Məhkəmə qərarları › İş №1(1-8)-287/2026

Ali Məhkəmə Qərar — İş №1(1-8)-287/2026

15.05.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(1-8)-287/2026 15.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Hüseynov Zaur Nazim oğlu (sədrlik edən və məruzəçi), Mövsümov Nazim Rasim oğlu və Muxtarov Teyyub Asif oğlundan ibarət tərkibdə, Ibişova Səbinə Şirazi qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə Idarəsinin prokuroru X2 iştirakı ilə, ##.##.1983-cü il tarixdə Ağdam şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2022-ci il tarixli, *(***)-****/**** nömrəli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinib 7 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, məhkumluğu götürülməmiş və ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, hazırda azadlıqdan məhrum etmə növündə cəza çəkən, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 178.2.4-cü maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2025-ci il ## ###### tarixli *(***)-***/**** nömrəli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDI: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2024-cü il # ###### tarixli *(***)-***/**** nömrəli hökmü ilə (hakim O.Məmmədli) Məhkum Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, CM-in 67.1-ci maddəsinə əsasən Məhkum Bakı Ağır Cinayətlər Məhkəməsinin 2022-ci il ## ###### tarixli *(***)-****/**** nömrəli hökmü ilə təyin olunmuş 7 (yeddi) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasının hazırkı hökmlə təyin edilmiş cəza ilə qismən birləşdirilərək, ona qəti olaraq 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının əvvəlinin ##.##.2021-ci il tarixdən hesablanması, mülki iddianın təmin edilməsi, Məhkum vurulmuş ziyana görə 6000 manat pulun tutulub zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs verilməsi hökm edilmişdir. Hökmlə həmçinin maddi sübut və məhkəmə məsrəfi məsələləri də həll edilmişdir. Hökmdən Azərbaycan Respublikası Baş Prokurorunun müavini Heydər Məmmədov tərəfindən verilmiş apellyasiya protestinə və zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2025-ci il ## ###### tarixli *(***)-***/**** nömrəli qərarı ilə (hakimlər Z.Ibrahimov (sədrlik edən və məruzəçi), Q.Babayev və M.Məmmədov) apellyasiya şikayəti təmin edilməmiş, apellyasiya protesti isə təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2024-cü il # ###### tarixli 1(004)-418/2024 nömrəli hökmü verilmiş apellyasiya protestinə münasibətdə dəyişdirilmiş, CMin 67.1-ci maddəsinə əsasən Məhkum Bakı Ağır Cinayətlər Məhkəməsinin 2022-ci il ## ###### tarixli *(***)-****/**** nömrəli hökmü ilə təyin olunmuş 7 (yeddi) il 6 (altı) ay azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş 4 (dörd) il 7 (yeddi) ay 4 (dörd) gün hissəsi ona hazırki hökmlə təyin olunan 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə, Məhkum qəti olaraq 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilmiş, cəzasının əvvəli ##.##.2024-cü il tarixdən hesablanmış, hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 2025-ci il # ### tarixli *(***)-****/**** nömrəli qərarı ilə (hakimlər İ.Rəcəbov (sədrlik edən və məruzəçi), İ.Cəfərov və İ.Qılıcov) zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2025-ci il ## ###### tarixli *(***)-***/**** nömrəli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2025-ci il ## ###### tarixli *(***)-***/**** nömrəli qərarından X1 Elvin Ibrahim oğlu tərəfindən kassasiya şikayəti verilmişdir. Işin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Məhkum Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib 02 il 03 ay müddətinə və Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CMin 178.3.2- ci maddəsi ilə təqsirli bilinib 07 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilərək cəza çəkdiyinə baxmayaraq törətdiyi həmin cinayətə görə qanunla müəyyən edilmiş qaydada məhkumluğu götürülmədən və ödənilmədən yenidən qəsdən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını vahid niyyətlə ələ keçirmək məqsədi ilə məhkumluq yoldaşı olan Zərərçəkmiş şəxs maddi imkanının yaxşı olduğunu və onun Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2018- ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CMin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək 09 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib çəzadan azad edilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasına müraciət etdiyini bildikdən sonra Zərərçəkmiş şəxs etibarından sui-istifadə edərək cəzadan azad edilməsinə köməklik göstərəcəyinə dair yalan vəd verib onu aldadaraq bu adla Zərərçəkmiş şəxs ##.##.2022-ci il tarixdə 3.000 manat, 2022-ci ilin dekabr ayının əvvəllərində isə hissə-hissə 3.000 manat olmaqla ümumilikdə 6.000 manat məbləğində pulu ünvan 2 ünvanında yerləşən pul köçürmə terminalı vasitəsi ilə tanışı şahid2 adına olan “xxxx” ASC-yə məxsus 416974********** nömrəli bank kartına göndərilməklə hissə-hissə ümumilikdə vahid niyyətlə əhatə olunan qəsdlə 6.000 manat məbləğində pulunu alıb ələ keçirərək zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmələr tərəfindən sübutetməyə dair cinayət-prosessual normaların tələbləri pozulmuş, nəticədə əsassız olaraq CM-in 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək məhkum olunmuşdur. Məhkum iddia edir ki, birinci instansiya məhkəməsi onun səmimi peşmançılıq hissi keçirməsi, himayəsində 3 azyaşlı uşağının olmasını, cəza təyini zamanı onun həyat şəraitinə təsirini doğru qiymətləndirməklə ağır olmayan cəza verməklə cəza çəkmə müddətinin əvvəlini düzgün müəyyən etsə də, apellyasiya instansiya məhkəməsi işə baxarkən müvafiq qərarında cəza çəkmə müddətinin başlanğıcı ilə bağlı hissədə yalnış qənaətə gəlmişdir. Şikayət müəllifi xüsusi ilə vurğulamaqdadır ki, ittiham olunduğu maddə işin faktiki halları ilə ziddiyət təşkil etməklə ibtidai-istintaq zamanı tam və hər tərəfli araşdırma aparılmayaraq, mühüm əhəmiyyət kəsb edən mötəbər dəlil və sübutlar nəzərə alınmayaraq zərərçəkmiş şəxsin böhtan xarakterli şikayətinə istinad edilərək, sual doğuran məqamlara məhəl qoyulmayaraq baş verən və mülki mübahisə doğuran məsələ cinayət təqibi üzrə baxılmışdır. Bundan başqa, məhkum qeyd edir ki, zərərçəkmiş şəxsdən borc kimi aldığı 6000 min manat pul vəsaiti ilə bağlı onun əl yazmasının, video çəkilişin, şahidlərin konkret olaraq əl yazılarının mövcud olduğunu, lakin buna nə ibtidai nə də məhkəmə istintaqında hüquqi qiymət verilmədiyini bildirməkdədir. Məhkum kassasiya şikayətində göstərilənlərə əsasən Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2025-ci il ## ###### tarixli qərarının ləğv edilərək barəsində yüngülləşdirici qərar qəbul edilməsini, birinci instansiya məhkəməsinin hökmünün qüvvədə saxlanılmasını xahiş etmişdir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (CPMin) 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası CPM-in 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkum kassasiya şikayətində məhkəmələr tərəfindən sübutların düzgün tədqiq edilib qiymətləndirilmədiyini, nəticədə əsassız olaraq CM-in 178.2.4-cü maddəsi ilə təqsirli bilinib məhkum edildiyini, həmçinin cəza təyini zamanı cinayət qanununun normalarının düzgün tətbiq olunmadığını iddia edərək, apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə kassasiya tələblərini faktiki olaraq Azərbaycan Respublikası CPM-in 416.1.2 və 416.1.21-ci maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi təsbit olunmuş hallarla əlaqələndirmişdir. Odur ki, kollegiya məhkumun kassasiya şikayətini Azərbaycan Respublikası CPM-in 419cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2025-ci il ## ###### tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Cinayət məsuliyyətinin əsaslarına dair Azərbaycan Respublikası CM-in 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Bu normanın mənasına görə şəxsin əməlində konkret cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə isnad edilən əməlin CM-in Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Bu tələb Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” ## #### 2011-ci il tarixli qərarının müddəalarından da irəli gəlir. Belə ki, Konstitusiya Məhkəməsinin Plenumunun həmin qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Azərbaycan Respublikası CPM-in 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. CPM-in 145.1-ci maddəsinə əsasən “hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir”. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin (o cümlədən, əməldə cinayət tərkibinin əlamətlərinin olub-olmamasının) müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). Məhkum ona birinci instansiya məhkəməsinin hökmü ilə isnad edilən, apellyasiya instansiyası məhkəməsinin də razılaşdığı hazırki qərarın “Işin halları” bölməsində təsvir edilmiş cinayətkar hərəkətləri törətməsi, müvafiq olaraq da onun əməlində CM-in 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin olması, onun həmin maddə ilə təqsirliliyi birinci instansiya məhkəməsində Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinə uyğun şəkildə tədqiq edilmiş, apellyasiya məhkəməsi tərəfindən də təhlil edilmiş bir-biri ilə uzlaşan, mümkün və mötəbər sübutların məcmusu ilə müəyyən edilmişdir. Məhkum kassasiya şikayətində zərərçəkmiş şəxsdən 6000 manat pulu borc kimi aldığını, tərəflər arasında olan mübahisənin mülki xarakterli olduğunu iddia etsə də, birinci instansiya məhkəməsi tərəfindən tədqiq edilmiş sübutlardan, o cümlədən Məhkum özünün ibtidai istintaq zamanı yazdığı əlyazma ərizəsindən, verdiyi ifadələrdən, həmçinin məhkəmə istintaqı zamanı verdiyi ifadəsindən görünür ki, o, zərərçəkmiş şəxsdən pul vəsaitini sonuncunun əfv məsələsinə köməklik edilməsi məqsədi ilə aldığını etiraf etmişdir. Məhkəmələrin Məhkum təqsirliliyi ilə bağlı gəldiyi nəticə CPM-in 143-146-cı maddələrinə müvafiq qaydada tədqiq edilib - qiymətləndirilmiş sübutlara əsaslandığından, kassasiya şikayətində isə məhkəmələrin gəldiyi bu nəticəni təkzib edə biləcək dəlillər gətirilmədiyindən, məhkəmə kollegiyası Məhkum CM-in 174.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli olması barədə məhkəmələrin yekun qənaətini şübhə altına almaq üçün heç bir əsas görmür. Məhkum təqsirli bilindiyi norma ilə cəzanın təyin edilməsi məsələsi həll olunarkən və həmin məsələ apellyasiya qaydasında yoxlanılarkən də məhkəmə tərəfindən hər hansı pozuntuya yol verilməmiş, birinci instansiya məhkəməsi törədilmiş cinayətin xarakterindən və ictimai təhlükəlilik dərəcəsindən, məhkumun şəxsiyyətindən, cəzanı yüngülləşdirən hal kimi əməlini etiraf etməsi, səmimi peşman olması, ailəli olmaqla himayəsində üç uşağının olmasından, cəzanı ağırlaşdıran hal kimi isə əməlində cinayətin residivinin olmasından, cəzanın təqsirkarın islah olunmasına və ailəsinin həyat şəraitinə təsirindən çıxış edib, ona təqsirli bilindiyi CM-in 178.2.4-cü maddəsi ilə 2 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin etməklə, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara, cəzanın təyin edilməsinin ümumi əsaslarına və cəzanın məqsədlərinə, cəzanın təyin edilməsinə dair CM-in müvafiq olaraq 59, 61, 65.2, 58.3 və 41.2-ci maddələrinin tələblərinə əməl etmiş, Cinayət Qanununun 8-ci maddəsində təsbit olunmuş ədalət prinsipini gözləmişdir. Məhkəmə kollegiyası məhkuma təqsirli bilindiyi maddə ilə təyin edilmiş cəzanın yüngülləşdirməsi üçün heç bir əsas tapa bilmir. Məhkum kassasiya şikayətində birinci instansiya məhkəməsinin cəza çəkmə müddətinin əvvəlini düzgün müəyyən etməsini, apellyasiya instansiya məhkəməsinin isə müvafiq qərarında cəza çəkmə müddətinin başlanğıcı ilə bağlı hissədə yalnış qənaətə gəldiyini iddia etsə də, məhkəmə kollegiyası kassasiya şikayətinin bu dəlilini də əsassız hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 2012-ci il ## ###### tarixli Qərarında göstərilmişdir ki, cinayət hüququnda “məhkum” anlayışı qanuni qüvvəyə minmiş hökmə əsasən təqsirli bilinmiş şəxsi ehtiva etdiyindən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsində birinci iş üzrə qanuni qüvvəyə minmiş hökm nəzərdə tutulur. Cinayət qanunvericiliyinin qeyd olunan normalarından və Konstitusiya Məhkəməsinin hüquqi mövqeyindən belə aydın olur ki, cinayətlərin məcmusu üzrə cəza ilkin mühakimədən əvvəl və ya hökm qanuni qüvvəyə minənədək törədilmiş cinayətlərə, hökmlərin məcmusu üzrə cəza isə qanuni qüvvəyə minmiş hökmlə məhkum edilmiş şəxs tərəfindən yeni cinayət törədilməsi hallarına tətbiq edilir. Göründüyü kimi, qanunverici məcmu halında cəzanın təyin edilməsində fərqləndirməni cinayətlərin törədilməsi zamanı ilə əlaqələndirmişdir. Iş materiallarından görünür ki, Məhkum hazırki iş üzrə müəyyən edilmiş cinayət əməlini Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2022-ci il tarixli hökmü qanuni qüvvəyə mindikdən sonra, həmin hökm üzrə müəyyən edilmiş cəzanı çəkdiyi dövrdə törətmişdir. Bu hal isə ona CM-in 67.1-ci maddəsinin tələblərinə uyğun olaraq hökmlərin məcmusu üzrə qəti cəzanın təyin edilməsi üçün əsas yaratmışdır. Bu isə o deməkdir ki, şəxsə (hazırki işin kontekstində) CM-in 67.1-ci maddəsinə əsasən, hökmlərin məcmusu üzrə azadlıqdan məhrum etmə növündə qəti cəzanın təyin edilməsinə əsaslar müəyyən edildikdə, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın “çəkilməmiş hissəsini” tamamilə və ya qismən birləşdirməli, cəzanın çəkilmə müddətinin əvvəlini yeni hökmün çıxarıldığı vaxtdan hesablamalıdır. Birinci instansiya məhkəməsi Məhkum CM-in 67.1-ci maddəsinə əsasən cəza təyin edilməli olmasını qeyd etsə də, cəza təyini zamanı faktiki olaraq həmin maddənin tələblərinə əməl etməmişdir. Belə ki, məhkəmə əvvəlki hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının “çəkilməmiş hissəsini” hazırki iş üzrə təyin edilmiş cəza ilə tam və ya qismən birləşdirməklə qəti cəza təyin etməli və cəzanın əvvəlini yeni hökmün çıxarıldığı vaxtdan hesablamalı olduğu halda, əvvəlki hökm üzrə “təyin edilmiş” cəzanı hazırki iş üzrə təyin edilmiş cəza ilə qismən birləşdirərək ona qəti cəza təyin etmiş, həmçinin əvvəlki hökmə əsasən həbsdə saxlama müddətini və çəkilən cəzanı qəti cəza müddətinə hesablayıb, cəzanın əvvəlini ##.##.2021-ci il tarixdən hesablamış, bununla da CM-in 67.1-ci maddəsinin tətbiqində səhvə yol vermişdir. Apellyasiya instansiya məhkəməsi mübahisələndirilən qərarında CM-in 67.1-ci maddəsinin düzgün tətbiq edilməməsi ilə bağlı verilmiş apellyasiya protestini təmin edərək, birinci instansiya məhkəməsinin hökmünü dəyişdirmiş, CM-in 67.1-ci maddəsinə əsasən Məhkum Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2022-ci il tarixli hökmü ilə təyin olunmuş 7 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş 4 il 7 ay 4 gün hissəsini hazırki iş üzrə təyin olunan 2 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə, ona qəti cəza təyin etmiş və cəzanın əvvəlini hökmün çıxarıldığı ##.##.2024-cü il tarixdən hesablamışdır. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin bu məsələ ilə bağlı mövqeyi ilə razılaşır və hesab edir ki, məhkəmənin hökmlərin məcmusu üzrə cəza təyini, o cümlədən cəzanın əvvəlinin hesablanması ilə bağlı hissədə qəbul etdiyi qərar müvafiq maddi və prosessual cinayəthüquqi normalara uyğundur. Təsvir olunanlar, ümumiyyətlə cinayət işinin materialları apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni və əsaslı olduğunu, apellyasiya instansiya məhkəməsi tərəfindən CPM-in 416.1-ci maddəsi ilə nəzərdə tutulmuş, o cümlədən kassasiya şikayəti ilə ehtiva olunan CPM-in 416.1.2 və 416.1.21-ci maddələrində təsbit olunmuş pozuntulara yol verilmədiyini göstərir. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməməsinə dair dövlət ittihamçısının çıxışını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2025-ci il ## ###### tarixli *(***)-***/**** nömrəli qərarı verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: X1 Elvin Ibrahim oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2025-ci il ## ###### tarixli *(***)-***/**** nömrəli qərarı verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar