Məhkəmə qərarları › İş №1(1-8)-323/2026

Ali Məhkəmə Qərar — İş №1(1-8)-323/2026

17.06.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(1-8)-323/2026 17.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Teyyub Asif oğlu Muxtarov və İlqar Xanlar oğlu Cəfərovdan ibarət tərkibdə, Pərviz Müseyib oğlu Hacıyevin katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun və məhkum Məhkum iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 02 dekabr 2025-ci il tarixli 1(103)- 2085/2025 nömrəli qərarından məhkum Məhkum tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Fərid Namazov (sədrlik edən), Telman Hüseynov və Aygün Qurbanova) 18 sentyabr 2025-ci il tarixli, 1(101)-128/2025 nömrəli hökmü ilə 24 oktyabr 1990-cı il tarixdə Naxçıvan Muxtar Respublikasında anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, himayəsində 02 (iki) azyaşlı uşağı olan, orta təhsilli, işsiz, məhkumluğu olmayan, Naxçıvan Muxtar Respublikası, Sədərək rayonu, Heydərabad qəsəbəsi Ə/D, Heydərabad qəsəbəsi ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Q.İlkin küçəsi, ev 24B ünvanında yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 178.3.2-ci, 320.1-ci, 320.2-ci, 32.4,308.1-ci və 32.4,313-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, CM-in 75.1.1-ci maddəsinin tələblərinə uyğun olaraq cinayət məsuliyyətinə cəlbetmə müddətinin keçməsi əsası ilə ona CM-in 320.1, 320.2 və 32.4,313-cü maddələri ilə cəza təyin edilməmiş, CM-in 178.3.2-ci maddəsi ilə 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası, CM-in 32.4,308.1-ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən, onun 25 aprel 2023-cü il tarixdən 25 avqust 2023-cü il tarixədək həbsdə və ev dustaqlığında saxlanıldığı 4 (dörd) ay müddət bir günə bir gün hesabı ilə cəmi 4 (dörd) ay azadlıqdan məhrumetmə cəzasına bərabər tutulmuş və təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq 5 (beş) il 8 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 17 aprel 2024-cü il tarixdən hesablanmışdır. Hökmlə həmçinin Məmmədov İlham Bəykişi oğlu da təqsirli bilinərək məhkum edilmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum təqsirli bilinib məhkum olunmuşdur ona görə ki, o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını külli miqdarda ziyan vurmaqla ələ keçirərək dələduzluq etmiş, təkrarən rəsmi sənədi qanunsuz olaraq istifadə etmək məqsədi ilə saxtalaşdırmaqla hazırlamış, təkrarən bilə-bilə saxta rəsmi sənəddən istifadə etmiş, vəzifəli şəxsi xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib hüquqi şəxsin hüquqlarına və qanuni mənafelərinə vahid niyyətlə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etməyə təkrarən təhrik etmiş, vəzifəli şəxsi tamah niyyəti ilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil edərək vəzifə saxtakarlığı törətməyə təkrarən təhrik etmişdir. Belə ki, Məhkum 2019-cu ilin dekabr ayının əvvəllərində tanışı şahid4 ona Zərərçəkmiş şəxs MMC-nin (25 dekabr 2020-ci il tarixdən təşkilati hüquqi forması dəyişdirilərək QSC-yə çevrilmiş) elektrik və məişət avadanlıqları almaq niyyəti ilə hesabından köçürəcəyi pul vəsaitinin nağdlaşdırılmasında köməklik göstərməsi barədə müraciət etməsindən sonra özünə olan inam, etibardan sui istifadə etmə və aldatma yolu ilə külli miqdarda ziyan vurmaqla özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək qərarına gəlib niyyətini həyata keçirməkdən ötrü tanışı Məmmədov İlham Bəykişi oğlunu Bakı şəhərinə görüşə dəvət edərək ona olan borcunu qaytarmaqdan ötrü adına şirkət açmaq lazım gəldiyini bildirməklə ələ alıb sonuncunu öz vasitəçiliyi ilə 09 dekabr 2019-cu il tarixdə müvafiq dövlət xidməti statusunda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin strukturuna daxil edilmiş Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərinin dövlət qeydiyyatı idarəsində tərəfindən 1404970391 nömrəli VÖEN ilə dövlət qeydiyyatına alınmaqla hazırda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində qeydiyyatda olan “Baraton” MMC-nin təsisçisi X3 12 dekabr 2019-cu il tarixli əmri ilə həmin MMC-nin direktoru təyin edilməsinə nail olduqdan sonra guya Zərərçəkmiş şəxs MMC-nin (hazırda QSC) “Baraton” MMC-dən elektrik və məişət avadanlıqlarının alınmasına dair mülki əqd görüntüsü verməklə törədəcəyi cinayət əməlini pərdələməkdən ötrü Zərərçəkmiş şəxs MMC (hazırda QSC) ilə “Baraton” MMC arasında məzmununa bilə-bilə yalan məlumatları istintaqa məlum olmayan tarixdə və yerdə çap üsulu ilə daxil etdiyi, üzərinə “18 dekabr 2019-cu il” tarixini qeyd etdiyi 024/2019 nömrəli xidmət müqaviləsini tərtib edib kompüterdən çap etdikdən sonra direktorun əvəzindən oxşadaraq imza atıb həmin müqaviləni MMC-nin dairəvi möhürü ilə təsdiq etməklə rəsmi sənədi qanunsuz olaraq istifadə etmək məqsədi ilə saxtalaşdırmaqla hazırlayıb bilə-bilə saxta rəsmi sənəddən istifadə edib, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi rəsmi informasiya resursu olan “www.e-taxes.gov.az” internet saytının “E-qaimə" altbölməsinə şirkət rəhbərin “Asan İmza” nömrəsi əsasında daxil olaraq 100 adda guya müxtəlif çeşidli elektrik məhsulunun alınmasına dair ümumi dəyəri 123766,45 (bir yüz iyirmi üç min yeddi yüz altmış altı manat qırx beş qəpik) manat, ƏDV-si isə 22277,96 (iyirmi iki min iki yüz yetmiş yeddi manat doxsan altı qəpik) manat təşkil etmiş 20.12.2019-cu il tarixli 193058 nömrəli elektron qaimə tərtib edib ələ keçirmək niyyətində olduğu pul vəsaitinin köçürülməsindən ötrü “Baraton” MMC-nin rekvizitlərini cinayətdən xəbərsiz şahid4 vasitəçiliyi ilə “STT Qrup Azərbaycan" MMCnin (hazırda QSC) nümayəndələrinə göndərmiş, 24.12.2019-cu il tarixdə Zərərçəkmiş şəxs MMC-nin (hazırda QSC) “TuranBank” ASC-də olan AZ91TURA 4006003669********** nömrəli bank hesabından “Baraton” MMC-nin “Muğanbank” ASC-nin Bakıxanov filialında olan AZ19MUGA 400600000010790AZM18 nömrəli bank hesabına 123766,45 (bir yüz iyirmi üç min yeddi yüz altmış altı manat qırx beş qəpik) manat pul vəsaiti, eləcə də “Rezonans” Firmasının hesabında olan pul vəsaitinin nağdlaşdırılması məqsədi ilə həmin şirkətin direktoru mərhum İbrahimov Çingiz İsbəndiyar oğlu tərəfindən özünə edilmiş müraciətlə əlaqədar “Rezonans” Firması ilə “Baraton” MMC arasında bağlanmış istintaqa məlum olmayan 19 dekabr 2019-cu il tarixli 27 nömrəli müqaviləyə istinadən əsaslandırılmış Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsinin rəsmi informasiya resursu olan “www.e-taxes.gov.az” internet saytının “E qaimə” altbölməsinə şirkət rəhbərin “Asan İmza” nömrəsi əsasında daxil olaraq 15 adda guya tikinti materiallarının alınmasına dair ümumi dəyəri 54882 (əlli dörd min səkkiz yüz səksən iki) manat olub, ƏDV-si 23157,84 (iyirmi üç min yüz əlli yeddi manat səksən dörd qəpik) manat təşkil etmiş 24.12.2019cu il tarixli 284709 nömrəli elektron qaimə tərtib etməklə təkrarən rəsmi sənədi qanunsuz olaraq istifadə etmək məqsədi ilə saxtalaşdırmaqla hazırlayıb, bilə-bilə saxta rəsmi sənəddən təkrarən istifadə edib, bunun əsasında bankda tərtib edilmiş 25.12.2019-cu il tarixli 300802AZN191225 nömrəli ödəniş tapşırığı ilə 25.12.2019-cu il tarixdə firmanın “Amrahbank” ASC-də olan AZ22AMRA 00671049180003A40060 nömrəli bank hesabından “Baraton” MMC-nin qeyd edilən hesabına 54882 (əlli dörd min səkkiz yüz səksən iki) manat pul vəsaiti köçdükdən sonra 25 dekabr 2019-cu il tarixdə onun dəvəti ilə “Muğanbank” ASC-nin Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsi 11S ünvanında yerləşən filialına gəlmiş “Baraton” MMC-nin direktoru olmaqla cəmiyyətin cari fəaliyyətinə rəhbərlik etmək, cəmiyyətin adından mülki-hüquqi müqavilələr bağlamaq, müvəkkil banklarda cəmiyyətin istənilən növ bank hesablarını açmaq, hesablar üzrə sərəncam vermək, cəmiyyətin fəaliyyəti ilə əlaqədar digər zəruri sənədlərin hazırlanmasını həyata keçirmək və digər səlahiyyətlərə malik təşkilatisərəncamverici funksiyaları yerinə yetirən rəhbər vəzifəli şəxs olan İlham Məmmədovu xidməti vəzifələrinin icrası ilə əlaqədar özünün, onun və rəhbərlik etdiyi cəmiyyətin xeyrinə, yəni cəmiyyətin rentabelli fəaliyyət göstərməsi görüntüsü yaratmaqla gələcəkdə də eyni xarakterli məqsəd üçün istifadəsinə zəmin yaratmaq üçün, qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməklə vəzifə səlahiyyətlərindən sui-istifadə etməyə, eləcə də onu tamah niyyəti ilə rəsmi sənədə bilə-bilə yalan məlumatları daxil edərək vəzifə saxtakarlığı törətməyə təhrik edib bankda tərtib edilmiş 25.12.2019-cu il tarixli 485826 nömrəli kassa çekinə imza atdırmaqla hesabda olan pul vəsaitindən 30000 (otuz min) manatını nağdlaşdıraraq ələ keçirdikdən sonra, bununla kifayətlənməyərək hesabda qalan məbləği də vahid niyyətlə əhatə edilən qəsdlə ələ keçirmək məqsədilə etibardan sui-istifadə edərək özgənin əmlakını ələ keçirilməsinə yönəldilmiş cinayət hərəkətlərini inadla davam etdirib, 26.12.2019-cu il tarixdə yenidən İlham Məmmədovla birlikdə həmin banka gəlib qalan 148648,45 manat (bir yüz qırx səkkiz min altı yüz qırx səkkiz manat qırx beş qəpik) manat məbləğin 98788 (doxsan səkkiz min yeddi yüz səksən səkkiz) manatını “Baraton” MMC ilə “Arsoney” MMC arasında bağlanmış istintaqa məlum olmayan müqaviləyə istinadən əsaslandırılmış, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi rəsmi informasiya resursu olan “www.e-taxes.gov.az” internet saytının “E-qaimə” aitbölməsinə şirkət rəhbərin “Asan İmza” nömrəsi əsasında daxil olaraq 1 adda guya elektrik avadanlığının alınmasına dair ümumi dəyəri 98788 (doxsan səkkiz min yeddi yüz səksən səkkiz) manat olub, ƏDV-si olmayan 26.12.2019-cu il tarixli 410035 nömrəli elektron qaimə tərtib etməklə təkrarən rəsmi sənədi qanunsuz olaraq istifadə etmək məqsədi ilə saxtalaşdırmaqla hazırlayıb, bilə-bilə saxta rəsmi sənəddən təkrarən istifadə edib, İlham Məmmədovu xidməti vəzifələrinin icrası ilə əlaqədar özünün, onun və rəhbərlik etdiyi cəmiyyətin xeyrinə qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməklə təkrarən vəzifə səlahiyyətlərindən suiistifadə etməyə, eləcə də onu tamah niyyəti ilə rəsmi sənədə bilə-bilə yalan məlumatları daxil edərək təkrarən vəzifə saxtakarlığı törətməyə təhrik edib bunun əsasında bankda tərtib edilmiş 26.12.2019-cu il tarixli 001 nömrəli ödəniş tapşırığına imza atdırmaqla “Arsoney” MMC-nin “Muğanbank” ASC-nin Bakıxanov filialında olan 400600000010781 AZM18 nömrəli bank hesabına, eyni niyyətlə, hesabda qalan pul vəsaitinin 49400 (qırx doqquz min dörd yüz) manatını isə “Baraton” MMC ilə “Pradeş” MMC arasında bağlanmış istintaqa məlum olmayan müqaviləyə istinadən əsaslandırılmış, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsinin rəsmi informasiya resursu olan “www.e-taxes.gov.az” internet saytının “E-qaimə” aitbölməsinə şirkət rəhbərin “Asan İmza” nömrəsi əsasında daxil olaraq 1 adda guya elektrik avadanlığının alınmasına dair ümumi dəyəri 49400 (qırx doqquz min dörd yüz) manat olub, ƏDV-si olmayan 26.12.2019-cu il tarixli 409953 nömrəli elektron qaimə tərtib etməklə təkrarən rəsmi sənədi qanunsuz olaraq istifadə etmək məqsədi ilə saxtalaşdırmaqla hazırlayıb, bilə-bilə saxta rəsmi sənəddən təkrarən istifadə edib, bunun əsasında bankda tərtib edilmiş 26.12.2019-cu il tarixli 001 nömrəli ödəniş tapşırığına imza atdırmaqla “Pradeş” MMC-nin “Muğanbank” ASC-nin Bakıxanov filialında olan 400600000010787AZM18 nömrəli bank hesabına köçürülməsinə nail olduqdan sonra həmin gün banka gəlmiş həmin şirkətlərin istintaqa məlum olmayan nümayəndəsindən pulu sellofan paketdə nağd şəkildə şəxsən alıb pulun 1%-ni, yəni 1400 ( bir min dörd yüz) manatını xidmət haqqı kimi ona verib, qalan 147248,45 (bir yüz qırx yeddi min iki yüz qırx səkkiz manat qırx beş qəpik) manatını özündə saxlayıb, sonradan həmin pulun 54882 (əlli dörd min səkkiz yüz səksən iki) manatını “Rezonans” Firmasının nümayəndəsinə tam şəkildə qaytarsa da, qalan 92366,45 (doxsan iki min üç yüz altmış altı manat qırx beş qəpik) manat pul vəsatini şəxsi ehtiyaclarına xərcləyib ümumilikdə qeyd edilən qaydada Zərərçəkmiş şəxs MMC-yə (hazırda QSC) məxsus 123766,45 (bir yüz iyirmi üç min yeddi yüz altmış altı manat qırx beş qəpik) manat məbləğində pul vəsaitini vahid niyyətlə ələ keçirib həmin MMC-yə külli miqdarda ziyan vurmaqla dələduzluq etmiş, təkrarən rəsmi sənədləri qanunsuz olaraq istifadə etmək məqsədi ilə saxtalaşdırmaqla hazırlayıb təkrarən bilə-bilə saxta rəsmi sənədlərdən qanunsuz olaraq istifadə etmiş, vəzifəli şəxs Məmmədov İlham Bəykişi oğlunu Zərərçəkmiş şəxs MMC-yə (hazırda QSC) öz pul vəsaitindən fəaliyyət məqsədlərinə uyğun manesiz istifadə etmək, rentabelli fəaliyyətini təmin etmək kimi qanunla qorunan əmlak hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurmaqla nəticələnmiş təkrarən vəzifə səlahiyyətlərindən sui-istifadə etməyə və təkrarən vəzifə saxtakarlığına təhrik etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Zamin İbrahimov (sədrlik edən və məruzəçi), Qədim Babayev və Murad Məmmədov) 02 dekabr 2025-ci il tarixli 1(103)- 2085/2025 nömrəli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 18 sentyabr 2025-ci il tarixli, 1(101)-128/2025 nömrəli hökmü dəyişdirilmədən saxlanılmış, məhkum Məhkum müdafiəçisi müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Məhkum Məhkum kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 02 dekabr 2025-ci il tarixli 1(103)-2085/2025 nömrəli qərarı ləğv edilməsi və cəzasını yüngülləşdirməklə barəsində təyin olunmuş cəzanın şərti olaraq tətbiq edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci və apellyasiya instansiya məhkəmələri müvafiq hökm və qərarlarında ciddi ədalətsizliyə və qanunsuzluğa yol vermişdir. Belə ki, istintaq orqanı və məhkəmə cinayət işi üzrə onu cinayətə kömək etməkdə ittiham etmişdir. Həmçinin müəyyən edilmiş zərərin tam olaraq tərəfindən ödənilməsi və şikayətçinin iştirakı ilə barışığın əldə edilməsi məhkəmə tərəfindən təsbit olunmuşdur. O cümlədən ilk dəfə cinayət işinə cəlb edilməsi, himayəsində iki azyaşlı övladının olması və ailənin yeganə gəlir gətirən üzvü olması, təqsirləndirildiyi maddə üzrə zərərin tam ödəməsilə barışığın əldə edilməsi və bu kimi yüngülləşdirici hallar hakimlər tərəfindən nəzərə alınmamışdır və ona çox ağır cəza təyin olunmuşdur. Hansı ki humanist dövlət siyasətini rəhbər tutan mövcud hüquq sisteminə əsasən bu halda ona güzəşt edilməli idi. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən məhkum Məhkum kassasiya şikayəti təmin olunmamalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirmiş hesab edə bilməz. Qanunun yuxarıda göstərilən tələblərinə uyğun olaraq kassasiya kollegiyası apellyasiya məhkəməsinin həmin normalara riayət etməsini yoxlayaraq qeyd edir ki, məhkəmələr iş üzrə nəticəyə gələrkən hansı sübutlara əsaslanmalarını, bu sübutlara hansı səbəblərdən üstünlük vermələrini müvafiq olaraq hökm və qərarda göstərmişlər. Məhkəmə kollegiyası məhkum Məhkum əməlinə dair məhkəmələrin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumun təqsiri müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPM-in 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Odur ki, məhkum edilmiş şəxs Məhkum əməli Azərbaycan Respublikası CM-in 178.3.2, 32.4, 308.1, 320.1, 320.2 və 32.4,313-cü maddələri ilə nəzərdə tutulan cinayətin tərkibini yaratdığı üçün həmin əməlin yuxarıda göstərilən maddlərlə tövsif edilməsini məhkəmə kollegiyası düzgün sayır. Həmçinin kassasiya şikayətində əməlin tövsifi məsələsi mübahisələndirilməmişdir. Məhkum Məhkum kassasiya şikayətinin başlıca dəlili məhkəmələr tərəfindən cəzanı yüngülləşdirən halları kifayət qədər nəzərə almadan ona ağır cəzanın təyin edilməsidir. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı ağırlaşdıran və yüngülləşdirən hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Eyni zamanda Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il tarixli 04 saylı qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə qarşı cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cü il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İşdən görünür ki, birinci və apellyasiya instansiya məhkəmələri Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən Məhkum himayəsində 2 azyaşlı uşağının olmasını, CM-in 59.1.12ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışıq əldə etməsini, həmin Məcəllənin 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanı könüllü şəkildə tamamilə ödəməsini, həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən məhkəməyədək icraat və məhkəmə icraatı zamanı davranışını, müsbət xarakterizə edilməsini, əvvəllər məhkum olunmamasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə almış və barəsində cəzanı ağırlaşdıran halların olmaması qənaətinə gəlmişdir. Bununla da, Məhkum CM-in 178.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-in 32.4,308.1-ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Qeyd olunmalıdır ki, CM-in 178.3-cü maddəsinin sanksiyasında beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə cəzası, CM-in 308.1-ci maddəsinin sanksiyasında iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Göründüyü kimi, məhkəmə Məhkum cəza təyin edərkən təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən halları kifayət qədər nəzərə almışdır. Məhkəmə kollegiyasının qənaətinə görə təyin edilmiş cəza məhkumun törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə və şəxsiyyətinə, habelə işin hallarına uyğundur. Bundan əlavə kollegiya qeyd edir ki, Azərbaycan Respublikası CM-in 70-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkum Məhkum barəsində Azərbaycan Respublikası CM-in 70-ci maddəsinin tətbiq edilməsi barədə kassasiya tələbini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi cəza təyini məsələsini həll edərkən maddi hüquq normalarının, o cümlədən Azərbaycan Respublikası CM-in 8, 41.2, 58.3 59 və 61-ci maddələrinin tələblərinə əməl etməklə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, adı çəkilən məhkumun şəxsiyyətini, cəzanı yüngülləşdirən halları düzgün nəzərə almış və Azərbaycan Respublikası CM-in 70-ci maddəsinə əsasən təyin edilmiş cəzanın şərti olaraq tətbiq edilməsi üçün əsaslar müəyyən etməmişdir. Həmçinin məhkəmə kollegiyası bildirir ki, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 25-ci bəndində göstərilmişdir ki, şərti məhkum etmənin təyin edilməsi şərti məhkum edilənin islah olunması məqsədlərinə cavab verməlidir. Azərbaycan Respublikası CM-in 70-ci maddəsi üzrə şərti məhkum etmə cəza təyin etmə ilə bağlı müstəsna norma olmaqla, CM-in 70.1-ci maddəsinin tələbi üzrə yalnız o halda tətbiq edilə bilər ki, məhkumun cəza çəkmədən islah olunması mümkün olsun. Belə ki, qanunun mənasına əsasən şərti məhkum etmə bir qayda olaraq cinayət törətmiş şəxslərə müstəsna hallarda, məhkumun təyin olunmuş cəzanı real çəkməsi məqsədə müvafiq olmadıqda tətbiq edilə bilər. Cinayət işi üzrə isə belə hallar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq məhkum Məhkum cəza çəkmədən islah olunmasını və bununla əlaqədar onun barəsində CM-in 70-ci maddəsinin tətbiq olunmasını qeyri-mümkün hesab edir. Bundan əlavə, məhkəmə kollegiyası qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictimai təsir gücüdür və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Əksinə, yüngül cəzaların təyin edilməsi yalnız cəzasızlıq mühiti yarada bilər. “Vinter və başqaları Birləşmiş Krallığa qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 9 iyul 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, cəzanın qanuni məqsədləri cəzalandırma, çəkindirmə, islah etmə və cəmiyyətin müdafiəsidir. Bu baxımdan da məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin məhkum Məhkum barəsində cəza təyini ilə bağlı mövqeyini əsaslı hesab edir. Bu baxımdan da məhkəmə kollegiyası hesab edir ki, təyin edilmiş cəza ədalətli və qanunidir, məhkumun şəxsiyyətinə və əməlin ictimai təhlükəlilik dərəcəsinə uyğundur, təyin edilmiş cəzanın daha da yüngülləşdirilməsi üçün işdə heç bir qanuni əsas yoxdur. Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsinə əsasən məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsinin məhkum Məhkum barəsində qərarının ləğv olunması və yaxud dəyişdirilməsinə əsas ola biləcək qanunda göstərilmiş hallardan heç biri iş üzrə müəyyən edilməmişdir. Beləliklə, yuxarıda qeyd edilən halları nəzərə alaraq, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq həmin şikayətin təmin edilmədən, məhkum Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 02 dekabr 2025-ci il tarixli 1(103)-2085/2025 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALIR: Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 02 dekabr 2025-ci il tarixli 1(103)- 2085/2025 nömrəli məhkum Məhkum barəsindəki qərarı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar