Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(1-8)-336/2026 08.07.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Muxtarov Teyyub Asif oğlu (sədrlik edən), Cəfərov Ilqar Xanlar oğlu və Abdullayev Ilkin Qismət oğlundan ibarət tərkibdə, Cəbrayılova Sevinc Elton qızının katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, R dövlət ittihamçısı1, məhkum Məhkum Əlizamin oğlunun və məhkumun müdafiəçisi X1 iştirakları ilə, Məhkum Əlizamin oğlunun barəsində olan cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2026-cı il ## ###### tarixli, *(***)-****/**** nömrəli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə və kassasiya şikayətinə əlavəyə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında mahiyyəti üzrə baxaraq MÜƏYYƏN E T D İ: ## #### 1984-cü il tarixdə Masallı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, himayəsində 2 (iki) azyaşlı uşağı olan, işsiz, Masallı rayonu Kürdəbaz kəndində qeydiyyatda olmaqla yaşamış, Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2024-cü il tarixli hökmünə əsasən Cinayət Məcəlləsinin 66.5-ci maddəsi ilə qismən toplanmaqla Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinib qəti olaraq 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, hazırda azadlıqdan məhrum etmə növündə cəza çəkən, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək, 6 (altı) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-in 66.5-ci maddəsinə əsasən Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-***/**** nömrəli hökmü ilə təyin edilmiş 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzasının cinayətlərin məcmusu qaydasında hazırki hökmlə təyin edilmiş 6 (altı) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla, ona qəti olaraq 9 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının əvvəlinin 2022-ci il # ###### tarixdən hesablanması hökm edilmişdir. Həmin hökmlə həmçinin Təqsirləndirilən şəxs da azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Həmin hökmdən Azərbaycan Respublikasının Baş Prokurorunun müavini Heydər Məmmədov tərəfindən apellyasiya protesti, təqsirləndirilən şəxs Məhkum, müdafiəçisi müdafiəçi1 tərəfindən ayrı-ayrılıqda, digər təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs müdafiəçisi müdafiəçi3 tərəfindən apellyasiya şikayətləri verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (Hakimlər X9 (sədrlik edən), X3 və X4 ibarət tərkibdə) 2026-cı il ## ###### tarixli, *(***)-****/**** nömrəli qərarı ilə apellyasiya protesti təmin edilmiş, hökm dəyişdirilmiş, Məhkum ona qəti olaraq təyin edilmiş 9 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilmiş, CM-in 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs qəti olaraq 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs üzərində 6 (altı) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılmış, apellyasiya şikayətləri təmin edilməmişdir. IŞIN HALLARI: Məhkəmənin hökmünə əsasən Məhkum qabaqcadan əlbir olub bir qrup şəxs halında etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin külli miqdarda və xeyli miqdarda əmlakını ələ keçirməklə təkrarən dələduzluq etmişdir. Belə ki, o, tamah niyyəti ilə özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmək yolu ilə ələ keçirmək məqsədi ilə tanışı zərərçəkmiş şəxs1 işgüzar və şəxsi əlaqələrinin geniş olması barədə bilə-bilə həqiqətə uyğun olmayan yalan vədlər verib sonuncunun inam və etibarını qazanmış, zərərçəkmiş şəxs1 '‘MIDA” sosial yaşayış kompleksindən güzəştli şərtlərlə mənzil alınmasında köməklik göstərməsi üçün ona müraciət etdikdə bununla əlaqədar hər hansı səlahiyyətə malik olmadığı halda yalandan zərərçəkmiş şəxs1 32000 (otuz iki min) manat müqabilində güzəştli şərtlərlə mənzil almaqda köməklik edəcəyini bildirib əslində sonuncuya məxsus xeyli miqdarda pulu ələ keçirmək məqsədi ilə onu aldadaraq vahid niyyətlə əhatə olunan qəsdlə 2022-ci ilin yanvar ayında V.Mənsimovdan Bakı şəhəri Yasamal rayonu “Qəbələ” dairəsinin yaxınlığında 15600 (on beş min altı yüz) manat, 2022-ci ilin fevral ayında Bakı şəhəri, Yasamal rayonu, “Elmlər Akademiyası” metrostansiyasının yaxınlığında 16400 (on altı min dörd yüz) manat pulu alıb ələ keçirməklə zərərçəkmiş şəxs zərərçəkmiş şəxs1 ümumilikdə 32000 (otuz iki min) manat, yəni xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Məhkum təkrarən tanışı Təqsirləndirilən şəxs ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyəti ilə özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmək yolu ilə ələ keçirmək məqsədi ilə zərərçəkmiş şəxs1 vasitəsi ilə tanıdıqları zərərçəkmiş şəxs2 işgüzar və şəxsi əlaqələrinin geniş olması barədə bilə-bilə həqiqətə uyğun olmayan yalan vədlər verib sonuncunun inam və etibarını qazanmış, zərərçəkmiş şəxs2 “MIDA” sosial yaşayış kompleksindən güzəştli şərtlərlə mənzil alınmasında köməklik göstərməsi üçün ona müraciət etdikdə bununla əlaqədar hər hansı səlahiyyətə malik olmadığı halda yalandan zərərçəkmiş şəxs2 67500 (altmış yeddi min beş yüz) manat müqabilində güzəştli şərtlərlə mənzil almaqda köməklik edəcəyini bildirib, əslindəzərərçəkmiş şəxs2 məxsus külli miqdarda pulu ələ keçirmək məqsədi ilə onu aldadaraq vahid niyyətlə əhatə olunan qəsdlə birinci dəfə özü ## ##### 2022-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Inşaatçılar prospektində yerləşən “Olimp” mağazasının yaxınlığında zərərçəkmiş şəxs2 tanışı zərərçəkmiş şəxs1 vasitəsi ilə göndərdiyi 32500 (otuz iki min beş yüz) manat pulu aldıqdan sonra onun təlimatı ilə qrup üzvləri arasında qabaqcadan olan razılaşmaya uyğun olaraq Təqsirləndirilən şəxs ## ### 2022-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Nizami metrostansiyasının yaxınlığında zərərçəkmiş şəxs1 və zərərçəkmiş şəxs2 ilə görüşüb pulun geridə qalan hissəsini ələ keçirmək üçün onlarda əminlik yaratmaq məqsədi ilə yalandan özünü Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin işçisi “Əfqan” adlı şəxs kimi təqdim edərək guya güzəştli şərtlərlə mənzillərin hazır olmasını bildirib zərərçəkmiş şəxs2 naməlum sənədləri imzalatmaqla sonuncuya veriləcək mənzilə baxış keçirilməsi üçün dəvət olunmasını bildirən hüquq verən və ya vəzifədən azad edən rəsmi sənədlərə aidiyyəti olmayan istintaqa məlum olmayan şəraitdə hazırladıqları bildirişi təqdim edərək zərərçəkmiş şəxs2 güzəştli şərtlərlə mənzil əldə edəcəyinə arxayınlıq yaradıb həmin vaxt pulun geridə qalan hissəsini, yəni 35000 (otuz beş min) manatını sonuncudan alıb həmin yerdən getməklə Təqsirləndirilən şəxs ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan sui-istifadə etmə və aldatma yolu ilə zərərçəkmiş şəxs zərərçəkmiş şəxs2 məxsus ümumilikdə 67500 (altmış yeddi min beş yüz) manat pulu vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirib sonuncuya külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. KASSASIYA ŞIKAYƏTININ VƏ KASSASIYA ŞIKAYƏTINƏ ƏLAVƏNIN DƏLILLƏRI, MƏHKUMUN, MÜDAFIƏÇININ VƏ DÖVLƏT ITTIHAMÇISININ ÇIXIŞLARI: Məhkum kassasiya şikayətini və kassasiya şikayətinə əlavəni əsaslandıraraq qeyd etmişdir ki, əvvəlki törətdiyi cinayət əməli 2022-ci ilin may, iyun aylarında baş vermişdir, odur ki bu hal cinayətin residivi ola bilməz. Bundan başqa, məhkum kassasiya şikayətində zərərçəkmişlərlə barışdığını, 10 illik qüsursuz xidmətə görə medalla və Silahlı Qüvvələrin yaranmasının 90 illik yubiley medalları ilə təltif edildiyini bildirmiş və cəzasının yüngülləşdirilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən məhkum Məhkum və onun müdafiəçisi Faiq Əsədov kassasiya şikayətinin və kassasiya şikayətinə əlavənin təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı dövlət ittihamçısı1 kassasiya şikayətinin və kassasiya şikayətinə əlavənin təmin olunmamasını və Məhkum Əlizamin oğlu barəsində olan cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2026-cı il ## ###### tarixli qərarının dəyişdirilmədən saxlanması barədə qərar qəbul edilməsini xahiş etdi. HÜQUQI MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunların normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərini yoxlayır. Məhkum kassasiya şikayətlərində əməlinin tövsifini mübahisələndirməmiş, yalnız cəzanın ağırlığını və cəzaçəkmə rejiminni mübahisələndirərək apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilməsi barədə tələbini CPM-in 416.1.2 və 416.1.21-ci maddələrində nəzərdə tutulan hallarla əlaqələndirmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətini və əlavəni CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciətləri kimi görür və bu müraciətlərlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya müraciətlərinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin III bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## ### 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumiləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin və əlavənin dəlillərini müzakirə edib, kassasiya şikayətinin və əlavənin təmin edilməsi barədə məhkumun və onun müdafiəçisinin, kassasiya şikayətinin və əlavənin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti və əlavə təmin edilməməlidir. Məhkəmə kollegiyası kassasiya şikayətinin və əlavənin dəlillərinə münasibət bildirərək aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Məhkum kassasiya şikayətində və əlavədə əməlinin tövsifini mübahisələndirməsə də məhkəmə kollegiyası hesab edir ki, məhkumun ona qarşı irəli sürülmüş ittihamda təqsirli olması cinayət işi üzrə toplanmış və məhkəmələr tərəfindən tam, hərtərəfli və obyektiv şəkildə, mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə yoxlanılaraq qiymətləndirilmiş mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Məhkəmə kollegiyası mötəbərliyi məhkəmələr tərəfindən yoxlanılmış sübutları hazırkı qərarda təkrarlamadan məhkəmələr tərəfindən həmin sübutlara münasibətdə qiymətləndirmə ilə razılaşır və hesab edir ki, məhkumun əməlinin tövsifi və ittihamın həcmi ilə bağlı məhkəmələrin qənaəti qanuni və əsaslıdır. Məhkəmə kollegiyası məhkumun kassasiya şikayətinin dəlili kimi irəli sürdüyü ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsinin müəyyən edilməsinin qanunsuz və əsassız olması iddiası ilə bağlı qeyd edir ki, iş materiallardan göründüyü kimi, Məhkum Ağır Cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Hərbi Məhkəməsinin ##.##.2011-ci il tarixli hökmünə əsasən Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.4, 178.3.2 və 66.3-cü maddələri ilə 08 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, ##.##.2017-ci il tarixdə cəzaçəkmə müddətinin sona çatması ilə əlaqədar həmin cəzadan azad edilmişdir. Bakı Hərbi Məhkəməsinin ##.##.2022-ci il tarixli hökmünə əsasən Məhkum Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.4 və 32.4,312.2-ci maddələri ilə 05 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikasının Ali Məhkəməsinin Cinayət Kollegiyasının ##.##.2023-cü il tarixli qərarı ilə Cinayət Məcəlləsinin 32.4 və 312.2-ci maddəsi üzrə cəzalanmasına dair müddəalar xaric edilməklə Məhkum üzərində Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-ci maddələri ilə 03 il 05 ay 28 gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılmış, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2024-cü il tarixli hökmünə əsasən Məhkum Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinib həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən 08 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının ##.##.2024-cü il tarixli qərarı və Azərbaycan Respublikasının Ali Məhkəməsinin Cinayət Kollegiyasının ##.##.2024-cü il tarixli qərarı ilə həmin hökm dəyişdirilmədən saxlanılmışdır. CM-in 56.1.3-cü maddəsinə əsasən cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə, cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Göründüyü kimi, məhkum əvvəllər qəsdən törətmiş olduğu cinayət əməllərinə görə təyin edilmiş cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksə də, lakin məhkumluğu götürülmədən və ödənilmədən hazırkı cinayət əməlini törətmişdir və belə olduğu halda CMin 56.1.3-cü maddəsinin tələblərinə uyğun olaraq təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, məhkuma cəza təyin edilərkən törədilmiş cinayət əməlinin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, məhkumun şəxsiyyəti və onun cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmaqla, onun təqsirli bilindiyi maddənin sanksiyası həddində məhkuma ədalətli cəza təyin edilmişdir. Cəzanın növü və həddi qanuni, əsaslı və ədalətli olduğu üçün məhkəmə kollegiyası hesab edir ki, həmin cəzanın yüngülləşdirilməsi üçün qanuni əsaslar mövcud deyil. Eyni zamanda, məhkəmə kollegiyası hesab edir ki, məhkumun təqsirli bilindiyi maddəyə CM-in 62-ci maddəsinin və onun barəsində CM-in 70-ci maddəsinin tətbiqi üçün qanunda nəzərdə tutulan hüquqi və faktiki hallar və əsaslar mövcud deyil. Qeyd edilənləri yekunlaşdıraraq məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti və əlavə təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının ##.##.2026-cı il tarixli qərarı, kassasiya şikayətinə və əlavəyə münasibətdə, məhkum Məhkum aid hissədə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum Məhkum Əlizamin oğlu tərəfindən verilmiş kassasiya şikayəti və kassasiya şikayətinə əlavə təmin edilməsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin 2025-ci il ## #### tarixli, *(***)-***/**** nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinib məhkum edilmiş Məhkum Əlizamin oğlu barəsində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2026-cı il ## ###### tarixli, *(***)-****/**** nömrəli qərarı, məhkumun kassasiya şikayətinə və əlavəyə münasibətdə, məhkum Məhkum Əlizamin oğluna aid hissədə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(1-8)-336/2026
Ali Məhkəmə Qərar — İş №1(1-8)-336/2026
08.07.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver