Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(1-8)-310/2026 03.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Muxtarov Teyyub Asif oğlu (sədrlik edən), Mövsümov Nazim Rasim oğlu və Cəfərov Ilqar Xanlar oğlundan ibarət tərkibdə, Cəbrayılova Sevinc Elton qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, R dövlət ittihamçısı1 iştirakı ilə Məhkum barəsində olan cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2025-ci il # ######## tarixli, *(***)-****/**** nömrəli qərarından dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında mahiyyəti üzrə baxaraq MÜƏYYƏN E T D İ: ##.##.1998-ci il tarixdə Naxçıvan MR-nın Şərur rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində üç azyaşlı uşağı olan, orta təhsilli, əvvəllər məhkum olunmamış, Naxçıvan Muxtar Respublikası, Şərur rayonu, Danyeri Ə/D, Danyeri kəndində qeydiyyatda olan, Bakı şəhəri, Suraxanı rayonu, X4 ünvanında yaşamış, “Konstitusiya və Suverenlik ili” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin ##.##.2025-ci il tarixli qərarına əsasən cəzasının çəkilməmiş hissəsindən azad edilmiş, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və CM-nin 69.3-cü maddəsinə əsasən, ##.##.2024-cü il tarixdən ##.##.2024-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 2 (iki) gün müddət ona təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 3 (üç) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış və cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilərək, cəzaçəkmə müddətinin əvvəli 2025-ci il ## #### tarixdən hesablanmışdır. Həmin hökmdən təqsirləndirilən şəxs Məhkum tərəfindən apellyasiya şikayəti verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (Hakimlər: X2 oğlu (sədrlik edən), X7 və X3 ibarət tərkibdə) 2025-ci il # ######## tarixli, *(***)-****/**** nömrəli qərarı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Məhkum CM-in 234.2-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilməsinə dair Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2025-ci il ## #### tarixli hökmü dəyişdirilmiş, Məhkum CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən, Məhkum ibtidai istintaq zamanı şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün müddət təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır. IŞIN HALLARI: Birinci instansiya məhkəməsinin hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilmişdir ona görə ki, o, istintaqa məlum olmayan vaxtda və istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq ümumi təmiz çəkisi 11,969 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı xeyli miqdarda əldə edib hissələrə bölməklə ayrı ayrılıqda təmiz çəkiləri 0,912 qram, 1,123 qram, 0,480 qram, 1,150 qram, 0,413 qram, 0,360 qram, 0,260 qram, 0,220 qram, 0,408 qram, 0,468 qram, 0,473 qram, 0,248 qram, 0,298 qram, 0,197 qram, 0,543 qram, 0,552 qram, 0,353 qram, 0,400 qram, 0,449 qram, 0,346 qram, 0,600 qram, 0,206 qram, 0,873 qram, 0,366 qram və 0,271 qram olmaqla 25 ədəd rəngli kağızlara bükməklə satış məqsədi ilə qablaşdırıb "Vest" markalı siqaret qutusunun içərisində yerləşdirərək üzərində saxlamaqla satmaq niyyəti ilə ## ###### 2024-cü il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi X4 adlanan ərazidə yerləşən nömrəsiz fərdi yaşayış evinin yaxınlığına kimi daşımış, həmin gün orada saat 17:10-da piyada hərəkətdə olarkən Xəzər rayon PI-nin 3-cü PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli şəxs qismində saxlanılaraq orada video çəkiliş keçirilməklə üzərində şəxsi axtarış aparılan zaman əynində olan göy rəngli şalvarının sağ yan cibində həmin "Vest" markalı siqaret qutusunun içərisində olmaqla üzərində satış məqsədi ilə saxladığı hər birinin ayrı-ayrılıqda təmiz çəkiləri 0,912 qram, 1,123 qram, 0,480 qram, 1,150 qram, 0,413 qram, 0,360 qram, 0,260 qram, 0,220 qram, 0,408 qram, 0,468 qram, 0,473 qram, 0,248 qram, 0,298 qram, 0,197 qram, 0,543 qram, 0,552 qram, 0,353 qram, 0,400 qram, 0,449 qram, 0,346 qram, 0,600 qram, 0,206 qram, 0,873 qram, 0,366 qram və 0,271 qram olmaqla qablaşdırdığı ümumi təmiz çəkisi 11,969 qram təşkil edən, xarici görünüş əlamətlərinə və tərkib komponentlərinə görə eyni olub bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış həmin xeyli miqdarda narkotik vasitə qurudulmuş marixuana 25 ədəd rəngli kağızlara bükülmüş bükümlərdə Məhkum aşkar edilərək götürülmüşdür. Apellyasiya instansiyası məhkəməsinin qərarı ilə ittihamdan “satış məqsədi” çıxarılmış və məhkumun əməli CM-in 234.1-ci maddəsinə tövsif edilmişdir. KASSASIYA PROTESTININ DƏLILLƏRI, DÖVLƏT ITTIHAMÇISININ ÇIXIŞI: Dövlət ittihamçısı kassasiya protestini əsaslandıraraq qeyd etmişdir ki, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutlar CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilib qiymətləndirilmədiyindən, təqsirləndirilən şəxsin əməlinin tövsif edilməsi barədə məhkəmə qərarının əsasını yolverilməz sübutlar təşkil etdiyindən, məhkəmənin gəldiyi nəticə işin faktiki hallarına uyğun gəlmədiyindən Bakı Apellyasiya məhkəməsinin ## ######## 2025ci il tarixli qərarı ləğv olunmalı və cinayət işinin apellyasiya instansiyası məhkəməsində yenidən baxılması təyin edilməlidir. Belə ki, Işdə olan ##.##.2025-ci il taixli, Bakı şəhəri, Xəzər RPI-nin 3-cü PŞ-nin məktubundan görünür ki, Məhkum üzərindən aşkar olunmuş narkotik vasitə qurudulmuş marixuananın hansı mənqədən əldə etməsi istiqamətində keçirilmiş əməliyyat tədbirləri nəticəsində müsbət nəticə əldə etmək mümkün olmamış, lakin Məhkum narkotik vasitələrin və pisixotrop maddələrin satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun ## #### 2024-cü il tarixli Qərarının 9-cu bəndində göstərilmişdir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Iş materiallarında təsbit olunmuşdur ki, təqsirləndirilən şəxs Məhkum "VEST" markalı siqaret qutusunun içərisində ayrı-ayrılıqda 25 bükümdə ümumi çəkisi 11.969 qram qurudulmuş marixuana götürülmüşdür. Bu hal bir qayda olaraq narkotik vasitənin paylanmağa hazır vəziyyətdə olması kimi qiymətləndirilir. Yuxarıda göstərilən Plenum qərarında da qeyd olunur ki, narkotik vasitənin bir neçə bükümdə saxlanılması onun satış niyyətini göstərən mühüm əlamətdir. Məhkəmə bu faktı yalnız "istifadə üçün saxlanılan bükümlər" kimi qiymətləndirməklə, hüquqi dəyərləndirmə zamanı sübutetmə həddini pozmuşdur. Beləliklə, məhkəmə qərarda yuxarıda göstərilən Plenum qərarına istinad etdiyi halda, həmin Plenum qərarında göstərilən "narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi" müddəasına əhəmiyyət verməmişdir. Həmçinin, təqsirləndirilən şəxs Məhkum narkotik vasitələrin satışı ilə məşğul olmaması barədə məhkəmə istintaqı zamanı verdiyi ifadəsi qeyri-səmimi, qeyri-obyektiv olduğundan və istintaq materialları ilə kifayət qədər təkzib edildiyindən özünü müdafiə xarakterli kimi qiymətləndirilməli olduğu halda, məhkəmə qeyd olunan hala tənqidi yanaşmamış, əksinə hökmdə onun "narkotik maddələri şəxsi istifadəsi üçün əldə etməsi" kimi fikirlərini əsas götürmüşdür. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası hazırki qərarı çıxararkən cinayətprosessual qanunvericiliyin tələblərinə müvafiq olaraq irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutları CPM-nin 143-146cı maddələrinin tələblərinə müvafiq olaraq düzgün tədqiq etməmiş, subyektiv fikir və mülahizələri ilə məhkəmə qərarını əsaslandırmışdır. Dövlət ittihamçısı kassasiya protestində göstərilənlərə əsasən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının ##.##.2025-ci il tarixli qərarının ləğv edilməsini və cinayət işinin apellyasiya instansiyası məhkəməsində yenidən baxılmağa təyin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı dövlət ittihamçısı1 kassasiya protestinin təmin olunmasını və Məhkum barəsində cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının ##.##.2025-ci il tarixli qərarının ləğv edilməsini və yeni baxışa göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. HÜQUQI MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunların normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərini yoxlayır. Dövlət ittihamçısı kassasiya protestində məhkumun əməlinin tövsifini mübahisələndirərək, apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi barədə tələbini CPM-in 416.1.2-ci maddəsində nəzərdə tutulan hallarla əlaqələndirmişdir. Məhkəmə kollegiyası kassasiya protestini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya müraciətinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin III bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## ### 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumiləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin dəlillərini müzakirə edib, kassasiya protestinin təmin edilməsi barədə dövlət ittihamçısının çıxışını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya protesti təmin edilməməlidir. Belə ki, məhkuma qarşı ittiham orqanı tərəfindən irəli sürülmüş ittihama əsasən o, xeyli miqdarda qurudulmuş marixuananı satış məqsədi ilə əldə edərək daşımışlar. Məlumdur ki, şəxs narkotik vasitəni satarkən və ya satdıqdan sonra tutulmamışdırsa, şəxsə CM-in 234.2-ci maddəsi ilə ittiham irəli sürülməsi üçün şəxsin marixuananı satış məqsədi ilə əldə etməsi sübut edilməlidir. CPM sübutetmə vəzifəsini ittiham tərəfinin üzərinə qoymuşdur. Yəni ittiham tərəfi məhkəməyə elə sübutlar təqdim etməlidir ki, bu sübutlar əsasında şəxsi ittiham tərəfinin təqdim etdiyi CM-in maddəsi ilə təqsirli bilmək mümkün, qanuni və əsaslı olsun. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “04” mart 2011-ci il, * nömrəli qərarının 9-cü bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkumun satış məqsədini təsdiq edən ittiham tərəfinin yeganə sübutu qurudulmuş marixuananın 25 ədəd bükümdə olmasıdır. Cinayət işinin materiallarından da görünür ki, bu bükümlərin sayından başqa ittiham tərəfinin satış məqsədini təsdiq edən heç bir sübutu yoxdur. Məhkum özü də ifadəsində narkotik vasitəni satıcıdan siqaret qutusunda 50 manata 25 ədəd bükümlərə bölünmüş formada aldığını, bükümlərin özü tərəfindən edilmədiyini bildirmişdir. Cinayət işinin materiallarından da görünür ki, məhkum narkomaniya xəstəliyindən əziyyət çəkir və narkomaniyadan məcburi müalicəyə ehtiyacları vardır. Cinayət işinin materiallarına məhkumun istehlakçı ilə əvvəlcədən razılıq əldə etməsi, narkotik vasitənin hazırlanması üçün avadanlığın olmasına dair də ittiham tərəfinin heç bir sübutu əlavə edilməmişdir. Məhkəmə kollegiyası kassasiya protestinin dəlilləri əsasında apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən qərarını CPM-in 416-cı maddəsinin tələbləri qaydasında araşdırarq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hər hansı sübutun tədqiqindən imtina etməmiş, CPM-in 143-146-cl maddələrinin tələblərinə uyğun olaraq sübutları tədqiq etmiş və nəticədə qanuni, əsaslı və ədalətli məhkəmə qərarı qəbul etmişdir. Qeyd edilənləri yekunlaşdıraraq məhkəmə kollegiyası hesab edir ki, dövlət ittihamçısının kassasiya protesti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının ##.##.2025-ci il tarixli qərarı, kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2025-ci il ## #### tarixli, *(***)-***/**** nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinib məhkum edilmiş Məhkum barəsində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2025-ci il # ######## tarixli, *(***)-****/**** nömrəli qərarı, dövlət ittihamçısının kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(1-8)-310/2026
Ali Məhkəmə Qərar — İş №1(1-8)-310/2026
03.06.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver