Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(1-8)-333/2026 09.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Cəfərov Vidadi Cəfər oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov Ilkin Əbülfəz oğlu və Qılıcov Ilqar Səyyad oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X3, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Zəminə Oruc qızının iştirakı ilə, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra: Azərbaycan Respublikası CM-in və ya CM-in) 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının ## ###### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli qərarından məhkum Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. Işin halları:
1. Məhkum Məhkum ## ##### 1985-ci ildə Ağcabədi rayonu, Hindarx kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmuş, Ağcabədi rayonu Hindarx kəndində qeydiyyatda olan, ünvan 2 ünvanında yaşamış, hazırda Ədliyyə Nazirliyi Pentensiar Xidmətinin ** saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkir.
2. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə və külli miqdarda narkotik vasitə satıb qazanc əldə etmək məqsədi ilə 2023-cü ilin avqust ayından “Tik Tok” sosial şəbəkəsi vasitəsi ilə tanış olduğu şəxsiyyəti məlum olmayan başqa şəxslə qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, ## ###### 2023-cü il tarixdə saat 04:30 radələrində əvvəlcədən aralarında olan razılaşmaya əsasən sonuncu tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi Azpetrol yanacaq doldurma məntəqəsinin yaxınlığında gizlədilmiş külli miqdarda, yəni təmiz çəkisi 72,251 qram olan heroini və külli miqdarda, təmiz çəkisi 39,745 qram olan psixotrop maddə metamfetamini satış məqsədi ilə qanunsuz olaraq əldə edib, daşımaqla üzərində saxlamış, ## ###### 2023-cü i! tarixdə saat 05:45 dəqiqədə Bakı şəhəri, Binəqədi rayonu, “Daş Bazarı” yaxınlığında piyada hərəkət edərkən həmin ərazidə xidmətdə olan Binəqədi RPI-nin PPXB-nin əməkdaşları tərəfindən saxlanılaraq, ünvan 1 ünvanında yerləşən Bakı şəhəri Binəqədi Rayon Polis Idarəsinin 6-cı Polis Bölməsinin inzibati binasına gətirilmiş və orada üzərinə şəxsi axtarış keçirilən zaman, əlində saxladığı torbanın içərisindən 02 (iki) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 70,550 qram və 1,701 qram kimyəvi komponent tərkiblərinə görə eyni olan, ümumi təmiz çəkisi külli miqdarda, yəni 72,251 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 02 (iki) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 39,447 qram və 0,298 qram, kimyəvi komponent tərkiblərinə görə eyni olan, ümumi təmiz çəkisi külli miqdarda, yəni 39,745 qram ağ rəngli kristallik hissəciklərdən ibarət kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və 01 ədəd səthində narkotik vasitə heroinə məxsus izlər olan elektron tərəzi aşkar edilərək götürülmüşdür. Bununla da, o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir.
3. Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: Novruz Ağakərim oğlu Kərimovun sədrliyi ilə, hakimlər X4 və X5-Məmmədovadan ibarət tərkibdə) # ###### 2024-cü il tarixli, *(***)- ****/**** nömrəli hökmü ilə Məhkum CM-in 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməsi və barəsində 7 (yeddi) il 4 (dörd) ay müddətə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi, Qobustan rayon Məhkəməsinin ## ####### 2022-ci il tarixli qərarı ilə cəzadan 01 (bir) il 03 (üç) ay 25 (iyirmi beş) gün vaxtından əvvəl şərti azad edildiyi müddətin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76.6.3-cü maddəsinin tələblərinə əsasən ləğv edilməsi və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə əsasən ona təyin edilmiş cəzalarının qismən toplamaq yolu ilə qəti olaraq 7 (yeddi) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi, təyin edilmiş cəzanın ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, təyin edilmiş cəzanın çəkilməsinin başlanğıcının ## ###### 2023-cü il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi, narkomaniyadan məcburi müalicənin təyin olunması və onun narkomaniya ilə əlaqədar ərazi narkoloji dispanserində qeydiyyata alınması hökm edilmiş, hökmlə həmçinin maddi sübutlar və məhkəmə məsrəfi məsələləri də həll edilmişdir.
4. Hökmdən narazı qalan məhkum olunmuş şəxsin müdafiəçisi apellyasiya şikayəti verərək, Bakı Ağır Cinayətlər Məhkəməsinin #.##.2024-cü il tarixli, *(***)-****/**** saylı hökmünün ləğv edilməsini və təqsirləndirilən şəxs Məhkum barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir.
5. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: Məmmədov Habil Çingiz oğlunun sədrliyi və məruzəsi ilə, X1 və X6 ibarət tərkibdə) ## ###### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli qərarı ilə apellyasiya şikayətinin təmin edilməməsi, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin # ###### 2024-cü il tarixli, *(***)-****/**** saylı hökmünün verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
6. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının ## ###### 2025-ci il tarixli, *(***)- ***/**** nömrəli qeyd edilən qərarından məhkum Məhkum tərəfindən kassasiya şikayəti verilmişdir. II. Kassasiya şikayətinin dəlilləri və etirazlar:
7. Məhkum Məhkum tərəfindən verilmiş kassasiya şikayətinin dəlilləri apellyasiya müraciətinin məzmunu ilə eynilik təşkil etməklə yanaşı, həmçinin cinayət işinin faktiki hallarına və bir sıra qanunvericilik normalarına istinadlar edərək qeyd edilmişdir ki, ifadələrində narkotik vasitə istifadəçisi olduğunu, lakin ittihamda göstərilən narkotik vasitənin ona aid olmadığını, narkotik vasitənin satışı ilə məşğul olmadığını, polis əməkdaşlarının ona zor tətbiq etməsi səbəbindən narkotik vasitəni boynuna götürdüyünü, hazırkı cinayət işi üzrə ona elan olunmuş ittihamda özünü təqsirli bilmədiyini qeyd etmişdir. Lakin, Bakı Apellyasiya məhkəməsi öz qərarında qeyd edilən halları nəzərə almadan iş üzrə qanunsuz və əsassız nəticəyə gəlmişdir.
8. Məhkum Məhkum qeyd etdiklərinə əsasən məhkəmədən Bakı Apellyasiya Məhkəməsinin *(***)-***/**** saylı, ##.#.2025-ci il tarixli qərarının ləğv edilərək barəsində bəraətverici əsaslarla xitam verilməsi, yaxud elan olunmuş ittihamın CM-in 234.4.1 və 234.4.3-cü maddələrindən CM-in 234.1-ci maddəsinə tövsif olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
9. Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir.
10. Qərardan kassasiya protesti verilməmişdir.
III. Proses iştirakçılarının çıxışları:
11. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı Əliyeva Zəminə Oruc qızı kassasiya şikayətinin dəlillərinə etiraz edərək, məhkəmə kollegiyasından təmin edilməməsini xahiş etdi.
IV. Hüquqi məsələlər:
12. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra: Azərbaycan Respublikası CPM-in və ya CPM-in) 419-cu maddəsi müəyyən edir.
13. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Qanunun bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş 14. hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir.
15. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-in 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.
16. Məhkum Məhkum kassasiya şikayətində əməlinin hüquqi tövsifini və əməlində cinayət tərkibinin olmamasını mübahisələndirsə də, tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi CPM-in 416cı maddəsində nəzərdə tutulmuş hər hansı hallarla əlaqələndirməmişdir.
17. Bununla belə, kollegiya məhkum Məhkum kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının ## ###### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələrinə dair ilkin olaraq məhkumun təqsirli bilindiyi CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə əməlində ciayət tərkibi olmaması əsası ilə barəsində bəraətverici əsaslarla cinayət işinə xitam verilməsinə dair aşağıdakıları qeyd edir.
18. Məhkəmə kollegiyası nəzərə alır ki, “Azərbaycan Respublikasında məhkəmə sisteminin müasirləşdirilməsi və “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin *** saylı, ## ###### 2006-cı il tarixli Fərmanının 6-cı bəndi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə, Azərbaycan Respublikasının apellyasiya məhkəmələrinə və Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinə Insan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – “Avropa Məhkəməsi”) presedent hüququnun məhkəmə təcrübəsində nəzərə alınması tövsiyə edilmişdir.
19. Həmin tövsiyəyə əsaslanaraq məhkəmə kollegiyası qeyd edir ki, Avropa Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə, “Insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6 § 1 maddəsinin məqsədlərinin təmin edilməsi baxımından, yuxarı instansiya məhkəmələrinin (adətən, məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlər təşkil etdiyi kassasiya instansiyası məhkəmələri) şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri qəbul edilən hesab oluna bilər, o halda ki, şikayətdə fundamental vacib hüquqi məsələ qaldırılmır (Məzahir Cəfərov Azərbaycana qarşı, № *****/**, § 45, # ##### 2020-ci il).
20. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsində təsbit olunmuşdur ki, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməli, cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir.
21. Həmin Məcəllənin 351.2-ci maddəsində qanunverici qeyd edir ki, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Əlaqəli şəkildə həmin Məcəllənin 351.3-cü maddəsi təqsirləndirilən şəxsin cinayət törədilməsində təqsirini təqsirsizlik prezumpsiyası rəhbər tutulmaqla, bu Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq, məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq və təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh etmək şərtilə sübuta yetirilmiş hesab edir.
22. CPM-in 412.3-cü maddəsinə əsasən, kassasiya şikayəti və ya kassasiya protestinə həmçinin müraciət edən şəxsin dəlillərini təsdiq edən sənədlər əlavə edilə bilər.
23. Məhkəmə kollegiyası qeyd edilən cinayət işi üzrə sübutların məhkəmə tərəfindən CPMin 143—146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq olunmamasına dair məhkum Məhkum gətirdiyi arqumentləri əsassız hesab edir.
24. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası CM-in 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.
25. Azərbaycan Respublikası CPM-in 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir.
18. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olubolmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur.
19. Belə ki, məhkum Məhkum barəsində bəraət hökmünün çıxarılmasının mübahisələndirilməsi üzrə onun müdafiəçisi tərəfindən irəli sürülmüş dəlillər apellyasiya şikayətinə apellyasiya instansiyası məhkəməsi tərəfindən baxılarkən artıq yoxlanılmış, məhkəmə həmin dəlillərin baxılmış sübutların məcmusu, onlara əsasən müəyyən edilmiş işin həqiqi halları ilə rədd olunması haqqında nəticəyə gəlmişdir.
20. Məhkəmə kollegiyası Məhkum CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilindiyi əməlinin hüquqi tövsifinin mübahisələndirilməsi üzrə dəlillərini də əsassız hesab edir.
21. Belə ki, məhkum Məhkum tərəfindən kassasiya şikayətində narkotik vasitə istifadəçisi olması, lakin ittihamda göstərilən narkotik vasitənin ona aid olmaması, polis əməkdaşlarının ona zor tətbiq etməsi səbəbindən narkotik vasitəni boynuna götürməsi mübahisələndirilsə də, kollegiya bildirir ki, sözügedən dəlil apellyasiya instansiya məhkəməsi tərəfindən işin faktiki hallarına uyğun araşdırılaraq təkzib edilmiş, bu barədə məhkum Məhkum hüquq mühafizə orqanına şikayət etməməsi, barəsində qətimkan tədbiri seçilən zaman məhkəmədə bunu bəyan etməməsi, həmçinin, məhkəmədə şahid qismində dindirilən və onun saxlanılmasında iştirak etmiş polis əməkdaşlarının ifadələri baxımından da əsaslı hesab edilmişdir.
22. Iş materialları ilə müəyyən olunur ki, məhkum Məhkum ona qarşı zorakılıq hərəkətlərinin tətbiq etməsi barədə iddiaları Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməsi ilə bağlı ibtidai istintaq zamanı işin faktiki hallarına uyğun verdiyi etirafedici ifadələri, “şəxsi axtarış və götürmə aparılması haqqında” protokol, həmin protokola əlavə edilmiş 01 ədəd CD disk, şahid ifadələri, ## ###### 2023-cü il tarixli məhkəmə-kimyəvi ekspertizasının rəyi, ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyi və işin faktiki halları ilə təkzib olunmuşdur.
23. Kollegiya həmçinin qeyd edir ki, məhkum Məhkum polis əməkdaşları tərəfindən təsadüfən saxlanılması, onu saxlayan polis əməkdaşlarının onu tanımaması barədə işin faktiki hallarının onun məhkəmədəki ifadələrində ibtidai istintaq zamanı zorakılağa məruz qalıb təqsirləndirildiyi ittihamın mahiyyəti üzrə etirafedici ifadələr verməsi barəsindəki iddalarını həqiqətə uyğun olmayan, ibtidai istintaq zamanı verdiyi ifadələrinin isə obyektiv həqiqətə və işin faktiki hallarına uyğun ifadələr kimi qiymətləndirilməsi barədə aşağı instansiya məhkəmələrinin gəldiyi mövqe qanuni və əsaslı olmuşdur.
24. Apellyasiya instansiya məhkəməsi cinayət işi üzrə tam, hərtərəfli və obyektiv araşdırma apararaq cinayət işi materiallarında olan və məhkəmə istintaqı zamanı əldə edilmiş sübutları təhqiq edərək hesab etmişdir ki, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə əməl edərək Məhkum CM-in 234.4.1 və 234.4.3cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplayıb, bu sübutları məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırıb qiymətləndirərək, törədilmiş cinayətin faktiki hallarına uyğun nəticəyə gəlmişdir. Ittiham olunduğu cinayət əməlini törətməsi məhkəmə iclasında tədqiq olunmuş sübutlarla təsdiq olunduğu üçün, Məhkum əməli Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilmiş və o, həmin maddələrdə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmişdir.
25. Məhkəmə kollegiyası məhkum Məhkum kassasiya şikayətində göstərdiyi dəlilləri ilə əlaqədar olaraq bildirir ki, həmin dəlillər müdafiə tərəfənin verdiyi apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etmişdir, hansı ki, həmin dəlillərə apellyasiya instansiya məhkəməsi tərəfindən cinayət işi materiallarında olan sübutlarla əlaqəli şəkildə bir-bir təhlil edilərək araşdırılıb qiymət verilmişdir.
26. Məhkum kassasiya şikayətinin dəlilləri qismində məhkəmələr tərəfindən qanunsuz və əsassız ittiham hökmü çıxarılmasını, törətdiyi cinayət əməlinin tövsifində səhvə yol verilməsini qeyd etsə də, mübahisələndirdiyi Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının ## ###### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli qərarının qanunsuzluğuna və ya əsassızlığına dəlalət edən dəlil və əsasları izah edə bilməmişdir. Apellyasiya məhkəməsinin sözügedən məsələlər üzrə gəldiyi nəticələr məhkumun apellyasiya şikayətində irəli sürülmüş iddiaların, bu iddialarla əlaqəli olan işin hallarının obyektiv araşdırılmasına, birinci instansiya məhkəməsində Azərbaycan Respublikası CPMin 143-146-cı maddələrinə müvafiq qaydada tədqiq edilmiş sübutlara əsaslandığından, 27. kassasiya şikayətində isə apellyasiya instansiya məhkəməsinin gəldiyi nəticələri təkzib edə biləcək dəlillər gətirilmədiyindən, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin Məhkum cinayət əməlinin hüquqi tövsifi və əməlində cinayət tərkibinin olması barədə qənaətlərini şübhə altına almaq üçün əsas görmür.
28. Kassasiya məhkəməsi qeyd edir ki, birinci instansiya məhkəməsi istintaqı və apellyasiya məhkəməsi baxışında hər bir sübut məhkəmə prosesində tədqiq edilmiş, qiymətləndirilmiş və qəbul edilmiş qərarlar məhz həmin sübutlara əsaslanmışdır. Iş üzrə əhəmiyyət kəsb edən və ittihamın əsasını təşkil edən sübutların məhkəmə prosesslərində tədqiqi Azərbaycan Respublikası CPM-in tələblərinə uyğun aparılmışdır.
29. Məhkum Məhkum kassasiya şikayətinin dəlilləri qismində ittiham olunduğu CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə cinayət işinə bəraətverici əsaslarla xitam verilməsi, yaxud əməlin CM-in 234.1-ci maddəsinə tövsif olunmasını xahiş etsə də, aşağı instansiya məhkəmələri tərəfindən nəzərə alınmadığı iddia edilən konkret hər hansı bir hal irəli sürülməmişdir.
30. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiya məhkəməsində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, məhkəmə iclaslarında faktlar araşdırılıb maddi və prosessual hüquq normalarının tətbiqini yoxlanılarkən, mövcud sübutlar Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmiş və haqlı olaraq birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilmişdir. Qeyd olunanlar apellyasiya məhkəməsi tərəfindən Cinayət-Prosessual Məcəlləsinin 416.1-ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını göstərir.
31. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini müzakirə edərək, apellyasiya instansiyası məhkəməsinin Məhkum CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə törətdiyi cinayət əməlinin tövsifinə və əməlində cinayət tərkibinin əlamətlərinin mövcudluğuna dair nəticələri ilə razılaşır və hesab edir ki, həmin qərar maddi və prosessual hüquq normalarına uyğun qəbul edilmişdir.
32. Odur ki, məhkəmə kollegiyası məhkəmə iclasında iştirak edən dövlət ittihamçısının çıxışını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının ## ###### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır.
33. Yuxarıda qeyd edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDI:
Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının ## ###### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli qərarı məhkum Məhkum kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilməsin.