Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(1-8)-322/2026 12.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Hüseynov Zaur Nazim oğlu (sədrlik edən və məruzəçi), Abdullayev Ilkin Qismət oğlu və Muxtarov Teyyub Asif oğlundan ibarət tərkibdə, X4 Səfa qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə Idarəsinin prokuroru X6, Məhkum – Məhkum, Müdafiəçi – “Güvən” Vəkil bürosunun vəkili müdafiəçi1 iştirakları ilə, ##.##.1979-cu il tarixdə Ağdam rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, işləməyən, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2022-ci il tarixli hökmü ilə CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib 3 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən üzərində 2 il 8 ay 20 gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, ünvan 1 ünvanda qeydiyyatda olmaqla Bakı şəhəri Yasamal rayonu, H.B.ünvan 3 ünvanda yaşamış, hazırda azadlıqdan məhrum etmə növündə cəza çəkən, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 178.3.2-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2025-ci il ## ###### tarixli *(***)-***/**** nömrəli qərarından məhkumun müdafiəçisi müdafiəçi1 tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDI: Bakı Ağır Cinayətlər Məhkəməsinin 2024-cü il # ####### tarixli *(***)-***/**** nömrəli hökmü ilə (hakimlər S.H.Hacıyev (sədrlik edən və məruzəçi), A.H.Əliyeva və V.müdafiəçi4) Məhkum Azərbaycan Respublikası CM-in 178.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, 10 (on) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, CM-in 68.1.1-1-ci maddəsinə əsasən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2022-ci il tarixli hökmü ilə Məhkum təyin edilmiş və çəkilməmiş qalmış 1 (bir) il 2 (iki) ay 17 (on yeddi) gün azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər tutmaqla 7 ay 8 gün azadlıqdan məhrum etmə cəzası həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən hazırki hökm üzrə təyin edilmiş 10 (on) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanmaqla Məhkum 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, CM-in 69.3-cü maddəsinə əsasən Məhkum ##.##.2021-ci il tarixdən ##.##.2021-ci il tarixədək və ##.##.2022-ci il tarixdən ##.##.2022-ci il tarixədək tutulduğu 4 (dörd) gün müddətin ona təyin edilmiş cəzadan çıxılmaqla, üzərində qəti olaraq 10 (on) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlıqdan məhrumetmə cəzasının saxlanılması, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının başlanğıcının ##.##.2024-cü il tarixdən hesablanması hökm edilmişdir. Hökmlə həmçinin qətimkan tədbiri, maddi sübut və məhkəmə məsrəfi məsələləri də həll edilmişdir. Hökmdən məhkumun müdafiəçisi müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayətinə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2025-ci il ## ###### tarixli *(***)- ***/**** nömrəli qərarı ilə (hakimlər Z.V.Ibrahimov (sədrlik edən və məruzəçi), Q.X.Babayev və M.A.Məmmədov) apellyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 2024cü il # ####### tarixli *(***)-***/**** nömrəli hökmü dəyişdirilmiş, ittihamdan və hökmdən “Məhkum Zərərçəkmiş şəxs evin çıxarışını alacağı və evdə olan əşyaların yerində qalacağı ilə bağlı yalan vədlər verib, bu məqsədlə sonuncunun 2019-cu ilin fevral ayında həmin dövrün məzənnəsi ilə 25.500 manat təşkil edən 15.000 ABŞ dolları məbləğində pulunu ələ keçirməsi” hissəsi xaric edilmiş, Məhkum əməli CM-in 178.4-cü maddəsindən həmin Məcəllənin 178.3.2-ci maddəsinə tövsif olunmuş, ona CM-in 178.3.2-ci maddəsi ilə 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-in 68.1.1-1-ci maddəsinə əsasən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2022-ci il tarixli hökmü ilə Məhkum təyin edilmiş və çəkilməmiş qalmış 1 (bir) il 2 (iki) ay 17 (on yeddi) gün azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqan məhrum etmə cəzasının bir gününə bərabər tutmaqla 7 (yeddi) ay 8 (səkkiz) gün azadlıqdan məhrum etmə cəzası həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən hazırki qərar üzrə təyin edilmiş 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanmaqla, Məhkum 9 (doqquz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən Məhkum ##.##.2021-ci il tarixdən ##.##.2021-ci il tarixədək və ##.##.2022-ci il tarixdən ##.##.2022-ci il tarixədək tutulduğu 4 (dörd) gün müddətin ona təyin edilmiş cəzadan çıxılmaqla, üzərində qəti olaraq 9 (doqquz) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılmış, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilmiş, cəzasının başlanğıcı ##.##.2024-cü il tarixdən hesablanmış, hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2025-ci il ## ###### tarixli *(***)- ***/**** nömrəli qərarından məhkumun müdafiəçisi müdafiəçi1 tərəfindən kassasiya şikayəti verilmişdir. Işin halları: Ittihama və birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum etibardan suiistifadə etmə və aldatma yolu ilə özgənin xüsusilə külli miqdarda əmlakını ələ keçirməklə dələduzluq etmişdir. Belə ki, o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Iraq Respublikasının vətəndaşı Zərərçəkmiş şəxs birgə ticarətlə məşğul olacaqları, sonuncuya biznes təşkil etməkdə kömək edəcəyi, ev almaqda köməklik göstərəcəyi kimi yalan vədlər verməklə etibarından suiistifadə edib aldadaraq, vahid niyyətlə əhatə olunan qəsdlə 2018-ci ilin sentyabr ayında 50 nəfərlik “Trafiko” markalı avtobusu 70000 X8 dollarına Bakı şəhərindən ala biləcəyinə, həmin avtobusa görə hər ay 3100 ABŞ dolları qazanc əldə edəcəklərinə dair yalan vədlər verərək Zərərçəkmiş şəxs ## ######## 2018-ci il tarixdə Iraq Respublikasından Azərbaycan Respublikasına göndərdiyi həmin dövrün məzənnəsi ilə 59500 manat təşkil edən 35000 ABŞ dollar pulunu Bakı şəhəri Xətai rayonu ərazisində yerləşən «Megafun» Əyləncə Mərkəzinin qarşısında, 2018-ci ilin oktyabr ayında həmin dövrün məzənnəsi ilə 59.500 manat təşkil edən 35.000 ABŞ dolları məbləğində pulunu Bakı şəhəri Nəsimi rayonu ərazisində yerləşən Azərbaycan Respublikası Diasporlarla Iş Komitəsinin qarşısında, daha sonra tarixi dəqiq müəyyən edilməyən vaxtda Zərərçəkmiş şəxs Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərindən avtomobil ehtiyat hissələrini Bakı şəhərinə gətirməklə gəlir əldə edəcəklərinə dair yalan vədlər verməklə sonuncunun bu məqsədlə Iraq Respublikasından Azərbaycan Respublikasına göndərdiyi həmin dövrün məzənnəsi ilə 102.000 manat təşkil edən 60.000 ABŞ dolları məbləğində pulunu, daha sonra tarixi dəqiq müəyyən edilməyən vaxtda Zərərçəkmiş şəxs Bakı şəhərindən münasib qiymətə ev alacağına dair yalan vədlər verib, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən iki mərtəbəli fərdi yaşayış evini 2***** ABŞ dollarına alacağı ilə bağlı yalan vədlər verməklə, Zərərçəkmiş şəxs ## ###### 2018-ci il tarixdə və 2019cu ilin fevral ayında ümumilikdə 200.000 ABŞ dolları məbləğində pulu alıb, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən iki mərtəbəli fərdi yaşayış evini 200.000 manata almaqla, Zərərçəkmiş şəxs həmin dövrün məzənnəsi ilə 136.000 manat təşkil edən 80.000 ABŞ dolları məbləğində pulunu, daha sonra Zərərçəkmiş şəxs həmin evin çıxarışını alacağı və evdə olan əşyaların yerində qalacağı ilə bağlı yalan vədlər verib, bu məqsədlə sonuncunun 2019-cu ilin fevral ayında həmin dövrün məzənnəsi ilə 25.500 manat təşkil edən 15.000 ABŞ dolları məbləğində pulunu, daha sonra 2019-cu ilin aprel aymda Zərərçəkmiş şəxs «X1» markalı avtomobili alacağına dair yalan məlumatlar verməklə sonuncudan Bakı şəhəri Nərimanov rayonu ərazisində həmin dövrün məzənnəsi ilə 25.500 manat təşkil edən 15.000 ABŞ dolları, Bakı şəhəri, Nəsimi rayonu, S. Vurğun küçəsi - 24 yerləşən “xxxx” şirkətinin önündə həmin dövrün məzənnəsi ilə 51.000 manat təşkil edən 30.000 ABŞ dolları məbləğində pulu aldıqdan sonra, avtomobil sahibinə 17.000 ABŞ dollar pulu ödəyib, qalan 47.600 manat təşkil edən 28.000 ABŞ dolları məbləğində pulunu, daha sonra Çin Xalq Respublikasında olan dostuna pul göndərəcəyi adı ilə ## ##### 2019-cu il tarixdə Zərərçəkmiş şəxs həmin dövrün məzənnəsi ilə 64.600 manat təşkil edən 38.000 ABŞ dolları məbləğində pulunu, daha sonra Zərərçəkmiş şəxs «xxxx» adlı şirkətinə şərik olmasına və bununla da yaxşı gəlir əldə edəcəklərinə dair yalan vədlər verib, ## ### 2019-cu il tarixdə sonuncunun Iraq Respublikasından Azərbaycan Respublikasına göndərdiyi həmin dövrün məzənnəsi ilə 25.500 manat təşkil edən 15.000 ABŞ dolları pulunu ünvan 2 ünvanında yerləşən “xxxx” şirkətinin qarşısında alıb ələ keçirməklə, verdiyi vədlərə əməl etməyib, vahid niyyətlə əhatə olunan qəsdlə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ümumilikdə 520.200 manat məbləğində xüsusilə külli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Apellyasiya instansiya məhkəməsi toplanmış sübutları qiymətləndirməklə ittihamın Məhkum Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən iki mərtəbəli fərdi yaşayış evinin çıxarışının alınması və evdə olan əşyaların yerində qalması ilə bağlı Zərərçəkmiş şəxs həmin dövrün məzənnəsi ilə 25.500 manat təşkil edən 15.000 ABŞ dolları məbləğində pulunu ələ keçirməsi hissəsinin öz təsdiqini tapmaması səbəbindən həmin epizodun ittihamdan xaric edilməsi qənaətinə gəlmiş, təqsirləndirilən şəxsin vahid niyyətlə əhatə olunan qəsdlə digər epizodlar üzrə zərərçəkmiş şəxsə vurduğu ziyanın ümumi məbləği 494.700 manat təşkil etdiyindən, onun əməlini CM-in 178.3.2-ci maddəsinə tövsif edib, həmin maddə ilə ona cəza təyin etmişdir. Kassasiya şikayətinin dəlilləri: Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmələr tərəfindən sübutlar düzgün qiymətləndirilməmiş, nəticədə Məhkum təqsirliliyi sübuta yetirilmədiyi halda, əsassız və qanunsuz olaraq o, CM-in 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilmişdir. Belə ki, Məhkum ifadələrində qeyd etmişdir ki, həqiqətən də o, avtobus almaq üçün Famil adlı şəxslə 120000 ABŞ dollarına razılaşmış, bunun üçün zərərçəkmiş şəxsdən 70000 ABŞ dolları aldığını, 50000 ABŞ dolları isə özü qoyduğunu, lakin razılaşdırılmış avtobusun qiymətini Famil 210000 ABŞ dollarına qaldırdığı üçün ala bilməmişdir. X2 ifadəsi də təsdiq edir. Belə ki, F.Ömərov ifadəsində bildirmişdir ki, “mən avtobusun qiymətini Musa ilə 120000 ABŞ dollarına razılaşdım, sonradan Musa əlində 120000 ABŞ dolları ilə gəldi, lakin həmin vaxt avtobusun qiyməti qalxdığı üçün mən 210000 ABŞ dolları istədim, ona görə də Musa avtobusu ala bilmədi”. Buradan da göründüyü kimi Musanın həmin epizod üzrə hər hansı bir dələduzluq niyyəti olmamışdır. Bundan başqa, zərərçəkmiş Zərərçəkmiş şəxs Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərindən avtomobil ehtiyat hissələrini gətirmək üçün 60.000 ABŞ dolları məbləğində pulu şəxsən özü hissə-hissə - 50000 ABŞ dolları və 10000 ABŞ dolları olmaqla iki dəfəyə Sərmət adlı şəxsə göndərmiş, həmin 60000 ABŞ dollarının Məhkum heç bir aidiyyəti olmamışdır. Fərdi yaşayış evinin 140000 ABŞ dollarına Məhkum tərəfindən alınaraq 2***** ABŞ dollarına satılması dələduzluq hesab oluna bilməz və bu hissədə də ittiham əsassızdır. Bundan başqa, “X1” markalı avtomobilə dair epizod üzrə Zərərçəkmiş şəxs 15000 ABŞ dolları ilkin ödəniş etmiş, qalan 30000 ABŞ dollarını isə 6 ay ərzində hissə-hissə hər ay 5000 ABŞ dolları ödəməli idi. Belə olan halda zərərçəkmiş şəxsin 45000 ABŞ dollarını Məhkum birdəfəlik olaraq verməsinə ehtiyac yox idi, belə bir razılaşma da olmamış, nə də ki, bununla bağlı Musaya pul verilməmişdir. Bundan əlavə, Məhkum Çin Xalq Respublikasında olan dostuna pul göndərəcəyi adı ilə ## ##### 2019-cu il tarixdə Zərərçəkmiş şəxs həmin dövrün məzənnəsi ilə 64.600 manat təşkil edən 38.000 ABŞ dolları məbləğində pulunu da dələduzluq yolu ilə ələ keçirməmiş, sadəcə olaraq Zərərçəkmiş şəxs ingilis dilini bilmədiyi üçün zərərçəkmiş şəxsə köməklik məqsədi ilə yazışmalar Musa tərəfindən həyata keçirilmişdir. Həmin pulların Məhkum heç bir aidiyyəti olmamış və Musa həmin pulu ələ keçirməmişdir. Bundan başqa, zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs «xxxx» adlı şirkətinin satılmasında hər-hansı bir qanun pozuntusu olmamış, Məhkum şərik olduğu «xxxx» adlı turizm şirkətində olan payın Zərərçəkmiş şəxs satılması ilə bağlı əməldə hər-hansı bir dələduzluq cinayətinin tərkib əlaməti olmamışdır. Müdafiəçi kassasiya şikayətində göstərilənlərə əsasən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2025-ci il ## ###### tarixli qərarının ləğv edilməsini, Məhkum bəraət verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (CPM-in) 419-cu maddəsi müəyyən edir. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və Cinayət Prosessual Məcəllələrinin tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Qanunvericiliyin tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən maddi və prosessual cinayət-hüquqi normaların düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkumun müdafiəçisi kassasiya şikayətində məhkəmələrin sübutlar və sübutetməyə dair cinayət-prosessual qanunun tələblərini pozduqlarını, o cümlədən məhkumun dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə cinayətində təqsirli olması, onun əməlinin CM-in 178.3.2-ci maddəsi ilə hüquqi tövsifi barədə nəticələrini hərtərəfli araşdırılmayan, qeyri-mötəbər sübutlarla əsaslandırdıqlarını iddia etməklə, apellyasiya məhkəməsinin qərarının ləğv edilməsi, Məhkum CM-in 178.3.2-ci maddəsi ilə bəraət verilməsi haqqında kassasiya tələbini faktiki olaraq Azərbaycan Respublikası CPM-in 416.1.2, 416.1.3 və 416.1.6-cı maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi təsbit olunmuş hallarla əlaqələndirmişdir. Odur ki, məhkəmə kollegiyası müdafiəçinin kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2025-ci il ## ###### tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir: Cinayət məsuliyyətinin əsaslarına dair Azərbaycan Respublikası CM-in 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Bu normanın mənasına görə şəxsin əməlində konkret cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə isnad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Bu tələb Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” ## #### 2011-ci il tarixli qərarının müddəalarından da irəli gəlir. Belə ki, Konstitusiya Məhkəməsinin Plenumunun həmin qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Azərbaycan Respublikası CPM-in 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinə əsasən “hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir”. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin (o cümlədən, əməldə cinayət tərkibinin əlamətlərinin olub-olmamasının) müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). Təsvir edilən maddi və prosessual cinayət-hüquqi normaların tələblərini, eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyini rəhbər tutmaqla məhkəmə kollegiyası məhkum Məhkum əməlində dələduzluq cinayət tərkibinin olmadığına dair müdafiə tərəfinin dəlillərini əsassız hesab edir. Belə ki, Məhkum apellyasiya məhkəməsinin qərarı ilə ona isnad edilən, hazırki qərarın “Işin halları” bölməsində təsvir edilmiş əməlləri törətməsi, yəni zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla dələduzluq etməsi və həmin əməllərə görə CM-in 178.3.2-ci maddəsi ilə təqsirliliyi məhkəmə araşdırması zamanı CPM-in 143-146-cı maddələrinə uyğun şəkildə tədqiq edilmiş, yolverilənliyi təkzib edilməmiş, bir-biri ilə uzlaşan sübutların məcmusu ilə sübuta yetirilib, tam, hərtərəfli və obyektiv araşdırılmış hallara əsasən müəyyən edilmişdir. Məhkum hazırki iş üzrə dələduzluq cinayət əməllərini törətməkdə təqsirliliyinin mübahisələndirilməsinə, ona irəli sürülmüş ittiham üzrə bəraət verilməsinə dair müdafiə tərəfinin dəlilləri apellyasiya məhkəməsi tərəfindən bir-bir yoxlanılmış, müdafiə tərəfinin hər bir dəlilinə ayrıayrılıqda münasibət bildirilmiş, məhkəmə “fərdi yaşayış evinin çıxarışının alınması və evdə olan əşyaların yerində qalması ilə bağlı zərərçəkmiş şəxsdən 15.000 ABŞ dolları məbləğində pulun ələ keçirilməsi” epizodundan başqa, digər epizodlara dair müdafiə tərəfinin dəlillərinin baxılmış sübutların məcmusu ilə, o cümlədən zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, zərərçəkmiş şəxsdən pul vəsaitlərini almasına dair özünün etirafedici məzmunda yazdığı əlyazma qəbzi və cinayət işində olan başqa materiallarla təkzib olunması haqqında nəticəyə gəlmişdir. Apellyasiya məhkəməsinin gəldiyi nəticələr kassasiya şikayətində də irəli sürülmüş eyni iddianın, bu iddia ilə əlaqəli olan işin hallarının obyektiv araşdırılmasına, birinci instansiya məhkəməsində CPM-in 143-146-cı maddələrinə müvafiq qaydada tədqiq edilib - qiymətləndirilmiş sübutlara əsaslandığından, kassasiya şikayətində isə apellyasiya məhkəməsinin gəldiyi nəticələri təkzib edə biləcək dəlillər gətirilmədiyindən, məhkəmə kollegiyası apellyasiya məhkəməsinin qərarında verilən şərhlərlə razılaşaraq həmin xüsusatların təkrar şərh olunmasını zəruri hesab etmir və Məhkum əməlində dələduzluq cinayətinin tərkibinin olması barədə məhkəmənin çıxardığı nəticəni, o cümlədən onun əməlinin CM-in 178.3.2-ci maddəsi ilə tövsif edilməsi barədə yekun qənaətini şübhə altına almaq üçün heç bir əsas görmür. Bununla belə məhkəmə kollegiyası hesab edir ki, işə mahiyyəti üzrə baxan birinci və apellyasiya instansiya məhkəmələri Məhkum əməllərini “vahid niyyətlə” əhatə olunan qəsdlə törədilən dələduzluq cinayət əməli kimi qiymətləndirməklə səhvə yol vermişlər. Belə ki, “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ##.##.2015-ci il tarixli, * nömrəli Qərarının 31-ci bəndində göstərilmişdir ki, şəxs hər dəfə müstəqil yaranmış niyyətlə həm ayrı-ayrı şəxslərə, həm də eyni şəxsə qarşı bir neçə dələduzluq cinayəti törətdikdə, ələ keçirilmiş əmlakın dəyərinin toplanmasına yol verilmir və bu əməllər hər bir epizod üzrə ələ keçirilmiş əmlakın məbləğindən asılı olaraq müstəqil qiymətləndirilməlidir. Vahid qəsdlə əhatə olunan istər bir neçə şəxsə, istərsə də eyni şəxsə qarşı törədilən dələduzluq, ümumilikdə, vurulmuş zərərin miqdarına uyğun olaraq tövsif edilir. Plenumun həmin qərarındakı mövqeyə əsasən dələduzluq cinayət əməli eyni şəxsə qarşı olsa belə hər dəfə müstəqil yaranmış niyyətlə törədilirsə, bu zaman ələ keçirilmiş əmlakın dəyərinin toplanılmasına yol verilmir və hər bir əmələ ayrıca qiymət verilməklə dələduzluq əməli təkrarlıq əlaməti üzrə tövsif edilməlidir. Bundan başqa, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 18-ci maddəllərinin bəzi müddəalarının şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2021-ci il tarixli Qərarında qeyd edilmişdir ki, həm təkrarlıqda, həm cinayətlərin real məcmusunda iki və daha artıq cinayət törədilir. Bu anlayışlardan əmələ gələn cinayətlər müəyyən zaman fərqi ilə törədilir. Təkrarlıq ilə davam edən cinayətləri birləşdirən odur ki, hər ikisində eyni növdən olan iki və daha çox cinayət törədilir. Bundan əlavə, bu əməllər arasında müəyyən zaman kəsiyi var. Lakin həmin anlayışlar arasında fərq ondan ibarətdir ki, davam edən cinayətdə təkrarlıq istisna olunur və şəxsin əməli vahid cinayət kimi tövsif olunur. Davam edən cinayət vahid cinayət olaraq onunla səciyyələnir ki, onu təşkil edən əməllər ümumi məqsədə yönələn vahid niyyətlə birləşir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16-cı maddəsində nəzərdə tutulan cinayətlərin təkrarlığı zamanı ona daxil olan cinayətlər vahid niyyət və ümumi məqsədlə birləşmir və hər bir ayrı əməl digərləri ilə faktiki əlaqədə olmur. Qeyd olunan şərhlərə nəzərən hazırki işin hallarına baxdıqda, Məhkum təqsirinin sübuta yetirildiyi bütün epizodlar üzrə zərərçəkmiş şəxsə qarşı dələduzluq cinayət əməllərini törətməsinə dair niyyətinin əvvəldən (1-ci epizoddan əvvəl) yaranması müəyyən edilmir. Belə ki, məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarından görünür ki, Məhkum ##.##.2018-ci il tarixdə və 2018-ci ilin oktyabr ayında avtobus almaq adı ilə, bir müddət sonra xaricdən avtomobil ehtiyac hissələri almaq adı ilə, ##.##.2018-ci il tarixdə və 2019-cu ilin fevral ayında ev almaq adı ilə, 2019-cu ilin aprel ayında avtomobil almaq adı ilə, ##.##.2019-cu il tarixdə dostuna göndərmək adı ilə, ##.##.2019-cu il tarixdə isə şirkətə şərik olması adı ilə zərərçəkmiş şəxsdən müxtəlif məbləğlərdə pul vəsaitləri almışdır. Göründüyü kimi, Məhkum müxtəlif vaxtlarda, bir-biri ilə əlaqəsi olmayan məsələlərə görə hər dəfə zərərçəkmiş şəxsi aldadıb, etibarından sui-istifadə etməklə müxtəlif məbləğlərdə onun pul vəsaitlərini ələ keçirmişdir. Hətta Məhkum və zərərçəkmiş şəxsin izahat və ifadələrindən görünür ki, ev və avtomobil alınması ilə bağlı təklifləri zərərçəkmiş şəxsin özü həmin epizodlarla bağlı pul vəsaitinin verildiyi dövrlərdə Məhkum bildirmiş, sonuncunun daha əvvəldən zərərçəkmiş şəxsin ev və ya avtomobil almaq istəməsini bilməsi, bu niyyətlə zərərçəkmiş şəxsi aldadıb onun pul vəsaitini ələ keçirməsi iş materiallarından görünmür. Bütün bunlar isə hər sonrakı əməli törətmək niyyətinin Məhkum lap əvvəldən deyil, bir öncəki dələduzluq cinayəti başa çatdıqdan sonra yarandığını, onun hərəkətlərində davam edən cinayətlər üçün zəruri olan əlamətin – “vahid qəsdin” olmadığını, onun hər dəfə müstəqil yaranan niyyətlə zərərçəkmiş şəxsə qarşı “təkrar” dələduzluq cinayət əməllərini törətdiyini göstərir. Dələduzluq əməllərinin eyni şəxsə qarşı törədilmiş olması Məhkum bu əməllərinin vahid qəsdlə əhatə olunmaqla davam edən cinayət kimi qiymətləndirilməsini şərtləndirmir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin yekun qərarından və bununla bağlı birinci instansiya məhkəməsinin hökmündən Məhkum dələduzluq cinayət əməllərini “vahid niyyətlə əhatə olunan qəsdlə” törətməsinə dair müddəa xaric edilməlidir. Bununla yanaşı qeyd edilməlidir ki, cinayət əməlinin vahid niyyətlə əhatə olunan qəsdlə törədilməsinin yekun məhkəmə aktlarından xaric edilməsi Məhkum əməlinin CM-in 178.3.2-ci maddəsi ilə tövsif edilməsinə təsir etmədiyindən (1-ci, 2-ci, 3-cü və 5-ci epizodlar üzrə zərərin məbləği özlüyündə külli miqdar təşkil etdiyindən), məhkəmə kollegiyası əməlin tövsifi hissəsində apellyasiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Digər tərəfdən məhkəmə kollegiyası məhkum Məhkum cəza təyin edilməsi ilə bağlı hissədə də apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən qərarının dəyişdirilməsini zəruri hesab edir. Belə ki, apellyasiya instansiya məhkəməsi Məhkum törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini nəzərə alaraq, ona təqsirli bilindiyi CM-in 178.3.2-ci maddəsi ilə 9 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin etmiş, lakin cəza təyin edərkən onun cəzasını yüngülləşdirən və ağırlaşdıran hallara münasibət bildirməmişdir. Halbuki, cəzanın təyin edilməsinin ümumi əsaslarından bəhs edən CM-in 58-ci maddəsi cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri ilə yanaşı, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların da nəzərə alınmasını tələb edir (CM 58.3). Birinci instansiya məhkəməsinin hökmündən görünür ki, Məhkum himayəsində azyaşlı uşağının olması müəyyən edilmiş, onun cəzasını ağırlaşdıran hallar isə müəyyən edilməmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə, cinayətin vahid niyyətlə əhatə olunan qəsdlə törədilməsinin yekun məhkəmə aktından xaric edilməsi və Məhkum himayəsində azyaşlı uşağının olması, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddətinin CM-in 178.3.2-ci maddəsinin sanksiyası həddində aşağı endirilməsinə əsas yaradır. Bundan başqa, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən Məhkum cəza təyin edilərkən CM-in 66.5-ci maddəsinin tələbi də pozulmuş, yəni ona hazırki iş üzrə təyin edilmiş cəzaya Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2022-ci il tarixli hökmü ilə təyin edilmiş cəzanı deyil, CM-in 69.3-cü maddəsinə əsasən həbsdə saxlanılması müddətləri nəzərə alınmaqla üzərində saxlanılmış və çəkilməmiş cəzanı qismən toplamaqla cinayət qanunu normasını düzgün tətbiq etməmişdir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2022-ci il tarixli *(***)-**/**** nömrəli hökmündən görünür ki, Məhkum Azərbaycan Respublikası CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib, ona 3 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən ##.##.2021-ci il tarixdən ##.##.2021-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 gün, ##.##.2022-ci il tarixdən ##.##.2022-ci il tarixədək həbsdə saxlanıldığı 1 ay 18 gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 3 ay 10 gün azadlığın məhdudlaşdırılması cəzası ona təyin edilmiş 3 il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla, üzərində 2 il 8 ay 20 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Iş materiallarında olan Bakı şəhər Probasiya Idarəsinin ##.##.2024-cü il tarixli məktubdan görünür ki, Məhkum Bakı şəhəri Xətai rayon məhkəməsinin ##.##.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək məhkum edildiyi 2 il 8 ay 20 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının 1 (bir) il 6 (altı) ay 3 (üç) gününü çəkmiş, 1 (bir) il 2 (iki) ay 17 (on yeddi) gününü çəkməmişdir. Azərbaycan Respublikası CM-in: 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Iş materiallarından görünür ki, Məhkum hazırki iş üzrə cinayət əməllərini Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli hökmündən, hətta həmin hökm üzrə müəyyən edilmiş cinayət əməllərindən əvvəl törətmişdir. Məhkum birinci iş üzrə təqsirli bilindiyi cinayət az ağır, hazırki iş üzrə təqsirli bilindiyi cinayət isə ağır cinayətlər kateqoriyasına aid olduğundan bu hallar ona CM-in 66.3 və 66.5-ci maddəsinin tələblərinə uyğun olaraq cinayətlərin məcmusu üzrə qəti cəzanın təyin edilməsi üçün əsas yaratmışdır. Bu isə o deməkdir ki, şəxsə CM-in 66.5-ci maddəsinə əsasən, cinayətlərin məcmusu üzrə qəti cəzanın təyin edilməsinə əsaslar müəyyən edildikdə məhkəmə əvvəlcə birinci və ikinci hökm üzrə “təyin olunmuş” cəzaları tamamilə və ya qismən toplamaqla qəti cəza təyin etməli, bundan sonra onun birinci hökm üzrə tutulduğu, həbsdə olduğu müddəti, o cümlədən təyin olunmuş cəzanın çəkilən hissəsini, eləcə də hazırda baxılan iş üzrə tutulduğu, həbsdə olduğu müddəti qəti cəza müddətinə hesablamaqla onun yekun olaraq çəkilməli olan cəzasının müddətini müəyyən etməlidir. Yəni, məhkəmə təqsirkara CM-in 66.5-ci maddəsinə istinadən qəti cəzanın təyin edilməsi barədə qənaətə gəldikdə, ona sonuncu hökm üzrə təyin edilmiş cəza ilə birinci hökm üzrə təqsirkarın tutulması, həbsdə saxlanılması müddətləri nəzərə alınmaqla üzərində saxlanılmış cəzanı deyil, ilkin olaraq təyin edilmiş cəzanı tam və ya qismən toplamalı, yalnız bundan sonra qəti cəzaya həm birinci hökm üzrə, həm də hazırda baxdığı iş üzrə tutulduğu, həbsdə saxlanıldığı müddətləri, o cümlədən birinci hökm üzrə çəkilən cəzanın müddətini hesablamalıdır. Belə hüquqi mövqe həmçinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5 və 67-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin Plenumunun 2022ci il ## #### tarixli Qərarında da əks olunmuşdur. Həmin Qərarda göstərilmişdir ki, CM-in 66.5-ci maddəsinin tələbinə görə, şəxsin hökmlə təyin edilmiş cəzanı çəkib qurtardıqdan sonra bu hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə təqsirli olması müəyyən edildiyi halda, CM-in 66.1-66.4-cü maddələrinə uyğun olaraq, cinayətlərin məcmusu üzrə vahid cəza təyin edilməli və birinci hökmə əsasən, çəkilmiş cəza qəti cəza müddətinə hesablanmalı, yəni çəkilmiş cəza cinayətlərin məcmusu qaydasında təyin olunan vahid cəzadan çıxılmalıdır. Apellyasiya instansiya məhkəməsi yekun aktında düzgün olaraq Məhkum CM-in 66.5-ci maddəsinə əsasən cəza təyin edilməli olmasını qeyd etsə də, cəza təyini zamanı faktiki olaraq həmin maddənin tələbinə əməl etməmişdir. Belə ki, apellyasiya məhkəməsi CM-in 66.5-ci maddəsinə əsasən hazırki iş üzrə təyin edilmiş cəza ilə əvvəlki hökm ilə təyin edilmiş 3 il müddətə azadlığın məhdudlaşdırılması cəzasını (CM-in 68.1.1-ci maddəsinə əsasən hesablamaqla) tam və ya qismən toplamaqla qəti cəza təyin edib, bundan sonra CM-in 69.3-cü maddəsinə əsasən birinci hökmə əsasən həbsdə saxlama müddətini və çəkilən cəzanın müddətini, eləcə də hazırki iş üzrə həbsdə saxlama müddətini qəti cəza müddətinə hesablamalı olduğu halda, məhkəmə hazırki iş üzrə təyin edilmiş cəza ilə əvvəlki hökm üzrə CM-in 69.3-cü maddəsinə əsasən məhkumun üzərində saxlanılmış cəzanın çəkilməmiş hissəsini CM-in 68.1.1-1-ci maddəsinə əsasən hesablamaqla CM-in 66.5-ci maddəsinə əsasən qismən toplamış, bununla da CM-in 66.5-ci maddəsinin tətbiqində səhvə yol vermişdir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, yüngülləşdirici halın mövcud olması və cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, CM-in 58.3-cü maddəsində göstərilən digər məsələlər üzrə müəyyən edilmiş hallar cəzanın məqsədləri ilə birlikdə götürülməklə nəzərə alınmalı, apellyasiya instansiya məhkəməsinin qərarı Məhkum cəza təyini hissəsində də dəyişdirilməli, Məhkum CM-in 178.3.2-ci maddəsi ilə təyin edilmiş cəza yüngülləşdirilməli, CM-in 66.3 və 66.5-ci maddələrinə əsasən həmin cəza Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2022-ci il tarixli *(***)-**/**** nömrəli hökmü ilə Məhkum təyin edilmiş 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası (CM-in 68.1.1-1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasına hesablanmaqla) ilə qismən toplanılmaqla ona qəti cəza təyin edilməli, CM-in 69.3-cü maddəsinə əsasən əvvəlki iş üzrə ##.##.2021-ci il tarixdən ##.##.2021-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 gün müddət, ##.##.2022-ci il tarixdən ##.##.2022-ci il tarixədək həbsdə saxlanıldığı 1 ay 18 gün müddət və çəkdiyi 1 il 6 ay 3 gün azadlığın məhdudlaşdırılması cəzasının CM-in 68.1.1-ci maddəsinə əsasən bərabər olduğu 9 ay 2 gün azadlıqdan məhrum etmə cəzası, hazırki iş üzrə ##.##.2021-ci il tarixdən ##.##.2021-ci il tarixədək və ##.##.2022-ci il tarixdən ##.##.2022-ci il tarixədək tutulduğu 4 gün müddət cinayətlərin məcmusu üzrə təyin ediləcək qəti cəzasından çıxılmalıdır. Beləliklə, məhkəmə kollegiyası ittiham və müdafiə tərəfinin çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, müdafiəçi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2025-ci il ## ###### tarixli *(***)-***/**** nömrəli qərarı CPM-in 416.1.21-ci maddəsinə əsasən yuxarıda göstərilən qaydada dəyişdirilməlidir. Şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 419.10.4-cü maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Müdafiəçi müdafiəçi1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2025-ci il ## ###### tarixli *(***)-***/**** nömrəli qərarı dəyişdirilsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2025-ci il ## ###### tarixli *(***)- ***/**** nömrəli qərarından və bununla bağlı Bakı Ağır Cinayətlər Məhkəməsinin 2024-cü il # ####### tarixli *(***)-***/**** nömrəli hökmündən Məhkum zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs qarşı dələduzluq cinayət əməllərini “vahid niyyətlə əhatə olunan qəsdlə” törətməsinə dair müddəa xaric edilsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddəti 9 (doqquz) ildən 8 (səkkiz) il 9 (doqquz) aya endirilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2022-ci il tarixli, *(***)-**/**** saylı hökmü ilə Məhkum təyin edilmiş 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər tutmaqla, müəyyən edilmiş 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası həmin Məcəllənin 66.3 və 66.5-ci maddələrinə əsasən hazırki qərar ilə təyin edilmiş 8 (səkkiz) il 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplamaqla, Məhkum qəti olaraq 9 (doqquz) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Məhkum əvvəlki iş üzrə ##.##.2021-ci il tarixdən ##.##.2021-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 gün müddət, ##.##.2022-ci il tarixdən ##.##.2022-ci il tarixədək həbsdə saxlanıldığı 1 ay 18 gün müddət və çəkdiyi 1 il 6 ay 3 gün azadlığın məhdudlaşdırılması cəzasının Cinayət Məcəlləsinin 68.1.1-ci maddəsinə əsasən bərabər olduğu 9 ay 2 gün azadlıqdan məhrum etmə cəzası, hazırki iş üzrə ##.##.2021-ci il tarixdən ##.##.2021-ci il tarixədək və ##.##.2022-ci il tarixdən ##.##.2022-ci il tarixədək tutulduğu 4 gün müddət olmaqla, cəmi 10 ay 26 gün müddət cinayətlərin məcmusu üzrə ona qəti olaraq təyin edilmiş 9 (doqquz) il 3 (üç) ay azadlıqdan məhrum etmə cəzasından çıxılsın və Məhkum üzərində 8 (səkkiz) il 4 (dörd) ay 4 (dörd) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Qərar qalan hissələrdə verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(1-8)-322/2026
Ali Məhkəmə Qərar — İş №1(1-8)-322/2026
12.06.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver