Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(1-8)-305/2026 10.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Teyyub Asif oğlu Muxtarov və İlqar Xanlar oğlu Cəfərovdan ibarət tərkibdə, Pərviz Müseyib oğlu Hacıyevin katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 11 fevral 2025-ci il tarixli 1(105)-165/2025 nömrəli qərarından məhkum Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Fəmin Hümbətov (sədrlik edən və məruzəçi), Hafiz Əliyev və Aynur Rzayeva) 12 dekabr 2024-cü il tarixli 1(124)-676/2024 nömrəli hökmü ilə 19 aprel 1997-ci ildə Quba şəhərində doğulmuş, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Quba rayonu, İkinci Nüvədi kəndində qeydiyyatda olmaqla, Sumqayıt şəhəri, 41-ci məhəllə, yataqxana 1, mənzil 13 ünvanında yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 228.2.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, CMin 228.2.1-ci maddəsi ilə 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası, CMin 234.4.1 və 234.4.3-cü maddələri ilə 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu qəti olaraq 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin başlanğıcı 19 fevral 2024-cü il tarixdən hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum qanunsuz olaraq odlu silah, onun komplekt hissələri, döyüş sursatı, həmçinin satış məqsədilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə metamfetamin, xeyli miqdarda narkotik vasitə tiryək və xeyli miqdarda narkotik vasitə qurudulmuş marixuana əldə etmə, saxlama, daşıma və Azərbaycan Respublikası ərazisində satışının təşkil edilməsinə köməklik göstərəcəyi barədə sosial şəbəkə vasitəsilə tanış olduğu şəxsiyyəti istintaqa “Elnur” kimi məlum olan İran İslam Respublikası vətəndaşı ilə istifadəsində olan “Samsung” markalı mobil telefon avadanlığında quraşdırılmış “Whatsapp” proqram təminatından istifadə etməklə əlaqə saxlayıb, əvvəldən vəd verməklə onunla razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya və rol bölgüsünə əsasən İran İslam Respublikası vətəndaşı “Elnur” adlı şəxsin şəxsiyyətləri istintaqa məlum olmayan qeyriləri vasitəsilə qanunsuz olaraq satış məqsədi ilə 01 ədəd 2469321 №-li, 5,45 kalibrli olmaqla, zavod üsulu ilə keçmiş SSRİ dövlətində 1983-cü ildə silah zavodunda istehsal olunmuş, AK-74 modelli, Kalaşnikov konstruksiyalı, texniki cəhətdən saz və atəş üçün yararlı olan, hər hansı bir hissəsi kustar üsulla dəyişikliyə məruz qalmayan yivli odlu silah olan avtomatın, zavod üsulu ilə keçmiş SSRİ dövlətində silah zavodunda istehsal olunmuş 40 ədəd 5,45x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Kalaşnikov konstruksiyalı RPK- 74 modelli əl pulemyotların komplekt hissəsi olan, texniki cəhətdən saz və istifadəyə yararlı 01 ədəd darağın, zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 5,45x39 mm kalibrli olmaqla, həmin kalibrli Kalaşnikov konstruksiyalı silahdan atəş açmaq üçün nəzərdə tutulmuş, döyüş sursatı hesab edilən və atəş üçün yararlı 17 ədəd ştat patronların, həmçinin külli miqdarda ümumi çəkisi 39,263 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetaminin, xeyli miqdarda ümumi çəkisi 23,878 qram narkotik vasitə tiryəkin və xeyli miqdarda ümumi çəkisi 385,0 qram narkotik vasitə qurudulmuş marixuananın olduğu 01 ədəd qara rəngli idman çantasını Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində yerləşən “Bravo” Supermarketin arxa tərəfində gizlədərək həmin bağlamanın və yerin fotoşəkillərini Məhkum istifadəsində olan “Samsung” markalı mobil telefon avadanlığında quraşdırılmış “Whatsapp” proqram təminatına göndərmiş, sonuncu şəxsiyyəti istintaqa “Elnur” kimi məlum olan İran İslam Respublikası vətəndaşının göndərdiyi 01 ədəd odlu silah olan avtomatı, 01 ədəd darağı, 17 ədəd ştat patronlarını, külli miqdarda psixotrop maddə metamfetamini, xeyli miqdarda narkotik vasitə tiryəki və marixuananı satış məqsədi ilə həmin yerdən qanunsuz əldə etmək üçün həmin ünvana gedərək qeyd olunanları gizlədilmiş yerdən götürüb daşımaqla üzərində saxlamış, Sumqayıt ŞPİ-nin CAŞ-nin əməkdaşları tərəfindən 19 fevral 2024-cü il tarixdə, saat 22:03-də Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində yerləşən “Bravo” marketin arxasında keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq Sumqayıt ŞPİ-nə gətirilib üzərinə şəxsi axtarış aparılan zaman sağ əlində olan qara rəngli parça materialdan hazırlanmış idman çantasının içərisindən həmin AK-74 modelli, Kalaşnikov konstruksiyalı, texniki cəhətdən saz və atəş üçün yararlı olan odlu silah, həmin kalibrli Kalaşnikov konstruksiyalı RPK-74 modelli əl pulemyotların komplekt hissəsi olan, texniki cəhətdən saz və istifadəyə yararlı 01 ədəd daraq, 5,45x39 mm kalibrli olmaqla, həmin kalibrli Kalaşnikov konstruksiyalı silahdan atəş açmaq üçün nəzərdə tutulmuş, döyüş sursatı hesab edilən və atəş üçün yararlı 17 ədəd ştat patronları, həmçinin külli miqdarda ümumi çəkisi 39,263 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, xeyli miqdarda ümumi çəkisi 23,878 qram narkotik vasitə tiryək və xeyli miqdarda ümumi çəkisi 385,0 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Ruhiyyə Əsgərova (sədrlik edən və məruzəçi), Məhəmmədəli Rzayev və Rəşadət Ağayev) 11 fevral 2025-ci il tarixli 1(105)-165/2025 nömrəli qərarı ilə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 12 dekabr 2024-cü il tarixli 1(124)-676/2024 nömrəli hökmü dəyişdirilmədən saxlanılmış, məhkum Məhkum tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Məhkum Məhkum kassasiya şikayəti verərək Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 11 fevral 2025-ci il tarixli 1(105)-165/2025 nömrəli qərarının ləğv edilməsini və əməlinin CM-in 234.1-1-ci maddəsinə tövsif edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsində işinə baxılarkən prosessual pozuntulara yol verilmişdir. O, həbs olunarkən həbs protokolu düzgün tərtib olunmamış, təzyiq altında məhkəmə sənədlərinə imza etdirilmiş, onda 20 qram narkotik maddə olduğu halda külli miqdarda narkotik maddənin və avtomat odlu silahın aşkar edilməsi rəsmiləşdırılmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, dövlət ittihamçısının çıxışını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkum Məhkum kassasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, onun əməli əsassız olaraq Azərbaycan Respublikası CM-in 228.2.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edilmişdir. Məhkumun fikrincə onun əməli Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsinə tövsif edilməlidir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibət bildirərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-in 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllədə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası CM-in 228.1-ci maddəsinə görə qanunsuz olaraq odlu silahın, onun komplekt hissələrinin, döyüş sursatının (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələrin və ya partlayıcı qurğuların əldə edilməsi, başqasına verilməsi, satılması, saxlanılması, daşınması və ya gəzdirilməsi cinayət məsuliyyətinə səbəb olur. Eyni əməllərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi daha ağır həmin Məcəllənin 228.2.1-ci maddəsi ilə cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsinin dispozisiyasına əsasən, satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə, saxlama, hazırlama, emal etmə və ya daşıma cinayət məsuliyyəti yaradır. Həmin Məcəllənin 234.4.1 və 234.4.3-cü maddələrinin dispozisiyalarından görünür ki, həmin maddələrdə nəzərdə tutulmuş cinayət tərkiblərini CM-in 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət tərkibindən fərqləndirən əsas hüquqi əlamətlər qanunsuz dövriyyənin satış məqsədi ilə həyata keçirilməsi və əməlin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsidir. Azərbaycan Respublikası CPM-in 139-cü maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Birinci və apellyasiya instansiyası məhkəmələri ittiham tərəfi tərəfindən təqdim edilmiş sübutları – məhkumun və şahidlərin ifadələrini, məhkəmə ekspertizalarının rəylərini, istintaq hərəkətlərinin protokollarını və işin digər materiallarını Azərbaycan Respublikası CPM-in 144–146-cı maddələrinin tələblərinə uyğun olaraq tədqiq edib qiymətləndirərək belə nəticəyə gəlmişlər ki, Məhkum istintaqla şəxsiyyəti müəyyən edilməmiş şəxslə qabaqcadan əlbir olaraq qanunsuz odlu silahı və döyüş sursatlarını, habelə külli miqdarda narkotik vasitəni və psixotrop maddəni əldə edib daşıması cinayət işi üzrə toplanmış sübutların məcmusu ilə tam təsdiq olunmuşdur. Məhkəmə kollegiyası məhkəmə iclasında tədqiq edilmiş sübutlara və cinayət işinin materiallarına əsaslanaraq hesab edir ki, həmin sübutların məcmusu məhkumun Azərbaycan Respublikası CM-in 228.2.1, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi barədə mötəbər və qəti nəticəyə gəlməyə kifayət edir. Ona görə də, məhkəmə kollegiyası birinci və apellyasiya instansiyası məhkəmələrinin gəldiyi nəticələrlə razılaşaraq hesab edir ki, Məhkum Azərbaycan Respublikası CM-in 228.2.1, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi və həmin əməllərdə təqsirli olması iş üzrə toplanmış sübutların məcmusu ilə tam sübuta yetirilmiş, məhkəmələrin bu barədə gəldiyi nəticə isə işin faktiki hallarına və cinayət işi üzrə toplanmış sübutlara tam uyğundur. Odur ki, məhkum edilmiş şəxs Məhkum əməlləri Azərbaycan Respublikası CM-in 228.2.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayətin tərkibini yaratdığı üçün həmin əməlin yuxarıda göstərilən maddələrlə tövsif edilməsini məhkəmə kollegiyası düzgün sayır. Kassasiya şikayətinin məhkumun əməlinin tövsifi barədə dəlilləri əsassızdır. Belə ki, məhkum Məhkum ondan aşkar edilmiş narkotik vasitəni satış məqsədi olmadan, şəxsi istehlakı üçün 20 qram miqdarında əldə etməsi, habelə üzərində odlu silah və döyüş sursatının olmaması barədə dəlilləri cinayət işi üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu ilə təkzib edilir. Bu səbəbdən, ona verilmiş ittihamın faktiki əsasını təşkil edən hallar məhkəmə kollegiyasında heç bir əsaslı şübhə doğurmur. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini cinayət işinin materialları və işə baxan məhkəmələr tərəfindən tədqiq edilmiş sübutlarla müqayisəli şəkildə tədqiq edərək belə nəticəyə gəlir ki, məhkəmələr işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutları Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrində göstərilən qaydada tədqiq etmiş, qiymətləndirmiş, sübutlara onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə düzgün qiymət vermiş, Məhkum Azərbaycan Respublikası CM-in 228.2.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilərkən qanunsuz yolla əldə edilmiş sübutlardan istifadə etməmişlər. Məhkəmə kollegiyası qeyd edir ki, işə baxan məhkəmələr tərəfindən “İnsan Hüquqlarının və Əsas Azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin tələblərinə riayət edilmiş, iş üzrə açıq və çəkişmə prinsipinə riayət edilməklə ədalətli məhkəmə araşdırması aparılmış, istər işin ibtidai istintaqı zamanı, istərsə də məhkəmə araşdırmaları zamanı məhkumun müdafiə hüququ təmin edilmişdir. Odur ki, məhkəmə kollegiyası məhkumun əməlinin düzgün tövsif edilməməsi barədə kassasiya şikayətinin dəlillərini əsassız olduğundan qəbul etmir və apellyasiya məhkəməsinin mübahisələndirilən qərarının qanuni və əsaslı olması barədə nəticəyə gəlir. Məhkəmə kollegiyası işə baxan məhkəmələrin Məhkum cinayət əməllərinin sübuta yetirilməsinə və onun tövsifinə dair nəticələri iş materiallarına uyğun olduğu üçün bu nəticə ilə razılaşır və belə hesab edir ki, məhkum Məhkum cinayət əməli məhkəmələr tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.2.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edilmişdir. Məhkəmələr məhkum Məhkum cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 41.2 və 58.3-cü maddələrinin tələblərini düzgün nəzərə almışdır. Məhkəmə kollegiyası işə baxan məhkəmələrin məhkum Məhkum təyin etdiyi cəzanın növü və həddi ilə qanuni və ədalətli olduğundan razılaşır. Belə olan halda, məhkəmə kollegiyası cinayət işinin materiallarını və cinayət-prosessual qanunvericiliyinin tələblərini nəzərə alaraq Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 11 fevral 2025-ci il tarixli 1(105)-165/2025 nömrəli qərarından məhkum Məhkum tərəfindən verilmiş kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və belə nəticəyə gəlir ki, həmin şikayət təmin edilməməli, mübahisələndirilən qərar isə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALIR: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Məhkum Azərbaycan Respublikası CM-in 228.2.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 11 fevral 2025-ci il tarixli 1(105)-165/2025 nömrəli dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(1-8)-305/2026
Ali Məhkəmə Qərar — İş №1(1-8)-305/2026
10.06.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver