Məhkəmə qərarları › İş №1(1-8)-324/2026

Ali Məhkəmə Qərar — İş №1(1-8)-324/2026

03.06.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(1-8)-324/2026 03.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Muxtarov Teyyub Asif oğlu (sədrlik edən), Mövsümov Nazim Rasim oğlu və Cəfərov Ilqar Xanlar oğlundan ibarət tərkibdə, Cəbrayılova Sevinc Elton qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, R X10 iştirakları ilə, Məhkum barəsində olan cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2025-ci il ## ######## tarixli, *(***)-****/**** nömrəli qərarından məhkumun müdafiəçisi müdafiəçi1 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında mahiyyəti üzrə baxaraq MÜƏYYƏN E T D İ: ##.##.2004-cü ildə Neftçala rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmayan, Neftçala rayonu, Həsənabad qəsəbəsində qeydiyyatda olmaqla yaşamış, hazırda azadlıqdan məhrum etmə növündə cəza çəkən, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının 2024-cü il # ####### tarixdən hesablanması hökm edilmişdir. Həmin hökmlə həmçinin Təqsirləndirilən şəxs da azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Həmin hökmdən təqsirləndirilən şəxs Məhkum müdafiəçisi müdafiəçi1 və təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayətləri vermişlər. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (Hakimlər: X6 (sədrlik edən), X3 və X2 ibarət tərkibdə) 2025-ci il ## ######## tarixli, *(***)-****/**** nömrəli qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, hökm apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. IŞIN HALLARI: Hökmə əsasən Məhkum və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinmişlər ona görə ki, qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələr və külli miqdarda psixotrop maddələr əldə etmiş, saxlamış və daşımışlar. Belə ki, təqsirləndirilən şəxs Məhkum tanışı Təqsirləndirilən şəxs, «Kənan» adlı istintaqla məlum olmayan tanışının külli miqdarda narkotik vasitəni və psixotrop maddəni satışı ilə məşğul olmasını, birincini də bu işə cəlb etməsini bildirmiş və habelə Məhkum külli miqdarda narkotik vasitəni və psixotrop maddəni müəyyən edilmiş yerdən birlikdə götürüb digər yerlərə çatdıracaqları halda mənfəət əldə edəcəkləri barədə təklif etmişdir. Beləliklə Məhkum, Təqsirləndirilən şəxs və «Kənan» adlı şəxslə cinayət əlaqəsinə girib qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, satış məqsədilə qanunsuz olaraq külli miqdarda psixotrop maddəni və narkotik vasitəni əldə etmə, saxlama, daşıma və satması barədə razılıq əldə etmişdir. Təqsirləndirilən şəxs və Məhkum həmin cinayətin həyata keçirilməsi üçün «Kənan» adlı şəxsin onlara bildirdiyi ünvandan götürüb ayrı ünvana digər naməlum şəxslərə çatdırmaq məqsədilə istintaqla məlum olmayan vaxtda və ünvandan qanunsuz olaraq külli miqdarda təmiz çəkisi 80,417 qram olan narkotik vasitə olan psixotrop maddə metamfetamini, külli miqdarda təmiz çəkisi 1475,0 qram və xeyli miqdarda təmiz çəkisi 9,61 qram olan olan narkotik vasitə qurudulmuş marixuananı birlikdə əldə etmişlər. Daha sonra Təqsirləndirilən şəxs və Məhkum aralarında əvvəlcədən olan razlaşmaya əsasən külli miqdarda təmiz çəkisi 80,417 qram psixotrop maddə metamfetamini, külli miqdarda təmiz çəkisi 1475,0 qram olan qurudulmuş marixuananı Təqsirləndirilən şəxs, xeyli miqdarda təmiz çəkisi- 9,61 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı isə Məhkum üzərində saxlayaraq Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Qaya üstü adlanan əraziyə qədər daşımışlar. Sonuncular ## ####### 2024-cü il tarixdə saat 2:00-da qeyd edilən ünvanda özlərini şübhəli apardıqlarına görə Sabunçu RPInin 42-ci polis bölməsinin əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıb, həmin bölməyə gətirilərək, Təqsirləndirilən şəxs üzərində keçirilən şəxsi axtarış zamanı, kürəyindən asılmış vəziyyətdə olan boz rəngli çantanın içərisində saxladığı bir ədəd şəffaf sellofan bükümdə külli miqdarda təmiz çəkisi 80,417 qram olan narkotik vasitə psixotrop maddə metamfetamin, polietilen bir ədəd qara rəngli bağlamada külli miqdarda təmiz çəkisi- 1475,0 qram qurudulmuş marixuana, Məhkum üzərində isə keçirilən şəxsi axtarış zamanı, əynində olan göy rəngli qısaqol gödəkçənin sağ yan cibindən bir ədəd siqaret qutusunun içərisində saxladığı xeyli miqdarda təmiz çəkisi- 9,61 qram olan narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. KASSASIYA ŞIKAYƏTININ DƏLILLƏRI, DÖVLƏT ITTIHAMÇISININ ÇIXIŞI: Məhkumun müdafiəçisi kassasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, iş materiallarından görünür ki, təqsirləndirilən şəxslərin şübhəli şəxs qismində tutularaq 42-ci PB-nə gətirilməsi ilə bağlı polis əməkdaşlarının əlində qanunda nəzərdə tutulmuş heç bir əsas, o cümlədən keçirilmiş hər hansı əməliyyat-axtarış tədbirləri nəticəsində əldə olunmuş sübutlar olmamışdır. Cinayət Prosessual Məcəlləsinin 148.4-cü maddəsinə əsasən, Bu Məcəllənin 148.1 və 148.2-ci maddələrində nəzərdə tutulmuş hallardan biri mövcud olduqda tutulma müvafiq cinayət işi başlananadək həyata keçirilə bilər. Cinayət işinin başlanmasına dair qərar şəxsin tutulduğu andan 24 saat keçənədək qəbul olunmazsa, tutulmuş şəxs dərhal azad olunmalıdır. Qeyd etmək istər ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxslər 5 oktyabr saat 02:00- da şübhəli şəxs qismində tutulublar. Lakin iş materiallarından görünür ki cinayət işi 24 saat keçdikdən sonra ən azından # ####### 2024-cü il tarixində saat 12:55-dən sonra başlayıb. Belə olan halda təqsirləndirilnən şəxs Məhkum cinayət işi 24 saat keçənədək başlamadığı halda şübhəli şəxs qismində tutulmaqda davam edilmiş, o azad edilməmişdir. Bununla da müdafiəçisi olduğu şəxsin azadlıq hüququ pozulmuşdur. Bundan başqa, 2024-cü il # ####### tarixli “şəxsi axtarış və götürmə haqqında” protokol qanunsuz olduğu üçün sübutlar siyahısından çıxarılmalıdır. Belə ki, cinayət işi materiallarında olan 2024-cü il # ####### tarixli “şəxsi axtarış və götürmə haqqında” protokol və həmin protokola əlavə edilmiş müvafiq istintaq hərəkətinin videogörüntülərini özündə əks etdirən 1 ədəd DVD diskdən görünür ki, Sabunçu rayon Polis Idarəsi 42-ci Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılan şəxs Məhkum barəsində keçirilmiş şəxsi axtarış və götürmə istintaq hərəkəti nəticəsində əynində olan göy qısaqol gödəkçəsinin sağ yan cibindən çıxan siqaret qutusundan quru ot kütləsi aşkar edilərək götürülmüşdür. Protokolda şəxsi axtarışın saat 4:15-da başlayıb saat 4:45-də bitməsi və 15 dəqiqə davam etməsi müəyyən olunur. Həmin videoya baxış keçirilərkən məlum olur ki, videoda şəxsi axtarış və götürmə istintaq hərəkətinin başlandığı və bitdiyi müddət göstərilmir. Həmçinin həmin videodan görünür ki şəxsi axtarış və götürmə istintaq hərəkətində müdafiəçi iştirak etmir. Video cəmi 7 dəqiqə 30 saniyə davam edir. Qeyd etmək istərdik ki videodan görünür ki, otağın qapısı açılır və 2 nəfər mülki geyimli şəxs və Məhkum otağa daxil olur. Təhqiqatçı özünü təqdim edərək şəxslərdən özlərini təqdim etməsini istəyir və onlar özlərini təqdim etdikdən sonra təhqiqatçı əməliyyatçılardan şəxsi nə üçün gətirmələrinin səbəbini soruşur. Məhkum şübhəli şəxs qismində gətirildiyini bildirir. Təhqiqatçı bildirir ki onun üzərinə müdafiəçi olmadan şəxsi axtarış həyata keçiriləcək. 2024cü il # ####### tarixli “şəxsi axtarış və götürmə haqqında” istintaq hərəkətlərinin videoçəkilişi qanunvericiliyin tələblərinə uyğun həyata keçirilməyib. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 236.4 və 245.3-cü maddələrinin tələblərinə əsasən hadisə yerinə baxış, eləcə də axtarış və götürmə istintaq hərəkətlərinin aparılması zamanı azı 2 (iki) hal şahidi iştirak etmədikdə videoçəkilişdən istifadə məcburidir. Videoçəkiliş dedikdə isə çəkilişin tam, kəsintisiz və müfəssəl aparılması, istintaq hərəkətinin gedişatını və bu prosessual hərəkət zamanı aşkar olunmuş sübutların sonradan sübut kimi istifadə edilməsini şübhə altına qoymayan videoqeydiyyatın aparılması başa düşülür. Bundan başqa, videoçəkilişdən göründüyü kimi, tutulmuş şəxs ən azından Cinayət- Prosessual Məcəlləsində nəzərdə tutulmuş hüquq və vəzifələri təhqiqatçı tərəfindən ona izah edilməmiş, keçirilən istintaq hərəkətinə aid prosessual qanunvericiliklə nəzərdə tutulmuş minimal tələblər yerinə yetirilməmiş, yalnız hüquq və vəzifələrin ona izah olunduğu deyilir. Həmçinin videoda şəxsi axtarış və götürmə istintaq hərəkətinin başlandığı vaxt, eyni zamanda onun bitdiyi vaxt göstərilmir. Daha sonra Məhkum saxlandıqdan sonra onun saxlanılması barədə yaxın qohumlarına məlumat verilməmişdir. Bundan başqa, Məhkum barəsində “Şəxsi axtarış və götürmə barədə” və “Axtarış və götürmə” istintaq hərəkəti nəticəsində onun üzərində və olunduğu iddia olunan əşyalar qanunvericiliyə uyğun olaraq protokolda əks olunmamışdır. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası CPM-nin 247.1, 247.1.9-cu maddəsinə əsasən, axtarış və ya götürmə qurtardıqdan sonra müstəntiq bu istintaq hərəkətlərinə dair o cümlədən, axtarış və ya götürmə aparılarkən müşahidə edilmə ardıcıllığı ilə bütün aşkar olunanlar, o cümlədən götürülmüş əşyaların sayı, ölçüsü, çəkisi, fərdi əlamətləri və digər xüsusiyyətləri göstərilməklə ətraflı təsviri əks etdirən protokol tərtib edir. # ####### 2024-cü il tarixli Məhkum barəsində “Şəxsi axtarış və götürmə barədə” protokolunda onun üzərindən quru ot kütləsi aşkar olunduğu qeyd olunsa da onun çəkisi protokolda qeyd olunanmışdır. Müdafiəçi kassasiya şikayətində göstərilənlərə əsasən Bakı Apellyasiya Məhkəməsinin 2025-ci il ## ######## tarixli, *(***)-****/**** nömrəli qərarının X4 münasibətdə ləğv edilməsini və cinayət işinin yeni apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı Ayxan Hüseynli kassasiya şikayətinin təmin olunmamasını və X4 barəsində olan cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin 2025-ci il ## ######## tarixli, *(***)-****/**** nömrəli qərarının dəyişdirilmədən saxlanması barədə qərar qəbul edilməsini xahiş etdi. HÜQUQI MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunların normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərini yoxlayır. Məhkumun müdafiəçisi kassasiya şikayətində məhkumun əməlinin tövsifini mübahisələndirərək və məhkuma bəraət verilməli olduğunu iddia edərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi barədə tələbini CPM-in 416.1.2-ci maddəsində nəzərdə tutulan hallarla əlaqələndirmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya müraciətinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin III bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## ### 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumiləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibət bildirərək aşağıdakıların qeyd edilməsini vacib hesab edir. Belə ki, kassasiya şikayətinin əsas dəlili kimi irəli sürülmüş məhkuma bəraət verilməli olması iddiası ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materiallarından da göründüyü kimi, müdafiə tərəfi kassasiya şikayətində irəli sürülən dəlilləri apellyasiya instansiya məhkəməsində də irəli sürmüş və müdafiə tərəfinin dəlilləri apellyasiya instansiyası məhkəməsi tərəfindən hərtərəfli, tam və obyektiv şəkildə, iş üzrə toplanmış mötəbər sübutların məcmusu əsasında yoxlanılaraq qiymətləndirilmiş və məhkum tərəfindən ona qarşı irəli sürülmüş ittihamda nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi nəticəsinə gəlinmişdir. Məhkəmə kollegiyası mötəbərliyi məhkəmələr tərəfindən yoxlanılmış sübutları hazırkı qərarda təkrar etmədən məhkəmələr tərəfindən həmin sübutlara münasibətdə qiymətləndirmə ilə razılaşır və hesab edir ki, məhkumun əməlinin tövsifi ilə bağlı məhkəmələrin qənaəti qanuni və əsaslıdır və bununla bağlı kassasiya şikayətinin dəlilləri əsassızdır. Eyni zamanda, cinayət işinin materiallarından görünür ki, məhkum Məhkum barəsində həbs qətimkan tədbiri seçilərkən, eləcə də işinə mahiyyəti üzrə baxılarkən məhkəmə iclaslarında, hakim qarşısında etiraf ifadələri vermiş, ittihamda əks olunan cinayət əməlini törətdiyini bildirmişdir. Məhkəmə kollegiyası məhkuma təyin edilmiş cəzanın növünə və həddinə də münasibət bildirərək qeyd etməyi zəruri hesab edir ki, məhkuma cəza təyin edilərkən törədilmiş cinayət əməlinin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, məhkumun şəxsiyyəti, cəzasını yüngülləşdirən hal və cəzasını ağırlaşdıran halın olmaması nəzərə alınmaqla, məhkuma ədalətli cəza təyin edilmişdir. Eyni zamanda, məhkəmə kollegiyası hesab edir ki, məhkumun təqsirli bilindiyi maddəyə CM-in 62-ci maddəsinin və onun barəsində CM-in 70-ci maddəsinin tətbiqi üçün qanunda nəzərdə tutulan hüquqi və faktiki əsaslar mövcud deyil. Qeyd edilənləri yekunlaşdıraraq məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının ##.##.2025-ci il tarixli qərarı, məhkumun müdafiəçisinin kassasiya şikayətinə münasibətdə, məhkum Məhkum aid hissədə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum Məhkum müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin 2025-ci il ## #### tarixli, *(***)-****/**** nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum edilmiş Məhkum barəsində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2025-ci il ## ######## tarixli, *(***)-****/**** nömrəli qərarı, məhkumun müdafiəçisinin kassasiya şikayətinə münasibətdə, məhkum Məhkum aid hissədə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar