Məhkəmə qərarları › İş №1(1-8)-289/2026

Ali Məhkəmə Qərar — İş №1(1-8)-289/2026

12.05.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(1-8)-289/2026 12.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli Iskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət məhkəmə tərkibində, Səfərli Kamal Rizvan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun, Müdafiəçi – “Güvən” Vəkil Bürosunun vəkili müdafiəçi1 iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1 oktyabr 2025-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.4-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində olan cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 yanvar 2026-cı il tarixli qərarından məhkum Məhkum müdafiəçisi müdafiəçi1 tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDI: Bakı Ağır Cinayətlər Məhkəməsinin 1 oktyabr 2025-ci il tarixli 1(101)-1233/2025 nömrəli (hakimlər: Ələkbərli Roman Nəriman oğlu (sədrliyi), Nuriyev Elnur Aləm oğlu və Tağıyev Azər Heydər oğlundan ibarət məhkəmə tərkibində) hökmü ilə # #### 1992-ci ildə x şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olmuş, məhkum olunmamış, x kəndində qeydiyyatda olan, x, nömrəsiz fərdi yaşayış evində yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra “CM-in”) 29,120.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, onun 11 (on bir) il 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, həbsdə saxlanması müddətinin ona təyin olunmuş cəza müddətinə daxil edilməklə cəza çəkməsinin başlanğıcının şübhəli şəxs qismində tutulduğu 6 yanvar 2025-ci il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması müəyyən edilmişdir. Hökmdən təqsirləndirilən şəxsin müdafiəçisi, həmçinin zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər: Mehdiyev Emin Əlixan oğlu (sədrliyi ilə), Qarayeva Mehriban Cəfər qızı və Bəhrəmzadə Sabit Xanlar oğlundan ibarət məhkəmə tərkibində) 22 yanvar 2026-cı il tarixli 1(103)-2222/2025 nömrəli qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1 oktyabr 2025-ci il tarixli hökmü apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin həmin qərarından məhkum Məhkum müdafiəçisi müdafiəçi1 tərəfindən kassasiya şikayəti verilmişdir. IŞIN HALLARI: Ibtidai istintaq orqanı tərəfindən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.4-cü maddəsi ilə ittiham elan edilmişdir ona görə ki, o, digər şəxsi xüsusi amansızlıqla qəsdən öldürməyə, yəni qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. Belə ki, o, 6 yanvar 2025-ci il tarixdə, saat 15 radələrində x nömrəsiz fərdi yaşayış evinin həyətində arvadı- 2000-ci il təvəllüdlü Zərərçəkmiş şəxs ilə ailə münasibətləri zəminində aralarında yaranan mübahisə zamanı sonuncunun mobil telefonunda aşkar etdiyi yad kişiyə aid fotodan, yəni şahid2 fotoşəkilindən hiddətlənərək, ondan qisas alıb qəsdən öldürmək məqsədilə üzərində gəzdirdiyi bıçaqla törətmək niyyətində olduğu əməlin cinayət xarakterini və hüquqaziddliyini, bu əməlin törədilməsi ilə zərərçəkmişin ölümünə səbəb olacaq ictimai təhlükəli nəticələrin baş verməsini qabaqcadan görərək və bunları arzu edərək, sonuncunun öldürülməsinə yönəlmiş bilavasitə niyyətlə hərəkət edərək, arvadını yaxın adamlarının, o cümlədən valideyni övladının, bacını bacının gözü qarşısında qəsdən öldürmək niyyəti ilə, onlara xüsusi əzab verdiyini dərk edib, birgə nikahdan doğulmuş övladları X9, eləcə də arvadının bacısı şahid1 aşkar gördüyü şəraitdə həmin cinayətkar niyyətini həyata keçirmək məqsədilə Zərərçəkmiş şəxs qəflətən hücum edib, zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağı ilə ardıcıl olaraq zərbələr endirərək, sonuncuya ölümlə birbaşa səbəbli əlaqəli, həyat üçün təhlükəli olan sağlamlığa ağır dərəcəli zərərvurmaya aid sağ tərəfli hemopnevmatoraksla müşayiət olunan döş qəfəsinin sağ yarısının plevra boşluğuna (daxilə) nüfuz edən 1 ədəd deşilmiş-kəsilmiş yarası, qaraciyərin zədələnməsi ilə nəticələnmiş qarnın ön divarının periton boşluğuna (daxilə) nüfuz edən 1 ədəd deşilmiş kəsilmiş yarası, ümumilikdə 2 ədəd daxilə nüfuz edən deşilmiş-kəsilmiş yara xəsarətləri yetirmiş, həmin vaxt yaxınlıqda olan zərərçəkmişin bacısı şahid1 dərhal hərəkətə keçərək ona mane olduğundan, eyni zamanda zərərçəkmiş vaxtında xəstəxanaya çatdırılaraq ixtisaslı tibbi yardım göstərilməklə həyatını xilas etmək mümkün olduğundan, cinayəti törətməyə yönəlmiş qəsdən etdiyi əməllərini öz iradəsindən asılı olmayan səbəblərə görə cinayətkar niyyətini başa çatdıra bilməyib Zərərçəkmiş şəxs xüsusi amansızlıqla qəsdən öldürməyə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. KASSASIYA ŞIKAYƏTININ DƏLILLƏRI VƏ PROSES IŞTIRAKÇILARININ ÇIXIŞLARI: Məhkum Məhkum müdafiəçisi kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Məhkum zərərçəkmişə cəmi iki zərbə endirmişdir. Plenumun məntiqinə görə, əgər Məhkumun niyyəti öldürmək olsaydı, o, zərərçəkmişin bacısının cüzi müdaxiləsi ilə bıçağı dərhal atıb hadisə yerindən qaçmaz, hərəkətini sona qədər davam etdirərdi. Həmçinin, Məhkumun hadisədən dərhal sonra xəstəxanaya qayıtması və şəxsən 102 xidmətinə zəng edərək məlumat verməsi (yardım davranışı) onun öldürmək qəsdinin deyil, ani emosional sarsıntı nəticəsində xəsarət yetirmək iradəsinin olduğunu sübut edir. Bu faktlar əməlin CM-in 120-ci maddəsindən 126.1-ci maddəsinə (sağlamlığa ağır zərər vurma) tövsif edilməsi üçün birbaşa elmi-hüquqi əsasdır. Məhkəmələr Məhkumun əməlini səhvən CM-in 120.2.4-cü maddəsi (xüsusi amansızlıq) ilə tövsif etmişlər. Lakin hadisənin kökündə zərərçəkmişin mobil telefonunda başqa kişiyə aid fotoşəkilin aşkar edilməsi (provokasiya) və bunun Məhkumda yaratdığı hiddət dayanır. Məhkumun uzun illərdir epilepsiya xəstəsi olması və bu xəstəlik fonunda impulsiv partlayış keçirməsi əməlin CM-in 122.1-ci maddəsində nəzərdə tutulan affekt (ani güclü ruhi həyəcan) vəziyyətinə uyğun gəldiyini göstərir. Plenumun bu bəndi bizə imkan verir sübut edək ki, "xüsusi amansızlıq" ittihamı süni şəkildə artırılmışdır və əməl ən ağır halda CM-in 122-ci maddəsi çərçivəsində giymətləndirilməlidir. Ittiham tərəfi hadisənin azyaşlı uşaqların gözü qarşısında törədilməsini əsas gətirərək 120.2.4-cü maddəni tətbiq etmişdir. Lakin zərərçəkmiş Zərərçəkmiş şəxs və şahid şahid1 məhkəmə istintaqı zamanı birmənalı şəkildə ifadə vermişlər ki, "uşaqlar hadisə anında evin içində olmuş və baş verənləri görməmişlər". Plenumun 8-ci bəndinə görə, əgər yaxın adamlar (uşaqlar) hadisəni görməyiblərsə, deməli onlara "xüsusi əzab və iztirab" verilməsi faktı maddi cəhətdən yoxdur. Uşaqlar hadisəyə şahid olmadıqları üçün CM-in 120.2.4-cü maddəsinin "xüsusi amansızlıq" tərkibi tamamilə sıradan çıxır və ittihamın bu hissəsi ləğv edilməlidir. Apellyasiya məhkəməsi ən böyük boşluğu cinayətin "xüsusi amansızlıqla" (azyaşlı uşaqların gözü qarşısında) törədilməsi elementinin sübut olunmasında buraxmışdır. Zərərçəkmiş Zərərçəkmiş şəxs və şahid şahid1 məhkəmə istintaqı zamanı and içərək bəyan etmişlər ki, uşaqlar hadisə anında evin içində olmuşlar və baş verənləri görməmişlər. Məhkəmə bu canlı ifadələri "təqsirkarı məsuliyyətdən qurtarmaq niyyəti" kimi qiymətləndirərək, ibtidai istintaqdakı ilkin ifadələrə üstünlük vermişdir. Uşaqların hadisəni görməməsi "xüsusi amansızlıq" tərkibini tamamilə istisna edir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası Məhkum epilepsiya xəstəsi olmasını təsdiq etsə də, ekspertizanın "anlaqlı" rəyinə söykənərək affekt vəziyyətini rədd etmişdir. CM-in 122.1-ci maddəsi məhz anlaqlı olan, lakin zərərçəkmişin əxlaqsız hərəkəti (telefonundakı fotoşəkil) nəticəsində ani güclü ruhi həyəcan keçirən şəxslərə aiddir. Kollegiya fikir verməli idi ki, epilepsiya və dissosiativ-affekt labillikdən əziyyət çəkən şəxs üçün qısqanclıq faktoru adi insandan fərqli olaraq "tunnel şüuru" yaradır. Məhkumun mağazadan 1.50 manata bıçaq alması planlı niyyət deyil, xəstəlikdən doğan impulsiv bir reaksiyadır. Məhkəmə bu tibbi-psixoloji reallığı hüquqi tövsifdə nəzərə almamışdır. Bakı Apellyasiya Məhkəməsi əməlin "adam öldürməyə cəhd" kimi qalmasında israr etmişdir. Məhkum zərbələrdən dərhal sonra, hələ qarşısındakı şəxsi öldürmək imkanı varkən, bacısının cüzi müdaxiləsi ilə bıçağı yerə ataraq qaçmışdır. Bu, CM-in 30.1-сi maddəsinə görə cinayəti başa çatdırmaqdan könüllü imtina sayıla bilər. Cəmi 2 zərbə endirilməsi və Məhkum dərhal hadisə yerini tərk etməsi, sonradan DIN 102 xidmətinə zəng edərək hadisə törtədiyini deməsi, onun öldürmək yox, "cəzalandırmaq" niyyətində olduğunu göstərir. Bu halda əməl CMin 126.1-ci maddəsinə (sağlamlığa ağır zərər vurma) tövsif edilməli idi. Hadisənin qışda baş verməsi, zərərçəkmiş qalın qış jiletində olması, hakimlər bu maddi sübutun (paltarın tekstil qatlarının) ekspertizaya təqdim edilməməsinə və zərbənin kinetik gücünün öldürücü olubolmamasının elmi yolla yoxlanılmamasına tamamilə göz yummuşlar. Bu, hadisə mexanizminin elmi əsaslarla deyil, fərziyyə ilə qiymətləndirilməsinə səbəb olmuşdur. Zərərçəkmiş Zərərçəkmiş şəxs ərini bağışlaması, notarial qaydada təsdiq edilmiş barışıq ərizəsinin məhkəməyə təqdim etməsi, hətta özünün belə apellyasiya şikayəti verməsi, onların aralarında olan ailə münasibətlərinin bərpa olmasına dəlalət etməsi də diqqətdən kənarda qalmışdır. Bakı Apellyasiya Məhkəməsi işin ədalətli və obyektiv həlli üçün mühüm əhəmiyyət kəsb edən vəsatətləri heç bir hüquqi əsas göstərmədən təmin etməmişdir. Məhkum barəsində keçirilmiş ekspertiza rəyi həbsdə olan şəxslər üçün mütləq olan stasionar şəraitdə deyil, qanunsuz olaraq "ambulator" qaydada aparılmışdır. “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Qanunun 30-cu maddəsinin bu kobud pozuntusu, Plenumun 8-ci bəndinə əsasən həmin rəyi yolverilməz sübuta çevirir. Məhkəmə bu qanunsuz sənədə əsaslanaraq hökm çıxarmaqla həm Konstitusiyanı, həm də Plenum qərarını pozmuşdur. Birinci instansiya məhkəməsi Məhkum əleyhinə olan formal "ambulator" ekspertiza rəyinə üstünlük vermiş, lakin təcridxanada qoyulmuş “dissosiativ konversiya pozuntusu" diaqnozunu və bu xəstəliyin hadisə anındakı iradəyə təsirini (bəraətverici/yüngülləşdirici hal kimi) təhlil etməmişdir. Plenumun bu tələbinə görə, məhkəmə təqdim edilmiş tibbi sənədləri və epilepsiya faktını görməzdən gələ bilməzdi. Bu sübutların hökmdə obyektiv qiymətləndirilməməsi hökmün ləğvi üçün birbaşa əsasdır. Zərərçəkmiş Zərərçəkmiş şəxs həm apellyasiya şikayətində, həm də ifadələrində Məhkum bağışladığını, barışdıqlarını və uşaqların atasız qalmasının ailəni məhv etdiyini bildirmişdir. Lakin məhkəmə Məhkuma 11 il 3 ay cəza verməklə bu maddənin tələbini formal səviyyəyə endirmişdir. Plenumun bu bəndi sübut edir ki, ailənin və iki azyaşlı uşağın maraqlarını nəzərə almadan kəsilmiş bu cəza açıq-aşkar ədalətsizdir və azaldılmalıdır. Odur ki, göstərilənlərə əsasən Bakı Apellyasiya Məhkəməsinin 22 yanvar 2026-cı il tarixli qərarının ləğv edərək, Məhkum əməli CM-in 29,120.2.4-cü maddəsindən, faktiki hallara və zərərçəkmişin ifadəsinə uyğun olaraq CM-in 122.1-ci və ya 126.1-ci maddəsinə tövsif edilməsi, zərərçəkmişlə barışıq və ailə vəziyyəti nəzərə alınaraq ona azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan və ya minimum həddə yüngül cəza təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Kassasiya instansiyası məhkəməsində müdafiəçi müdafiəçi1 çıxış edərək, hadisənin mexanizminin düzgün qiymətləndirilmədiyini, məhkumun zərərçəkmiş şəxsi öldürmək niyyətinin olmadığını bildirib, verilmiş kassasiya şikayətinin təmin edilməsini xahiş etdi. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlu çıxış edərək, kassasiya şikayətinin təmin edilməməsini və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 yanvar 2026-cı il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. HÜQUQI MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətlərinin və kassasiya protestinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Müdafiə tərəfindən verilmiş kassasiya şikayətində məhkəmələr tərəfindən məhkumun barəsində qanunsuz və ədalətsiz qərarın qəbul edildiyi, əməlinin düzgün tövsif edilmədiyi, əməlin Azərbaycan Respublikası CM-in 122.1 və ya 126.1-ci maddəsi ilə tövsif edilməli olduğu halda, əsassız olaraq həmin Məcəllənin 29,120.2.4-cü maddəsi ilə tövsif edildiyi, o cümlədən barəsində təyin edilmiş cəzanın ağır olduğu iddia edilmiş, bununla da sübutlar və sübutetməyə dair cinayət və cinayət prosessual qanunvericiliyin tələblərinin kobud şəkildə pozulduğu iddia edilmiş və mübahisələndirilən qərarın ləğv edilməsini və ya dəyişdirilməsini şərtləndirən əsaslar Azərbaycan Respublikası CPM-in 416.1.2 (məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə), 416.1.15 (məhkəmə törədilmiş əməlin tövsifində səhvə yol verdikdə) və 416.1.21-ci (məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə) maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdir. Odur ki, məhkəmə kollegiyası qeyd olunan kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 yanvar 2026-cı il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq, aşağıdakı xüsusatları qeyd edir. Azərbaycan Respublikası CM-in 3-cü maddəsində qeyd olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olubolmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməllərin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrinin dispozisiyaları ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. Iş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarı). Kassasiya məhkəmə kollegiyası fikri davam etdirərək qeyd edir ki, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri (CPM, 28 və 33-cü maddələr), sübutlar və sübutetməyə dair normalar, o cümlədən cinayət-prosessual qanunun 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar da (CPM, maddə 349.5) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, məhkəmə cinayət-prosessual qanunun 28-ci maddəsi ilə ehtiva olunan vəzifələrini yerinə yetirmiş olar, onun qəbul etdiyi qərar isə (o cümlədən, şəxsin ona isnad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə) əsaslı sayıla bilər. Cinayət-Prosessual Məcəlləsinin 21 və 349.5-ci maddələri tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə əsaslı sayıla bilər. Cinayət-Prosessual Məcəllənin 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli; - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edərək, proses iştirakçılarının məhkəmə çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 yanvar 2026-cı il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında» 2002-ci il 12 dekabr tarixli qərarında göstərilmişdir ki, qəsdən adam öldürmə cinayəti həm birbaşa, həm də dolayı qəsdlə törədilə bildiyi halda belə cinayəti törətməyə cəhd yalnız birbaşa qəsdlə həyata keçirilə bilər. Bu zaman təqsirkar öz əməlinin (hərəkət və hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk edir, onun nəticələrini qabaqcadan görür və bunları arzu edir. Lakin ölüm hadisəsi onun iradəsindən asılı olmayan səbəblərdən (məsələn başqa şəxslərin işə qarışması, zərərçəkmişin fəal müqaviməti, ona vaxtında tibbi yardım göstərilməsi) baş vermir. Qəsdən adam öldürməni ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan qəsdən sağlamlığa ağır zərər vurmadan fərqləndirmək lazımdır. Nəzərə almaq lazımdır ki, qəsdən adam öldürmədə təqsirkarın qəsdi zərərçəkmişi həyatdan məhrum etməyə yönəldiyi halda, CM-in 126.3-cü maddəsində nəzərdə tutulan əməldə ölümün baş verməsinə münasibəti ehtiyatsızlıqda ifadə olunur. Burada təqsirkarın qəsdinin məhz nəyə yönəlməsi məsələsi həll edilərkən işin bütün halları, o cümlədən cinayətin üsulu, aləti, yetirilən bədən xəsarətlərinin sayı, xarakteri və lokalizasiyası (məsələn həyat üçün mühüm orqana xəsarət yetirilməsi), həmçinin təqsirkarın və zərərçəkmiş şəxsin hadisədən əvvəlki qarşılıqlı münasibətləri, təqsirkarın hadisədən sonrakı hərəkətləri nəzərə alınmalıdır. Təqsirkarın əməli xüsusi amansızlıqla qəsdən adam öldürmə kimi CM-in 120.2.4-cü maddəsi ilə tövsif edilərkən nəzərə almaq lazımdır ki, burada xüsusi amansızlıq anlayışı həm adam öldürmənin üsulu ilə, həm də təqsirkarın cinayət törədərkən xüsusi amansızlıq göstərdiyini təsdiq edən digər hallarla bağlı olur. Əməl xüsusi amansızlıqla adam öldürmə kimi tövsif edilərkən müəyyən edilməlidir ki, təqsirkarın qəsdi ilə zərərçəkmişin xüsusi amansızlıqla həyatdan məhrum edilməsi əhatə olunmuşdur. Yəni sözügedən tövsifedici əlamətin təqsirkarın əməlinə şamil edilməsi üçün buna münasibətdə onun birbaşa və ya dolayı qəsdi müəyyən edilməlidir. Xüsusi amansızlığın əlamətləri həyatdan məhrumetmə ərəfəsində və ya adam öldürmə prosesində zərərçəkmiş şəxsə əzab, işgəncə verilməsi, onun şəxsiyyətinin ələ salınması, təqsirkar üçün aşkar surətdə zərərçəkmişə xüsusi ağrılar (çoxlu miqdarda xəsarətlər yetirmə, şiddətli ağrı verən zəhərdən istifadə edilməsi, diri-diri yandırılması, uzun müddət ac-susuz saxlanması və s.) yetirilməsi hallarında mövcud olur. Xüsusi amansızlıq həmçinin təqsirkarın zərərçəkmiş şəxsi onun yaxın adamlarının yanında onlara xüsusi əzab verdiyini dərk etdiyi hallarda öldürməkdə də ifadə oluna bilər. Məhkum Məhkum müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətinin dəlilləri iş materialları, məhkəmələr tərəfindən araşdırılmış sübutların məcmusu və cinayət qanununun tələbləri ilə təkzib olunduğundan əsassız hesab edilməlidir. Belə ki, birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmişdir ki, təqsirləndirilən şəxs əvvəlcədən bıçaq əldə etmiş, zərərçəkmişlə qısqanclıq zəminində yaranmış mübahisə zamanı həyati vacib orqanlara yönəlmiş ardıcıl bıçaq zərbələri endirmiş və nəticədə zərərçəkmişə həyat üçün təhlükəli olan daxilə nüfuz edən ağır bədən xəsarətləri yetirmişdir. Yetirilmiş xəsarətlərin lokalizasiyası, xarakteri, istifadə olunan alət və hərəkətlərin intensivliyi onun niyyətinin sadəcə xəsarət yetirmək deyil, məhz həyatdan məhrum etməyə yönəldiyini təsdiq edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” qərarında da göstərildiyi kimi, öldürmək niyyətinin müəyyən edilməsi zamanı istifadə olunan alət, zərbələrin sayı, həyati vacib orqanlara yönəlməsi və hadisədən əvvəlki münasibətlər nəzərə alınmalıdır. Müdafiəçi məhkumun törətdiyi adam öldürməyə cəhd cinayət əməlini qəflətən baş vermiş güclü ruhi həyəcan vəziyyətində törətdiyini bildirərək, onun əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 122.1-ci maddəsi ilə tövsif edilməsinin zəruriliyinə istinad etmişdir. Yuxarıda qeyd olunmuş Plenum qərarında göstərilmişdir ki, Qanunun mənasına görə qəsdən adam öldürmə qəflətən baş vermiş güclü ruhi həyəcan vəziyyətində və ya zəruri müdafiə həddini aşmaqla törədildikdə əməldə CM-in 120.2.4, 120.2.7, 120.2.8 və 120.2.10-cu maddələrinin formal əlamətləri olsa da əməl həmin maddələrlə tövsif edilə bilməz. Lakin toplanmış sübutlar, hadisənin faktiki halları və CM-in müvafiq müddəaları nəzərə alınmaqla bu arqumentin əsassız olduğu qənaətinə gəlmək lazımdır. Müdafiə tərəfinin Məhkum əməlinin CM-in 122.1-ci maddəsinə, yəni qəflətən baş vermiş güclü ruhi həyəcan vəziyyətində qəsdən adam öldürməyə cəhd kimi tövsif edilməsi barədə dəlilləri işin faktiki halları və toplanmış sübutlarla öz təsdiqini tapmır. Məhkumun törətdiyi əmələ dair toplanmış sübutlar göstərir ki, hadisə ailə münasibətləri zəminində aralarında yaranan mübahisə zamanı baş vermişdir. Bu halda, şəxsin ruhi həyəcan vəziyyətinə düşməsi barədə əsaslı dəlillər müəyyən edilməmiş, həmçinin hadisənin qəflətən baş verməsi faktı sübut olunmamışdır. Belə ki, CM-in 122-ci maddəsinin tətbiqi üçün əsas şərt zərərçəkmişin zorakılığı, ağır təhqiri, qanunsuz və ya əxlaqsız hərəkətləri nəticəsində şəxsdə qəfil yaranmış, qısa müddətli və idarəedilməz güclü ruhi həyəcan vəziyyətinin mövcud olmasıdır. Hazırkı iş üzrə isə müəyyən edilmişdir ki, təqsirləndirilən şəxs hadisədən əvvəl mağazadan bıçaq əldə etmiş, həmin bıçağı özü ilə götürərək zərərçəkmişin yanına getmiş və sonradan ona həyati vacib orqanlara yönəlmiş ardıcıl zərbələr endirmişdir. Bu hallar onun hərəkətlərinin ani və nəzarətsiz emosional partlayış deyil, əvvəlcədən formalaşmış qisasçılıq niyyəti ilə planlı şəkildə həyata keçirildiyini göstərir. Zərərçəkmişin mobil telefonunda başqa şəxsə aid fotoşəklin olması özlüyündə CM-in 122.1-ci maddəsinin tətbiqi üçün tələb olunan ağır qanunsuz və ya zorakı hərəkət hesab edilə bilməz. Qısqanclıq və ailədaxili mübahisə motivi şəxsin cinayət məsuliyyətini aradan qaldıran və ya əməli affekt vəziyyətində törədilmiş cinayət kimi qiymətləndirməyə əsas verən hal deyildir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun hüquqi mövqeyinə görə affekt vəziyyətinin mövcudluğu yalnız emosional gərginliyin deyil, məhz qəfil yaranmış və şəxsin davranışını idarə etmək imkanını əhəmiyyətli dərəcədə zəiflədən ruhi vəziyyətin müəyyən edilməsini tələb edir. Cinayət işi üzrə keçirilmiş kompleks məhkəmə-psixiatrik və psixoloji ekspertizanın rəyinə əsasən isə Məhkum hadisə zamanı öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, həmçinin onları idarə etmək iqtidarında olmuşdur. Ekspertiza onun psixi vəziyyətinin CM-in 21-ci maddəsi və ya affekt halı ilə bağlı hüquqi nəticələr doğurmadığını müəyyən etmişdir. Affekt vəziyyəti yalnız psixoloji problemi olan şəxslər üçün xarakterik deyildir, yəni affekt vəziyyətinə düşmək üçün şəxsin öncədən psixoloji problemlərinin olması önəm daşımır. Sağlam psixoloji durumu olan insan da affekt vəziyyətinə düşə bilər. Cinayətin affekt vəziyyətində törədilib-törədilmədiyi psixoloji ekspertiza nəticəsində müəyyənləşdirilir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” Publik Hüquqi Şəxsinin kompleks ambulator məhkəməpsixiatrik və psixoloji ekspertizasının 7 aprel 2025-ci il tarixli 1030 nömrəli rəyindən görünür ki, Məhkum hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Məhkum epilepsiya nevroloji xəstəliyi müəyyən edilir. Məhkum psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. Məhkum ona istinad edilən cinayət əməlini törədən zaman onun şüuruna və fəaliyyətinə mühüm təsir göstərə biləcək emosional vəziyyətdə olmamışdır. Məhkum xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Məhkum ona istinad edilən cinayət əməlini törədən zaman, ondan əvvəl və sonra öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Məhkum ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Məhkum hal hazırda öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Məhkum əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. Məhkum psixi vəziyyətinə görə barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Məhkum hazırkı psixi vəziyyətinə görə özünə və ətrafdakılarına zərər yetirmək təhlükəsi yoxdur. Məhkum ona istinad edilən cinayət hadisəsi baş verən zaman fizioloji affekt vəziyyətində olmamışdır. Müdafiə tərəfinin təqsirləndirilən şəxsin epilepsiya və dissosiativ-affekt labillikdən əziyyət çəkməsi barədə istinadları da əməli CM-in 122.1-ci maddəsinə tövsif etmək üçün kifayət etmir. Çünki cinayət qanunu hər hansı nevroloji və ya emosional həssaslıq halını avtomatik olaraq affekt vəziyyəti kimi qəbul etmir. Əksinə, iş materialları göstərir ki, təqsirləndirilən şəxs hadisədən əvvəl düşünülmüş şəkildə hərəkət etmiş, bıçaq əldə etmiş, zərərçəkmişə qarşı məqsədyönlü hücum etmiş və həyati vacib orqanlara nüfuz edən xəsarətlər yetirmişdir. Bu hallar onun davranışında şüurlu və məqsədli fəaliyyət elementlərinin mövcudluğunu təsdiq edir və affekt vəziyyətini istisna edir. Ekspertizanın guya qanunsuz keçirilməsi barədə dəlillər də əsaslı hesab edilə bilməz. Cinayət işi materiallarında mövcud olan kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertiza rəyi prosessual qaydalara uyğun əldə edilmiş sübut olmaqla məhkəmələr tərəfindən digər sübutlarla birlikdə qiymətləndirilmişdir. Müdafiə tərəfi ekspertiza rəyinin qeyri-mötəbərliyini təsdiq edən hər hansı mötəbər tibbi və ya prosessual sübut təqdim etməmişdir. Təkcə ekspertizanın ambulator qaydada keçirilməsi həmin rəyin avtomatik olaraq yolverilməz sübut hesab edilməsinə əsas vermir. Bundan əlavə, xüsusi amansızlıqla qəsdən adam öldürməyə cəhd kimi ağır cinayət əməlini planlı və məqsədyönlü şəkildə törətmiş şəxsin hərəkətlərində güclü ruhi həyəcan vəziyyətinin əlamətləri müşahidə olunmamışdır. Belə olan halda, müdafiə tərəfinin CM-in 122-ci maddəsinə istinad etməsi hüquqi və faktiki əsaslardan məhrumdur. CM-in 122-ci maddəsinə görə, güclü ruhi həyəcan vəziyyətində adam öldürmə yalnız o halda bu maddə ilə tövsif edilə bilər ki, həmin vəziyyət zərərçəkmişin qanunsuz və ağır təhqiredici hərəkətləri, yaxud məhkumun və ya ona yaxın şəxsin həyat və ya sağlamlığı üçün təhlükə yaradan hərəkətlər nəticəsində qəflətən əmələ gəlsin. Yəni, bu maddənin tətbiqi üçün iki əsas şərtin eyni vaxtda mövcudluğu tələb olunur: Qəflətən yaranmış güclü ruhi həyəcan vəziyyəti (emosional partlayış, özünü idarəetmənin qısamüddətli pozulması); bu vəziyyətin qanunsuz və ağır təhqiredici hərəkətlərlə birbaşa səbəblə əlaqələndirilməsi. Hadisə materiallarının, zərərçəkmiş və şahid ifadələrinin və digər sübutların təhlili göstərir ki, məhkumun törətdiyi təkrar adam öldürmə əməli əvvəlcədən formalaşmış münasibətlər, qisas niyyəti və arzuolunmaz qarşıdurmanın nəticəsi kimi meydana çıxmışdır. Məhkumun hadisə baş verməzdən əvvəl planlı şəkildə hərəkət etməsi, hadisə yerinə qəsdən öldürmək məqsədilə üzərində gəzdirdiyi bıçaqla gəlməsi onun hərəkətlərinin soyuqqanlı və məqsədyönlü xarakter daşıdığını sübut edir. Bu hallarda şəxs tərəfindən hər hansı qəfil və qarşısıalınmaz emosional reaksiyanın baş verməsi barədə nəticəyə gəlmək hüquqi baxımdan mümkün deyil. Ümumiyyətlə güclü ruhi həyəcan vəziyyəti zərərçəkmiş şəxsin qanunsuz və ya əxlaqsız, yaxud sair hərəkətləri nəticəsində təqsirkarda qəflətən yaranan, kəskin xarici reaksiya ilə müşayiət olunan, qısa müddətli, lakin intensiv cərəyan edən və yüksək həyəcanlanma ilə xarakterizə olunan vəziyyətdir. Başlıca olaraq qeyd etmək lazımdır ki, əsas şərt kimi təqsirkarın əməlində güclü ruhi həyəcan vəziyyəti qəflətən yaranmış olmalıdır. Qəflətən yaranma dedikdə, zərərçəkmiş şəxs tərəfindən zorakılıq, ağır təhqir, sair qanunsuz və ya əxlaqsız əməllər nəticəsində təqsirkarda onu öldürmək hissinin müəyyən müddətdən sonra deyil, dərhal əmələ gəlməsi başa düşülür. Başqa sözlə, zərərçəkmiş şəxsin qətlə yetirilməsi ilə güclü ruhi həyəcan vəziyyətinin yarandığı an arasında müəyyən zaman fasiləsi keçməməlidir. Əgər güclü ruhi həyəcan vəziyyətinin yaranması anından müəyyən müddət keçmişdirsə, bu halda zərərçəkmiş şəxsin qətlə yetirilməsi, bir qayda olaraq, əməlin qisas motivi ilə qəsdən adam öldürmə kimi tövsif edilməsinə əsas verir. Beləliklə, iş materialları üzrə nə ruhi həyəcan vəziyyətinin qəflətən yaranması, nə də bu vəziyyətin zərərçəkmiş şəxsin qanunsuz hərəkətləri ilə birbaşa səbəb əlaqəsində olması müəyyən edilmişdir. Əksinə, toplanmış dəlillər məhkumun əməlində öncədən düşünülmüş niyyət, qisas məqsədi və ictimai təhlükəli nəticəni dərk edərək hərəkət etmə hallarını təsdiq edir. Bu baxımdan, müdafiə tərəfinin CM-in 122.1-ci maddəsinə istinad etməsi hüquqi və faktiki əsaslardan məhrum olub, yalnız cəzadan yüngülləşdirici şərait yaratmaq məqsədinə yönəlmişdir. Məhkumun əməli, hadisənin bütün halları nəzərə alınmaqla, xüsusi amansızlıqla qəsdən adam öldürmə, yəni CM-in 29,120.2.4-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Müdafiəçinin əməlin CM-in 126.1-ci maddəsinə, yəni qəsdən sağlamlığa ağır zərər vurma kimi tövsif olunmalı olması barədə arqumentləri də əsassızdır. Cinayət hüququ nəzəriyyəsinə və məhkəmə təcrübəsinə əsasən adam öldürməyə cəhd ilə sağlamlığa ağır zərər vurma cinayətinin fərqləndirilməsi zamanı əsas meyar təqsirkarın niyyətinin hansı nəticəyə yönəlməsidir. Hazırkı iş üzrə təqsirləndirilən şəxsin niyyəti yalnız xəsarət yetirməyə deyil, məhz zərərçəkmişi həyatdan məhrum etməyə yönəlmişdir. Bu hal istifadə olunmuş alətin xarakteri, zərbələrin sayı, intensivliyi, lokalizasiyası və nəticələri ilə tam təsdiq olunur. Belə ki, Məhkum zərərçəkmişə döş qəfəsi və qarın boşluğu kimi həyati vacib nahiyələrə nüfuz edən iki bıçaq zərbəsi vurmuşdur. Yetirilmiş xəsarətlər ölümlə birbaşa səbəbli əlaqədə olan, həyat üçün real təhlükə yaradan ağır xəsarətlər kimi qiymətləndirilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” qərarında da göstərildiyi kimi, həyati vacib orqanlara yönəlmiş bıçaq zərbələri öldürmək niyyətinin əsas göstəricilərindən biridir. Bu baxımdan təqsirləndirilən şəxsin hərəkətləri obyektiv olaraq ölüm nəticəsini doğurmağa yönəlmiş hərəkətlər olmuşdur. Müdafiə tərəfinin “cəmi iki zərbə vurulması”, “təqsirləndirilən şəxsin hadisə yerindən uzaqlaşması” və “102 xidmətinə zəng etməsi” barədə istinadları da əməli CM-in 126.1-ci maddəsinə tövsif etmək üçün əsas yaratmır. Cinayət hüququ baxımından adam öldürməyə cəhd üçün çoxsaylı zərbələrin endirilməsi vacib deyildir. Hətta bir zərbə belə, əgər həyati vacib orqana yönəlmişdirsə və ölüm nəticəsi yaratmağa qadirdirsə, öldürmək niyyətini təsdiq edə bilər. Hazırkı işdə ölümün baş verməməsi təqsirləndirilən şəxsin könüllü şəkildə cinayətdən imtina etməsi ilə deyil, zərərçəkmişin bacısının fəal müdaxiləsi və vaxtında tibbi yardım göstərilməsi ilə bağlı olmuşdur. Deməli, cinayətkar niyyət onun iradəsindən asılı olmayan səbəblərə görə başa çatmamışdır ki, bu da CM-in 29-cu maddəsinə uyğun olaraq əməli haqlı şəkildə adam öldürməyə cəhd kimi xarakterizə etməyə əsas verir. Bundan əlavə, təqsirləndirilən şəxsin hadisədən sonra peşmançılıq nümayiş etdirməsi, 102 xidmətinə zəng etməsi və zərərçəkmişlə sonradan barışması cinayətin hüquqi tövsifini dəyişdirən hallar hesab edilə bilməz. Bu hallar yalnız cəzanın fərdiləşdirilməsi zamanı nəzərə alına biləcək yüngülləşdirici hallar kimi qiymətləndirilə bilər. Lakin həmin davranışlar onun hadisə anındakı birbaşa öldürmək niyyətini aradan qaldırmır və əməli sağlamlığa ağır zərər vurma cinayətinə çevirmir. Məhkəmə kollegiyası işdə olan sübutları bir daha təhlil edərək hesab edir ki, onlar Məhkum CM-in 29,120.2.4-cü maddəsi ilə təqsirinin təsdiq edildiyi barədə yekun nəticəyə gəlməyə imkan verir. Məhkəmənin yekun nəticəyə gəlməsi üçün kifayət hesab etdiyi mötəbər, mümkün və bir-birini tamamlayan sübutlar birinci instansiya məhkəməsinin hökmündə və apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh edildiyindən kassasiya məhkəmə kollegiyası bütün sübutları təkrarən sadalamağa zərurət görmür. Müdafiə tərəfi kassasiya şikayətində müxtəlif prosessual hərəkətlərin keçirilməsi ilə əldə olunmuş sübutların prosessual qanunvericiliyin tələblərinə müvafiq tədqiq edilmədiyi və iş üzrə ədalətli məhkəmə araşdırılması aparılmadığı iddia edilmişdir. Lakin məhkəmə araşdırması zamanı müəyyən olundu ki, kassasiya şikayətində irəli sürülmüş iddiaların əksinə olaraq, məhkəmə dinləmələri qanuni prosedurlara, o cümlədən cinayət-mühakimə icraatının prinsiplərinə əməl olunmaqla aparılmış; məhkəmələr tərəfindən sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş - hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, hökm və apellyasiya məhkəməsinin qərarı çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş və Məhkum CM-in 29,120.2.4-cü maddəsi ilə təqsirliliyi barədə yekun nəticə CPM-in 146-cı maddəsinin tələbləri gözlənilməklə işə aid olan və biri digərinə uyğun gələn sübutların məcmusu ilə, onların həqiqi məzmununa uyğun olaraq əsaslandırılmışdır. Kassasiya şikayətində göstərilən dəlillərin əsassız olması qənaətinə gəlinməsinə baxmayaraq, kassasiya məhkəmə kollegiyası məhkuma təyin edilmiş cəzanın qanunauyğunluğu, ədalətliliyi və törədilmiş əmələ uyğunluğu məsələlərini də ayrıca qiymətləndirərək qeyd edir ki, Azərbaycan Respublikası cinayət qanunvericiliyinin cəzanın anlayışı və məqsədini müəyyən edən 41-ci maddəsi və cinayət qanununun vəzifələri və prinsiplərinin müddəaları cinayətkarlıqla mübarizədə cinayət cəzasını əsas mübarizə vasitəsi kimi deyil, yardımçı rola malik olan bir tədbir kimi nəzərdə tutur. Ona görə də, cinayətkarlıqla mübarizədə əsas diqqət sosial-iqtisadi, siyasi və ideoloji təsir tədbirlərinə verilməli, həmin tədbirlər gözlənilən nəticəni vermədikdə yalnız bundan sonra son tədbir kimi cinayət-hüquqi təsir tədbirləri tətbiq edilməlidir. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarında qeyd edilmişdir ki, cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. Cəzanı yüngülləşdirən hallar dedikdə, təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin və cinayətin təhlükəliliyini azaldan, cinayət tərkibindən kənarda qalan, lakin qanunda nəzərdə tutulan müxtəlif hallar başa düşülməlidir. Cəzanı yüngülləşdirən halların cinayət-hüquqi əhəmiyyəti ondan ibarətdir ki, onlar: 1) əməlin tövsif edildiyi maddənin sanksiyasına uyğun seçilən cəza növünün aşağı həddinə yaxın həddə cəza təyin etməyə; 2) alternativ sanksiyaya malik maddələrlə məsuliyyət həll edilərkən daha yüngül cəza təyin etməyə; 3) qanunda nəzərdə tutulduğundan daha yüngül cəza təyin etməyə (CM-in 62-ci maddəsi) ; 4) şərti məhkum etmə institutunu tətbiq etməyə (CM-in 70-ci maddəsi); 5) təyin edilən cəzanın nisbətən yüngül rejimli cəzaçəkmə müəssisəsində çəkilməsini müəyyən etməyə hüquq verir. Aydın məsələdir ki, yüngülləşdirici halların mövcudluğu yuxarıda qeyd edilən müxtəlif formalarda nisbətən yüngül cəza təyin edilməsini nəzərdə tutur. Lakin, o da nəzərdən qaçırılmamalıdır ki, cəzanın yüngülləşdirilməsinə dair əsaslar müəyyən olunduqda belə, bu hallar cəzanın təyinində əhəmiyyət kəsb edən, o cümlədən CM-in 8, 58.3-cü maddələrində göstərilən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəliliyi, törədilmə halları, təqsirkarın şəxsiyyəti, təyin olunan cəzanın onun islah olunmasına, cəzanın digər məqsədlərinin realizə edilməsinə təsiri kimi məsələlərlə birlikdə götürülməklə həll edilməlidir. Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün CM-in 58-ci maddəsində və başqa normalarında təsbit olunmuş, baxılan işə aidiyyatı olub, cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır və cinayət qanununda nəzərdə tutulmuş güzəştli institutlar elə tətbiq olunmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayəthüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini təmin edə bilsin. Azərbaycan Respublikası CM-in 62.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Azərbaycan Respublikası CM-in 62.2-ci maddəsində göstərilmişdir ki, cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Göründüyü kimi, qanunverici cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin edilməsini mümkün edən əsaslar olaraq aşağıdakıları göstərir: - cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar; - cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar; - iştirakçılıqla törədilmiş cinayətin iştirakçısının həmin cinayətin açılmasına fəal kömək etməsi. Birinci iki qrupu birləşdirən ümumi cəhət odur ki, həmin hallar törədilmiş cinayətin ictimai təhlükəliliyi ilə bağlı olub onu əhəmiyyətli dərəcədə azaltmalıdır. Üçüncünü ilk iki qrupdan fərqləndirən cəhət isə odur ki, həmin hal cinayətin ictimai təhlükəliliyinə təsir göstərən əsas kimi deyil, təqsirkarı səciyyələndirən (cinayətin digər iştirakçılarından müsbət mənada fərqləndirməklə onun ictimai-təhlükəliliyini azaldan) hal kimi çıxış edir. CM-in 62.2-ci maddəsində təsbit olunmuş müddəaya gəldikdə isə, həmin norma CM-in 62.1-ci maddəsinə münasibətdə köməkçi (izahedici) xarakter daşıyır. Sözügedən normanın köməkçi xarakteri ondan irəli gəlir ki, CM-in 62.2-ci maddəsi cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin edilməsi institutunun tətbiq edilməsini mümkün edən müstəqil əsasları təsbit etmir. CM-in 62.1-ci maddəsi isə, əksinə, hansı halların CM-in 62-ci maddəsinin tətbiqini şərtləndirən əsaslar kimi çıxış etdiyini göstərir, onların təxmini dairəsini müəyyənləşdirir. Həmçinin, məhkəmə kollegiyası qeyd edir ki, CM-in 62.1 və 62.2-ci maddələrinin mənasına görə cəzanı yüngülləşdirən ayrı-ayrı hallar və yaxud onların məcmusu özü-özlüyündə deyil, yalnız cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan əsaslar kimi çıxış etdikdə (CM-in 62.1-ci maddəsində sadalanan əsaslar çoxluğuna aid olduqda) şəxsin barəsində CM-in 62-ci maddəsinin tətbiqini mümkün edən əsaslar kimi nəzərdən keçirilə bilər. Buna görə, məhkəmə CM-in 62-ci maddəsinin tətbiqi üzrə məsələni həll edərkən cəzanı yüngülləşdirən hala və yaxud bu cür halların məcmusuna əsaslandıqda, sadəcə istinadla kifayətlənməməli, əvvəla həmin halların hansı sübutlarla təsdiq edilməsini göstərməli, digər tərəfdən isə belə halların törədilmiş cinayətlə əlaqəsini, onun ictimai təhlükəliliyinə təsirini, bu təsirin kifayət qədər olduğunu, yəni törədilmiş cinayətin ictimai təhlükəliliyini məhz əhəmiyyətli dərəcədə azaltdığını, əgər cəzanı yüngülləşdirən həmin hallar cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra davranışı ilə bağlıdırsa, onların müstəsna xarakterə malik olduğunu əsaslandırmalıdır. Yuxarıda təsvir edilən cinayət-hüquqi normalardan belə nəticə hasil olunur ki, cəza təyini məsələsinin ədalətlə həll edilməsi üçün formal olaraq CM-in 62.1-ci maddəsində təsbit edilmiş əsasların dairəsinə düşən halların CM-in 8 və 58-ci maddələrində sadalanan hallarla birlikdə, həmin, eləcə də CM-in 41.2-ci maddəsinin tələbləri gözlənilməklə təhlil edilməsi və məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza ilə cinayətin xarakteri, ictimai-təhlükəlilik dərəcəsi, törədilmə halları arasında uyğunsuzluq yaranmasın, cəzanın məqsədləri təmin edilmiş olsun. Başqa sözlə, CM-in 8 və 58-ci maddələrinin nəzərdə tutduğu müəyyən (məsələn, cəzanı yüngülləşdirən) hallara həddindən artıq önəm verilib, onların CM-in 62-ci maddəsinin tətbiqini mümkün edən müstəsna hallar kimi qiymətləndirilməsi, digər (məsələn, cinayətin xarakteri, törədilmə halları, meydana gətirdiyi nəticələr kimi) halların isə lazımınca dəyərləndirilməməsi təqsirkara təyin edilmiş cəzanın ədalət prinsipinə cavab verən cinayət-hüquqi xarakterli tədbir kimi qəbul edilməsinə yol vermir. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarında qeyd edilmişdir ki, CM-in 62-ci maddəsinə görə Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilməsi şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli surətdə azaldan müstəsna hallar mövcud olduqda, yaxud qrup halında törədilmiş cinayətin açılmasına fəal kömək göstərdikdə mümkündür. Bu zaman nəinki cinayətin məqsədi və motivi, habelə təqsirkarın cinayətin törədilməsində rolu, cinayəti törədərkən və ondan sonrakı davranışı nəzərə alınmalıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli dərəcədə azaldan bütün müstəsna hallar qanunda birbaşa nəzərdə tutulmadığından məhkəmə müstəsna hal kimi həm ayrı-ayrı yüngülləşdirici halları, həm də onların məcmusunu tanımağa haqlıdır. Bu zaman məhkəmə bu məsələ barədə qəbul etdiyi qərarı hökmdə əsaslandırmalıdır. Iş materiallarından görünür ki, məhkəmələr tərəfindən məhkum Məhkum cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən halların (himayəsində iki nəfər azyaşlı uşağının olması, zərərçəkmiş şəxslə barışıq əldə etməsi) olması, ağırlaşdıran halların isə olmaması, habelə təyin olunmuş cəzanın onun ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmışdır. Lakin kassasiya məhkəmə kollegiyası iş materiallarını, tərəflərin izahatlarını və cinayət qanununun tələblərini məcmu halında qiymətləndirərək hesab edir ki, məhkum Məhkum barəsində təyin olunmuş cəza fərdiləşdirmə prinsipi baxımından yenidən qiymətləndirilməli və ona münasibətdə CM-in 62-ci maddəsinin müddəaları tətbiq edilməlidir. Məhkəmə kollegiyası iş materiallarını, birinci instansiya məhkəməsinin hökmünü, məhkumun şəxsiyyətini, cinayətin törədilmə hallarını, cəzanı yüngülləşdirən halları və cinayət qanununun tələblərini birlikdə qiymətləndirərək hesab edir ki, təyin olunmuş 11 (on bir) il 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası konkret işin halları baxımından artıq ağırdır və cəzanın məqsədlərinə tam uyğun gəlmir. Belə ki, iş materiallarından görünür ki, Məhkum cəzasını ağırlaşdıran hallar müəyyən edilməmiş, himayəsində iki nəfər azyaşlı uşağı vardır, zərərçəkmiş şəxslə barışıq əldə edilmiş, hətta zərərçəkmiş apellyasiya şikayəti verərək onun əməlinin CM-nin 122-ci maddə ilə tövsif edilərək azadlıqdan məhrum etməklə əlaqədar olamayan cəza təyin edilməsini xahiş etmişdir. Eyni zamanda məhkumun cinayət hadisəsindən sonrakı davranışı, ailə vəziyyəti, sosial əlaqələri və iş üzrə müəyyən edilmiş digər hallar onun şəxsiyyətini səciyyələndirən müsbət xüsusiyyətlər kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, sadalanan hallar ayrılıqda və xüsusilə də məcmu halında CM-in 62.1-ci maddəsinin mənasında müstəsna hal kimi qiymətləndirilə bilər. Həmin hallar törədilmiş əməlin ictimai təhlükəliliyini tam aradan qaldırmasa da, onun ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli dərəcədə azaldır və məhkuma CM-in Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş aşağı həddən daha yüngül cəza təyin edilməsini mümkün edir. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, cəzanın təyin edilməsində yalnız törədilmiş əməlin formal hüquqi tərkibi deyil, həm də təqsirkar şəxsin ictimai təhlükəlilik səviyyəsi, onun davranışının sonrakı inkişafı və islah olunma perspektivi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Konstitusiyasından, CM-in 8 və 41-ci maddələrinin mənasından irəli gələn hüquqi mövqeyə görə, cəza yalnız repressiya vasitəsi olmayıb, ilk növbədə şəxsin islah edilməsinə və sosial ədalətin bərpasına xidmət etməlidir. Bu baxımdan məhkumun cinayətdən sonrakı davranışı, peşmançılıq nümayiş etdirməsi, zərərçəkmiş şəxslə barışması və sonuncunun ona qarşı hər hansı irad və tələb irəli sürməməsi onun ictimai təhlükəliliyinin əhəmiyyətli dərəcədə azaldığını göstərən hallar kimi qiymətləndirilməlidir. Hazırkı iş üzrə məhkəmə kollegiyası hesab edir ki, mövcud yüngülləşdirici halların məcmusu öz xarakterinə və mahiyyətinə görə müstəsna hal kimi qiymətləndirilməlidir. Belə ki, məhkumun ilk dəfə cinayət məsuliyyətinə cəlb olunması, zərərçəkmiş şəxslə barışması, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmaması, himayəsində iki nəfər azyaşlı uşağının olması habelə ağırlaşdırıcı halların ümumiyyətlə müəyyən edilməməsi birlikdə onun şəxsiyyətinin yüksək ictimai təhlükəlilik daşımadığını və daha yüngül cəza tədbiri ilə də islah olunmasının mümkün olduğunu göstərir. Məhkəmə kollegiyası nəzərə alır ki, qanunverici CM-in 62-ci maddəsi ilə məhkəməyə konkret işin hallarından çıxış edərək istisna qaydasında daha yüngül cəza təyin etmək səlahiyyəti vermişdir. Bu norma formal yanaşmanın qarşısını almağa, cəzanın fərdiləşdirilməsi prinsipini təmin etməyə və humanizm prinsipi əsasında ədalətli nəticəyə nail olmağa xidmət edir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 5-ci bəndində göstərilmişdir ki, ..... Cinayət Məcəlləsinin 60.1-ci maddəsi tətbiq edilərkən nəzərə almaq lazımdır ki, CM-in 59.1.8, 59.1.10-59.1.13-cü maddələrində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən hallar müəyyən edilərkən də CM-in 62-ci maddəsində göstərilən əsaslar olduqda məhkəmə işin hallarını və təqsirkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq, konkret cinayətə görə qanunla müəyyən edilən cəzadan da yüngül cəza təyin etməyə haqlıdır. Lakin bu zaman CM-in 62-ci maddəsinə mütləq istinad edilməlidir. Kollegiya hesab edir ki, məhkəmələr tərəfindən təyin edilmiş 11 (on bir) il 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası, iş üzrə müəyyən edilmiş çoxsaylı yüngülləşdirici halların məcmusu fonunda həmin cəza məhkumun şəxsiyyətinə və islah olunma imkanlarına tam adekvat hesab edilə bilməz. Məhz buna görə də CM-in 62-ci maddəsinin tətbiq edilməsi və 8 (səkkiz) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin olunması qanuni, əsaslı və ədalətli hesab edilməlidir. Məhkəmə kollegiyası nəticə etibarilə belə qənaətə gəlir ki, 8 (səkkiz) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası məhkumun islah olunması, yeni cinayətlərin qarşısının alınması, sosial ədalətin bərpası, yəni CM-in 41.2-ci maddəsində nəzərdə tutulmuş cəzanın məqsədlərinin təmin olunması üçün kifayət edən və zəruri tədbirdir. Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsi məhkəmələr tərəfindən məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin edilməsini kassasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv edilmənin və ya dəyişdirməyin əsası kimi müəyyən etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.4-cü maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişdirmək barədə qərar çıxarmaq hüququ malikdir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.21 və 419.10.4-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDI: Məhkum Məhkum müdafiəçisi müdafiəçi1 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1 oktyabr 2025-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.4-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində olan cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 yanvar 2026-cı il tarixli qərarı dəyişdirilsin. Məhkum barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə, ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,120.2.4-cü maddəsi ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddəti 8 (səkkiz) il 6 (altı) aya endirilsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 yanvar 2026-cı il tarixli qərarı qalan hissədə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar