Məhkəmə qərarları › İş №1(1-8)-298/2026

Ali Məhkəmə Qərar — İş №1(1-8)-298/2026

02.06.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(1-8)-298/2026 02.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli Iskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət məhkəmə tərkibində, Səfərli Kamal Rizvan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Ibrahimov Elçin Tofiq oğlunun, Məhkum – Məhkum iştirakları ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 14 avqust 2025-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-1, 177.2.4, 178.2.2 və 178.2.4cü maddələri ilə təqsirli bilinərək məhkum olunmuş Məhkum barəsində olan cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 11 dekabr 2025-ci il tarixli qərarından məhkum Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDI: Bakı şəhəri Səbail Rayon Məhkəməsinin (hakim: Süleymanova Şəhla Ənvər qızının sədrliyi) 14 avqust 2025-ci il tarixli 1(009)-95/2025 nömrəli hökmü ilə ## ### 1982-cü ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkum olunmamış, ünvan 10 qeydiyyatda olmaqla həmin ünvanda yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra “CM-in”) 177.2.2, 177.2.3- 1, 177.2.4, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək, ona CM-in 177.2.2, 177.2.3-1, 177.2.4-cü maddələri ilə 4 (dörd) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının, CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, CM-in 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzalar qismən toplanılması və qəti olaraq 5 (beş) il 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, onun həbsdə saxlanıldığı 8 (səkkiz) ay 27 (iyirmi yeddi) günün CM-in 69.3-cü maddəsinə əsasən 1 (bir) gününə 1 (bir) gün hesablanmaqla təyin edilmiş cəzadan çıxılması və üzərində qəti olaraq 4 (dörd) il 6 (altı) ay 3 (üç) gün azadlıqdan məhrum etmə cəzasının saxlanılması, 16.12.2024-cü il tarixli qərar ilə hazırkı iş üzrə həbs qətimkan tədbiri seçilsə də digər cinayət işi üzrə Şəki Ağır Cinayətlər Məhkəməsinin 24.04.2024-cü il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçildiyindən cəzaçəkmə müddətinin əvvəlinin 14 avqust 2025-ci il tarixdən hesablanması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılması müəyyən edilmiş, həmçinin zərərçəkmiş şəxslərə dəymiş zərərin ödənilməsi ilə bağlı mülki icraat qaydasında məhkəməyə müraciət etmək hüquqlarının olması izah edilmişdir. Hökmdən Azərbaycan Respublikası Baş Prokurorluğunun Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Ləman Səmədzadə Eldarlı tərəfindən verilmiş apellyasiya protestinə, təqsirləndirilən şəxs Məhkum və zərərçəkmiş şəxs zərərçəkmiş şəxs4 tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər: Mehdiyev Emin Əlixan oğlu (sədrliyi ilə), Qarayeva Mehriban Cəfər qızı və Bəhrəmzadə Sabit Xanlar oğlundan ibarət məhkəmə tərkibində) 11 dekabr 2025-ci il tarixli 1(103)-1909/2025 nömrəli qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, apellyasiya protesti təmin edilmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 14 avqust 2025-ci il tarixli 1(009)-95/2025 nömrəli hökmü verilmiş apellyasiya protestinə münasibətdə dəyişdirilmiş, təqsirləndirilən şəxs Məhkum cəzaçəkmə müddətinin əvvəlinin 16 dekabr 2024-cü il tarixdən hesablanması müəyyən edilmiş, hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 11 dekabr 2025-ci il tarixli qərarından məhkum Məhkum tərəfindən kassasiya şikayəti verilmişdir. IŞIN HALLARI: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Məhkum təqsirli bilinərək məhkum edilmişdir, ona görə ki, o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirməklə zərərçəkmiş şəxslərə xeyli miqdarda ziyan vuraraq dələduzluq etmiş və təkrarən elektron məlumat daşıyıcıları və informasiya texnologiyalarından istifadə etməklə özgənin əmlakını gizli olaraq talayıb zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Belə ki, o, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədilə zərərçəkmiş şəxs2 sonuncunun arvadı şahid3 Quba rayonu x adına x kənd tam orta məktəbinə direktor vəzifəsinə təyin etdirəcəyinə dair yalan vədlər verib aldadaraq ilk dəfə 06.10.2021-ci il tarixdə Quba rayonu H.Əliyev prospektində yerləşən x yanacaq doldurma məntəqəsinin yanındakı adsız kafedə nağd aldığı 6000 manat, daha sonra 26.02.2022-ci il tarixdə Quba rayonu, x kəndində yerləşən x marketdən E-Manat aparatı vasitəsilə sonuncunun ona göndərdiyi “xxxx” ASC-nə aid şahid1 adına olan bank kartına köçürdüyü 2000 manat, bundan sonra 21.05.2022-ci il tarixdə Quba rayonu H.Əliyev prospekti 188 saylı ünvanda yerləşən “x” mağazasında quraşdırılmış “Milli ön” aparatı vasitəsilə ona məxsus son 8 rəqəmi 6056 2216 olan Leobank kartının hesabına köçürdüyü 2000 manat, dördüncü dəfə 10.06.2022-ci il tarixdə Quba rayonu H.Əliyev prospekti ünvanda yerləşən marketdə quraşdırılmış E-manat vasitəsilə ona məxsus son 8 rəqəmi 6056 2216 olan Leobank kartının hesabına köçürdüyü 2000 manat, daha sonra 14.06.2022-ci il tarixdə Quba rayonu H.Əliyev prospekti 188 saylı ünvanda yerləşən “Elşad elektroniks” mağazasında quraşdırılmış “Milli ön” aparatı vasitəsilə ona məxsus son 8 rəqəmi ******* olan Leobank kartının hesabına köçürdüyü 1.000 manat, bundan sonra 2022-ci ilin iyul ayının əvvəllərində Bakı şəhəri Nərimanov rayonu Xətai prospekti ünvanda yerləşən Təhsil Nazirliyinin qarşısında nağd aldığı 6.000 manat və sonuncu dəfə ünvan 7 ünvanda yerləşən “xxxx”a məxsus bankomatın yanında nağd aldığı 1000 manat, ümumilikdə 20.000 manat məbləğində pulunu vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək zərərçəkmiş şəxs zərərçəkmiş şəxs2 həmin məbləğdə xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədilə zərərçəkmiş şəxs1 etibarından sui-istifadə edərək, sonuncunun tanışı “x” adlı şəxsin azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş qohumunun 2022-ci ilin fevral ayının sonlarında azadlığa çıxmasına köməklik göstərəcəyinə dair yalan vədlər verib aldadaraq, 12 fevral 2022-ci il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 10 saylı Cəzaçəkmə müəssisəsinin ünvan 4 ünvanda yerləşən binasının qarşısında 10000 manat məbləğdə pulunu alaraq, verdiyi vədinə əməl etməyib zərərçəkmiş şəxs zərərçəkmiş şəxs1 həmin məbləğdə xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədilə zərərçəkmiş şəxs5 sonuncunun oğlu x-in CM-in 178ci maddəsi ilə təqsirləndirildiyi Bakı Apellyasiya Məhkəməsində istintaq olunan cinayət prosesində köməklik edərək həbsdən azad olunmasına imkanı olması barədə yalan məlumat verib aldadaraq və 25.02.2022-ci il tarixdə Biləsuvar rayonu, Bəhramtəpə yolunda yerləşən “AL Marketdə” quraşdırılmış “Milli ön” ödəmə terminalı vasitəsi ilə “xxxx” ASC-nə aid ona məxsus 5213*********7426 saylı kart hesabına köçürdüyü 3030 manat məbləğində pulu ələ keçirərək zərərçəkmiş şəxs zərərçəkmiş şəxs5 həmin məbləğdə maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədilə zərərçəkmiş şəxs4 övladları X1 və X4 CM-in 234-cü maddəsi ilə Sabunçu RPI-də istintaq olunan cinayət işində köməklik edərək həbsdən azad olunmalarına imkanı olması barədə yalan məlumat verib aldadaraq və ilk dəfə 2022-ci ilin iyun ayında ünvan 2 saylı ünvanda yerləşən “Mado” restoranında 6000 manat, daha sonra 2022-ci ilin iyul ayında həmin ünvanda 4000 manat, sonuncu dəfə 3 avqust 2022-ci il tarixdə ünvan 1 ünvanda yerləşən “Gilavar” restoranının qarşısında 2000 manat, ümumilikdə 12000 manat məbləğində pulunu vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirərək zərərçəkmiş şəxs zərərçəkmiş şəxs4 həmin məbləğdə xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə elektron məlumat daşıyıcıları və informasiya texnologiyalarından istifadə etməklə, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə ünvan 23 C ünvanda yerləşən “Arion” adlı hoteldə olduqları zaman tanışı X10 məlumatı olmadan, “xxxx” ASC-yə aid sonuncuya məxsus 416973******7863 bank kartının hesabından mobil telefonunda qeydiyyata alınmış “xxxx” ASC-nin mobil əlavə tətbiqetməsi üzərindən 28 iyun 2022-ci il tarixdə 182 (yüz səksən iki) manat, 180 (yüz səksən) manat, 2 (iki) manat, 15 (on beş) manat, 13,50 (on üç manat əlli qəpik) manat və 30 iyun 2022-ci il tarixdə 4.772 (dörd min yeddi yüz yetmiş iki) manat, 72 (yetmiş iki) manat və 4.700 (dörd min yeddi yüz) manat məbləğində pul vəsaitlərini mobil telefonunda qeydiyyata alınmış “xxxx” ASC-nin mobil əlavə tətbiqetməsi üzərindən köçürməklə vahid niyyətlə əhatə olunmuş qəsdlə gizli olaraq talayıb zərərçəkmiş şəxs x-ya ümumilikdə 9.936,50 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədilə X10 etibarından sui-istifadə edərək, sonuncunun bacısı X6 X17 müəllimə vəzifəsinə işə düzəltməkdə köməklik göstərəcəyinə dair yalan vədlər verib aldadaraq, sonuncunun 17 iyul 2022-ci il tarixdə Sumqayıt şəhəri 9-cu mikrorayonda “xxxx” ASC-nə aid 416973******7863 bank kartının hesabından onun bank kartının hesabına köçürdüyü 2.000 manat məbləğində pul vəsaitini ələ keçirib, verdiyi vədinə əməl etməyərək zərərçəkmiş şəxs x-ya həmin məbləğdə maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədilə zərərçəkmiş şəxs6 sonuncunun oğlu x-un CM-in 234-cü maddəsi ilə Lənkəran Ağır Cinayətlər Məhkəməsində istintaq olunan cinayət prosesində köməklik edərək yüngül cəza ilə həbsdən azad olunmasına imkanı olması barədə yalan məlumat verib aldadaraq zərərçəkmiş şəxs6 02.08.2022-ci il saat 23 radələrindən 03.08.2022-ci il saat 01 radələrinədək olan müddət ərzində ünvan 9 saylı ünvanda onun kart hesabına köçürdüyü 8000 manat, 03.08.2022-ci il tarixdə gecə saatlarında ünvan 6 ünvanda nağd aldığı 2000 manat, 03.08.2022-ci il tarixdə həmin ünvanda nağd aldığı 5000 manat, 22.08.2022-ci il tarixdə ünvan 8 ünvanında yerləşən “Xəzər” marketdə quraşdırılmış “E Manat” ödəmə terminalı vasitəsi ilə onun “xxxx” ASC-nə aid 416973******5858 saylı kart hesabına köçürdüyü 1500 manat, 2022-ci ilin sentyabr ayında ünvan 5 ünvanda nağd aldığı 2000 manat, 2022-ci ilin oktyabr ayının əvvəllərində Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti ünvanında yerləşən “Yeni” adlı parkdakı “x” adlı kafedə nağd aldığı 2000 manat, 2022-ci ilin oktyabr ayının sonlarında Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi, x küçəsində yeni tikili binanın qarşısında nağd aldığı 3000 manat, ümumilikdə 23500 manat məbləğində pulunu vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək zərərçəkmiş şəxs zərərçəkmiş şəxs6 həmin məbləğdə xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Apellyasiya instansiya məhkəmə kollegiyası da gəlinmiş bu nəticə ilə razılaşmışdır. KASSASIYA ŞIKAYƏTININ DƏLILLƏRI VƏ PROSES IŞTIRAKÇILARININ ÇIXIŞLARI: Məhkum kassasiya şikayəti onunla əsaslandırmışdır ki, Bakı Apellyasiya Məhkəməsi müvafiq qərarı qəbul edərkən maddi hüquq normalarının tələbləri kobud şəkildə pozduğundan həmin qərar ləğv edilməli və cinayət işi araşdırılması üçün yenidən apellyasiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, barəsində baxılan cinayət işi üzrə CM-in 177.2.2, 177.2.3-1 və 177.2.4-cü maddələri ilə təqsirləndirildiyi hissədə kobud qanun pozuntularına yol verilmişdir. Pul vəsaiti xnın məlumatı olmaqla özü tərəfindən iki müxtəlif tarixlərdə hesabına köçürülmüş, onun iştirakı ilə çıxarılmış və sözügedən məbləği birlikdə xərcləmişlər. Bu barədə ibtidai istintaqa və məhkəməyə audio-video yazı təqdim edilmişdir. Hadisə ilə bağlı olduqca gec polisə məlumat verilmiş, ibtidai istintaq birtərəfli qaydada araşdırılma aparmışdır. Hər iki instansiya məhkəmələri cəzanın əvvəlinin hansı müddətdən hesablanılması barədə düzgün nəticəyə gəlməmişdir. O cümlədən, ilk dəfə cinayət törətməsi, himayəsində 2 azyaşlı övladının olması, residivinin olmaması, yaşayış yerindən müsbət xarakterizə olunması və uzun müddət ədliyyə orqanlarında qulluq etməyi nəzərə alınmadan məhkəmələr tərəfindən ağır cəza təyin edilmişdir. Odur ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 11 dekabr 2025-ci il tarixli qərarının ləğv edilərək, cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsi barədə qərarın qəbul edilməsini xahiş edir. Kassasiya instansiyası məhkəməsində məhkum Məhkum çıxış edərək, verilmiş kassasiya şikayətinin təmin edilməsini xahiş etdi. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Ibrahimov Elçin Tofiq oğlu çıxış edərək, kassasiya şikayətinin təmin edilməməsini, məhkum barəsində “Konstitusiya və Suverenlik Ili” münasibətilə amnistiya elan edilməsi haqqında AR Milli Məclisinin 19.12.2025-ci il tarixli Qərarının 3.1-ci bəndinin tətbiq edilməsini xahiş etdi. HÜQUQI MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Məhkum tərəfindən verilmiş kassasiya şikayətində barəsində ona elan edilmiş ittiham üzrə işin hallarının tam, hərtərəfli və obyektiv araşdırılmadığı və nəticədə maddi və prosessual normaların pozulduğu iddia edilmiş, bununla da məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və ya dəyişdirilməsini şərtləndirən əsaslar Azərbaycan Respublikası CPM-in 416.1.2 (məhkəmə bu Məcəllənin 143 - 146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə) və 416.1.21-ci (məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə) maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdir. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 11 dekabr 2025-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq aşağıdakı xüsusatları qeyd edir. Azərbaycan Respublikası CM-in 3-cü maddəsində qeyd olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olubolmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməllərin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrinin dispozisiyaları ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. Iş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Kassasiya məhkəmə kollegiyası həmçinin qeyd edir ki, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri (CPM, 28 və 33-cü maddələr), sübutlar və sübutetməyə dair normalar, o cümlədən cinayət-prosessual qanunun 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar da (CPM, maddə 349.5) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, Cinayət-Prosessual Məcəlləsinin 21 və 349.5-ci maddələri tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə əsaslı sayıla bilər. Cinayət-Prosessual Məcəllənin 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli; - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası qeyd edilən normaların tələblərinə müvafiq cinayət işinin materiallarını araşdırıb, kassasiya şikayətinin dəlillərini müzakirə edərək, proses iştirakçılarının məhkəmə çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 11 dekabr 2025-ci il tarixli qərarı isə dəyişdirilməlidir. Tədqiq olunmuş iş materiallarından, birinci instansiya məhkəməsinin hökmü və apellyasiya məhkəməsinin qərarından görünür ki, məhkum Məhkum verilmiş təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirməklə zərərçəkmiş şəxslərə xeyli miqdarda ziyan vuraraq dələduzluq etmə və təkrarən elektron məlumat daşıyıcıları və informasiya texnologiyalarından istifadə etməklə özgənin əmlakını gizli olaraq talayıb zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla oğurluq etmə ilə bağlı ittiham birinci instansiya məhkəməsində işə baxılarkən tədqiq edilmiş mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutlar Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrində göstərilən qaydada tədqiq edilmiş, sübutların hansına əsaslanılması hökmdə göstərilmişdir. Apellyasiya məhkəməsi də haqlı olaraq birinci instansiya məhkəməsinin bunlara dair gəldiyi nəticə ilə razılaşmışdır. Məhkum əməllərinə hüquqi qiymət verilməsi məsələsinə gəldikdə məhkəmə kollegiyası hesab edir ki, həmin əməllər Azərbaycan Respublikası CM-in 177.2.2, 177.2.3-1, 177.2.4, 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayətlərin tərkibini yaratdığı, bu cinayətlərin tərkibi ilə tam əhatə olunduğu üçün tamamilə düzgün olaraq həmin maddələr ilə tövsif edilmişdir. Məhkum tərəfindən verilmiş kassasiya şikayətində CM-in CM-in 177.2.2, 177.2.3-1 və 177.2.4-cü maddələri ilə təqsirliliyi sübuta yetirilmədiyindən əsassız olaraq təqsirli bilindiyi, müxtəlif prosessual hərəkətlərin keçirilməsi ilə əldə olunmuş sübutların prosessual qanunvericiliyin tələblərinə müvafiq tədqiq edilmədiyi və iş üzrə ədalətli məhkəmə araşdırılması aparılmadığı iddia edilir. Lakin iş materiallarından görünür ki, apellyasiya məhkəməsi işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutları tədqiq etmiş və qiymətləndirmişdir. Bu məsələlər həll olunarkən Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə riayət olunmuşdur. Kassasiya məhkəmə kollegiyası cinayət işinin materiallarını nəzərdən keçirərək, Məhkum ona elan olunmuş ittiham üzrə cinayət əməllərini törətməsi onun verdiyi izahat və ifadələri, zərərçəkmiş şəxs qismində dindirilmiş zərərçəkmiş şəxs1, zərərçəkmiş şəxs5, zərərçəkmiş şəxs6, zərərçəkmiş şəxs4, zərərçəkmiş şəxs2, şahid qismində dindirilmiş şahid3, X5, şahid4, şahid5, şahid6, şahid7 və şahid2, əlavə şahid kimi dindirilmiş şahid1 ifadələri, səs yazılarının yaddaşına köçürüldüyü 1 ədəd disk, “xxxx” ASC tərəfindən verilmiş ödəniş kartı üzrə çıxarışın surəti, iş materiallarına əlavə olunmuş qəbzlərin, köçürmə sənədinin, çıxarışın surətləri, həmçinin iş üzrə toplanmış bir çox digər sübutlar ilə öz təsdiqini tapdığını müəyyən edir. Məhkəmə kollegiyası işdə olan sübutları bir daha təhlil edərək hesab edir ki, onlar Məhkum əməlinin düzgün tövsif edildiyi barədə yekun nəticəyə gəlməyə imkan verir. Məhkəmənin yekun nəticəyə gəlməsi üçün kifayət hesab etdiyi mötəbər, mümkün və bir-birini tamamlayan sübutlar birinci instansiya məhkəməsinin hökmündə və apellyasiya instansiya məhkəməsinin qərarında ətraflı şərh edildiyindən kassasiya məhkəmə kollegiyası həmin sübutları təkrarən sadalamağa zərurət görmür. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli 1 nömrəli qərarına əsasən mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə, həmin şəxslər talama hadisəsini görmüş olsalar belə, təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Həmin Qərarın 7-ci bəndində qeyd edilir ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir. Həmin Plenum qərarının 18-ci bəndində isə qeyd edilir ki, şəxs, tövsifedici əlamətlər olmadan, özgə əmlakının eyni formada iki və ya daha çox müstəqil talanmasına görə (məsələn, müxtəlif mülkiyyətçilərdən bir neçə dəfə oğurluq edilməsi) məhkum edilməmişsə, yaxud cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçməmişsə, bu zaman həmin hərəkətlər CM-in 16.2-ci maddəsinə müvafiq olaraq CM-in 177.2.2, 180.2.2 və ya 181.2.2-ci maddəsində nəzərdə tutulmuş “təkrar” törədilmiş cinayət kimi tövsif edilməlidir. Belə halda cinayətkar hərəkətlər cinayətlərin məcmusunu təşkil etmir. Təqsirkarın iradəsindən asılı olmayaraq, cinayət başa çatmadıqda da məsələyə bu mövqedən yanaşılmalıdır. Bununla belə, şəxsin özgə əmlakını müxtəlif formada bir neçə dəfə talaması (məsələn oğurluq və soyğunçuluq), yaxud CM-in 177.1, 177.2, 177.3, 180.1, 180.2, 180.3, 181.1, 181.2 və 181.3-cü maddələri ilə tövsif edilməli olan bir neçə cinayət törətməsi hallarında, şəxs həmin əməllərə görə məhkum edilməmişsə, göstərilən cinayətlərin məcmusu yaranır. Bu zaman vaxt etibarilə sonrakı epizodlar cinayətlərin “təkrarlığı” əlaməti ilə tövsif edilməlidir. Cinayət Məcəlləsinin 177-ci maddəsinin “Qeyd”inin 1-ci bəndinə əsasən Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş oğurluğa görə cinayət məsuliyyətinin yaranması üçün əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı (lakin beş min manatdan artıq olmayan) məbləğdə ziyanın vurulması tələb olunduğu halda, Cinayət Məcəlləsinin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərə görə cinayət məsuliyyəti vurulmuş ziyan yüz manatdan yuxarı məbləğdə olduqda yaranır. Oğurluq, soyğunçuluq, quldurluq cinayətini törətmiş şəxsin əməli “xeyli miqdarda” və ya “külli miqdarda” və ya “xüsusilə külli miqdarda” ziyan vurma əlaməti üzrə tövsif edilərkən məhkəmələr Cinayət Məcəlləsinin 177-ci maddəsinin qeydinin 2-ci bəndini rəhbər tutmalıdırlar. Məhkumun kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin maddi hüquq normalarını kobud şəkildə pozduğu, xüsusilə CM-in 177.2.2, 177.2.3-1 və 177.2.4-cü maddələri ilə təqsirləndirildiyi epizod üzrə pul vəsaitlərinin zərərçəkmiş x-nın məlumatı və razılığı ilə onun hesabından köçürüldüyü, həmin vəsaitlərin birlikdə xərcləndiyi və bu halı təsdiq edən audiovideo yazıların təqdim edildiyi barədə dəlilləri iş materialları ilə təkzib olunur. Belə ki, məhkum Məhkum həm ibtidai istintaqda verdiyi ifadəsində, həm də digər epizodlarla bağlı verdiyi izahatlarda müxtəlif şəxslərdən pul vəsaitləri aldığını, həmin vəsaitləri vəd etdiyi məqsədlər üçün istifadə etmədiyini, əksinə şəxsi ehtiyaclarına sərf etdiyini etiraf etmişdir. O, zərərçəkmiş şəxs4, zərərçəkmiş şəxs6, zərərçəkmiş şəxs2 və digər şəxslərdən müxtəlif bəhanələrlə aldığı pul vəsaitlərini öz ehtiyaclarına xərclədiyini açıq şəkildə göstərmişdir. Bu hal onun zərərçəkmiş şəxslərin etimadından sui-istifadə etməklə maddi vəsait əldə etməyə yönəlmiş davranış modelinin təsadüfi deyil, sistemli xarakter daşıdığını göstərir. Məhkumun x- ilə bağlı epizod üzrə verdiyi ifadə də onun müdafiə tərəfinin irəli sürdüyü arqumentləri təsdiq etmir. Belə ki, o, x-nın kartından pul köçürmələrini sonuncunun razılığı ilə etdiyini bildirsə də, həmin izahat iş üzrə toplanmış digər sübutlarla müqayisədə üstün sübut qüvvəsinə malik deyildir və məhkəmə tərəfindən digər sübutlarla birlikdə qiymətləndirilməlidir. Cinayət-prosessual qanunvericiliyin tələblərinə görə təqsirləndirilən şəxsin özünü müdafiə məqsədilə verdiyi ifadə təkbaşına onun təqsirsizliyinin əsası kimi qəbul edilə bilməz. Bundan əlavə, məhkumun kassasiya şikayətində istinad etdiyi audio-video yazıların mövcudluğu və məzmunu onun irəli sürdüyü halları birmənalı təsdiq edən sübut kimi qiymətləndirilə bilməz. Məhkəmə araşdırması zamanı sübutların məcmu halında qiymətləndirilməsi nəticəsində digər sübutlar, zərərçəkmiş şəxslərin ifadələri və işin faktiki halları ilə uzlaşan məlumatlar əsas götürülmüşdür. Şikayətdə hadisə barədə polis orqanına gec müraciət edilməsinin təqsirsizliyini sübut etdiyi göstərilsə də, bu arqument də əsaslı hesab edilə bilməz. Cinayət nəticəsində zərərçəkmiş şəxsin müxtəlif səbəblərdən hüquq-mühafizə orqanlarına müəyyən müddət sonra müraciət etməsi cinayət hadisəsinin baş verməməsini və ya təqsirləndirilən şəxsin məsuliyyətdən azad edilməsini şərtləndirən hal deyildir. Iş materiallarından görünür ki, zərərçəkmişlər ilkin mərhələdə məhkumun verdiyi vədlərin yerinə yetiriləcəyinə və vurulmuş ziyanın könüllü qaydada ödəniləcəyinə ümid etmiş, lakin sonradan bunun baş vermədiyini gördükdən sonra hüquqmühafizə orqanlarına müraciət etmişlər. Məhkəmə istintaqında dindirilmiş zərərçəkmiş zərərçəkmiş şəxs2 ifadəsindən görünür ki, məhkum ona həyat yoldaşının məktəb direktoru vəzifəsinə təyin olunacağı vədini vermiş, müxtəlif vaxtlarda ümumilikdə 20.000 manat məbləğində pul almış, lakin öhdəsinə götürdüyü hərəkətləri yerinə yetirməmiş və vəsaiti geri qaytarmamışdır. zərərçəkmiş şəxs2 ifadəsi məhkumun ibtidai istintaqda verdiyi etirafedici ifadə ilə mühüm hissədə uyğunluq təşkil edir. Eyni zamanda şahid şahid3 ifadəsi də məhkumun və digər şəxslərin onun direktor vəzifəsinə təyin olunmasına köməklik göstərəcəkləri vədi ilə pul aldıqlarını, nəticədə həmin vədlərin yerinə yetirilmədiyini təsdiq edir. Şahidin ifadəsi zərərçəkmiş zərərçəkmiş şəxs2 ifadəsi ilə qarşılıqlı surətdə tamamlanır və iş üzrə müəyyən edilmiş faktiki hallarla uzlaşır. Beləliklə, kassasiya şikayətində göstərilən hallar məhkəmələr tərəfindən araşdırılmış, mövcud sübutlar məcmu şəkildə qiymətləndirilmiş və həmin dəlillərin iş materialları ilə təsdiqini tapmadığı müəyyən edilmişdir. Məhkumun şikayəti əsasən öz müdafiə mövqeyinə uyğun fərqli qiymətləndirmədən ibarət olmaqla, məhkəmələrin gəldiyi nəticələrin qanunsuz və ya əsassız olduğunu göstərən yeni və inandırıcı sübutlarla təsdiq olunmur. Bu səbəbdən kassasiya şikayətinin həmin dəlilləri əsassız hesab edilməlidir. Kassasiya məhkəmə kollegiyası Məhkum oğurluq cinayət əməlini törətmədiyinə dair verdiyi ifadələrinə aşağı instansiya məhkəmələrinin tənqidi yanaşması və özünü müdafiə üsulu kimi qiymətləndirməsi barədə gəldikləri nəticə ilə razılaşaraq, hesab edir ki, apellyasiya məhkəmə kollegiyası haqlı olaraq Məhkum bu hissədə verdiyi ifadələrini işdə olan digər sübutlarla birlikdə müqayisəli şəkildə tədqiq edərək obyektiv həqiqəti əks etdirməməsi və ona görə də həmin ifadələrin mötəbər sübut növü kimi qəbul edilməməli olması, Məhkum özünü müdafiə etmək, cinayət məsuliyyətindən azad olunmasına dair məqsəd güddüyü barədə nəticəyə gəlmişdir. Həmçinin kassasiya şikayətinin dəlillərinə əsasən müəyyən olunur ki, şikayətçi iş üzrə yeni faktiki hallardan çıxış etməklə kassasiya instansiyası məhkəməsini gətirdiyi faktiki halların mövcud olub-olmamasına münasibət bildirməyə, birinci instansiya və apellyasiya məhkəməsində məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutların məcmusunu yenidən tədqiq etməklə qiymətləndirməyə dəvət edir. Kassasiya şikayətinin şərh olunan dəlilləri ilə əlaqədar kollegiya xatırladır ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi kassasiya baxışının hüdudlarını cinayət və cinayət-prosessual qanunların tətbiqi məsələlərinin araşdırılması ilə məhdudlaşdırmışdır. Bu normaların mənasına görə, kassasiya məhkəməsi kassasiya müraciətlərinə baxarkən bilavasitə özü sübutları təhlil etməklə işin faktiki hallarını müəyyən etməyə haqlı deyil. Həmin halların müəyyən edilməsi qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Kassasiya instansiyası məhkəməsi isə müvafiq kassasiya müraciəti olduqda birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş faktiki hallara cinayət qanunu normalarının tətbiqini və həmin halların müəyyən edilməsi zamanı cinayət-prosessual qanunun tələblərinə əməl olunub-olunmadığını yoxlaya bilər. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətində irəli sürülmüş məhkəmə qərarının ləğv edilməsi barədə tələbin əsaslılığını yoxlayarkən məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarını nəzərə almaya və müdafiə tərəfinin məhkəmə qərarlarının mübahisələndirilməsi üçün kassasiya şikayətində gətirdiyi faktiki hallardan çıxış edə, beləliklə də, onları mübahisələndirilən qərarın ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi qiymətləndirə bilməz. Kassasiya şikayətinin dəlillərini iş materialları ilə birgə tədqiq edən məhkəmə kollegiyası hesab edir ki, məhkum Məhkum qarşı CM-in 177.2.2, 177.2.3-1, 177.2.4, 178.2.2 və 178.2.4-cü maddələri ilə irəli sürülmüş ittiham məhkəmədə tədqiq olunmuş mötəbər, bir-birilə uzlaşan sübutların məcmusu ilə tam təsdiq olunur və məhkəmələr tərəfindən düzgün tövsif edilmişdir. Müdafiə tərəfi kassasiya şikayətində müxtəlif prosessual hərəkətlərin keçirilməsi ilə əldə olunmuş sübutların prosessual qanunvericiliyin tələblərinə müvafiq tədqiq edilmədiyi və iş üzrə ədalətli məhkəmə araşdırılması aparılmadığı iddia edilmişdir, lakin məhkəmə araşdırması zamanı müəyyən olundu ki, kassasiya şikayətində irəli sürülmüş iddiaların əksinə olaraq, məhkəmə dinləmələri qanuni prosedurlara, o cümlədən cinayət-mühakimə icraatının prinsiplərinə əməl olunmaqla aparılmış; apellyasiya məhkəməsi tərəfindən sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş - hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, apellyasiya məhkəməsinin qərarı çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş və Məhkum CM-in 177.2.2, 177.2.3-1, 177.2.4, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirliliyi barədə yekun nəticə CPM-in 146-cı maddəsinin tələbləri gözlənilməklə işə aid olan və biri digərinə uyğun gələn sübutların məcmusu ilə, onların həqiqi məzmununa uyğun olaraq əsaslandırılmışdır. Kassasiya məhkəmə kollegiyası məhkuma təyin edilmiş cəzaya da münasibət bildirərək qeyd edir ki, "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarında qeyd edilmişdir ki, cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. Kassasiya məhkəmə kollegiyası kassasiya şikayətində məhkum barəsində cəzanı yüngülləşdirən halların olmasına və məhkəmə tərəfindən nəzərə alınmamasına dair dəlillərinə də qiymət verərək qeyd edir ki, Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən, cəzanı yüngülləşdirən halların dairəsi qanunla məhdudlaşdırılmır və Cinayət Məcəlləsinin 59-cu maddəsində göstərilməyən başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Cəzanı yüngülləşdirən hallar dedikdə, təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin və cinayətin təhlükəliliyini azaldan, cinayət tərkibindən kənarda qalan, lakin qanunda nəzərdə tutulan müxtəlif hallar başa düşülməlidir. Aydın məsələdir ki, yüngülləşdirici halların mövcudluğu yuxarıda qeyd edilən müxtəlif formalarda nisbətən yüngül cəza təyin edilməsini nəzərdə tutur. Lakin, o da nəzərdən qaçırılmamalıdır ki, cəzanın yüngülləşdirilməsinə dair əsaslar müəyyən olunduqda belə, bu hallar cəzanın təyinində əhəmiyyət kəsb edən, o cümlədən CM-in 8, 58.3-cü maddələrində göstərilən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəliliyi, törədilmə halları, təqsirkarın şəxsiyyəti, təyin olunan cəzanın onun islah olunmasına, cəzanın digər məqsədlərinin realizə edilməsinə təsiri kimi məsələlərlə birlikdə götürülməklə həll edilməlidir. Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün CM-in 58-ci maddəsində və başqa normalarında təsbit olunmuş, baxılan işə aidiyyatı olub, cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır və cinayət qanununda nəzərdə tutulmuş güzəştli institutlar elə tətbiq olunmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayəthüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini təmin edə bilsin. Iş materiallarından görünür ki, məhkəmələr tərəfindən məhkum Məhkum cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən halların (vurulmuş ziyandan qismən ödəməsi və himayəsində azyaşlı övladının olması) olması, ağırlaşdıran halların isə olmaması, habelə təyin olunmuş cəzanın onun ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinin tələblərinə uyğun olaraq, Məhkum islah olunması məqsədini və Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən, təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş kifayət qədər ədalətli cəza təyin edilmişdir. Bununla belə kassasiya instansiyası məhkəməsi məhkumun barəsində təyin edilmiş cəzanın ağır olduğundan yüngülləşdirilməli olması barədə tələbin təmin edilməsini hüquqi baxımdan məqsədəmüvafiq olmadığını hesab etsə də, cinayət işinin materiallarının araşdırılması nəticəsində məhkumun barəsində Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli “Konstitusiya və Suverenlik Ili” münasibətilə amnistiya elan edilməsi haqqında Qərarının 3.1-ci bəndinin tətbiq edilməsi üçün zəruri şərtlərin mövcud olduğu müəyyən edilmişdir. Bu səbəbdən, qeyd olunan tələb təmin edilməsə də, amnistiya aktı məcburi tətbiq olunmalı olan normativ hüquqi akt kimi məhkəmə tərəfindən tətbiq edilməli, nəticə etibarilə apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilməklə məhkuma təyin edilmiş cəzanın müddəti azaldılmalıdır. Belə ki, “Konstitusiya və Suverenlik Ili” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının 3-cü bəndində qeyd edilmişdir ki, “bu Qərarın 1-ci və 2-ci hissələrində nəzərdə tutulan şəxslərdən başqa, aşağıdakı məhkumların cəzası 6 ay azaldılsın (bu Qərarın 6-cı hissəsində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla): 3.1. az ağır cinayət törətməyə görə təyin edilmiş müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasının bu Qərar qüvvəyə mindiyi günədək çəkilməmiş hissəsi 1 ildən artıq olan şəxslər; ...” Kassasiya instansiyası məhkəməsi cinayət işinin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq müəyyən etmişdir ki, aşağı instansiya məhkəmələrinin gəlmiş olduğu nəticə ilə məhkum Məhkum CM-in 177.2.2, 177.2.3-1, 177.2.4, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 5 (beş) il 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. CM-in 177.2-ci maddəsinin sanksiyasına əsasən, həmin əmələ görə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası, CM-in 178.2-ci maddəsinin sanksiyasına əsasən isə, dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur. CM-in 15.3-cü maddəsinə uyğun olaraq, törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Bu baxımdan, məhkumun törətdiyi cinayət az ağır cinayət kateqoriyasına aiddir. Amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin müvafiq Qərarının 15-ci bəndində qeyd edilmişdir ki, cinayətlərin məcmusu üzrə bir neçə cinayətin törədilməsində ittiham olunan şəxsin, eləcə də cinayətlərin və ya hökmlərin məcmusu üzrə bir neçə cinayətin törədilməsinə görə məhkum edilmiş şəxsin müvafiq olaraq ittiham və ya məhkum edildiyi cinayətlərdən birinə görə amnistiyanın tətbiqi bu Qərarın müddəaları ilə məhdudlaşdırılmışdırsa, ona amnistiya tətbiq edilmir. Həmin Qərarın 3.1-ci bəndinə görə, az ağır cinayət törətməyə görə müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və Qərar qüvvəyə mindiyi günədək çəkilməmiş cəza hissəsi 1 ildən artıq olan şəxslərin cəzası, Qərarın 6-cı hissəsində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla 6 ay azaldılır. Məhkəmə müəyyən edir ki, Məhkum törətdiyi cinayət az ağır cinayətlər kateqoriyasına daxildir, ona müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir, cəzaçəkmə müddəti 16 dekabr 2024-cü il tarixdən hesablanır, amnistiya qərarı qüvvəyə mindiyi tarixədək məhkumun çəkmədiyi cəza hissəsi 1 ildən artıqdır və məhkum amnistiya qərarının 6-cı və 15-ci hissəsində nəzərdə tutulmuş istisnalara aid edilmir. Bu hallar məhkum barəsində amnistiya aktının tətbiq edilməsinə hüquqi əsas yaradır. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, məhkum Məhkum Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli amnistiya Qərarının 3.1-ci bəndinin tələblərinə tam uyğun gəlir və onun barəsində həmin amnistiya aktı tətbiq edilməlidir. Bu əsaslarla, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 81.2-ci maddəsini və Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli amnistiya Qərarını rəhbər tutaraq, məhkəmə hesab edir ki, məhkum Məhkum barəsində təyin edilmiş 5 (beş) il 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının müddəti 6 (altı) ay azaldılmalıdır. Bütün bunları nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarı amnistiya elan edilməsi barədə qərara əsasən dəyişdirilməli, verilmiş kassasiya şikayəti isə qismən təmin edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.4-cü maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişdirmək haqqında qərar qəbul etməyə haqlıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.4-cü maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDI: Məhkum Məhkum tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 14 avqust 2025-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-1, 177.2.4, 178.2.2 və 178.2.4cü maddələri ilə təqsirli bilinərək məhkum olunmuş Məhkum barəsində olan cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 11 dekabr 2025-ci il tarixli qərarı dəyişdirilsin. Məhkum barəsində “Konstitusiya və Suverenlik Ili” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının 3.1-ci bəndi tətbiq edilsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-1, 177.2.4, 178.2.2 və 178.2.4-cü maddələri ilə, CM-in 66.2-ci maddəsinə əsasən qəti olaraq təyin edilmiş 5 (beş) il 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının müddəti 6 (altı) ay azaldılsın, CM-in 69.3-cü maddəsinə əsasən Məhkum həbsdə saxlanıldığı 8 (səkkiz) ay 27 (iyirmi yeddi) gün müddət onun üzərində qalan 4 (dörd) il 9 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasından çıxılaraq çəkəcəyi azadlıqdan məhrum etmə cəzasının müddəti qəti olaraq 4 (dörd) il 3 (üç) gün müəyyən edilsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 11 dekabr 2025-ci il tarixli qərarı qalan hissədə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar