Məhkəmə qərarları › İş №1(1-8)-3/2026

Ali Məhkəmə Qərar — İş №1(1-8)-3/2026

28.04.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(1-8)-3/2026 28.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının Q Ə R A R İ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Mövsümov Nazim Rasim oğlu və Novruzov Ələsgər Əli Iskəndər oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru Imranov Hafiz Beykəs oğlunun, zərər çəkmiş şəxsin hüquqi varisi (mülki iddiaçı) hüquqi varis1 nümayəndəsi Həziyev Rafiq Alış oğlunun, məhkum olunmuş şəxs Məhkum və onun müdafiəçisi Nəcəfov Şamil Rövşən oğlunun iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2024-cü il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-in) 120.2.2, 120.2.3, 120.2.7 və 221.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının ## #### 2025-ci il tarixli qərarından dövlət ittihamçısı Qəhrəmanov Tural Rasim oğlu tərəfindən verilmiş kassasiya protestinə və zərər çəkmiş şəxsin hüquqi varisi (mülki iddiaçı) hüquqi varis1 və onun nümayəndəsi Zeynalov Əbülfəz Əli oğlu tərəfindən birgə verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2024-cü il tarixli hökmü ilə (hakimlər Məmmədov Əli Irfan oğlu (sədrlik edən və məruzəçi), Məcidov Azad Əli Ağa oğlu və Məmmədzadə Səbinə Adil qızından ibarət tərkibdə) Məhkum, ## ### 2001-ci il tarixdə Qax rayonunun Ləkit kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, əvvəllər məhkum olunmamış, Qax rayonunun Ləkit kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşamış, CM-in 120.2.2, 120.2.3, 120.2.7 və 221.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, CM-in 120.2.2, 120.2.3 və 120.2.7-ci maddələri ilə 19 (on doqquz) il müddətə, CM-in 221.3-cü maddəsi ilə 2 (iki) 6 (altı) ay müddətə, CM-in 66.3-cü maddəsinə əsasən isə təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq cəzasının ilk 5 (beş) ilini həbsxanada, qalan hissəsini isə - ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 20 (iyirmi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Hökmlə həmçinin zərər çəkmiş şəxslərin hüquqi varisləri və mülki iddiaçılar hüquqi varis2 və hüquqi varis1 tərəfindən ayrı-ayrılıqda verilmiş mülki iddiaların qismən təmin edilərək mənəvi ziyana görə 10.000 (on min) manat məbləğində pul vəsaitinin Məhkum tutularaq hüquqi varis2 xeyrinə, maddi ziyana görə 7.330 (yeddi min üç yüz otuz) manat və mənəvi ziyana görə 10.000 (on min) manat məbləğində pul vəsaitinin isə Məhkum tutulub hüquqi varis1 xeyrinə ödənilməsi qərara alınmış, mülki iddialar qalan hissələrdə isə rədd edilmişdir. Işin halları: Məhkəmənin hökmünə əsasən, Məhkum silah qismində istifadə edilən əşyadan istifadə etməklə, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, zərərçəkmiş şəxslərə qarşı zor tətbiq olunması, özgənin əmlakının qəsdən məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunan, ictimai qaydanın pozulmasının qarşısını alan şəxsə müqavimət göstərib zor tətbiq etməklə xuliqanlıq etmiş, habelə xuliqanlıq niyyəti ilə ictimai borcunu yerinə yetirmələri ilə əlaqədar iki şəxsi qəsdən öldürmüş, yəni iki şəxsi qəsdən həyatdan məhrum etmişdir. Belə ki, Məhkum ## ###### 2023-cü il tarixdə, saat 23:00 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Dəmiryolu Stansiyasının ərazisində yerləşən, anası zərərçəkmiş şəxs2 icarəyə götürdüyü və birlikdə işlətdikləri adsız kafedə olduqları zaman, qarşıdan gələn yeni il münasibəti ilə əlaqədar kafedə olan şəxslərlə spirtli içki qəbul edib orta dərəcəli alkoqol sərxoşluğu vəziyyətində, anası zərərçəkmiş şəxs2 və uzun müddətdir sonuncu ilə aralarında sevgi münasibətləri olmasından şübhələndiyi, ailəvi dostları zərərçəkmiş şəxs1 ilə birgə həmin kafenin həyətyanı sahəsindəki manqalın yanında kabab bişirərkən atası şahid1 müştərilərə yemək hazırlaması məqsədilə zərərçəkmiş şəxs2 kafenin daxilinə çağırdıqda, anasının bu çağırışa məhəl qoymayıb kabab bişirməyə davam etməklə zərərçəkmiş şəxs1 yanında qalmasını bəhanə edərək hər hansı bir ciddi səbəb olmadan zərərçəkmiş şəxs2 saçından dartıb fiziki ağrı yetirdikdən sonra itələmiş, onların səs-küyünü eşidib hadisədən xəbərdar olan atasının təkidi ilə kafenin digər zalına keçib, kafedə əsas zalda olan müştərilərin diqqətini cəlb etmək məqsədilə yüksək səslə danışıb, oradakı masanın üzərində olan pivə stəkanını qəsdən yerə vurub sındıraraq zərərçəkmiş şəxs2 əmlakını məhv edib, sonuncuya bir manat əlli qəpik məbləğində maddi ziyan vurmuş, daha sonra isə atası ilə birgə kafenin içərisində yerləşən mətbəxə keçmiş və anasının atasına məhəl qoymamasının qəbuledilməz olması barədə şahid1lə söhbət edən zaman, zərərçəkmiş şəxs2 kafenin əsas zalında dayanaraq mətbəxlə əsas zalı birləşdirən divarda yerləşən şüşəsiz pəncərədən boylanıb ona sakitləşməsini və səs-küy salmamasını deyərək ictimai qaydanın pozulmasının qarşısını almağa çalışdığını görüb, daha da azqınlaşaraq kafedə olan müştərilərin və işçilərin gözü qarşısında, ictimai yerdə aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, cəmiyyətdə hamı tərəfindən qəbul edilmiş davranış qaydalarına və əxlaq normalarına etinasızlıq göstərərək, bilərəkdən özünü ictimai qaydaya qarşı qoymaqla, gücünü nümayiş etdirərək ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən və zor tətbiq edilməsi ilə müşayiət olunan qərəzli xuliqanlıq hərəkətləri edib uca səslə ünvansız nalayiq söyüşlər səsləndirərək, pəncərədən əli ilə yenidən zərərçəkmiş şəxs2 saçından tutub dartmaqla sonuncuya fiziki ağrı yetirmiş, həmin an mətbəxə daxil olaraq ona irad bildirib anasını buraxaraq sakit olub xuliqanlıq hərəkətlərini dayandırmasını tələb etməklə ictimai qaydanın pozulmasının qarşısını almaq üzrə vətəndaşlıq borcunu yerinə yetirən zərərçəkmiş şəxs1 bu hərəkətindən daha da hiddətlənib özündən çıxaraq, sonuncu ilə zərərçəkmiş şəxs2 ona qarşı bir-birini müdafiə etməsi kimi cüzi səbəblə onların aralarında sevgi münasibətləri olmasına dair şübhələrinin artmasını bəhanə edib, yüngül dərəcəli alkoqol sərxoşluğu vəziyyətində olan zərərçəkmiş şəxs1 xuliqanlıq niyyəti və ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar qəsdən öldürmək qərarına gələrək mətbəxdəki masanın üzərindən dəstəyi sarı rəngli taxta materialdan olan soyuq silah hesab olunmayan məişət təyinatlı mətbəx bıçağını götürüb silah qismində istifadə edərək, zərərçəkmiş şəxs1 ünvanına ucadan nalayiq söyüşlər söyərək üzərinə hücum etdikdə, zərərçəkmiş şəxs1 onun əlindəki bıçağı görüb qorxaraq kafedən çölə doğru qaçsa da, o, öz qərəzli xuliqanlıq hərəkətlərini davam etdirməklə kafenin çölündə giriş qapısının yanında zərərçəkmiş şəxs1 çatıb, onunla əlbəyaxa olub, silah qismində istifadə etdiyi bıçağı sağ əlində tutaraq, öz şəxsiyyətini kafedə olan digər vətəndaşların şəxsiyyəti fövqündə qoyub, zərərçəkmiş şəxs1 hər hansı bir əsaslı səbəb olmadan xuliqanlıq niyyəti və ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar qəsdən öldürmək məqsədilə, sonuncunun sağ qarın nahiyəsinə 1 (bir) dəfə bıçaq zərbəsi vuraraq zərərçəkmiş şəxs1 döş qəfəsinin sağ yarısının ön səthinin daxilə nüfuz edərək nazik bağırsağın və müsariqəsinin, qaraciyərin zədələnməsi ilə müşayiət olunan və kəskin qanitirmə ilə nəticələnərək ölümünə səbəb olan yetirmə anında həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malik bir ədəd deşilmiş-kəsilmiş yarasından ibarət xəsarət yetirsə də, zərərçəkmiş şəxs1 onun əlindən çıxaraq sürətli addımlarla kafedən kənara doğru gedib həmin xəsarətin təsirindən öz boyu hündürlüyündən yıxılaraq yerin asfaltla örtülü bərk səthinə zərblə dəyməsi nəticəsində alın nahiyəsinin, burun belinin, sol yanaq nahiyəsinin həm ümumilikdə və həm də ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlərin əlamətlərinə malik olduqlarından dərəcələri təyin edilməyən sıyrıqlarından ibarət bədən xəsarətləri almış, o, qanunsuz hərəkətlərini davam etdirərək zərərçəkmiş şəxs1 arxasınca gedib cinayətkar niyyətini tamamlamaq istədikdə isə, öz vətəndaşlıq və ictimai borcunu yerinə yetirib önünə keçərək ictimai qaydanın pozulmasının qarşısını almaq üçün saxlamağa çalışarkən məcbur qalıb onun qolundan və boynundan tutaraq boyun nahiyəsinin, sağ əlin arxa səthinin, sol said nahiyəsinin və sağ əlin III barmağının həm ümumilikdə və həm də ayrı-ayrılıqda sağlamlığa zərərvurmayan xəsarətlərə aid edildiklərindən dərəcələri təyin olunmayan sıyrıqlarından ibarət bədən xəsarətləri yetirən zərərçəkmiş şəxs3 ona mane olmağa çalışması kimi cüzi səbəbi bəhanə edərək və öz şəxsiyyətini sonuncunun şəxsiyyətindən üstün hesab edərək, həmçinin xuliqanlıq hərəkətlərini davam etdirərək qarşısından çəkilməsi üçün zərərçəkmiş şəxs3 xuliqanlıq niyyətilə və ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar qəsdən öldürmək məqsədilə silah qismində istifadə etdiyi eyni bıçağı sağ əlində tutub sonuncunun da döş qəfəsi nahiyəsinə 1 (bir) dəfə bıçaq zərbəsi vuraraq döş qəfəsinin sol yarısının ön səthinin döş boşluğuna nüfuz edərək sol körpücükaltı arteriyanın, sol ağciyərin yuxarı payının və ürək kisəsinin zədələnməsi ilə müşayiət olunan və kəskin qanitirmə ilə nəticələnərək ölümünə səbəb olan yetirmə anında həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malik 1 (bir) ədəd deşilmiş-kəsilmiş yaradan ibarət bədən xəsarəti yetirdikdən sonra zərərçəkmiş şəxs3 zərbənin təsirindən kənara çəkildiyini görüb zərərçəkmiş şəxs1 öldürməklə bağlı niyyətini başa çatdırmaq məqsədilə sonuncunun ardınca qaçmış və zərərçəkmiş şəxs1 bir qədər kənarda yerdə yıxılıb hərəkətsiz qaldığını gördükdə ölməsini, yəni öz cinayətkar niyyətinə çatdığını zənn edərək, yenidən kafeyə qayıtmış, zərərçəkmiş şəxs3 elə xəsarət aldığı yerdə, zərərçəkmiş şəxs1 isə təcili tibbi yardım avtomobilinə yerləşdirilərkən ölmüş, beləliklə də o, silah qismində istifadə edilən əşyadan istifadə etməklə, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, zərərçəkmiş şəxslərə qarşı zor tətbiq olunması, özgənin əmlakının qəsdən məhv edilməsi və zədələnməsi ilə müşayiət olunan, ictimai qaydanın pozulmasının qarşısını alan şəxsə zor tətbiq etməklə qərəzli hərəkətlərlə xuliqanlıq edərək zərərçəkmiş şəxs2 fiziki ağrı yetirib əmlakını məhv etmiş, habelə silah qismində istifadə edilən əşyadan istifadə etməklə yuxarıda qeyd edilən qərəzli xuliqanlıq hərəkətlərini davam etdirməklə, xuliqanlıq niyyəti ilə ictimai borcunu yerinə yetirilmələri ilə əlaqədar zərərçəkmiş şəxs1 və zərərçəkmiş şəxs3 qəsdən öldürmüş, yəni hər iki şəxsi qəsdən həyatdan məhrum etmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2024-cü il tarixli hökmündən dövlət ittihamçısı Həmzə Eldar Əkbər oğlu tərəfindən verilmiş apellyasiya protestinə, məhkum Məhkum və onun müdafiəçisi Quliyev Azər Şahbala oğlu tərəfindən birgə verilmiş apellyasiya şikayətinə və sonuncunun həmin şikayətə etdiyi əlavəsinə, habelə zərər çəkmiş şəxslərin hüquqi varisləri (mülki iddiaçılar ) hüquqi varis1 və hüquqi varis2 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Ibrahimov Anar Firdovsi oğlu (sədrlik edən və məruzəçi), Qəniyev Faiq Əsəd oğlu və Hüseynov Zaur Nazim oğlundan ibarət tərkibdə) ## #### 2025-ci il tarixli qərarı ilə apellyasiya protesti, məhkum Məhkum müdafiəçisi A.Ş.Quliyevlə birgə verdiyi, zərər çəkmiş şəxsin hüquqi varisi (mülki iddiaçı) hüquqi varis2 tərəfindən verilmiş apellyasiya şikayətləri və məhkumun müdafiəçi A.Ş.Quliyevin apellyasiya şikayətinə etdiyi əlavəsi təmin edilməmiş, zərər çəkmiş şəxsin hüquqi varisi (mülki iddiaçı) hüquqi varis1 apellyasiya şikayəti qismən təmin edilmiş, hökm Məhkum cəzanın təyin edilməsinə dair hissədə dəyişdirilmiş, həmin hökmlə sonuncuya CMin 120.2.2, 120.2.3 və 120.2.7-ci maddələri ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddəti 18 (on səkkiz) ilədək endirilmiş və CM-in 66.3-cü maddəsinə əsasən həmin cəza ona hökmlə CM-in 221.3-cü maddəsi ilə təyin edilmiş 2 (iki) 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla məhkum olunmuş şəxsə qəti olaraq 19 (on doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının ## #### 2025-ci il tarixli qərarından dövlət ittihamçısı T.R.Qəhrəmanov kassasiya protesti, zərər çəkmiş şəxsin hüquqi varisi (mülki iddiaçı) hüquqi varis1 isə nümayəndəsi Ə.Ə.Zeynalovla birgə kassasiya şikayəti verərək hər iki kassasiya müraciətlərində onların müəllifləri həmin qərarın ləğv edilməsini və cinayət işinin apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin olunmasını, zərər çəkmiş şəxsin hüquqi varisi (mülki iddiaçı) hüquqi varis1 və onun nümayəndəsi Ə.Ə.Zeynalov isə həmçinin Məhkum daha ağır cəzaların təyin edilməsi haqqında apellyasiya instansiyası məhkəməsinə göstəriş verilməsini xahiş etmişlər. Kassasiya protestinin və kassasiya şikayətinin dəlilləri: Kassasiya prqotestində cəza təyin etmənin əsasları, qaydaları, şərtləri və prinsipləri təsbit edilmiş CM-in müvafiq maddələrinə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-in) bir sıra normalarına, "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-сi maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun # ##### 2012-ci il tarixli Qərarına, "Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında" və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun müvafiq olaraq ## ###### 2002-ci il tarixli və ## #### 2003-cü il tarixli Qərarlarına, Avropa Komissiyası və Avropa Şurası tərəfindən "Pis rəftarla və cəzasızlıqla" mübarizə adlı Birge Proqram çərçivəsində hazırlanmış Ümumi hesabata, Insan Hüquqları üzrə Avropa Məhkəməsinin “Van de Hark Niderlanda qarşı iş üzrə” ## ##### 1994-cü il tarixli Qərarına, Məhkum təqsirli bilindiyi ittihama və bu ittiham üzrə məhkəmələrin qəbul etdikləri yekun məhkəmə aktlarına istinad edən dövlət ittihamçısı T.R.Qəhrəmanov həmin protestini belə əsaslandırmışdır ki, istər birinci, istərsə də apellyasiya instansiyası məhkəmələri Məhkum cəza təyin etmə məsələsini həll edərkən qanunun tələblərinə əməl etməmiş, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyini və Ali Məhkəmənin Plenumunun yuxarıda göstərilən Qərarlarında əksini tapmış izah və tövsiyələri, ədalətlilik və cəzanın fərdiləşdirilməsi prinsiplərini, habelə işin müəyyən edilmiş faktiki hallarını, məhkum olunmuş şəxsin törətdiyi cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, həmin cinayətlərin nəticələrini – iki nəfərin qətlə yetirilməsini kifayət qədər nəzərə almamış, iş üzrə cəzanı yüngülləşdirən halları düzgün müəyyən etməmişlər. Halbuki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Işin müəyyən edilmiş faktiki hallarından isə görünür ki, Məhkum əsaslı səbəb olmadan, anası ilə zərərçəkmiş şəxs1 arasında sevgi münasibətləri olmasına dair şübhələrini cüzi səbəb kimi əsas götürərək xuliqanlıq cinayəti törədərkən sonuncunun onun qanunsuz hərəkətlərinin qarşısını almaq istəməsi zamanı öz vətəndaşlıq və ictimai borcunu yerinə yetirən şəxsi, yəni zərərçəkmiş şəxs1 xuliqanlıq niyyəti ilə qəsdən öldürmüş, daha sonra isə onun xüsusilə ağır cinayət törətməsinin qarşısını almaq istəyən, öz vətəndaşlıq və ictimai borcunu yerinə yetirən ikinci şəxsi - zərərçəkmiş şəxs3 da qəsdən həyatdan məhrum etmişdir. Bu hallara görə məhkəmələr Məhkum təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən törədilmiş cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, cinayətini qismən etiraf etməsini, xuliqanlıq cinayəti üzrə zərər çəkmiş şəxs olan anası ilə barışıq əldə etməsini cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirsələr də, onun zərər çəkmiş şəxslərin hüquqi varisləri ilə barışıq əldə etməməsinə, barışıq əldə olunması üçün səy göstərməməsinə, cinayəti alkoqol sərxoşluğu vəziyyətində, ictimai borclarını yerinə yetirən iki şəxsə qarşı törətməsinə, göstərilən xüsusilə ağır cinayətlərlə yanaşı silah qismində istifadə olunan bıçaqla xuliqanlıq cinayəti törətməsinə qiymət verməmiş, onun şəxsiyyətini səciyyələndirən halları müəyyən edərkən yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını qeyd etsələr də bununla bağlı heç bir halı araşdırmamışlar. Dövlət ittihamçısının qənaətinə görə belə olan halda hazırkı iş üzrə Məhkum barəsindəki Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının ## #### 2025-ci il tarixli qərarı ləğv edilməli və iş yeni apellyasiya baxışına təyin olunmalıdır. Zərər çəkmiş şəxsin hüquqi vairisi (mülki iddiaçı) hüquqi varis1 və onun nümayəndəsi Ə.Ə.Zeynalov da birgə verdikləri kassasiya şikayətində cəza təyin etmənin əsasları, qaydaları, şərtləri və prinsipləri, eləcə də cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar təsbit edilmiş CM-in müvafiq maddələrinə, iş üzrə məhkəmələr tərəfindən qəbul edilmiş yekun məhkəmə aktlarına istinad edərək həmin şikayəti onunla əsaslandırmışlar ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası birinci instansiya məhkəməsi tərəfindən cinayət qanunu normalarının düzgün tətbiq edilməməsinə və mülki iddia ərizəsinə baxılması zamani maddi və prosessual hüquq normalarının pozulmasına və bu normaların düzgün tətbiq edilməməsinə obyektiv, tam və hərtərəfli qiymət verməmiş və ədalətli qərar qəbul edilməsi üçün səy göstərməmiş, yeddi aydan artıq davam edən məhkəmə prosesinin yarıdan çox müddəti (cəmi 4-5 iclas) Məhkum və onun müdafiəçisinin apellyasiya şikayətinin dəlillərinin araşdırılmasına, həm də digər zərər çəkmiş şəxsin hüquqi varisi hüquqi varis2 tərəfindən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpası məsələsinin həll edilməsinə, daha sonra zərər çəkmiş şəxs (təqsirləndirilən şəxsin anası) zərərçəkmiş şəxs2 şahid qismində tanınması üçün müraciətinə əsasən işin birinci instansiya məhkəməsinə qaytarılmasına, bu məsələyə də baxıldıqdan sonra yenidən apellyasiya instansiyası məhkəməsinə göndərilməsinə sərf etmişdir. Məhkəmə iş üzrə yekun qərar qəbul edərkən isə birinci instansiya məhkəməsinin hökmünün əksər hissəsini (90-95 faizini) olduğu kimi həmin qərara köçürmüş və tam əsassız və qanunsuz olaraq zərər çəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi olan Həziyev Rafiq Alış oğlunun məhkum edilmiş şəxsin X adlı qardaşının və müdafiəçisinin xahişlərinə əsasən zərərçəkmiş şəxs1 ailəsinə Qax şəhərində ev alacaqları barədə yalan vədə inanmasına dair 1-2 cümlədən ibarət ərizəni əsas götürərək Məhkum təyin olunmuş cəzanı əsassız və qanunsuz olaraq yüngülləşdirmişdir. Halbuki, R.A.Həziyev belə ərizəni hüquqi varis1 razılığını almadan, onunla razılaşmadan tərtib edib məhkəməyə təqdim etmiş, sonuncu isə bütün məhkəmə iclaslarında təkidlə Məhkumlə barışmadığını bildirmiş, məhz bu hala görə apellyasiya şikayətində də ona daha ağır cəzanın təyin edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi isə sonuncuya təyin olunmuş cəzanı yüngülləşdirərkən onun törətdiyi cinayət əməllərinin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara düzgün qiymət verməmiş, məhkumun zərər çəkmiş şəxslərin hüquqi varisləri ilə heç bir barışıq əldə etməməsini nəzərə almamış, əsassız olaraq bir sıra halları cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirmiş, gəldiyi nəticəni isə kifayət qədər əsaslandırmamış, bununla da qanunvericiliyin tələblərinin pozulmasına yol vermişdir. Bununla yanaşı məhkəmələr hüquqi varis1 iş üzrə verdiyi mülki iddia üzrə məsələni həll edərkən sonuncunun mərhum oğlunun yas mərasimlərinin keçirilməsinə iddia ərizəsində göstərilən məbləğdə pul vəsaitini sərf etməsini, zərərçəkmiş şəxs1 ailəsinin onun vaxtsız ölümündən illər boyu mənəvi əziyyət və sarsıntı keçirəcəyini lazımi qaydada nəzərə almamış, bununla da bağlı sübutları araşdırmayaraq onlara düzgün qiymət verməmiş və nəticədə onun iddiasının yalnız qismən – az bir hissəsinin təmin olunması, qalan hissəsinin isə rədd edilməsi barədə qanunsuz və əsassız nəticəyə gəlmişdir. Zərər çəkmiş şəxsin hüquqi varisi (mülki iddiaçı) hüquqi varis1 və onun nümayəndəsi Ə.Ə.Zeynalovun mövqelərinə görə, kassasiya şikayətində irəli sürülmüş dəlillər Məhkum xüsusilə ağır cinayətlər törətməkdə təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının ## #### 2025-ci il tarixli qərarının ləğv edilərək işin yeni apellyasiya baxışına təyin edilməsi və eyni zamanda apellyasiya instansiyası məhkəməsinə təqsirkara daha ağır cəzanın təyin olunması barədə göstəriş verilməsinə, yəni həm onların şikayətinin, həm də kassasiya protestinin təmin edilməsinə əsas yaradır. Kassasiya protestinə və kassasiya şikayətinə məhkəmə baxışının keçirilməsi vaxtı və yeri haqqında cinayət prosesinin iştirakçlırarı qanuna müvafiq qaydada və müddətdə məlumatlandırılmış, lakin zərər çəkmiş şəxslərinin hüquqi varisləri (mülki iddiaçılar) hüquqi varis2 və hüquqi varis1, sonuncunun nümayəndəsi Ə.Ə.Zeynalov və zərər çəkmiş şəxs zərərçəkmiş şəxs2 naməlum səbəblərdən məhkəməyə gəlməmişlər. Məhkəmə kollegiyası bununla bağlı proses iştirakçılarının rəylərini dinləyib CPM-in 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya protestinə və kassasiya şikayətinə zərər çəkmiş şəxslərin hüquqi varisləri (mülki iddiaçılar) hüquqi varis2 və hüquqi varis1, sonuncunun nümayəndəsi Ə.Ə.Zeynalovun və zərər çəkmiş şəxs zərərçəkmiş şəxs2 iştirakları olmadan baxılmasını mümkün bilmişdir. Belə ki, CPM-in 419.4-cü maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsinin iclası hansı məhkəmə qərarına və hansı əsaslarla baxılması, kimlərin məhkəmə tərkibinə daxil olması və məhkəmənin iclas zalında cinayət prosesi iştirakçılarından kimlərin iştirak etməsi barədə məhkəmə iclasında sədrlik edənin elanı ilə açılır. Şikayət vermiş və lazımi qaydada məlumatlandırılmış şəxsin olmaması kassasiya instansiyası məhkəməsi iclasının davam etdirilməsini istisna etmir. Hüquqi məsələlər: Dövlət ittihamçısı T.R.Qəhrəmanov tərəfindən verilmiş kassasiya protestinin və zərər çəkmiş şəxsin hüquqi varisi (mülki iddiaçı) hüquqi varis1 nümayəndəsi Ə.Ə.Zeynalovla birgə verdikləri kassasiya şikayətinin məzmunlarından görünür ki, onların müəllifləri öz müraciətlərinə apellyasiya instansiyası məhkəməsinin ## #### 2025-ci il tarixdə qəbul etdiyi qərarında toplanmış və yalnız birinci instansiya məhkəməsinin məhkəmə iclasında araşdırılmış sübutları CPM-in 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq tədqiq etməyərək düzgün qiymətləndirmədiyini və məhkum olunmuş şəxsə açıq-aşkar yüngül cəzanın təyin edilməsini, kassasiya şikayətinin müəllifləri isə həmçinin iş üzrə verilmiş mülki iddianın düzgün həll edilməməsini iddia edirlər və bununla bağlı dəlillərə əsaslanaraq həmin qərarın ləğv edilməli olması haqqında tələblərini CPM-in 416.1.2 və 416.1.21-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirirlər. CPM-in 416.1.2 və 416.1.21-ci maddələrinə əsasən isə məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə və məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökmünü və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Odur ki, məhkəmə kollegiyası dövlət ittihamçısı T.R.Qəhrəmanovun kassasiya protestini və zərər çəkmiş şəxsin hüquqi varisi (mülki iddiaçı) hüquqi varis1 nümayəndəsi ilə birgə verdiyi kassasiya şikayətini kassasiya qaydasında baxılmalı müraciətlər kimi görür və buna görə Məhkum barəsindəki cinayət işinin materiallarını və həmin iş üzrə qəbul edilmiş yekun məhkəmə aktlarının əsaslığını və qanuniliyini yoxlayıb aşağıdakıları qeyd edir. Əvvəla məhkəmə kollegiyası növbəti dəfə xatırladır ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPMin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini müəyyən edən CPM-in 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. CPM-in 419.11-ci maddəsinə görə, kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxaraq və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-in 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Ümumiyyətlə, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-in 419 və 416-cı maddələri müəyyən edir. Bu baxışın nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-in 416-cı maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin hökmünü və ya qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Bundan başqa, kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual hüquq normalarının, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Azərbaycan Respublikası Konstitusiyanın (bundan sonra mətndə Konstitusiyanın) aşağıda göstərilən müddəalarına, ədalətli məhkəmə araşdırılması hüququ təsbit edilmiş “Insan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının (bundan sonra mətndə Avropa Konvensiyasının və ya Konvensiyanın) 6-cı maddəsinə, cinayət və cinayət-prosessual qanunvericiliklərinin tələblərinə, bir sıra məsələlər üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə və Ali Məhkəmənin Plenumunun izahlarına və tövsiyələrinə əsaslanaraq məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının ## #### 2025-ci il tarixli qərarından verilmiş kassasiya şikayətinə və kassasiya protestinə əsasən işə baxan kassasiya kollegiyasının üzərinə, qanunvericiliyin tələb etdiyi kimi, məhkəmələr tərəfindən sübutların toplanılması, sübutetməyə və digər məsələlərə dair prosessual qanunvericiliyin tələblərinə əməl olunub-olunmamasını, habelə törədilmiş ictimai təhlükəli əməllərin bütün hallarının müəyyən edilməsinə əsasən bu əməllərə və cəza tədbirinin seçilməsinə münasibətdə həmin əməlləri törədən şəxs haqqında maddi hüquq normalarının düzgün tətbiq edilib-edilməməsini yoxlamaq vəzifəsi düşür. Bu vəzifənin yerinə yetirilməsi və kassasiya müraciətlərinin dəlillərinə cavab verilməsi ilə bağlı məhkəmə kollegiyası əvvəla vurğulayır ki, Konstitusiyanın 12-ci maddəsinin İ hissəsində insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədi kimi təsbit edilmişdir. Konstitusiyanın 26-cı maddəsinin II hissəsinin tələbinə görə, dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiyanın tələbləri həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Bununla yanaşı Konstitusiyanın qeyd olunan müddəaları həmçinin hər bir insanın, ümumilikdə isə cəmiyyətin və dövlətin cinayətkar qəsdlərdən qorunmasını və müdafiə olunmasını, hər hansı cinayətin törədilməsi nəticəsində bu və ya digər şəkildə zərər çəkmiş şəxslərin də pozulmuş hüquqlarının bərpa edilməsini, onların vurulmuş zərərin ödənilməsini və ya aradan qaldırılmasını tələb etmək hüququnun müvafiq orqanlar, o cümlədən məhkəmələr tərəfindən təmin edilməsini, cinayətin törədilməsində təqsirli bilinmiş şəxslərin isə qanuna müvafiq qaydada və əsaslarla cinayət məsuliyyətinə cəlb edilmələrini, onların təqsirlilikləri qanuna müvafiq qaydada sübuta yetirildikdə barələrində ittiham hökmləri çıxarılmaqla bu və ya digər cinayət-hüquqi xarakterli tədbirin tətbiq edilməsini, cəzanın məqsədlərinə nail olunmasını, cinayətkarlığın qarşısının alınması üçün lazımi tədbirlərin görülməsini də nəzərdə tutur. Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın 71-ci maddəsinin İ hissəsinə görə, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi məqsədi ilə dövlət səmərəli hüquqi mexanizmlər yaratmaqla, ədalət mühakiməsinin həyata keçirilmə prosesində hüquq və azadlıqların bərpasına nail olur. Konstitusiyanın 125-ci maddəsinin VII hissəsində deyilir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın bu norması çəkişmə prinsipinə əsasən işə baxan məhkəmənin üzərinə özü tərəfindən cinayət məsuliyyətinə cəlb edilmiş şəxsin təqsirliliyinə və ya təqsirsiz olmasına dair sübutları axtarılmasını və belə sübutların araşdırılmasını deyil, cinayət prosesinin iştirakçılarına işin düzgün həlli, yəni həqiqətin müəyyən edilməsi üçün öz sübutlarını məhkəməyə təqdim etmələrinə bərabər şərait yaratmaq, təqdim olunmuş bütün sübutları tam, hərtərfli və obyektiv araşdırmaq, bu zaman qaldırılmış vəsatətlər üzrə əsaslandırılmış qərarlar qəbul etmək, araşdırılmış sübutlara qanuna müvafiq qaydada qiymət vermək və həmin sübutlara əsasən müəyyən etdiyi faktlara əsasən bu və ya digər nəticəyə gəlmək vəzifəsini qoyur. Məhkəmə icraatı zamanı qeyd olunan vəzifənin yerinə yetirilməsi zamanı sübutların təqdim olunması üçün istər ittiham, istərsə də müdafiə tərəfinə əlverişsiz şəraitin yaradılması, qaldırılmış vəsatətlərin əsassız olaraq təmin edilməməsi, faktiki isə təqdim olunmuş sübutların tədqiqindən imtina edilməsi hallarında məhkəmənin təhlil edilən konstitusiyon tələbə əməl etməsindən, ədalətli məhkəmə araşdırılması hüququnun təmin olunmasından söhbət gedə bilməz. Eyni zamanda bu konstitusiyon tələb məhkəməni də zəruri hallarda, həqiqətin müəyyən edilməsi məqsədilə öz təşəbbüsü ilə iş üçün mühüm əhəmiyyətə malik olan bu və ya digər sübutu əldə edərək araşdırması vəzifəsindən azad etmir. Konstitusiyanın 127-ci maddəsinin II hissəsi nəzərdə tutur ki, hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. CPM-in 8.0-cı maddəsində göstərilmişdir ki, cinayət mühakimə icraatının vəzifələri aşağıdakılardan ibarətdir: 8.0.1. şəxsiyyəti, cəmiyyəti və dövləti cinayətkar qəsdlərdən qorumaq; 8.0.2. həqiqi və ya ehtimal edilən cinayət törətməsi ilə əlaqədar şəxsiyyəti vəzifə səlahiyyətlərindən sui-istifadə edilməsi hallarından qorumaq; 8.0.3. cinayətləri tezliklə açmaq, cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq; 8.0.4. cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlbetmək; 8.0.5. cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək. Ən əsası isə məhkəmə kollegiyası qeyd etməyi vacib sayır ki, qanunçuluq prinsipi nəzərdə tutulmuş CPM-in 10.1-ci maddəsinə əsasən, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. CPM-in 10.2 və 10.5-ci maddələrinə görə isə, Azərbaycan Respublikasının qüvvəyə minmiş və dərc edilmiş qanunu ilə müəyyən olunan əsaslardan və qaydalardan kənar heç kəsin cinayət təqibi üzrə şübhəli və ya təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilməsinə, tutulmasına, həbsə alınmasına, axtarılmasına, məcburi gətirilməsinə və digər prosessual məcburiyyət tədbirlərinə məruz qalmasına, habelə məhkum edilməsinə, cəzalandırılmasına, hüquq və azadlıqlarının digər formada məhdudlaşdırılmasına yol verilmir. Qanunun bu maddəsində göstərilən tələblərinin pozulması ilə aparılan prosessual hərəkətlərin və qəbul olunmuş qərarların hüquqi qüvvəsi yoxdur. CPM-in 12.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. CPM-in 28.5-ci maddəsində əksini tapmış cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipinə görə, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. CPM-in 33.1-33.4-cü maddələrinin tələblərindən görünür ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-in 139-cu maddəsi bu normada göstərilən digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Belə ki, həmin maddədə qeyd olunur ki, cinayət təqibi üzrə icraat zamanı aşağıdakılar yalnız sübutlara əsasən müəyyən edilir: 139.0.1. cinayət hadisəsinin baş vermə faktı və halları; 139.0.2. şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi; 139.0.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri; 139.0.4. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi; 139.0.5. cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar; 139.0.6. bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar. CPM-in 144-cü maddəsinə görə, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Sübutların qiymətləndirilməsi tələbi təsbit edilmiş CPM-in 145-ci maddəsində müəyyən edilir ki, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. CPM-in 146.1-ci maddəsinin tələblərindən görünür ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. CPM-in 349.5-ci maddəsində göstərilmişdir ki, aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: 349.5.1. məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda; 349.5.2. bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; 349.5.3. məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. CPM-in 351.2-ci maddəsinin tələbinə görə, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. CPM-in 351.3-cü maddəsində isə müəyyən edilmişdir ki, məhkəmə bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verdikdə, təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsiri aşağıdakılar nəzərə alınmaqla sübuta yetirilmiş hesab edilə bilər: 351.3.1. təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq; 351.3.2. bu Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq; 351.3.3. məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq; 351.3.4. təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək. Göründüyü kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlar və sübutetməyə dair normalar, o cümlədən CPM-in 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-in 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, CPM-in 21 və 349.5-ci maddələri tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli və ya təqsirsiz olması (təqsirinin sübuta yetirilməməsi) barədə nəticə əsaslı sayıla bilər. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə uyğun olan eyni hüquqi mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun aşağıda təsvir edilən Qərarlarında ifadə olunmuşdur. Belə ki, “Azərbaycan Respublikası CPM-in 397.1 və 397.2-ci maddələrinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ### 2009-cu il tarixli Qərarında qeyd edilir ki, həqiqətin müəyyənləşdirilməsi ədalət mühakiməsinin mütləq şərtidir və hər zaman cəmiyyət məhkəmədən həqiqəti əks etdirən ədalət mühakiməsini tələb edəcəkdir. Hər bir hakim bu vəzifəsini icra etmək üçün ilk əvvəl prosessual tələblərə hökmən riayət olunmasını təmin etməlidir, çünki bu hal cinayət işi üzrə həqiqətin müəyyənləşdirilməsinin və düzgün məhkəmə qərarının qəbul olunmasının mühüm şərtidir. Eynilə də cinayət işi üzrə araşdırmanın predmetini təşkil edən hadisənin əhəmiyyətli halları müəyyənləşdirilməmişdirsə və (və ya) bu hallara münasibətdə cinayət qanununun müddəaları düzgün tətbiq olunmamışdırsa, həmin qərara həqiqi ədalət mühakiməsi aktı kimi baxıla bilməz. Həmin akt ədalətsizliyinə səbəb olmuş hakimin qanunsuz hərəkətləri, məhkəmə səhvləri və ya qanuniliyinə və əsaslılığına təsir etmiş digər hallardan asılı olmayaraq düzəldilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu eyni zamanda vurğulamışdır ki, hökm çıxarıldığı zaman məhkəmə onun qanunçuluq və əsaslılıq tələblərinə cavab verə biləcəyinin təmin edilməsi üçün öz aktını bu amillərin üzərində qərarlaşdırmalıdır. Belə tələblərə cavab verməyən məhkəmə qərarlarına yenidən baxılması imkanının məhdudlaşdırılması ədalət və hüquqi müəyyənlik kimi dəyərlərin müdafiəsində tarazlığın pozulması və Konstitusiya ilə təminat verilən insan hüquq və azadlıqlarına zərər yetirilməsi ilə nəticələnə bilər. “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının ## #### 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ######## 2005-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi). ... Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-in 28.5ci maddəsi). Kassasiya şikayəti ilə əlaqədar öyrənilmiş cinayət işinin materiallarından görünür ki, faktları müəyyən edən məhkəmələr iş üzrə ibtidai araşdırma zamanı hər hansı qanun pozuntusuna yol verilmədən toplanmış və məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlara, yəni məhkum Məhkum cinayət təqibinin bütün mərhələlərində verdiyi qismən etirafedici ifadələri ilə yanaşı zərər çəkmiş şəxslərin hüquqi varisləri hüquqi varis2 və hüquqi varis1, zərər çəkmiş şəxs zərərçəkmiş şəxs2, çoxsaylı şahidlərin ifadələrinə, məhkəmə ekspertizalarının rəylərinə, bir sıra istintaq hərəkətlərinin aparılması haqqında protokollara və işə əlavə maddi sübutlara əsaslanaraq, CPM-in 145.1-ci maddəsinə uyğun qaydada araşdırılmış bütün sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək məhkumun ona qarşı irəli sürülmüş ittiham üzrə cinayət əməllərini törətməsi barədə mötəbər nəticəyə gəlmiş və onun bu əməllərini CM-in 120.2.2, 120.2.3, 120.2.7 və 221.3-cü maddələri ilə düzgün tövsif etmişlər. Apellyasiya instansiyası məhkəməsinin ## #### 2025-ci il tarixli qərarından verilmiş kassasiya protestinin və kassasiya şikayətinin məzmunlarına görə, bu müraciətlərin müəllifləri tərəfindən Məhkum təqsirliliyini və onun əməllərinin hüquqi tövsifini təsdiq edən sübutların tam və hərtərəfli araşdırılıb-araşdırılmaması, onların düzgün qiymətləndirilibqiymətləndirilməməsi, Məhkum təqsirinin sübuta yetirilib-yetirilməməsi kimi məsələlər mübahisələndirilmədiyindən məhkəmə kollegiyası bu məsələlərin müzakirə edilərək təftiş olunmasına ehtiyac görmür, Məhkum ona qarşı irəli sürülmüş ittiham üzrə təqsirli bilinməsi və onun əməllərinin CM-in 120.2.2, 120.2.3, 120.2.7 və 221.3-cü maddələri ilə tövsif edilməsi barədə birinci və apellyasiya instansiyası məhkəmələrinin gəldikləri nəticələrlə isə tam razılaşır. Məhkum həm təqsirli bilindiyi maddələrlə, həm də cinayətlərin məcmusu üzrə açıqaşkar yüngül cəzalarını təyin edilməsi, bununla da CPM-in 416.1.21-ci maddəsində nəzərdə tutulmuş pozuntuya yol verilməsi barədə həm dövlət ittihamçısı T.R.Qəhrəmanovun kassasiya protestinin, həm də zərər çəkmiş şəxsin hüquqi varisi (mülki iddiaçı) hüquqi varis1 və onun nümayəndəsi Ə.Ə.Zeynalovun birgə verdikləri kassasiya şikayətinin dəlillərinə cavab olaraq isə məhkəmə kollegiyası ilk növbədə vurğulamağı lazım bilir ki, yalnız törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, bu cinayətin ağırlığına, törədilməsi hallarına və təqsirkarın şəxsiyyətinə, ailə vəziyyətinə, onun cinayət törətməzdən əvvəl və bundan sonrakı davranışına, iş üzrə müvafiq sübutlarla müəyyən edilmiş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara uyğun olan cəza ədalətli hesab edilməlidir. Eyni zamanda məhkəmə tərəfindən cəza təyin edilərkən sosial ədalətə aşağıdakı qaydalar nəzərə alınmaqla nail olunur: a) cəza CM-in Xüsusi hissəsinin müvafiq maddəsi ilə müəyyən edilmiş hədlər daxilində təyin edilməlidir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəza növündən daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərinə çatmağı təmin edə bilmir; b) cəza CM-in Ümumi hissəsinin müddəaları, onlardan bu və ya digər şəkildə cəzanın təyin edilməsi ilə bağlı olan və bu prosesə təsir edən müddəaları nəzərə alınmaqla təyin edilir (cəza anlayışı, onun məqsədləri və növləri, yetkinlik yaşına çatmayanların cinayət məsuliyyətinin və cəzalandırılmasının xüsusiyyətləri və s.); c) cəza cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi nəzərə alınmaqla təyin edilir. Cinayətin ictimai təhlükəliliyinin xarakteri dedikdə, cinayət məsuliyyəti nəzərdə tutulan əməlin müəyyən bir növü kimi cinayətin təhlükəliliyinin keyfiyyət xarakteristikası başa düşülür. Bu, ilk növbədə cinayətkar qəsd obyektinin xarakterindən və dəyərliliyindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi eyni xarakterli cinayət əməllərinin kəmiyyət xarakteristikasıdır və vurulmuş zərərin ölçüsündən, təqsirinin formasından, cinayətin törədilmə üsulundan və cinayətin törədilməsinin digər hallarından asılıdır; ç) cəza təyin edilərkən təqsirkarın şəxsiyyəti nəzərə alınır. Şəxsiyyətin müəyyən xüsusiyyətləri adətən onun törətdiyi cinayətdə öz əksini tapır. Təqsirkarın şəxsiyyəti insanın ictimai mahiyyətini, onun psixoloji və bioloji xüsusiyyətlərini əhatə edən anlayışdır. Cəzanın növünü və ölçüsünü müəyyən etmək üçün, məsələn, müttəhimin əməyə, təhsilə, ictimai borcuna münasibəti, onun istehsalatda və məişətdə davranışı, əməkqabiliyyətliliyi, sağlamlıq durumu, ailə vəziyyəti, məhkumluğu haqqında məlumatlar mühüm əhəmiyyət kəsb edir. Bu meyarlar əsasında məhkəmə təqsirkarı mənfi səciyyələndirən aşağıdakı məlumatları nəzərə almalıdır: ictimai faydalı əməkdən yayınma, spirtli içkilərdən suiistifadə, ailəyə, işə pis münasibət, ictimai asayişin pozulması və s.; e) cəza təyin edərkən, məhkəmə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar həm təqsirkarın törətdiyi cinayətin, həm də onun şəxsiyyətinin xüsusiyyətlərinə aid olan və məhkəmə tərəfindən təyin edilmiş cəzanın növü və ölçsünə təsir göstərə bilən hallardır; f) cəza təyin edərkən, məhkəmə təyin edilmiş cəzanın təqsirkarın islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Birincisi cəzanın məqsədlərinə nail olunması, ikincisi - qanunun təyin edilmiş cəzanın neqativ kənar sosial nəticələrini mümkün qədər azaltmaq istəyi ilə bağlıdır. Məhkəmə kollegiyası qeyd edir ki, cəzanın təyin edilməsinin ümumi əsaslarını təşkil edən bütün bu şərtlərə cəza tədbirinin seçilməsi məsələsini həll edən məhkəmə tərəfindən mütləq məcmu şəkildə əməl olunmalıdır və yalnız bu halda ədalətli cəza təyin etmək və onun məqsədlərinə çatmaq mümkün olar. Bütün qeyd olunanlar isə cinayət qanunvericiliyinin aşağıdakı normalarının tələblərindən, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyindən və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarlarında məhkəmələrə ünvanlanmış izah və tövsiyələrdən irəli gəlir. Yalnız bu tələblərə, hüquqi mövqeyə və tövsiyələrə əməl olunmaqla təqsirləndirilən şəxs barəsində seçilmiş cinayət-hüquqi xarakterli tədbir ədalətli və qanunu hesab edilə bilər. Belə ki, CM-in 2.1 və 2.2-ci maddələrinin tələblərinə görə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Bu vəzifələri həyata keçirmək üçün Azərbaycan Respublikasının Cinayət Məcəlləsi cinayət məsuliyyətinin əsaslarını və prinsiplərini, şəxsiyyət, cəmiyyət və dövlət üçün təhlükəli olduğuna görə cinayət sayılan əməllərin dairəsini və həmin cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini və həcmini, habelə digər cinayət-hüquqi xarakterli tədbirləri müəyyən edir. Daha sonra məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə hər hansı şəxsin haqqında ittiham hökmü çıxarmaqla onun barəsində bu və ya digər cinayət-hüquqi xarakterli tədbir tətbiq edərkən cinayət mühakimə icraatının vəzifələrindən biri olan cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq, yəni onlara qanuni və ədalətli cəza təyin etmək vəzifəsini yerinə yetirməlidir (CPM-in 8.0.5-ci maddəsi). Cinayət mühakimə icraatının ədalətlilik prinsipinə görə, cinayət məsuliyyətinin differensiasiyası cinayətlərin xarakterinə uyğun olaraq dəyərləndirilməlidir. Bu prinsip onu tələb edir ki, təyin edilən hər bir cəza törədilmiş cinayətin ağırlığına, cəmiyyətdə doğurduğu təsirə, digər tərəfdən isə cinayət törətmiş şəxsin şəxsiyyətini səciyyələndirən hallara uyğun olmalıdır. Cəza təyini zamanı belə tarazlıq pozulduqda ədalət prinsipinə əməl olunmasından söhbət gedə bilməz. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə isə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. Törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi haqda müəyyən nəticəyə gələrkən məhkəmə konkret cinayət əməlinin törədilmə vəziyyətini tam, hərtərəfli və obyektiv araşdırmalı, bu zaman təqsirin forması, motiv, üsul, cinayətin törədilmə şəraitini və mərhələsini, ağır nəticəyə səbəb olub-olmamasını, cinayətin iştirakçılarından hər birinin iştirakçılıq dərəcəsini və xarakterini kompleks halda qiymətləndirməlidir. CM-in 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilmiş cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-in 9.2-ci maddəsində təsbit edilmişdir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Qanunun bu normasının təhlili məhkəmə kollegiyasına belə nəticəyə gəlmək üçün əsas verir ki, məhkəmələr təqsirləndirilən şəxs barəsində istənilən cəza tədbirini seçərkən və ya onun haqqında digər cinayət-hüquqi xarakterli tədbir tətbiq edərkən bu məsələlərə fərdi yanaşma prinsipinə əsaslanmalı, bunlarla bağlı bütün halları nəzərdən keçirməli, təyin olunan cəza isə törədilmiş cinayətin ağırlığına, ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə, təqsirləndirilən şəxsin şəxsiyyətini səciyələndirən, habelə onun cəzasını yüngülləşdirən və ya ağırlaşdıran hallara mütənasib olmalıdır. Bu tələblər nəzərə alınmadan qeyd olunan hallara uyğun olmayan sərt cəzanın təyin edilməsi həmin cəzanın işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıyan cəza kim qiymətləndirilməsinə əsas ola bilər. CM-in 41.1-ci maddəsinin müddəalarından göründüyü kimi, cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. CM-in 41.2-ci maddəsinin tələblərinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi, cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur: - sosial ədalətin bərpası; - məhkumun islah edilməsi; - yeni cinayətlər törədilməsinin qarşısının alınması. CM-in 58.1-ci maddəsində göstərilir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən hallar CM-in 59.1.1-59.1.14-cü maddələrində, cəzanın ağırlaşdıran hallar isə CM-in 61.1.1-61.1.13-cü maddələrində nəzərdə tutulmuşdur. Bununla yanaşı, məhkəmə kollegiyası qeyd edir ki, CM-in 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. CM-in 60.1-ci maddəsinin tələblərindən görünür ki, bu Məcəllənin 59.1.8, 59.1.10- 59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar (cinayətin zərərçəkmiş şəxsin qanunsuz və ya əxlaqsız hərəkətlərinin təsiri altında və ya bu hərəkətlər nəticəsində qəflətən baş vermiş güclü ruhi həyəcan (affekt) vəziyyətində törədilməsi, şəxsin könüllü gəlib təqsirini boynuna alması, cinayətin açılmasına, onun digər iştirakçılarının ifşa edilməsinə, cinayət nəticəsində əldə edilmiş əmlakın axtarışına və tapılmasına fəal kömək etməsi, cinayətin törədilməsindən bilavasitə sonra zərər çəkmiş şəxsə tibbi və ya digər yardım göstərilməklə onun həyat və sağlamlığına dəyə biləcək zərərin azaldılması, zərər çəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması) mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Eyni zamanda CM-in 61.2-ci maddəsində göstərilmişdir ki, cəza təyin edilərkən bu Məcəllənin 61.1.1-61.1.13-cü maddələrində göstərilməmiş hallar cəzanı ağırlaşdıran hal qismində nəzərə alına bilməz. CPM-in 139.0.5-ci maddəsinə əsasən, cinayət təqibi üzrə icraat zamanı digər məsələlərlə yanaşı həmçinin cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar da yalnız sübutlara əsasən müəyyən edilir. Bu o deməkdir ki, məhkəmə qərarlarında cəzanı yüngülləşdirən (o cümlədən müstəsna hesab edilən) və ağırlaşdıran halların mövcudluğu barədə nəticələr də müvafiq sübutlar vasitəsi ilə əsaslandırılmalı, əsası olmayan mülahizə xarakteri daşımamalıdır. Yuxarıda da istinad olunan CPM-in 144, 145.1 və 349.5-ci maddələrinin tələblərinə və mənasına görə, hökmün məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslanmalı olması tələbi dedikdə, təkcə şəxsin təqsirli olub-olmamasına dəlalət edən sübutlar deyil, həmçinin onun barəsində cəza tədbirinin seçilməsinə bu və ya digər şəkildə təsir edən sübutlar da başa düşülür və qanunvericiliyin bu tələblərinə həmçinin təqsirkar barəsində cinayət-hüquqi xarakterli tədbirin tətbiq edilməsi zamanı da riayət olunmalıdır. Daha sonra məhkəmə kollegiyası qeyd etməyi lazım bilir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bir sıra Qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin şərh edilməsi haqqında” və “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların Icrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun müvafiq olaraq ## #### 2004-cü il və ## #### 2011-ci il tarixli Qərarları). Bundan başqa, “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin IV hissəsinə uyğunluğu haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 1999-cu il tarixli Qərarında qeyd olunmuşdur ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmək, tərbiyələndirmək, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun # ##### 2012-ci il tarixli Qərarına görə, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Konstitusiya Məhkəməsi Plenumunun sözügedən Qərarına əsasən, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan hallardır. Həmçinin, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların Icrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2011-ci il tarixli Qərarında cəzanın mahiyyəti və məqsədləri ilə bağlı qeyd edilmişdir ki, cinayət qanunvericiliyinin quruluşu və məzmunu CM-in vəzifələrinin təminatına xidmət edir. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməl törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 512.2 və 519.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2012-ci il tarixli Qərarında göstərilir ki, CM-in 9-cu maddəsinin mənasına görə, cinayət hüququ şəxsiyyəti, zərər çəkənin hüquqlarını, cəmiyyətin mənafeyini qorumaqla yanaşı, öz əməli ilə sadalanan dəyərlərə qəsd edən təqsirkar şəxs barəsində də humanist mövqedə durmalıdır. Humanizmin anlamı əməlin kriminallaşdırılmasında və məsuliyyətin differensiasiyasında ədalət prinsipinin tələblərinin gözlənilməsini, cinayət tərkibinin məsuliyyətin yeganə hüquqi əsası hesab edilməsini, məsuliyyətin təqsir dərəcəsindən asılı olaraq fərdiləşdirilməsini, cinayət hüquqi təsir tədbirlərinə qənaət edilməsini, böyük ictimai təhlükə törətməyən əməlləri edən şəxslərin qanunla müəyyən edilmiş əsaslar olduqda məsuliyyətdən və cəzadan azad edilməsini nəzərdə tutur. Cinayət hüququnda humanizm - cinayət törədən şəxslərə cəza təyini zamanı, eləcə də müxtəlif növ cəzadan şərti və şərtsiz azad etmə institutlarının tətbiqində xeyirxahlıq münasibətini ifadə edir. Azərbaycan Respublikasının cinayət qanununun bir sıra institutları məhz bu prinsipə əsaslanır. Cəza təyini sahəsində vahid məhkəmə təcrübəsinin formalaşdırılması məqsədilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu tərəfindən ## #### 2003-cü il tarixdə qəbul edilmiş və Plenumun ## ##### 2021-ci il tarixli Qərarı ilə müvafiq dəyişikliklər və əlavələr olunmuş “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Qərarın 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Hər bir şəxsin təqsirliliyi məsələsi məhkəmə istintaqının gedişində sübuta yetirilir, əmələ görə məsuliyyət müəyyən edən CM-in Xüsusi hissəsinin normasının düzgün tövsifi təmin edilir. Azərbaycan Respublikası CPM-in 139 və 353-cü maddələrinin tələblərinə uyğun olaraq hökmdə təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar göstərilməlidir. Adı çəkilən Qərarın 4-cü bəndinə görə CM-in 59-cu maddəsi ilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirici hallar qismində nəzərə alına bilər. Belə halların cəzanın yüngülləşdirici hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. Kassasiya protestində də istinad olunan "Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2002-ci il tarixli Qərarının (Plenumun ## ###### 2024-cü il tarixli Qərarı ilə edilmiş əlavələr və dəyişikliklərlə) 21-ci bəndində məhkəmələrə qəsdən adam öldürməyə görə cəza təyin edilərkən cinayətin baş verməsinin bütün hallarının, qəsdin növünün, cinayətin motivinin və məqsədinin, üsulunun, edilmə mərhələsinin və şəraitinin, həmçinin təqsirkarın şəxsiyyətini, törətdiyi əmələ münasibətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaları, eyni zamanda zərərçəkmişin şəxsiyyətinə aid məlumatların, onun təqsirkarla qarşılıqlı münasibətinin, həmçinin hadisəyə qədərki davranışının təhqiq olunması tövsiyə edilmişdir. Nəzərə alınmalıdır ki, şəxsin CM-in 120-ci maddəsi ilə təqsirli bilinməsi onun insanın ölümü kimi ağır nəticənin əməlin hüquqi tövsifində nəzərə alınmasını ehtiva etdiyindən, CM-in 61.2-ci maddəsinin tələbinə görə həmin hal CM-in 61.1.2-ci maddəsində təsbit edilmiş cəzanı ağırlaşdıran hal (cinayətin ağır nəticələrə səbəb olması) kimi qiymətləndirilə bilməz. Eynilə CM-in 61.2-ci maddəsi odlu silahdan və ya partlayıcı maddədən istifadə etdiyi üçün ümumi təhlükəli üsulla qəsdən adam öldürmə cinayətinin törədilməsində CM-in 120.2.4-cü maddəsi ilə təqsirli bilinmiş şəxslərə cəza təyin edilərkən cinayətin odlu silahdan, partlayıcı maddələrdən istifadə etməklə törədilməsinin CM-in 61.1.10-cu maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hal qismində nəzərə alınmasını istisna edir. Ömürlük azadlıqdan məhrum etmə cəzası qanuna görə yalnız sülh və insanlıq əleyhinə, müharibə cinayətləri ilə əlaqədar, şəxsiyyət və dövlət hakimiyyəti, ictimaitəhlükəsizlik və ictimai qayda əleyhinə törədilmiş xüsusilə ağır cinayətlərə görə təyin edilə bilər. Bu zaman təqsirkara müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası deyil, ömürlük azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi hökmdə əsaslandırılmalıdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2021-ci il tarixli ** saylı Qərarının 45-ci bəndində məhkəmələrin cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməmələri, CM-in 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almaları tövsiyə edilmişdir. Qərarın göstərilən bəndində həmçinin qeyd olunmuşdur ki, bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Qərarın 46-cı bəndində məhkəmələrə o, da izah edilmişdir ki, məhkəmələr cəza təyini məsələsinin həlli ilə əlaqədar təqsirləndirilən şəxsin istər cəzasını yüngülləşdirən, istərsə də cəzasını ağırlaşdıran halları müəyyən edərkən, onların ittiham aktında bu qisimdə göstərilib-göstərilməməsindən asılı deyillər. Təhlil edilən Qərarın 47, 48, 53, 56-cı bəndlərinə görə, məhkəmələr CPM-in 346.1.11- 346.1.14-cü maddələrində nəzərdə tutulmuş cəzanın təyini üzrə məsələlərin həlli zamanı hökmdə məhkəmənin gəldiyi nəticələrin motivlərinin göstərilməsini tələb edən CPM-in 353.2.7-ci maddəsinə ciddi əməl etməlidirlər. Milli qanunvericiliyin və beynəlxalq müqavilələrin tələblərindən, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyindən və Ali Məhkəmənin Plenumunun izah və tövsiyələrindən çıxış edərək məhkəmə kollegiyası dövlət ittihamçısı T.R.Qəhrəmanovun kassasiya protestinin və zərər çəkmiş şəxsin hüquqi varisi (mülki iddiaçı) hüquqi varis1 və onun nümayəndəsi Ə.Ə.Zeynalovun birgə verdikləri kassasiya şikayətinin dəlilərinə cavab verilməsi üçün Məhkum barəsindəki cinayət işinin materiallarına, o cümlədən həmin iş üzrə toplanmış və yalnız birinci instansiya məhkəməsinin məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən edilmiş bir sıra hallara müraciət edərək bu hallara dair öz hüquqi mövqeyini ifadə etməyi zəruri bilir. Belə ki, iş üzrə toplanmış və araşdırılmış sübutlarla təkzibedilməz şəkildə müəyyən edilmişdir ki, Məhkum ## ###### 2023-cü il tarixdə saat 23 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Dəmiryolu Stansiyasının ərazisində yerləşən, anası zərərçəkmiş şəxs2 icarəyə götürdüyü və birlikdə işlətdikləri adsız kafedə olduqları zaman, qarşıdan gələn yeni il münasibəti ilə əlaqədar kafedə olan şəxslərlə spirtli içki qəbul edib orta dərəcəli alkoqol sərxoşluğu vəziyyətində, anası zərərçəkmiş şəxs2 və uzun müddətdir sonuncu ilə aralarında sevgi münasibətləri olmasından şübhələndiyi, ailəvi dostları zərərçəkmiş şəxs1 ilə birgə həmin kafenin həyətyanı sahəsindəki manqalın yanında kabab bişirərkən atası şahid1 müştərilərə yemək hazırlaması məqsədilə zərərçəkmiş şəxs2 kafenin daxilinə çağırdıqda, anasının bu çağırışa məhəl qoymayıb kabab bişirməyə davam etməklə zərərçəkmiş şəxs1 yanında qalmasını bəhanə edərək hər hansı bir ciddi səbəb olmadan zərərçəkmiş şəxs2 saçından dartıb fiziki ağrı yetirdikdən sonra itələmiş, onların səs-küyünü eşidib hadisədən xəbərdar olan atasının təkidi ilə kafenin digər zalına keçib, kafedə əsas zalda olan müştərilərin diqqətini cəlb etmək məqsədilə yüksək səslə danışıb, oradakı masanın üzərində olan pivə stəkanını qəsdən yerə vurub sındıraraq zərərçəkmiş şəxs2 əmlakını məhv edib, sonuncuya bir manat əlli qəpik məbləğində maddi ziyan vurmuş, daha sonra isə atası ilə birgə kafenin içərisində yerləşən mətbəxə keçmiş və anasının atasına məhəl qoymamasının qəbuledilməz olması barədə şahid1lə söhbət edən zaman, zərərçəkmiş şəxs2 kafenin əsas zalında dayanaraq mətbəxlə əsas zalı birləşdirən divarda yerləşən şüşəsiz pəncərədən boylanıb ona sakitləşməsini və səs-küy salmamasını deyərək ictimai qaydanın pozulmasının qarşısını almağa çalışdığını görüb, daha da azqınlaşaraq kafedə olan müştərilərin və işçilərin gözü qarşısında, ictimai yerdə aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, cəmiyyətdə hamı tərəfindən qəbul edilmiş davranış qaydalarına və əxlaq normalarına etinasızlıq göstərərək, bilərəkdən özünü ictimai qaydaya qarşı qoymaqla, gücünü nümayiş etdirərək ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən və zor tətbiq edilməsi ilə müşayiət olunan qərəzli xuliqanlıq hərəkətləri edib uca səslə ünvansız nalayiq söyüşlər səsləndirərək, pəncərədən əli ilə yenidən zərərçəkmiş şəxs2 saçından tutub dartmaqla sonuncuya fiziki ağrı yetirmiş, həmin an mətbəxə daxil olaraq ona irad bildirib anasını buraxaraq sakit olub xuliqanlıq hərəkətlərini dayandırmasını tələb etməklə ictimai qaydanın pozulmasının qarşısını almaq üzrə vətəndaşlıq borcunu yerinə yetirən zərərçəkmiş şəxs1 bu hərəkətindən daha da hiddətlənib özündən çıxaraq, sonuncu ilə zərərçəkmiş şəxs2 ona qarşı birbirini müdafiə etməsi kimi cüzi səbəblə onların aralarında sevgi münasibətləri olmasına dair şübhələrinin artmasını bəhanə edib, yüngül dərəcəli alkoqol sərxoşluğu vəziyyətində olan zərərçəkmiş şəxs1 xuliqanlıq niyyəti və ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar qəsdən öldürmək qərarına gələrək mətbəxdəki masanın üzərindən dəstəyi sarı rəngli taxta materialdan olan soyuq silah hesab olunmayan məişət təyinatlı mətbəx bıçağını götürüb silah qismində istifadə edərək, zərərçəkmiş şəxs1 ünvanına ucadan nalayiq söyüşlər söyərək üzərinə hücum etdikdə, zərərçəkmiş şəxs1 onun əlindəki bıçağı görüb qorxaraq kafedən çölə doğru qaçsa da, o, öz qərəzli xuliqanlıq hərəkətlərini davam etdirməklə kafenin çölündə giriş qapısının yanında zərərçəkmiş şəxs1 çatıb, onunla əlbəyaxa olub, silah qismində istifadə etdiyi bıçağı sağ əlində tutaraq, öz şəxsiyyətini kafedə olan digər vətəndaşların şəxsiyyəti fövqündə qoyub, zərərçəkmiş şəxs1 hər hansı bir əsaslı səbəb olmadan xuliqanlıq niyyəti və ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar qəsdən öldürmək məqsədilə, sonuncunun sağ qarın nahiyəsinə 1 (bir) dəfə bıçaq zərbəsi vuraraq zərərçəkmiş şəxs1 döş qəfəsinin sağ yarısının ön səthinin daxilə nüfuz edərək nazik bağırsağın və müsariqəsinin, qaraciyərin zədələnməsi ilə müşayiət olunan və kəskin qanitirmə ilə nəticələnərək ölümünə səbəb olan yetirmə anında həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malik bir ədəd deşilmiş-kəsilmiş yarasından ibarət xəsarət yetirsə də, zərərçəkmiş şəxs1 onun əlindən çıxaraq sürətli addımlarla kafedən kənara doğru gedib həmin xəsarətin təsirindən öz boyu hündürlüyündən yıxılaraq yerin asfaltla örtülü bərk səthinə zərblə dəyməsi nəticəsində alın nahiyəsinin, burun belinin, sol yanaq nahiyəsinin həm ümumilikdə və həm də ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlərin əlamətlərinə malik olduqlarından dərəcələri təyin edilməyən sıyrıqlarından ibarət bədən xəsarətləri almış, o, qanunsuz hərəkətlərini davam etdirərək zərərçəkmiş şəxs1 arxasınca gedib cinayətkar niyyətini tamamlamaq istədikdə isə, öz vətəndaşlıq və ictimai borcunu yerinə yetirib önünə keçərək ictimai qaydanın pozulmasının qarşısını almaq üçün saxlamağa çalışarkən məcbur qalıb onun qolundan və boynundan tutaraq boyun nahiyəsinin, sağ əlin arxa səthinin, sol said nahiyəsinin və sağ əlin III barmağının həm ümumilikdə və həm də ayrı-ayrılıqda sağlamlığa zərərvurmayan xəsarətlərə aid edildiklərindən dərəcələri təyin olunmayan sıyrıqlarından ibarət bədən xəsarətləri yetirən zərərçəkmiş şəxs3 ona mane olmağa çalışması kimi cüzi səbəbi bəhanə edərək və öz şəxsiyyətini sonuncunun şəxsiyyətindən üstün hesab edərək, həmçinin xuliqanlıq hərəkətlərini davam etdirərək qarşısından çəkilməsi üçün zərərçəkmiş şəxs3 xuliqanlıq niyyətilə və ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar qəsdən öldürmək məqsədilə silah qismində istifadə etdiyi eyni bıçağı sağ əlində tutub sonuncunun da döş qəfəsi nahiyəsinə 1 (bir) dəfə bıçaq zərbəsi vuraraq döş qəfəsinin sol yarısının ön səthinin döş boşluğuna nüfuz edərək sol körpücükaltı arteriyanın, sol ağciyərin yuxarı payının və ürək kisəsinin zədələnməsi ilə müşayiət olunan və kəskin qanitirmə ilə nəticələnərək ölümünə səbəb olan yetirmə anında həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malik 1 (bir) ədəd deşilmiş-kəsilmiş yaradan ibarət bədən xəsarəti yetirdikdən sonra zərərçəkmiş şəxs3 zərbənin təsirindən kənara çəkildiyini görüb zərərçəkmiş şəxs1 öldürməklə bağlı niyyətini başa çatdırmaq məqsədilə sonuncunun ardınca qaçmış və zərərçəkmiş şəxs1 bir qədər kənarda yerdə yıxılıb hərəkətsiz qaldığını gördükdə ölməsini, yəni öz cinayətkar niyyətinə çatdığını zənn edərək, yenidən kafeyə qayıtmış, zərərçəkmiş şəxs3 elə xəsarət aldığı yerdə, zərərçəkmiş şəxs1 isə təcili tibbi yardım avtomobilinə yerləşdirilərkən ölmüş, beləliklə də o, silah qismində istifadə edilən əşyadan istifadə etməklə, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, zərərçəkmiş şəxslərə qarşı zor tətbiq olunması, özgənin əmlakının qəsdən məhv edilməsi və zədələnməsi ilə müşayiət olunan, ictimai qaydanın pozulmasının qarşısını alan şəxsə zor tətbiq etməklə qərəzli hərəkətlərlə xuliqanlıq edərək zərərçəkmiş şəxs2 fiziki ağrı yetirib əmlakını məhv etmiş, habelə silah qismində istifadə edilən əşyadan istifadə etməklə yuxarıda qeyd edilən qərəzli xuliqanlıq hərəkətlərini davam etdirməklə, xuliqanlıq niyyəti ilə ictimai borcunu yerinə yetirilmələri ilə əlaqədar zərərçəkmiş şəxs1 və zərərçəkmiş şəxs3 qəsdən öldürmüş, yəni hər iki şəxsi qəsdən həyatdan məhrum etmişdir. Iş materiallarından göründüyü kimi, işə birinci instansiya məhkəməsinin məhkəmə iclasında baxılarkən bu iclasda dövlət ittihamını müdafiə etmiş prokuror E.Ə.Həmzə və zərər çəkmiş şəxsin hüquqi varisi (mülki iddiaçı) hüquqi varis1, hər birisi ayrı-ayrılıqda öz çıxışlarında, Məhkum həm CM-in 120.2.2, 120.2.3 və 120.2.7-ci maddələri ilə, həm də cinayətlərin məcmusu üzrə qəti olaraq ömürlük azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini xahiş etmiş, öz mövqelərini isə onunla əsaslandırmışlar ki, sonuncu hadisə günü sərxoş vəziyyətdə olaraq bıçaqdan silah kimi istifadə edərək xuliqanlıq əməlini törətmiş və eyni zamanda həmin bıçaqla heç bir səbəb olmadan, yəni xuliqanlıq niyyətilə baş vermiş münaqişənin qarşısını almaq istəyərək öz ictimai borclarını yerinə yetirən iki şəxsə onların sağlamlıqları və həyatları üçün təhlükəli olan müxtəlif xəsarətlər yetirərək onları qəsdən həyatdan məhrum etmiş, bununla da xüsusilə ağır cinayət əməllərini törətmişdir ki, bu hallar da onun törətdiyi əməllərin və özünün ictimai təhlükəliliyinin yüksək olmasına dəlalət edir. Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2024-cü il tarixli hökmündən görünür ki, birinci instansiya məhkəməsi Məhkum həm təqsirli bilindiyi maddələrlə, həm də cinayətlərin məcmusu üzrə yuxarıda göstərilən müəyyən müddətlərə azadlıqdan məhrum etmə cəzalarını təyin edərkən onun ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, cavan olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, zərər çəkmiş şəxs zərərçəkmiş şəxs2 ilə (anası ilə) barışdığını, sonuncunun ona qarşı şikayət və tələbinin olmadığını, ibtidai istintaq zamanı törətmiş olduğu cinayət əməlini tam, məhkəmədə isə qismən etiraf edərək törətdiyi cinayət əməllərinə görə peşman olmasını CM-in 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirilməsini, habelə iş üzrə CM-in 61.1-ci maddəsində sadalanan cəzanı ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə aldığını göstərsə də, sonuncunun törətdiyi cinayət əməllərinin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, bu cinayətlərin ağır nəticələrinə heç bir qiymət verməmiş, eyni səhvə həmçinin apellyasiya instansiyası məhkəməsi də yol vermişdir. Bununla yanaşı məhkəmələr Məhkum barəsində ## #### 2024-cü il tarixli xasiyyətnaməyə istinad edərək onun yaşayış yeri üzrə müsbət xasiyyətləndirilməsi və bu halın cəzanı yüngülləşdirən hal kimi qiymətləndirilməli olması barədə nəticəyə gəlsələr də, bu xasiyyətnamə üzrə hər hansı araşdırma aparmamış və məhkum olunmuş şəxsin hansı cəhətlərinə və ya fəaliyyətinə görə müsbət cəhətdən xasiyyətləndirilməsini aydınlaşdırmamışlar. Bundan başqa işə baxan məhkəmələr Məhkum məhkəmə iclasında özünü ona qarşı irəli sürülmüş ittiham üzrə qismən təqsirli bilərək törətdiyi əməllərə görə peşmançılıq çəkməsi və bu halın da cəzanı yüngülləşdirən hal kimi nəzərə alınması barədə qənaətə gəlsələr də, kifayət qədər o, hala diqqət yetirməmişlər ki, məhkum olunmuş şəxs həmin iclasda verdiyi ifadələrində xuliqanlıq cinayətini törətməsini ümumiyyətlə inkar edərək ona CM-in 221.3-cü maddəsi ilə bəraət verilməsini xahiş etmiş, zərər çəkmiş şəxslər zərərçəkmiş şəxs1 və zərərçəkmiş şəxs3 isə - öldürmək niyyətində olmadığını, həmin şəxslərə özündə olan bıçaqla zərbələr endirməsi nəticəsində sonuncuların ölümünün guya ehtiyatsızlaqdan baş verməsini bildirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Məhkum bu ifadələri heç də onun törətdiyi əməllərə görə həqiqətən səmimi olaraq peşmançılıq çəkməsinə dəlalət etmir, bu baxımdan bu halın cəzanı yüngülləşdirən hal kimi qiymətləndirilməsinə əsas yaranmamış, əksinə, onun təsvir edilən ifadələri faktiki olaraq özünün məsuliyyətinin yüngülləşdirilməsinə yönəlmişdir. Daha sonra iş materiallarından görünür ki, Məhkum təyin edilmiş cəzaları yüngül hesab edən dövlət ittihamçısı E.Ə.Həmzə ## ###### 2024-cü il tarixli hökmdən apellyasiya protesti, zərər çəkmiş şəxslərin hüquqi varisləri (mülki iddiaçılar) hüquqi varis2 və hüquqi varis1 isə, hər birisi ayrı-ayrılıqda qeyd olunan hökmdən apellyasiya şikayətləri vermiş və öz apellyasiya müraciətlərində məhkum olunmuş şəxsə qəti olaraq ömürlük azadlıqdan məhrum etmə cəzasının təyin edilməsində israrlı olaraq onların bu müraciətlərinin təmin edilməsini xahiş etmişlər. Apellyasiya protestinə və apellyasiya şikayətlərinə məhkəmə baxışı iclasında da istər kassasiya protestinin müəllifi dövlət ittihamçısı T.R.Qəhrəmanov, istərsə də zərər çəkmiş şəxslərin hüquqi varisləri hüquqi varis2 və hüquqi varis1, hər birisi ayrı-ayrılıqda öz çıxışlarında müvafiq olaraq apellyasiya protestinin və apellyasiya şikayətlərinin təmin edilərək həmin müraciətlərdə irəli sürülmüş tələbə uyğun olan qərarın qəbul edilməsini xahiş etmiş və onlar, o cümlədən hüquqi varis1 Məhkum cəza təyin edilməsi ilə bağlı hər hansı başqa tələb irəli sürməmiş, həm sonuncu, həm də hüquqi varis2 məhkum olunmuş şəxslə barışıq əldə edilməməsini, onlara vurulmuş maddi və mənəvi ziyanın isə ödənilməməsini bildirmişlər. Buna baxmayaraq, apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya protesti və hüquqi varis2 apellyasiya şikayəti təmin edilməmiş, hüquqi varis1 isə Məhkum barəsində cəza tədbirinin seçilməsi ilə bağlı başqa apellyasiya tələbi olmadığı halda onun apellyasiya şikayətinin qismən təmin edilməsi, Məhkum isə həm CM-in 120.2.2, 120.2.3 və 120.2.7-ci maddələri ilə, həm də cinayətlərin məcmusu üzrə təyin edilmiş cəzaların yüngülləşdirilməsi barədə ## #### 2025-ci il tarixli qərar qəbul olunmuşdur ki, bu da həmin qərarın dövlət ittihamçısı T.R.Qəhrəmanovla yanaşı həm də zərər çəkmiş şəxsin hüquqi varisi (mülki iddiaçı) hüquqi varis1 tərəfindən kassasiya qaydasında mübahisələndirilməsinə səbəb olmuşdur. Gəldiyi nəticəni isə apellyasiya instansiyası məhkəməsi belə əsaslandırmışdır ki, hüquqi varis1 nümayəndəsi Həziyev Rafiq Alış oğlu işə apellyasiya qaydasında baxılarkən ərizə təqdim edərək, Məhkum tərəfindən vurulmuş ziyandan qismən ödəniş edildiyini, zərər çəkmiş şəxsin hüquqi varisinin ev ilə təmin olunduğunu qeyd edib təqsirləndirilən şəxs barəsində daha yüngül cəzanın təyin edilməsini və tərəflərindən verilmiş mülki iddianın tam təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası ilk növbədə vurğulamağı lazım bilir ki, cinayət işinin materiallarına əsasən, hüquqi varis1 əri və eyni zamanda etibarnamə üzrə nümayəndəsi R.A.Həziyev # #### 2025-ci il tarixli məhkəmə iclasında təmsil etdiyi şəxsin apellyasiya şikayətinin dəlilləri ilə bağlı çıxış edərkən birinci instansiya məhkəməsi tərəfindən cəzanı yüngülləşdirən halların düzgün nəzərə alınmamasını və Məhkum təyin olunmuş 20 il müddətə azadlıqdan məhrum etmə cəzasının yüngül olmasını bildirərək həmin cəzanın ömürlük azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilməsini və eyni zamanda iş üzrə verilmiş mülki iddianın tam təmin olunmasını xahiş etmişdir. ## #### 2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasında isə R.A.Həziyev hüquqi varis1 tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri ilə bağlı söylədiklərinin məhkəmə çıxışı qəbul edilməsini xahiş etmiş, ## #### 2025-ci il tarixli iclasda o, iştirak etsə də, replika hüququndan istifadə etməyərək heç bir əlavə fikir söyləməmiş və həmin iclasda hüquqi varis1 özü də çıxış edərək onun apellyasiya şikayətinin təmin edilməsini xahiş edərək məhkum və ya onun qohumları tərəfindən ona vurulmuş maddi və mənəvi ziyanın hər hansı həcmdə ödənilməsini, Məhkumlə barışıq əldə edilməsini bildirməyərək sonuncuya təyin olunmuş cəzanın yüngülləşdirilməsi barədə xahişlə məhkəməyə müraciət etməmişdir. Apellyasiya instansiyası məhkəməsinin qəbul etdiyi qərarda istinad etdiyi və R.A.Həziyev tərəfindən ## #### 2025-ci il tarixdə imzalanaraq məhkəməyə təqdim olunmuş ərizədən görünür ki, həmin ərizə hüquqi varis1 adından yazılmış, ərizənin mətnində isə qeyd olunmuşdur ki, “təqsirləndirilən (məhkum) barədə yüngül cəzanın təyin edilməsi və mülki iddianın təmin edilməsi xahiş olunur”. Göründüyü kimi, əvvəla bu ərizədə Məhkum tərəfindən vurulmuş ziyandan qismən ödəniş edilməsi və zərər çəkmiş şəxsin hüquqi varisinin evlə təmin olunması kimi hallar əksini tapmamış, belə hallarla bağlı isə apellyasiya instansiyası məhkəməsi heç bir araşdırma aparmamış, istinad etdiyi hallar hər hansı sübutla təsdiq edilməmiş və məhkəmənin gəldiyi qənaət, yəni məhkum olunmuş şəxsin zərər çəkmiş şəxsin hüquqi varisi (mülki iddiaçı) hüquqi varis1 vurulmuş ziyanın qismən ödəməsi və sonuncu ilə barışıq əldə etməsi, bu halların da cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirilməsi qanunvericiliyin yuxarıda təsvir edilən tələblərinə zidd olaraq yalnız ehtimal xarakteri daşımış, Məhkum təyin edilməiş cəzanın yüngülləşdirilməsinə əsas ola bilən digər hallar isə məhkəmə tərəfindən müəyyən edilməmişdir. Işə apellyasiya qaydasında baxan məhkəmə Məhkum təyin edilmiş cəzaları yüngülləşdirərkən heç bir sübutla təsdiq olunmayan və R.A.Həziyevin imzaladığı ərizəsində əksini tapmayan hallara (guya məhkum olunmuş şəxsin qohumları tərəfindən hüquqi varis1 evlə təmin olunması və ona vurulmuş ziyanın qismən ödənilməsi barədə) istinad etsə də, nəyə görə həmin ərizədə adı çəkilən zərər çəkmiş şəxsin hüquqi varisinin mülki iddiasının təmin edilməsi haqda tələb irəli sürülməsi aydınlaşdırılmamışdır. Ümumiyyətlə isə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin Məhkum təyin olunmuş cəzaları yüngülləşdirərkən R.A.Həziyev tərəfindən imzalanmış və heç bir hüquqi qüvvəyə malik olmayan ## #### 2025-ci il tarixli ərizəsinə istinad etməsi tamamilə əsassız olmuşdur ona görə ki, cinayət işinin materiallarında olan və hüquqi varis1 tərəfindən R.A.Həziyevə onun bir sıra hüquqlarının və səlahiyyətlərinin həyata keçirilməsi üçün 50 (əlli) il müddətinə verilmiş # ###### 2011-ci il tarixli etibarnamədə hüquqi varis1 ona və ya onun yaxın qohumlarına qarşı cinayət törətmiş şəxsə bu və ya digər cəzanın təyin edilməsi barədə mövqeyini bildirmək, yaxud da artıq təyin olunmuş cəzanın yüngülləşdirilməsi barədə məhkəmələrdə çıxış etmək və ya ərizə təqdim etmək, habelə təqsirləndirilən şəxslə barışıq əldə etmək səlahiyyətlərinin həyata keçirilməsinin A.R.Həziyevə həvalə olunması kimi hallar nəzərdə tutulmamış, hazırkı iş üzrə ibtidai araşdırma zamanı və məhkəmə iclaslarında da hüquqi varis1 bu məsələlər üzrə onu təmsil etməyi öz ərinə həvalə etməmişdir. Burada qeyd olunmalıdır ki, apellyasiya instansiyası məhkəməsinin ## #### 2025ci il tarixli qərarından verilmiş kassasiya protestinə və kassasiya şikayətinə baxılmazdan əvvəl hüquqi varis1 nümayəndəsi R.A.Həziyev Ali Məhkəmənin Cinayət Kollegiyasına ərizə ünvanlayaraq yuxarıda göstərilən ərizədə əksini tapmış və məhkəmənin istinad etdiyi halların həqiqətə uyğun olmamasını, Məhkum qohumları tərəfindən hüquqi varis1 ailəsinin heç bir evlə təmin olunmamasını, sonuncuya vurulmuş maddi və mənəvi ziyanın hər hansı hissədə ödənilməməsini və bütün bunlara görə ## #### 2025-ci il tarixli ərizədən imtina etməsini bildirmişdir. Eyni mövqeyini R.A.Həziyev həmçinin kassasiya protestinə və kassasiya şikayətinə baxılması üzrə məhkəmə iclasında etdiyi çıxışında da ifadə etmişdir. Iş materiallarının təhlili göstərir ki, Məhkum təyin olunmuş cəzaların yüngülləşdirilməsinə əsas olan bilən başqa hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilməmiş və belə halları təsdiq edən mötəbər sübutlar həmin məhkəmənin apellyasiya müraciətlərinə baxılmasına dair məhkəmə iclasında əldə edilməmiş və araşdırılmamışdır. Məhkəmə kollegiyasının qənaətinə görə, təsvir edilənlər apellyasiya instansiyası məhkəməsi tərəfindən Məhkum barəsində cəza tədbirinin seçilməsi məsələsinin həlli zamanı istər sübutların əldə edilməsinə, tədqiq olunmasına və onların qanuna müvafiq qaydada qiymətləndirilməsinə dair prosessual hüquq normalarının, istərsə də cinayəthüquqi xarakterli tədbirlərin tətbiq edilməsinə həsr olunmuş cinayət qanunvericiliyinin tələblərinin kobud şəkildə pozulması, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə və Ali Məhkəmənin Plenumunun izah və tövsiyələrinə əməl edilməməsi barədə, nəticə etibar ilə isə - CPM-in 416.1.2 və 416.1.21-ci maddələrində nəzərdə tutulmuş pozuntuya yol verilməsi barədə fikir yürütməyə kifayət qədər əsaslar yaradır. Belə olan halda isə məhkəmə kollegiyası təhlil edilən məsələ ilə əlaqədar apellyasiya instansiyası məhkəməsinin ## #### 2025-ci il tarixli qərarından verilmiş kassasiya protestinin və kassasiya şikayətinin dəlilləri ilə razılaşır və həmin kassasiya müraciətlərinin təmin edilməsini mümkün bilir. Məhkəmə kollegiyası zərər çəkmiş şəxsin hüquqi varisi (mülki iddiaçı) hüquqi varis1 ## ####### 2024-cü il tarixdə verdiyi mülki iddiasının əsassız olaraq yalnız qismən təmin edilməsinə dair sonuncunun nümayəndəsi ilə birlikdə verdiyi kassasiya şikayətinin dəlillərinə cavab verilməsi üçün yenə də cinayət işinin materiallarına müraciət etməyi lazım bilir. Belə ki, iş üzrə birinci instansiya məhkəməsində aparılmış icraat zamanı zərər çəkmiş şəxsin hüquqi varisi hüquqi varis1 Məhkum, onun valideynləri şahid1 və zərərçəkmiş şəxs2 qarşı iddia qaldıraraq və buna dair ## ####### 2024-cü il tarixli ərizəsini məhkəməyə təqdim edərək Məhkum vurulmuş maddi ziyana görə cəmisi 43.000 (qırx üç min) manat, mənəvi ziyana görə 46.000 (qırx altı min) manat, dövlət rüsumunun ödənilməsinə görə isə 360 (üç yüz altmış) manat məbləğində pulun tutularaq onun xeyrinə ödənilməsini, həmçinin Bəhərçiyevlər ailəsinə məxsus və Qax rayonunun Ləkit kəndində və Qax şəhərindən Qum kəndinə gedən yolda tikilmiş evlərin Məhkum payına düşən hissələrinin üzərinə həbs qoyulmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Məhkum törətdiyi cinayətlər nəticəsində zərərçəkmiş şəxs1 ölməsi səbəbindən onun uşaqlarının təhsil almaları üçün maddi vəsait tələb olunur, həmçinin mərhumun dəfninə, yas mərasimlərinin keçirilməsinə və onun qəbri üzərində qəbir daşının ucaldılmasına iddia ərizəsində göstərilən məbləğlərdə pul vəsaiti xərclənmişdir. hüquqi varis1 mülki iddia ərizəsində həmçinin qeyd etmişdir ki, o, qardaşının vaxtsız vəfatına görə iztirablara və sarsıntılara məruz qalmış, bununla da ona Məhkum törətdiyi cinayət nəticəsində heç bir pulla ölçülməyən mənəvi zərər vurulmuşdur. Əvvəla məhkəmə kollegiyası qeyd edir ki, prosessual qanunvericiliyin tələblərinə görə, hazırkı iş üzrə zərər çəkmiş şəxsin hüquqi varisi qismində tanınmış hüquqi varis1 mülki iddia ərizəsi verməklə Məhkum təqsirli bilindiyi cinayətləri törətməsi nəticəsində və bu cinayətin törədilməsi ilə əlaqədar ona vurulmuş maddi və mənəvi ziyanı sonuncudan tələb etmək hüququ yaranmış və bu hüquq, habelə cinayət mühakimə icraatı zamanı mülki iddianın verilməsi qaydası, əsasları, iddianın həlli və digər məsələlər aşağıdakı normalarla tənzimlənir. Belə ki, CPM-in 179.1-179.3-cü maddələrinə əsasən, cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir; CPM-in 181.1-ci maddəsinə görə, əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı aşağıdakı hallarda mülki iddia verməyə haqlıdır: 181.1.1. ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda; 181.1.2. ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda. CPM-in 181.2-ci maddəsinin tələblərindən görünür ki, bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə fiziki və ya hüquqi şəxsə maddi ziyan vurulduqda o, ziyanın ödənilməsi barədə mülki iddia verməklə aşağıdakıları edə bilər: 181.2.1. itirilmiş və ya zədələnmiş əmlakın dəyərinin, mümkün olan hallarda isə əmlakın natura şəklində ödənilməsini; 181.2.2. itirilmiş əmlakın satın alınmasına, habelə zədələnmiş əmlakın keyfiyyətinin, əmtəə görünüşünün bərpa və təmir edilməsinə sərf olunmuş xərclərin ödənilməsini; 181.2.3. itirilmiş gəlirin ödənilməsini; 181.2.4. mənəvi ziyanın ödənilməsini. CPM-in 181.3-cü maddəsində isə müəyyən edilmişdir ki, maddi ziyan o halda cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulmuş hesab olunur ki, o, aşağıdakı xərclər şəklində özünü göstərir: 181.3.1. zərər çəkmiş şəxsin müalicəsinə və ona qulluq göstərilməsinə; 181.3.2. zərər çəkmiş şəxsin dəfninə; 181.3.3. sığorta ödəməsinə, müavinət və pensiya verilməsinə; 181.3.4. əmlakın mühafizəsinə dair müqavilənin icrasına çəkilən xərclər. CPM-in 183.2-ci maddəsində müəyyən edilmişdir ki, cinayət mühakimə icraatı zamanı mülki iddia təqsirləndirilən şəxsə və ya onun əməlinə görə üzərinə əmlak məsuliyyəti qoyula bilən şəxsə verilir; “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun ## ###### 2021-ci il tarixli qərarının 67-ci bəndində məhkəmələr izah edilmişdir ki, məhkəmə hökm çıxararkən verilmiş hər bir mülki iddia üzrə onun təmin edilibedilməməsi, kimin xeyrinə və hansı hissədə təmin edilməsi məsələlərini həll etməlidir. Həmin qərarın 68-ci bəndində göstərilmişdir ki, cinayət-prosessual qanuna əsasən məhkəmə hökmün təsviri-əsaslandırıcı hissəsində mülki iddianın tam və ya qismən təmin edilməsi və yaxud rədd edilməsi üzrə motivlərini, müvafiq maddi və prosessual hüquqi normaları və zəruri hallarda təmin edilmiş tələblərə aid olan hesablamaları göstərməklə gəldiyi nəticəni əsaslandırır. Belə əsaslandırma aparılarkən cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə və yaxud əməlin törədilməsi ilə əlaqədar vurulmuş ziyanın xarakteri və təmin edilməli olan tələblər üzrə ödənişlərin məbləği (o cümlədən, mülki cavabdeh mülki iddianı qəbul etdiyi hallarda) məhkəmə baxışında tədqiq edilmiş sübutlar göstərilməklə onların məcmusu ilə əsaslandırılmalıdır. Apellyasiya instansiyası məhkəməsinin də razılaşdığı birinci instansiya məhkəməsinin ## ###### 2024-cü il tarixli hökmündən görünür ki, həmin hökmlə hüquqi varis1 mülki iddiasının yalnız qismən təmin edilməsi barədə qənaətə gələrək maddi ziyana görə 7.330 (yeddi min üç yüz otuz) manat və mənəvi ziyana görə 10.000 (on min) manat məbləğində pul vəsaitinin Məhkum tutulub hüquqi varis1 xeyrinə ödənilməsi qərara alınmış, mülki iddia qalan hissələrdə isə rədd edilmişdir. Məhkəmə kollegiyası belə qərarın da qəbul edilməsində nöqsan və çatışmazlıq görərək əvvəla qeyd edir ki, maddi ziyanın vurulmasına görə məhz 7330 manat məbləğində pulun Məhkum tutularaq hüquqi varis1 xeyrinə ödənilməli olmasını müəyyən edərkən birinci instansiya məhkəməsi hökmdə əsaslandırmamış, bu ziyana görə iddia ərizəsində tələb olunan qalan pul vəsaitinin hansı əsaslarla ödənilməsinin mümkünsüzlüyünü heç bir şəkildə əsaslandırmamış, həmçinin iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun – 360 manat məbləğində pulun da Məhkum tutulubtutulmaması barədə heç bir qeyd aparmamış, apellyasiya instansiyası məhkəməsi isə bu məsələlərə münasibət bildirməyərək yol verilmiş nöqsanları aradan qaldırmamışdır. Halbuki, həm Konstitusiyanın, həm də prosessual qanunvericiliyinin tələblərinə görə, “məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir” dedikdə, məhkəmənin təkcə cinayət məsuliyyətinə cəlb edilmiş şəxsin təqsirliliyinə dair sübutları araşdıraraq bu məsələ ilə bağlı müvafiq qaydada əsaslandırılmış nəticəyə gəlməsi deyil, həmçinin iş üçün əhəmiyyət kəsb edən digər hallar üzrə, o cümlədən mülki iddianın əsaslı olub-olmaması istiqamətində də müvafiq sübutları tədqiq edərək bunun nəticəsində qanuni və əsaslı qənaətə gəlməsi də başa düşülür. Bundan başqa, məhkəmə kollegiyası hüquqi varis1 mülki iddiasının ona vurulmuş mənəvi ziyana görə məhkum olunmuş şəxsdən 46.000 (qırx altı min) manat məbləğində pulun tutularaq onun xeyrinə ödənilməsi hissəsində qismən (10.000 (on min) manat həcmində) təmin edilməsinə dair məhkəmələrin gəldikləri nəticəyə münasibət bildirərək qeyd edir ki, apellyasiya instansiyası məhkəməsinin də razılaşdığı hökmdə birinci instansiya məhkəməsi bu haqda qərar qəbul edərkən həm işin müəyyən olunmuş faktiki hallarına, həm də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun və Insan Hüquqları üzrə Avropa Məhkəməsinin Qərarlarında əksini tapmış hüquqi mövqeyə, eləcə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarlarında göstərilən izah və tövsiyələrə əsaslansa da, öz nəticəsini kifayət qədər əsaslandırmamış və bu çatışmazlığa apellyasiya instansiyası məhkəməsi də diqqət yetirməmişdir. Əvvəla birinci instansiya məhkəməsi düzgün olaraq hökmdə qeyd etmişdir ki, zərər çəkmiş şəxsin hüquqi varisi və mülki iddiaçı hüquqi varis1 doğma qardaşı olmuş zərərçəkmiş şəxs1 vəfat etməsi nəticəsində mənəvi sarsıntı hissləri keçirmiş və buna görə Məhkum təqsirli bilindiyi cinayətləri törətməklə sonuncu tərəfindən ona mənəvi ziyan vurulması danılmazdır, bu baxımdan da onun vurulmuş mənəvi ziyana görə cavabdehdən pul vəsaitinin tutulması tələbi əsaslıdır. Bu nəticəni düzgün hesab edən məhkəmə kollegiyası nəzərə alır ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ##### 2020-ci il tarixli Qərarına görə, şəxsin yaxınlarının, o cümlədən ailə üzvlərinin ölməsi və ya sağlamlığına zərər vurulması halında mənəvi zərərə görə ödənilən təzminat şəxsin keçirdiyi sarsıntı və iztirabın müəyyən dərəcədə yumşaldılmasına, pozulan mənəvi tarazlığın bərpa edilməsinə yönəlmiş olur. Belə halda zərər çəkmiş şəxsi müəyyən miqdarda təzminat ilə təmin etməklə yaxınının itirilməsi nəticəsində keçirdiyi sarsıntı və iztirabın unutdurulması, yaşama sevincindəki azalma və mənəvi hüzursuzluğun aradan qaldırılması məqsədi ilə ona mənəvi cəhətdən dəstək olunmasına xidmət edilmiş olur. Qərarda həmçinin qeyd olunmuşdur ki, məhkəmədə mənəvi zərərlə bağlı işə baxılarkən zərərçəkmiş şəxsin mənəvi və fiziki iztirablar keçirməsi ilə əlaqədar zərərin hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində vurulması, zərər vuranın təqsirinin dərəcəsi və mübahisənin həlli üçün əhəmiyyət kəsb edən digər hallar ətraflı araşdırılaraq müəyyən edilməlidir. Vurulmuş mənəvi zərərə görə təzminatın məbləğinin hesablanması zamanı məhkəmələr cavabdehin maddi durumunu nəzərə almalıdırlar. Həmçinin məhkəmələr tərəfindən nəzərə alınmalıdır ki, şəxsin ölümü və ya sağlamlığına vurulmuş zərər təkcə qohumlarının deyil, həm də onun dostlarının, tanışlarının da mənəvi sarsıntı, məyusluq hisləri keçirməsinə səbəb ola bilər. Lakin məhkəmələr hüquq pozuntusu nəticəsində yaranan mənəvi zərərə görə şəxsin məsuliyyətini müəyyən edərkən güclü emosional hislərlə ağır mənəvi sarsıntı və iztirab hislərini fərqləndirməlidirlər. Insan Hüquqları üzrə Avropa Məhkəməsi “Insan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının 41-ci maddəsinə, habelə digər normalarına əsaslanaraq mənəvi zərərin müəyyən edilməsinə dair müvafiq təcrübə formalaşdırmışdır. Avropa Məhkəməsi mənəvi zərəri “nigarançılıq, ruhi sarsıntı və iztirab”, “həyəcan, acizlik və sarsıntı”, “məyusluq, ədalətsizlik hissi və uzunmüddətli qeyri-müəyyənlik” kimi səciyyələndirmişdir (Luluyev və digərləri Rusiyaya qarşı iş üzrə 2006-cı il # ###### tarixli, Pelipenko Rusiyaya qarşı iş üzrə 2014-cü il ## ###### tarixli, Şiborş və Kuzmina Rusiyaya qarşı iş üzrə 2014-cü il ## ###### tarixli Qərarlar). Göründüyü kimi, “Insan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Konvensiyanın müddəaları və Avropa Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərər çəkmiş fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə, onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Insan Hüquqları üzrə Avropa Məhkəməsinin “mənəvi ziyanla” bağlı presedent təcrübəsi göstərir ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri – inamsızlıq, narahatlıq, məyusluq hissələrini, stresləri, əzab və əziyyətləri nəzərə alır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun # ###### 2008-ci il tarixli Qərarının 8-ci bəndində məhkəmələrə izah edilmişdir ki, məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Həmin Qərarın 10-cu bəndində Plenum izah etmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2021-ci il tarixli qərarının 71-ci bəndində göstərilmişdir ki, məhkəmələr cinayət qanununda nəzərdə tutulmuş əməllə vurulmuş mənəvi ziyanın ödənilməsinə dair iddialara baxarkən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” ## ##### 2020-ci il tarixli qərarında, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2008ci il # ###### tarixli “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” qərarında ifadə olunmuş hüquqi mövqelərdən irəli gələn yanaşmanı rəhbər tutmalı, o cümlədən mənəvi zərərə görə ödənilməli olan pulun məbləğini müəyyən edərkən zərərçəkmiş şəxsin fərdi xüsusiyyətləri ilə əlaqədar keçirdiyi fiziki, mənəvi iztirabların xarakterini, cinayət törətmiş şəxsin təqsirlilik dərəcəsini, maddi vəziyyətini, zərərçəkmiş şəxsin qanunsuz və ya əxlaqsız hərəkətlərinin cinayətin törədilməsinə təsir edib-etməməsini və verilmiş mülki iddianın həllinə təsir göstərən digər halları nəzərə almalı, hər bir halda ağlabatanlıq və ədalətlilik kimi meyarlar baxımından kompensasiyanın məbləğini nəzərdən keçirməlidir. Təhlil göstərir ki, birinci instansiya məhkəməsi hökmdə yuxarıda təsvir edilən Qərarlara istinad etməyərək və hüquqi varis1 mənəvi zərərin vurulması məsələsinə həmin Qərarlarda əksini tapmış müddəaların, habelə Insan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinin prizmasından yanaşmayaraq adı çəkilən zərər çəkmiş şəxsin hüquqi varisinin mülki iddiasının mənəvi zərərin ödənilməsinə dair tələbinin qismən təmin edilməli olması barədə nəticəyə gələrkən yalnız bir hala – Məhkum törətdiyi xüsusilə ağır cinayət nəticəsində hüquqi varis1 mənəvi sarsıntı keçirməsinə əsaslanmış, iddia ərizəsində bu zərərə görə tələb olunan pul məbləğini ağlabatan və ədalətli hesab etməmiş, lakin sonuncunun doğma qardaşının ona qarşı törədilmiş cinayət nəticəsində vaxtsız ölümü ilə bağlı başqa hissləri də keçirib-keçirməməsi üzrə heç bir sübut tədqiq etməmiş və buna görə də mənəvi zərərə görə Məhkum hər hansı başqa məbləğdə (az və ya çox) deyil, məhz 10.000 manat məbləğində pulun tutularaq mülki iddiaçının xeyrinə tutulması barədə öz nəticəsini kifayət qədər əsaslandıra bilməmiş, apellyasiya protestinə və apellyasiya şikayətlərinə məhkəmə istintaqı aparılmadan və əlavə sübutlar tələb edilmədən baxmış apellyasiya instansiyası məhkəməsi tərəfindən də göstərilən məsələlərə münasibət bildirilməmiş və mövcud anlaşılmazlıq aradan qaldırılmamışdır. Məhkəmə kollegiyası isə Konstitusiyanın və prosessual qanunvericiliyin yuxarıda təsvir edilmiş tələblərinə əsaslanaraq hesab edir ki, işə baxan məhkəmə həmin iş üzrə hər hansı nəticəyə gəlməzdən əvvəl bu nəticənin arxasında duran müvafiq sübutları məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırmalı, öz nəticəsini inandırıcı şəkildə əsaslandırmalı və həmin nəticə ehtimal xarakteri daşımamalıdır. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərindən çıxış edərək onu da vurğulamağı lazım bilir ki, apellyasiya şikayətinə və ya apellyasiya protestinə əsasən işə baxan apellyasiya instansiyası məhkəməsi bu müraciətlərlə bağlı işin faktiki hallarını müəyyən etməklə və maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməklə yanaşı həmin müraciətlərdə irəli sürülmüş bütün dəlillərə də əsaslandırılmış cavablar verməli və bu cavablar proses iştirakçılarında əlavə süalların yaranmasına səbəb olmamalıdır. Hazırkı iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının ## #### 2025-ci il tarixli qərarının təhlili göstərir ki, istər Məhkum açıq-aşkar yüngül cəzaların təyin edilməsinə, istərsə də zərər çəkmiş şəxsin hüquqi varisi və mülki iddiaçı hüquqi varis1 mülki iddiasının düzgün həll edilməməsinə həsr olunmuş apellyasiya müraciətlərinə baxan həmin məhkəmə müraciətlərdə irəli sürülmüş dəlillər üzrə hər hansı əlavə araşdırmanın aparılmasını zəruri hesab etməyərək bu dəlillərin əksəriyyətinə cavab verməmiş, qərarda isə birinci instansiya məhkəməsinin hökmündə təsvir edilmiş hallara və sübutlara istinad etməklə kifayətlənmişdir. Buna görə, bütün yuxarıda təsvir edilənlərdən çıxış edərək yuxarıda göstərilən pozuntularla və çatışmazlıqlarla qəbul edilmiş ## #### 2025-ci il tarixli qərarın qüvvədə saxlanılmasını mümkün bilməyən məhkəmə kollegiyası dövlət ittihamçısı T.R.Qəhrəmanovun kassasiya protestinin dəlillərini tam, zərər çəkmiş şəxsin hüquqi varisi (mülki iddiaçı) hüquqi varis1 və onun nümayəndəsi Ə.Ə.Zeynalovun kassasiya şikayətinin dəlillərini isə - aşağıda qeyd olunanlara əsasən qismən qəbul edilən sayır və həm cinayət işinin materiallarına, həm də bu müraciətlərdə irəli sürülmüş dəlilərə əsasən belə nəticəyə gəlir ki, kassasiya protesti tam, kassasiya şikayəti isə - qismən təmin edilməklə apellyasiya instansiyası məhkəməsinin iş üzrə qəbul etdiyi yekun qərar ləğv edilərək iş yeni apellyasiya baxışına təyin olunmalı, bu baxış zamanı hazırkı qərarda göstərilən bütün nöqsanlar aradan qaldırılmalı və yalnız bundan sonra iş üzrə obyektiv, qanuni və əsaslandırılmış, eyni zamanda apellyasiya şikayətlərinin və apellyasiya protestinin bütün dəlillərinə inandırıcı cavablar əks olunmuş qərar qəbul edilməlidir. Beləliklə, məhkəmə kollegiyası cinayət işinin materiallarını dövlət ittihamçısı T.R.Qəhrəmanovun kassasiya protestinin və zərər çəkmiş şəxs (mülki iddiaçı) hüquqi varis1 nümayəndəsi Ə.Ə.Zeynalovla bilikdə verdiyi kassasiya şikayətinin dəlilləri ilə müqayisəli şəkildə bir daha təhlil edib həmin protestin və şikayətin təmin edilməsi haqda hüquqi varis1 digər nümayəndəsi R.A.Həziyevin və dövlət ittihamçısı H.B.Imranovun, kassasiya müraciətlərinin təmin edilməməsi barədə isə məhkum olunmuş şəxs Məhkum və onun müdafiəçisi Ş.R.Nəcəfovun çıxışlarını dinləyərək kassasiya protestinin tam, kassasiya şikayətinin isə - qismən təmin edilməsini və Məhkum CM-in 120.2.2, 120.2.3, 120.2.7 və 221.3-cü maddələri ilə təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının ## #### 2025-ci il tarixli qərarının ləğv edilərək cinayət işinin yeni apellyasiya baxışına təyin olunmasını məqsədə uyğun hesab edir. Bu nəticəyə gələrkən, habelə hüquqi varis1 və Ə.Ə.Zeynalovun birgə verdikləri kassasiya şikayətində irəli sürülmüş ikinci tələbə - apellyasiya instansiyası məhkəməsinə Məhkum ömürlük azadlıqdan məhrum etmə cəzasının təyin olunması haqda göstərişin verilməsinə dair tələbə cavab olaraq məhkəmə kollegiyası CPM-in 419.12-ci maddəsinin tələblərini də nəzərə alır və həmin maddədə sadalanmış məsələlərin qabaqcadan həll edilməsini mümkün bilmir. Belə ki, CPM-in 419.12-ci maddəsinə əsasən, bu Məcəllənin 419.10.2-ci maddəsinə müvafiq olaraq qərar çıxarıldıqda kassasiya instansiyası məhkəməsi cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraat materiallarına təkrar baxılması zamanı apellyasiya instansiyası məhkəməsinin gələ biləcəyi nəticələri, habelə aşağıdakı məsələləri qabaqcadan həll edə bilməz: 419.12.1. ittihamın sübuta yetirilib-yetirilməməsini; 419.12.2. bu və ya digər sübutun mötəbərliliyini və ya mötəbərsizliyini; 419.12.3. bir sübutun digər sübutlardan üstünlüyünü; 419.12.4. apellyasiya instansiyası məhkəməsi tərəfindən cinayət qanununun bu və ya digər müddəalarının tətbiq edilməsini; 419.12.5. apellyasiya instansiyası məhkəməsi tərəfindən bu və ya digər cəzanın tətbiq edilməsini. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.2-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası QƏRARA A L D İ: Dövlət ittihamçısı T.R.Qəhrəmanov tərəfindən verilmiş kassasiya protesti tam, zərər çəkmiş şəxs (mülki iddiaçı) hüquqi varis1 nümayəndəsi Ə.Ə.Zeynalovla birgə verdiyi kassasiya şikayəti isə qismən təmin edilsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2, 120.2.3, 120.2.7 və 221.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının ## #### 2025-ci il tarixli qərarı ləğv edilsin və cinayət işi apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin olunsun.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar