Məhkəmə qərarları › İş №1(1-8)-319/2026

Ali Məhkəmə Qərar — İş №1(1-8)-319/2026

03.06.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(1-8)-319/2026 03.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Muxtarov Teyyub Asif oğlu (sədrlik edən), Mövsümov Nazim Rasim oğlu və Cəfərov Ilqar Xanlar oğlundan ibarət tərkibdə, Cəbrayılova Sevinc Elton qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, R dövlət ittihamçısı1 və məhkum Məhkum iştirakları ilə, Məhkum barəsində olan cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2025-ci il ## ###### tarixli, *(***)-***/**** nömrəli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə və kassasiya şikayətinə əlavəyə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında mahiyyəti üzrə baxaraq MÜƏYYƏN E T D İ: ## #### 2000-ci ildə Masallı rayonunun Bədəlan kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olmuş, məhkumluğu olmayan, Masallı rayonu, Bədəlan kəndində qeydiyyatda olmaqla orada yaşamış, hazırda azadlıqdan məhrum etmə növündə cəza çəkən, Məhkum Azərbaycan Respublikası CM-in 152.4.1, 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, Cinayət Məcəlləsinin 152.4.1-ci maddəsi ilə 2 (iki) il müddətinə yetkinlik yaşına çatmayanlarla əlaqəli fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilməklə 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, həmin Məcəllənin 178.2.2 və 178.2.4-cü maddələri ilə 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona cinayətlərin məcmusu üzrə qəti olaraq 2 (iki) il müddətinə yetkinlik yaşına çatmayanlarla əlaqəli fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilməklə 10 (on) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının başlanğıcının ## #### 2024-cü il tarixdən hesablanması, təyin edilmiş yetkinlik yaşına çatmayanlarla əlaqəli fəaliyyətlə məşğul olmaq hüququndan məhrum etmə əlavə cəzasının Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.2-ci maddəsinə əsasən müstəqil icra edilməsi, zərərçəkmiş şəxs, eyni zamanda mülki iddiaçı zərərçəkmiş şəxs2 təqsirləndirilən şəxs, həmçinin mülki cavabdeh Məhkum qarşı verdiyi 17.000 manat məbləğində mülki iddia (maddi və mənəvi zərər daxil) və 142 (bir yüz qırx iki) manat dövlət rüsumunun ödənilməsi barədə ərizəsinin tam təmin edilməsi, bununla əlaqədar olaraq, Məhkum ümumilikdə 17.142 manat məbləğində pulun alınaraq zərərçəkmiş şəxs2 ödənilməsi hökm edilmişdir. Həmin hökmdən təqsirləndirilən şəxs Məhkum müdafiəçisi müdafiəçi2 apellyasiya şikayəti vermişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (Hakimlər: X1 (sədrlik edən), X6 və X3 ibarət tərkibdə) 2025-ci il ## ###### tarixli, *(***)-***/**** nömrəli qərarı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, hökm cəza hissəsində dəyişdirilmiş, məhkum Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.4.1-ci maddəsi ilə təyin olunmuş 8 il müddətinə azadlıqdan məhrum etmə cəzasının müddəti azaldılaraq 7 (yeddi) il həddində, həmin Məcəllənin 178.2.2 və 178.2.4-cü maddələri ilə təyin olunmuş 3 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasının müddəti azaldılaraq 2 (iki) il həddində müəyyən edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Məhkum cinayətlərin məcmusu üzrə qəti olaraq 2 (iki) il müddətinə yetkinlik yaşına çatmayanlarla əlaqəli fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilməklə 7 (yeddi) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, hökm apellyasiya şikayətinə münasibətdə qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır. IŞIN HALLARI: Məhkəmənin hökmünə görə, Məhkum ## ###### 2009-cu il təvəllüdlü on iki yaşına çatmış, lakin on dörd yaşına çatmayan azyaşlı zərərçəkmiş şəxs1 ilə 2023-cü ilin iyul ayında dəqiq məlum olmayan tarixdə zərərçəkmiş şəxs1 yaşadığı Masallı rayonu, Bədəlan kəndində yerləşən fərdi yaşayış evinin həyətində aşkar surətdə on dörd yaşına çatmadığını bildiyi halda Günelin razılığı əsasında öz kişi cinsiyyət orqanını onun anus dəliyinə yerləşdirməklə onunla qeyri təbii yolla bir dəfə cinsi əlaqədə olmuş, təkrarən 2023-cü ilin sentyabr ayının ortalarında işlədiyi, atası şahid4 məxsus olan Masallı rayonu, Çayqıraq kəndində yerləşən mağazanın anbarında aşkar surətdə on dörd yaşına çatmadığını bildiyi halda zərərçəkmiş şəxs1 razılığı əsasında öz kişi cinsiyyət orqanını onun ağzına salıb tam ereksiya vəziyyətinə gətirərək sonuncuya qarşı seksual xarakterli hərəkətlər etdikdən sonra gərginləşmiş vəziyyətdə olan cinsiyyət orqanını anus dəliyinə yerləşdirməklə onunla qeyritəbii yolla cinsi əlaqədə olmuş, sonra 2023-cü ilin sentyabr ayının sonlarında Masallı rayonu ərazisindən Lənkəran rayonu, Qumbaşı kəndi ərazisinə gedən avtomobil yolunun kənarında atası şahid4 məxsus “Nissan Sunny” markalı, **-BP-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin salonunda zərərçəkmiş şəxs1 razılığı əsasında öz kişi cinsiyyət orqanını onun ağzına salıb tam ereksiya vəziyyətinə gətirərək sonuncuya qarşı seksual xarakterli hərəkətlər etdikdən sonra gərginləşmiş vəziyyətdə olan cinsiyyət orqanını onun qadın cinsiyyət orqanına yerləşdirməklə qızlıq pərdəsinin anatomik tamlığını pozmadan onunla təbii yolla təkrarən cinsi əlaqədə olmuş, daha sonra həmin vaxtdan 2024-cü ilin mart ayının ortalarınadək dəqiq məlum olmayan tarixlərdə işlədiyi, atası şahid4 məxsus olan Masallı rayonu, Çayqıraq kəndində yerləşən mağazanın anbarında, Kolatan kəndi ərazisində kəndarası avtomobil yolunun kənarında və Masallı rayonu ərazisində müxtəlif yerlərdə “Nissan Sunny” markalı, **-BP-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin salonunda zərərçəkmiş şəxs1 ilə təkrarən təbii və qeyri-təbii yolla dəfələrlə cinsi əlaqədə olaraq, seksual xarakterli hərəkətlər etmişdir. Məhkum bundan başqa, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədilə sevgi münasibətlərində olduğu yetkinlik yaşına çatmayan zərərçəkmiş şəxs1 özünün ağır xəstəliyinin olması, müalicəsi və əməliyyat olunması üçün xeyli miqdarda pul lazım olması ilə bağlı həqiqətə uyğun olmayan məlumatlar və yalan vədlər verərək, üzərinə götürdüyü öhdəliyi əvvəlcədən yerinə yetirmək niyyətində olmadan, yəni özgənin əmlakını əvəzsiz olaraq ələ keçirmək niyyətində olmaqla zərərçəkmiş şəxs1 aldadaraq özünə inandırdıqdan sonra ## #### 2024-cü il tarixdə zərərçəkmiş şəxs1 Masallı rayonu, Bədəlan kəndində yerləşən fərdi yaşayış evindəki anası zərərçəkmiş şəxs2 məxsus olan 5.100 ABŞ dollarını (8.670 Azərbaycan manatı nisbətində) anasının məlumatı olmadan götürərək ona vermiş, o isə həmin pulu ələ keçirərək zərərçəkmiş şəxs zərərçəkmiş şəxs2 xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan sonra təkrarən eyni üsullarla özgənin əmlakını ələ keçirmək məqsədilə sevgi münasibətlərində olduğu yetkinlik yaşına çatmayan zərərçəkmiş şəxs1 özünün ağır xəstəliyinin olması, müalicəsi və əməliyyat olunması üçün xeyli miqdarda pul lazım olması ilə bağlı həqiqətə uyğun olmayan məlumatlar və yalan vədlər verərək, üzərinə götürdüyü öhdəliyi əvvəlcədən yerinə yetirmək niyyətində olmadan, yəni özgənin əmlakını əvəzsiz olaraq ələ keçirmək niyyətində olmaqla zərərçəkmiş şəxs1 aldadaraq özünə inandırdıqdan sonra ## #### 2024-cü il tarixdə zərərçəkmiş şəxs1 Masallı rayonu, Bədəlan kəndində yerləşən fərdi yaşayış evindəki anası zərərçəkmiş şəxs2 məxsus olan 3.200 ABŞ dollarını (5.440 Azərbaycan manatı nisbətində) anasının məlumatı olmadan götürərək ona vermiş, o isə həmin pulu ələ keçirərək zərərçəkmiş şəxs zərərçəkmiş şəxs2 xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. KASSASIYA ŞIKAYƏTININ VƏ KASSASIYA ŞIKAYƏTINƏ ƏLAVƏNIN DƏLILLƏRI, MƏHKUMUN VƏ DÖVLƏT ITTIHAMÇISININ ÇIXIŞLARI: Məhkum kassasiya şikayətini və kassasiya şikayətinə əlavəni əsaslandıraraq qeyd etmişdir ki, onun apellyasiya məhkəməsində verdiyi ifadələr qərarda təhrif olunmuş, qeyd etdiyi qanunsuzluqlar qərarda yazılmamışdır. Lakin məhkəmənin audio və video yazılarında qeyd etdiyi qanunsuzluqlar öz əksini tapmışdır. Bundan başqa, 2024-cü ilin mart ayının 20-də polis əməkdaşları onu Masallı rayonu Boradigah PB-nə apararaq pulu dərhal qaytarmalı olduğunu bildirmişlər, o isə kartında 3000 AZN olduğunu qalan borcu isə ayın axırına qədər qaytaracağını demişdir. Polis Bölməsinin 8 əməkdaşı pulu dərhal qaytarmağını tələb etmişlər və zərərçəkmişin qarşısında onun şərəf və ləyaqətini alçaldaraq, döyərək zərərçəkmişə əxlaqsız hərəkətlər etməsi barədə ifadəni imzalamağı tələb etmişlər. O, işgəncələrə məruz qalsa da ifadəni imzalamamışdır. Daha sonra polislər onun barəsində inzibati protokol tərtib etmiş, o, 8 gün müddətinə inzibati qaydada həbs edilmişdir. Bundan başqa, o, Polis Bölməsində qanunsuz olaraq 16 saat saxlanılmış və ondan 10.000 AZN rüşvət tələb edilmişdir. Daha sonra müstəntiq və prokuror onun döyülməsindən sonra bədənindəki xəsarətləri görərək ekspertdən guya onun bədənində xəsarətlərin olmaması ilə bağlı rəy verməsini istəmişlər. Məhkum qeyd etmişdir ki, müstəntiq onun zərərçəkmiş şəxslə cinsi əlaqədə olmasının tarixlərini dəqiq olaraq qeyd etməmişdir. Bu ondan irəli gəlir ki əgər dəqiq tarixlər qeyd edilsə anten məlumatlardan həmin tarixlərdə onların başqa başqa yerlərdə olması üzə çıxacaq. Bundan başqa, o, dəfələrlə Bakı Istintaq Təcridxanasından zərərçəkmiş şəxslə danışmış, zərərçəkmiş şəxs ifadələrini polislərin təzyiqi altında verdiyini bildirmiş, əks halda isə onun həbs olunacağı ilə bağlı hədələmişlər. Məhkum kassasiya şikayətinə əlavədə qeyd etmişdir ki istintaq dövründə ona dövlət hesabına vəkil təyin edilmiş, o həmin vəkilə döyüldüyünü bildirmiş, lakin vəkil “məni zibilə salma, mənim pulum polisdən çıxır” demişdir. Bundan başqa, apellyasiya məhkəməsində verdikləri Məhkəmə Psixoloji Ekspertizası və ikinci dəfə təkrar Tibbi-Ekspertizanın keçirilməsi barədə vəsatətləri təmin edilməmişdir. Məhkum kassasiya şikayətində göstərilənlərə əsasən Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2025-ci il ## ###### tarixli, *(***)-***/**** nömrəli qərarının ləğv edilməsini və barəsində bəraət verilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən məhkum Məhkum kassasiya şikayətinin və kassasiya şikayətinə əlavənin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı dövlət ittihamçısı1 kassasiya şikayətinin və kassasiya şikayətinə əlavənin təmin olunmamasını və Məhkum barəsində olan cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2025-ci il ## ###### tarixli qərarının dəyişdirilmədən saxlanması barədə qərar qəbul edilməsini xahiş etdi. HÜQUQI MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunların normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərini yoxlayır. Məhkum kassasiya şikayətində əməlinin tövsifini mübahisələndirərək və ona CM-in 152.4.1-ci maddəsi ilə bəraət verilməli olduğunu bildirərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi barədə tələbini CPM-in 416.1.2-ci maddəsində nəzərdə tutulan hallarla əlaqələndirmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya müraciətinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin III bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## ### 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumiləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin və əlavənin dəlillərini müzakirə edib, kassasiya şikayətinin və əlavənin təmin edilməsi barədə məhkumun, kassasiya şikayətinin və əlavənin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayətprosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti və əlavə təmin edilməməlidir. Məhkəmə kollegiyası kassasiya şikayətinin və əlavənin dəlillərinə münasibət bildirərək aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Cinayət işinin materiallarından görünür ki, müdafiə tərəfi kassasiya şikayətində və əlavədə irəli sürülən dəlilləri apellyasiya instansiya məhkəməsində də irəli sürmüş və müdafiə tərəfinin dəlilləri məhkəmə tərəfindən hərtərəfli, tam və obyektiv şəkildə iş üzrə toplanmış mötəbər sübutların məcmusu əsasında yoxlanılaraq qiymətləndirilmiş və məhkum tərəfindən ona qarşı irəli sürülmüş ittihamda nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsi nəticəsinə gəlinmişdir. Məhkəmə kollegiyası mötəbərliyi məhkəmələr tərəfindən yoxlanılmış sübutları hazırkı qərarda təkrar etmədən məhkəmələr tərəfindən həmin sübutlara münasibətdə qiymətləndirmə ilə razılaşır və hesab edir ki, məhkumun əməlinin tövsifi ilə bağlı məhkəmələrin qənaəti qanuni və əsaslıdır və bununla bağlı kassasiya şikayətinin və əlavənin dəlilləri əsassızdır. Məhkəmə kollegiyası məhkuma təyin edilmiş cəzanın növünə və həddinə də münasibət bildirərək qeyd etməyi zəruri hesab edir ki, məhkuma cəza təyin edilərkən törədilmiş cinayət əməllərinin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, məhkumun şəxsiyyəti və onun cəzasını yüngülləşdirən hallar və cəzasını ağırlaşdıran halın olmaması nəzərə alınmaqla onun təqsirli bilindiyi maddələrin sanksiyasının ən aşağı həddinə yaxın müddətə, eləcə də cinayətlərin məcmuyu üzrə ədalətli cəza təyin edilmişdir. Məhkəmə kollegiyası məhkumun təqsirli bilindiyi maddələr üzrə, eləcə də cinayətlərin məcmuyu üzrə təyin edilmiş cəzanın yüngülləşdirilməsi üçün heç bir əsas tapa bilmir və məhkumun yalnız təyin edilmiş cəzanı real çəkməsi nəticəsində islah olunmasının mümkünlüyü qənaətinə gəlir. Eyni zamanda, məhkəmə kollegiyası hesab eidr ki, məhkumun təqsirli bilindiyi maddələrə CM-in 62-ci maddəsinin və onun barəsində CM-in 70-ci maddəsinin tətbiqi üçün qanunda nəzərdə tutulan hüquqi və faktiki hallar və əsaslar mövcud deyil. Qeyd edilənləri yekunlaşdıraraq məhkəmə kollegiyası hesab edir ki, məhkumun kassasiya şikayəti və əlavə təmin edilməməli, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının ##.##.2025-ci il tarixli qərarı, məhkumun kassasiya şikayətinə və əlavəyə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum Məhkum tərəfindən verilmiş kassasiya şikayəti və kassasiya şikayətinə əlavə təmin edilməsin. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 2025-ci il ## ###### tarixli, *(***)-**/**** nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.4.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum edilmiş Məhkum barəsində olan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2025-ci il ## ###### tarixli, *(***)-***/**** nömrəli qərarı, məhkumun kassasiya şikayətinə və kassasiya şikayətinə əlavəyə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar