Məhkəmə qərarları › İş №1(1-8)-304/2026

Ali Məhkəmə Qərar — İş №1(1-8)-304/2026

15.05.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(1-8)-304/2026 15.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası hakimlər Nəsibov Hafiz Qənbər oğlu (sədrlik edən və məruzəçi), Muxtarov Teyyub Asif oğlu və Hüseynov Zaur Nazim oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X2, məhkum Məhkum və onun müdafiəçisi – Bakı Şəhəri ** saylı XXX5nun vəkili müdafiəçi2 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının ## ###### 2025-ci il tarixli *(***)-***/**** nömrəli qərarından məhkum Məhkum müdafiəçisi müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkməsinin # ###### 2024-cü il tarixli *(***)-****/**** nömrəli hökmü ilə (sədrlik edən hakim F.A.Məmmədov, hakimlər A.B.Sadıqov və M.N.Kərimovadan ibarət məhkəmə tərkibi) Məhkum (## #### 1998-ci ildə ünvan3ndə anadan olmuş, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, faktiki ünvan 2 ünvanında yaşamış) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinib 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Məhkum cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin ## ##### 2024-cü il tarixdən hesablanması, Məhkum narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirin təyin edilməsi və ərazi narkoloji dispanserində qeydiyyata götürülməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının ## ###### 2025-ci il tarixli *(***)-***/**** nömrəli qərarı ilə (sədrlik edən və məruzəçi hakim Z.V.Əhmədov, hakimlər F.Ə.Qəniyev və Ə.Q.Ələkbərovdan ibarət məhkəmə tərkibi) məhkum Məhkum müdafiəçisi müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin # ###### 2024-cü il tarixli *(***)-****/**** nömrəli hökmü dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının ## ###### 2025-ci il tarixli *(***)-***/**** nömrəli qərarından məhkum Məhkum müdafiəçisi müdafiəçi2 tərəfindən kassasiya şikayəti verilmişdir. Işin halları: Məhkəmənin hökmünə əsasən Məhkum qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və külli miqdarda psixotrop maddə əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və külli miqdarda psixotrop maddə əldə etmə, saxlama, daşıma və satma barədə şəxsiyyəti istintaqla araşdırılan “X5” adlı şəxs ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə aralarında olan cinayətkar sövdələşməyə əsasən Məhkum “X5” adlı şəxsin bildirdiyi yerdən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda - 12,240 qram çəkidə narkotik vasitə kokain, tərkibində psixotrop maddə metilendioksimetamfetaminin (MDMA) təsiredici maddəsinin ümumi miqdarı külli miqdar - 9,556 qram təşkil edən ekstazi həbləri, xeyli miqdarda 69,866 qram çəkidə narkotik vasitə - qurudulmuş marixuana, xeyli miqdarda - 1,960 qram çəkidə psixotrop maddə metamfetamin əldə edib yaşadığı Bakı şəhəri, ünvan 2 ünvanına daşımaqla orada saxlamış, bu barədə daxil olmuş məlumat əsasında XX5nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat - axtarış tədbiri nəticəsində Məhkum yaşadığı ünvan 2 ünvanına ## ##### 2024-cü il tarixdə saat 01:24-dən etibarən keçirilən baxış zamanı yataq otağındakı dolabdan 1 ədəd dəmir qutuda xeyli miqdarda - 60 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana, 3 ədəd polietilendə ayrı-ayrılıqda çəkiləri 3,982 qram, 3,988 qram və 1,896 qram olmaqla ümumi çəkisi xeyli miqdarda 9,866 qram çəkidə narkotik vasitə - qurudulmuş marixuana, 1 ədəd polietilendə xeyli miqdarda - 1,960 qram çəkidə psixotrop maddə metamfetamin, 1 ədəd qırmızı qapaqlı plastik qabda külli miqdarda -12,240 qram çəkidə narkotik vasitə kokain, 1 ədəd şəffaf polietilendə tərkibində psixotrop maddə metilendioksimetamfetaminin (MDMA) təsiredici maddəsinin ümumi miqdarı külli miqdar - 7,236 qram təşkil edən 36 ədəd ağ rəngli ekstazi həbləri və 1 ədəd şəffaf polietilendə tərkibində psixotrop maddə metilendioksimetamfetaminin (MDMA) təsiredici maddəsinin ümumi miqdarı xeyli miqdar - 2,32 qram təşkil edən 16 ədəd göy rəngli ekstazi həbləri, üzərində psixotrop maddə metamfetaminin izləri olan 1 ədəd gümüşü rəngli elektron tərəzi aşkar edilərək götürülmüşdür. Kassasiya şikayətinin dəlilləri: Məhkum Məhkum müdafiəçisi müdafiəçi2 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, cinayət prosesində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin sübutlar və sübutetməyə dair normalarının tələbləri pozulmuş, əməliyyataxtarış tədbiri olaraq Məhkum yaşadığı evə baxışın və götürmənin pozuntularla həyata keçirilməsinə, ibtidai istintaqın gedişində Məhkum polis əməkdaşları tərəfindən qanunsuz psixoloji təsir göstərilməklə və zor tətbiq olunmaqla “etirafedici” ifadələr verməyə məcbur edilməsinə və ondan evinə baxış keçirilməsinə razılıq verməsi barədə ərizənin alınmasına, ibtidai istintaq zamanı müdafiəçi ilə vaxtında təmin olunmamasına icraatı aparan orqanlar, o cümlədən məhkəmələr tərəfindən əhəmiyyət verilməyib müvafiq tədbirlərin gedişində əldə olunmuş sübut kimi yolverilməz olan materiallardan ittihamın əsaslandırılmasında istifadə olunmuş, birinci instansiya məhkəməsində verdiyi müstəsna olaraq narkotik vasitələrin istifadəçisi olmasına və heç kimə narkotik vasitə satmamasına, yaşadığı evdən aşkarlanmış kimi rəsmiləşdirilən narkotik vasitələrə və psixotrop maddələrə əslində onun aidyyətinin olmamasına dair ifadəsi isə nəzərə alınmamış, nəticədə Məhkum ona isnad edilən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı cinayət əməllərini törətmədiyi, yəni təqsirliliyi sübuta yetirilmədiyi, əməlində cinayət tərkibi olmadığı halda, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib ağır cəzaya məhkum edilmişdir. Müdafiəçi müdafiəçi2 kassasiya şikayətində göstərilənlərə əsasən Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının ## ###### 2025-ci il tarixli *(***)-***/**** nömrəli qərarının ləğv edilməsini, Məhkum barəsində cinayət işi üzrə icraata bəraətverici əsasla xitam verilməsinə dair qərarın çıxarılmasını xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkum Məhkum müdafiəçisi müdafiəçi2 kassasiya şikayətində cinayət işi üzrə icraatı aparan orqanlar, o cümlədən məhkəmələr tərəfindən sübutlar və sübutetməyə dair Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinin pozulduğunu, nəticədə Məhkum təqsirliliyi mümkün və mötəbər sübutlar vasitəsi ilə sübuta yetirilmədiyi və əməlində cinayət tərkibi olmadığı halda əsassız və qanunsuz olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinib ağır cəzaya məhkum olunduğunu iddia etməklə, faktiki olaraq apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi, Məhkum barəsində cinayət işi üzrə icraata bəraətverici əsasla xitam verilməsi barədə kassasiya tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.2, 416.1.3, 416.1.6, 416.1.11, 416.1.21-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. Odur ki, məhkəmə kollegiyası müdafiəçinin kassasiya şikayətini Azərbaycan Respublikası CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının ## ###### 2025-ci il tarixli *(***)-***/**** nömrəli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Kassasiya şikayətində iddia olunanların əksinə olaraq cinayət işinin materiallarından görünür ki, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasına dair əməliyyat məlumatı ilə əlaqədar Məhkum onun yaşadığı evə keçirilən baxışın gedişində aşkarlanmış 12,240 qram (külli miqdarda) kokain, 69,866 qram (xeyli miqdarda) qurudulmuş marixuana narkotik vasitələrinə, tərkibində psixotrop maddə metilendioksimetamfetaminin (MDMA) təsiredici maddəsinin ümumi miqdarı külli miqdar - 9,556 qram təşkil edən 52 ədəd ekstazi həblərinə, xeyli miqdarda - 1,960 qram psixotrop maddə metamfetaminə aidiyyəti, həmin narkotik vasitələri və psixotrop maddələri hazırkı qərarın “Işin halları” bölməsində təsvir olunduğu kimi qanunsuz olaraq satış məqsədi ilə şəxsiyyəti istintaqla araşdırılan “X5” adlı şəxslə qabaqcadan əlbir olaraq əldə edib yaşadığı ünvan6-da yerləşən *** nömrəli mənzilə daşıyaraq orada saxlaması sübut etmə predmetinə daxil olan həmin məsələlər üzrə yekun nəticəyə gəlmək üçün kifayət edən, CPM-in 143-146-cı maddələrinə müvafiq surətdə tədqiq edilmiş, o cümlədən yoxlanılaraq mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilmiş sübutların məcmusu (videoçəkilişlə müşayiət edilən Məhkum yaşadığı mənzilə baxış keçirilməsinə və əşyaların götürülməsinə dair ## ##### 2024-cü il tarixli protokol, baxışın gedişində, habelə şübhəli və təqsirləndirilən şəxs qismində 2024-cü ilin #### ##### tarixlərində dövlət hesabına müdafiəçi qismində təyin edilmiş ** saylı XXnun vəkili X6in iştirakı ilə dindirilərkən Məhkum ittihamın məzmununa uyğun olaraq verdiyi etirafedici məlumatlar, məhkəmədə və ibtidai istintaqda şahid qismində dindirilmiş (mənzilə baxış keçirilməsində iştirak etmiş) polis əməkdaşları şahid1 və şahid2 ifadələri, məhkəmə-kimyəvi ekspertizasının ## ##### 2024-cü il tarixli rəyi, ambulator məcburi-narkoloji tibbi yoxlamanın ## #### 2024-cü il tarixli **** nömrəli rəyi, Məhkum istifadəsində olmuş mobil telefonun yaddaşındakı məlumatlara baxış keçirilməsi haqqında protokol və baxışın gedişində aşkarlanmış “sms” yazışmalarının mətnləri və s. materiallar) əsasında müəyyən edilmişdir. Müdafiə tərəfinin Məhkum ittihamda göstərilən narkotik vasitələrə və psixotrop maddələrə aidiyyətinin olmaması, heç vaxt psixotrop maddələrin və narkotik vasitələrin satışı ilə məşğul olmaması və yalnız onların istehlakçısı olması barədə dəlilləri birinci instansiya məhkəməsində ətraflı araşdırıldıqdan sonra apellyasiya instansiyası məhkəməsi tərəfindən də yoxlanılmış, məhkəmələr həmin dəlillərin yuxarıda qeyd edilən məhkəməyədək icraatın gedişində toplanaraq məhkəmədə baxılmış sübutların məcmusu ilə, o cümlədən Məhkum özünün müdafiəçinin iştirakı ilə şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən ittihama uyğun etirafedici ifadələr verməsi, onun psixotrop maddənin yayılması ilə bağlı digər şəxslə əlaqə saxladığını əks etdirən mobil telefon yazışmaları ilə təkzib olunması haqqında nəticəyə gəlmişlər. Məhkəmələrin müdafiə tərəfinin sözügedən iddiasını rədd edərkən Məhkum yaşadığı evdə iki növdə narkotik vasitələrin və iki növdə psixotrop maddələrin aşkarlanmasına, aşkar edilmiş kokain narkotik vasitəsinin və MDMA psixotrop maddəsinin (ekstazi həblərinin) “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbasycan Respublikasının ## #### 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş müvafiq olaraq “Narkotik vasitələr” “İ Siyahı”sına və “Psixotrop maddələr” “II Siyahı”sına əsasən külli miqdar təşkil etmələrinə, qurudulmuş marixuana isə xeyli miqdar təşkil etsə də onun bükümlərə ayrılmış vəziyyətdə olmasına, narkotik vasitələrlə və psixotrop maddələrlə birlikdə üzərində metamfetaminin izlərini daşıyan elektron tərəzinin aşkarlanmasına istinad etmələrində də məhkəmə kollegiyası hər hansı səhv görmür (“İ Siyahı”ya əsasən kokainin külli miqdarının aşağı həddi 1 qram, qurudulmuş marixuananın xeyli miqdarının aşağı həddi 5 qram, “II Siyahı”ya əsasən metamfetaminin xeyli miqdarın aşağı həddi 0,15 qram, MDMA psixotrop maddəsinin külli miqdarının aşağı həddi 5 qram təşkil edir). Müdafiə tərəfinin yuxarıda qeyd edilən etirafedici ifadələrin Məhkum zor tətbiq edilməklə, qanunsuz təsir göstərilməklə, onun müdafiə hüquqlarının pozulması ilə əldə edilməsi barədə iddiası da məhkəmələr tərəfindən araşdırılmış, birinci instansiya məhkəməsi kimi, apellyasiya instansiyası məhkəməsi də bu iddianın əsassız olması barədə nəticəyə gəlmişdir. Məhkəmələr belə nəticəyə gələrkən, o cümlədən ona əsaslanmışlar ki, Məhkum tutulduqdan sonra müdafiəçinin iştirakı ilə şübhəli şəxs və təqsirləndirilən şəxs qismində dindirilərkən ona zor tətbiq edildiyini və ya başqa şəkildə qanunsuz təsir göstərildiyini deməmiş, əksinə ifadələrində belə halların olmadığını bildirmişdir. Bundan başqa, məhkəmələr sözügedən məsələ üzrə nəticəyə gələrkən onu da nəzərə almışlar ki, birinci instansiya məhkəməsinin sorğusu əsasında Bakı Istintaq Təcridxanasının verdiyi ## ####### 2024-cü il tarixli məktuba əsasən Məhkum ilkin müayinədən keçirilərkən zədə və xəsarətlər almadığını, köhnə kəsiklərdən sonra sağ saidində və qaşları arasında qalmış çapıq izlərinin isə əvvəllər özü-özünə yetirdiyi xəsarətlərdən yarandığını bildirmişdir. Odur ki, məhkəmə heyəti Məhkum ona isnad edilən, hazırki qərarın “Işin halları” bölməsində təsvir edilmiş hərəkətləri törətməsinə və bu hallara müvafiq olaraq Məhkum əməllərinin hüquqi tövsifinə, onun CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirliliyinə dair birinci və apellyasiya instansiyası məhkəmələrinin gəldikləri nəticələri şübhə altına almaq üçün əsas görmür. Yuxarıda təhlil edilən məsələlər üzrə olduğu kimi, Məhkum cəzanın təyin edilməsi məsələsi həll edilərkən və bununla bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin əsaslılığı və qanuniliyi apellyasiya qaydasında yoxlanılarkən də hər hansı pozuntuya yol verilməmiş, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara, cəzanın təyin edilməsinin ümumi əsaslarına, cəzanın məqsədlərinə dair Cinayət Məcəlləsinin müvafiq olaraq 59, 61, 58.3, 41.2-ci maddələrinin tələblərinə əməl edilmiş, Məhkum ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsi və yaşayış yeri üzrə müsbət xarakterizə olunması cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirilib cəzanı ağırlaşdıran heç bir hal müəyyən edilməmiş, Cinayət Qanununun 8-ci maddəsində təsbit olunmuş ədalət prinsipi gözlənilmiş, Məhkum CM-in 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasının aşağı həddinə yaxın - 6 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Qeyd olunanlar məhkəmələr tərəfindən Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 416.1-ci maddəsində sadalanan, o cümlədən kassasiya şikayətində birbaşa qeyd edilən və yaxud şikayətlə ehtiva olunan 416.1.2, 416.1.3, 416.1.6, 416.1.11, 416.1.16, 416.1.21-ci maddələrində təsbit olunmuş pozuntulara yol verilmədiyini, müdafiəçinin kassasiya şikayətinə baxılması nəticəsində onun təmin edilməsi, apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi və yaxud dəyişdirilməsi üçün əsasların müəyyən olunmadığını göstərir. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməsinə dair müdafiəçinin və məhkumun, habelə kassasiya şikayətinin təmin edilməməsinə dair dövlət ittihamçısının çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan ## ###### 2025-ci il tarixli *(***)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum Məhkum müdafiəçisi müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan ## ###### 2025-ci il tarixli *(***)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar