Məhkəmə qərarları › İş №1(1-8)-294/2026

Ali Məhkəmə Qərar — İş №1(1-8)-294/2026

08.07.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(1-8)-294/2026 08.07.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Muxtarov Teyyub Asif oğlu (sədrlik edən), Cəfərov Ilqar Xanlar oğlu və Abdullayev Ilkin Qismət oğlundan ibarət tərkibdə, Cəbrayılova Sevinc Elton qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, R dövlət ittihamçısı1, məhkum Məhkum və onun müdafiəçisi müdafiəçi3 iştirakları ilə, Məhkum barəsində olan cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2025-ci il # ###### tarixli, *(***)-**/**** nömrəli qərarından məhkum Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında mahiyyəti üzrə baxaraq MÜƏYYƏN E T D İ: ## #### 1997-cü ildə Dəvəçi rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmuş, Dəvəçi rayon Taxtalar kəndində qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşamış, hazırda azadlıqdan məhrum etmə növündə cəza çəkən, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinərək 9 (doqquz) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin başlanğıcı 2022-ci il ## #### tarixdən hesablanmış, Məhkum təqsirləndirildiyi CM-in 234.4.4-cü maddəsi üzrə CPM-nin 43.1.1-ci maddəsinə əsasən cinayət təqibinə xitam verilmişdir. Həmin hökmlə həmçinin digər təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs da azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Həmin hökmdən təqsirləndirilən şəxs Məhkum müdafiəçisi müdafiəçi3 tərəfindən apellyasiya şikayəti və dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (Hakimlər X8 (sədrlik edən), X3 və X4 ibarət tərkibdə) 2025-ci il # ###### tarixli, *(***)-**/**** nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, apellyasiya protesti təmin edilmiş, hökm apellyasiya protestinə münasibətdə dəyişdirilmiş, hökmlə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təyin edilmiş 9 (doqquz) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının müddəti artırılaraq, 11 (on bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, hökmlə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təyin edilmiş 9 (doqquz) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının müddəti artırılaraq, 10 (on) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2025-ci il # ###### tarixli qərarından məhkum Təqsirləndirilən şəxs tərəfindən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının ##.##.2025-ci il tarixli qərarı ilə təmin edilməmiş, qərar ona aid hissədə və kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. IŞIN HALLARI: Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarından görünür ki, Məhkum Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM in 126.2.3, 126.2.4, 127.2.3 və 221.3-cü maddələri ilə təqsirli bilinərək 08 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə, Bakı Apellyasiya Məhkəməsinin ##.##.2019-cu il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2019-cu il tarixli hökmü dəyişdirilərək Azərbaycan Respublikası CM-in 126.1, 127.2.3 və 221.3-cü maddələri ilə təqsirli bilinib 04 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə baxmayaraq, məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilmədiyi və götürülmədiyi halda yenidən qəsdən satış məqsədi və tamah niyyəti ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında, yəni tanışı Təqsirləndirilən şəxs, şəxsiyyəti istintaqa məlum olmayan “ilqar” adlı Iran Islam Respublikası vətəndaşı və qeyriləri ilə külli miqdarda narkotik vasitələri və psixotrop maddələrin satışının həyata keçirilməsi barədə razılığa gələrək istifadəsində olan informasiya-telekommunikasiya şəbəkəsi hesab olunan telekommunikasiya vasitəsi “Samsung” markalı mobil telefon avadanlığında quraşdırılmış “Whatsapp” proqram təminatından istifadə etməklə onlarla əlaqə saxlayıb Biləsuvar rayonu ərazisindən naməlum şəraitdə və vaxtda, satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda təmiz çəkisi 3875,68 qram narkotik vasitə heroin, külli miqdarda təmiz çəkisi 44300 qram narkotik vasitə qurudulmuş marixuana və külli miqdarda təmiz çəkisi 6000 qram psixotrop maddə metamfetamini Təqsirləndirilən şəxsla birlikdə qanunsuz əldə etməklə özünün kirayə tutduğu ünvan 1 saylı ünvana daşımaqla orada saxlamış, deyilən vaxtlarda həmin maddələri verilmiş sifariş əsasında Təqsirləndirilən şəxsla birlikdə müəyyən edilmiş çeşid və çəkilərə uyğun qablaşdıraraq müxtəlif ünvanlarda yerləşdirib işarələnmiş məkanların fotoşəkillərini Iran Islam Respublikasının vətəndaşı “Ilqar” adlı şəxsin istifadəsində olan mobil telefonda quraşdırılmış “Whatsapp” proqram təminatına göndərməklə onun sifarişi əsasında ayrı-ayrı müştərilərə çatdırılmasını təmin etmiş, əldə etmiş olduqları həmin narkotik vasitə heroindən bir bükümdə 56,443 qram çəkidə narkotik vasitə heroini öz üzərində, bir bükümdə 49,237 qram çəkidə narkotik vasitə heroini isə Təqsirləndirilən şəxs ayırıb satış üçün qablaşdıraraq qanunsuz olaraq üzərilərində daşıyarkən onun Təqsirləndirilən şəxs ilə əlbir olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaları barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili Işlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə Idarəsinin əməkdaşları tərəfindən ## #### 2022-ci il tarixdə, saat 22:10- da keçirilmiş əməliyyat axtarış tədbiri zamanı o, Təqsirləndirilən şəxsla birlikdə ünvan 3 ünvanının yaxınlığında saxlanılaraq qeyd edilən idarəyə dəvət edilmişlər, orada xidməti otaqların birində saat 23:40-dan etibarən özünün üzərinə keçirilən şəxsi axtarış və götürmə zaman əynində olan şalvarın sol yan cibindən bir bükümdə 56,443 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış və götürmə zaman əynində olan şalvarın sağ yan cibindən bir bükümdə 49,237 qram çəkidə Məhkum üzərindən aşkar edilmiş heroinlə eyni tərkibli olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar olunaraq götürülmüş, ## #### 2022-ci il tarixdə saat 01:15-dən etibarən Məhkum kirayə tutduğu ünvan 1 ünvanına özünün icazəsi və razılığı ilə baxış keçirilən zaman qonaq otağındakı divanın yanında saxladığı iki ədəd qara rəngli çantaların içərisində üzəri yapışqan lentlə sarınmış dörd ədəd polietilen bağlamalarda, hər birinin ayrıayrılıqda təmiz çəkisi 954 qr, 934 qr, 919 qr, 963 qr, ümumi təmiz çəkisi 3770 qram olan külli miqdarda həm öz aralarında, həm də Məhkumla Təqsirləndirilən şəxs üzərlərindən aşkar edilmiş heroinlərlə xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eyni olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin, üç ədəd üzəri yapışqan lentlə sarınmış polietilen bağlamalarda, hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 2010 qr, 2000 qr, 1990 qr, ümumi təmiz çəkisi 6000 qr olan xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eyni olan külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, beş ədəd qara rəngli polietilen bağlamalarda, hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 12395 qr, 6560 qr, 5795 qr, 5280 qr, 14270 qr, ümumi təmiz çəkisi 44300 qr olan külli miqdarda eyni tərkibli kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və səthində narkotik vasitə heroinə məxsus izlər olan üç ədəd elektron tərəzi aşkar olunaraq götürülmüşdür. KASSASIYA ŞIKAYƏTININ DƏLILLƏRI, MƏHKUMUN, MÜDAFIƏÇININ VƏ DÖVLƏT ITTIHAMÇISININ ÇIXIŞLARI: Məhkum kassasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, 2022-ci il ## #### tarixdə polis əməkdaşları onun yaşadığı mənzilə qanunsuz olaraq daxil olaraq ailə üzvlərinin gözü qarşısında ona amansız işgəncələr vermişlər. Uzun işgəncələrdən sonra narkotik vasitə aşkar olunmamışdır. Daha sonra polis əməkdaşları ona narkotik vasitə verəcəklərini və həmin narkotik vasitənin ona aid olması barədə etirafedici ifadə verməyini tələb etmişlər. Təbii ki o bununla razılaşmamış, daha sonra onu ailəsi ilə təhdid etmişlər. Bundan sonra onu və ailə üzvlərini BNMI-nə apararaq dediklərini etməsə ailə üzvlərini həbs edəcəklərini bildirmişlər. Çıxılmaz vəziyyətdə qaldığından o bunu qəbul etmiş, onun üzərinə narkotik vasitə qoyaraq videoçəkiliş etmişlər. Bununla kifayətlənməyərək əvvəl yaşadığı kirayə mənzilə narkotik vasitə yerləşdirərək ona aid olması barədə videoçəkiliş etmişlər. Məhkum daha sonra bildirmişdir ki, onun təqsirsizliyini sübut edən hallardan biri də onun aldığı xəsarətlər barədə ekspert rəyi və onu həbs edənlərin ziddiyyətli ifadələridir. Məhkum kassasiya şikayətində göstərilənlərə əsasən Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2025-ci il # ###### tarixli, *(***)-**/**** nömrəli qərarının ləğv edilməsini və barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən məhkum Məhkum və onun müdafiəçisi müdafiəçi3 kassasiya şikayətinin təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı dövlət ittihamçısı1 kassasiya şikayətinin təmin olunmamasını və Məhkum barəsində olan cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2025-ci il # ###### tarixli qərarının ona aid hissədə dəyişdirilmədən saxlanması barədə qərar qəbul edilməsini xahiş etdi. HÜQUQI MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunların normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərini yoxlayır. Məhkum kassasiya şikayətində əməlinin tövsifini mübahisələndirərək və ona bəraət verilməli olduğunu iddia edərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi barədə tələbini CPM-in 416.1.2-ci maddəsində nəzərdə tutulan hallarla əlaqələndirmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya müraciətinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin III bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## ### 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumiləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməsi barədə məhkumun və onun müdafiəçisinin, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibət bildirərək aşağıdakıların qeyd edilməsini vacib hesab edir. Belə ki, kassasiya şikayətinin əsas dəlili kimi irəli sürülmüş məhkuma bəraət verilməli olması iddiası ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materiallarından da göründüyü kimi, müdafiə tərəfi kassasiya şikayətində irəli sürülən dəlilləri apellyasiya instansiya məhkəməsində də irəli sürmüş və müdafiə tərəfinin dəlilləri apellyasiya instansiyası məhkəməsi tərəfindən hərtərəfli, tam və obyektiv şəkildə, iş üzrə toplanmış mötəbər sübutların məcmusu əsasında yoxlanılaraq qiymətləndirilmiş və məhkum tərəfindən ona qarşı irəli sürülmüş ittihamda nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi nəticəsinə gəlinmişdir. Məhkəmə kollegiyası mötəbərliyi məhkəmələr tərəfindən yoxlanılmış sübutları hazırkı qərarda təkrar etmədən məhkəmələr tərəfindən həmin sübutlara münasibətdə qiymətləndirmə ilə razılaşır və hesab edir ki, məhkumun əməlinin tövsifi ilə bağlı məhkəmələrin qənaəti qanuni və əsaslıdır və bununla bağlı kassasiya şikayətinin dəlilləri əsassızdır. Eyni zamanda, məhkumun ona polis əməkdaşları tərəfindən işgəncə verilməsi ilə bağlı iddiaları da məhkəmələr tərəfindən yoxlanılmış və iş üzrə toplanılmış sübutların məcmusu əsasında bu iddianın təsdiq edilmədiyi qənaətinə gəlinmişdir. Bundan əlavə, məhkumun ona qarşı irəli sürülmüş ittihamda təqsirli olması məhkəmələrin yoxlayaraq qiymətləndirdiyi mötəbər sübutların məcmuyu ilə, həmçinin məhkumun istifadə etdiyi mobil telefonda aşkar edilmiş çoxsaylı qarşılıqlı mesajlar və məhkuma məxsus bank kartına kiçik məbləğlərdə göndərilmiş çoxsaylı və çəmlədikdə böyük məbləğ təşkil edən pul köçürmələri ilə də təsdiq edilir ki, həmin faktlar da, narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə bağlı inamı möhkəmləndirən faktorlar kimi qiymətləndirilməlidir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, məhkumun kassasiya şikayətinin dəlilləri əsassızdır. Məhkəmə kollegiyası məhkuma təyin edilmiş cəzanın növünə və həddinə də münasibət bildirərək qeyd etməyi zəruri hesab edir ki, məhkuma cəza təyin edilərkən törədilmiş cinayət əməlinin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, məhkumun şəxsiyyəti, cəzasını yüngülləşdirən halın olmaması və cəzasını ağırlaşdıran hal kimi cinayətlərin təhlükəli residivinin olması nəzərə alınmaqla, məhkuma CM-in 65.2-ci maddəsinin tələblərinə əməl etməklə ədalətli cəza təyin edilmişdir. Eyni zamanda, məhkəmə kollegiyası hesab edir ki, məhkuma təyin edilmiş cəzanın müddətinin azaldılması, məhkumun təqsirli bilindiyi maddəyə CM-in 62-ci maddəsinin və onun barəsində CM-in 70-ci maddəsinin tətbiqi üçün qanunda nəzərdə tutulan hüquqi və faktiki əsaslar mövcud deyil. Qeyd edilənləri yekunlaşdıraraq məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının ##.##.2025-ci il tarixli qərarı, məhkumun kassasiya şikayətinə münasibətdə, məhkum Məhkum aid hissədə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin 2024-cü il ## ### tarixli, *(***)-***/**** nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum edilmiş Məhkum barəsində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2025-ci il # ###### tarixli, *(***)-**/**** nömrəli qərarı, məhkumun kassasiya şikayətinə münasibətdə, məhkum Məhkum aid hissədə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar