Məhkəmə qərarları › İş №1(1-8)-292/2026

Ali Məhkəmə Qərar — İş №1(1-8)-292/2026

09.04.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(1-8)-292/2026 09.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Cəfərov Vidadi Cəfər oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov Ilkin Əbülfəz oğlu və Qılıcov Ilqar Səyyad oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X8, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Zəminə Oruc qızının iştirakı ilə, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə: Azərbaycan Respublikası CM-in və ya CM-in) 178.3.2-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə dair cinayət işi üzrə hökmdən məhkum tərəfindən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa olunmasına dair vəsatətin təmin olunması barədə Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qərarından zərərçəkmiş şəxsin hüquqi varisi Hüquqi varis tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi haqqında Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının ## ###### 2026-cı il tarixli, *(*-*)-***/**** nömrəli qərarından zərərçəkmiş şəxsin hüquqi varisi və onun nümayəndəsi X4 tərəfindən birgə verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, MÜƏYYƏN ETDI: Təqdim edilmiş cinayət işi materiallarından müəyyən edilir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: X7 (sədrlik edən), X3 və X1 ibarət məhkəmə tərkibində) ## ######## 2025-ci il tarixli, *(***)-****/**** nömrəli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Məhkum tutulduğu və ev dustaqlığında saxlandığı 1 (bir) ay 25 (iyirmi beş) gün bir günə bir gün hesabı ilə hesablanmaqla ona təyin olunmuş cəzadan çıxılmaqla, üzərində 5 (beş) il 4 (dörd) ay 5 (beş) gün azadlıqdan məhrum etmə cəzasının saxlanılması hökm edilmiş, hökmlə həmçinin maddi sübutlar və məhkəmə məsrəfi məsələləri də həll edilmişdir. Təqsirləndirilən şəxs Məhkum tərəfindən verilmiş apellyasiya şikayəti ## ###### 2025-ci il tarixdə, apellyasiya şikayətinin verilməsi müddətinin bərpa olunmasına dair yazılı vəsatət isə # ###### 2026-cı il tarixdə məhkəməyə daxil olmuşdur. Bakı Ağır Cinayətlər Məhkəməsinin (sədrlik edən X7) ## ###### 2026-cı il tarixli, *(***)- ****/**** nömrəli qərarı ilə, Məhkum Bakı Ağır Cinayətlər Məhkəməsinin *(***)-****/**** nömrəli, ## ######## 2025-ci il tarixli hökmündən apellyasiya şikayətinin verilməsi müddətinin bərpa olunmasına dair vəsatətinin təmin edilməsi qərara alınmışdır. Bakı Ağır Cinayətlər Məhkəməsinin *(***)-****/**** nömrəli, ## ###### 2026-cı il tarixli sözügedən qərarından zərərçəkmiş şəxsin hüquqi varisi Hüquqi varis və onun nümayəndəsi nümayəndə1 ayrı-ayrılıqda apellyasiya şikayətləri verərək Bakı Ağır Cinayətlər Məhkəməsinin *(***)-****/**** nömrəli, ## ######## 2025-ci il tarixli hökmündən təqsirləndirilən şəxs Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinin verilməsi müddətinin bərpası haqqında vəsatətin təmin olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qərarının ləğv edilməsini xahiş etmişlər. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: Musayev Aqil Əlisa oğlunun sədrliyi və məruzəsi ilə, X2 və X5 ibarət məhkəmə tərkibində) ## ###### 2026-cı il tarixli, *(*-*)-***/**** nömrəli qərarı ilə zərərçəkmiş şəxsin hüquqi varisi və onun nümayəndəsi tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinin icraata qəbul edilməsindən imtina edilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının ## ###### 2026-cı il tarixli qərarından zərərçəkmiş şəxsin hüquqi varisi Hüquqi varis və onun nümayəndəsi X4 tərəfindən birgə kassasiya şikayəti verilmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlilləri qismində apellyasiya instansiya məhkəməsi tərəfindən məhkum tərəfindən apellyasiya şikayəti vermə müddətinin bərpa edilməsinə dair vəsatətin əsassız təmin edilməsi qeyd edilərək, zərərçəkmiş şəxsin mənafeyinə toxunduğuna görə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının ## ###### 2026-cı il tarixli, *(*-*)-***/**** nömrəli qərarının ləğv edilməsi xahiş edilmişdir. Prosses iştirakçılarının çıxışları: Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı Əliyeva Zəminə Oruc qızı kassasiya şikayətinin dəlillərinə etiraz edərək, məhkəmə kollegiyasından təmin edilməməsini xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 384.1-ci maddəsinə əsasən apellyasiya şikayəti və ya apellyasiya protesti, apellyasiya şikayəti və ya apellyasiya protesti vermək hüququna malik olan şəxslər tərəfindən hökm və ya məhkəmənin digər qərarının elan olunduğu, bu Məcəllənin 384.2-ci maddəsində nəzərdə tutulmuş halda isə həmin şəxsə verildiyi andan 20 (iyirmi) gün müddətində verilir. Eyni zamanda həmin Məcəllənin 384.2-ci maddəsinə görə həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmündən apellyasiya şikayəti hökmün və ya müvafiq qərarın surətinin ona verildiyi andan 20 gün müddətində verilir. CPM-in 386.2-ci maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilmə müddətinin bərpa edilməsi məsələsi birinci instansiya məhkəməsində məhkəmə iclasında sədrlik edən və ya hakim tərəfindən həll edilir. CPM-in 386.3-cü maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilməsi müddətinin bərpa olunmasına dair vəsatət rədd edildikdə, bu qərardan apellyasiya instansiyası məhkəməsinə şikayət və ya protest verilə bilər. CPM-in 391.3.5-ci maddəsinə əsasən apellyasiya şikayətinə və ya apellyasiya protestinə ilkin baxılması zamanı apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin və ya apellyasiya protestinin öz icraatına qəbul edilməsindən imtina haqqında qərar qəbul edir. CPM-in 391.5-ci maddəsinə əsasən apellyasiya şikayəti və ya apellyasiya protesti buna hüququ olmayan şəxs tərəfindən verildikdə apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin və ya apellyasiya protestinin öz icraatına qəbul edilməsindən imtina haqqında qərar çıxarır. Belə ki, cinayət işinin materiallarından görünür ki, Məhkum CM-in 178.3.2-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin *(***)-****/**** nömrəli, ## ######## 2025-ci il tarixli hökmündən təqsirləndirilən şəxsin apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa olunmasına dair vəsatəti Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qərarı ilə təmin edilmiş, cinayət işinin materialları apellyasiya qaydasında baxılması üçün apellyasiya məhkəməsinə göndərilmişdir. Eyni zamanda həmin qərardan zərərçəkmiş şəxsin hüquqi varisi və nümayəndəsi ayrıayrılıqda apellyasiya şikayətləri verərək ləğv edilməsini xahiş etmişlər. Kassasiya məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiya məhkəməsi tərəfindən iş üzrə qəbul edilmiş ## ###### 2026-cı il tarixli ilkin baxış iclasının qərarında təqsirləndirilən şəxsin apellyasiya şikayətini Cinayət Prosessual Qanunvericiliyinin tələblərinə uyğun hesab etməsi, lakin zərərçəkmiş şəxsin hüquqi varisi və onun nümayəndəsi tərəfindən müvafiq vəsatətin təmin edilib müvafiq müddətin bərpa edilməsi barədə qəbul edilmiş məhkəmə qərarından verilmiş apellyasiya şikayətlərini isə qanunvericiliklə apellyasiya şikayəti və ya apellyasiya protesti verilməsi nəzərdə tutulmayan qərardan şikayət verdiklərinə görə icraata qəbul edilməsindən imtina etməklə qanuni və əsaslı nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Qanunvericiliyində apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilməsi müddətinin bərpa olunmasına dair vəsatətin təmin edilməsi barədə qərardan apellyasiya instansiyası məhkəməsinə şikayət və ya protest verilməsi nəzərdə tutulmamışdır. Beləliklə, kassasiya məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, zərərçəkmiş şəxsin hüquqi varisi və onun nümayəndəsi tərəfindən mübahisələndirilən qərar təqsirləndirilən şəxsin apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa olunmasına dair vəsatətin təmin edilməsi haqqında məhkəmə qərarından və onun tərəfindən Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ######## 2025-ci il tarixli, *(***)-****/**** nömrəli hökmündən apellyasiya şikayətinin verilməsi üçün ötürülmüş prosessual müddətin bərpa edilməsi barədə olan həmin məhkəmənin ## ###### 2026-cı il tarixli qərarından olduğuna görə qanuni və əsaslı hesab edilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, zərərçəkmiş şəxsin hüquqi varisi Hüquqi varis və onun nümayəndəsi X4 tərəfindən birgə verilmiş kassasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının ## ###### 2026-cı il tarixli, *(*-*)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq QƏRARA ALDI: Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının ## ###### 2026-cı il tarixli, *(*- *)-***/**** nömrəli qərarı zərərçəkmiş şəxsin hüquqi varisi Hüquqi varis və onun nümayəndəsi X4 tərəfindən birgə verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar