Məhkəmə qərarları › İş №1(1-8)-291/2026

Ali Məhkəmə Qərar — İş №1(1-8)-291/2026

03.06.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(1-8)-291/2026 03.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Cəfərov Ilqar Xanlar oğlu (sədrlik edən və məruzəçi), Mövsümov Nazim Rasim oğlu və Muxtarov Teyyub Asif oğlundan ibarət tərkibdə, Babayeva Lalə Tahir qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, R X8 və məhkum Məhkum iştirakları ilə, 15 avqust 1999-cu ildə Tərtər şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi qaydada əmək fəaliyyəti ilə məşğul olmuş, məhkumluğu olan, x6 ünvanda yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 234.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(3-6)-13/2026 nömrəli 28 yanvar 2026cı il tarixli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər V.E.Quliyev (sədrlik edən), E.İ.Rüstəmov və A.H.Əliyeva) 1(101)-1740/2025 nömrəli 3 dekabr 2025-ci il tarixli hökmü ilə Məhkum - CMin 234.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə, Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzalar qismən toplanılmaqla ona 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Məhkum məhkəməyədək icraat zamanı 20 fevral 2025-ci il tarixdən 22 fevral 2025-ci il tarixədək şübhəli şəxs qismində tutularaq saxlanıldığı 2 (iki) gün müddət ona təyin edilmiş cəzadan çıxılmaqla qəti olaraq 6 (altı) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının əvvəlinin 14 mart 2025-ci il tarixindən hesablanması qərara alınmışdır. Məhkəmənin həmin hökmündən məhkum tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(3-6)-13/2026 nömrəli 28 yanvar 2026-cı il tarixli qərarı ilə (hakimlər V.E.Quliyev (sədrlik edən), E.İ.Rüstəmov və A.H.Əliyeva) apellyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 3 dekabr 2025-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Işin halları: Hökmə əsasən Məhkum satış məqsədi olmadan qanunsuz olaraq məlum olmayan tarixdə, vaxtda və məlum olmayan mənbədən xeyli miqdarda 0,547 qram çəkidə psixotrop maddə olan metamfetamin əldə edib üzərində saxlamaqla Abşeron rayonu, Saray qəsəbəsinə daşımış, Abşeron Rayon Polis Idarəsinin Saray Polis Bölməsinin (bundan sonra - Abşeron RPInin Saray PB) əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri nəticəsində 20 fevral 2025-ci il tarixdə, saat 18:12-də Abşeron rayonu, Saray qəsəbəsi, Yeni məhəllə adlanan ərazidə saxlanılaraq həmin yerdə üzərinə baxış keçirilərkən əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofan bükümün içərisindən xeyli miqdarda, təmiz çəkisi 0,547 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bundan başqa, Məhkum satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə əldə edilməsi, saxlanılması və daşınması barədə qeyrisi ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşərək 14 mart 2025-ci il tarixdə, saat 19 radələrində istifadəsində olan +************ nömrəli mobil telefonundan qeyrisinin istifadəsində olan +989914197920 nömrəli mobil telefonu ilə “Whatsapp” mobil tətbiqi vasitəsi ilə danışıb, narkotik vasitə satıldıqdan sonra pulunun ödənilməsi barədə razılaşaraq, həmin şəxsin qeyd olunan xarici mobil telefon operatoruna məxsus nömrəsindən onun mobil telefon nömrəsinə eyni tətbiq vasitəsilə göndərdiyi mesajda göstərilən məkana - Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsində yerləşən “Zabrat-1” stansiyasına həmin gün saat 21 radələrində gəlib orada yerüstü piyada keçidinin pilləkənlərinin altından içərisində külli miqdarda ümumi təmiz çəkisi 1.720,0 qram narkotik vasitə qurudulmuş marixuana olan qara rəngli sellofan torbanı götürərək satış məqsədilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, Nəqliyyatda Baş Polis Idarəsinin Dəmir Yolu Nəqliyyatında Polis Idarəsinin (bundan sonra mətndə - NBPI-nin DYNPI) əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri nəticəsində göstərilən tarixdə saat 21:05-də Bakı şəhəri, Sabunçu rayonu, “Zabrat-1” dəmiryol stansiyasının qarşısında saxlanılmış, onun saxlanılarkən əlində tutduğu qara rəngli sellofan torbaya həmin yerdə baxış keçirilərkən qara rəngli sellofan torbanın içində olan qara rəngli sellofan bağlamanın içərisindən külli miqdarda ümumi təmiz çəkisi 1.720,0 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Kassasiya şikayətinin dəlilləri: Məhkum Məhkum tərəfindən verilmiş kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 28 yanvar 2026-cı il tarixli qərarının ləğv edilməsi, cinayət işi üzrə yeni apellyasiya baxışın təyin edilməsi xahiş edilmişdir. Kassasiya şikayətində göstərilmişdir ki, cinayət işi düzgün araşdırılmamış və nəticədə onun barəsində ədalətsiz qərar qəbul edilmişdir. Belə ki, o, narkotik vasitə istifadəçisidir və narkotik vasitələrin satışı ilə məşğul deyildir. Iş üzrə onun narkotik vasitələrin satışı ilə məşğul olması işin halları ilə sübut edilməmişdir. O, özünü yalnız CM-in 234.4-1-ci maddəsi ilə təqsirli bilir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin təmin edilməsi barədə məhkum Məhkum, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı R.Məmmədlinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Faktları araşdırmaq və müəyyən etmək funksiyaları üzərilərinə qoyulmuş birinci və apellyasiya instansiyası məhkəmələri isə təqdim olunan sübutları araşdırmaqla belə nəticəyə gəlmişlər ki, Məhkum məhkəmə qərarlarında təsvir edilən cinayət hadisəsini törətmişdir. Bu zaman məhkəmələr iş üzrə şahidlərin ifadələrinə, ekspert rəylərinə, habelə toplanmış digər sübutlara istinad etmişlər. Cinayət-prosessual qanunvericiliyinə uyğun surətdə əldə edilmiş həmin sübutların qanuniliyinin və mötəbərliyinin şübhə altına alınması üçün heç bir qanuni əsas yoxdur. Məhkum tərəfindən verilmiş kassasiya şikayətində ona qarşı irəli sürülən ittiham üzrə ədalətli qərar qəbul edilmədiyi bildirilir və iş üzrə yeni apellyasiya baxışının təyin edilməsi xahiş olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində “satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma” əməlinə görə cinayət məsuliyyəti nəzərdə tutulur və həmin əməl bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma cinayət tərkibi yaradaraq məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası CM-in 234.4.1-ci maddəsində “bu Məcəllənin 234.2, 234.3 və 234.3-1-ci maddəsində nəzərdə tutulmuş əməllər qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə” əməlinə görə cinayət məsuliyyəti; Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsində “bu Məcəllənin 234.2, 234.3 və 234.3-1-ci maddəsində nəzərdə tutulmuş əməllər külli miqdarda törədildikdə” əməlinə görə cinayət məsuliyyəti nəzərdə tutulur və həmin əməllər beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 17 mart 2011-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 9 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-in 28.5-ci maddəsi). Insan Hüquqları üzrə Avropa Məhkəməsinin “Taxquet Belçikaya qarşı” 13 yanvar 2009cu il, “Xirvisari Finlandiyaya qarşı” 27 sentyabr 2001-ci il, “X6rşı” 09 dekabr 1994-cü il və “Hacianastassion Yunanıstana qarşı” 16 dekabr 1992-ci il tarixli qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. “Insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin tələb etdiyi ədalətli araşdırmanın məcburi tələbləri arasında cinayət təqibini həyata keçirən hakimiyyət orqanının bütün sübutlar barədə müdafiə tərəfinə məlumat vermək vəzifəsi mühüm yer tutur. Konvensiyanın 6-cı maddəsi ilə təminat verilən ədalətli məhkəmə baxışı prinisipi hüququn aliliyinə və insan hüquqlarına hörmətin həyata keçirilməsinə xidmət edir. Əks maraqların toqquşduğu məhkəmə prosesində tərəflərin prosesdə bərabərliyinin təmin edilməsi məhkəmələr tərəfindən həyata keçirilməlidir. Şikayətdə göstərilən dəlillərlə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materiallarına əsasən məhkum Məhkumin əməli mötəbərliyi heç bir şübhə doğurmayan, Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq əldə edilmiş sübutlarla, yəni şahid ifadələri, ekspert rəyləri və bir çox istintaq hərəkətlərinin aparılması haqqında protokollarla və işə əlavə edilmiş sənədlərlə tam sübuta yetirilmişdir. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi işə baxılması zamanı natamamlığa, qeyri-obyektivliyə, cinayət prosesi iştirakçılarının hüquqlarının pozulmasına yol verməmiş, məhkəmə iclasları ağlabatan müddətlərdə cinayət mühakimə icraatının prinsiplərinə uyğun olaraq keçirilmiş və məhkəmələr hər hansı bir sübutun tədqiqindən imtina etməyərək qanunsuz yolla əldə olunmuş sübutlardan istifadə etməmişlər. Məhkəmə baxışları zamanı həmçinin “Insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli və qərəzsiz məhkəmə baxışına malik olmaq, müdafiə, onun lehinə və əleyhinə ifadələr vermiş şahidləri dindirmək və başqa hüquqları da pozulmamışdır. Məhkəmə kollegiyası iş materiallarını bir daha təhlil edərək belə qənaətə gəlir ki, işə baxan məhkəmələr Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları onların mötəbərliyi, mümkünlüyü və mənsubiyyəti üzrə qiymətləndirib CPM-in 146-cı maddəsinə əsasən həmin sübutların məhkum Məhkum tərəfindən ittiham edildiyi cinayətin törədilməsinə dair onun təqsirliliyinin müəyyən edilməsi üçün kifayət etməsi haqqında düzgün nəticəyə gəlmişlər. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan apellyasiya instansiyası məhkəməsi məhkumun qeyd edilən cinayəti törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanları tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda tam sadalamasa da, bəzi xüsusatların qeyd olunmasını zəruri hesab edir. Iş materiallarında olan “təxirəsalınmaz əməliyyat tədbirinin keçirilməsinə dair” 14 mart 2025-ci il tarixli qərardan və bu barədə müvafiq materiallardan görünür ki, DYNPI-nin cinayət axtarış şöbəsinin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili R şahid1 tərəfindən DYNPI-nin cinayət axtarışı şöbəsinə məlum və qərəzsiz mənbədən daxil olmuş Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, “Zabrat 1” dəmir yolu stansiyasının yaxınlığında “Kamran” adlı 20-25 yaşlarında olan bir nəfər şəxsin, qeyd olunan ünvanda qanunsuz olaraq narkotik vasitələri əldə etmə, saxlama və üzərində gəzdirməsi barədə məlumat əsasında “Kamran” adlı şəxsin cinayət əməlini ifşa edib onun cinayət başında yaxalanması üçün “Zabrat 1” stansiyasının qarşısında təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilməsi qərara alınmış, həmin qərar DYNPI-nin rəisi R Sultan Zeynalov tərəfindən təsdiq edilməklə şahid1 rəhbərliyi ilə həmin şöbənin əməliyyat müvəkkili R şahid3, baş əməliyyat müvəkkili R şahid2, əməliyyat müvəkkili R X5, baş əməliyyat müvəkkili polis Rı şahid4 və baş əməliyyat müvəkkili polis Rı şahid5 ibarət əməliyyat qrupu təşkil edilmişdir. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində məlumatda göstərilən əlamətlərə uyğun gələn şəxs və onunla birlikdə olan “Chevrolet Cobalt” markalı **-YT-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən “Natiq” adlı bir kişi cinsli şəxs saat 21:05-də radələrində Bakı şəhəri Sabunçu rayonu Zabrat qəsəbəsi Zabrat-1 dəmir yolu stansiyasının qarşısında saxlanılmış, həmin şəxslərin 15 avqust 1999-cu il təvəllüdlü Tərtər rayonu Umudlu kəndində qeydiyyatda olan Məhkum və 10 avqust 2002-ci il təvəllüdlü ünvan 4 ünvanında qeydiyyatda olan şahid9 olması müəyyən edilərək hər ikisinin üstü yoxlanılaraq baxış keçirildikdən sonra şahid9 idarə etdiyi avtomobillə birlikdə 21:40 radələrində DYNPI-yə gətirilmişlər. Məhkəmə qərarlarında olan “şəxsi axtarış və götürmə haqqında” 14 mart 2025-ci il tarixli protokoldan görünür ki, DYNPI-nin cinayət-axtarışı şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz əldə etmə və saxlanılmasında şübhəli bilindiyinə görə saxlanılmış 15 avqust 1999-cu il təvəllüdlü Tərtər rayonu Umudlu kəndində qeydiyyatda olan Məhkum və 10 avqust 2002-ci il təvəllüdlü ünvan 4 ünvanında qeydiyyatda olan şahid9 üzərinə 14 mart 2025-ci il tarixdə, saat 21:05-də Bakı şəhəri, Sabunçu rayonu, "Zabrat-1” dəmiryol stansiyasının yaxınlığında baxış keçirilmişdir. Baxış zamanı Məhkum əlində olan bir ədəd qara rəngli sellofan büküm, ciblərindən bir ədəd alışqan, bir ədəd qulaqcıq və bir ədəd elektron siqaret aşkar edilmişdir. Sellofan torbada olan büküm açılan zaman içindən spesifik qoxuya malik qurudulmuş ot aşkar olunmuşdur. Sorğu zamanı Məhkum həmin sellofan torbanın içərisində narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirmişdir. şahid9 üzərinə baxış keçirilən zaman 23 manat pul və bir ədəd kassa çeki aşkar edilmişdir. Aşkar edilmiş 1(bir) ədəd bağlama iştirakçıların və şübhəli şəxslərin müşayiəti altında zərfə qoyularaq qablaşdırılmaqla möhürlənmiş və imzalarla təsdiq edilmişdir. Protokol tərtib edildikdən sonra ucadan oxunmuş, heç bir ərizə, təklif və şikayət daxil olmamışdır. Iş materiallarında olan DYNPI-nin cinayət-axtarış şöbəsinin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili R şahid1 tərəfindən tərtib edilərək həmin idarənin rəisinə ünvanlanmış 14 mart 2025-ci il tarixli raportdan görünür ki, həmin tarixdə Məhkum qanunsuz olaraq narkotik vasitə əldə edib üzərində saxlamasına görə Bakı şəhəri Sabunçu rayonu "Zabrat-1” dəmiryol stansiyasının yaxınlığında saat 21:05-də saxlanılmış və üzərinə şəxsi axtarış keçirildikdən sonra sonuncuya məxsus “Samsung A51” markalı mobil telefon ətraf ərazidə aşkar edilərək götürülmüşdür. Məhkəmə qərarlarında olan “şəxsi axtarış və götürmə aparılması haqqında” 14 mart 2025ci il tarixli protokoldan görünür ki, müdafiəçi X1 iştirakı ilə həmin gün saat 22:10-dan 22:21-dək DYNPI-nin Istintaq və Təhqiqat Bölməsinin baş təhqiqatçısı polis Rı X2 tərəfindən həmin idarənin cinayət axtarış şöbəsinin baş əməliyyat müvəkkilləri polis Rları şahid4 və şahid5, R şahid2, əməliyyat müvəkkili R şahid3 və videoçəkiliş aparan əməkdaş - kriminalistik tədqiqatlar bölməsinin inspektor kriminalisti polis Rı X4 iştirakı ilə DYNPI-nin inzibati binasında öz əksini tapmışdır. Videogörüntülərdən Məhkum və müdafiəçisi X1 iştirakı ilə üzərində keçirilmiş şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı xarici görkəminin səliqəli olması, sərbəst olmaqla suallara rahat şəkildə cavab verməsi, onun hər hansı fiziki, psixi və sair təsirə məruz qalması müəyyən edilməmişdir. Işdə olan “mobil telefon aparatına baxış keçirilməsi haqqında” 15 mart 2025-ci il tarixli protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, cinayət işi üzrə Məhkum istifadəsində olan “Samsung” markalı mobil telefon aparatına təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulmuş Məhkum və sonuncunun müdafiəçisinin iştirakı ilə baxış keçirilmiş, baxış zaman qeyd edilən mobil telefonun içərisində 051-751-27-13 saylı mobil nömrənin olması müəyyən edilmişdir. Həmin telefonun içərisinə baxış zamanı Məhkum bir neçə sosial şəbəkələrdən, eyni zamanda “Whatsapp” şəbəkəsindən istifadə etməsi müəyyən olunmuşdur. “Whatsapp” şəbəkəsinə daxil olan zaman orada +989914197920 saylı nömrə ilə aktiv səs göndərişlərinin aparılması aşkar olunmuşdur. Məhkum həmin nömrəyə zəng etmiş, həmin nömrə isə Məhkum səsli mesaj göndərmişdir. Göndərilmiş mətn mesajlarının məzmunu aşağıdakı kimidir: Məhkum - Zabrata çıxım mən. Yoolar pis gündədi səbrli ol, çatram çatan kimi yazıram. 10 dq orda olaram at sen 10 dəqiqəyə əsas ünvanı. At qaqa, Abi ünvanı ver. Çatdım gözlə sağa sola baxım. Götürüm çıxım yazım sənə. Bundan başqa, Məhkum həmin nömrəyə zəng etməsi və başqa yazıları müəyyən olunmuşdur. Həmçinin, “Sadiq Bro” adlı şəxsin Məhkum narkotik vasitəni yerləşdirdiyi ərazinin “konumunu” və fotoşəklinin işarələnərək xətlər qoyub dəqiq ünvanını göstərərək yönləndirməsi müəyyən edilmişdir. Bundan başqa, cinayət işi üzrə sübut kəsb edən məlumat əldə olunmamışdır. Qeyd edilən protokola əlavə edilmiş fotocədvəldən görünür ki, Məhkum özünə məxsus şəxsiyyət vəsiqəsinin fotoşəklini “Sadiq bro” adlı şəxsə göndərmişdir. Işdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-bioloji ekspertizasının 15 mart 2025-ci il tarixli, 7/450 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “9.Məhkum....” yazılar və imzalar olan bir ədəd kağız paketdəki qara rəngli sellofan torbada 1 ədəd üzəri skoçla bağlanmış qara rəngli sellofan bağlamada təmiz çəkisi 1720,0 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Marixuana bir obyekt olduğu üçün onunla müqayisəli tədqiqat aparılmamışdır. Marixuananın təmiz çəkisi - 1720,0 qram, tədqiqata istifadə olundu - 0,2 qram, qalıq - 1719,8 qram. Aparılmış tədqiqatın dəyərinin 72 (yetmiş iki) manat olması müəyyən edilmişdir. Cinayət işi materiallarında olan “telefon danışıqları ilə bağlı diskə baxış keçirilməsi haqqında” 22 iyul 2025-ci il tarixli protokoldan görünür ki, 22 iyul 2025-ci il tarixdə Məhkum istifadəsində olan +************ saylı mobil nömrənin zəng, SMS və anten məlumatlarına dair CD diskə baxış keçirilmiş, baxış zamanı Məhkum hərəkət trayektoriyasının 14 mart 2025-ci il tarixdə, saat 18:32-də Abşeron rayonu Xırdalan şəhəri Quşçuluq yaşayış massivi, saat 19:48də Nərimanov rayonu, “Gənclik” metrostansiyası, saat 20:10 Nərimanov rayonu, Ziya Bünyadov küçəsi, saat 20:20-də Sabunçu rayonu, Sabunçu qəsəbəsi, ünvan 3 Sabunçu rayonu, Zabrat qəsəbəsi ünvanlarında olması müəyyən edilmişdir. Baxış zamanı həmin fayllardakı telefon danışıqları siyahısı, SMS mətnləri siyahısında iş üzrə əhəmiyyət kəsb edən məlumatlar müəyyən edilməmişdir. Işdə olan “əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” 20 fevral 2025-ci il tarixli qərardan və bu barədə toplanmış müvafiq materiallardan görünür ki, Abşeron RPI-nin Saray PB-nin əməkdaşları tərəfindən Tərtər rayonu, Umudlu kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanda yaşayan Məhkum Abşeron rayonu ərazisində üzərində psixotrop maddə gəzdirməsi və istifadəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında Məhkum ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilməsi qərara alınmış, həmin qərar Abşeron RPI-nin Saray PB-nin rəisi R Asim Qocayev tərəfindən təsdiq edilərək həmin bölmənin baş əməliyyat müvəkkili R şahid8 rəhbərliyi ilə əməliyyat müvəkkilləri R X3 və R şahid7 ibarət əməliyyat qrupu təşkil edilmiş, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Məhkum 20 fevral 2025-ci il tarixdə, saat 18:12-də Abşeron rayonu Saray qəsəbəsi yeni məhəllədə piyada hərəkət edərkən saxlanılaraq üstü yoxlanıldıqdan sonra Abşeron RPI-nin Saray PB-yə gətirilmişdir. Işdə olan “əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şəxsin üzərinə baxış keçirilməsinə dair” 20 fevral 2025-ci il tarixli protokoldan görünür ki, Abşeron RPI-nin Saray PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində psixotrop maddələri istifadə məqsədi ilə əldə edib Abşeron rayonu ərazisində istifadəsində şübhəli bilindiyinə görə saxlanılmış Məhkum üzərinə 20 fevral 2025-ci il tarixdə, saat 18:12-də Abşeron rayonu Saray qəsəbəsi ünvanında baxış keçirilmişdir. Baxış zamanı Məhkum üzərindən 1(bir) ədəd şəffaf sellofana bükülmüş bükümdə psixotrop maddə metamfetaminə bənzər maddə aşkar edilərək götürülmüşdür. Məhkum verilən suallara cavab olaraq aşkar olunmuş psixotrop maddəni bugün Corat qəsəbəsində tanımadığı şəxsdən aldığını bildirmişdir. Protokolda “Redmi” markalı mobil telefondan istifadə edilməklə Abşeron RPI-nin Saray PB-nin əməliyyat müvəkkili R şahid7 tərəfindən videoçəkiliş aparılması, həmin videoyazının əks olunduğu 1 (bir) ədəd DVD diskin protokola əlavə edilməsi qeyd olunmuşdur. Bu barədə tərtib olunmuş protokol iştirakçılara ucadan oxunmuş, onlara protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olunmuş, iştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmamış, düzgünlüyü imzalarla təsdiq edilmişdir. Məhkəmə qərarlarında olan “təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında” 20 fevral 2025-ci il tarixli protokoldan görünür ki, Abşeron RPI-nin Təhqiqat şöbəsinin təhqiqatçısı R X10 tərəfindən Məhkum barəsində keçirilən əməliyyat-axtarış tədbirləri zamanı sonuncunun üzərindən aşkar edilərək götürülmüş, raportla məruzə olunmaqla aidiyyəti üzrə təqdim olunmuş 1 (bir) ədəd kağız zərfə və 1 (bir) ədəd DVD diskə həmin tarixdə, saat 18:50-dən saat 19:01-dək baxış keçirilmişdir. Baxış zamanı üzərində Məhkum, şahid8, şahid6 və şahid7 yazılmış zərfdən 1 (bir) ədəd bükümdə psixotrop maddə olan metamfetaminə bənzər kütlə aşkar olunmuş, sonra həmin kütlə yenidən qablaşdırılıb möhürlənmiş, daha sonra 1 (bir) ədəd DVD diskə baxış keçirilmiş, diskdə olan videogörüntülərdə təhqiqata təqdim olunan psixotrop maddəyə bənzər kütlənin aşkar olunması, Məhkum ondan psixotrop maddə aşkar olunması barədə etirafı əksini tapmışdır. Işdə olan “əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şəxsin üzərinə baxış keçirilməsinə dair” və “təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında” 20 fevral 2025-ci il tarixli protokollarda əks olunan əməliyyat tədbiri və istintaq hərəkəti videoçəkilişlə aparılmış və bununla bağlı ümumilikdə iki ədəd “DVD” formatlı disk istintaq materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilən müvafiq olaraq müddətləri 4 dəqiqə 26 saniyə və 10 dəqiqə 4 saniyə olan həmin videoçəkilişlərin əks olunduğu iki ədəd diskdəki videogörüntülərə Abşeron RPI-nin Istintaq şöbəsinin müstəntiqi R N.T.Məmmədov tərəfindən baxış keçirilməsinə dair 18 mart 2025- ci il tarixli protokollarla, eləcə də həmin disklərdəki videogörüntülərə məhkəmədə təqsirləndirilən şəxs Məhkum və digər proses iştirakçılarının iştirakı ilə baxılarkən müəyyən edildi ki, təqsirləndirilən şəxs Məhkum üzərində keçirilmiş baxış və üstünün yoxlanılması əməliyyat tədbiri, habelə baxış və götürmə istintaq hərəkəti zamanı protokollarda qeyd olunan hallar və aşkar olunmuş dəlillər tam olaraq videogörüntülərdə öz əksini tapmışdır. Videogörüntülərdən Məhkum üzərində keçirilmiş baxış və üstünün yoxlanılması əməliyyat tədbiri zamanı xarici görkəminin səliqəli olması, sərbəst olmaqla suallara rahat şəkildə cavab verməsi, onun hər hansı fiziki, psixi və sair təsirə məruz qalması müəyyən edilməmişdir. Işdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 21 fevral 2025-ci il tarixli, 6/832 nömrəli məhkəmə-kimyəvi ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DIN Zərflər üçün №246” dairəvi möhür əksləri olan soyad və imzalar qeyd edilmiş, bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 0,547 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetaminin təmiz çəkisi - 0,547 qram, tədqiqata sərf edildi - 0,05 qram, qalıq - 0,497 qram. Aparılmış tədqiqatın dəyərinin 65 (altmış beş) manat olması müəyyən edilmişdir. Bununla əlaqədar apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh verilmiş və məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 14 iyun 2024-cü il tarixli qərarında qeyd edilir ki, narkotik vasitəni və ya psixotrop maddəni satmaq məqsədi olmadıqda törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini xeyli miqdarda əldə etməsi, saxlaması, hazırlaması, emal etməsi və daşıması müəyyən edildikdə mümkündür. Şəxsin özünün hazırladığı, əldə etdiyi, saxladığı, göndərdiyi və ya daşıdığı prekursorlardan istifadə etməklə satış məqsədi olmadan narkotik vasitə və ya psixotrop maddələri hazırlaması və ya emal etməsi bu halda prekursorlarla bağlı əməl daha ağır məsuliyyətə səbəb olan cinayətin tərkib elementi (hazırlıq mərhələsi) kimi çıxış etməklə narkotik vasitə və ya psixotrop maddə külli miqdarda olduqda - CM-in 234.4.3-ci maddəsi ilə, xüsusilə külli miqdarda olduqda isə CM-in 234.4-1-ci maddəsi ilə tam əhatə olunduğundan yalnız həmin maddələr ilə tövsif olunmalıdır. Yalnız CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində göstərilən hərəkətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi CM-in 234.4.1-ci maddəsinin tərkibini yaratdığı üçün təqsirkar şəxsin narkotik vasitəni satanla və ya satış məqsədi olmadan əldə edənlə qabaqcadan əlbir olmasının dəqiq müəyyən edilməsi əməlin düzgün tövsifi üçün mühüm əhəmiyyət kəsb edir. Odur ki, digər şəxsin xahişi ilə (sonuncu üçün) və ya birgə istifadə üçün təqsirkarın (vasitəçinin) narkotik vasitə və ya psixotrop maddə, yaxud prekursoru alması əməli qiymətləndirilərkən təqsirkarın bu hərəkətləri kimin mənafeyinə (həmin maddələri satanın və ya alanın) uyğun etdiyi, həmin maddələri satan şəxslə onların satışı barədə əvvəlcədən razılığa gəlib-gəlməməsi, özünün bu maddələrin satışından mənfəət əldə edibetməməsi araşdırılmalıdır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.4 və 236-cı maddələrinin Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 428.10-cu maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 2023-cü il 14 iyul tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə CM-in 234.4.4-cü maddəsinin məzmununa uyğun olaraq, narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə bağlı əməllərin internet informasiya ehtiyatlarından və ya informasiya-telekommunikasiya şəbəkələrindən yalnız satıcı ilə alıcı arasındakı fərdi rabitə əlaqəsi kimi istifadə edilməklə törədilməsi kütləvilik əlamətini ehtiva etmədiyindən, həmin maddədə nəzərdə tutulmuş cinayət tərkibini deyil, işin hallarından asılı olaraq CM-in 234.2, 234.3, 234.3-1, 234.4.1, 234.4.2 və ya 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətlərin tərkibini yaradır. Məhkəmə kollegiyası hesab edir ki, işin faktiki halları, o cümlədən işin məhkəmə baxışları zamanı tədqiq olunmuş sübutlar Məhkum əməlində CM-in 234.1, 234.4.1 və 234.4.3-cü maddələrinin tərkibinin olduğunu təsdiq edir. Məhkəmə kollegiyası cinayət işinin materiallarına və cinayət qanunu normalarının tələblərinə əsaslanaraq hesab edir ki, məhkəmələr iş üzrə toplanmış sübutlara qiymət verərək əsaslı olaraq Məhkum əməlini 234.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edib onu həmin maddələrlə məhkum etmişlər. Cinayət işinin materiallarından görünür ki, müdafiə tərəfi kassasiya şikayətində irəli sürülən dəlilləri apellyasiya instansiya məhkəməsində də irəli sürmüş və onun dəlilləri məhkəmə tərəfindən hərtərəfli, tam və obyektiv şəkildə iş üzrə toplanmış mötəbər sübutların məcmusu əsasında qiymətləndirilmiş və məhkum tərəfindən ona qarşı irəli sürülmüş ittihamda nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi nəticəsinə gəlmişdir. Məhkəmə kollegiyası mötəbərliyi məhkəmələr tərəfindən yoxlanılmış sübutları hazırkı qərarda məhkəmələr tərəfindən həmin sübutlara münasibətdə qiymətləndirmə ilə razılaşır və hesab edir ki, məhkumun əməlinin tövsifi ilə bağlı məhkəmələrin qənaəti qanuni və əsaslıdır və bununla bağlı kassasiya şikayətinin dəlilləri əsassızdır. Məhkəmə kollegiyası məhkuma təyin edilmiş cəzanın növünə və həddinə də münasibət bildirərək qeyd etməyi zəruri hesab edir ki, məhkuma cəza təyin edilərkən törədilmiş cinayət əməlinin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, məhkumun şəxsiyyəti və onun cəzasını yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla onun təqsirli bilindiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilmişdir. Beləliklə, məhkəmə kollegiyası cinayət işinin materiallarını bir daha təhlil edərək məhkəmələrin iş üzrə gəldiyi yuxarıda göstərilən nəticəni qanuni və əsaslı sayır və belə qənaətə gəlir ki, işə baxan məhkəmələr Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə əməl edərək adı çəkilən məhkum barəsində toplanmış sübutları ədalət mühakiməsinin prinsiplərinə uyğun olaraq ağlabatan müddətlərdə keçirilmiş məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırmış və məhkəmələr onların hər birini ayrıayrılıqda və məcmu qaydasında mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarları qəbul etmişlər. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiya müddəaları, həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Məhkəmə kollegiyası kassasiya şikayətinin apellyasiya instansiyası məhkəməsi tərəfindən CPM-in 143-146-cı maddələrinin tələblərinin pozulması, bu səbəbdən də CPM-in 416.1.1-416.1.3-cü maddələrində nəzərdə tutulmuş əsasların olması barədə dəlillərini də əsassız hesab edir ona görə ki, apellyasiya instansiya məhkəməsində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, məhkəmə iclaslarında faktları araşdırıb maddi və prosessual hüquq normalarının tətbiqini yoxlayarkən, mövcud sübutları Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmişdir Qeyd olunanlar, apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-in 416-cı maddəsində nəzərdə tutulmuş pozuntuya yol verilmədiyini, yəni apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən qərarının qanuni və əsaslı olduğunu, onun kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasların olmadığını göstərir. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya şikayətinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin şikayətin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(3-6)-13/2026 nömrəli 28 yanvar 2026-cı il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətində onun ləğvi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, şikayət təmin edilmədən, həmin qərar isə dəyişiklik edilmədən saxlanılmalıdır. Beləliklə, qeyd edilənlərə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsinin tələblərini rəhbər tutaraq Qərara aldı: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(3-6)- 13/2026 nömrəli 28 yanvar 2026-cı il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar