Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(1-8)-29/2026 13.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Teyyub Asif oğlu Muxtarov və İlqar Xanlar oğlu Cəfərovdan ibarət tərkibdə, Pərviz Müseyib oğlu Hacıyevin katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun və məhkumun müdafiəçisi müdafiəçi1 iştirakları ilə, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 25 sentyabr 2025-ci il tarixli 1(104)- 31/2025 nömrəli qərarından dövlət ittihamçısı dövlət ittihamçısı4 tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Gəncə Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Elmin Rüstəmov (sədrlik edən və məruzəçi), Mikayıl Məmmədzadə və Roman Ələkbərli) 24 aprel 2024-cü il tarixli 1(100)-72/2024 nömrəli hökmü ilə 18 iyun 1986-cı il tarixdə Daşkəsən rayonunda anadan olmuş, subay, ali təhsilli, Daşkəsən rayonu Əmirvar kənd Hafiz Qasımov adına tam orta məktəbdə tarix müəllimi işləmiş, əvvəllər məhkum olunmamış, Azərbaycan Respublikası vətəndaşı, Daşkəsən rayonu, Əmirvar kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış Məhkum İbrahimxəlil oğlu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 120.2.3, 120.2.4, 29,120.2.4, 29,120.2.7 və 221.3-cü maddələri ilə təqsirli bilinərək, CM-in 120.2.3 və 120.2.4-cü maddələri ilə 17 (on yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzası, CM-in 29,120.2.4 və 29,120.2.7-ci maddələri ilə 14 ( on dörd) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası, CM-in 221.3-cü maddəsi ilə 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 18 (on səkkiz) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 15 dekabr 2022ci il tarixdən hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəməsi tərəfindən Məhkum İbrahimxəlil oğlu təqsirli bilinərək məhkum olunmuşdur ona görə ki o, götürmüş olduğu kredit üzrə həmkarı olan X2 borc pul verməsi, lakin həmin pulu sonuncunun geri qaytarmaması ilə bağlı zərərçəkmiş şəxslər Ə.Bayramov və sonuncunun oğlu X3 xüsusi amansızlıqla və ümumi təhlükəli üsulla qəsdən öldürməklə iki şəxsi qəsdən həyatdan məhrum etmək qərarına gəlmiş, bu məqsədlə Məhkum istifadəsində olan +*** ** ***-**-** nömrəli mobil telefonundan zərərçəkmiş şəxs Əli Bayramovun istifadəsində olan +*** ** ***-**-** nömrəli mobil telefonuna nalayiq söyüşləri özündə ifadə edən, eləcə də sonuncunu və A.Bayramovu qəsdən həyatdan məhrum edəcəyi məzmununda SMS-lər göndərmiş, həmin pul borcuna görə yaranmış mübahisənin aydınlaşdırılması ilə əlaqədar X8 Bayramov ilə Məhkum qardaşı Niyazi Bayramovun 09 dekabr 2022-ci il tarixdə telefonla danışığı zamanı bir-birlərinə qarşı nalayiq ifadələr işlədərək təhqir etmələri ilə bağlı aralarında baş vermiş mübahisə barədə Məhkum məlumatı olduqdan sonra 11 dekabr 2022-ci il tarixdə niyyətini həyata keçirmək üçün yaşadığı Daşkəsən rayonu, Əmirvar kəndində yerləşən yaşayış evindən 17 fevral 2021-ci il tarixli 329 nömrəli şəhadətnamə əsasında əldə etdiyi odlu silah hesab edilən 1964-cü ildə, keçmiş SSRİdə, Tula silah zavodunda istehsal edilmiş, patronluğun uzunluğu 70 mm olan, 16 kalibrli, “Б” modelli, 25626-64 №-li qoşalüləli yivsiz odlu ov silahını, eləcə də soyuq silah hesab edilməyən qatlanmayan, ümumi uzunluğu 258 mm olmaqla, tiyəsinin orta xətdən uzunluğu 140 mm, orta hissədən eni 30 mm, maksimal qalınlığı 1.2 mm, dəstəyin uzunluğu 118 mm, orta hissədən eni 28 mm, orta hissədə qalınlığı 10 mm olan bıçağı götürməklə qardaşı Bayramov Niyazi İbrahimxəlil oğlu və müşahidə kameraları, eləcə də ifadələr ilə müəyyən edilən, lakin adı və soyadı istintaqa məlum olmayan şəxslə görüşərək N.Bayramova məxsus **-DL-*** dövlət qeydiyyat nişanlı “VAZ 21012” markalı avtomobil ilə Əli Bayramovla görüşmək üçün əvvəlcədən vədələşdikləri Gəncə şəhəri, X1 küçəsi ilə Cumhuriyyət küçəsinin kəsişməsində yerləşən “Daşqın İnşaat” ticarət mərkəzinin qarşısına getmiş, həmin gün saat 19:18 dəqiqədə orada sonuncu ilə görüşüb aralarında olan mübahisəni aydınlaşdıran zaman həmin gün saat 19:42 dəqiqədə X3 və sonuncunun dostları olan Zərərçəkmiş şəxs və soyadı, ata adı, eləcə də şəxsiyyəti istintaqa məlum olmayan Seymur adlı şəxs Zərərçəkmiş şəxs idarə etdiyi **-DV-*** dövlət qeydiyyat nişanlı “VAZ 21015” markalı avtomobil ilə həmin ünvana gəlib avtomobili yolun hərəkət hissəsində saxlayıb düşərək davam edən sözlü mübahisəyə müdaxilə etdikdən sonra, mübahisənin gedişində Məhkum əvvəlcədən qərara gəldiyi niyyətini həyata keçirmək üçün xüsusi amansızlıqla və ümumi təhlükəli üsulla iki şəxsi qəsdən öldürmək üçün yaşadığı evindən götürmüş olduğu və qardaşı Niyazi Bayramova məxsus **-DL-*** dövlət qeydiyyat nişanlı “VAZ 21012” markalı avtomobilin sağ arxa sərnişin oturacağında saxladığı, əvvəlcədən iki ədəd patronu patron yuvasına yeridərək və atəş üçün hazır vəziyyətə gətirdiyi 16 kalibrli, “Б” modelli, 25626-64 №-li qoşalüləli yivsiz odlu ov silahını təyinatından kənar saxladığı yerdən çıxararaq əvvəlcə Ayxan Bayramovu qəsdən öldürmək məqsədi ilə sonuncuya tuşlayan zaman Əli Bayramovun müdaxilə etməklə həmin silahın lüləsindən tutaraq aşağı doğru endirməsi nəticəsində Məhkum ilk açdığı atəş yerə dəymiş, öz iradəsindən asılı olmayan səbəbdən əvvəlcədən bir-birlərini tanıdıqlarına görə X4 Bayramovun yaxın qohumu olmaq etibarı ilə oğlu olduğunu bilib, sonuncunun gözləri qarşısında müstəsna dərəcədə qəddarlıq nümayiş etdirərək, xüsusi əzab verdiyini, eləcə də şüurlu surətdə həmin vaxt ətrafda olan digər şəxslərin də həyatı üçün təhlükəli olduğunu dərk edərək A.Bayramovu xüsusi amansızlıqla və ümumi təhlükəli üsulla qəsdən həyatdan məhrum etməyə yönəlmiş ictimai təhlükəli əməllərini Ə.Bayramovun aktiv müqavimət göstərməsinə görə başa çatdıra bilməyərək, A.Bayramovu xüsusi amansızlıqla və ümumi təhlükəli üsulla qəsdən həyatdan məhrum etməyə cəhd etmiş, cinayətkar niyyətinin davamı olaraq Əli Bayramovu həm aralarında olan pul mübahisəsinə görə, həm də valideyn kimi ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar qisas almaq üçün öldürmək məqsədilə Ayxan Bayramovun gözləri qarşısında müstəsna dərəcədə qəddarlıq nümayiş etdirərək, xüsusi əzab verdiyini, eləcə də şüurlu surətdə həmin vaxt ətrafda olan digər şəxslərin də həyatı üçün təhlükəli olduğunu dərk edərək yaxın məsafədən əlini qəsdən silahın tətiyinə basıb növbəti atəşi açaraq X2 ölümünə səbəb olan döş qəfəsinin sol yarısının ön səthinin daxilə keçən ürəyin, sol ağciyərin, diafraqmanın, dalağın, sol böyrəküstü vəzin və sol böyrəyin zədələnməsi, sol V, VI, VII, VIII qabırğaların orta körpücük xətt üzrə XI, XII qabırğaların onurğayanı xətt üzrə sınması ilə müşayiət olunan dəlib çıxan odlu silah yarası xəsarəti yetirib xüsusi amansızlıqla və ümumi təhlükəli üsulla ictimai borcunu yerinə yetirən şəxsi qəsdən həyatdan məhrum etməklə öldürmüş, Məhkum daha sonra Ayxan Bayramovu qəsdən həyatdan məhrum etmə cəhdini davam etdirərək şəxsi münasibətlər zəminində yaranmış mübahisəni avtomobil yolunu kəsərək nəqliyyatın hərəkətinə mane törətməklə ictimailəşdirib qeyd olunan tarixdə və saatda ictimai yer hesab edilən Gəncə şəhəri, X1 küçəsi ilə Cümhuriyyət küçəsinin kəsişməsində yerləşən “Daşqın İnşaat” ticarət mərkəzinin qarşısında ətrafdakı insanları özünə cəlb etməklə həmin şəxslərə məhəl qoymayıb, cəmiyyətdə insanlar arasında bərqərar olmuş davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, özü və ətrafdakı digər şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik və etinasızlıq göstərilməklə müşayiət olunan hərəkətlər edib, öz üstünlüyünü nümayiş etdirmək üçün həmin ov silahını silah qismində istifadə edib qundaq hissəsi ilə əvvəlcə Ayxan Bayramovun kürək nahiyəsinə zərbə yetirməklə zor tətbiq etmiş, sonuncu qaçıb uzaqlaşdığı üçün niyyətini özündən asılı olmayan səbəbdən yenə başa çatdıra bilməyib Ayxan Bayramovu öldürməyə cəhd etmiş, həmçinin daha sonra həmin hərəkətiylə silahın qundaq hissəsi ilə Zərərçəkmiş şəxs sağ dirsək nahiyəsinin sıyrığı xəsarəti yetirərək sağlamlığa zərər vurmadığından dərəcəsi təyin edilməyən xəsarət yetirməklə zor tətbiq edərək qərəzli xuliqanlıq etmiş, beləliklə, xüsusi amansızlıqla və ümumi təhlükəli üsulla ictimai borcunu yerinə yetirən şəxsi qəsdən həyatdan məhrum etməklə öldürmüş, xüsusi amansızlıqla və ümumi təhlükəli üsulla digər şəxsi qəsdən həyatdan məhrum etməyə cəhd etməklə iki şəxsi qəsdən öldürməyə cəhd etmiş, həmçinin qərəzli xuliqanlıq etmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Salman Hüseynov (sədrlik edən və məruzəçi), Əlizamin Abdullayev və Nural Əliyev) 25 sentyabr 2025-ci il tarixli, 1(104)-31/2025 nömrəli qərarı ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin 24 aprel 2024-cü il tarixli 1(100)-72/2024 nömrəli hökmü dəyişdirilmiş, məhkum K.İ.Bayramova CM-in 120.2.3-cü maddəsi ilə verilmiş ittiham, həmçinin K.İ.Bayramovun Ə.C.Bayramovu xüsusi amansızlıqla öldürməsi və A.Ə.Bayramovu xüsusi amansızlıqla öldürməyə cəhd etməsinə dair müdəalar ümumi ittihamdan xaric edilmiş, ona təqsirli bilindiyi CM-in 120.2.4-cü maddəsi ilə 16 (on altı) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə K.İ.Bayramova CM-in 120.2.4-cü maddəsi ilə təyin edilmiş 16 (on altı) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası ona CM-in 29,120.2.4 və 29,120.2.7-ci maddələri ilə təyin edilmiş 14 (on dörd) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə və CM-in 221.3-cü maddəsi ilə 2 (iki) il müddətinə təyin edilmiş azadlıqdan məhrum etmə cəzaları ilə qismən toplamaq yolu ilə qəti olaraq ona 18 (on səkkiz) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Dövlət ittihamçısı dövlət ittihamçısı4 kassasiya protesti verərək Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 25 sentyabr 2025-ci il tarixli, 1(104)-31/2025 nömrəli qərarının ləğv edilməsi və cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı dövlət ittihamçısı4 Kassasiya protestinin dəlillərini onunla əsaslandırmışdır ki, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası məhkumun ittihamından CM-in 120.2.3-cü maddəsinin və zərərçəkmiş şəxslərə qarşı əməllərin xüsusi amansızlıqla törətməsinə dair bəndlərin xaric edilməsi əsassız və qanunsuz olmuş, məhkəmənin qərarı bu hissədə əsassız olduğundan ləğv edilməlidir. Kassator hesab edir ki, işin halları, yəni məhkum Məhkum zərərçəkmiş şəxs Əli Bayramovla bir yerdə məktəbdə işləməsi və onunla uzaq qohumluq münasibətində olması onun zərərçəkmiş şəxslər arasında ata-bala münasibətlərindən bəlli olduğunu göstərir. İşin bu halları məhkumun əməlində xüsusi amansızlığın əlamətləri olduğunu təsdiq edir. Belə ki, məhkum Məhkum Ayxan Bayramovu atası Əli Bayramovanın gözü qarşısında öldürməyə cəhd edərək və Əli Bayramovu oğlu oğlu Ayxan Bayramovun gözü qarşısında öldürərək, dərk etmişdir ki, onun bu əməli zərərçəkmiş şəxslərin xüsusi iztirab keçirəcəyinə səbəb olmuşdur. Eyni ilə cinayət işinin baş vermə mexanizmindən də göründüyü kimi mərhum zərərçəkmiş şəxs Əli Bayramov oğlu istiqamətində silah tuşlanmasını və təqsirləndirilən şəxsin qardaşı ilə onun oğlu arasında hadisədən bir neçə gün əvvəl mobil telefonda qarşılıqlı şəkildə təhqirlər edilməsi fonunda təqsirləndirilən şəxsin həmin təhqirlərin cavabı kimi onun üçün əziz olan oğluna atəş açmağa hazırlaşmasını görərək valideyn kimi bundan narahatlıq və həyəcan keçirərək özünü silahın qarşısına verərək oğlunu müdafiə etmək istəmiş və buna qismən nail olaraq Məhkum tərəfindən atılan ilk atəş zamanı qırmalar yerə dəymiş, Məhkum isə bundan hiddətlənərək zərərçəkmiş şəxsin onun Ayxan Bayramovu öldürmək niyyətinin qarşısını almağa çalışmasına görə qisas almaq niyyəti ilə ikinci atəşi birbaşa onun istiqamətinə ataraq ondan ictimai borcunu yerinə yetirmək istəməsinə görə qisas almışdır. Məhkəmə kollegiyası isə yalnız Əli Bayramovun da hadisə baş verən yerdə olması və mübahisənin tərəfi olması prizmasından yanaşaraq onun hərəkətlərində ictimai borcun yerinə yetirilməsi ilə bağlı hərəkətlərin olmadığı ilə əlaqədar əsassız nəticəyə gəlmişdir. Apellyasiya instansiyası məhkəməsi CPM-in 144-145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanılmış sübutları təhlil və bir-biri ilə müqayisə etməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyini müəyyənləşdirməli, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməli olduğu halda, qeyd edilən hallar tam, hərtərəfli yoxlanılmamış və qiymətləndirilməmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya protesti təmin olunmadan saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət və cinayət prosessual qanununun və CPM-in normalarının tələblərinə əməl edilib edilməməsi yoxlanılır. Kassasiya protestinin başlıca dəlili apellyasiya instansiyası tərəfindən ittihamdan CM-in 120.2.3-cü maddəsinin, habelə CM-in 120.2.4 və 29,120.2.4-cü maddələri üzrə verilmiş ittiham üzrə Məhkum X2 xüsusi amansızlıqla öldürməsi və X3 xüsusi amansızlıqla öldürməyə cəhd etməsinə dair müddəaların xaric edilməsinin qanunsuz olmasıdır. Məhkəmə kollegiyası kassasiya protestinin dəlillərini müzakirə edərək qeyd edir ki, protestin Məhkum qarşı irəli sürülmüş ittihamdan Azərbaycan Respublikası CM-in 120.2.3-cü maddəsinin əsassız olaraq xaric edilməsi barədə dəlilləri həm iş üzrə müəyyən edilmiş hallarla, həm də istintaq orqanı tərəfindən ona qarşı irəli sürülmüş ittihamın məzmunu ilə uzlaşmır. Belə ki, kassator öz mövqeyini əsaslandırarkən göstərmişdir ki, apellyasiya instansiyası məhkəməsinin Əli Bayramovun tərəflər arasında baş vermiş münaqişənin iştirakçısı olması barədə qənaəti əsassızdır. Kassatorun fikrincə, Əli Bayramov oğlunun müdafiəsi məqsədilə hərəkət etmiş, yəni ictimai borcunu yerinə yetirmiş, Məhkum isə məhz buna görə ondan qisas almaq niyyəti ilə onu öldürmüşdür. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, Məhkum qarşı irəli sürülmüş ittihama əsasən, o, borc aldığı pulun qaytarılmaması və bununla bağlı zərərçəkmişlərlə arasında yaranmış münaqişə zəminində həm Əli Bayramovu, həm də onun oğlu Ayxan Bayramovu öldürmək qərarına gəlmiş, bu məqsədlə onlarla görüşə gələrək odlu silahdan atəş açmış, nəticədə Əli Bayramovu qəsdən öldürmüş, Ayxan Bayramovu isə öldürməyə cəhd etmişdir. Belə olan halda, Əli Bayramovun məhkumun silahlı hücumu zamanı həm özünü, həm də oğlunu davam edən ictimai təhlükəli qəsddən qorumağa yönəlmiş hərəkətlərinin onun ictimai borcunu yerinə yetirməsi kimi qiymətləndirilməsi üçün əsaslar müəyyən edilmir. Həmin hərəkətlər zərərçəkmiş şəxsin özünün və yaxın qohumunun həyat və sağlamlığını müdafiə etməyə yönəlmiş davranışı olmuşdur. Buna görə də məhkumun Əli Bayramovu ictimai vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar öldürməsi barədə nəticəyə gəlmək mümkün deyildir. Ona görə məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq kassasiya protestinin bu dəlili əsaslı hesab etmir. Həmçinin məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsi tərəfindən təqsirləndirilən şəxsə qarşı CM-in 120.2.4 və 29,120.2.4-cü maddələri irəli sürülmüş ittihamdan Məhkum İbrahimxəlil oğlunun X2 xüsusi amansızlıqla öldürməsi və X3 xüsusi amansızlıqla öldürməyə cəhd etməsinə dair bəndlərin xaric edilməsini əsaslı hesab edir. Belə ki, istintaq orqanı məhkum Məhkum qarşı CM-in 120.2.4 və 29,120.2.4-cü maddələri irəli sürülmüş ittiham həm xüsusi amansızlıq, həm də ümumi təhlükəli üsulla adam öldürmə əlamətlərinə əsasən irəli sürülmüşdür. Xüsusi amansızlığın mövcudluğu isə Məhkum Ayxan Bayramovu öldürməyə cəhdi atası X2 yanında törətməsi, Əli Bayramovun öldürməsi isə oğlu Ayxan Bayramovun gözü qarşısında baş verməsi ilə əsaslanmışdır. “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Ali Məhkəmənin Plenum Qərarının 8-ci bəndinə əsasən təqsirkarın əməli xüsusi amansızlıqla qəsdən adam öldürmə kimi CM-in 120.2.4-cü maddəsi ilə tövsif edilərkən nəzərə almaq lazımdır ki, burada xüsusi amansızlıq anlayışı həm adam öldürmənin üsulu ilə, həm də təqsirkarın cinayət törədərkən xüsusi amansızlıq göstərdiyini təsdiq edən digər hallarla bağlı olur. Əməl xüsusi amansızlıqla adam öldürmə kimi tövsif edilərkən müəyyən edilməlidir ki, təqsirkarın qəsdi ilə zərərçəkmişin xüsusi amansızlıqla həyatdan məhrum edilməsi əhatə olunmuşdur. Yəni sözügedən tövsifedici əlamətin təqsirkarın əməlinə şamil edilməsi üçün buna münasibətdə onun birbaşa və ya dolayı qəsdi müəyyən edilməlidir. Xüsusi amansızlığın əlamətləri həyatdan məhrumetmə ərəfəsində və ya adam öldürmə prosesində zərərçəkmiş şəxsə əzab, işgəncə verilməsi, onun şəxsiyyətinin ələ salınması, təqsirkar üçün aşkar surətdə zərərçəkmişə xüsusi ağrılar (çoxlu miqdarda xəsarətlər yetirmə, şiddətli ağrı verən zəhərdən istifadə edilməsi, diri-diri yandırılması, uzun müddət ac-susuz saxlanması və s.) yetirilməsi hallarında mövcud olur. Xüsusi amansızlıq həmçinin təqsirkarın zərərçəkmiş şəxsi onun yaxın adamlarının yanında onlara xüsusi əzab verdiyini dərk etdiyi hallarda öldürməkdə də ifadə oluna bilər. Apellyasiya instansiyası məhkəməsi işin hallarından, yəni həm Əli Bayramovun öldürülməsinin, həm də Ayxan Bayramovun öldürülməsinə cəhd edilməsinin tərəflər arasında baş vermiş qarşılıqlı dava zamanı törədilməsindən çıxış edərək belə nəticəyə gəlmişdir ki, məhkumun əməlində xüsusi amansızlıq tövsifedici əlaməti yoxdur. Belə ki, təqsirkarın zərərçəkmişlərə əlavə mənəvi və ya fiziki iztirab vermək niyyəti ilə hərəkət etməsi, yəni xüsusi amansızlıq əlamətinin mövcudluğunu təsdiq edən hallar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsinin gədiyi nəticə əsaslıdır və işin hallarına tam uyğun gəlir. Belə ki, zərərçəkmiş şəxsin onun yaxın adamının yanında öldürülməsi faktı özlüyündə əməldə xüsusi amansızlıq əlamətinin mövcudluğunu təsdiq etmir. İş materiallarından görünür ki, hadisə yaranmış münaqişə zəminində qarşılıqlı dava zamanı baş vermiş, təqsirkarın zərərçəkmişin məhz yaxın adamının gözü qarşısında öldürməklə sonuncuya xüsusi mənəvi iztirab vermək niyyəti müəyyən edilməmişdir. Həmçinin, adam öldürmə xüsusi əzabvermə və ya işgəncə xarakterli üsullarla törədilməmişdir. Belə olan halda, zərərçəkmişin yaxın adamının hadisənin şahidi olması əməli xüsusi amansızlıqla törədilmiş adam öldürmə kimi qiymətləndirmək üçün kifayət etmir. Hüquqi baxımdan xüsusi amansızlıq əlaməti yalnız adam öldürmə üsulunun və ya törədilmə şəraitinin zərərçəkmişə və ya onun yaxınlarına adi qəsdən adam öldürmə üçün xarakterik olmayan xüsusi əzab və iztirablar yetirdiyini, eyni zamanda təqsirkarın bu halı dərk etdiyini və bundan istifadə etdiyini təsdiq edən sübutlar olduqda mövcud sayılır. Qarşılıqlı dava şəraitində cinayət adətən qəflətən, emosional gərginlik fonunda və əvvəlcədən düşünülmüş plan olmadan törədilir. Belə hallarda təqsirkarın məqsədi, bir qayda olaraq, zərərçəkmişin həyatına qəsd etməkdən ibarət olur, onun yaxınlarının gözü qarşısında həmin şəxsi öldürməklə onlara əlavə mənəvi əzab vermək məqsədi daşımır. Zərərçəkmişin yaxın adamının hadisə yerində olması çox vaxt təqsirkarın seçdiyi xüsusi üsulun elementi deyil, təsadüfi şəraitin nəticəsi olur. Bu mövqe məhkəmə təcrübəsində formalaşmış yanaşmaya da uyğundur. Məhkəmələr xüsusi amansızlıq əlamətinin mövcudluğu üçün yalnız yaxın qohumun və ya digər yaxın şəxsin hadisəni görməsini deyil, təqsirkarın həmin şəxsin gözü qarşısında öldürmə törətməklə ona xüsusi mənəvi iztirab vermək niyyətinin olmasını və bu niyyətin iş üzrə sübutlarla təsdiqlənməsini zəruri hesab edirlər. Əks halda, yaxın adamın hadisənin şahidi olması yalnız cinayətin törədildiyi şərait kimi qiymətləndirilə bilər, lakin xüsusi amansızlıq əlamətinin mövcudluğunu şərtləndirmir. İstintaq orqanı tərəfindən təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslərlə aralarında yaranmış şəxsi münasibətlər zəminində mübahisə ilə bağlı qisas almaq məqsədi ilə Əli Bayramovu qəsdən öldürməsi və Ayxan Bayramovu öldürməyə cəhd etməsi faktı əsaslı şəkildə müəyyən edilsə də, həmin xüsusata düzgün hüquqi qiymət verilməmiş, A.Bayramovun atası Ə.Bayramovun gözü qarşısında öldürülməsinə cəhd edilməsi və Ə.Bayramovun hadisə yerində olan oğlu A.Bayramovun yanında öldürülməsi, cinayətin xüsusi amansızlıqla törədilməsinə dəlalət edən hal kimi qiymətləndirilmiş və bunun nəticəsi kimi cinayət əməlinin Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə tövsif edilməsinə əsaslardan əlamətlərdən biri kimi xüsusi amansızlığa istinad edilmişdir. Azərbaycan Respublikası CPM-in 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 349.5.1-ci maddəsinə görə isə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda məhkəmənin hökmü əsaslı hesab edilir. İşdən göründüyü kimi apellyasiya instansiya məhkəməsi hökmdən məhkum K.İ.Bayramova CM-in 120.2.3-cü maddəsi ilə verilmiş ittihamın, həmçinin K.İ.Bayramovun Ə.C.Bayramovu xüsusi amansızlıqla öldürməsi və K.İ.Bayramovun A.Ə.Bayramovu xüsusi amansızlıqla öldürməyə cəhd etməsinə dair epizodları ümumi ittihamdan xaric edərkən cinayət işi üzrə toplanmış sübutları qiymətləndirmiş, həmin sübutlara və işin digər materiallarına istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işi hərtərəfli araşdırıb Məhkum İbrahimxəlil oğlunun ümumi ittihamından Azərbaycan Respublikası CM-in 120.2.3-cü maddəsi, həmçinin CM-in 120.2.4 və 29,120.2.4-cü maddələri ilə olan ittihamdan K.İ.Bayramovun Ə.C.Bayramovu xüsusi amansızlıqla öldürməsi və K.İ.Bayramovun A.Ə.Bayramovu xüsusi amansızlıqla öldürməyə cəhd etməsinə dair müddəaların xaric edilməsi nəticəsinə gələrkən öz mövqeyi kifayət qədər əsaslandırmışdır. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, ittihamdan çıxarılmış bəndlər üzrə məhkumun təqsirsizliyi müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPM-in 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq, həmin nəticəni əsaslı hesab edir. Beləliklə, kassasiya protestində qeyd edilmiş dəlillər iş materialları ilə ziddiyyət təşkil etdiyindən məhkəmə kollegiyası həmin kassasiya protestinin müraciətin dəlilləri ilə razılaşmayaraq, protestin təmin edilmədən, Məhkum İbrahimxəlil oğlu haqqında Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 29 sentyabr 2025-ci il tarixli, 1(104)-31/2025 nömrəli qərarının isə kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla əsaslı hesab edir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Kassasiya protesti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 29 sentyabr 2025-ci il tarixli, 1(104)- 31/2025 nömrəli məhkum Məhkum İbrahimxəlil oğlu barəsindəki qərarı kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(1-8)-29/2026
Ali Məhkəmə Qərar — İş №1(1-8)-29/2026
13.05.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver