Məhkəmə qərarları › İş №1(1-8)-296/2026

Ali Məhkəmə Qərar — İş №1(1-8)-296/2026

15.05.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(1-8)-296/2026 15.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Hüseynov Zaur Nazim oğlu (sədrlik edən və məruzəçi), Mövsümov Nazim Rasim oğlu və Muxtarov Teyyub Asif oğlundan ibarət tərkibdə, Ibişova Səbinə Şirazi qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə Idarəsinin prokuroru X2, Məhkum – Məhkum iştirakları ilə, ##.##.1981-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində bir azyaşlı uşağı olan, fərdi əməklə məşğul olmuş, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, hazırda azadlıqdan məhrum etmə növündə cəza çəkən, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2025-ci il ## #### tarixli *(***)- ***/**** nömrəli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDI: Bakı Ağır Cinayətlər Məhkəməsinin 2024-cü il ## ###### tarixli *(***)-****/**** nömrəli hökmü ilə (hakimlər F.Namazov (sədrlik edən), Ə.Quliyev və T.Hüseynov) Məhkum Azərbaycan Respublikası CMin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının əvvəlinin ##.##.2023-cü il tarixdən hesablanması hökm edilmişdir. Hökmlə həmçinin qətimkan tədbiri, maddi sübutların taleyi və məhkəmə məsrəfi məsələləri də həll edilmişdir. Hökmdən məhkumun müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2025-ci il ## #### tarixli *(***)-***/**** nömrəli qərarı ilə (hakimlər E.Allahverdiyev (sədrlik edən), C.Hüseyn və H.Məmmədov) apellyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 2024-cü il ## ###### tarixli *(***)- ****/**** nömrəli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2025-ci il ## #### tarixli *(***)-***/**** nömrəli qərarından məhkum Məhkum tərəfindən kassasiya şikayəti verilmişdir. Işin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Məhkum qeyriləri ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə qeyrisinin sifarişi əsasında naməlum vaxtda və şəraitdə göndərilmiş külli miqdarda 3810 qram çəkidə narkotik vasitə tiryəki və külli miqdarda 5869,626 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı sonuncunun göstərişi əsasında əvvəlcədən razılaşdıqları qaydada qanunsuz olaraq əldə edib, həmin narkotik vasitə qurudulmuş marixuananın 19,626 qram çəkidə hissəsini öz üzərində, qalan külli miqdarda 5850 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı və külli miqdarda 3810 qram çəkidə narkotik vasitə tiryəki X1 idarə etdiyi **-NU-*** dövlət qeydiyyat nişanlı “Nissan” markalı avtomobilin arxa oturacağının üzərində saxlayaraq daşımış, daxil olmuş məlumat əsasında Daxili Işlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə Idarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Məhkum ## #### 2023-cü il tarixdə, saat 19:20-də Bakı şəhəri, Sabunçu rayonu, Məhəmmədi-Zabrat yolunda yerləşən Sabunçu qəbiristanlığının yaxınlığında X1 idarə etdiyi **-NU-*** dövlət qeydiyyat nişanlı “Nissan” markalı avtomobilin içərisində olduğu zaman saxlanılaraq Baş Narkotiklərlə Mübarizə Idarəsinin inzibati binasına gətirilmiş və orada üzərinə keçirilmiş şəxsi axtarış zamanı qara rəngli şalvarının sol yan cibindən 01 ədəd sellofan bağlamada 19,626 qram çəkidə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüş, əməliyyat axtarış tədbirinin davamı olaraq ## #### 2023-cü il tarixdə saat 22:30-dan etibarən Məhkum öz könüllü razılığı və iştirakı ilə Rəhim Əzizovun idarə etdiyi Nissan markalı, **-NU-*** qeydiyyat nişanlı avtomobilinə Baş Narkotiklərlə Mübarizə Idarəsinin inzibati binasının həyətində baxış keçirilən zaman həmin avtomobilin arxa oturacağının üzərində olan 01 ədəd qara rəngli kisənin içərisindən 06 ədəd bağlamada külli miqdarda ayrıayrılıqda təmiz çəkiləri 1050 qram, 1040 qram, 990 qram, 1030 qram, 1010 qram və 730 qram olmaqla ümumi təmiz çəkisi 5850 qram həm üzərindən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuana ilə, həm də öz aralarında tərkiblərinə görə eyni olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və həmin kisənin içərisindəki 01 ədəd sellofan torbanın içərisində olan 06 ədəd bağlamada külli miqdarda ayrı-ayrılıqda təmiz çəkiləri 755 qram, 540 qram, 610 qram, 635 qram, 620 qram və 650 qram olmaqla ümumi təmiz çəkisi 3810 qram öz aralarında xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni olan narkotik vasitə tiryək aşkar edilərək götürülmüşdür. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, o, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində “Nabat” adlı qadına xidmət etməklə məşğul olarkən “Arif” adlı şəxs ona zəng edib həmin qadının oğlu “Gündüz” adlı şəxsə gübrənin çatdırılmalı olduğunu söylədikdə, Gündüzün yaşadığı evin həyətində çoxlu quş və gül olduğundan, gübrənin çatdırılma məsələsi ona şübhə doğurmamışdır. Gündüz həmin zəngdən iki gün əvvəl ona zəng edib bir ədəd sellofan torbanın gələcəyini, həmin torbanı götürüb yaşadıqları evə aparmasını bildirmişdir. Arif onu Kürdəxanı qəsəbəsi ərazisinə göndərmiş, həmin ünvana çatdıqda torbanın ağır olduğunu görüb, ailəvi tanışları olan şahid4 zəng edərək, ondan kömək istəmişdir. Yəni məqsədi gübrə olaraq bildiyi torbanı başqa yerə daşımaq olmuşdur. Polis əməkdaşları tərəfindən saxlanılarkən onun üzərində heç bir narkotik vasitə olmamışdır. Bundan başqa, o, ifadəsində gübrə olaraq bildiyi sellofan torbanı kimdən və nə vaxt aldığını etiraf etmişdir. Onun mobil telefonunda narkotik vasitənin satışı ilə məşğul olmasına dair hər hansı məlumat aşkar edilməmişdir. Avtomobilə baxış zamanı da narkotik vasitənin ölçülməsi ilə bağlı hər hansı avadanlıq (tərəzi və s.) aşkar edilməmişdir. Məhkum kassasiya şikayətində ilk məhkumluğunu, səmimi peşmançılığını, qadınlığını, himayəsində yaşlı və xəstə atasının, bir yetkinlik yaşına çatmayan qızının olmasının nəzərə alınaraq, ona təyin edilmiş cəzanın yüngülləşdirilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (CPMin) 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası CPM-in 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkum kassasiya şikayətində narkotik vasitənin qanunsuz dövriyyəsi ilə məşğul olmadığını, bir yerdən başqa yerə daşımaq istədiyi kütlənin narkotik vasitə deyil, gübrə olduğunu zənn etdiyini, həmçinin barəsində təyin edilmiş cəzanın ağır olduğunu iddia etməklə, faktiki olaraq mübahisələndirilən apellyasiya məhkəməsinin qərarının ləğv edilməsini və ya dəyişdirilməsini şərtləndirən əsasları Azərbaycan Respublikası CPM-in 416.1.6 (məhkəmə cinayət tərkibinin əlamətləri olmadan ittiham hökmü çıxardıqda) və 416.1.21-ci (məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə) maddəsində nəzərdə tutulmuş halla əlaqələndirmişdir. Odur ki, kollegiya məhkumun kassasiya şikayətini Azərbaycan Respublikası CPM-in 419cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2025-ci il ## #### tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq, aşağıdakı xüsusatları qeyd edir: Cinayət məsuliyyətinin əsaslarına dair Azərbaycan Respublikası CM-in 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Bu normanın mənasına görə şəxsin əməlində konkret cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə isnad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Bu tələb Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” ## #### 2011-ci il tarixli qərarının müddəalarından da irəli gəlir. Belə ki, Konstitusiya Məhkəməsinin Plenumunun həmin qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinə əsasən “hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir”. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin (o cümlədən, əməldə cinayət tərkibinin əlamətlərinin olub-olmamasının) müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). Məhkum Məhkum kassasiya şikayətindən görünür ki, o, narkotik vasitənin qanunsuz dövriyyəsi ilə bağlı olan hər hansı bir cinayət əməlini törətmədiyini iddia etmiş, bir yerdən başqa yerə daşıdığı kütlələrin narkotik vasitə deyil, gübrə olduğunu zənn etdiyini bildirmişdir. Lakin Məhkum ona birinci instansiya məhkəməsinin hökmü ilə isnad edilən, apellyasiya instansiyası məhkəməsinin də razılaşdığı hazırki qərarın “Işin halları” bölməsində təsvir edilmiş cinayətkar hərəkətləri törətməsi, müvafiq olaraq da onun əməlində CM-in 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmə, saxlama, daşıma cinayətinin tərkibinin olması, onun həmin maddələrlə ilə təqsirliliyi birinci instansiya məhkəməsində CPM-in 143-146-cı maddələrinə uyğun şəkildə tədqiq edilmiş, apellyasiya məhkəməsi tərəfindən də təhlil edilmiş bir-biri ilə uzlaşan, mümkün və mötəbər sübutların məcmusu ilə müəyyən edilmişdir. Müdafiə tərəfinin Məhkum CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinməsinin mübahisələndirilməsi üzrə dəlilləri apellyasiya məhkəməsi tərəfindən də yoxlanılmış, məhkəmə həmin dəlillərin baxılmış sübutların məcmusu ilə, o cümlədən Məhkum özünün müdafiəçinin iştirakı ilə ibtidai istintaqda verdiyi etirafedici ifadələri (həmin ifadələrində narkotik vasitə götürmək üçün getdiyini, sellofandan bir büküm narkotik vasitə götürüb, qalanını avtomobilə qoyduğunu bildirmişdir), şahid ifadələri, “Şəxsi axtarış və götürmə aparılması haqqında” və “Avtomobilə baxış keçirilməsi haqqında” ##.##.2023-cü il tarixli protokollar, “Məhkəmə-kimyəvi” ekspertizasının ##.##.2023-cü il tarixli, *-**-**/*-*/**** nömrəli rəyi, “Məhkəmə-bioloji” ekspertizasının ##.##.2023-cü il tarixli, *-**-**/*-*/**** nömrəli rəyi (S.İ.Novruzovanın üzərindən aşkar edilən narkotik vasitə ilə avtomobildən aşkar edilən narkotik vasitənin eyni tərkibli olması müəyyən edilmişdir), maddi sübutlarla və istintaq hərəkətlərinin protokolları ilə təkzib olunması haqqında nəticəyə gəlmişdir. Apellyasiya məhkəməsinin Məhkum barəsində verilmiş apellyasiya şikayəti üzrə gəldiyi nəticə apellyasiya şikayətində irəli sürülmüş (kassasiya şikayətində göstərilənlərlə eyni olan) iddiaların, bu iddialarla əlaqəli olan işin hallarının obyektiv araşdırılmasına, birinci instansiya məhkəməsində CPM-in 143-146-cı maddələrinə müvafiq qaydada tədqiq edilib qiymətləndirilmiş sübutlara əsaslandığından, kassasiya şikayətində isə apellyasiya məhkəməsinin gəldiyi nəticələri təkzib edə biləcək dəlillər gətirilmədiyindən, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin və onunla razılaşan apellyasiya məhkəməsinin çıxardıqları nəticələri, o cümlədən Məhkum CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli olması barədə yekun qənaətlərini şübhə altına almaq üçün heç bir əsas görmür. Məhkum edilmiş şəxs ibtidai istintaq zamanı ifadələrini təzyiq altında verməsi ilə bağlı dəlillər irəli sürsə də, onun bu dəlilləri də məhkəmələr tərəfindən araşdırılmış və müəyyən edilmişdir ki, barəsində həbs qətimkan tədbiri seçildikdən sonra istintaq təcridxanasında tibbi müayinədən keçən Məhkum bədəni üzərində hər hansı xəsarət aşkar edilməmişdir. Həmçinin, polis əməkdaşları tərəfindən saxlanılarkən zorakılığa məruz qalması barədə müraciət əsasında araşdırma aparılmış və qeyd olunan xüsusatlar təsdiq olunmadığına görə toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi haqqında ##.##.2024-cü il tarixli qərar qəbul edilmişdir. Lakin həmin qərar təqsirləndirilən şəxs və ya onun müdafiəçisi tərəfindən mübahisələndirilməmişdir. Müdafiə tərəfi polis tərəfindən pis rəftara məruz qoyulduğunu təsdiq etmək üçün məhkəmələrə hər hansı sübut təqdim edə bilməmişdir. Bütün bunlar isə narkotik vasitələrlə heç bir əlaqəsinin olmaması, fiziki-psixi təzyiq altında etirafedici ifadə verməyə məcbur edilməsi barədə məhkumun dəlillərinin əsassız olduğunu göstərir. Məhkumun ibtidai istintaq zamanı vermiş olduğu ifadələri iş materiallarında olan digər sübutlarla uzlaşdığından məhkəmələr haqlı olaraq həmin ifadələri mötəbər dəlil kimi qiymətləndirmişlər. Məhkum cəzanın təyin edilməsi məsələsi həll olunarkən və həmin məsələ üzrə hökm apellyasiya qaydasında yoxlanılarkən də məhkəmələr tərəfindən hər hansı pozuntuya yol verilməmiş, birinci instansiya məhkəməsi cinayətin xarakterindən və ictimai təhlükəlilik dərəcəsindən, cəzanı yüngülləşdirən hallar kimi ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsi və himayəsində bir azyaşlı uşağının olması, cəzanı ağırlaşdıran halların isə müəyyən edilməməsindən, cəzanın təqsirkarın islah olunmasına və ailəsinin həyat şəraitinə təsirindən çıxış edib, Məhkum təqsirli bilindiyi CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasını təyin etməklə, apellyasiya instansiyası məhkəməsi isə cəza hissəsində də hökmü dəyişdirilmədən saxlamaqla cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara, cəzanın təyin edilməsinin ümumi əsaslarına və cəzanın məqsədlərinə, cəzanın təyin edilməsinə dair CM-in müvafiq olaraq 59, 61, 58.3 və 41.2-ci maddələrinin tələblərinə əməl etmiş, Cinayət Qanununun 8-ci maddəsində təsbit olunmuş ədalət prinsipini gözləmişlər. Təsvir edilənlərdən görünür ki, Məhkum CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinməsi ilə bağlı məhkəmələrin nəticəsi qanuni və əsaslıdır, təyin edilmiş cəza isə ədalətlidir, baxılan işdə məhkəmələr tərəfindən CPM-in 416.1-ci maddəsi ilə nəzərdə tutulmuş, o cümlədən kassasiya şikayəti ilə ehtiva olunan CPM-in 416.1.6 və 416.1.21-ci maddələrində nəzərdə tutulmuş pozuntulara yol verilməmişdir. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməsinə dair məhkumun, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının məhkum Məhkum barəsində olan 2025-ci il ## #### tarixli qərarı verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Məhkum Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2025-ci il ## #### tarixli *(***)-***/**** nömrəli qərarı verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar