Məhkəmə qərarları › İş №1(1-8)-306/2026

Ali Məhkəmə Qərar — İş №1(1-8)-306/2026

15.05.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(1-8)-306/2026 15.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Hüseynov Zaur Nazim oğlu (sədrlik edən və məruzəçi), Muxtarov Teyyub Asif oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Ibişova Səbinə Şirazi qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə Idarəsinin prokuroru X3, Məhkum – Məhkum, Müdafiəçi – “Xəzər Konsaltinq” Vəkil Bürosunun vəkili müdafiəçi1, Zərərçəkmiş şəxs zərərçəkmiş şəxs2 nümayəndəsi – Nümayəndə iştirakları ilə, ##.##.1984-cü il tarixdə Füzuli rayonu Qorqan kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, Abşeron rayonu, Məmmədli kəndi, X2 yaşayış kompleksi ev 4, mənzil 1-də qeydiyyatda olan, ünvan 1 ünvanında yaşamış, hazırda azadlıqdan məhrum etmə növündə cəza çəkən, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – CM) 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum edilməsinə dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2026-cı il ## ###### tarixli *(***)-***/**** nömrəli qərarından məhkumun müdafiəçisi müdafiəçi1 tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDI: Abşeron Rayon Məhkəməsinin 2025-ci il ## ###### tarixli *(***)-***/**** nömrəli hökmü ilə (hakim C.Səfiyeva) Məhkum Azərbaycan Respublikası CM-in 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinərək, 2 (iki) il 4 (dörd) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, CM-in 69.3-cü maddəsinə əsasən hazırki cinayət işi üzrə ##.##.2024-cü il tarixdən ##.##.2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün müddətin ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılması, üzərində 2 (iki) il 3 (üç) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzasının saxlanılması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının əvvəlinin ##.##.2025-ci il tarixdən hesablanması hökm edilmişdir. Hökmdən məhkumun müdafiəçisi müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayətinə baxan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2026-cı il ## ###### tarixli *(***)-***/**** nömrəli qərarı ilə (hakimlər E.Əhmədov (sədrlik edən və məruzəçi), M.Rzayev və K.Muxtarov) apellyasiya şikayəti təmin edilməmiş, Abşeron Rayon Məhkəməsinin 2025-ci il ## ###### tarixli *(***)-***/**** nömrəli hökmü dəyişdirilmiş, “Konstitusiya və Suverenlik Ili” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 2025ci il ## ###### tarixli Qərarının 3.1-ci bəndinə əsasən Məhkum təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının ##.##.2025-ci il tarixə çəkilməmiş 2 (iki) il 24 (iyirmi dörd) gün hissəsi 6 ay azaldılmış və həmin tarixə onun çəkilməmiş cəzası 1 (bir) il 6 (altı) ay 24 (iyirmi dörd) gün müəyyən edilmiş, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2026-cı il ## ###### tarixli *(***)-***/**** nömrəli qərarından məhkumun müdafiəçisi müdafiəçi1 tərəfindən kassasiya şikayəti verilmişdir. Işin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum ona görə məhkum edilmişdir ki, o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə qonşuluğunda yaşayan zərərçəkmiş şəxs1 sonuncunun oğlu X1 Socar şirkətinə sürücü vəzifəsinə işə düzəldəcəyinə dair yalan vəd verib aldadaraq, ## ###### 2023-cü il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Zabrat-Kürdəxanı şosesində yerləşən “Göy Qurşağı” yaşayış massivi ev 4/1, mənzil 1 ünvanında 5000 manat pul alıb ələ keçirərək, zərərçəkmiş şəxs zərərçəkmiş şəxs1 5000 manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən “SOCAR”a işə düzəltməsi məqsədi ilə qonşusu zərərçəkmiş şəxs2 2024-cü ilin mart ayında 600 manat və 1500 manat olmaqla ümumilikdə ilkin 2100 manat, sonuncu dəfə isə ## ##### 2024-cü il tarixdə isə 1300 manat və 1700 manat olmaqla ümumilikdə 3000 manat pulu Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Zabrat- Kürdəxanı şosesində yerləşən “Göy Qurşağı” yaşayış massivi, ev 6/2, mənzil 97 ünvanında yerləşən ona məxsus olan mənzildə olan zaman sonuncunun kartına göndərməklə və bir hissəsini də nağd şəkildə olmaqla ümumilikdə 5100 manat pulu almaqla sonuncu da verdiyi vədlərə əməl etməyərək zərərçəkmiş şəxs2 xeyli miqdarda 5100 (beş min yüz) manat pulunu ələ keçirərək dələduzluq etmişdir. Kassasiya şikayətinin dəlilləri: Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmələr tərəfindən cinayət işi hərtərəfli, tam və obyektiv olaraq araşdırılmamış, sübutlar düzgün qiymətləndirilməmiş, nəticədə Məhkum təqsirliliyi sübuta yetirilmədiyi halda, əsassız və qanunsuz olaraq o, CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək məhkum edilmişdir. Belə ki, Məhkum məhkəmə istintaqı zamanı verdiyi ifadəsindən görünür ki, onun əməlində hər hansı cinayət tərkibi olmamış, ümumən qeyd olunan əməlləri törətməmişdir. Ibtidai istintaq zamanı da Məhkum zərərçəkmiş şəxs1 və zərərçəkmiş şəxs2 işə düzəltmək adı altında pul almasını nə etiraf etmiş, nə də ki, bu hal sübuta yetməmişdir. Belə ki, ittihamın sübutu kimi çıxış edən watsapp yazışmaları ilə bağlı qeyd edilməlidir ki, zərərçəkmiş şəxs1 ilə bağlı heç bir yazışma mövcud deyil, zərərçəkmiş şəxs2 ilə bağlı isə qarşılıqlı razılaşma əsasında zərərçəkmiş şəxs2 ərindən pulu almaq üçün yazışmalar olmuşdur. Həmin yazışmalarda 5100 manat qeydi mövcud deyil. Tərəflər arasında olan mübahisə borc münasibətlərindən irəli gəlir. Ibtidai istintaqın və məhkəmənin gəldiyi nəticəyə görə borc müqaviləsi üzrə götürülmüş öhdəliklər yerinə yetirilmədiyi halda dələduzluq cinayəti törətmiş olur. Bu absurd bir fikirdir. Belə ki, müqavilə öhdəliyini lazımınca icra etməmə mülki məsuliyyətə səbəb olur. Burada hər hansı cinayət əməlindən söhbət gedə bilməz. Məhkəmə istintaqı zamanı şahid Şahid və zərərçəkmiş şəxs zərərçəkmiş şəxs2 dindirilməsi zəruri olduğundan dindirilmələri xahiş olunsa da təmin edilməmişdir. Halbuki onların dindirilməsi işin obyektiv araşdırılmasına və həqiqətə nail olmasına xidmət etmiş olardı. Hətta qəbul olunsa ki, Məhkum zərərçəkmiş şəxs1 5000 manat və zərərçəkmiş şəxs2 3000 manat almışdır, belə olan halda belə onun əməli CM-in 178.2.2 və 178.2.4-cü maddələri deyil, 178.1-ci maddəsinin tərkib əlamətlərini yarada bilər. Müdafiəçi kassasiya şikayətində göstərilənlərə əsaslanaraq Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2026-cı il ## ###### tarixli qərarının ləğv edilməsini və Məhkum barəsində cinayət işi üzrə icraata bəraətverici əsaslarla xitam verilməsini, bu mümkün olmadıqda Məhkum əməlinin CM-in 178.1-ci maddəsınə tövsif edilərək, onun barəsində maddənin saksiyası daxilində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (CPMin) 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası CPM-in 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Müdafiəçi kassasiya şikayətində məhkəmələr tərəfindən sübutlar və sübutetməyə dair cinayət-prosessual qaydaların pozulduğunu, nəticədə Məhkum əməlində cinayət tərkibi olmadığına baxmayaraq əsassız olaraq CM-in 178.2.2, 178.2.4-cü maddələri ilə təqsirli bilindiyini iddia edərək, apellyasiya məhkəməsinin qərarının ləğv edilməsi, ona bəraət verilməsi və ya onun əməlinin təqsirli bilindiyi CM-in 178.2.2, 178.2.4-cü maddələrindən həmin Məcəllənin 178.1-ci maddəsinə tövsif edilməsi haqqında kassasiya tələblərini faktiki olaraq Azərbaycan Respublikası CPM-in 416.1.1-416.1.3, 416.1.6, 416.1.15-ci maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi təsbit olunmuş hallarla əlaqələndirmişdir. Odur ki, məhkəmə kollegiyası müdafiəçinin kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2026-cı il ## ###### tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir: Cinayət məsuliyyətinin əsaslarına dair Azərbaycan Respublikası CM-in 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Bu normanın mənasına görə şəxsin əməlində konkret cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə isnad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası CPM-in 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. CPM-in 145.1-ci maddəsinə əsasən “hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir”. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin (o cümlədən, əməldə cinayət tərkibinin əlamətlərinin olub-olmamasının) müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). Kassasiya şikayətindən görünür ki, kassator Məhkum CM-in 178.2.2, 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirliliyinin sübuta yetirilməməsi barədə iddia ilə çıxış edərək, Məhkum barəsində cinayət işi üzrə icraata bəraətverici əsaslarla xitam verilməsi, bu mümkün olmadıqda onun əməlinin CM-in 178.1-ci maddəsinə tövsif olunması barədə tələblər irəli sürmüşdür. Lakin Məhkum ona birinci instansiya məhkəməsinin hökmü ilə isnad edilən, apellyasiya instansiyası məhkəməsinin də razılaşdığı hazırkı qərarın “Işin halları” bölməsində təsvir edilmiş cinayətkar hərəkətləri törətməsi, müvafiq olaraq da onun əməlində CM-in 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayətlərin tərkibinin olması, onun həmin maddələr ilə təqsirliliyi birinci instansiya məhkəməsində Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinə uyğun şəkildə tədqiq edilmiş, apellyasiya məhkəməsi tərəfindən də təhlil edilmiş bir-biri ilə uzlaşan, mümkün və mötəbər sübutların məcmusu ilə müəyyən edilmişdir. Müdafiə tərəfinin Məhkum CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinməsinin mübahisələndirilməsi üzrə dəlilləri apellyasiya məhkəməsi tərəfindən də yoxlanılmış, məhkəmə həmin dəlillərin baxılmış sübutların məcmusu ilə, o cümlədən, zərərçəkmiş şəxslərin və şahidin ifadələri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanılmış digər sübutların məcmusu ilə təkzib olunması, onun əməlində CM-in həmin maddələrində nəzərdə tutulmuş cinayət tərkiblərinin olması, bu maddələr ilə onun təqsirli bilinməsini və cəzalandırılmasını istisna edən halların, yəni cinayət prosessual qanunun 42.1-ci maddəsinin təsbit etdiyi bəraətin əsaslarının olmaması haqqında nəticəyə gəlmişdir. Apellyasiya məhkəməsinin Məhkum barəsində verilmiş apellyasiya şikayəti üzrə gəldiyi nəticə apellyasiya şikayətində irəli sürülmüş (kassasiya şikayətində göstərilənlərlə eyni olan) iddiaların, bu iddialarla əlaqəli olan işin hallarının obyektiv araşdırılmasına, birinci instansiya məhkəməsində CPM-in 143-146-cı maddələrinə müvafiq qaydada tədqiq edilib qiymətləndirilmiş sübutlara əsaslandığından, kassasiya şikayətində isə apellyasiya məhkəməsinin gəldiyi nəticələri təkzib edə biləcək dəlillər gətirilmədiyindən, məhkəmə kollegiyası nə sübutları yenidən təsvir edib onları və kassasiya şikayətində göstərilənləri daha ətraflı şərh etmək, nə də birinci instansiya məhkəməsinin və onunla razılaşan apellyasiya məhkəməsinin çıxardıqları nəticələri, o cümlədən Məhkum CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli olması barədə yekun qənaətlərini şübhə altına almaq üçün heç bir əsas görmür. Müdafiəçi kassasiya şikayətində işin obyektiv araşdırılması üçün şahid Şahid və zərərçəkmiş şəxs zərərçəkmiş şəxs2 məhkəmədə dindirilmədiyini qeyd etsə də, iş materiallarından görünür ki, zərərçəkmiş şəxs Nümayəndə, eləcə də digər zərərçəkmiş şəxs zərərçəkmiş şəxs1 məhkəmə iclaslarında iştirak etmiş, məhkəmə istintaqı zamanı verdikləri ifadələrində ittihamda qeyd edilən məbləğlərdə pul vəsaitini işə düzəltmək adı ilə Məhkum verdiklərini bir daha təsdiq etmişlər. Şahid Şahid isə məhkəmə iclasında iştirakının təmin edilməsi məqsədi ilə məhkəmə tərəfindən dəfələrlə tədbirlər görülməsinə baxmayaraq, onun məhkəmə iclasında iştirakını təmin etmək mümkün olmamışdır. Bundan sonra, tərəflərin, o cümlədən məhkum və onun müdafiəçisinin razılığı ilə şahid Şahid ibtidai istintaq zamanı verdiyi ifadələri elan edilmişdir. Şahid Şahid ibtidai istintaq zamanı verdiyi ifadəsində bildirmişdir ki, taksi sürücü işlədiyi dövrdə Ayseli sərnişin kimi aparmaqla tanımışdır. Bir dəfə Aysel ona Leyla adlı xanımdan iş düzəltmək adı ilə 5000 manat pul aldığını, qaytara bilmədiyini, Leyla ilə danışıb vaxt istəməsini ondan xahiş etmişdir. O, Ayseldən nömrəni alıb Leylaya zəng etmiş, özünü Nemət kimi təqdim etmiş, Ayselin pulu ona verdiyini, yaxın zamanda qaytaracağını bildirmişdir. Bununla əlaqədar bir neçə dəfə Leyla ilə yazışması da olmuşdur. Bunu etməkdə məqsədi Ayselə köməklik etmək olmuşdur. Heç bir maddi marağı olmamışdır. Sonradan Ayselin başqa şəxslərə də verəcəkləri olduğunu görüb bu söhbətlərin arxasınca getməmiş və Aysel ona özünü öldürəcəyini dediyi üçün qorxub Leyla xanıma açıb hər şeyin düzgününü demişdir. Şahid Şahid ibtidai istintaq zamanı Məhkum ilə üzləşdirilən zaman ifadəsində göstərdiyi xüsusatları onun üzünə qarşı da demişdir. Bundan əlavə, kassasiya şikayətində zərərçəkmiş şəxs zərərçəkmiş şəxs1 ilə bağlı heç bir yazışmanın mövcud olmadığı, zərərçəkmiş Nümayəndə ilə aparılan yazışmada isə 5100 manat qeydinin olmadığı göstərilsə də, zərərçəkmiş zərərçəkmiş şəxs1 tərəfindən təqdim edilmiş və birinci instansiya məhkəməsi tərəfindən tədqiq edilmiş diskdə olan səs yazılarından müəyyən edilmişdir ki, Nemət və Aysel adlı şəxslər zərərçəkmiş şəxs1 ilə danışaraq ona pulu qaytaracaqlarını vəd vermişlər. Nümayəndə ilə aparılan yazışmada isə tərəflər arasında iş düzəltmək məqsədi ilə yazışma aparılması müəyyən edilmiş, həmin yazışmada verilən pulun məbləği qeyd edilməsə də, iş materiallarında olan Məhkum tərəfindən müdafiəçisinin iştirakı ilə imzalanmış ##.##.2024-cü il tarixli iltizamda o, Nümayəndədan 5100 manat pul aldığını etiraf etmişdir. Həmçinin, apellyasiya məhkəməsi haqlı olaraq Məhkum barəsində “Konstitusiya və Suverenlik Ili” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin ## ###### 2025-ci il tarixli Qərarının 3.1-ci bəndi tətbiq edilərək ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının ##.##.2025-ci il tarixə çəkilməmiş hissəsini 6 ay azaltmışdır. Təsvir edilənlərdən görünür ki, Məhkum Azərbaycan Respublikası CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinməsi ilə bağlı məhkəmələrin nəticəsi qanuni və əsaslıdır, təyin edilmiş cəza isə ədalətlidir, apellyasiya məhkəməsi tərəfindən CPM-in 416.1-ci maddəsi ilə nəzərdə tutulmuş, o cümlədən kassasiya şikayəti ilə ehtiva olunan CPM-in 416.1.1- 416.1.3, 416.1.6, 416.1.15-ci maddələrində nəzərdə tutulmuş pozuntulara yol verilməmişdir. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməsi barədə məhkum və müdafiəçisinin, kassasiya şikayətinin təmin edilməməsinə dair zərərçəkmiş şəxsin nümayəndəsinin və dövlət ittihamçısının çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının məhkum Məhkum barəsində olan 2026-cı il ## ###### tarixli *(***)-***/**** nömrəli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Müdafiəçi müdafiəçi1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum edilməsinə dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2026-cı il ## ###### tarixli *(***)-***/**** nömrəli qərarı verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar