Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(1-8)-302/2026 10.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Teyyub Asif oğlu Muxtarov və İlqar Xanlar oğlu Cəfərovdan ibarət tərkibdə; Pərviz Müseyib oğlu Hacıyevin katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun, məhkum Ramin İsa oğlu İmanovun və məhkumu müdafiəçisi müdafiəçi4 iştirakları ilə, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 03 dekabr 2025-ci il tarixli 1(106)-564/2025 nömrəli hökmündən dövlət ittihamçısı Əsədov İlqar Həsən Ağa oğlu tərəfindən verilmiş kassasiya protestinə və məhkum Məhkum müdafiəçisi müdafiəçi1 tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Oruc Cəlilov (sədrlik edən), Xamməd Nuriyev və Əli Əliyev) 21 aprel 2025-ci il tarixli 1(099)-31/2025 nömrəli hökmü ilə 12 avqust 1992-ci ildə Goranboy rayonun Şadılı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Goranboy rayonun Şadılı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 206.3.2, 234.4.1, 234.4.3 və 318.2-ci maddələri ilə təqsirli bilinərək, CM-in 206.3.2-ci maddəsi ilə 6 (altı) il müddətinə azadlıqdan məhrumetmə cəzasına, CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə 7 (yeddi) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına, CM-in 318.2-ci maddəsi ilə 2 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona cinayətlərin məcmusu üzrə qəti olaraq 8 (səkkiz) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 16 oktyabr 2023-cü il tarixdən hesablanmış, 11 oktyabr 1978-ci ildə Naxçıvan Muxtar Respublikası Culfa rayonun Əbrəqunus kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, işləməyən, məhkum olunmamış, Naxçıvan Muxtar Respublikası Culfa rayonun Əbrəqunus kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşamış İmanov Ramin İsa oğlu Azərbaycan Respublikası CM-in 206.3.2, 234.4.1, 234.4.3 və 318.2-ci maddələri ilə təqsirli bilinərək, CM-in 206.3.2-ci maddəsi ilə 6 (altı) il müddətinə azadlıqdan məhrumetmə cəzasına, CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə 7 (yeddi) il müddətinə azadlıqdan məhrumetmə cəzasına, CM-in 318.2-ci maddəsi ilə 2 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona cinayətlərin məcmusu üzrə qəti olaraq 7 (yeddi) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 16 oktyabr 2023-cü il tarixdən hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxslər Məhkum və İmanov Ramin İsa oğlu öz aralarında, İslam Respublikasının vətəndaşı kimi özünü təqdim etmiş “Əlirza” adlı şəxs və digər şəxslərlə qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girərək satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin İran İslam Respublikasında əldə edib saxlayıb daşınaraq Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar, yəni qaçaqmalçılıq yolu ilə keçirib cinayətkar qrupun digər üzvlərinə çatdırılması barədə razılaşdıqdan sonra, əldə olunmuş razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq Məhkum 16 oktyabr 2023-cü il tarixdə, saat 02 radələrində Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət buraxılış məntəqələrindən kənarda, yəni Dövlət Sərhəd Xidmətinin N saylı hərbi hissəsinin İmişli rayonun 5 saylı Cəbrayıl qəsəbəsində yerləşən 2-ci sərhəd zastavasının xidməti sahəsindən Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında olan dövlət sərhədini qanunsuz olaraq keçib orada dayanmış qrupun üzvləri İmanov Ramin, İran İslam Respublikasının vətəndaşı kimi özünü təqdim etmiş “Əlirza” adlı şəxs və digər şəxslərlə əlaqə saxladıqdan sonra, əldə olunmuş razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq Məhkum və Ramin İmanov bir ədəd bağlamada (torbada) və bir ədəd idman çantasında qablaşdırılmış ayrı-ayrı bağlamalarda olmaqla cəmi külli miqdarda-17935 qram narkotik vasitə olan qurudulmuş marixuananı, ümumi təsir maddəsinin miqdarı 24 qram təşkil edən külli miqdarda- 600 ədəd narkotik vasitə olan metadon həblərin və ümumi təsir maddəsinin miqdarı 0,05 qram təşkil edən 100 ədəd psixotrop maddə olan "Alprazolam" dərman preparatlarını satış məqsədi ilə qanunsuz olaraq birgə əldə edib, saxlayıb daşıyaraq həmin gün saat 02 radələrində, qabaqcadan əlbir olan bir qrup şəxs halında Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini Dövlət Sərhəd Xidmətinin N saylı hərbi hissəsinin İmişli rayonun 5 saylı Cəbrayıl qəsəbəsində yerləşən 2-ci sərhəd zastavasının xidməti ərazisindən müəyyən edilmiş sənədlər olmadan və qanunsuz olaraq dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənar keçərək həmin külli miqdarda narkotik və psixotrop maddələri Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar, qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirib üzərilərində daşıyarkən, sərhəd naryadı tərəfindən sərhəddə müşahidə edilmiş sərhədpozucuları barədə daxil olmuş məlumat əsasında 16 oktyabr 2023-cü il tarixdə, saat 02-03 radələrində Dövlət Sərhəd Xidmətinin əməkdaşlar tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində əvvəl Məhkum, daha sonra saat 06 radələrində Ramin İmanov saxlanılmış və onlardan bir ədəd bağlamada (torbada) və bir ədəd idman çantasında qablaşdırılmış ayrı-ayrı bağlamalarda olmaqla cəmi külli miqdarda-17935 qram narkotik vasitə olan qurudulmuş marixuana, ümumi təsir maddəsinin miqdarı 24 qram təşkil edən külli miqdarda-600 ədəd narkotik vasitə olan metadon həbləri və ümumi təsir maddəsinin miqdarı 0,05 qram təşkil edən 100 ədəd psixotrop maddə olan "Alprazolam" dərman preparatı aşkar edilib götürülmüşdür. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Elçin Xasməmmədov (sədrlik edən), Pərviz Hacıyev və Cavid Sultanov) 3 dekabr 2025-ci il tarixli 1(106)-564/2025 nömrəli hökmü ilə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 21 aprel 2025-ci il tarixli 1(099)- 31/2025 nömrəli hökmü İmanov Ramin İsa oğlunun Azərbaycan Respublikası CM-in 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinməsi hissəsində ləğv edilmiş, CPM-in 42.1.4-cü maddəsinə əsasən təqsiri sübuta yetirilmədiyinə görə İmanov Ramin İsa oğluna Azərbaycan Respublikası CM-in 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə bəraət verilmiş, məhkum R.İ.İmanovun əməli Azərbaycan Respublikası CM-in 318.2-ci maddəsindən CM-in 318.1-ci maddəsinə tövsif edilmiş və o, həmin maddə ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Məhkum R.İ.İmanovun 16.10.2023-cü il tarixdən hazırkı hökmün çıxarıldığı 03.12.2025-ci il tarixədək həbsdə saxlanıldığı müddət ona təyin edilmiş cəzanın müddətini tamamilə əhatə etdiyinə görə o, cəzasını çəkmiş hesab edilmiş, barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilmiş və o, həbsdən dərhal azad edilmişdir. Hökmlə məhkum Məhkum Azərbaycan Respublikası CM-in 318.2-ci maddəsi ilə nəzərdə tutulmuş əməli CM-in 318.1-ci maddəsinə tövsif edilmiş və o, həmin maddə ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək 1 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. CM-in 66.3-cü maddəsinə əsasən məhkum Məhkum hazırkı hökmlə CM-in 318.1-ci maddəsi ilə təyin edilmiş 1 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzası və Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 21 aprel 2025-ci il tarixli hökmü ilə CM-in 206.3.2-ci maddəsi ilə təyin edilmiş 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası, CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təyin edilmiş 7 (yeddi) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzaları ilə qismən toplanaraq, üzərində qəti olaraq 8 (səkkiz) il müddətinə azadlıqdan məhrumetmə cəzası müəyyən edilmişdir. Hökmdən məhkum Məhkum İmanov Ramin İsa oğlu ilə qabaqcadan əlbir olmasına dair müddəalar xaric edilmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 21 aprel 2025-ci il tarixli 1(099)-31/2025 nömrəli hökmü Məhkum və İmanov Ramin İsa oğluna münasibətdə qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Müdafiəçi müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayəti və dövlət ittihamçısı V.İ.Şabanov tərəfindən verilmiş apellyasiya protesti təmin edilməmiş, müdafiəçi müdafiəçi4 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmişdir. Dövlət ittihamçısı kassasiya protesti verərək Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 03 dekabr 2025-ci il tarixli 1(106)-564/2025 nömrəli hökmünün ləğv edilməsi və cinayət işi üzrə yeni apellyasiya baxışının təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkum Məhkum müdafiəçisi müdafiəçi1 kassasiya şikayəti verərək Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 03 dekabr 2025-ci il tarixli 1(106)-564/2025 nömrəli hökmünün ləğv edilməsi və məhkuma bəraət verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı Əsədov İlqar Həsən Ağa oğlu kassasiya protestini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hökm qəbul edilərkən sübutlar CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilməmiş, törədilmiş əməlin tövsifində səhvə yol verilmişdir. Belə ki, təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən boyun qaçırmaq və ya məsuliyyətini yüngülləşdirmək məqsədi ilə özünümüdafiə xarakterli ifadələr vermələrinə baxmayaraq, onlar tərəfindən ittihamda göstərilmiş cinayət əməllərinin törədilməsi təqsirləndirilən şəxs Məhkum və şahidlərin ifadələri, ekspertiza rəyləri və iş üzrə toplanılmış digər materiallarla təsdiq edilmişdir. Bəraət almış şəxs Məhkumla birlikdə qeyd edilən cinayətlərin törətməsi mötəbər sübutlarla təsdiq edilməsinə baxmayaraq, məhkəmə kollegiyası tərəfindən Ramin Cəfərova CM-in 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə bəraət verməsi, onun və Məhkum CM-in 318.2-ci maddəsində nəzərdə tutulmuş əməllərinin həmin Məcəllənin 318.1-ci maddəsinə tövsif edilməsi qanunsuzdur. Beləliklə, Şirvan Apellyasiya Məhkəməsi tərəfindən qərar qəbul edilərkən cinayətprosessual qanunvericiliyin tələblərinə müvafiq olaraq cinayət işi üzrə toplanmış sübutlar məcmu qaydada qiymətləndirilməmiş, sübutlar CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilməmiş, törədilmiş əməlin tövsifində səhvə yol verilmiş və bunun nəticəsi olaraq Ramin İmanova CM-in 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə əsassız bəraət verilmiş, onun və Məhkum CM-in 318.2-ci maddəsində nəzərdə tutulmuş əməlləri həmin Məcəllənin 318.1-ci maddəsinə əsassız tövsif edilmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum Məhkum müdafiəçisi müdafiəçi1 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Məhkum dövlət sərhədini qanunsuz keçməsi və narkotik vasitə əldə etməsi və daşıması ilə bağlı hər hansı bir əsaslı sübut mövcud deyildir. İstintaq yalnız Məhkum ilkin ifadəsini əsas götürmüşdür. Halbuki, CPM-in 126.6-cı maddəsinə görə, təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Lakin Məhkum etirafı sübutlarla təsdiq edilmir. Nə Məhkum üzərində narkotik vasitə olmuş, nə də ki, onun naməlum şəxslə apardığı danışıqlarda narkotik vasitədən söhbət getmişdir. Bu hissədə nə istintaq dövründə, nə də ki, məhkəmə araşdırması zamanı yetərli və əsaslı sübut mövcud olmamışdır. Apellyasiya instansiya məhkəməsinin sözügedən hökmündə də yalnız ehtimal əsasında nəticəyə gəlinmişdir. Belə ki, Məhkum hadisə baş verdiyi gün məhz narkotik vasitə olan çantanı götürməsi məqsədi ilə həmin əraziyə gəlməsi, eləcə də sərhəd zolağını keçməsi həmçinin tutulan zaman üzərində narkotik vasitə olan çanta olması ilə bağlı hallar sübuta yetirilməmişdir. Bu hallar yalnız şahid ifadələri ilə öz təsdiqini tapır ki, həmin ifadələrin bir hissəsi məhz məhkəmə tərəfindən əsaslı sayılmamışdır. Bundan başqa həmin şahid ifadələrinin mötəbərliyinə kifayət qədər şübhə mövcuddur. Çünki iş üzrə istintaqın kifayət qədər qüsurlu aparılması bunu deməyə əsas verir. Bütün bunlara baxmayaraq apellyasiya instansiya məhkəməsi göstərilən halları ətraflı araşdırmamış, nəticədə ədalət balansı pozulmuş və əsassız qərar qəbul edilmişdir. İstər birinci, istərsə də apellyasiya instansiyası məhkəmələrində Məhkum heç bir İİR vətəndaşı ilə əlaqəsinin olmadığını, əslində İmişli rayonundan olan bir nəfər şəxsin onunla əlaqə saxlayıb Bakı şəhərinə dərman aparmasını xahiş etdiyini bildirmişdir. Daha sonra Məhkum qeyd etmişdir ki, İmişli rayonuna gəldikdən sonra mülki geyimli şəxslərin onu “UAZ” markalı avtomaşına mindirib sərhədi keçirmiş, daha sonra sərhəd zastavasında onun qarşısına bağlama qoyub içərisindəki narkotik vasitənin ona məxsus olmasını etiraf etməyə məcbur etmişlər. Təəssüf ki, apellyasiya instansiya məhkəməsi bu ifadəni özünü müdafiə xarakterli və əsassız ifadə saymışdır. Lakin iş materiallarından görünür ki, apellyasiya instansiya məhkəməsi bu istiqamətdə hər hansı bir araşdırma aparmamış, bununla bağlı qənaətini hər hansı bir mötəbər sübutla əsaslandırmamışdır. Həmçinin, istər istintaqda, istərsə də məhkəmədə digər təqsirləndirilən şəxs İmanov Ramin İsa oğlunun ifadəsi əsas götürülsə də məhz Məhkum Nama oğlu ilə bağlı olan hissəyə məhkəmə düzgün qiymət verməmiş, onu əsas götürməmişdir. Belə ki, Ramin İmanov ifadələrində hadisə baş verən ərazidə Məhkum görmədiyini, ümumiyyətlə onu tanımadığını dəfələrlə təkrar etmişdir. İstintaq isə düzgün olmayaraq onların qabaqcadan əlbir olması, ehtimalına gəlmişdir. Apellyasiya instansiya məhkəməsi bu ehtimalı qəbul etməməklə əslində Məhkum hadisə yerində olması ilə bağlı məqamları şübhə altına almışdır, lakin bu istiqamətdə zəruri hesab olunan araşdırma aparmamışdır. Göründüyü kimi apellyasiya instansiya məhkəməsi CPM-in 21-ci maddəsinin tələblərini pozmuşdur. Çünki Məhkum təqsirləndirilməsinə dair cinayət işində kifayət qədər şübhələr mövcuddur və bu şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll olunmalıdır. Apellyasiya instansiya məhkəməsi cinayət işi üzrə sübutları düzgün qiymətləndirməmiş, təhqiqat orqanı tərəfindən sübutları əldə edərkən yol verilmiş kobud qanun pozuntularına lazımi hüquqi qiymət verməmiş, nəticədə Məhkum barəsində əsassız və qanunsuz olaraq ittiham hökmü çıxarılmışdır. Belə olan halda iş üzrə apellyasiya instansiya məhkəməsinin mübahisəli hökm ləğv olunmalı və Məhkum bəraət verilməsinə dair qərar qəbul olunmalıdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin və kassasiya şikayətinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya protesti və kassasiya şikayəti təmin olunmamalı və Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 03 dekabr 2025-ci il tarixli 1(106)-564/2025 nömrəli hökmü dəyişdirilmədən saxlanılmışdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət və cinayət prosessual qanununun və CPM-in normalarının tələblərinə əməl edilib edilməməsi yoxlanılır. Kassasiya protestinin əsas dəlili ondan ibarətdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü İmanov Ramin İsa oğlunun Azərbaycan Respublikası CM-in 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinməsi hissəsində ləğv edərək ona həmin maddələr üzrə bəraət verməklə, habelə İmanov Ramin İsa oğlunun və Məhkum əməllərini Azərbaycan Respublikası CM-in 318.2-ci maddəsindən CM-in 318.1-ci maddəsinə tövsif etməklə maddi hüquq normalarını düzgün tətbiq etməmiş, qanunsuz və əsassız qərar qəbul etmişdir. Məhkəmə kollegiyası kassasiya protestinin dəlillərini cinayət işinin materialları ilə əlaqəli şəkildə araşdırıb aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində qeyd edilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145-ci maddənin tələblərinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikası CPM-in 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Apellyasiya instansiyası məhkəməsi cinayət işi üzrə toplanmış sübutları araşdıraraq belə nəticəyə gəlmişdir ki, məhkum R.İ.İmanovun Azərbaycan Respublikası CM-in 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi mötəbər sübutlarla təsdiq olunmur. Məhkəmə kollegiyası cinayət işi üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutlara nəzər salaraq qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin R.İ.İmanova qarşı Azərbaycan Respublikası CM-in 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə irəli sürülmüş ittihamın sübuta yetirilməməsinə dair gəldiyi nəticə iş materiallarına, sübutların məcmusuna və işin faktiki hallarına uyğun olmaqla qanuni və əsaslıdır. Belə ki, məhkum R.İ.İmanov birinci instansiya məhkəməsində məhkəmə istintaqı zamanı, eləcə də, apellyasiya baxışı zamanı keçirilmiş məhkəmə istintaqında verdiyi ifadələrində göstərmişdir ki, o, 01 oktyabr 2023-cü il tarixdə İranda müalicə olunmaq məqsədilə Bakı–Naxçıvan avtobusu ilə Biləsuvar sərhəd məntəqəsindən keçərək İrana getmişdir. Biləsuvar şəhərində bir gün qaldıqdan sonra, səhəri gün Təbriz şəhərinə getmiş və orada 12–13 gün xəstəxanada müalicə almışdır. Müalicəsini başa vurduqdan sonra 15 oktyabr 2023cü il tarixdə tanımadığı bir iranlı taksi sürücüsü ilə Təbrizdən Biləsuvar istiqamətinə hərəkət etmişdir. Yolda taksi sürücüsü ona bildirib ki, Biləsuvar sərhəd məntəqəsindən keçmək istəsə, 15–20 gün orada saxlanılacaq, çünki o, qanunsuz olaraq avtobusdan düşərək Təbrizə getmişdir. Sürücü ona təklif etmişdir ki, müəyyən məbləğ ödəsə, onu Parsabad rayonu ərazisindən qamışlıq sahədən Azərbaycan tərəfə keçirə bilər. O, taksi sürücüsü ilə razılaşaraq sonuncuya 20.000 tümən ödəmişdir. Gecə saatlarında taksi sürücüsü onu Parsabad rayonu yaxınlığında sərhədə yaxın yerə gətirmiş və orada avtomobilini dayandırmış, yanında dayanmış başqa bir avtomobilin yanında bir neçə tanımadığı şəxs olmuşdur. Sonra həmin şəxslərdən biri ona yolu göstərərək sərhədi keçməsini bildirmişdir. O, Araz çayı istiqamətində hərəkət edərək çayı keçmiş və Azərbaycan ərazisinə daxil olmuşdur. Bir müddət sonra sərhədçilər onu saxlayaraq zastavaya aparmışdır. Orada o, Məhkum görmüş, onun narkotiklə bağlı saxlanıldığını öyrənmişdir. Sərhədçilər ona təzyiq göstərmiş, döymüş və qarşısına qoyulmuş torbalarda olan narkotik maddələri Fəridlə birlikdə İrandan keçirib gətirməsini etiraf etməsini tələb etmişdir. Lakin o, etiraz etmiş, Fəridi tanımadığını, İran tərəfdə olarkən ona heç bir torba və ya çanta verilmədiyini, sərhədi keçərkən və keçdikdən sonra əlində heç bir torba və çanta olmadığını bildirmişdir. Tutulduqdan sonra sərhədçilər onu saxlandığı əraziyə geri aparmamış, torbaların götürülməsində iştirak etməmişdir. O, yalnız zastavada torbaların və çantaların içərisinə baxış keçirilərkən orada olmuşdur. Torbaların içindən tanımadığı maddələr aşkar edilmişdir və sərhədçilərin məlumatına görə həmin maddələr narkotik maddələr olmuşdur. Ona görə də narkotik maddələrlə bağlı verilmiş ittiham üzrə özünü təqsirli bilmir. Məhkum Ramin İmanov ibtidai araşdırma zamanı da mahiyyət etibarilə eyni məzmunlu ifadələr vermiş, habelə məhkum Məhkumla üzləşdirilməsi zamanı narkotik vasitələrə hər hansı aidiyyəti olmadığını bildirmişdir. Cinayət işinin materialları ilə müəyyən edilir ki, R.İ.İmanov hadisədən 15 gün əvvəl, yəni 01 oktyabr 2023-cü il tarixdə Azərbaycan Respublikasından Naxçıvan Muxtar Respublikasına İran İslam Respublikasının ərazisindən keçməklə avtobusla getmişdir. Bu hal cinayət işinə əlavə edilmiş sərnişin bileti ilə təsdiq olunur. Həmçinin iş materiallarından görünür ki, o, 01 oktyabr 2023-cü il tarixdən 15 oktyabr 2023-cü il tarixədək İran İslam Respublikasının ərazisində qalmışdır. Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları tərəfindən saxlanılarkən ittihamın əsasını təşkil edən narkotik vasitələrlə dolu idman çantası R.İ.İmanovun üzərində və ya bilavasitə yanında deyil, ondan təxminən 300 metr aralıda aşkar edilmişdir. R.İ.İmanov saxlanıldığı andan etibarən həmin çantanın ona məxsus olmadığını bildirsə də, ibtidai istintaq orqanı bu xüsusata lazımi hüquqi qiymət verməmiş və yalnız ehtimallara əsaslanaraq çantanın ona məxsus olması qənaətinə gəlmişdir. Bu nəticəni əsaslandırmaq üçün istintaq orqanı çantanın içərisində narkotik vasitələr arasında R.İ.İmanovun adına 01 oktyabr 2023-cü il tarixdə Bakı–Naxçıvan marşrutu üzrə İran İslam Respublikasının ərazisindən keçən avtobusa aid sərnişin biletinin aşkar edilməsinə istinad etmişdir. Məhkəmə iclasında məhkum R.İ.İmanov ifadəsində bildirmişdir ki, avtobus bileti onun üzərində ümumi vətəndaş pasportunun içində olmuş, saxlanılarkən pasport sərhədçilər tərəfindən ondan götürülmüşdür. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi əsaslı olaraq belə nəticəyə gəlmişdir ki, qurudulmuş marixuana olan çantada R.İ.İmanovun adına avtobus biletinin aşkar edilməsi barədə 17 oktyabr 2023-cü il tarixli baxış protokolunun mötəbərliyini şübhə altına alan kifayət qədər hallar mövcuddur. Belə ki, həmin çantaya və narkotik vasitələrin yerləşdiyi digər bağlamaya 16 oktyabr 2023-cü il tarixdə baxış keçirilmiş, lakin həmin baxış zamanı çantada hər hansı avtobus bileti aşkar edilməmişdir. Buna baxmayaraq, ertəsi gün – 17 oktyabr 2023-cü il tarixdə heç bir prosessual əsas və zərurət göstərilmədən yalnız çantaya təkrar baxış keçirilmiş və bu zaman qurudulmuş marixuana ilə yanaşı R.İ.İmanovun adına avtobus biletinin aşkar edildiyi qeyd olunmuşdur. Bundan əlavə, 17 oktyabr 2023-cü il tarixli baxış protokolunun öz məzmununda da ziddiyyətlər mövcuddur. Belə ki, protokolun təsviri hissəsində çantada narkotik vasitə olan qurudulmuş marixuananın aşkar edildiyi göstərilsə də, yekun hissəsində narkotik vasitələrin və həblərin qablaşdırılaraq yenidən yerinə qoyulduğu qeyd edilmişdir ki, bu da protokolun məzmununun ardıcıllığı və mötəbərliyi barədə əsaslı şübhələr yaradır. Məhkum Məhkum da məhkum R.İ.İmanovun Azərbaycan Respublikası CM-in 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsində iştirakına dair ziddiyyətli ifadələr vermişdir. Belə ki, Məhkum ibtidai istintaq zamanı R.İ.İmanovun narkotik vasitələrin dövlət sərhədindən keçirilməsində iştirak etdiyini bildirsə də, məhkəmə iclasında həmin ifadələrini təsdiq etməmiş, R.İ.İmanovun göstərilən cinayətlərdə iştirakını təkzib etmişdir. Bundan əlavə, Məhkum ibtidai istintaq zamanı verdiyi ifadələr də konkret və ardıcıl olmamış, ehtimal xarakteri daşımışdır. Belə ki, o ifadəsində narkotik vasitələr olan çantaları dövlət sərhədindən kimin keçirdiyini bilmədiyini, yalnız onların Ramin tərəfindən keçirilmiş ola biləcəyini düşündüyünü göstərmişdir. Həmçinin ifadəsində qeyd etmişdir ki, narkotik vasitə olan bağlamalardan birini özü götürərək uzaqlaşdığı zaman R.İ.İmanovun ikinci bağlamanı götürüb aparmasını görməmiş, yalnız onun arxasınca gəldiyini güman etmişdir. Şahid qismində dindirilmiş Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları şahid2 İlqar oğlu, X1 və Tarverdiyev İmamrza Qurban oğlu ifadələrində İran İslam Respublikası istiqamətindən gələn iki nəfər şəxsdən birinin R.İ.İmanov olduğunu göstərsələr də, onun əlində hər hansı çantanın olmasını və ya çanta ilə qaçaraq hadisə yerindən uzaqlaşmağa cəhd etməsini təsdiq etməmişlər. R.İ.İmanov isə İran İslam Respublikası istiqamətindən Azərbaycan Respublikasının İmişli rayonu ərazisinə qanunsuz keçməyə cəhd etməsini və bu zaman sərhədçilər tərəfindən saxlanıldığını inkar etməmiş, yalnız dövlət sərhədini qanunsuz keçməyə cəhddə özünü təqsirli bildirmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, R.İ.İmanovun Azərbaycan Respublikası CM-in 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsində iştirakını təsdiq edən digər mötəbər və kifayət qədər sübutlar məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası CPM-in 42.2.4-cü maddəsinə əsasən, həmin Məcəllənin 42.1.4cü maddəsində nəzərdə tutulmuş əsasla, yəni şəxsin təqsirliliyi sübuta yetirilmədikdə və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə məhkəmə bəraət hökmü çıxarmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi düzgün olaraq belə nəticəyə gəlmişdir ki, R.İ.İmanovun Azərbaycan Respublikası CM-in 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsində iştirakı, habelə məhkum Məhkumla qabaqcadan əlbir olması mötəbər sübutlarla təsdiq edilməmişdir. Buna görə də, apellyasiya instansiyası məhkəməsi tərəfindən R.İ.İmanova təqsirliliyinin sübuta yetirilməməsi əsası ilə Azərbaycan Respublikası CM-in 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri üzrə bəraət verilməsi, onun əməlinin Azərbaycan Respublikası CM-in 318.1-ci maddəsi ilə tövsif edilməsi, habelə məhkum Məhkum əməlinin Azərbaycan Respublikası CMin 318.2-ci maddəsindən həmin Məcəllənin 318.1-ci maddəsinə tövsif edilməsi qanuni, əsaslı və işin faktiki hallarına uyğun olmuşdur. Odur ki, kassasiya protestinin bu hissədə irəli sürülmüş dəlilləri əsassız hesab edilir. Məhkum Məhkum müdafiəçisi müdafiəçi1 kassasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, məhkum Məhkum ona elan edilmiş ittiham üzrə təqsiri mötəbər sübutlarla təsdiq edilmədiyi halda, məhkəmələr tərəfindən əsassız və qanunsuz olaraq onun barəsində ittiham hökmü çıxarılmışdır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini cinayət işinin materialları ilə əlaqəli şəkildə araşdıraraq, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və həmin dəlilləri əsassız hesab edir. Apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası CPM-in 139 və 144–146cı maddələrinin tələblərinə uyğun olaraq iş üzrə təqdim edilmiş sübutları – məhkumun ifadəsini, şahidlərin ifadələrini, məhkəmə ekspertizalarının rəylərini, istintaq hərəkətlərinin protokollarını və işin digər materiallarını tədqiq edib qiymətləndirərək müəyyən etmişdir ki, Məhkum İran İslam Respublikasının vətəndaşı Əlirza adlı şəxslə qabaqcadan əlbir olaraq narkotik vasitələri Azərbaycan Respublikasına gətirmək məqsədilə dövlət sərhədini qanunsuz keçməklə İran İslam Respublikası ərazisinə getməsi, oradan Azərbaycan Respublikasına qaçaqmalçılıq yolu ilə satış məqsədi ilə külli miqdarda narkotik vasitələr gətirməsi, yəni Azərbaycan Respublikası CM-in 206.3.2, 234.4.1, 234.4.3 və 318.1-ci maddələrində nəzərdə tutulmuş cinayətləri törətməsi iş üzrə toplanmış sübutlarla tam təsdiq olunmuşdur. Məhkəmə kollegiyası cinayət işinin materiallarını, habelə məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusunu araşdıraraq belə nəticəyə gəlir ki, birinci və apellyasiya instansiyası məhkəmələri sübutlara düzgün hüquqi qiymət vermiş, həmin sübutlar Məhkum Azərbaycan Respublikası CM-in 206.3.2, 234.4.1, 234.4.3 və 318.1-ci maddələrində nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli olması barədə qəti nəticəyə gəlmək üçün kifayət etmişdir. Apellyasiya instansiyası məhkəməsi əsaslı olaraq qeyd etmişdir ki, Məhkum özünü təqsirli bilməməsi, habelə ifadəsində işin faktiki hallarını şübhə altına almağa yönəlmiş xüsusatları göstərməsi cinayət işi üzrə toplanmış sübutların məcmusu ilə təkzib olunur. Buna görə də məhkəmə onun bu mövqeyini cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyan müdafiə üsulu kimi qiymətləndirmişdir. Məhkəmə kollegiyası da apellyasiya instansiyası məhkəməsinin bu hissədə gəldiyi nəticəni qanuni, əsaslı və iş materiallarına uyğun hesab edir. Məhkəmə kollegiyasının qənaətinə görə, məhkəmələr Məhkum qeyd olunan cinayət əməllərini törətməsi barədə yekun nəticəyə gələrkən ibtidai istintaq orqanı tərəfindən toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutları düzgün qiymətləndirmişlər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Həmin Məcəlləyə görə hökm Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət- Prosessual Məcəlləsinin, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin və digər qanunların tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab olunur. Azərbaycan Respublikası CPM-in 349.5-ci maddəsinə əsasən məhkəmənin hökmü o halda əsaslı hesab edilir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslansın, həmin sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etsin və məhkəmənin müəyyən etdiyi hallar tədqiq olunmuş sübutlara uyğun gəlsin. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin cinayət və cinayətprosessual qanunvericiliyinin tələblərinə riayət etməsini yoxlayaraq müəyyən edir ki, məhkəmə iş üzrə nəticəyə gələrkən hansı sübutlara əsaslandığını və həmin sübutlara hansı səbəblərdən üstünlük verdiyini hökmdə ətraflı göstərmişdir. Məhkəmə kollegiyası məhkum Məhkum təqsirinə və əməlinin hüquqi tövsifinə dair məhkəmələrin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olduğunu, həmçinin məhkumun təqsiri müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPM-in 144–146cı maddələrinin tələblərinə uyğun qiymətləndirildiyini nəzərə alaraq həmin nəticəni qanuni və əsaslı hesab edir. Məhkum Məhkum əməllərinin cinayət olmasını aradan qaldıran, habelə onun cinayət məsuliyyətindən azad edilməsinə əsas verən hər hansı hal müəyyən edilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin qərarından görünür ki, məhkəmə yuxarıda qeyd olunan halları müəyyən edərkən konkret və mötəbər sübutlara əsaslanmışdır. Cinayət işinin materialları da həmin sübutların mötəbərliyini şübhə altına almağa əsas verən hər hansı halın mövcud olmadığını təsdiq edir. Bundan əlavə, məhkəmə kollegiyasının qənaətinə görə nə birinci instansiya məhkəməsi, nə də apellyasiya instansiyası məhkəməsi sübutların araşdırılmasında hər hansı bir kobud qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmiş, yekun məhkəmə qərarları qəbul edilərkən yol verilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verilmişdir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası nəticəyə gəlir ki, məhkum Məhkum Azərbaycan Respublikası CM-in 206.3.2, 234.4.1, 234.4.3 və 318.1-ci maddələri ilə təqsirli olması sübuta yetirilmişdir və məhkum barəsində cinayət təqibinə xitam verilməsi üçün qanuni əsaslar yoxdur. Kassasiya şikayətinin dəlilləri əsassızdır. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi məhkumlara cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 41.2 və 58.3-cü maddələrinin tələblərini düzgün nəzərə almışdır. Azərbaycan Respublikası CPM-in 416.1-ci maddəsində göstərilmiş hallarda kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsinin Məhkum və İmanov Ramin İsa oğlu barələrindəki hökmünün ləğv olunması və yaxud dəyişdirilməsinə əsas ola biləcək qanunda göstərilmiş hallardan heç biri iş üzrə müəyyən edilməmişdir. Yuxarıda qeyd edilən halları nəzərə alaraq, məhkəmə kollegiyası kassasiya protestinin və kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq həmin protest və şikayətin təmin edilmədən, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 03 dekabr 2025-ci il tarixli 1(106)-564/2025 nömrəli hökmünün dəyişdirilmədən saxlanılmasını qanuni və əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALIR: Kassasiya protesti təmin edilməsin. Kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası CM-in 206.3.2, 234.4.1, 234.4.3 və 318.1-ci maddələri ilə, İmanov Ramin İsa oğlunun Azərbaycan Respublikası CM-in 318.1-ci maddəsi ilə məhkum edilmələrinə dair Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 03 dekabr 2025-ci il tarixli 1(106)-564/2025 nömrəli hökmü kassasiya protesti və kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(1-8)-302/2026
Ali Məhkəmə Qərar — İş №1(1-8)-302/2026
10.06.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver