üçün şüşə hissəni, 3 ədəd qapıları, 5 kvadrat metr ölçüdə döşəmə metlağını, 1 ədəd metal konstruksiyalı darvazanı, 1 ədəd L=12, 1 ədəd L=11, 1 ədəd L=10, 1 ədəd L=9, 1 ədəd L=8, 1 ədəd L=7, 1 ədəd L=6 metal fermaları, 170 kvadrat metr profnastilləri, 150 p/m metal profilləri, 1 ədəd taxta qapı blokunu, 20 kvadrat metr damın yan fasadının şüşələrini söküb zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ümumilikdə 20.982 (iyirmi min doqquz yüz səksən iki) manat məbləğində xeyli miqdarda ziyan vurmaqla qəsdən əmlakını zədələyərək məhv etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum Təqsirləndirilən şəxs tərəfindən verilmiş kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının ## #### 2025-ci il nömrəli qərarının ləğv edilməsi, cinayət işinə bəraətverici əsaslarla xitam verilməsi xahiş olunur. Kassasiya şikayətində göstərilmişdir ki, cinayət hadisəsinin olmaması ilə bağlı dəlillərdə faktiki olaraq ortada cinayət hadisəsinin olmaması tam sübuta yetirlimişdir. Ortada cinayət hadisəsi olmaması, Təqsirləndirilən şəxs əməlində də hazırki ittiaham üzrə cinayət əməlinin olmasını istisna edir. Lakin buna baxmayaraq müdafiə tərəfi olaraq məhz Təqsirləndirilən şəxs münasibətdə onun əməlində cinayət tərkibinin olmaması ilə bağlı dəlillərini məhkəmənin diqqətinə çatdırmağı zəruri hesab edir. Ilk növbədə nəzərə almaq lazımdır ki, Təqsirləndirilən şəxs tərəfindən obyektin söküntüsü ilə bağlı hər hansı göstəriş verilməməsinə baxmayaraq Zərərçəkmiş şəxs qərəzli şikayətinə münasibətdə əsassız ittiham irəli sürülmüşdür. Belə ki, şahid şahid3 məhkəmə istintaqı zamanı verdiyi ifadəsində göstərmişdir ki, ona tapşırıqları bilavasitə mərhum Vşahid1 tərəfindən verilmişdir, Təqsirləndirilən şəxs nəinki həmin obyektin söküntüsü ilə bağlı göstəriş vermək, ümumiyyətlə həmin obyektdə aparılan işlərlə bağlı heç maraqlanmamışdır. Söküntü ilə bağlı ödənişlər isə mərhum Vşahid1 nəvəsi şahid1 tərəfindən mərhumun göstərişinə əsasən icra edilmişdir. Təqsirləndirilən şəxs ifadəsində bildirmişdir ki, obyektin sökülməsi ilə bağlı göstərişlər atası Vşahid1 tərəfindən verilmiş, lakin atası ağır xəstə olduğu üçün onun polis idarəsinə çağırılmaması üçün bununla bağlı göstərişlərin bilavasitə onun tərəfindən verilməsi ilə bağlı izahat vermək məcburiyyətində qalmışdır. Bununla yanaşı şahid şahid1 məhkəmə istintaqı zamanı ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, obyektin söküntüsü ilə bağlı tapşırıqlar məhz Vşahid1 tərəfindən verilmiş, Təqsirləndirilən şəxs obyektin söküntüsündə iştirak etməyib, bununla bağlı tapşırıq verməyib, həmçinin söküntü ilə bağlı aparılmış işlərlə heç vaxt maraqlanmayıb. Təqsirləndirilən şəxs tərəfindən həmin obyektin dağıdılması və ya sökülməsinin şahidi olmamış, həmin obyekt 2021-ci ildən onun istifadəsində olub, babası həmin obyektin idarə olunmasını ona tapşırıb, Vşahid1 usta şahid3 tərəfindən söküntü aparılması ilə bağlı məlumat vermişdir. Bununla yanaşı bildirmişdir ki, söküntü ilə bağlı ödənişlər ustaya Vşahid1 göstərişi əsasında onun tərəfindən ödənilmişdir. Bununla yanaşı məhkəmə istintaqı zamanı ifadə vermiş şahid şahid2 bildirmişdir ki, 5 ildir ki, həmin obyektdə mərhum Vşahid1 məxsus, lakin onun nəvəsi şahid1 rəhbərliyi altında mərmər sexində fəaliyyət göstərir, o obyektdə söküntünü Idris adlı usta tərəfindən aparıldığının şahidi olmuş, hansı əsasla orda söküntü işlərinin aparılmasını ustadan dəqiqləşdirdikdə Idris ona bildirmişdir ki, Vşahid1 ona obyektin söküntüsü ilə bağlı göstəriş verib. Bununla yanaşı şahid bildirmişdir ki, o, heç vaxt Təqsirləndirilən şəxs tərəfindən həmin obyektdə söküntü və ya dağıntı işlərinin aparılmasının və ya belə bir tapşırıq verməməsinin şahidi olmamışdır. Təqsirləndirilən şəxs öz növbəsində bildirmişdir ki, söküntü ilə bağlı göstərişlər atası Vşahid1 tərəfindən verilmiş, səhhətində problem olan atasının hüquq mühafizə orqanlarına çağırılmaması məqsədi ilə məcbur qalıb əvvəllər belə bir izahat vermişdir. Bununla yanaşı cinayət işinin materiallarına diqqət yetirsək görərik ki, Zərərçəkmiş şəxs istintaqa və məhkəməyə qeyri-səmimi və yalan ifadələr verməklə həqiqətin ortaya çıxmasının qarşısını qərəzli olaraq almışdır. Belə ki, Zərərçəkmiş şəxs məhkəmə istintaqı zamanı verilmiş suallara cavab olaraq o bildirmişdir ki, hüquq mühafizə orqanlarına etdiyi şikayətləri müdafiə edir, həmin şikayətlərdə göstərilənlər həqiqəti əks etdirir. Zərərçəkmiş şəxs etdiyi şikayətlərin məzmunundan görünür ki, o, obyektdən sökülmüş əşyaların oğurlanmasından şikayətçidir. Lakin məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, faktiki olaraq obyektdə Vşahid1 göstərişi əsasında söküntü aparılsa da, sökülmüş əşyalar həmin obyektdən çıxarılmamışdır. Bu fakt şahidlərin, zərər çəkən şəxsin sonrakı dəyişdirdiyi ifadələri, həmçinin məhkumun ifadələri, eləcə də, ittiham tərəfinin təqdim etdiyi foto şəkillərlə tam təsdiq edilir. Bununla yanaşı ittiham tərəfinin mövqeyinə əsasən guya həmin obyekt Təqsirləndirilən şəxs istifadəsində olub, Zərərçəkmiş şəxs bu barədə qərəzli və yalan ifadələri də, məhz Təqsirləndirilən şəxs barəsində əsassız ittihamın irəli sürülməsinə səbəb olmuşdur. Lakin şahid şahid1, şahid2 və şahid3 verdikləri bütün ifadələrində obyektin Təqsirləndirilən şəxs deyil, məhz şahid1 istifadə olmasını təsdiq etmişlər. Ittiham tərəfinin gətirdiyi hazırki boş dəlillər isə heç bir sübuta əsaslanmayan, həqiqəti əks etdirməyən Təqsirləndirilən şəxs qarşı olan şər-böhtanın və qərəzin təcəssümüdür. Zərərçəkmiş şəxs dəfələrlə ifadələrində məhz mərhum qaynatası Vşahid1 ona qarşı qərəzli olduğunu ifadə etmiş, Vşahid1 şikayətçi olmuş, söküntü barədə göstərişlərində məhz Vşahid1 tərəfindən verildiyini həm yazılı, həm də şifahi formada ifadə etmiş, bunlar isə protokollarda öz təsdiqini tapmışdır. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin təmin edilməsi barədə məhkum Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi, kassasiya şikayətinin təmin edilməməsi barədə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, onun nümayəndəsi Nümayəndə və dövlət ittihamçısı R.Məmmədlinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Faktları araşdırmaq və müəyyən etmək funksiyaları üzərilərinə qoyulmuş birinci və apellyasiya instansiyası məhkəmələri isə təqdim olunan sübutları araşdırmaqla belə nəticəyə gəlmişlər ki, Təqsirləndirilən şəxs məhkəmə qərarlarında təsvir edilən cinayət hadisəsini törətmişdir. Bu zaman məhkəmələr iş üzrə şahidlərin ifadələrinə, ekspert rəylərinə, habelə toplanmış digər sübutlara istinad etmişlər. Cinayət-prosessual qanunvericiliyinə uyğun surətdə əldə edilmiş həmin sübutların qanuniliyinin və mötəbərliyinin şübhə altına alınması üçün heç bir qanuni əsas yoxdur. Məhkum tərəfindən verilmiş kassasiya şikayətində ona qarşı irəli sürülən ittiham üzrə ədalətli qərar qəbul edilmədiyi bildirilir və iş üzrə bəraət verilməsi xahiş olunur. Azərbaycan Respublikası CM-in 186.1-ci maddəsinə əsasən “özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə zərər çəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törədildikdə” görə məsuliyyəti nəzərdə tutur və bu əməl cinayət nəticəsində vurulmuş ziyanın iki mislindən üç mislinədək miqdarda cərimə və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## ### 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## #### 2011-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun # ######## 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-in 28.5-ci maddəsi). Insan Hüquqları üzrə Avropa Məhkəməsinin “Taxquet Belçikaya qarşı” ## ###### 2009-cu il, “Xirvisari Finlandiyaya qarşı” ## ######## 2001-ci il, “X1rşı” ## ###### 1994-cü il və “Hacianastassion Yunanıstana qarşı” ## ###### 1992-ci il tarixli qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. “Insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin tələb etdiyi ədalətli araşdırmanın məcburi tələbləri arasında cinayət təqibini həyata keçirən hakimiyyət orqanının bütün sübutlar barədə müdafiə tərəfinə məlumat vermək vəzifəsi mühüm yer tutur. Konvensiyanın 6-cı maddəsi ilə təminat verilən ədalətli məhkəmə baxışı prinsipi hüququn aliliyinə və insan hüquqlarına hörmətin həyata keçirilməsinə xidmət edir. Əks maraqların toqquşduğu məhkəmə prosesində tərəflərin prosesdə bərabərliyinin təmin edilməsi məhkəmələr tərəfindən həyata keçirilməlidir. Şikayətdə göstərilən dəlillərlə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materiallarına əsasən məhkum Təqsirləndirilən şəxs əməli mötəbərliyi heç bir şübhə doğurmayan, Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq əldə edilmiş sübutlarla, yəni şahid ifadələri, ekspert rəyləri və bir çox istintaq hərəkətlərinin aparılması haqqında protokollarla və işə əlavə edilmiş sənədlərlə tam sübuta yetirilmişdir. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi işə baxılması zamanı natamamlığa, qeyri-obyektivliyə, cinayət prosesi iştirakçılarının hüquqlarının pozulmasına yol verməmiş, məhkəmə iclasları ağlabatan müddətlərdə cinayət mühakimə icraatının prinsiplərinə uyğun olaraq keçirilmiş və məhkəmələr hər hansı bir sübutun tədqiqindən imtina etməyərək qanunsuz yolla əldə olunmuş sübutlardan istifadə etməmişlər. Məhkəmə baxışları zamanı həmçinin “Insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli və qərəzsiz məhkəmə baxışına malik olmaq, müdafiə, onun lehinə və əleyhinə ifadələr vermiş şahidləri dindirmək və başqa hüquqları da pozulmamışdır. Məhkəmə kollegiyası iş materiallarını bir daha təhlil edərək belə qənaətə gəlir ki, işə baxan məhkəmələr Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları onların mötəbərliyi, mümkünlüyü və mənsubiyyəti üzrə qiymətləndirib CPM-in 146-cı maddəsinə əsasən həmin sübutların məhkum Təqsirləndirilən şəxs tərəfindən ittiham edildiyi cinayətin törədilməsinə dair onun təqsirliliyinin müəyyən edilməsi üçün kifayət etməsi haqqında düzgün nəticəyə gəlmişlər. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan apellyasiya instansiyası məhkəməsi məhkumun qeyd edilən cinayəti törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanları tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda tam sadalamasa da, bəzi xüsusatların qeyd olunmasını zəruri hesab edir. Iş materiallarında olan zərər çəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs nümayəndəsi və vəkili Nümayəndə məhkəməyə təqdim etdiyi mülki iddia ərizəsində göstərmişdir ki, Nəsimi Rayon Məhkəməsinin icraatında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi vardır. Etibarnamə üzrə nümayəndəsi və vəkili olduğu Zərərçəkmiş şəxs iş üzrə zərər çəkmiş şəxs qismində tanınmışdır. Ittiham aktına əsasən Təqsirləndirilən şəxs cari ilin aprel ayında keçmiş həyat yoldaşı Zərərçəkmiş şəxs məxsus ünvan 6 ünvanda yerləşən qeyri-yaşayış obyektində söküntü işləri aparmaqla sonuncuya məxsus əmlakı qəsdən məhv etməklə 20.982 (iyirmi min doqquz yüz səksən iki) manat məbləğində ziyan vurmuşdur. Nəsimi Rayon Polis Idarəsində aparılmış istintaq nəticəsində Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirləndirilmiş və cinayət işi üzrə ibtidai istintaq tamamlanaraq araşdırılması üçün məhkəməyə göndərilmişdir. Cinayət nəticəsində ziyan vurulmuş əmlak Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə nikahda olan zaman birgə vəsaitləri hesabına əldə edilmişdir. Nikahları 2010-cu ildə pozulduqdan sonra nikah dövründə əldə edilmiş əmlak bölgüsü uzun illər (2010- 2023) məhkəmələrdə mübahisə predmeti olmuşdur. 13 il ərzində ona çatacaq payla bağlı məhkəmələrdə gedən mübahisə zamanı haqsızlıqlardan dolayı xərçəng xəstəliyinə tutulmuşdur. Nəhayət, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ##.##.2023-cü il tarixli *(***)-****/**** nömrəli qətnaməsi və onu qüvvədə saxlayan Ali Məhkəmənin Mülki kollegiyasının ##.##.2023-cü il tarixli *(***)-****/**** nömrəli qərarı ilə Zərərçəkmiş şəxs ünvan 6 ünvanda yerləşən əmlak kompleksindəki ½ hissədən ibarət mülkiyyət payı tanınmış və ona məxsus payın naturada ayrılması və V.Vəliyevin ona aid hissədən çıxarılması haqqında yekun qərar qəbul edimişdir. Dövlət reyestrindən çıxarışdan da göründüyü kimi əmlak kompleksində Zərərçəkmiş şəxs ½ payı qeyd olunmuşdur. Məhkəmə qərarının icrasını gecikdirən M.Vəliyev 19-## ##### 2024-cü il tarixdə özgənin əmlakını zədələmək məqsədi ilə Nəsimi rayonu, C.Səlimov küçəsi, 19A ünvanda yerləşən əmlak kompleksinin Zərərçəkmiş şəxs məxsus hissəsində 18 ədəd alüminium pəncərə bloklarını, sanitar qovşağında olan 2 ədəd unitaz və 2 ədəd əl-üz yuyan avadanlıqları, 2 ədəd elektrik spot, 4 ədəd elektrik lampa, 1,5 kv.m təbii işıq bacası üçün şüşə hissəni, 3 ədəd qapıları, 5 kv.m ölçüdə döşəmə metlağını, 1 ədəd metal konstruksiyalı darvazanı, 1 ədəd L=12, 1 ədəd L = 11, 1 ədəd L=10, 1 ədəd L=9, L=8, 1 ədəd L=7, 1 ədəd L=6 ədəd metal fermaları, 170 kv.m profnasilləri, 150 p/m profilləri, 1 ədəd taxta qapı blokunu, 20 kv.m damın yan fasadının şüşələrini söküb zərərçəkmiş Zərərçəkmiş şəxs ümumilikdə 20.982 manat məbləğində, xeyli miqdarda ziyan vurmaqla qəsdən əmlakını zədələyərək məhv etmişdir. Təqsirləndirilən şəxs tərəfindən əmlaka vurulan ziyanı iş materiallarında olan aşağıdakı sübutlar təsdiq edir: Cinayət işi materiallarına əlavə olunmuş Nəsimi Rayon Icra Şöbəsinin ##.##.2024-cü il tarixli aktından görünür ki, həmin tarixdə icra məmurları tərəfindən Bakı Apellyasiya məhkəməsinin ##.##.2023- cü il tarixli qətnaməsinin icrası ilə bağlı ünvan 2 ünvanda yerləşən qeyri-yaşayış obyektinə gəldikdə, Zərərçəkmiş şəxs məxsus yerdən avtoservis damının, qapıların, işıq naqillərinin sökülüb aparılması, sahənin yararsız hala salınması aşkar olunmuşdur. Iş üzrə şahid qismində dindirilmiş şahid3 öz ifadəsində söküntü işlərini aparmaq göstərişini Whatsapp sosial şəbəkəsi vasitəsilə Təqsirləndirilən şəxs almışdır. Telefonda görüntülü və səsli danışıqlar vasitəsilə Təqsirləndirilən şəxs ona harada nə etməli olduğunu izah etmişdir. Məhkəmə-tikinti ekspertizasının ##.##.2024-cü il tarixli, *-**-**/*-**/**** nömrəli rəyinə əsasən, zərərçəkmiş Zərərçəkmiş şəxs məxsus əmlaka ümumilikdə 20982 iyirmi min doqquz yüz səksən iki) manat ziyan vurulmuşdur. Beləliklə, yuxarıda göstərilən sübutlara əsasən, Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs məxsus əmlaka 20982 manat ziyan vurulduğu tam sübuta yetirilmişdir. Həmin vəsait Təqsirləndirilən şəxs tutularaq mülki iddiaçıya ödənilməlidir. Qeyd olunanlara əsasən cinayət işi üzrə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs 20.982 (iyirmi min doqquz yüz səksən iki) manat vurulmuş ziyana görə, 3.000 (üç min) manat vəkil xidmət haqqı və 161,95 (bir yüz altmış bir manat doxsan qəpik) manat dövlət rüsumu, ümumilikdə 24.143 (iyirmi dörd min yüz qırx üç) manat məbləğində pul vəsaitinin tutularaq mülki iddiaçı Zərərçəkmiş şəxs xeyrinə ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş şahid3 ifadəsində göstərmişdir ki, təxminən 15 il olar ki, inşaat sektorunda çalışır. Təqsirləndirilən şəxs da təxminən 10 il olar ki, inşaat sektorunda tanımışdır. Bir neçə dəfə Vşahid1 məxsus müxtəlif obyektlərdə təmir-tikinti işi görmüşdür. 2024-cü ilin aprel ayında Vşahid1 onunla whatsap sosial şəbəkəsi vasitəsi ilə əlaqə saxlayaraq ünvan 4 ünvanda yerləşən obyektə getməsini, orada müəyyən söküntü və tikinti işlərinin aparılmasını xahiş etmişdir. O, özü ilə bərabər bir neçə usta götürərək həmin əraziyə getmiş, Vşahid1lə əlaqə saxlamış, bu zaman onuncu ona obyektdə hansı yerləri sökməsi barədə göstərişlər vermişdir. Vşahid1 göstərişi əsasında o, ünvan 4 ünvanda yerləşən obyektdə söküntü işləri aparmışdır. Lakin həmin söküntü işlərinin hansı səbəbdən aparılmasını bilməmişdir. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq bildirmişdir ki, ibtidai istintaq zamanı vermiş olduğu izahatında da, ünvan 4 ünvanda yerləşən obyektdə söküntü işləri aparılması barədə ona göstərişin Vşahid1 tərəfindən verildiyini bildirmişdir. Ittiham aktında qeyd olunmuş izahat ona məxsus deyildir. O, sadəcə olaraq Polis Idarəsində ona verilmiş sənədlərə imza çəkmiş, lakin həmin sənədlərdə nə yazılmasını oxumamışdır. ünvan 4 ünvanda yerləşən obyektdə hər hansı işlərin görülməsi barədə Təqsirləndirilən şəxs hər hansı göstəriş almamışdır. Sökdüyü əmlakların dəqiq sayını xatırlamasa da, ittiham aktında qeyd olunanlara təxminən uyğun gəlir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ##.##.2023-cü il tarixli *(***)-****/**** nömrəli qətnaməsindən görünür ki, iddiaçı Zərərçəkmiş şəxs apellyasiya şikayəti təmin edilmiş, cavabdeh Vəliyev Vəli Hüseyn oğlunun apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli iş üzrə ## ###### 2022-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbi təmin edilmiş, iddiaçı Zərərçəkmiş şəxs ünvan 6 saylı ünvanında yerləşən əmlak kompleksindəki 1/2 hissədən ibarət mülkiyyət payının naturada ayrılması, naturada ayrılmanın Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin ## #### 2022-ci il tarixli, **/**** nömrəli ekspert rəyinə və həmin rəyə əlavə olunmuş bölgü sxeminə əsasən aşağıdakı qaydada həyata keçirilməsi, ünvan 6 saylı ünvanda yerləşən əmlak kompleksinin tikililərinə gedən asfalt örtüklü keçid yolunun “B” tikilisinə qədər olan hissəsi ümumi istifadədə saxlanılmaqla, “A” tikilisi ilə “B” tikilisi arasındakı asfalt örtüklü sahədə sərhəd divarları hörülməklə və bölünmüş sahələrə ayrıayrılıqda giriş-çıxış qapıları qoyulmaqla, asfalt örtüklü 1-ci hissə (hər hansı bir hüquq tanımadan), “A” və “B” tikililəri və hər hansı bir hüquq tanınmadan “A” tikilisi ilə “C” tikilisi arasındakı sahədə inşa olunmuş 40,3 kv. m olan qeydə alınmayan tikili iddiaçı Zərərçəkmiş şəxs (faktiki 602,1 kv metr tikili, 142,8 kv metr asfalt örtüklü sahə), asfalt örtüklü 2-ci hissə(hər hansı bir hüquq tanımadan), eləcə də “C” tikilisi (faktiki 609,5 kv metr tikili, 142,8 kv metr asfalt örtüklü sahə) isə bütünlüklə cavabdeh Vəliyev Vəli Hüseyn oğluna bölünərək verilməsi, Vəliyev Vəli Hüseyn oğlunun iddiaçıya aid hissədən çıxarılması qət edilmişdir Iş materiallarında olan Nəsimi rayon Icra şöbəsinin # ##### 2024-cü il tarixli aktından görünür ki, həmin tarixdə icra məmurları tərəfindən Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli ##.##.2023-cü il tarixli qətnaməsinin icrası ilə bağlı ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış obyektinə gedildikdə, Vəliyev Vəli Hüseyn oğlunun xaricdə olması nəzərə alınmaqla qətnamənin icrası ##.##.2024-cü il tarixə təxirə salınmışdır. Nəsimi rayon Icra şöbəsinin ## ##### 2024-cü il tarixli aktından görünür ki, həmin tarixdə icra məmurları tərəfindən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(***)-****/**** nömrəli ##.##.2023-cü il tarixli qətnaməsinin icrası ilə bağlı ünvan 2 ünvanda yerləşən qeyriyaşayış obyektinə gedildikdə, obyektdə olan icarəçilərin əşyalarının boşaldılması ilə bağlı vaxt istənilməsi səbəbindən qətnamənin icrası ##.##.2024-cü il tarixə təxirə salınmışdır. Nəsimi rayon Icra şöbəsinin ## ##### 2024-cü il tarixli aktından görünür ki, həmin tarixdə icra məmurları tərəfindən Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli ##.##.2023-cü il tarixli qətnaməsinin icrası ilə bağlı ünvan 2 ünvanda yerləşən qeyriyaşayış obyektinə gedildikdə, Zərərçəkmiş şəxs məxsus yerdən avtoservis hissəsinin damının, qapıların, işıq naqillərinin sökülüb aparılması, Zərərçəkmiş şəxs məxsus sahənin yararsız hala salınması aşkar olunmuşdur. Bakı şəhəri Nəsimi rayon Icra şöbəsinin ##.##.2024-cü il tarixli “icraata başlamaq haqqında” qərarının və həmin tarixli müvafiq bildirişin surətindən görünür ki, borclu Vəliyev Vəli Hüseyn oğluna icraata başlamaq haqqında qərarın surəti göndərilmiş və o, Nəsimi rayon Icra şöbəsinin # ##### 2024-cü il tarixli aktından görünür ki, həmin tarixdə icra məmurları tərəfindən Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli ##.##.2023-cü il tarixli qətnaməsinin icrası ilə bağlı ünvan 2 ünvanda yerləşən qeyri-yaşayış obyektinə gedildikdə, Vəliyev Vəli Hüseyn oğlunun xaricdə olması nəzərə alınmaqla qətnamənin icrası ##.##.2024-cü il tarixə təxirə salınmışdır. Nəsimi rayon Icra şöbəsinin ## ##### 2024-cü il tarixli aktından görünür ki, həmin tarixdə icra məmurları tərəfindən Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli ##.##.2023-cü il tarixli qətnaməsinin icrası ilə bağlı ünvan 2 ünvanda yerləşən qeyriyaşayış obyektinə gedildikdə, obyektdə olan icarəçilərin əşyalarının boşaldılması ilə bağlı vaxt istənilməsi səbəbindən qətnamənin icrası ##.##.2024-cü il tarixə təxirə salınmışdır Nəsimi rayon Icra şöbəsinin ## ##### 2024-cü il tarixli aktından görünür ki, həmin tarixdə icra məmurları tərəfindən Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli ##.##.2023-cü il tarixli qətnaməsinin icrası ilə bağlı ünvan 2 ünvanda yerləşən qeyriyaşayış obyektinə gedildikdə, Zərərçəkmiş şəxs məxsus yerdən avtoservis hissəsinin damının, qapıların, işıq naqillərinin sökülüb aparılması, Zərərçəkmiş şəxs məxsus sahənin yararsız hala salınması aşkar olunmuşdur. Bakı şəhəri Nəsimi rayon Icra şöbəsinin ##.##.2024-cü il tarixli “icraata başlamaq” haqqında qərarının və həmin tarixli müvafiq bildirişin surətindən görünür ki, borclu Vəliyev Vəli Hüseyn oğluna icraata başlamaq haqqında qərarın surəti göndərilmiş və o, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli ##.##.2023-cü il tarixli icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir. Iş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2022-ci il tarixli **/**** nömrəli ekspert rəyindən görünür ki, ünvan 6 ünvanda yerləşən əmlak kompleksinin tərəflər arasında 1/2 paylara mütənasib bölünməsinin texniki cəhətdən mümkün olduğu müəyyən edilir; bunun üçün əmlak kompleksinin tikililərinə gedən asfalt örtüklü keçid yolunun "B" tikilisinə qədər olan hissəsi ümumi istifadədə saxlanılmaqla, ''A” tikilisi ilə “B” tikilisi arasındakı asfalt örtüklü sahədə sərhəd divarları hörülməklə və bölünmüş sahələrə ayrı-ayrılıqda giriş-çıxış qapıları qoyulmaqla, asfalt örtüklü 1-ci hissə, həmçinin “A”, “B” tikililəri və “A” tikilisi ilə “C” tikilisi arasındakı sahədə inşa olunmuş yeni tikili tərəflərdən birinə (602,1 kv.metr tikili, 142,8 kv.metr asfalt örtüklü sahə), asfalt örtüklü 2-ci hissə, eləcə də “C” tikilisi (609,5 kv.metr tikili, 142,8 kv.metr asfalt örtüklü sahə) isə bütünlüklə 2- ci tərəfin sərəncamına verilə bilər. Iş materiallarında olan Iş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2024-cü il tarixli *-**-**/*-**/**** nömrəli ekspert rəyindən görünür ki, ünvan 6 ünvanda yerləşən əmlak kompleksinin Zərərçəkmiş şəxs məxsus sahəsində (142,8 kv.metr sahənin dam örtüyündə və 370,7 kv.m-lik «A» tikilisində) aparılmış söküntü işlərinin yenidən bərpa olunması üçün yerinə yetirilməli tikinti-quraşdırma işlərinin ümumi dəyəri təqribən 20.982 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə qərarlarında olan “ifadənin yerində yoxlanması haqqında” ##.##.2024-cü il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Zərərçəkmiş şəxs ifadəsi yerində yoxlanılmış və o, ifadəsində göstərdikləri xüsusatları bir daha təsdiq edərək hadisənin ünvan 6 ünvanda yerləşən qeyri-yaşayış obyektinin şərti “A” tikilisi adlanan hissəsində olduğunu sərbəst şəkildə göstərmişdir və fotoşəkillər çıxarılaraq protokola əlavə edilmişdir. Apellyasiya instansiya məhkəməsi təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ünvan 6 ünvanda yerləşən əmlak kompleksindəki Zərərçəkmiş şəxs mülkiyyətinə verilmiş hissəsində söküntü işlərinin aparılması və əmlaka ziyan vurulması barədə göstərişin atası Vəliyev Vəli Hüseyn oğlu tərəfindən verilməsi barədə dəlillərini əsassız hesab etmiş və qeyd etmişdir ki, “Vəliyev Vəli Hüseyn oğlu ünvan 6 ünvanda yerləşən əmlak kompleksinin ½ hissəsinin mülkiyyətçisi olsa da, hadisənin baş verdiyi tarixdə, yəni ## ##### 2024-cü il tarixdə Türkiyə Cümhuriyyətində xəstəxanada olmuş, sonuncu tərəfindən əmlak kompeksində söküntü işlərinin aparılması barədə göstəriş verilməsinə dair məhkəməyə hər hansı mötəbər sübut təqdim edilməmişdir. Zərər çəkmiş şəxs icra məmurları ilə birlikdə dəfələrlə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ##.##.2023-cü il tarixli *(***)-****/**** nömrəli qətnaməsinin icrasını təmin etmək üçün ünvan 6 ünvanda yerləşən əmlak kompleksinə getmiş, lakin bu zaman icra sənədi üzrə borclu Vəliyev Vəli Hüseyn oğlu deyil, onun yanında olan oğlu Təqsirləndirilən şəxs icra məmurları ilə danışıq aparmışdır. Halbuki, işin faktiki halları üzrə borclu Vəliyev Vəli Hüseyn oğlu olmuş, icra sənədi üzrə fikir bildirmək səlahiyyəti də sonuncuya məxsus olmuşdur.” Məhkum ibtidai istintaq zamanı ziddiyyətli ifadələr vermiş, həmçinin ibtidai istintaqla məhkəmə istintaqı zamanı da ziddiyyət təşkil edən ifadələr vermişdir. Belə ki, təqirləndirilən şəxs Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ilk əvvəl zərər çəkmiş şəxsə məxsus əmlak kompleksində söküntü işlərinin aparılması barədə göstərişin onun tərəfindən verildiyini, daha sonra isə göstərişin atası Vəliyev Vəli Hüseyn oğlu tərəfindən verildiyini qeyd etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində “ünvan 6 ünvanda yerləşən əmlak kompleksində 2024-cü ilin aprel ayında aparılmış söküntü işləri ilə bağlı bildirmişdir ki, həmin vaxt atası və o, birlikdə Türkiyə Respublikasında olmuşdur. Atası ona Idris adlı ustaya obyektə müəyyən söküntü və yenidənqurma işləri ilə əlaqədar whatsapp sosial şəbəkəsi vasitəsi ilə tapşırıq verdiyini bildirmişdir. O, ancaq bundan sonra atasının belə bir tapşırıq verdiyini bilmişdir” qeyd etmiş, lakin məhkəmə iclasında isə “2024-cü ilin aprel ayında atası Vşahid1 Türkiyə Cümhuriyyətində xəstəxanada olmuş, o da atasının yanında olmuşdur. Bu zaman atası ona bildirmişdir ki, obyektdə işləyən ustaya mobil telefon vasitəsi ilə zəng vursun. O, whatsapp sosial şəbəkəsi vasitəsi ilə Idris adlı ustaya video zəng etmiş, telefonu atasına vermişdir. Bu zaman atası həmin ustaya ünvan 3 ünvanında yerləşən əmlak kompleksində söküntü işlərinin aparılması barədə göstəriş vermişdir” ifadəsini işlətmişdir. Bundan başqa iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilməsinə dair Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli *(***)-****/**** nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində tərtib edilmiş protokolla bağlı, öz vəsaiti ilə aldığı qapı və pəncərələrin, həmçinin navesin sökülməsinə göstəriş verdiyini, eləcə də öz adına çəkilmiş olan işıq və su xətlərini də sökdürdüyünü bildirmişdir. Həmçinin birinci instansiya məhkəməsində dindirilən iş üzrə şahid şahid3 ibtidai istintaq zamanı verdiyi “2024-cü ilin aprel ayının ortalarında Təqsirləndirilən şəxs onunla telefon əlaqəsi saxlayaraq atası Vşahid1 səhhəti ilə əlaqədar ölkədə olmadığını, ona məxsus obyektdə söküntü, daha sonra isə tikinti işləri görməyi xahiş etmişdir” ifadəsini təkzib edərək 2024-cü ilin aprel ayında Vşahid1 onunla whatsapp sosial şəbəkəsi vasitəsi ilə əlaqə saxlayaraq ünvan 4 ünvanda yerləşən obyektə getməsini, orada müəyyən söküntü və tikinti işlərinin aparılmasını xahiş etdiyini bildirmişdir. Göründüyü kimi iş üzrə şahid şahid3 ibtidai istintaq zamanı və məhkəmə istintaqı zamanı verdiyi ifadələr öz mötəbərliyini itirməklə şübhə altına düşmüşdür. Bununla əlaqədar apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh verilmiş və məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, işin faktiki halları, o cümlədən işin məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlar Təqsirləndirilən şəxs əməlində CM-in 186.1-ci maddəsinin tərkibinin olduğunu təsdiq edir. Məhkəmə kollegiyası cinayət işinin materiallarına və cinayət qanunu normalarının tələblərinə əsaslanaraq hesab edir ki, məhkəmələr iş üzrə toplanmış sübutlara qiymət verərək əsaslı olaraq Təqsirləndirilən şəxsun əməlini CM-in 186.1-ci maddələri ilə tövsif edib onu həmin maddələrlə məhkum etmişlər. Cinayət işinin materiallarından görünür ki, müdafiə tərəfi kassasiya şikayətində irəli sürülən dəlilləri apellyasiya instansiyası məhkəməsində də irəli sürmüş və onun dəlilləri məhkəmə tərəfindən hərtərəfli, tam və obyektiv şəkildə iş üzrə toplanmış mötəbər sübutların məcmusu əsasında qiymətləndirilmiş və məhkum tərəfindən ona qarşı irəli sürülmüş ittihamda nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi nəticəsinə gəlmişdir. Məhkəmə kollegiyası mötəbərliyi məhkəmələr tərəfindən yoxlanılmış sübutları hazırkı qərarda məhkəmələr tərəfindən həmin sübutlara münasibətdə qiymətləndirmə ilə razılaşır və hesab edir ki, məhkumun əməlinin tövsifi ilə bağlı məhkəmələrin qənaəti qanuni və əsaslıdır və bununla bağlı kassasiya şikayətinin dəlilləri əsassızdır. Məhkəmə kollegiyası məhkuma təyin edilmiş cəzanın növünə və həddinə də münasibət bildirərək qeyd etməyi zəruri hesab edir ki, məhkuma cəza təyin edilərkən törədilmiş cinayət əməlinin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, məhkumun şəxsiyyəti və onun cəzasını yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla onun təqsirli bilindiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilmişdir. Beləliklə, məhkəmə kollegiyası cinayət işinin materiallarını bir daha təhlil edərək məhkəmələrin iş üzrə gəldiyi yuxarıda göstərilən nəticəni qanuni və əsaslı sayır və belə qənaətə gəlir ki, işə baxan məhkəmələr Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə əməl edərək adı çəkilən məhkum barəsində toplanmış sübutları ədalət mühakiməsinin prinsiplərinə uyğun olaraq ağlabatan müddətlərdə keçirilmiş məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırmış və məhkəmələr onların hər birini ayrıayrılıqda və məcmu qaydasında mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarları qəbul etmişlər. Məhkəmə kollegiyası hesab edir ki, bu cinayət işində qanunla nəzərdə tutulmuş bəraətin əsasları, yəni Azərbaycan Respublikası CPM-in 42-ci maddəsində göstərilən əsaslar mövcud olmadığından məhkum Təqsirləndirilən şəxs bəraət verilməsi üçün əsaslar yoxdur. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiya müddəaları, həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yolverilməz olduğunu ehtiva edir. Azərbaycan Respublikası Azərbaycan Respublikası CPM-nin 42.1-ci maddəsinin tələbinə əsasən: 42.1.1. cinayət hadisəsi olmadıqda; 42.1.2. əməldə cinayət tərkibi olmadıqda; 42.1.3. cinayətin törədilməsinə aidiyyəti olmadıqda; 42.1.4. təqsirliliyi sübuta yetirilmədikdə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Məhkəmə kollegiyası kassasiya şikayətinin apellyasiya instansiyası məhkəməsi tərəfindən CPM-in 143-146-cı maddələrinin tələblərinin pozulması, bu səbəbdən də CPM-in 416.1.1-416.1.3-cü maddələrində nəzərdə tutulmuş əsasların olması barədə dəlillərini də əsassız hesab edir ona görə ki, apellyasiya instansiya məhkəməsində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, məhkəmə iclaslarında faktları araşdırıb maddi və prosessual hüquq normalarının tətbiqini yoxlayarkən, mövcud sübutları Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmişdir Qeyd olunanlar, apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-in 416-cı maddəsində nəzərdə tutulmuş pozuntuya yol verilmədiyini, yəni apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən qərarının qanuni və əsaslı olduğunu, onun kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasların olmadığını göstərir. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya şikayətinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin şikayətin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının *(***)-****/**** nömrəli ## #### 2025-ci il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətində onun ləğvi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, şikayət təmin edilmədən, həmin qərar isə dəyişiklik edilmədən saxlanılmalıdır. Beləliklə, qeyd edilənlərə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsinin tələblərini rəhbər tutaraq Qərara aldı: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının *(***)-****/**** nömrəli ## #### 2025-ci il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(1-8)-285/2026
Ali Məhkəmə Qərar — İş №1(1-8)-285/2026
03.06.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver