Azәrbaycan Respublikası adından Qərar Bakı şәhәri İş № 1(1-8)-326/2026 19.05.2026 ALI MƏHKƏMƏ Azәrbaycan Respublikası Ali Mәhkәmәsinin hakimlәri Novruzov Əlәsgәr Əli Iskәndәr oğlu (sәdrlik edәn), Yusifov Şahin Yaşar oğlu vә Abdulov Rәşad Mәhәrrәm oğlundan ibarәt mәhkәmә tәrkibindә, Sәfәrli Kamal Rizvan oğlunun katibliyi ilә, Dövlәt ittihamçısı – Azәrbaycan Respublikası Baş Prokurorluğunun Dövlәt ittihamının müdafiәsi üzrә idarәsinin Kassasiya instansiyası mәhkәmәsindә dövlәt ittihamının müdafiәsi vә analitik tәhlil şöbәsinin prokuroru Ibrahimov Elçin Tofiq oğlunun, Müdafiәçilәr - Bakı şәhәri ** saylı Vәkil Bürosunun vәkili X6 vә Bakı şәhәri * saylı Vәkil Bürosunun vәkili müdafiәçi2 iştirakları ilә, Bakı Ağır Cinayәtlәr Mәhkәmәsinin 23 oktyabr 2025-ci il tarixli hökmü ilә Azәrbaycan Respublikası Cinayәt Mәcәllәsinin 178.3.2-ci maddәsi ilә tәqsirli bilinәrәk mәhkum olunmuş Tәqsirlәndirilәn şәxs vә Mәhkum barәsindә olan cinayәt işi üzrә Bakı Apellyasiya Mәhkәmәsinin Cinayәt Kollegiyasının 24 dekabr 2025-ci il tarixli qәrarından dövlәt ittihamçısı tәrәfindәn verilmiş kassasiya protestinә, mәhkum Tәqsirlәndirilәn şәxs müdafiәçisi müdafiәçi2, mәhkum Mәhkum müdafiәçisi X6 vә zәrәrçәkmiş şәxs Zәrәrçәkmiş şәxs nümayәndәsi Nümayәndә tәrәfindәn verilmiş kassasiya şikayәtlәrinә mahiyyәti üzrә baxaraq MÜƏYYƏN ETDI: Bakı Ağır Cinayәtlәr Mәhkәmәsinin 23 oktyabr 2025-ci il tarixli 1(101)-283/2025 nömrәli (hakimlәr: Namazov Fәrid Arif oğlu (sәdrliyi), Hüseynov Telman Qulamәli oğlu vә Qurbanova Aygün Arzu qızından ibarәt mәhkәmә tәrkibindә) hökmü ilә ## ###### 1987-ci il tarixdә x rayonunun x kәndindә doğulmuş, Azәrbaycan Respublikasının vәtәndaşı, ali tәhsilli, evli, himayәsindә 2 (iki) azyaşlı uşağı olan, işsiz, mәhkumluğu olmayan, ünvan 2 ünvanında qeydiyyatda olmaqla faktiki hәmin ünvanda yaşamış Tәqsirlәndirilәn şәxs Azәrbaycan Respublikası Cinayәt Mәcәllәsinin 178.3.2-ci maddәsi ilә tәqsirli bilinәrәk, ona 5 (beş) il 6 (altı) müddәtinә azadlıqdan mәhrum etmә cәzasının tәyin edilmәsi, onun ibtidai hәbs müddәtinin, yәni hazırkı iş üzrә tutulduğu vә hәbsdә saxlanıldığı müddәtin cәzaçәkmә müddәtinә daxil edilmәklә cәzaçәkmә müddәtinin әvvәlinin onun hazırkı iş üzrә tutulduğu 3 noyabr 2023-cü il tarixdәn hesablanması, barәsindә seçilmiş hәbs qәtimkan tәdbirinin hökm qanuni qüvvәyә minәnәdәk dәyişdirilmәdәn saxlanılması, cәzasını ümumi rejimli cәzaçәkmә müәssisәsindә çәkmәsi; ## ### 1988-ci il tarixdә x rayonunda doğulmuş, Azәrbaycan Respublikasının vәtәndaşı, ali tәhsilli, evli, himayәsindә 1 (bir) azyaşlı vә 1 (bir) yetkinlik yaşına çatmayan uşağı olan, işsiz, ünvan 3 ünvanında qeydiyyatda olmaqla faktiki ünvan 1 ünvanında yaşamış Mәhkum Azәrbaycan Respublikası Cinayәt Mәcәllәsinin (bundan sonra “CM-in”) 178.3.2-ci maddәsi ilә tәqsirli bilinәrәk, ona 6 (altı) il 6 (altı) ay müddәtinә azadlıqdan mәhrum etmә cәzasının tәyin edilmәsi, Bakı Ağır Cinayәtlәr Mәhkәmәsinin 29.09.2021-ci il tarixli 1(101)- 685/2021 nömrәli hökmü ilә tәyin edilmiş vә Bakı Apellyasiya Mәhkәmәsinin 18.01.2022-ci il tarixli 1(103)-145/2022 nömrәli qәrarı vә Azәrbaycan Respublikasının Ali Mәhkәmәsinin Cinayәt Kollegiyasının 17.05.2023-cü il tarixli qәrarı ilә 7 (yeddi) il müddәtinә endirilmiş azadlıqdan mәhrum etmә cәzasının cinayәtlәrin mәcmusu qaydasında CM-in 66.5-ci maddәsinә әsasәn hazırkı hökmlә tәyin edilmiş 6 (altı) il 6 (altı) ay müddәtinә azadlıqdan mәhrum etmә cәzasına qismәn toplanılmaqla qәti olaraq 8 (sәkkiz) il müddәtinә azadlıqdan mәhrum etmә cәzasının tәyin edilmәsi, onun cәzasının әvvәlinin 19 avqust 2020-ci il tarixdәn hesablanması, Bakı Ağır Cinayәtlәr Mәhkәmәsinin 29.09.2021-ci il tarixli 1(101)-685/2021 nömrәli hökmü, Bakı Apellyasiya Mәhkәmәsinin 18.01.2022-ci il tarixli 1(103)-145/2022 nömrәli vә Azәrbaycan Respublikasının Ali Mәhkәmәsinin Cinayәt Kollegiyasının 17.05.2023cü il tarixli qәrarlarına әsasәn cәza çәkmәsinin nәzәrә alınması vә ona qәtimkan tәdbirinin tәyin edilmәmәsi, cәzasını ümumi rejimli cәzaçәkmә müәssisәsindә çәkmәsi müәyyәn edilmişdir. Hökmdәn mәhkum edilmiş şәxs Mәhkum müdafiәçisi X6, mәhkum edilmiş şәxs Tәqsirlәndirilәn şәxs müdafiәçisi müdafiәçi2 vә zәrәrçәkmiş şәxs Zәrәrçәkmiş şәxs nümayәndәsi Nümayәndә tәrәfindәn ayrı-ayrılıqda verilmiş apellyasiya şikayәtlәrinә, hәmçinin dövlәt ittihamçısı Eldar Mәmmәdov tәrәfindәn verilmiş apellyasiya protestinә әsasәn işә baxan Bakı Apellyasiya Mәhkәmәsinin Cinayәt Kollegiyasının 24 dekabr 2025-ci il tarixli 1(103)- 2334/2025 nömrәli (hakimlәr: Qәniyev Faiq Əsәd oğlu (sәdrlik edәn vә mәruzәçi), Əlәkbәrov Əfqan Qәzәnfәr oğlu vә Ibrahimli Ibrahim Adil oğlundan ibarәt mәhkәmә tәrkibindә) qәrarı ilә apellyasiya şikayәtlәri vә apellyasiya protesti tәmin edilmәmiş, Bakı Ağır Cinayәtlәr Mәhkәmәsinin 23 oktyabr 2025-ci il tarixli hökmü verilmiş apellyasiya şikayәtlәrinә vә apellyasiya protestinә münasibәtdә dәyişdirilmәdәn saxlanılmışdır. Bakı Apellyasiya Mәhkәmәsinin Cinayәt Kollegiyasının 24 dekabr 2025-ci il tarixli qәrarından dövlәt ittihamçısı tәrәfindәn kassasiya protesti, mәhkum Tәqsirlәndirilәn şәxs müdafiәçisi müdafiәçi2, mәhkum Mәhkum müdafiәçisi X6 vә zәrәrçәkmiş şәxs Zәrәrçәkmiş şәxs nümayәndәsi Nümayәndә tәrәfindәn kassasiya şikayәtlәri verilmişdir. IŞIN HALLARI: Ittiham aktına görә, Tәqsirlәndirilәn şәxs özgәnin әmlakını әlә keçirmәk mәqsәdilә tanışı Mәhkum ilә qabaqcadan әlbir olan bir qrup şәxs halında Zәrәrçәkmiş şәxs etibarından sui-istifadә edib, sonuncunu taxta biznesi ilә mәşğul olaraq gәlir әldә etmәklә bağlı yalan vәdlәr verib aldatmaqla, 2017-ci ilin yanvar ayından 2019-cu ilәdәk olan müddәt әrzindә Bakı şәhәri, Nәrimanov rayonu әrazisindә yerlәşәn “Life Center” Ticarәt Mәrkәzinin yaxınlığında hissә-hissә olmaqla cәmi 248000 manat, 9 avqust 2019-cu il tarixdә Bakı şәhәri, Nәrimanov rayonu әrazisindә yerlәşәn “x” Tibb Mәrkәzinin yaxınlığında Zәrәrçәkmiş şәxs tanışı şahid1 vasitәsilә hәmin dövrün valyuta mәzәnnәsi ilә 3400 manat tәşkil edәn 2000 ABŞ dolları vә 19 noyabr 2019-cu il tarixdә Bakı şәhәri, Nәrimanov rayonu, Azadlıq prospekti *** saylı ünvanda yerlәşәn ** saylı notariat ofisindә 270000 manat olmaqla ümumilikdә 521400 manat mәblәğindә pulunu vahid niyyәtlә әhatә olunan qәsdlә әlә keçirәrәk zәrәrçәkmiş şәxs Zәrәrçәkmiş şәxs xüsusilә külli miqdarda ziyan vurmaqla dәlәduzluq etmişdir. Ittiham aktına görә, Mәhkum özgәnin әmlakını әlә keçirmәk mәqsәdilә tanışı Tәqsirlәndirilәn şәxs ilә qabaqcadan әlbir olan bir qrup şәxs halında Zәrәrçәkmiş şәxs etibarından sui-istifadә edib, sonuncunu taxta biznesi ilә mәşğul olaraq gәlir әldә etmәklә bağlı yalan vәdlәr verib aldatmaqla, 2017-ci ilin yanvar ayından 2019-cu ilәdәk olan müddәt әrzindә Bakı şәhәri, Nәrimanov rayonu әrazisindә yerlәşәn “Life Center” Ticarәt Mәrkәzinin yaxınlığında hissә-hissә olmaqla cәmi 248000 manat, 9 avqust 2019-cu il tarixdә Bakı şәhәri, Nәrimanov rayonu әrazisindә yerlәşәn “x” Tibb Mәrkәzinin yaxınlığında Zәrәrçәkmiş şәxs tanışı şahid1 vasitәsilә hәmin dövrün valyuta mәzәnnәsi ilә 3400 manat tәşkil edәn 2000 ABŞ dolları vә 19 noyabr 2019-cu il tarixdә Bakı şәhәri, Nәrimanov rayonu, Azadlıq prospekti *** saylı ünvanda yerlәşәn ** saylı notariat ofisindә 270000 manat olmaqla ümumilikdә 521400 manat mәblәğindә pulunu vahid niyyәtlә әhatә olunan qәsdlә әlә keçirәrәk zәrәrçәkmiş şәxs Zәrәrçәkmiş şәxs xüsusilә külli miqdarda ziyan vurmaqla dәlәduzluq etmişdir. Mәhkәmәlәr isә yuxarıda qeyd olunmuş nәticәyә gәlmişlәr. KASSASIYA PROTESTININ VƏ KASSASIYA ŞIKAYƏTLƏRININ DƏLILLƏRI, PROSES IŞTIRAKÇILARININ ÇIXIŞLARI: Dövlәt ittihamçısı kassasiya protestini onunla әsaslandırmışdır ki, birinci instansiya mәhkәmәsi tәqsirlәndirilәn şәxslәrin Tәqsirlәndirilәn şәxs özgәnin әmlakını әlә keçirmәk mәqsәdilә tanışı Mәhkum ilә qabaqcadan әlbir olan bir qrup şәxs halında Zәrәrçәkmiş şәxs etibarından sui-istifadә edәrәk, ümumilikdә 115000 manat pul vәsaitini vahid niyyәtlә әhatә olunan qәsdlә külli miqdarda ziyan vurmaqla dәlәduzluq etdiyini qәnaәtinә gәlәrәk ittiham tәrәfi tәqsirlәndirilәn şәxslәrә CM-in 178.4-cü maddәsi ilә ittiham olunduğu maddәsindәn, hәmin Mәcәllәnin 178.3.2-ci maddәsinә tövsif etmiş vә nәticәdә zәrәrçәkmiş şәxsә dәymiş olduğu ziyanı düzgün müәyyәn etmәyәrәk, cinayәt işi üzrә әmәli düzgün tövsif etmәmişdir. Mәhkәmә tәqsirlәndirilәn şәxslәrә qarşı irәli sürülmüş ittihamlar üzrә qalıq mәblәğlә, yәni 406400 manat pul vәsaiti ilә bağlı göstәrmişdir ki, zәrәrçәkmiş şәxs Zәrәrçәkmiş şәxs ifadәsinә görә o, hәmin pul vәsaitindәn 20000 ABŞ dolları, yәni 34020 manat pulu Tәqsirlәndirilәn şәxs azadlığa buraxılması üçün, 20000 ABŞ dolları (hәmin dövrdә ekvivalenti 34020 manat) vә 30000 manat pulu ağacların yerdәyişmәsi mәsәlәsinә görә keçirilәn tender vә digәr işlәri görmәk üçün vә 2019-cu ilәdәk ümumilikdә 248000 manat pulu, 2000 ABŞ dolları (3400 manat) pulu uşağının müalicәsinә kömәk etmәk üçün, 270000 manat pulu isә taxta biznesinin davam etdirilmәsi üçün Mәhkum vasitәsilә hәr iki tәqsirlәndirilәn şәxsә verdiyini bildirmişdir. Mәhkәmә zәrәrçәkmiş şәxs, şahid ifadәlәrin vә cinayәt işi üzrә toplanmış mötәbәr sübutlara yox, tәqsirlәndirilәn şәxslәrin ifadәlәrini üstün tutaraq düzgün nәticәyә gәlmәmiş vә hәmin hissәdә dә haqlı olmamışdır. Baxmayaraq ki, tәqsirlәndidrilәn şәxslәr ümumiyyәtlә onlara qarşı irәli sürülmüş ittihamla bağlı özlәrini tәqsirli bilmәmişlәr. O, da onu göstәrir ki, mәhkәmә qu qәnaәtә gәlәrkәn öz mülahizәlәrә әsaslanaraq, qeyd olunan mötәbәr sübutları nәzәrә almayaraq, hәmin mәblәğlәri ittihamdan xaric etmişdir. Göründüyü kimi mәhkәmәlәrin tәqsirlәndirilәn şәxslәrin verdiklәri ifadәlәri әsas götürәrәk zәrәrçәkmiş şәxsin ifadәlәrini isә şübhә altına almışdır. Belә ki, iş materiallarından da göründüyü kimi tәqsirlәndirilәn şәxs Mәhkum istintaq zamanı da özünü tәqsirli bilmәmiş, zәrәr çәkmiş şәxsdәn 30000 vә 85000 manat mәblәğindә pul vәsaitlәrini faizә götürdüyü bildirmiş, zәrәrçәkmiş şәxslә taxta biznesi qurmaq adı ilә hәr hansı mәblәğdә pul almadığını, zәrәrçәkmiş şәxsin qeyd etdiklәrini yalan olduğunu bildirmişdir. Eyni zamanda tәqsirlәndirilәn şәxs Tәqsirlәndirilәn şәxs da ibtidai istintaq zamanı verdiyi ifadәsindә özünü qismәn tәqsirli bilәrәk x-dәn x-ә taxta biznesindәn qazanc verәcәyi adı ilә aldadaraq 500000 manat pul aldığını etiraf etsә dә, istintaqın sonrakı mәrhәlәlәrindә X-in taxta biznesi adı ilә x-dәn hansısa mәblәğindә pul almasını eşitmәdiyini ümumiyyәtlә bu barәdә mәlumatı olmadığını bildirmişdir. Göründüyü kimi tәqsirlәndirilәn şәxs istәr ibtidai istintaq dövründә, istәrsә dә mәhkәmә istintaqı zamanı özünü müdafiә xarakterli ifadәlәr verәrәk, qeyri-sәmimilik göstәrәrәk cinayәt mәsuliyyәtindәn yaxa qurtarmağa çalışmışlar. Lakin tәqsirlәndirilәn şәxslәrin zәrәrçәkmiş Zәrәrçәkmiş şәxs aldatması iş materialları ilә tam sübuta yetirilir. Cinayәt prosessual qanunvericiliyin tәlәblәrinә әsasәn tәqsirlәndirilәn şәxslәrә cinayәtin törәdilmәsinә aidiyyәti olmayan şәxsin adını bilәrәkdәn çәkdiyi hallar istisna edilmәklә, verdiyi ifadәyә vә izahata görә heç bir mәsuliyyәt qoyula bilmәz. Lakin onların törәtmiş olduğu cinayәti etiraf etmәsi, cinayәtin faktiki hallarına uyğun ifadәlәr vermәsi vә göstәrdiyi xüsusatların iş materialları ilә tәsdiqini tapması onların ifadәlәrinә hәr hansı bir şübhәnin olmamasına gәtirib çıxarır. Lakin hazır ki, cinayәt işindә olan sübutların tәsdiqlәrinin şәxslәrin vermiş olduğu ifadәlәrinin özlüyündә hәqiqәti әks etdirmәdiyini, özünü müdafiә xarakteri daşıdığı aşkardır. Belә olan halda mәhkәmәlәr tәqsirlәndirilәn şәxslәrinin ifadәlәrinә tәnqidi yanaşmalı idilәr. Lakin, hökm vә qәrardan da göründüyü kimi mәhkәmәlәr әksinә zәrәrçәkmiş şәxsin әlә keçirilmiş mәblәğlәr barәdә fәrqli izahat vә ifadәlәrinә әsaslanaraq onun ifadәsini şübhә altına almışlar. Halbuki, iş materiallarından da göründüyü kimi zәrәrçәkmiş şәxs ona vurulmuş ziyan barәdә fәrqli mәblәğin göstәrilmә sәbәblәrini bildirmişdir. Bundan başqa mәhkәmәyә daxil olmuş Bakı şәhәri ** saylı Notariat ofisinin 20.05.2025-ci il tarixli, **** nömrәli mәktubundan görünür ki, 7 vәrәqdәn ibarәt kredit müqavilәsinә aid sәnәdlәrin surәtlәri mәhkәmәyә tәqdim olunmuşdur. Hәmin mәktubun әlavәsindә 19.11.2021-ci il tarixli kredit müqavilәsi, hәmin tarixli "Xәzinә mәdaxil orderi", notarius tәrәfindәn "xxxx" ASC-nin * saylı şöbәsinә mәktub, Zәrәrçәkmiş şәxs әrizәsi vә sonuncunun şәxsiyyәt vәsiqәsinin surәti, Mәhkum әrizәsi vә sonuncunun şәxsiyyәt vәsiqәsinin surәti vardır. Lakin hәmin notarius tәrәfindәn mәhkәmәyә 270000 manat pulun Mәhkum vә ya digәr şәxs tәrәfindәn götürülmәsinә dair hәr hansı sәnәd (mәxaric qәbzi, çek, ödәniş tapşırığı vә digәr) tәqdim edilmәmişdir. Göründüyü kimi, mәhkәmә hәmin sәnәdlәri surәtlәrini götürsә dә, mәxaric qәbzi, çek, ödәniş tapşırığı vә digәr sәnәdlәr mәhkәmәyә tәqdim edilmәmiş, mәhkәmә bununla әlaqәdar yenidәn sorğu vermәmiş vә qeyd olunan sәnәdlәri almamışdır. Zәrәrçәkmiş şәxs Zәrәrçәkmiş şәxs ibtidai vә mәhkәmә istintaqı zamanı ifadәlәrindә bildirmişdir ki, 270000 manat pulu Mәhkum Bakı şәhәri ** saylı Notariat kontorunun kassasında nәğd şәkilindә götürmüşdür. Mәhkәmә bu hissәdә sәthi araşdırma aparmış, bu xüsusata diqqәt yetirmәmiş vә nәticәdә düzgün qәrara gәlmәmişdir. Qeyd olunan xüsusatlar apellyasiya instansiya mәhkәmәsindә hәm tәrәfimdәm, hәmçinin zәrәrçәkmiş şәxsin nümayәndәsi tәrәfindәn sәslәndirilmiş, qeyd olunan notariat işinin әldә olunması vә ona baxış keçirilmәsi mәhkәmәdәn xahiş edilmişdir. Lakin qeyd olunan xüsusatlar mәhkәmә tәrәfindәn araşdırılmadan әsassız nәticәyә gәlinmişdir. Odur ki, Bakı Apellyasiya Mәhkәmәsinin cinayәt kollegiyasının 24.12.2025-ci il tarixli qәrarı lәğv olunsun vә cinayәt işi yeni apellyasiya baxışına tәyin edilsin qәrar qәbul edilmәsini xahiş edir. Zәrәrçәkmiş şәxs Zәrәrçәkmiş şәxs nümayәndәsi kassasiya şikayәtini onunla әsaslandırmışdır ki, apellyasiya instansiyası mәhkәmәsi tәrәfindәn işin faktiki halları vә sübutlar lazımi qaydada qiymәtlәndirilmәmiş, tәqsirlәndirilәn şәxslәrin әmәllәrinin xüsusilә ağır cinayәt xarakteri vә zәrәrçәkmişin әmlakına vurulmuş külli miqdarda ziyan nәzәrә alınmamışdır. Bu sәbәbdәn, Bakı Apellyasiya Mәhkәmәsinin Cinayәt Kollegiyasının 24.12.2025-ci il tarixli qәrarının lәğv edilmәsi vә qanuni vә әdalәtli qәrar qәbul edilmәsi zәruridir. Bakı Apellyasiya Mәhkәmәsinin Cinayәt Kollegiyası apellyasiya şikayәtindә göstәrilәn xüsusatlara, ümumiyyәtlә fikir vermәdәn, sadәcә Bakı Ağır Cinayәtlәr Mәhkәmәsinin nәticәsini tәsdiq etmişdir. Lakin birinci instansiya mәhkәmәsi bәzi mühüm sübutları nәzәrә almamış, xüsusilә dә cinayәtin törәdilmәsini göstәrәn ifadәlәri lazımınca qiymәtlәndirmәmişdir. Mәhkәmә yüngüllәşdirici hallara әsassız şәkildә daha çox әhәmiyyәt vermiş, lakin ağırlaşdırıcı halları tam nәzәrә almamışdır. Bakı Ağır Cinayәtlәr Mәhkәmәsindә baxılan cinayәt işi ilә әlaqәdar elektron mәhkәmә sistemindә yaradılmış elektron kabinetdә Bakı şәhәri ** saylı Notariat ofisinin 20.05.2025-ci il tarixli **** nömrәli mәktubu olsa da 7 vәrәqdәn ibarәt hәmin kredit müqavilәsinә aid sәnәdlәrin surәtlәri yoxdur. Ittiham tәrәfi olaraq isә belә bir sәnәdlәrlә tanış olmamışlar. Mәhkәmә tәrәflәrindәn sistemә yüklәnilmiş 7 vәrәqdәn ibarәt, Mәhkum pulu nağdlaşdırmasını sübuta yetirәn bank qәbzi olmayan sәnәdlәrә istinad edәrәk, eyni zamanda **** nömrәli mәktuba әlavә olunmuş notariat işini gizlәdәrәk qәrәzli şәkildә 270000 manat vәsaiti ittihamdan xaric etmişdir. Halbuki hәmin vәsait tәqsirlәndirilәn şәxs Mәhkum tәrәfindәn nağdlaşdırılmışdır. Bakı Ağır Cinayәtlәr Mәhkәmәsinin hakimlәri bu mәblәğlә bağlı mәhkәmә zalında şәxsәn dindirdiklәri şahidlәr şahid3 vә şahid2 ifadәlәrini özlәri şübhә altına alaraq ibtidai istintaq zamanı әldә edilәn şübhәli mәlumatları әsas götürmüşlәr. Bunlardan әlavә, birinci instansiya mәhkәmәsi ittihamda öz әksini tapan 40000 ABŞ dolları, yәni 68040 manat pul, 30000 manat pul vә 34960 manat pulun, yәni ümumilikdә 133000 manat pulun tәqsirlәndirilәn şәxslәrә tәqdim olunmasına dair hәr hansı sәnәdi zәrәrçәkmiş şәxs Zәrәrçәkmiş şәxs tәqdim edә bilmәdiyini, bu vәsaitlәrin mәhkәmә istintaqı zamanı toplanmış dәlillәrlә deyil, ibtidai istintaqın ilkin mәrhәlәlәrindә qәrәzli iş aparan müstәntiqlәrin lәğv olunmuş qәrarlarındakı mövqelәrinә istinad edib şübhәli olduğunu әsas gәtirmәklә qanunsuz, әsassız vә әdalәtsiz şәkildә ittihamdan xaric etmişdir. Hәtta Bakı Ağır Cinayәtlәr Mәhkәmәsi dәlәduzluq niyyәtilә tәqsirlәndirilәn şәxslәrin әldә etdiyi ümumi mәblәği 521400 manatdan 118400 manata salmaqla kifayәtlәnmәmiş, ittihamda saxladığı bu mәblәğin 50000 manatının ödәnilmәsini, CM-dә nәzәrdә tutulan vә tutulmayan az qala bütün yüngüllәşdirici hallan sadalayaraq tәqsirlәndirilәn şәxslәrә CM-in 178.3.2-ci maddәsindә nәzәrdә tutulmuş sanksiyanın әn aşağı hәddindә cәzalar tәyin etmişdir. Odur ki, Bakı Apellyasiya Mәhkәmәsinin Cinayәt Kollegiyasının 24 dekabr 2025-ci il tarixli qәrarının lәğv edilәrәk, tәqsirlәndirilәn şәxslәr Mәhkum vә Tәqsirlәndirilәn şәxs әmәllәrinә düzgün hüquqi qiymәt verilmәsi vә onlara CM-in 178.4-cü maddәsi ilә әdalәtli cәzalar tәyin edilmәsindәn ötrü işә yenidәn apellyasiya instansiyası mәhkәmәsindә baxılmasının tәyin olunması barәdә qәrarın qәbul edilmәsini xahiş edir. Mәhkum Mәhkum müdafiәçisi kassasiya şikayәti onunla әsaslandırmışdır ki, Mәhkum әmәllәrindә CM-in 178.3.2-ci maddәsinin tәrkibi mövcud olmamış vә onun tәrәfindәn hәmin cinayәtin törәdilmәsi sübuta yetirilmәmiş vә o, qanunsuz olaraq cinayәt mәsuliyyәtinә cәlb edilmişdir. Belә ki, mәhkәmәnin Mәhkum tәrәfindәn Zәrәrçәkmiş şәxs 2017-ci ilin yanvar ayından 2018-ci il fevral ayınadәk 30000 manat vә 85000 manat olmaqla ümumilikdә 115000 manat vә 2019-cu ilin avqust ayında 34000 manat pulunu dәlәduzluq yolu ilә әlә keçirmәsi barәdә qәrarın bu hissәsi qanuni vә әsaslı olmamış, hәmin hissәdә qәrar lәğv olunmalı vә Mәhkum barәsindә cinayәt işinin icraatına bәraәtverici әsaslarla xitam verilmәlidir. Borc alınmış pul vәsitinin qaytarılmaması obyektiv hallarla, yәni müflislәşmә vә ya uğursuz kommersiya fәaliyyәti nәticәsindә, borclunun azadlığının, iş fәaliyyәtinin mәhdudlaşdırılması vә bu kimi sair hallarla әlaqәdar olmuşdursa, kreditor vә borclunun qarşılıqlı münasibәtlәri mülki qanunvericilik әsasında tәnzimlәnmәlidir. Mülki münasibәtlәrdәn irәli gәlәn öhdәliklәrin yerinә yetirilmәmәsi yalnız o halda dәlәduzluq kimi qiymәtlәndirilә bilәr ki, şәxsin hәmin müqavilәlәri bağlamazdan öncә özgәnin әmlakını vә ya әmlaka olan hüquqlarını әvәzsiz olaraq әlә keçirmәk niyyәtindә olması müәyyәn edilmiş olsun. Qalan hallarda belә öhdәliklәrin yerinә yetirilmәmәsi mәsәlәsinә mülki mühakimә icraatı qaydasında baxılmalıdır. Yuxarıda sadalanan maddi hüquq normalarının göstәrişlәrinә istintaq orqanı tәrәfindәn riayәt edilmәmiş vә bu baxımdan işә baxan 1-ci instansiya mәhkәmәsi vә apellyasiya kollegiyası dә cinayәt işinin materiallarında әks olunan işin faktiki hallarına düzgün qiymәt vermәmişdir. Cinayәt işi üzrә mәhkәmәdә araşdırılan sübutlardan göründüyü kimi, Zәrәrçәkmiş şәxsla Mәhkum fәaliyyәti sәlәmçilik yolu ilә gәlir әldә etmәyә yönәlmiş "kommersiya-biznes" fәaliyyәtidir vә Mәhkum faizlә borc aldığı 115000 manat pulun 50000 (әslindә 30000 ABŞ dolları-51000 manat) manatını 2019-cu ilin sentyabr ayında Zәrәrçәkmiş şәxs qaytarmış vә 2019-cu ilәdәk әvvәlcә 18 faizdәn, sonra 15 faizdәn olmaqla ona faiz ödәmişdir. Bu baxımdan onların arasındakı borc mübahisәsi mülki mühakimә icraatı qaydasında hәll edilә bilәr. Odur ki, Bakı Apellyasiya Mәhkәmәsinin Cinayәt Kollegiyasının 24 dekabr 2025-ci il tarixli qәrarının lәğv edilәrәk, Mәhkum әmәlindә cinayәt tәrkibi olmadığına görә cinayәt işinin onun barәsindә olan hissәsinin icraatına bәraәtverici әsaslarla xitam verilmәsi barәdә qәrar qәbul edilmәsini xahiş edir. Mәhkum Tәqsirlәndirilәn şәxs müdafiәçisi kassasiya şikayәti onunla әsaslandırmışdır ki, Bakı Apellyasiya Mәhkәmәsinin qәrarı Azәrbaycan Respublikası Konstitusiyasının, CM-in vә Cinayәt-Prosessual Mәcәllәsinin müddәaları, prinsiplәri pozulmaqla qәbul edildiyinә görә lәğv edilmәli, Tәqsirlәndirilәn şәxs barәsindә CM-in 178.3.2-ci maddәsi ilә bәraәt verilmәlidir. Ümumiyyәtlә cinayәt işinin materiallarında Mәhkum da, Zәrәrçәkmiş şәxs aldadıb pullarını әlә keçirmәk, ondan aldığı pulları qaytarmamaq niyyәti olması sübuta yetirilmәmişdir. Zәrәrçәkmiş şәxs özü dә ifadәlәrindә göstәrmişdir ki, X-ә vermiş olduğu pulların müqabilindә X ona hәr ay 1500-2000 manat olmaqla ümumilikdә 50.000 manat pul qaytarmışdır. Hәm mәhkәmәyәdәk icraat, hәm dә mәhkәmә baxışı zamanı verdiyi ifadәlәrindә tәqsirlәndirilәn şәxs Mәhkum zәrәrçәkmiş şәxsdәn 30000 manat vә 85000 manat mәblәğindә pul vәsaitini götürmәyini, habelә hәmin pulu götürmәsinә dair sәnәd imzaladığını tәsdiqlәmişdir. Hәmin sәnәdlәrin mövcudluğu vә tәqsirlәndirilәn şәxs Mәhkum tәrәfindәn imzalanması işin mübahisәsiz halıdır. Mәhkәmә bu halları düzgün qeyd etsә dә, әslindә gәldiyi nәticә tam obyektiv vә әdalәtli olmamışdır. Belә ki, mәhkәmә hökmdә qeyd etmişdir ki, guya ki, Tәqsirlәndirilәn şәxs Mәhkumla qabaqcadan әlbir olub Zәrәrçәkmiş şәxs külli miqdarda pulunu әlә keçirmişdir. Əslindә isә iş materiallarına әlavә edilmiş x-ә mәxsus sәs yazılarının konkret olaraq nә vaxt yazılması göstәrilmәsә dә, işin mübahisәsiz halı ondan ibarәtdir ki, Zәrәrçәkmiş şәxs Mәhkum gәlir әldә etmәk vә ya faizlә pul qazanmaq üçün 115.000 manat pulları verәrkәn Tәqsirlәndirilәn şәxs tanımamış, onunla aralarında hәr hansı razılıq, danışıq olmamışdır. Mәhkәmә X-in kompüterdә tәrtib olunub, imzalanmış hәmin qәbzlәri x-ә verdiyi vaxt Zәrәrçәkmiş şәxs bununla bağlı x-lә әlaqә saxlamamasını, külli miqdarda pulları x-in ona geri qaytarmaq barәdә öhdәlik götürüb-götürmәdiyini dәqiqlәşdirmәmişdir. Halbuki, Zәrәrçәkmiş şәxs özü ifadәlәrindә göstәrmişdir ki, pulları Mәhkum verәrkәn x-i tanımamış, onunla pulların verilmәsi vә geri qaytarılması ilә bağlı aralarında heç bir söhbәt olmamışdır. Bu halı Tәqsirlәndirilәn şәxs vә Mәhkum da tәsdiq etmişlәr. Amma mәhkәmә hәmin sәnәdlәri tәdqiq edib Tәqsirlәndirilәn şәxs münasibәtdә yanlış qәnaәtә gәlmişdir. Mәhkәmәnin mövqeyinә görә hәr iki sәnәdin mәzmunu tәhlil edildikdә müәyyәn olunur ki, Mәhkum әldә etdiyi pul vәsaitini iş üçün Tәqsirlәndirilәn şәxs Zәrәrçәkmiş şәxs verdiyini bildirmişdir. Amma bu hal Tәqsirlәndirilәn şәxs vә Mәhkum tәrәfindәn tam tәkzib olunmuş vә heç bir sübutla tәsdiq edilmımişdir. Mәhkәmә tәqsirlәndirilәn şәxs Tәqsirlәndirilәn şәxs vә Mәhkum bunu inkar etmәsinә baxmayaraq, hәmin sәnәdlәrin mәzmunundan vә zәrәrçәkmiş şәxsin hәqiqәtә uyğun olmayan ifadәsindәn belә qәnaәtә gәlmişdir ki, Tәqsirlәndirilәn şәxs vә Mәhkum Zәrәrçәkmiş şәxs 30000 manat vә 85000 manat olmaqla, 115000 manat pul vәsaitini götürmüşdür. Amma Tәqsirlәndirilәn şәxs tәqsirlәndirilәn şәxs qismindә mәhkәmәdә verdiyi ifadәsindә 35000 ABŞ doları pulu 2016-cı ildә Mәhkum Hәmdula oğlundan “borc” kimi götürdüyünü, sonuncudan Zәrәrçәkmiş şәxs pulunu istәdiyinә görә, X-in sözü ilә Zәrәrçәkmiş şәxsla әlaqә saxladığını bildirmişdir. Odur ki, Bakı Apellyasiya Mәhkәmәsinin 24 dekabr 2025-ci il tarixli qәrarının lәğv edilәrәk, cinayәt işinin icraatına bәraәtverici әsaslarla xitam verilmәsi barәdә qәrarın qәbul edilmәsini xahiş edir. Kassasiya instansiyası mәhkәmәsindә Azәrbaycan Respublikası Baş Prokurorluğunun Dövlәt ittihamının müdafiәsi üzrә idarәsinin Kassasiya instansiyası mәhkәmәsindә dövlәt ittihamının müdafiәsi vә analitik tәhlil şöbәsinin prokuroru Ibrahimov Elçin Tofiq oğlu çıxış edәrәk, kassasiya protestinin vә zәrәrçәkmiş şәxsin nümayәndәsi tәrәfindәn verilmiş kassasiya şikayәtinin tәmin edilmәsini, müdafiәçilәr tәrәfindәn ayrıayrılıqda verilmiş kassasiya şikayәtlәrinin tәmin edilmәmәsini xahiş etdi. Kassasiya instansiyası mәhkәmәsindә müdafiәçi X6 çıxış edәrәk, protestin vә zәrәrçәkmiş şәxsin nümayәndәsi tәrәfindәn verilmiş kassasiya şikayәtinin ilkin ittihamda qoyulan dәlillәrә әsaslanmaqla tәkrar olunduğunu bildirib, verilmiş kassasiya protestinin vә zәrәrçәkmiş şәxsin nümayәndәsi tәrәfindәn verilmiş kassasiya şikayәtinin tәmin edilmәmәsini, özü tәrәfindәn verilmiş kassasiya şikayәtinin tәmin edilmәsini xahiş etdi. Kassasiya instansiyası mәhkәmәsindә müdafiәçi müdafiәçi2 çıxış edәrәk, kassasiya protestinin vә zәrәrçәkmiş şәxsin nümayәndәsi tәrәfindәn verilmiş kassasiya şikayәtinin tәmin edilmәmәsini, özü tәrәfindәn verilmiş kassasiya şikayәtinin tәmin edilmәsini xahiş etdi. HÜQUQI MƏSƏLƏLƏR: Azәrbaycan Respublikası Cinayәt-Prosessual Mәcәllәsinin 419.1-ci maddәsinin tәlәblәrinә görә kassasiya instansiyası mәhkәmәsi kassasiya şikayәtinә vә ya kassasiya protestinә mahiyyәti üzrә baxaraq yalnız hüquq mәsәlәlәri üzrә cinayәt qanununun vә bu Mәcәllәnin normalarının tәtbiqinin düzgünlüyünü yoxlayır. Belә yoxlamanın nәticәsindә kassasiya kollegiyasının apellyasiya instansiyası mәhkәmәsinin qәrarlarının lәğv edilmәsi vә dәyişdirilmәsi üzrә sәlahiyyәtlәrinin hüdudlarını isә Azәrbaycan Respublikası Cinayәt-Prosessual Mәcәllәsinin 416-cı maddәsi müәyyәn edir. Mәhz hәmin maddәdә tәsbit edilәn әsaslar (әn azından hәmin әsaslardan biri) olduqda, Ali Mәhkәmәnin Kollegiyası mәhkәmә qәrarını kassasiya qaydasında lәğv etmәyә vә yaxud dәyişdirmәyә haqlıdır. Mәhkәmә kollegiyası hәmin normaların tәlәblәrinә uyğun olaraq apellyasiya mәhkәmәsinin qәrarının qanuniliyini kassasiya şikayәtlәrinin vә kassasiya protestinin dәlillәrini dә nәzәrә almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Müdafiәçilәr tәrәfindәn verilmiş kassasiya şikayәtlәrindә mәhkum barәsindә onlara elan edilmiş ittiham üzrә işin hallarının tam, hәrtәrәfli vә obyektiv araşdırılmadığı vә nәticәdә maddi vә prosessual normaların pozulduğu iddia edilmiş, bununla da mәhkәmә qәrarının kassasiya qaydasında lәğv edilmәsini vә ya dәyişdirilmәsini şәrtlәndirәn әsaslar Azәrbaycan Respublikası CPM-in 416.1.1 (mәhkәmә cinayәt prosesi tәrәfinin tәqdim etdiyi, irәli sürülmüş ittihamın hәrtәrәfli, tam vә obyektiv baxılması üçün mühüm әhәmiyyәt kәsb edә bilәcәk sübutların tәdqiqindәn әsassız imtina etdikdә), 416.1.2 (mәhkәmә bu Mәcәllәnin 143 - 146-cı maddәlәrinin tәlәblәrinә müvafiq olaraq sübutları tәdqiq etmәdikdә) vә 416.1.6-cı (mәhkәmә cinayәt tәrkibinin әlamәtlәri olmadan ittiham hökmü çıxardıqda) maddәlәrindә nәzәrdә tutulmuş hallarla әlaqәlәndirilmişdir. Dövlәt ittihamçısı tәrәfindәn verilmiş kassasiya protestindә vә zәrәrçәkmiş şәxsin nümayәndәsi tәrәfindәn verilmiş kassasiya şikayәtindә mәhkәmәlәr tәrәfindәn mәhkumun әmәlinin düzgün tövsif edilmәdiyi, әmәlin Azәrbaycan Respublikası CM-in 178.4-cü maddәsi ilә tövsif edilmәli olduğu halda, әsassız olaraq hәmin Mәcәllәnin 178.3.2-ci maddәsi ilә tövsif edildiyi, bununla da sübutlar vә sübutetmәyә dair cinayәt vә cinayәt prosessual qanunvericiliyin tәlәblәrinin kobud şәkildә pozulduğu iddia edilmiş vә mübahisәlәndirilәn qәrarın lәğv edilmәsini şәrtlәndirәn әsaslar Azәrbaycan Respublikası CPM-in 416.1.2 (mәhkәmә bu Mәcәllәnin 143-146-cı maddәlәrinin tәlәblәrinә müvafiq olaraq sübutları tәdqiq etmәdikdә) vә 416.1.15-ci (mәhkәmә törәdilmiş әmәlin tövsifindә sәhvә yol verdikdә) maddәlәrindә nәzәrdә tutulmuş hallarla әlaqәlәndirilmişdir. Odur ki, mәhkәmә kollegiyası kassasiya şikayәtlәrini vә kassasiya protestini CPM-in 419-cu maddәsinin tәlәblәri baxımından sәlahiyyәtlәrinә aid olan kassasiya müraciәtlәri hesab edir vә bu müraciәtlәrlә әlaqәdar Bakı Apellyasiya Mәhkәmәsinin Cinayәt Kollegiyasının 24 dekabr 2025-ci il tarixli qәrarının qanuniliyini vә әsaslılığını yoxlayaraq aşağıdakı xüsusatları qeyd edir. Azәrbaycan Respublikası CM-in 3-cü maddәsindә qeyd olunmuşdur ki, “yalnız bu Mәcәllә ilә nәzәrdә tutulmuş cinayәt tәrkibinin bütün әlamәtlәrinin mövcud olduğu әmәlin (hәrәkәt vә ya hәrәkәtsizliyin) törәdilmәsi cinayәt mәsuliyyәti yaradır”. Hәmin Mәcәllәnin tәqsirә görә mәsuliyyәt prinsipini ehtiva edәn 7-ci maddәsindә isә qeyd edilir ki, yalnız törәtdiyi ictimai tәhlükәli әmәlә (hәrәkәt vә ya hәrәkәtsizliyә) vә onun nәticәlәrinә görә tәqsiri müәyyәn olunmuş şәxs cinayәt mәsuliyyәtinә cәlb edilә vә cәzalandırıla bilәr. Azәrbaycan Respublikası Cinayәt-Prosessual Mәcәllәsinin 139-cu maddәsinә әsasәn cinayәt hadisәsinin baş vermә faktı vә halları, şübhәli vә ya tәqsirlәndirilәn şәxsin cinayәt hadisәsi ilә әlaqәsi, cinayәt qanunu ilә nәzәrdә tutulmuş әmәldә cinayәtin әlamәtlәri, cinayәt qanunu ilә nәzәrdә tutulmuş әmәlin törәdilmәsindә şәxsin tәqsirliliyi cinayәt tәqibi üzrә icraat zamanı yalnız sübutlara әsasәn müәyyәn edilir. Şәxsin әmәlindә cinayәt tәrkibinin cәhәtlәrini tәşkil edәn zәruri әlamәtlәrin mövcud olub-olmaması barәdә nәticәyә gәlmәk üçün şәxsә istinad edilәn әmәllәrin Cinayәt Mәcәllәsinin Ümumi hissәsinin tәlәblәri nәzәrә alınmaqla Xüsusi hissәsinin müvafiq maddәlәrinin dispozisiyaları ilә müqayisә edilmәsi tәlәb olunur. Azәrbaycan Respublikası Konstitusiya Mәhkәmәsinin Plenumunun “Azәrbaycan Respublikası Cinayәt Mәcәllәsinin 177.2.3-1-ci maddәsinin şәrh edilmәsinә dair” 17 mart 2011ci il tarixli qәrarına görә, cinayәt hüququnda cinayәtin tövsifi dedikdә, törәdilmiş ictimai tәhlükәli әmәldә müvafiq cinayәt tәrkibinin müәyyәn edilmәsi başa düşülür. Tövsif törәdilmiş әmәlin faktiki hallarının cinayәt tәrkibinin әlamәtlәrinә dәqiq uyğun gәlmәsinin müәyyәn edilmәsinә yönәlmiş ardıcıl vә mәntiqi prosesdir. Buna görә dә, onun ilkin şәrti törәdilmiş әmәlin hüquqi әhәmiyyәt kәsb edәn faktiki hallarının müәyyәn edilmәsindәn vә qiymәtlәndirilmәsindәn ibarәtdir. Törәdilmiş әmәlin faktiki halları müәyyәn edilәrkәn cinayәtin obyektinә, obyektiv cәhәtinә, subyektinә vә subyektiv cәhәtinә görә istәnilәn cinayәt tәrkibinә xas olan әlamәtlәrin tәsnifatı aparılır. Bu zaman әmәlin xüsusiyyәtlәri, subyekti müәyyәn edilir, onun motiv vә mәqsәdlәri aydınlaşdırılır, nәticәlәrinin xarakteri müәyyәnlәşdirilir. Iş üzrә әhәmiyyәtli olan bütün faktiki hallar müәyyәn edildikdәn sonra şәxsin törәtdiyi, qanunla qadağan olunmuş ictimai tәhlükәli әmәlin tövsifi üçün müvafiq cinayәt hüquq norması tәtbiq edilir. Cinayәtin tövsifinin digәr şәrti törәdilmiş ictimai tәhlükәli әmәlin tәrkibinin seçilmiş normada tәsvir edilәn tәrkibә uyğunluğunun müәyyәn edilmәsindәn ibarәtdir. Konstitusiya Mәhkәmәsinin formalaşdırdığı hüquqi mövqeyә әsasәn hәr bir cinayәt әmәli araşdırılarkәn onun tәrkibinin düzgün müәyyәn edilmәsi vә düzgün tövsif edilmәsi cinayәt әlamәtlәrini әks etdirәn әmәllәrin cinayәt olub-olmamasını, cinayәt törәtmәkdә tәqsirlәndirilәn şәxsin tәqsiri olub-olmamasını müәyyәnlәşdirmәyә, habelә hәmin cinayәtә görә tәqsirlәndirilәn şәxsә әdalәtli cәza tәyin edilmәsinә yönәlmişdir. Əks hal tәqsiri olmayan şәxsin mәsuliyyәtә alınmasına, yaxud da cinayәt törәtmәkdә tәqsirli olan şәxsin mәsuliyyәtdәn kәnarda qalmasına sәbәb ola bilәr. Bu isә öz növbәsindә Cinayәt Mәcәllәsinin әsaslandığı qanunçuluq, qanun qarşısında bәrabәrlik, tәqsirә görә mәsuliyyәt, әdalәt vә humanizm prinsiplәrinin pozulmasına gәtirib çıxara bilәr. (Konstitusiya Mәhkәmәsi Plenumunun “Azәrbaycan Respublikası Cinayәt Mәcәllәsinin 244.1-ci maddәsinin şәrh edilmәsinә dair” 17 mart 2011-ci il tarixli Qәrarı). Kassasiya mәhkәmә kollegiyası hәmçinin qeyd edir ki, cinayәt mühakimә icraatının obyektivliyi, qәrәzsizliyi vә әdalәtliliyi, cinayәt mühakimә icraatında sübutların qiymәtlәndirilmәsi prinsiplәri (CPM, 28 vә 33-cü maddәlәr), sübutlar vә sübutetmәyә dair normalar, o cümlәdәn cinayәt-prosessual qanunun 125, 143-146-cı maddәlәri, hökmün әsaslılığına dair müddәalar da (CPM, maddә 349.5) tәlәb edir ki, mәhkәmә cinayәt işlәrinә faktlar әsasında baxsın, faktların müәyyәn edilmiş sayılması üzrә qәnaәtini isә belә nәticәyә gәlmәk üçün kifayәt edәn, hәqiqiliyinә, yaranma mәnbәyinә, әldә edilmәsi hallarına şübhә olmayan (tam, hәrtәrәfli vә obyektiv yoxlanılmış), mәnsubiyyәti, mümkünlüyü, mötәbәrliyi üzrә lazımınca qiymәtlәndirilmiş sübutların mәcmusu ilә әsaslandırsın. Yalnız belә olduqda, Cinayәt-Prosessual Mәcәllәsinin 21 vә 349.5-ci maddәlәri tәlәb etdiyi kimi, mәhkәmәnin yekun qәrarı, o cümlәdәn şәxsin ona istinad edilәn cinayәtin törәdilmәsindә tәqsirli olması barәdә nәticә әsaslı sayıla bilәr. Cinayәt-Prosessual Mәcәllәnin 349.5-ci maddәsinә әsasәn mәhkәmә hökmünün әsaslı olması üçün: - mәhkәmәnin gәldiyi nәticәlәr yalnız mәhkәmә istintaqında tәdqiq edilmiş sübutlara әsaslanmalı; - bu sübutlar ittihamın qiymәtlәndirilmәsi üçün kifayәt etmәli; - mәhkәmәnin müәyyәn etdiyi hallar onun tәdqiq etdiyi sübutlara uyğun olmalıdır. Azәrbaycan Respublikası Ali Mәhkәmәsinin Cinayәt Kollegiyası qeyd edilәn normaların tәlәblәrinә müvafiq cinayәt işinin materiallarını araşdırıb, kassasiya şikayәtlәrinin vә kassasiya protestinin dәlillәrini müzakirә edәrәk, proses iştirakçılarının mәhkәmә çıxışlarını dinlәyәrәk hesab edir ki, aşağıdakı әsaslara görә kassasiya şikayәtlәri vә kassasiya protesti tәmin edilmәmәli, Bakı Apellyasiya Mәhkәmәsinin Cinayәt Kollegiyasının 24 dekabr 2025-ci il tarixli qәrarı isә dәyişdirilmәdәn saxlanılmalıdır. Tәdqiq olunmuş iş materiallarından, birinci instansiya mәhkәmәsinin hökmü vә apellyasiya mәhkәmәsinin qәrarından görünür ki, mәhkum Tәqsirlәndirilәn şәxs vә Mәhkum verilmiş etibardan sui-istifadә etmә vә aldatma yolu ilә qabaqcadan әlbir olan bir qrup şәxs tәrkibindә özgәnin әmlakını әlә keçirәrәk xüsusilә külli miqdarda ziyan vurmaqla dәlәduzluq etmә ilә bağlı ittiham birinci instansiya mәhkәmәsindә işә baxılarkәn mәhkәmә iclasında tәdqiq edilmiş sübutların mәcmusu ilә öz tәsdiqini tam tapmamış, onun cinayәt әmәlinin istintaq orqanı tәrәfindәn CM-in 178.4-cü maddәsi ilә düzgün tövsif edilmәdiyi, iş materiallarında olan sübutların mәcmusuna әsasәn Tәqsirlәndirilәn şәxs vә Mәhkum dәlәduzluq cinayәt әmәlini xüsusilә külli miqdarda ziyan vurmaqla törәtmәdiyi qәnaәtinә gәlinәrәk onların әmәllәrinin CM-in 178.3.2-ci maddәsi ilә tövsif edilmәli olduğu barәdә qәnaәtә gәlinmiş, işin düzgün hәlli üçün әhәmiyyәt kәsb edәn bütün sübutlar Azәrbaycan Respublikası CPM-in 143-146-cı maddәlәrindә göstәrilәn qaydada tәdqiq edilmiş, sübutların hansına әsaslanılması hökmdә göstәrilmişdir. Sonradan işә baxan apellyasiya mәhkәmәsi dә haqlı olaraq birinci instansiya mәhkәmәsinin gәldiyi bu nәticә ilә tam razılaşılmışdır. Tәqsirlәndirilәn şәxs vә Mәhkum әmәllәrinә hüquqi qiymәt verilmәsi mәsәlәsinә gәldikdә mәhkәmә kollegiyası hesab edir ki, hәmin әmәllәr Azәrbaycan Respublikası CM-in 178.3.2-ci maddәsi ilә nәzәrdә tutulmuş cinayәtin tәrkibini yaratdığı, bu cinayәtin tәrkibi ilә tam әhatә olunduğu üçün tamamilә düzgün olaraq hәmin maddә ilә tövsif edilmişdir. Belә ki, “Dәlәduzluq cinayәtlәrinә dair işlәr üzrә mәhkәmә tәcrübәsi haqqında” Azәrbaycan Respublikası Ali Mәhkәmәsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qәrarında qeyd olunur ki, başqa talama cinayәtlәrindәn fәrqli olaraq dәlәduzluq cinayәti aldatma vә ya etibardan sui-istifadә etmә yolu ilә törәdilir vә әmlak sahibi öz әmlakını vә ya ona olan hüququnu başqa şәxslәrә yalan vәdlәrin tәsiri altında könüllü surәtdә verir. Törәdilmiş әmәl o halda CM-in 178-ci maddәsindә nәzәrdә tutulmuş dәlәduzluq, yәni, etibardan sui-istifadә vә ya aldatma yolu ilә özgә әmlakını әlә keçirmә vә ya әmlak hüquqlarını әldә etmә hesab edilir ki, şәxsin niyyәti әmlakı әlә keçirәrkәn vә ya әmlak hüquqları әldә edәrkәn hәr hansı öhdәliyin yerinә yetirilmәsinә deyil, özgәnin әmlakının әvәzsiz vә qanunsuz olaraq öz mülkiyyәtinә keçirilmәsinә, yaxud da әmlak hüquqlarının әldә edilmәsinә yönәlmiş olsun. Dәlәduzluq cinayәtinin üsulu kimi aldatma dedikdә, özgә әmlakını (әmlak hüququnu) әlә keçirmәk niyyәtindә olan şәxs tәrәfindәn bilә-bilә yalan, hәqiqәtә uyğun olmayan mәlumatların verilmәsi vә ya hәqiqi mәlumatların gizlәdilmәsi, yaxud da әmlakın әlә keçirilmәsinә yönәlmiş qәsdәn törәdilәn başqa hәrәkәtlәrin edilmәsi (mәsәlәn, әqdin predmeti olan saxta әşyaların vә ya saxta sәnәdlәrin tәqdim edilmәsi, onların әldә edilmәsi, malların alınması zamanı aldadıcı üsullardan istifadә edilmәsi vә ya hesablaşma görüntüsünün yaradılması vә sair) başa düşülür. Dәlәduzluğun üsulu kimi etibardan sui-istifadә etmә dedikdә, әmlakı әlә keçirmәk vә ya әmlaka olan hüququ әldә etmәk mәqsәdi güdәn şәxs tәrәfindәn әmlakın mülkiyyәtçisi, bu әmlaka sahiblik edәn vә ya sәrәncam vermәk hüququ olan şәxslә yaranmış etibarlı münasibәtlәrdәn istifadә olunması başa düşülür. Etibardan sui-istifadә etmә, hәmçinin tәqsirkar şәxsin qulluq sәlahiyyәtlәrinin hәyata keçirilmәsi, zәrәr çәkmiş şәxslә yaxın şәxsi vә ya qohumluq münasibәtlәrinin olması ilә dә әlaqәdar ola bilәr. Dәlәduzluğun törәdilmәsi zamanı hәqiqәtә uyğun olmayan vә ya gizlәdilәn mәlumatlar kimi müxtәlif hallar, mәsәlәn hüquqi faktlar, әmlakın dәyәrinә vә keyfiyyәtinә, tәqsirkarın şәxsiyyәtinә, onun sәlahiyyәtlәrinә vә niyyәtinә dair mәlumatlar çıxış edә bilәr. Müdafiәçilәr tәrәfindәn verilmiş kassasiya şikayәtlәrindә mәhkumların CM-in 178.3.2ci maddәsi üzrә әmәllәrindә cinayәt tәrkibinin olmadığından әsassız olaraq tәqsirli bilindiklәri, müxtәlif prosessual hәrәkәtlәrin keçirilmәsi ilә әldә olunmuş sübutların prosessual qanunvericiliyin tәlәblәrinә müvafiq tәdqiq edilmәdiyi vә iş üzrә әdalәtli mәhkәmә araşdırılması aparılmadığı iddia edilir. Lakin iş materiallarından görünür ki, apellyasiya mәhkәmәsi işin düzgün hәlli üçün әhәmiyyәt kәsb edәn bütün sübutları tәdqiq etmiş vә qiymәtlәndirmişdir. Bu mәsәlәlәr hәll olunarkәn Azәrbaycan Respublikası CPM-in 143-146-cı maddәlәrinin tәlәblәrinә riayәt olunmuşdur. Kassasiya mәhkәmә kollegiyası cinayәt işinin materiallarını nәzәrdәn keçirәrәk, Tәqsirlәndirilәn şәxs vә Mәhkum mәhkәmәlәrin gәldiyi nәticә üzrә cinayәt әmәllәrini törәtmәlәri onların verdiklәri izahat vә ifadәlәri, zәrәrçәkmiş şәxs qismindә dindirilmiş Zәrәrçәkmiş şәxs, şahid qismindә dindirilmiş şahid2, şahid1 vә şahid3 ifadәlәri, Zәrәrçәkmiş şәxs Nәrimanov rayon Polis Idarәsinin 18-ci Polis Şöbәsinә ünvanladığı 02.05.2020-ci il tarixli *** nömrәli әrizәsi, 14.04.2022-ci il tarixli 3M *** nömrәli kredit müqavilәsi, 01.09.2021-ci il tarixli 3M **** nömrәli kredit müqavilәsi, 05.05.2021-ci il tarixli 3M *** nömrәli kredit müqavilәsi, 15.03.2023-cü il tarixli 3M *** nömrәli kredit müqavilәsi, “Flaş karta baxış keçirilmәsi haqqında” 03.11.2023-cü il tarixli protokol, 03.11.2023-cü il tarixli, 07.03.2024-cü il tarixli vә 09.03.2024cü il tarixli “Üzlәşdirmә” protokolları, hәmçinin iş üzrә toplanmış bir çox digәr sübutlar ilә öz tәsdiqini tapdığını müәyyәn edir. Cinayәt-prosessual qanunvericiliyinin, o cümlәdәn Azәrbaycan Respublikası CPM-in 21, 28, 33 vә 353.2.2-ci maddәlәrinin tәlәblәrindәn göründüyü kimi, cinayәt mühakimә icraatının tәqsirsizlik prezumpsiyası prinsipi cinayәtin törәdilmәsindә tәqsirlәndirilәn şәxsin tәqsirinin cinayәt-prosessual qanunun müәyyәn etdiyi qaydada sübuta yetirildiyi halda onun tәqsirli bilinmәsinә yol verir. Cinayәt mühakimә icraatının obyektivliyi, qәrәzsizliyi vә әdalәtliliyi prinsipi, şәxsin cinayәt törәtmәkdә tәqsirli olmasına dair mәhkәmә qәrarının mülahizәlәrә әsaslana bilmәsinin istisna edilmәsi vә işә aid biri digәrinә kifayәt qәdәr uyğun gәlәn mötәbәr sübutların mәcmusu ilә tәsdiq olunması tәlәbindә tәsbit olunmuşdur. Eyni zamanda, cinayәt mühakimә icraatında sübutların qiymәtlәndirilmәsi prinsipi hakimlәrdәn tәlәb edir ki, cinayәt mühakimә icraatını hәyata keçirәrkәn cinayәt işi üzrә toplanmış sübutları Cinayәt-Prosessual Mәcәllәnin tәlәblәrinә әsasәn qiymәtlәndirsinlәr. Nәticә olaraq, qanunverici mәhkәmәnin ittiham hökmünün tәsviri-әsaslandırıcı hissәsindә mәhkәmәnin nәticәyә gәlmәsi üçün әsaslandığı sübutların vә onun tәrәfindәn digәr sübutların rәdd edilmәsi motivlәrinin göstәrilmәsi tәlәbini müәyyәn etmişdir. Kassasiya mәhkәmә kollegiyası hesab edir ki, apellyasiya mәhkәmә kollegiyası haqlı olaraq zәrәrçәkmiş şәxs vә şahid qismindә dindirilmiş şәxslәrin ibtidai istintaq zamanı vә mәhkәmә iclasında verdiyi ifadәlәrini dә işdә olan digәr sübutlarla birlikdә müqayisәli şәkildә tәdqiq edәrәk hәmin ifadәlәrin obyektiv hәqiqәti әks etdirmәsi vә ona görә dә onların mötәbәr sübut növü kimi qәbul edilmәli olması, Tәqsirlәndirilәn şәxs vә Mәhkum verdiklәri heç bir tәqsirlәrinin olmamasına dair ifadәlәrin isә әsl hәqiqәti әks etdirmәmәklә özünü müdafiә etmәk, cinayәt mәsuliyyәtindәn azad olunması mәqsәdi güddüyü barәdә nәticәyә gәlmişdir. Odur ki, kassasiya mәhkәmә kollegiyası da Tәqsirlәndirilәn şәxs vә Mәhkum özünü onlara elan olunmuş ittiham üzrә tәqsirli bilmәdiklәri barәdә verdiklәri ifadәlәrini, işin faktiki hallarına uyğun hesab edilmәmәli olması barәdә aşağı instansiya mәhkәmәlәrinin gәlmiş olduğu nәticә ilә razılaşır. Müdafiәçilәr kassasiya şikayәtlәrindә Tәqsirlәndirilәn şәxs vә Mәhkum әmәllәrindә hәr hansı bir cinayәt tәrkibinin olmadığını, pul mәblәğlәrinin birgә biznes fәaliyyәti ilә mәşğul olmaq adı ilә deyil, şәxsi mәqsәdlәr üçün alındığını, әlavә faizlә qaytarıldığını qeyd edәrәk, Tәqsirlәndirilәn şәxs vә Mәhkum barәsindә cinayәt işinin icraatına xitam verilmәsinә dair qәrar qәbul edilmәli olduğunu irәli sürmüşdür. Qeyd edilәnlәrә әsasәn müәyyәn olunur ki, müdafiә tәrәfi kassasiya instansiyası mәhkәmәsini gәtirdiyi faktiki halların mövcud olub-olmamasına münasibәt bildirmәyә, birinci instansiya vә apellyasiya mәhkәmәsindә mәhkәmә baxışı zamanı tәdqiq olunmuş sübutların mәcmusunu yenidәn tәdqiq etmәklә qiymәtlәndirmәyә dәvәt edir. Kassasiya şikayәtlәrinin şәrh olunan dәlillәri ilә әlaqәdar kollegiya xatırladır ki, Azәrbaycan Respublikası Cinayәt-Prosessual Mәcәllәsinin 419.1-ci maddәsi kassasiya baxışının hüdudlarını cinayәt vә cinayәt-prosessual qanunların tәtbiqi mәsәlәlәrinin araşdırılması ilә mәhdudlaşdırmışdır. Bu normaların mәnasına görә, kassasiya mәhkәmәsi kassasiya müraciәtlәrinә baxarkәn bilavasitә özü sübutları tәhlil etmәklә işin faktiki hallarını müәyyәn etmәyә haqlı deyil. Hәmin halların müәyyәn edilmәsi qanunla birinci vә apellyasiya instansiyası mәhkәmәlәrinin sәlahiyyәtlәrinә aid edilmişdir. Kassasiya instansiyası mәhkәmәsi isә müvafiq kassasiya müraciәtlәri olduqda birinci vә apellyasiya instansiyası mәhkәmәlәri tәrәfindәn müәyyәn edilmiş faktiki hallara cinayәt qanunu normalarının tәtbiqini vә hәmin halların müәyyәn edilmәsi zamanı cinayәt-prosessual qanunun tәlәblәrinә әmәl olunub-olunmadığını yoxlaya bilәr. Odur ki, mәhkәmә kollegiyası kassasiya şikayәtlәrindә irәli sürülmüş mәhkәmә qәrarının lәğv edilmәsi barәdә tәlәbin әsaslılığını yoxlayarkәn mәhkәmәlәr tәrәfindәn müәyyәn edilmiş işin faktiki hallarını nәzәrә almaya vә müdafiә tәrәflәrinin mәhkәmә qәrarlarının mübahisәlәndirilmәsi üçün kassasiya şikayәtlәrindә gәtirdiyi faktiki hallardan çıxış edә, belәliklә dә, onları mübahisәlәndirilәn qәrarın lәğv edilmәsini vә yaxud dәyişdirilmәsini şәrtlәndirәn әsaslar kimi qiymәtlәndirә bilmәz. Kassasiya mәhkәmә kollegiyası cinayәt işinin materiallarını nәzәrdәn keçirәrәk, Tәqsirlәndirilәn şәxs vә Mәhkum onlara elan olunmuş ittiham üzrә tәqsirliliyinin zәrәrçәkmiş şәxs vә şahid qismindә dindirilmiş şәxslәrin ifadәlәri, üzlәşdirmә protokolları, hәmçinin iş üzrә toplanmış digәr sübutlarla öz tәsdiqini tapdığını müәyyәn edir. Belә ki, müdafiә tәrәfi münasibәtlәrin sırf mülki-hüquqi xarakter daşıdığını, tәrәflәr arasında borc vә kommersiya münasibәtlәrinin mövcud olduğunu, pul vәsaitlәrinin biznes fәaliyyәti mәqsәdilә verildiyini göstәrsә dә, iş üzrә toplanmış sübutların mәcmusu bunun әksini tәsdiq edir. Iş materiallarından görünür ki, zәrәrçәkmiş Zәrәrçәkmiş şәxs tәqsirlәndirilәn Mәhkum tәrәfindәn uzun müddәt әrzindә aldadılmış, ona guya Ukraynadan taxta idxalı ilә bağlı gәlirli biznes fәaliyyәti hәyata keçirildiyi, hәmin fәaliyyәtә investisiya qoyacağı halda yüksәk gәlir әldә edәcәyi vә verilmiş vәsaitlәrin qısa müddәtdә geri qaytarılacağı barәdә yalan mәlumatlar verilmişdir. Zәrәrçәkmiş şәxsin hәm mәhkәmәyәdәk icraatda, hәm dә birinci instansiya mәhkәmәsindә verdiyi ardıcıl vә bir-biri ilә uzlaşan ifadәlәrindәn müәyyәn olunur ki, o, tәqsirlәndirilәn şәxslәrә etibar etmәsinin әsas sәbәbi Mәhkumla әvvәldәn mövcud olmuş yaxın münasibәtlәr vә sonuncunun özünü etibarlı biznes fәaliyyәti ilә mәşğul olan şәxs kimi tәqdim etmәsi olmuşdur. Mәhkәmәlәr düzgün olaraq nәzәrә almışlar ki, zәrәrçәkmiş şәxsә guya taxta biznesindәn gәlir әldә olunduğu görüntüsünü yaratmaq mәqsәdilә ilkin mәrhәlәdә müәyyәn mәblәğlәr “gәlir” adı ilә qaytarılmış, bununla da onda daha artıq mәblәğdә vәsait vermәk üçün inam formalaşdırılmışdır. Bu xüsusat dәlәduzluq cinayәtlәrindә istifadә edilәn aldatma üsullarından biri kimi qiymәtlәndirilmiş vә işin digәr halları ilә birlikdә tәqsirlәndirilәn şәxslәrin әvvәlcәdәn formalaşmış cinayәtkar niyyәtini tәsdiq edәn hal kimi әsaslı şәkildә qәbul edilmişdir. Müdafiә tәrәfinin әsas arqumentlәrindәn biri ondan ibarәtdir ki, tәrәflәr arasında faiz müqabilindә pul münasibәtlәri olmuş vә Zәrәrçәkmiş şәxs da gәlir әldә etmәk mәqsәdilә pul vermişdir. Lakin hәmin hal özü-özlüyündә münasibәtlәrin mülki xarakterli olması nәticәsinә gәlmәyә әsas vermir. Çünki iş üzrә müәyyәn edilmişdir ki, zәrәrçәkmiş şәxsә tәqdim olunan “biznes”, “taxta idxalı”, “tender”, “malların gömrükdә qalması”, “Tәqsirlәndirilәn şәxs saxlanılması”, “işlәrin bәrpası üçün әlavә vәsait lazım olması” kimi mәlumatlar gerçәk biznes fәaliyyәti ilә tәsdiq edilmәmiş, әksinә, davamlı şәkildә yeni vәsaitlәrin әldә edilmәsinә yönәlmiş aldadıcı vasitәlәr olmuşdur. Iş materiallarında taxta biznesinin real mövcudluğunu, mal dövriyyәsini, idxal әmәliyyatlarını, müqavilәlәri, gömrük sәnәdlәrini vә ya hәr hansı sahibkarlıq fәaliyyәtini tәsdiq edәn mötәbәr sübut müәyyәn edilmәmişdir. Zәrәrçәkmiş şәxs özü dә ifadәsindә göstәrmişdir ki, ona heç vaxt taxta alqı-satqısına dair sәnәdlәr göstәrilmәmiş, malların yerlәşdiyi yer bildirilmәmiş vә o, faktiki olaraq heç bir biznes prosesindә iştirak etmәmişdir. Bu hallar mәhkәmәlәrin gәldiyi nәticәni, yәni münasibәtlәrin formal “biznes” görüntüsü altında hәyata keçirilmiş aldatma mexanizmi olmasını tәsdiqlәyir. Müdafiә tәrәfinin Tәqsirlәndirilәn şәxs Zәrәrçәkmiş şәxsla ilkin mәrhәlәdә tanış olmaması vә pulların birbaşa ona verilmәmәsi ilә bağlı dәlillәri dә mәhkәmәlәr tәrәfindәn yoxlanılmış vә әsaslı olaraq rәdd edilmişdir. Belә ki, iş materiallarında olan yazılı qәbzlәrdә Mәhkum aldığı pul vәsaitlәrini “Tәqsirlәndirilәn şәxs iş üçün verdiyini” şәxsәn göstәrmiş vә bunu öz imzası ilә tәsdiqlәmişdir. Bundan әlavә, iş üzrә tәdqiq edilmiş telefon danışığı vә yazışmalar Tәqsirlәndirilәn şәxs baş verәn proseslәrdәn mәlumatlı olduğunu, zәrәrçәkmiş şәxslә әlaqә saxlayaraq onu sakitlәşdirmәyә vә vaxt qazanmağa çalışdığını açıq şәkildә tәsdiq edir. Xüsusilә “yaddaş kartına baxış keçirilmәsi haqqında” protokolla müәyyәn edilmiş sәs yazılarında Tәqsirlәndirilәn şәxs Zәrәrçәkmiş şәxs “gәlәn hәftәnin birinci yarısında bütün mәsәlәnin hәll olunacağını”, “onları birtәhәr yola vermәsini” xahiş etmәsi, hәmçinin yazışmalarda davamlı şәkildә pul mәsәlәlәrinin, “100 min tapılması”, “2 faizlә borc götürülmәsi”, “bandotdelә girmәsi” vә sair halların müzakirә olunması onların sadәcә tәsadüfi tanış vә ya üçüncü şәxs deyil, ortaq fәaliyyәt göstәrәn şәxslәr olduqlarını tәsdiq edir. Mәhkәmәlәr haqlı olaraq qeyd etmişlәr ki, tәrәflәr arasında formal borc münasibәtlәrinin mövcudluğu belә, dәlәduzluq cinayәtinin istisna olunmasına әsas vermir. Azәrbaycan Respublikası Ali Mәhkәmәsi Plenumunun mövqeyinә әsasәn, mülki müqavilәlәrin bağlanması zamanı şәxsin әvvәlcәdәn özgәnin әmlakını әvәzsiz әlә keçirmәk niyyәtindә olması müәyyәn edilәrsә, hәmin әmәl dәlәduzluq kimi qiymәtlәndirilmәlidir. Hazırkı iş üzrә isә tәqsirlәndirilәn şәxslәrin zәrәrçәkmiş şәxsi uzun müddәt ardıcıl şәkildә aldatmaları, müxtәlif bәhanәlәrlә yeni vәsaitlәr almaları, real biznes fәaliyyәti görüntüsü yaratmaları, ilkin mәrhәlәdә müәyyәn mәblәğlәr qaytarmaqla etimad qazanmaları vә nәticәdә xüsusilә külli miqdarda pul vәsaitini әlә keçirmәlәri onların әvvәlcәdәn formalaşmış vahid cinayәt niyyәtinin mövcudluğunu tәsdiq edir. Hәmçinin müdafiә tәrәfinin Mәhkum müәyyәn mәblәğdә pul qaytarmasını onun cinayәt niyyәtinin olmamasının sübutu kimi tәqdim etmәsi dә әsaslı sayıla bilmәz. Çünki mәhkәmәlәrin müәyyәn etdiyi kimi, hәmin ödәnişlәr zәrәrçәkmiş şәxsdә inam yaratmaq vә daha böyük mәblәğdә vәsait әldә etmәk mәqsәdinә xidmәt etmişdir. Sonrakı mәrhәlәdә isә zәrәrçәkmiş şәxsdәn davamlı olaraq yeni mәblәğlәr alınmış vә nәticәdә ona külli miqdarda ziyan vurulmuşdur. Birinci instansiya vә apellyasiya mәhkәmәlәri sübutları CPM-in tәlәblәrinә uyğun şәkildә tam, hәrtәrәfli vә obyektiv araşdırmış, zәrәrçәkmiş şәxsin ifadәlәrini şahid ifadәlәri, yazılı sәnәdlәr, sәs yazıları, yazışmalar vә digәr sübutlarla qarşılıqlı әlaqәdә qiymәtlәndirmişlәr. Müdafiә tәrәfinin istinad etdiyi hallar isә hәmin sübutların mәcmusunu tәkzib etmir vә mәhkәmәlәrin gәldiyi nәticәlәrin qanunsuz vә ya әsassız olması qәnaәtinә gәlmәyә әsas vermir. Kassasiya protestinin vә zәrәrçәkmiş şәxsin nümayәndәsinin kassasiya şikayәtinin dәlillәri dә iş materialları, mәhkәmәlәr tәrәfindәn tәdqiq edilmiş sübutlar vә CPM-in sübutetmә qaydaları baxımından әsassız hesab edilmәlidir. Belә ki, qeyd edildiyi kimi birinci instansiya mәhkәmәsi sübutları CPM-in 143-146-cı maddәlәrinin tәlәblәrinә uyğun olaraq hәrtәrәfli, tam vә obyektiv şәkildә qiymәtlәndirmiş, yalnız mötәbәrliyi tәsdiq olunan sübutlara istinad etmişdir. Protest tәrәfinin iddia etdiyi kimi mәhkәmә tәqsirlәndirilәn şәxslәrin ifadәlәrinә birtәrәfli üstünlük vermәmiş, әksinә zәrәrçәkmiş şәxsin ifadәlәrini digәr sübutlarla müqayisәli şәkildә tәhlil etmiş vә hәmin ifadәlәrdә ciddi ziddiyyәtlәrin mövcud olduğunu әsaslandırılmış qaydada göstәrmişdir. Belә ki, mәhkәmә müәyyәn etmişdir ki, zәrәrçәkmiş şәxs Zәrәrçәkmiş şәxs tәrәfindәn tәqsirlәndirilәn şәxslәrә verildiyi iddia edilәn 40000 ABŞ dolları, 30000 manat vә 34960 manat olmaqla ümumilikdә 133000 manat mәblәğindә pul vәsaitinin tәqdim edilmәsini tәsdiq edәn heç bir obyektiv sübut mövcud deyildir. Zәrәrçәkmiş şәxs hәmin mәblәğlәrin verilmәsi ilә bağlı nә hәr hansı yazılı sәnәd, nә qәbz, nә bank köçürmәsi, nә dә pulun verilmәsindә iştirak etmiş şahid tәqdim etmişdir. Mәhkәmәlәr haqlı olaraq göstәrmişdir ki, yalnız zәrәrçәkmiş şәxsin öz ifadәsi ittihamın sübuta yetirilmәsi üçün kifayәt hesab edilә bilmәz vә CPM-in tәqsirsizlik prezumpsiyasını tәsbit edәn müddәalarına әsasәn aradan qaldırılması mümkün olmayan şübhәlәr tәqsirlәndirilәn şәxslәrin xeyrinә hәll edilmәlidir. Protestdә mәhkәmәnin zәrәrçәkmiş şәxsin ifadәlәrini әsassız olaraq şübhә altına aldığı göstәrilsә dә, iş materiallarından görünür ki, mәhz zәrәrçәkmiş şәxsin özü müxtәlif mәrhәlәlәrdә bir-birinә zidd mәzmunlu ifadәlәr vermişdir. Belә ki, o, bir halda 270000 manatın dostu şahid3 vә digәr şәxslәrdәn alınaraq Mәhkum verildiyini bildirmiş, digәr halda hәmin mәblәğin atasının adına “xxxx”dan götürülmüş kredit hesabına tәqdim edildiyini göstәrmiş, daha sonra isә hәmin müqavilәnin ümumi borcun müәyyәnlәşdirilmәsi mәqsәdilә bağlandığını qeyd etmişdir. Mәhkәmә tәqdim olunmuş bank sәnәdlәrini tәdqiq etmәklә müәyyәn etmişdir ki, “xxxx” ASC ilә bağlanmış kredit müqavilәlәri 2020-ci ilin aprel-may aylarına aiddir, halbuki mübahisәlәndirilәn notarial müqavilә 19.11.2019-cu ildә bağlanmışdır. Bu hal zәrәrçәkmiş şәxsin 270000 manatın bank krediti hesabına verilmәsi barәdә mövqeyini obyektiv olaraq tәkzib edir vә onun ifadәlәrinin qeyri-sabit olduğunu tәsdiqlәyir. Kassasiya protestindә 270000 manat mәblәğinin hәqiqәtәn tәqdim edilmәsinin mәhkәmә tәrәfindәn tam araşdırılmadığı qeyd edilsә dә, iş materiallarından görünür ki, mәhkәmә bu mәsәlәni xüsusi araşdırmış, Bakı şәhәri ** saylı Notariat ofisinә sorğu göndәrәrәk ödәniş sәnәdlәrinin tәqdim olunmasını tәlәb etmişdir. Notariat ofisinin tәqdim etdiyi cavab mәktubunda yalnız kredit müqavilәsi, mәdaxil orderi vә digәr texniki sәnәdlәr mövcud olmuş, lakin 270000 manatın Mәhkum tәrәfindәn faktiki әldә edilmәsini tәsdiq edәn hәr hansı mәxaric qәbzi, çek, ödәniş tapşırığı vә ya bank çıxarışı tәqdim edilmәmişdir. Dövlәt ittihamçısının mәhkәmәnin әlavә sorğu vermәmәsi ilә bağlı dәlili dә әsassızdır. Çünki mәhkәmә mövcud sübutları tam araşdırmış, notariat orqanından bütün mövcud sәnәdlәri tәlәb etmiş vә tәqdim edilmiş materiallarda pulun verilmәsini tәsdiq edәn sәnәdin olmamasını müәyyәn etmişdir. Eyni zamanda protestdә şahidlәrin ifadәlәrinә istinad edilsә dә, mәhkәmә hәmin ifadәlәri CPM-in 126.3-cü maddәsinә uyğun olaraq düzgün qiymәtlәndirmişdir. Belә ki, şahidlәr şahid3 vә şahid2 tәqsirlәndirilәn şәxslәrә hәr hansı pulun verilmәsini şәxsәn görmәdiklәrini bildirmiş, yalnız sonradan bunu Zәrәrçәkmiş şәxs eşitdiklәrini qeyd etmişlәr. CPM-in 126.3-cü maddәsinә әsasәn şübhәli, tәqsirlәndirilәn, zәrәr çәkmiş şәxsin vә ya şahidlәrin cinayәt prosesini hәyata keçirәn orqana özgәnin sözlәrindәn verdiklәri mәlumatlar sübut kimi istifadә edilә bilmәz. Yalnız vәfat etmiş şәxsin sözlәrindәn alınmış mәlumatlar mәhkәmәnin qәrarı ilә istisna olaraq sübut kimi qәbul oluna bilәr. Kassasiya protestindә tәqsirlәndirilәn şәxslәrin ibtidai istintaq zamanı verdiklәri bәzi ifadәlәrә istinad olunaraq onların sonradan müdafiә xarakterli mövqe tutduqları göstәrilsә dә, mәhkәmәlәr haqlı olaraq nәzәrә almışdır ki, şәxsin özünü tәqsirli bilmәmәsi vә ya әvvәlki ifadәsini dәyişmәsi özü-özlüyündә ittihamın sübuta yetirilmәsi demәk deyildir. CPM-in tәlәblәrinә görә ittiham yalnız bir-biri ilә uzlaşan, mötәbәr vә kifayәt edәn sübutların mәcmusu ilә tәsdiq edilmәlidir. Hazırkı işdә isә xüsusilә 133000 manat vә 270000 manat epizodları üzrә belә sübutlar tәqdim olunmamışdır. Kassasiya şikayәtlәrinin vә kassasiya protestinin dәlillәrini iş materialları ilә birgә tәdqiq edәn mәhkәmә kollegiyası hesab edir ki, mәhkum Tәqsirlәndirilәn şәxs vә Mәhkum qarşı irәli sürülmüş ittiham mәhkәmәdә tәdqiq olunmuş mötәbәr, bir-birilә uzlaşan sübutların mәcmusu ilә CM-in 178.3.2-ci maddәsinә düzgün tövsif edilmiş vә mәhkәmәlәr tәrәfindәn tam tәsdiq olunmuşdur. Mәhkәmә kollegiyası işdә olan sübutları bir daha tәhlil edәrәk hesab edir ki, onlar Tәqsirlәndirilәn şәxs vә Mәhkum tәqsirinin tәsdiq edildiyi barәdә yekun nәticәyә gәlmәyә imkan verir. Mәhkәmәlәrin yekun nәticәyә gәlmәsi üçün kifayәt hesab etdiyi mötәbәr, mümkün vә bir-birini tamamlayan sübutlar birinci instansiya mәhkәmәsinin hökmündә vә apellyasiya mәhkәmәsinin qәrarında әtraflı şәrh edildiyindәn kassasiya mәhkәmә kollegiyası hәmin sübutları tәkrarәn sadalamağa zәrurәt görmür. Hәmçinin zәrәrçәkmiş tәrәfdәn verilmiş kassasiya şikayәtindә cinayәt vә cinayәt prosessual qanunun normalarının pozulmasına istinad edilsә dә, mәhkәmә kollegiyasının qәnaәtinә görә hәmin normaların tәlәblәri pozulmamış, apellyasiya mәhkәmәsinin qәrarı hәmin normalarla ziddiyyәt tәşkil etmir. Kassasiya şikayәtlәrindә vә kassasiya protestindә göstәrilәnlәrdәn deyil, mәhz mәhkәmәlәr tәrәfindәn müәyyәn edilmiş faktiki hallardan çıxış etmәk barәdә kollegiyanın qәnaәti ondan irәli gәlir ki, bu müraciәtlәrin dәlillәri ilә eyni mәzmunda olan dәlillәr hәm müdafiә, hәm dә ittiham tәrәfindәn apellyasiya mәhkәmәsi qarşısında da irәli sürülmüş vә apellyasiya mәhkәmәsi hәmin dәlillәrlә әlaqәdar birinci instansiya mәhkәmәsinin gәldiyi nәticәlәrin düzgün olub-olmamasını yoxlayıb sübutlar vә sübutetmә, elәcә dә cinayәtin epizodlarını tәşkil edәn faktiki halların müәyyәn edilmәsi mәsәlәlәrindә hәr hansı bir pozuntu aşkar etmәmiş, Tәqsirlәndirilәn şәxs vә Mәhkum hazırkı qәrarın “Işin halları” bölmәsindә tәsvir edilmiş hәrәkәtlәrindәn (xaric edilmiş hissәlәr istisna olmaqla), eyni zamanda Azәrbaycan Respublikası Cinayәt Mәcәllәsinin 178.3.2-ci maddәsinin dispozisiyasından vә cinayәt qanununun ümumi hissәsinin müddәalarından çıxış edәrәk, Tәqsirlәndirilәn şәxs vә Mәhkum hәrәkәtlәrindә Cinayәt Mәcәllәsinin 178.3.2-ci maddәsindә nәzәrdә tutulmuş cinayәtin tәrkibinin olması, bu maddә ilә onların tәqsirli bilinmәlәrini, o cümlәdәn CPM-in 42.1-ci maddәsindә tәsbit edilmiş әsasların olmaması haqqında nәticәyә gәlmişdir. Hәm müdafiә, hәm dә ittiham tәrәfi kassasiya müraciәtindә müxtәlif prosessual hәrәkәtlәrin keçirilmәsi ilә әldә olunmuş sübutların prosessual qanunvericiliyin tәlәblәrinә müvafiq tәdqiq edilmәdiyi vә iş üzrә әdalәtli mәhkәmә araşdırılması aparılmadığı iddia edilmişdir, lakin mәhkәmә araşdırması zamanı müәyyәn olundu ki, kassasiya şikayәtlәrindә vә kassasiya protestindә irәli sürülmüş iddiaların әksinә olaraq, mәhkәmә dinlәmәlәri qanuni prosedurlara, o cümlәdәn cinayәt-mühakimә icraatının prinsiplәrinә әmәl olunmaqla aparılmış; apellyasiya mәhkәmәsi tәrәfindәn sübutların araşdırılmasında qanun pozuntusuna yol verilmәmiş - hәr hansı sübutun tәdqiqindәn әsassız imtina edilmәmiş, sübutlar Azәrbaycan Respublikası CPM-in 144-cü maddәsinin tәlәblәrinә uyğun olaraq yoxlanılmış, apellyasiya mәhkәmәsinin qәrarı çıxarılarkәn yolverilmәz sübutlardan istifadә olunmamış, araşdırılmış sübutlara isә CPM-in 145-ci maddәsinin tәlәblәrinә müvafiq olaraq qiymәt verilmiş vә Tәqsirlәndirilәn şәxs vә Mәhkum CM-in 178.3.2-ci maddәsi ilә tәqsirliliyi barәdә yekun nәticә CPM-in 146-cı maddәsinin tәlәblәri gözlәnilmәklә işә aid olan vә biri digәrinә uyğun gәlәn sübutların mәcmusu ilә, onların hәqiqi mәzmununa uyğun olaraq әsaslandırılmışdır. Cәza mәsәlәsini müzakirә edәn kassasiya mәhkәmә kollegiyası hesab edir ki, aşağı instansiya mәhkәmәsi tәrәfindәn mәhkum Tәqsirlәndirilәn şәxs vә Mәhkum cәza tәyin edilәrkәn bu mәsәlәnin hәllinә tәsir edә bilәcәk bütün hallar, o cümlәdәn onların törәtdiklәri cinayәtin xarakteri vә ictimai tәhlükәlilik dәrәcәsi, şәxsiyyәtlәri, cәzalarını yüngüllәşdirәn halların olması, ağırlaşdıran halların isә olmaması, habelә tәyin olunmuş cәzaların onların ailәsinә, hәyat şәraitinә tәsiri nәzәrә alınmış vә Azәrbaycan Respublikası CM-in 58.3-cü maddәsinin tәlәblәrinә uyğun cәza tәyin edilmişdir. Mәhkәmә kollegiyasının qәnaәtinә görә birinci instansiya mәhkәmәsi tәrәfindәn mәhkum Tәqsirlәndirilәn şәxs vә Mәhkum islah olunması mәqsәdini vә Azәrbaycan Respublikası CM-in 41.2-ci maddәsindә göstәrilәn digәr mәqsәdlәri tәmin edә bilәn әdalәtli cәza tәyin edilmişdir. Mәhkәmә kollegiyası bunlara әsaslanaraq hesab edir ki, apellyasiya qәrarının lәğv edilmәsinә vә ya dәyişdirilmәsinә әsas ola bilәcәk hallar (Azәrbaycan Respublikası CPMin 416-cı maddәsindә nәzәrdә tutular әsaslar) iş üzrә mövcud deyildir, kassasiya şikayәtlәrinin vә kassasiya protestinin dәlillәri isә әsassızdır. Bütün bunları nәzәrә alaraq mәhkәmә kollegiyası hesab edir ki, apellyasiya mәhkәmәsinin qәrarı әsaslı olduğundan dәyişdirilmәdәn saxlanılmalı, kassasiya şikayәtlәri vә kassasiya protesti isә tәmin edilmәmәlidir. Azәrbaycan Respublikası Cinayәt-Prosessual Mәcәllәsinin 419.10.1-ci maddәsinә әsasәn kassasiya instansiyası mәhkәmәsi mәhkәmәnin hökm vә ya qәrarını dәyişikliksiz, kassasiya şikayәtini vә ya kassasiya protestini isә tәmin etmәdәn saxlamaq haqqında qәrar qәbul etmәyә haqlıdır. Şәrh edilәnlәrә әsasәn vә Azәrbaycan Respublikası Cinayәt-Prosessual Mәcәllәsinin 419.10.1-ci maddәsini rәhbәr tutaraq mәhkәmә kollegiyası QƏRARA ALDI: Dövlәt ittihamçısı tәrәfindәn verilmiş kassasiya protesti tәmin edilmәsin. Zәrәrçәkmiş şәxs Zәrәrçәkmiş şәxs nümayәndәsi Nümayәndә tәrәfindәn verilmiş kassasiya şikayәti tәmin edilmәsin. Mәhkum Tәqsirlәndirilәn şәxs müdafiәçisi müdafiәçi2 tәrәfindәn verilmiş kassasiya şikayәti tәmin edilmәsin. Mәhkum Mәhkum müdafiәçisi X6 tәrәfindәn verilmiş kassasiya şikayәti tәmin edilmәsin. Bakı Ağır Cinayәtlәr Mәhkәmәsinin 23 oktyabr 2025-ci il tarixli hökmü ilә Azәrbaycan Respublikası Cinayәt Mәcәllәsinin 178.3.2-ci maddәsi ilә tәqsirli bilinәrәk mәhkum olunmuş Tәqsirlәndirilәn şәxs vә Mәhkum barәsindә olan cinayәt işi üzrә Bakı Apellyasiya Mәhkәmәsinin Cinayәt Kollegiyasının 24 dekabr 2025-ci il tarixli qәrarı kassasiya şikayәtlәrinә vә kassasiya protestinә әsasәn dәyişdirilmәdәn saxlanılsın.
Məhkəmə qərarları › İş №1(1-8)-326/2026
Ali Məhkəmə Qərar — İş №1(1-8)-326/2026
19.05.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver