Məhkəmə qərarları › İş №1(1-8)-297/2026

Ali Məhkəmə Qərar — İş №1(1-8)-297/2026

10.06.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(1-8)-297/2026 10.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Teyyub Asif oğlu Muxtarov və İlqar Xanlar oğlu Cəfərovdan ibarət tərkibdə, məhkəmə iclasının katibi - Pərviz Müseyib oğlu Hacıyevin, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 yanvar 2026-cı il tarixli 1(103)- 2286/2025 nömrəli qərarından məhkum Məhkum müdafiəçisi Layic Aqil Tacir oğlu tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Aytən Əliyeva (sədrlik edən və məruzəçi), Elmin Rüstəmov və Vüqar Quliyev) 13 oktyabr 2025-ci il tarixli 1(101)-999/2025 nömrəli hökmü ilə 19 sentyabr 1994-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkum olunmamış, Bakı şəhəri Suraxanı rayonu Zığ qəsəbəsi, Rövşən Göyüşov küçəsi, ev 67 D ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri Xəzər rayonu “Sovxoz” yaşayış massivində yaşamış Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 5 (beş) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, ona elan edilmiş ittihamdan CM-in 234.4.1-ci maddəsi xaric edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəza çəkmə müddətinin başlanğıcı 02 oktyabr 2024-cü il tarixdən hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum məhkum edilmişdir ona görə ki, o, satış məqsədi ilə qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə qurudulmuş marixuananı və külli miqdarda psixotrop maddə olan metamfetamini əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum ümumi təmiz çəkisi külli miqdarda 11,962 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və ümumi təmiz çəkisi xeyli miqdarda 26,88 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla Bakı şəhəri Nərimanov rayonu, İ.Dadaşov 68 ünvanına daşımış, 02.10.2024-cü il tarixdə, saat 16:57-da Azərbaycan Respublikası DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri Nərimanov rayonu, İ.Dadaşov 68 ünvanının yaxınlığında üzərinə keçirilən axtarış zamanı əynində olan boz rəngli şalvarın sağ yan cibindən bir ədəd sellofan bükümdə içərisində külli miqdarda təmiz çəkisi 11,962 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və bir ədəd sellofan bükümdə içərisində 26,88 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Zamin İbrahimov (sədrlik edən və məruzəçi), Qədim Babayev və Murad Məmmədov) 13 yanvar 2026-cı il tarixli 1(103)-2286/2025 nömrəli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 13 oktyabr 2025-ci il tarixli 1(101)-999/2025 nömrəli hökmü dəyişdirilimiş, məhkum Məhkum əməli CM-in 234.4.3cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilmiş və ona həmin maddə ilə 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin olunmuşdur. Məhkum Məhkum müdafiəçisi müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Məhkum Məhkum müdafiəçisi müdafiəçi2 kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin 13 yanvar 2026-cı il tarixli 1(103)-2286/2025 nömrəli qərarının ləğv edilməsini və məhkum Məhkum cinayət əməli sübut yetirilməməsinə görə bəraət verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum Məhkum müdafiəçisi Layic Aqil Tacir oğlu kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmələr təqsirləndirilən şəxs Məhkum təqsirini müəyyən etmədən və təqsirini müəyyən edəcək sübutlar olmadan baxdıqlarından ittiham tərəfinin hüquqi mövqeyini təsdiq etdiyindən, yalnız ittiham tərəfinin şifahi mülahizələrini nəzərə almaqla nəticə etibarı ilə qanunsuz və əsassız ittiham hökmü çıxarmışlar. İttiham tərəfinin mövqeyi təqsirləndirilən şəxsin istintaqda verdiyi ifadə, şahid ifadələri və istintaq hərəkətlərinə əsaslanmışdır. Kassator qeyd edir ki, məhkəmə hökmündə vəsatətlərə qiymət verilməmişdir. Belə ki, əməliyyatda iştirak edən əməliyyatçıların telefon lokasiyası götürülməmişdir. Reallıqda həbs 02 oktyabr 2024-cü il tarixində saat 15-də olmuş, məhkum övladı ilə maşın yuyucuda olduğu zaman saxlanmış, təxminə 1 saatdan çox əməliyyatçılar ona təzyiqlər etmiş, onu döymüş və nəhayət sənədləşdirmədə belə qeyd etmişdilər ki, guya o, saat 16-57də tutulmuşdur və dərhal üstünə baxış keçirilmişdir. Bunu sübut edən sənədlərə isə məhkəmə tərəfindən qiymət verməmişdir. Məhkum döyülməsi və ilkin saxlanılması azyaşlı övladının yanında baş vermişdir. Onun digər valideynin iştirakı ilə məhkəmədə dindirilməsi təmin edilməmişdir. Uşaq kifayət qədər fikrini ifadə etmək bacarığındadır. Onun saxlanması zamanı yanında olmuş övladı X1 video ifadəsi məhkəmədə tədqiq edilsə də ona qiymət verilməmişdir. İşgəncə faktının bir çox epizodu məhz həmin uşağın yanında baş vermişdir. Əməliyyat tam çəkilməmişdir, Ali Məhkəmənin Plenum qərarının ziddinə olaraq əməliyyat fasiləsiz çəkilməli olduğu halda, bu baş verməmiş, sadəcə saxlanıldıqdan xeyli müddət sonra, guya Məhkum küçədə gəzirmiş adı ilə saxlanılmışdır. Heç şübhəsiz ki, şəxsin müəyyən müddət müdafiəsiz əməliyyatçıların nəzarətində və sərəncamında qalması narkotik vasitənin onun üzərinə qoyulması ehtimalını reallığa çevirir ki, bu da baş vermişdir. Təxminən 1 saatdan çox o, əməliyyatçıların nəzarətində və sərəncamında saxlanılmış, ona psixi və fiziki şiddət tətbiq edilmişdir. Məhkumun üzərinə atılan narkotik çəkisi ilə ekspertizaya təqdim edilən maddi sübutun çəkisi arasında fərq var. İttiham aktında qeyd edilmişdir ki, guya Məhkum 1 oktyabr 2024-cü il tarixində narkotik vasitələri Binə qəsəbəsi ərazisindən İran vətəndaşından əldə etmişdir. Birinci instansiya məhkəməsinə təqdim edilən sübutlardan və inzibati xəta haqqında protokoldan da göründüyü kimi məhkum həmin gün rayonda olmuş, GPS hərəkət trayektoriyasından da bu aşkar görünür və əlavə olaraq hərəkət zamanı yolda sürət həddini aşdığı üçün radara düşərək barəsində elektron rejimdə inzibati protokol tərtib edilmişdir. Məhkum pis rəftara və döyülməyə məruz qaldığı üçün prokurorluğa şikayət edilmişdir. Həmin icraat hələ də davam etməkdədir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, dövlət ittihamçısının çıxışını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin olunmadan saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib edilməməsi yoxlanılır. Qanunun yuxarıda göstərilən tələblərinə uyğun olaraq kassasiya kollegiyası birinci və apellyasiya məhkəmələrinin həmin normalara riayət etməsini yoxlayaraq qeyd edir ki, Azərbaycan Respublikası CPM-in 139-cü maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Həmin Məcəllənin 349.5-ci maddəsinə görə aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda; bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. Apellyasiya instansiyası məhkəməsi ittiham tərəfi tərəfindən təqdim edilmiş sübutları – məhkumun ifadəsini, şahidlər şahid6, Məmmədov İbrahim Fikrət oğlunun, şahid5 Cəmiyyət oğlunun, Qafarova-X4, şahid2 və şahid1 ifadələrini, məhkəmə ekspertizasının rəyini, istintaq hərəkətlərinin protokollarını və işin digər materiallarını məcmu halında tədqiq edib qiymətləndirərək belə nəticəyə gəlmişdir ki, məhkum Məhkum qanunsuz olaraq 11,962 qram psixotrop maddə metamfetamini və 26,88 qram narkotik vasitə olan qurudulmuş marixuananı əldə etməsi və saxlaması cinayət işi üzrə toplanmış sübutların məcmusu ilə öz təsdiqini tapmış, onun əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətləri müəyyən edilmişdir. Məhkəmə kollegiyası bu barədə qeyd etmək istəyir ki, apellyasiya məhkəməsi iş üzrə nəticəyə gələrkən hansı sübutlara əsaslanmasını, bu sübutlara hansı səbəblərdən üstünlük verməsini qərarda göstərmişdir. Məhkəmə kollegiyası məhkum Məhkum əməllərinə dair məhkəmənin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumun təqsiri müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPM-in 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Məhkəmə kollegiyası cinayət işinin materiallarına, iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutlara nəzər salaraq nəticəyə gəlir ki, məhkəmə sübutlara və işin hallarına düzgün qiymət vermiş, həmin sübutlar Məhkum Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirini təsdiq etmək üçün kifayət edir. Məhkum Məhkum müdafiəçisi Layic Aqil Tacir oğlunun kassasiya şikayətinin əsas dəlilləri ondan ibarətdir ki, məhkum barəsində keçirilmiş əməliyyat-axtarış tədbirində iştirak etmiş əməliyyat müvəkkillərinin istifadəsində olmuş mobil telefonların dislokasiya məlumatları əldə edilməmiş, məhkum övladı ilə birlikdə avtoyuma məntəqəsində olarkən saxlanılmış, lakin məhkumun övladı bu barədə məhkəmədə dindirilməmiş, məhkumun üzərində aşkar edildiyi iddia olunan narkotik vasitənin çəkisi ekspertizaya təqdim edilmiş maddi sübutun çəkisi ilə uyğun gəlməmiş, saxlanıldığı zaman məhkuma fiziki zorakılıq və psixoloji təzyiq göstərilmiş, həmçinin keçirilmiş əməliyyat-axtarış tədbirinin videoyazısı tam həcmdə aparılmamışdır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə əlaqədar qeyd edir ki, eyni məzmunlu dəlillər müdafiəçi tərəfindən apellyasiya şikayətində də irəli sürülmüşdür. Apellyasiya instansiyası məhkəməsi müdafiəçinin apellyasiya şikayətində göstərilən bütün dəlilləri ayrı-ayrılıqda araşdırmış, onlara hüquqi qiymət vermiş və həmin dəlillərin əsassız olması barədə nəticəyə gəlmişdir. Apellyasiya instansiyası məhkəməsi əsaslı olaraq belə nəticəyə gəlmişdir ki, cinayət işi üzrə toplanmış sübutlar Məhkum külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini və xeyli miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib saxlamasını birmənalı şəkildə təsdiq edir. Belə ki, onun üzərində həmin maddələrin aşkar edilməsi, eləcə də onların növü və miqdarı cinayət işi üzrə toplanmış sübutların məcmusu ilə tam təsdiq olunmuşdur. Eyni zamanda, həmin sübutlar apellyasiya şikayətində irəli sürülmüş dəlilləri etibarlı şəkildə təkzib edir. Cinayət işinin materiallarından da görünür ki, məhkum Məhkum cinayət əməli müvafiq prosessual qaydada aparılmış istintaq hərəkətləri, sübutlar və onların məhkəmədə qiymətləndirilməsi əsasında müəyyən edilmişdir. İş üzrə polis əməkdaşlarının qanunsuz hərəkətlərinə və ya sübutların saxtalaşdırılmasına dəlalət edən hər hansı hal aşkar edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi müdafiəçinin apellyasiya şikayətinə qanunvericiliyin tələblərinə tam riayət etməklə baxmış, irəli sürülmüş dəlilləri hərtərəfli yoxlamış və gəldiyi nəticələr cinayət işi üzrə toplanmış sübutlara, iş materiallarına və əlavə araşdırma zamanı əldə edilmiş məlumatlara tam uyğun olmuşdur. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətində irəli sürülmüş dəlillərə hüquqi qiymət verərək gəldiyi nəticəni qərarında ətraflı əsaslandırmışdır. Müdafiəçinin kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticələri təkzib edən, onların əsaslığını şübhə altına alan hər hansı yeni hal və ya dəlil təqdim edilmədiyindən, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşır və eyni məzmunlu kassasiya şikayətinin dəlillərinin yenidən müzakirə olunmasını zəruri hesab etmir. Cinayət işinin materiallarından görünür ki, təhqiqat və istintaq orqanı tərəfindən hazırkı cinayət iş üzrə sübutlar əldə edərkən cinayət prosessual qanunvericiliyinin tələblərini riayət etmiş, istintaq və prosessual hərəkətləri öz səlahiyyətləri çərçivəsində cinayət-prosessual qanunvericiliyinin normalarına uyğun keçirilmiş, kobud qanun pozuntularına yol verilməmişdir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alıb, hesab edir ki, məhkum Məhkum əməlinin hüquqi tövsifi və işin faktiki halları barədə apellyasiya instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Məhkum Məhkum əməllərinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar mövcud deyildir. Hökmdən və apellyasiya məhkəməsinin qərarından da görünür ki, birinci və apellyasiya instansiyası məhkəmələri yuxarıda göstərilən halları müəyyən edərkən konkret sübutlara əsaslanmışlar. İş materiallarından da görünür ki, həmin sübutların mötəbərliyini şübhə altına almağa heç bir əsas yoxdur. Bundan əlavə, məhkəmə kollegiyasının qənaətinə görə nə ibtidai istintaq orqanı sübutların toplanmasında, nə birinci instansiya məhkəməsi, nə də apellyasiya instansiyası məhkəməsi sübutların araşdırılmasında hər hansı bir kobud qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmiş, yekun məhkəmə qərarları qəbul edilərkən yol verilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verilmişdir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası nəticəyə gəlir ki, məhkum Məhkum Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə verilmiş ittiham üzrə təqsirli olması sübuta yetirilmiş və həmin ittiham üzrə ona bəraət verilməsi üçün qanuni əsaslar yoxdur. Kassasiya şikayətinin dəlilləri əsassızdır. Bundan başqa, məhkəmələr məhkum Məhkum cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 41.2 və 58.3-cü maddələrinin tələblərini düzgün nəzərə almışdır. Azərbaycan Respublikası CPM-in 416.1-ci maddəsində göstərilmiş hallarda kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsinin Məhkum barəsindəki qərarının ləğv olunması və yaxud dəyişdirilməsinə əsas ola biləcək qanunda göstərilmiş hallardan heç biri iş üzrə müəyyən edilməmişdir. Yuxarıda qeyd edilən halları nəzərə alaraq, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq həmin şikayətin təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 yanvar 2026-cı il tarixli 1(103)-2286/2025 nömrəli tarixli qərarının dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALIR: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 yanvar 2026-cı il tarixli 1(103)-2286/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar