Məhkəmə qərarları › İş №1(1-8)-337/2026

Ali Məhkəmə Qərar — İş №1(1-8)-337/2026

14.05.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(1-8)-337/2026 14.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası QƏRARİ Hakimlər Qılıcov Ilqar Səyyad oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov Ilkin Əbülfəz oğlu və Cəfərov Vidadi Cəfər oğlundan ibarət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, R X3, Zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs iştirakları ilə, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının ## ###### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qərarından zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin (hakim Həsənov Teymur Həsən oğlunun sədrliyi ilə) *(***)-***/**** saylı, ## ####### 2025-ci il tarixli hökmü ilə, ## #### 1969-cu ildə Bakı şəhərində anadan olmuş, evli, orta təhsilli, Şəki rayonu, Baş Layısqı ə/d, Qumux kəndində qeydiyyatda olan və Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, M.Məmmədyarov küçəsində yerləşən nömrəsiz evdə yaşayan Məhkum Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsi ilə təqsirli bilinib, ona 01 (bir) il 03 (üç) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi, üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifələrinin qoyulması, hökmün icrasına nəzarətin onun yaşayış yeri üzrə Icra və Probasiya Idarəsinə həvalə edilməsi, cəzasının əvvəlinin onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması hökm edilmişdir. Hökmlə həmçinin qətimkan tədbiri, maddi sübut və məhkəmə məsrəfi məsələləri də həll edilmişdir. Həmin hökmdən məhkum edilmiş şəxs Məhkum və zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən apellyasiya şikayətləri verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Hümbətov Fəhmin Zaur oğlunun sədrliyi və məruzəsi ilə, X1 və X2 ibarət tərkibdə) ## ###### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ## ####### 2025-ci il tarixli hökmü verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının ## ###### 2025-ci il tarixli, qərarından zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən kassasiya şikayəti verilmişdir. Qərardan kassasiya protesti yaxud kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. Iş üzrə yuxarıda qeyd edilən məhkəmə aktları çıxarılmışdır. Işin halları: Məhkəmənin hökmünə görə, Məhkum özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək dələduzluq etmişdir. Belə ki, o, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq aldatma və etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə aylıq kredit ödənişlərini gecikdirdiyi üçün adının krediti vaxtında ödəməyənlərin siyahısına düşməsi və bu səbəbdən də əlavə kredit ayrılmaması ilə bağlı müraciət etmiş Zərərçəkmiş şəxs qabaqcadan 1.500 (min beş yüz) manat pul müqabilində adının krediti vaxtında ödəməyənlərin siyahısından çıxarılması və əlavə kredit ayrılmasına köməklik edəcəyinə dair yalan vəd verib aldadaraq bu adla ## ##### 2024-cü il tarixdə saat 12:37-də 500 (beş yüz) manat və ## ##### 2024-cü il tarixdə saat 12:41-də 495 (dörd yüz doxsan beş) manat pul vəsaitini istifadəsində olan “UniBank”a məxsus 4098 5844 9794 **** nömrəli “LeoBank” kart hesabına köçürtdürməklə, ## ##### 2024-cü il tarixdə ünvan 1 ünvanında yerləşən “SMAK” adlı restoranda 500 manat pulunu əlbəəl alaraq vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs ümumilikdə 1495 (min dörd yüz doxsan beş) manat pul vəsaitini ələ keçirib dələduzluq etmişdir. Bununla da, Məhkum Azərbaycan Respublikası CMin 178.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Kassasiya şikayətinin dəlilləri: Zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının ## ###### 2025-ci il tarixli, *(***)-****/**** saylı qərarı qanunsuz və əsassızdır. Belə ki, məhkəmələr iş üzrə yekun qərarlar çıxararkən onun mövqeyini nəzərə almamış və iş materiallarında olan sübutlara lazımi hüquqi qiymət verməmişdir. Zərərçəkmiş şəxs kassasiya şikayətində göstərir ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası qərarını bir cümlə ilə əsaslandırmağa çalışmışdır, bu da Cinayət-Prosessual Məcəlləsinin tələblərinə ziddir. Məhkəmə iş üzrə obyektiv araşdırma aparmamış və nəzərə alınmamışdır ki, cinayəti törətmiş şəxs tərəfindən qəsdən zərərçəkmiş şəxsə dəymiş zərər ödənilməmişdir. Zərərçəkmiş şəxs şikayətində qeyd edir ki, məhkəmə Məhkum cəza təyin edərkən onun şəxsiyyətini səciyyələndirən halları, törətdiyi cinayətin ictimai təhlükəliliyini, xarakterini, dərəcəsini və barışıq əldə etməməsini nəzərə almayaraq, əsassız olaraq yüngül cəzaya - 01 il 03 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi barədə qərar çıxarmışdır. Nəticə etibarilə, kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının ## ###### 2025-ci il tarixli, *(***)-****/**** saylı cinayət işi üzrə qərarını qanunsuz və əsassız hesab etdiyinə görə tamamilə ləğv edilməsini, Məhkum Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsi ilə nəzərdə ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinməklə 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətlərinin dəlillərini müzakirə edib, işdə iştirak edən dövlət ittihamçısının, zərərçəkmiş şəxsin çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş kassasiya şikayətində göstərilmişdir ki, işə baxan aşağı instansiya məhkəmələri tərəfindən sübutların toplanması, araşdırılması və qiymətləndirilməsi zamanı cinayət-prosessual qanunvericiliyin tələbləri kobud şəkildə pozulmuş, sübutetmə prosesi qanunla müəyyən edilmiş prinsiplərə uyğun həyata keçirilməmiş, məhkum tərəfindən zərərçəkmiş şəxsə dəymiş zərərin ödənilməməsi nəzərə alınmamış, nəticə etibarilə isə Məhkum münasibətdə törədilmiş əməlin ictimai təhlükəlilik dərəcəsinə və işin faktiki hallarına adekvat olmayan, əsassız surətdə yüngül cəza təyin edilmişdir. Bu hallar isə qəbul olunmuş məhkəmə aktlarının qanuniliyinə və əsaslılığına ciddi şübhələr doğurur. Zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs kassasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən Məhkum şəxsiyyətinə, təqsirli bilindiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə uyğun olmayan yüngül cəzanın təyin olunduğunu və bu cəzanın apellyasiya instansiyası məhkəməsi tərəfindən də əsassız olaraq dəyişdirilmədən saxlanıldığını iddia edərək, faktiki olaraq mübahisələndirilən qərarın ləğv edilməsi barədə tələblərini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini şərtləndirən əsas kimi Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halla əlaqələndirmişdir. Odur ki, kollegiya zərərçəkmiş şəxsin kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının ## ###### 2025-ci il tarixli qərarın qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Ilk növbədə məhkəmə kollegiyası, zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs hazırki qərarın “Kassasiya şikayətinin dəlilləri” bölməsində təsvir edilmiş dəlillərinə qiymət verilməsini zəruri hesab edir. Belə ki, Cinayət məsuliyyətinin əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Bu normanın mənasına görə şəxsin əməlində konkret cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Bu tələb Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” ## #### 2011-ci il tarixli qərarının müddəalarından da irəli gəlir. Belə ki, Konstitusiya Məhkəməsinin Plenumunun həmin qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinə əsasən “hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir”. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin (o cümlədən, əməldə cinayət tərkibinin əlamətlərinin olub-olmamasının) müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). Zərərçəkmiş şəxsin kassasiya şikayətindən görünür ki, o, Məhkum təqsirliliyi sübuta yetirildiyi, törədilmiş cinayətə aidiyyətinin olduğu sübuta yetirilsə də, əsassız və qanunsuz olaraq – apellyasiya məhkəməsi Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə Məhkum yüngül cəza verilməsi üzərində qurmuşdur. Bu isə onu göstərir ki, zərərçəkmiş şəxs kassasiya instansiyası məhkəməsini iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirməklə işin faktiki hallarını yenidən müəyyən etməyə dəvət edir. Bununla əlaqədar kollegiya xatırladır ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi kassasiya baxışının hüdudlarını cinayət və cinayət-prosessual qanunların tətbiqi məsələlərinin araşdırılması ilə məhdudlaşdırmışdır. CPM-in 419.11-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Bu normaların mənasına görə, kassasiya məhkəməsi kassasiya müraciətlərinə baxarkən bilavasitə özü sübutları təhlil etməklə işin faktiki hallarını müəyyən etməyə haqlı deyil. Həmin halların müəyyən edilməsi qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Kassasiya instansiyası məhkəməsi isə müvafiq kassasiya müraciəti olduqda birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş faktiki hallara cinayət qanunu normalarının tətbiqini və həmin halların müəyyən edilməsi, ümumiyyətlə cinayət prosesinin həyata keçirilməsi zamanı cinayət-prosessual qanunun tələblərinə əməl olunub-olunmadığını yoxlaya bilər. Bundan başqa məhkəmə kollegiyası cəzanın yüngüllüyü barədə zərərçəkmiş şəxsin kassasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, birinci instansiya və apellyasiya məhkəmələri Məhkum cəza təyin edərkən qanunun tələblərinə uyğun olaraq işin hallarını kifayət qədər araşdırmış və nəzərə almış, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə azadlığın məhdudlaşdırılması cəzasını təyin etmişdir. Hazırkı halda məhkum edilmiş şəxsə təqsirli bilindiyi maddə üzrə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasızının daha yüngül və ya daha ağır cəza növü ilə əvəz edilməsi üçün heç bir hüquqi və faktiki əsaslar mövcud deyildir. Bundan əlavə, məhkəmə kollegiyası onu da qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictimai təsir gücüdür və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Əksinə, yüngül cəzaların təyin edilməsi yalnız cəzasızlıq mühiti yarada bilər. “Vinter və başqaları Birləşmiş Krallığa qarşı” işi üzrə Avropa Insan Hüquqları Məhkəməsinin ## #### 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, cəzanın qanuni məqsədləri cəzalandırma, çəkindirmə, islah etmə və cəmiyyətin müdafiəsidir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, məhkuma birinci instansiya məhkəməsi tərəfindən təyin olunmuş cəza həm həddi, həm də növü baxımından məhkum tərəfindən törədilmiş cinayət əməlinin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, eləcə də məhkumun şəxsiyyətinə uyğundur. Odur ki, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi barədə kassasiya tələbinin əsaslılığını yoxlayarkən məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarını nəzərə almaya və zərərçəkmiş şəxsin məhkəmə qərarlarının mübahisələndirilməsi üçün kassasiya şikayətində irəli sürdüyü, konkret dəlillərlə əsaslandırılmayan iddialarını mübahisələndirilən qərarın ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi qiymətləndirə bilməz. Həqiqətən də, kassasiya şikayətində iddia olunanların əksinə olaraq, baxılan cinayət işi üzrə məhkəmə dinləmələri qanuni prosedurlara, o cümlədən cinayət-mühakimə icraatının prinsiplərinə əməl olunmaqla aparılmış; məhkəmələr tərəfindən sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş - hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, hökm və apellyasiya instansiyası məhkəməsinin qərarı çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş və Məhkum Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli olması barədə yekun nəticələr CPM-in 146-cı maddəsinin tələbləri gözlənilməklə işə aid olan və biri digərinə uyğun gələn sübutların məcmusu ilə, onların həqiqi məzmununa uyğun olaraq əsaslandırılmışdır. Birinci instansiya məhkəməsinin hökmündə təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin ifadələri, istintaq hərəkətlərinin protokolları, digər sənədlər ətraflı təsvir edilib, həm hökmdə, həm də apellyasiya məhkəməsinin yekun qərarında müdafiə tərəfinin dəlilləri ilə müqayisə edilməklə şərh edildiyindən, məhkəmə kollegiyası isə qeyd olunan (kassasiya şikayətində göstərilənlərlə eyni olan) dəlillərin yoxlanılması üzrə birinci və apellyasiya instansiyası məhkəmələrinin gəldikləri nəticələrlə razılaşdığından, həm də kassasiya şikayətində məhkəmələrin çıxardıqları nəticələri təkzib edə biləcək, araşdırmaların obyektivliyini, tamlığını, hərtərəfliliyini şübhə altına ala biləcək dəlillər gətirilmədiyindən, nə sübutları yenidən təsvir edib onları və kassasiya şikayətinin dəlillərini daha ətraflı şərh etmək, nə də ki, birinci və apellyasiya instansiyası məhkəmələrinin Məhkum Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirli və cəzalandırılmalı olması haqqında yekun qənaətlərini şübhə altına almaq üçün əsas görmür. Yuxarıda təsvir olunanlar, ümumiyyətlə cinayət işinin materialları zərərçəkmiş şəxsin kassasiya şikayətinin məzmunu ilə ehtiva olunan (məhkəmələrin cinayət-prosessual qanunun 416.1.2, 416.1.6 və 416.1.11-ci maddələrində nəzərdə tutulmuş pozuntulara yol vermələri barədə) iddialarını təkzib etməklə onların əsassız olduğunu göstərir. Zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs məhkum barəsində birinci instansiya məhkəməsi tərəfindən təyin olunmuş, apellyasiya məhkəməsi tərəfindən dəyişdirilmədən saxlanılan 01 (bir) il 03 (üç) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası növünü təyin edilməklə, yüngül olmasına həsr olunmuş kassasiya şikayətinə istinad edilmiş dəlillərə gəldikdə, kollegiya bu müraciətlə də razılaşmaq üçün əsas tapmır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsi tələb edir ki, “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”. Cəzanın təyin edilməsinin ümumi əsaslarını təsbit edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. CM-in 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş cəza cinayət qanununun Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla təyin olunur və bu zaman törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Cəzanı yüngülləşdirən hallar dedikdə, Azərbaycan Respublikası CM-in 59-cu maddəsində sadalanan, eləcə də 59.1.1-59.1.14-cü maddələrdə birbaşa göstərilməyən, lakin məhkəmənin mülahizəsinə görə daha yüngül cəzanın təyin edilməsinə əsas verən başqa hallar nəzərdə tutulur (CM, maddə 59.2). Cəzanı ağırlaşdıran halların tam siyahısı isə Cinayət Məcəlləsinin 61-ci maddəsində təsbit olunmuşdur. CM-in 61.2-ci maddəsinə görə cinayət qanununun 61.1.1-61.1.13-cü maddələrində təsbit olunmuş halların xaricində hər hansı başqa bir hal təqsirkarın cəzasını ağırlaşdıran hal kimi nəzərə alına bilməz. Cinayət Məcəlləsinin 41.1-ci maddəsində əksini tapmış cəzanın anlayışına görə “cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir”. Cəzanın məqsədini təsbit edən CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qeyd olunan cinayət - hüquqi normaların işığında zərərçəkmiş şəxsin kassasiya şikayətinin dəlillərini baxılan işin müvafiq materialları ilə müqayisə etməklə yoxladıqda həmin dəlillərin əsassız olduğu müəyyən olunur. Belə ki, Məhkum təqsirli bilindiyi, Cinayət Məcəlləsinin 15-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət kimi təsnif edilən əmələ görə Cinayət Məcəlləsinin 178.1-ci maddəsinin müəyyən etdiyi cəza – 1000 manatdan 2000 manatadək cərimə və ya 360 saatdan 480 saatadək ictimai işlər və ya 02 ilədək müddətə islah işləri və ya 02 ilədək müddətə müddətə azadlığın məhdudlaşdırılması və ya 02 ilədək müddətə azadlıqdan məhrum etmədən ibarətdir. Məhkuma daha ağır cəzanın təyin edilməsini tələb edən əsas kimi zərərçəkmiş şəxsin dəymiş maddi ziyanın tam ödənilməməsinə istinad etməsi də qanunla uzlaşan mövqe kimi qiymətləndirilə bilməz. Çünki, zərərçəkmiş şəxsin istinad etdiyi həmin hal Cinayət Məcəlləsinin 61.1.1-61.1.13-cü maddələrində təsbit olunmuş cəzanı ağırlaşdıran halların sırasında nəzərdə tutulmamışdır. Birinci instansiya məhkəməsi cəza təyin edərkən, apellyasiya məhkəməsi isə apellyasiya müraciətlərinə, o cümlədən zərərçəkmiş şəxsin və məhkumun apellyasiya şikayətlərinə baxarkən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallarla bağlı qənaətləri ilə yanaşı məhkumun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun islah olunmasına təsirini də nəzərə almış, bütün bunlara görə Məhkum 01 (bir) il 03 (üç) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasını tətbiq etməklə də cəzanın məqsədlərinə nail olunmasının mümkün olduğunu əsaslandırmışlar. Təsvir olunanlar onu deməyə əsas verir ki, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təyin olunmuş cəza yüngül olmasına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsində təsbit edilən cəzanın təyin edilməsinin ümumi əsasları haqqında tələblərə, cəzanın məqsədlərinə (CM, maddə 41), Cinayət Məcəlləsinin ədalət prinsipinə (CM, maddə 8) cavab verməyən tədbir, zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs kassasiya şikayəti isə əsaslı müraciət kimi qiymətləndirilə bilməz. Şərh edilənlər apellyasiya məhkəməsi tərəfindən zərərçəkmiş şəxsin kassasiya şikayəti ilə ehtiva olunan Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsində təsbit edilmiş pozuntuya yol verilmədiyini, yəni bu müraciətlə əlaqədar apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən qərarının ləğv edilməsi və yaxud dəyişdirilməsi üçün əsasların olmadığını göstərir. Beləliklə, məhkəmə kollegiyası zərərçəkmiş şəxs tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməsi barədə, dövlət ittihamçısı tərəfindən isə kassasiya şikayətinin təmin edilməməsinə dair proses iştirakçılarının çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının Məhkum barəsində olan ## ###### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası QƏRARA A L D İ: Zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının *(***)-****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qərarı zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar