Məhkəmə qərarları › İş №1(1-8)-338/2026

Ali Məhkəmə Qərar — İş №1(1-8)-338/2026

17.06.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(1-8)-338/2026 17.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARI Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Teyyub Asif oğlu Muxtarov və İlqar Xanlar oğlu Cəfərovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Pərviz Müseyib oğlu Hacıyevin, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun, zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndələri Nümayəndə və X6, məhkumların müdafiəçiləri müdafiəçi4, Vüqar İnşallah oğlu Kazımovun və X9 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 yanvar 2026-cı il tarixli 1(103)- 2025/2025 nömrəli hökmündən dövlət ittihamçısı Hüseyinova-Zeynalova Səkinə İrzəvan qızı tərəfindən verilmiş kassasiya protestinə və zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi Nümayəndə tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Leyla Əsgərova-Məmmədova (sədrlik edən), Novruz Kərimov və Rasim Sadıxov) 01 sentyabr 2025-ci il tarixli 1(101)-367/2025 nömrəli hökmü ilə 17 yanvar 1999-cu il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, X.Xasməmmədov küçəsi, ev 2, mənzil 23 ünvanda qeydiyyatda olmaqla həmin ünvanda yaşamış məhkum3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 120.2.1 və 221.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, CM-in 120.2.1ci maddəsi ilə 17 (on yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-in 221.3-cü maddəsi ilə 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən ona təyin edilmiş cəzaları qismən toplanmaqla ona qəti olaraq 18 (on səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin olunmuşdur. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 11 mart 2024cü il tarixdən hesablanmış, 19 noyabr 1981-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, əvvəllər məhkum olunmuş, Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində fiziki tərbiyə müəllimi işləmiş, Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, ev 79, mənzil 68 ünvanda qeydiyyatda olmaqla həmin ünvanda yaşamış məhkum2 Azərbaycan Respublikası CM-in 120.2.1 və 221.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, CM-in 120.2.1-ci maddəsi ilə 15 (on beş) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-in 221.3-cü maddəsi ilə 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən ona təyin edilmiş cəzaları qismən toplanmaqla ona qəti olaraq 16 (on altı) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin olunmuşdur. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 11 mart 2024-cü il tarixdən hesablanmış, 14 dekabr 1981-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, əvvəllər məhkum olunmamış “Silk Way” MMC-də yanğından mühafizə sistemləri üzrə sahə rəisi işləmiş, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Məhəllə 4090/94, ev 1/2, mənzil 88 ünvanda qeydiyyatda olmaqla faktiki həmin ünvanda yaşamış məhkum1 Azərbaycan Respublikası CM-in 221.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 10 mart 2024-cü il tarixdən hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmü ilə məhkum3 bir qrup şəxs halında xuliqanlıq yəni, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, silah qismində istifadə olunan əşyadan istifadə etməklə zərərçəkmiş şəxsə zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər etmiş, bir qrup şəxs halında qəsdən adam öldürmüş, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmişdir. Belə ki, o, 2024-cü ilin yanvar ayının ortalarında məktəb vaxtlarında tanıyıb dostluq münasibətində olduğu Zərərçəkmiş şəxs ilə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, S.Mehmandarov küçəsində yerləşən “Bazarstore” mağazasının yaxınlığında təsadüfən rastlaşan zaman sonuncuya narkotik vasitələrin aludəçisi kimi həmyaşıdları arasında bunu təbliğ edib, maraq yaratmasını irad bildirməsi səbəbindən aralarında baş vermiş mübahisə zamanı bir-birlərinin ünvanına ağır söyüşlər işlətdikdən sonra Zərərçəkmiş şəxs üzərində gəzdirdiyi istintaqa məlum olmayan bıçaqla məhkum3 zərbə vurub ona sol bud nahiyəsinin deşilmiş-kəsilmiş yarası kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid 1 (bir) ədəd xəsarət yetirib uzaqlaşdığından o, Zərərçəkmiş şəxs bu hərəkətini özünə təhqir kimi qəbul edib, hiddətlənərək ondan qisas almaq niyyəti ilə sonuncunu qəsdən öldürmək qərarına gəlib, rastlaşdıqları məqamda cinayətkar niyyətini həyata keçirmək məqsədilə üzərində bıçaq gəzdirmiş, 09.03.2024-cü il tarixdə Zərərçəkmiş şəxs ilə arasında olan bu ədavətdən xəbərsiz tanışları məhkum1 və məhkum2 ilə görüşüb birlikdə siqaret almaqdan ötrü həmin gün saat 20:02-də Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Məhsəti Gəncəvi küçəsi 19 ünvanında yerləşən “SPAR” marketə tərəf gedən zaman təsadüfən Zərərçəkmiş şəxs özünün də həmin anda marketdən çıxdığını görüb qəsdən adam öldürməyə yönəlmiş cinayətkar niyyətini həyata keçirmək üçün üzərində saxladığı bıçağı çıxardıb nümayiş etdirərək tanışları məhkum2 və məhkum1 ilə birlikdə bir qrup şəxs halında ictimai yer hesab olunan marketin qarşısında cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qanunvericiliklə müəyyən edilmiş davranış və birgəyaşayış qaydalarına zidd olaraq ətrafdakı insanların gözləri qarşısında ictimai qaydaya əhəmiyyətli laqeydlik və etinasızlıq göstərərək öz üstünlüklərini ətrafdakılara nümayiş etdirmək məqsədilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərərək silah qismində istifadə olunan əşyadan istifadə etməklə zor tətbiq edib küçədə olan şəxslərin narahatçılığına və marketin fəaliyyətinin pozulmasına səbəb olan qərəzli xuliqanlıq hərəkətləri edərək aqressiv şəkildə məhkum2la birlikdə onu görüb qaçmağa çalışan Zərərçəkmiş şəxs arxasınca qaçaraq onu təqib etmiş, bu zaman marketin qarşısında dayanıb onları müşahidə edən məhkum1 özünü qorumaqdan ötrü marketə girmək məqsədi ilə ona tərəf istiqamətlənmiş Zərərçəkmiş şəxs qarşısına çıxaraq hər hansı bir əsaslı səbəb olmadan öz üstünlüyünü ətrafdakılara nümayiş etdirmək məqsədilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə qəflətən sağ yumruğu ilə sifət nahiyəsindən bir dəfə zərbə vurub zor tətbiq etməklə ona burun sümüyünün xətti sınığı kimi canlı şəxslərdə sağlamlığa yüngül zərərvurmanın əlamətlərinə malik xəsarət yetirməklə bir qrup şəxs halında silah qismində istifadə olunan əşyadan istifadə etməklə qərəzli xuliqanlıq edib bununla kifayətlənməyərək Zərərçəkmiş şəxs zərbənin nəticəsində müvazinətini itirməyərək qaçışını davam etdirib marketə daxil olmaq istəyərkən ayağının giriş qapısının qarşısında olan səkiyə ilişib büdrəməsi səbəbindən içəri daxil ola bilməməsini görüb Zərərçəkmiş şəxs yaxalayaraq artıq aralarında yaranmış qərəzli şəxsi münasibətlər zəminində qisas niyyəti ilə qəsdən adam öldürməyə yönəlmiş cinayətkar niyyətini başa çatdırmaqdan ötrü məqam yaranmasından istifadə edib sağ əlində olan bıçaqla əvvəlcə ayaqüstü vəziyyətdə olan Zərərçəkmiş şəxs bədən səthinə ardıcıl zərbələr vuraraq ona sağ əlin İ və II barmaqlarının kəsilmiş səthi yaraları kimi canlı şəxslərdə sağlamlığa zərərvurmayan, döş qəfəsinin sağ yarısının ön səthinin daxilə nüfuz edərək ürək kisəsinin və ürəyin zədələnməsinə səbəb olan 1 (bir) ədəd, döş qəfəsinin sol yarısının arxa səthinin daxilə nüfuz edərək sol ağciyərin zədələnməsinə səbəb olan 1 (bir) ədəd cəmi 2 (iki) ədəd ümumilikdə və hər biri ayrı-ayrılıqda canlı şəxslərdə sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malik olmaqla daxilə nüfuz edib daxili üzvlərin yaralanması nəticəsində baş vermiş daxili və xarici qanitirmə səbəbindən ölümü ilə birbaşa səbəbli əlaqəli deşilmiş-kəsilmiş yaralar ilə müşayiət olunan bədən xəsarətləri yetirib sonuncunu yerə yıxdıqdan sonra ona tərəf təpik zərbələri atarkən arxalarınca gələn məhkum2 da özünü onlara çatdırıb Zərərçəkmiş şəxs bir qədər əvvəl qaçarkən ünvanlarına söyüşlər işlətməsini özünün şəxsiyyətini, şərəf və ləyaqətini alçaldan hərəkətlər kimi qəbul edib hiddətlənərək qisas almaq niyyəti ilə Zərərçəkmiş şəxs qəsdən öldürmək qərarına gəlib, cinayətkar niyyətini həyata keçirmək üçün qəsdən adam öldürmə prosesinin gedişində məhkum3 qoşularaq bir qrup şəxs halında birləşməklə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə yerdən tapdığı taxta yeşikdən silah qismində istifadə edib zor tətbiq edərək qərəzli xuliqanlıq hərəkətləri edib həmin an yerdə uzanıqlı vəziyyətdə aktiv müdafiə olunmağa çalışan Zərərçəkmiş şəxs üzərinə hücum edərək ona tərəf bir neçə dəfə zərbə atıb alın və təpə nahiyələrinin qançırı, hər iki diz oynağı və sol baldır nahiyələrinin sıyrıqları kimi canlı şəxslərdə sağlamlığa zərərvurmayan xəsarətlər yetirməklə ölümünə səbəb olacaq həyatı üçün təhlükəli olan zərbələr yetirməsə də, həyatdan məhrum edilməsi prosesində bilavasitə iştirak edib müqavimətini qırdığından məhkum2 ilə birlikdə Zərərçəkmiş şəxs bir qrup şəxs halında qəsdən öldürmüş, yəni qəsdən həyatdan məhrum etmişdir. Birinci instansiya məhkəməsinin hökmü ilə məhkum2 bir qrup şəxs halında xuliqanlıq yəni, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, silah qismində istifadə olunan əşyadan istifadə etməklə zərərçəkmiş şəxsə zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər etmiş, bir qrup şəxs halında qəsdən adam öldürmüş, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmişdir. Belə ki, o, 09.03.2024-cü il tarixdə saat 20:02 radələrində siqaret almaqdan ötrü tanışları məhkum1 və məhkum3 ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Məhsəti Gəncəvi küçəsi 19 ünvanında yerləşən “SPAR” marketə tərəf gedərkən həmin anda təsadüfən marketdən çıxan Zərərçəkmiş şəxs tanmamasına, eləcə də məhkum3la aralarında olan ədavətdən xəbərsiz olmasına baxmayaraq tanışları məhkum3 və məhkum1 ilə birlikdə bir qrup şəxs halında ictimai yer hesab olunan marketin qarşısında cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qanunvericiliklə müəyyən edilmiş davranış və birgəyaşayış qaydalarına zidd olaraq ətrafda insanların olmasına baxmayaraq ictimai qaydaya əhəmiyyətli laqeydlik və etinasızlıq göstərərək öz üstünlüklərini ətrafdakılara nümayiş etdirmək məqsədilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərərək silah qismində istifadə olunan əşyadan istifadə etməklə zor tətbiq edib küçədə olan şəxslərin narahatçılığına və marketin fəaliyyətinin pozulmasına səbəb olan qərəzli xuliqanlıq hərəkətləri edərək məhkum3 üzərində saxladığı bıçağı çıxardıb nümayiş etdirməklə həmin an onu görüb qaçmağa çalışan Zərərçəkmiş şəxs təqib edərkən özü də aqressiv şəkildə onların arxasınca qaçaraq sonuncunu təqib etmiş, bu zaman marketin qarşısında dayanıb onları müşahidə edən məhkum1 özünü qorumaqdan ötrü marketə girmək məqsədi ilə ona tərəf istiqamətlənmiş Zərərçəkmiş şəxs qarşısına çıxaraq hər hansı bir əsaslı səbəb olmadan öz üstünlüyünü ətrafdakılara nümayiş etdirmək məqsədilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə qəflətən sağ yumruğu ilə onun sifət nahiyəsindən bir dəfə zərbə vurub zor tətbiq etməklə ona burun sümüyünün xətti sınığı kimi canlı şəxslərdə sağlamlığa yüngül zərərvurmanın əlamətlərinə malik xəsarət yetirməsinə baxmayaraq, Zərərçəkmiş şəxs bu zərbə nəticəsində müvazinətini itirməyərək qaçışını davam etdirib marketə daxil olmaq istəyərkən ayağının giriş qapısının qarşısında olan səkiyə ilişib büdrəməsi səbəbindən içəri daxil ola bilməməsini görən məhkum3 Zərərçəkmiş şəxs yaxalayaraq sağ əlində olan bıçaqla əvvəlcə ayaqüstü vəziyyətdə olan Zərərçəkmiş şəxs bədən səthinə ardıcıl zərbələr vuraraq ona sağ əlin İ və II barmaqlarının kəsilmiş səthi yaraları kimi canlı şəxslərdə sağlamlığa zərərvurmayan, döş qəfəsinin sağ yarısının ön səthinin daxilə nüfuz edərək ürək kisəsinin və ürəyin zədələnməsinə səbəb olan 1 (bir) ədəd, döş qəfəsinin sol yarısının arxa səthinin daxilə nüfuz edərək sol ağciyərin zədələnməsinə səbəb olan 1 (bir) ədəd cəmi 2 (iki) ədəd ümumilikdə və hər biri ayrı-ayrılıqda canlı şəxslərdə sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malik olmaqla daxilə nüfuz edib daxili üzvlərin yaralanması nəticəsində baş vermiş daxili və xarici qanitirmə səbəbindən ölümü ilə birbaşa səbəbli əlaqəli deşilmiş-kəsilmiş yaralar ilə müşayiət olunan bədən xəsarətləri yetirib sonuncunu yerə yıxdıqdan sonra ona tərəf təpik zərbələri atarkən arxalarınca gəlib özünü onlara çatdıraraq Zərərçəkmiş şəxs bir qədər əvvəl qaçarkən ünvanlarına söyüşlər işlətməsini özünün şəxsiyyətini, şərəf və ləyaqətini alçaldan hərəkətlər kimi qəbul edib hiddətlənərək qisas almaq niyyəti ilə Zərərçəkmiş şəxs qəsdən öldürmək qərarına gəlib, cinayətkar niyyətini həyata keçirmək üçün qəsdən adam öldürmə prosesinin gedişində məhkum3 qoşularaq bir qrup şəxs halında birləşməklə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə yerdən tapdığı taxta yeşikdən silah qismində istifadə edib zor tətbiq edərək qərəzli xuliqanlıq hərəkətləri edib həmin an yerdə uzanıqlı vəziyyətdə aktiv müdafiə olunmağa çalışan Zərərçəkmiş şəxs üzərinə hücum edərək ona tərəf bir neçə dəfə taxta yeşiklə zərbələr atıb alın və təpə nahiyələrinin qançırı, hər iki diz oynağı və sol baldır nahiyələrinin sıyrıqları kimi canlı şəxslərdə sağlamlığa zərərvurmayan xəsarətlər yetirməklə onun ölümünə səbəb olacaq həyatı üçün təhlükəli olan zərbələr yetirməsə də, həyatdan məhrum edilməsi prosesində bilavasitə iştirak edib müqavimətini qırdığından məhkum3 ilə birlikdə Zərərçəkmiş şəxs bir qrup şəxs halında qəsdən öldürmüş, yəni qəsdən həyatdan məhrum etmişdir. Birinci instansiya məhkəməsinin hökmü ilə məhkum1 bir qrup şəxs halında xuliqanlıq yəni, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, zərərçəkmiş şəxsə zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər etmişdir. Belə ki, o, 09.03.2024-cü il tarixdə saat 20:02 radələrində sərxoş vəziyyətdə siqaret almaqdan ötrü tanışları məhkum2 və məhkum3 ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Məhsəti Gəncəvi küçəsi 19 ünvanında yerləşən “SPAR” marketə tərəf gedərkən həmin anda təsadüfən marketdən çıxan Zərərçəkmiş şəxs tanımamasına, eləcə də məhkum3la aralarında olan ədavətdən xəbərsiz olmasına baxmayaraq tanışları məhkum3 və məhkum2 ilə birlikdə bir qrup şəxs halında ictimai yer hesab olunan marketin qarşısında cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qanunvericiliklə müəyyən edilmiş davranış və birgəyaşayış qaydalarına zidd olaraq ətrafdakı insanların gözü qarşısında ictimai qaydaya əhəmiyyətli laqeydlik və etinasızlıq göstərərək öz üstünlüklərini ətrafdakılara nümayiş etdirmək məqsədilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərərək zor tətbiq edib küçədə olan şəxslərin narahatçılığına və marketin fəaliyyətinin pozulmasına səbəb olan qərəzli xuliqanlıq hərəkətləri edərək məhkum3 üzərində saxladığı bıçağı çıxardaraq nümayiş etdirib məhkum2la birlikdə həmin an onu görüb qaçmağa çalışan Zərərçəkmiş şəxs arxasınca qaçıb onu təqib edərkən marketin qarşısında dayanıb onları müşahidə etmiş, bu zaman özünü qorumaqdan ötrü marketə girmək məqsədi ilə ona tərəf istiqamətlənmiş Zərərçəkmiş şəxs qarşısına çıxaraq heç bir əsaslı səbəb olmadan öz üstünlüyünü ətrafdakılara nümayiş etdirmək məqsədilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə qəflətən sağ yumruğu ilə sonuncunun sifət nahiyəsindən bir dəfə zərbə vurub zor tətbiq etməklə ona burun sümüyünün xətti sınığı kimi canlı şəxslərdə sağlamlığa yüngül zərərvurmanın əlamətlərinə malik xəsarət yetirməklə qərəzli hərəkətlər edərək xuliqanlıq etmiş, Zərərçəkmiş şəxs bu zərbənin təsirindən müvazinətini itirməyərək qaçışını davam etdirib marketə daxil olmaq istəsə də, ayağı giriş qapısının qarşısında olan səkiyə ilişib büdrədiyindən qrupun digər iştirakçılarından olan məhkum3 onun niyyəti ilə əhatə olunmayan cinayətkar hərəkətlərini davam etdirib Zərərçəkmiş şəxs yaxalayaraq sağ əlində olan bıçaqdan silah qismində istifadə edib zor tətbiq etməklə qərəzli xuliqanlıq hərəkətləri edib qisas almaq məqsədi ilə qəsdən öldürməkdən ötrü Zərərçəkmiş şəxs bədən səthinə ardıcıl zərbələr vurmuş, həmin an arxalarınca gəlib özünü onlara çatdıran məhkum2 isə Zərərçəkmiş şəxs bir qədər əvvəl qaçarkən ünvanlarına söyüşlər işlətməsindən hiddətlənərək qisas almaq məqsədi ilə onu qəsdən öldürməyə yönəlmiş cinayətkar niyyətini həyata keçirməkdən ötrü qəsdən adam öldürmə prosesinin gedişində məhkum3 qoşularaq bir qrup şəxs halında birləşməklə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərib yerdən tapdığı taxta yeşikdən silah qismində istifadə edib zor tətbiq edərək qərəzli xuliqanlıq hərəkətləri edib həmin an yerdə uzanıqlı vəziyyətdə aktiv müdafiə olunmağa çalışan Zərərçəkmiş şəxs üzərinə hücum edərək ona tərəf bir neçə dəfə həmin taxta yeşiklə zərbələr atıb ölümünə səbəb olacaq həyatı üçün təhlükəli olan zərbələr yetirməsə də, həyatdan məhrum edilməsi prosesində bilavasitə iştirak edib müqavimətini qırdığından məhkum2 məhkum3 ilə birlikdə Zərərçəkmiş şəxs bir qrup şəxs halında qəsdən öldürmüş, yəni qəsdən həyatdan məhrum etmişlər. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Qədim Babayev (sədrlik edən), Zamin İbrahimov və Murad Məmmədov) 21 yanvar 2026-cı il tarixli 1(103)-2025/2025 nömrəli hökmü ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 01 sentyabr 2025-ci il tarixli 1(101)- 367/2025 nömrəli hökmü ləğv edilmiş, hökmlə məhkum məhkum3 CM-in 120.2.1-ci maddəsi ilə tövsif edilmiş əməli CM-in 120.1-ci maddəsinə tövsif edilmiş və o, CM-in 120.1 və 221.3-cü maddələri ilə təqsirli bilinərək, CM-in 120.1-ci maddəsi ilə 13 (on üç) il müddətinə, CM-in 221.3cü maddəsi ilə 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən təyin olunan cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 15 (on beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin olunmuş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin əvvəlinin 11 mart 2024-cü il tarixdən hesablanması müəyyən edilmişdir. Hökmlə məhkum məhkum2 CM-in 120.2.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyindən bəraət verilmiş, CM-in 221.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli, 315-VIIQR nömrəli Qərarının 3.1, 5.2.3 və 5.3-cü bəndlərinə əsasən məhkum2 cəzası 6 (altı) ay azaldılaraq ona 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 11 mart 2024-cü il tarixdən hesablanması müəyyən edilmişdir. Hökmlə məhkum məhkum1 CM-in 221.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 2 (iki) il 10 (on) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli, 315-VIIQR nömrəli Qərarının 3.1, 5.2.3 və 5.3-cü bəndlərinə əsasən məhkum1 cəzası 6 (altı) ay azaldılaraq ona 2 (iki) il 4 (dörd) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 10 mart 2024-cü il tarixdən hesablanması müəyyən edilmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi Hüquqi varis, məhkum məhkum2 və onun müdafiəçisi müdafiəçi3 İnşallah oğlu tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilmiş, məhkum məhkum3 müdafiəçisi müdafiəçi4 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Dövlət ittihamçısı Səkinə Hüseyinova-Zeynalova kassasiya protesti verərək Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 yanvar 2026-cı il tarixli 1(103)-2025/2025 nömrəli hökmünün ləğv edilməsi və işin apellyasiya instansiyası məhkəməsində yenidən baxılmasına təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi Nümayəndə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 yanvar 2026-cı il tarixli 1(103)-2025/2025 nömrəli hökmünün ləğv edilməsini məhkumlar məhkum3 və məhkum2 əməllərinin CM-in 120.2.1 və 221.3-cü maddələrinə tövsif edilməsini, məhkum məhkum1 isə elan edilmiş ittihamın dəyişdirilərək daha ağır ittiham edilməsi üçün cinayət işinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı Səkinə Hüseyinova-Zeynalova kassasiya protestini onunla əsaslandırmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 yanvar 2026-cı il tarixli hökmü ilə gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmamışdır. Belə ki, məhkum məhkum2 CM-in 120.2.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə bəraət verilməsi, məhkum3 əməlinin CM-in 120.2.1-ci maddəsindən CM-in 120.1-ci maddəsinə tövsif edilməsi barədə hökm əsaslandırılmamış, hökmün əsası tamamilə subyektiv fikir və mülahizələrdən ibarət olmuş, hökmdə cinayətin “qabaqcadan əlbir olan bir qrup şəxs” tərəfindən törədilməməsi barədə əsaslandırıcı fikirlər göstərilmişdir. Halbuki cinayət işi üzrə təqsirləndirilən şəxslər məhkum2 və məhkum3 qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət törədilməsi ittihamı verilməmişdir. Bakı apellyasiya məhkəməsi öz hökmündə məhkum2 bəraət verərkən onun zərərçəkmiş şəxsin dalınca qaçmasının səbəbini aydınlaşdırmamış və bu fakta hüquqi qiymət verməmişdir. İttiham aktından da görünür ki, təqsirləndirilən şəxslər məhkum3 və məhkum2 adam öldürmə ilə əlaqədar, habelə həmin təqsirləndirilən şəxslərlə məhkum1 xuliqanlıq ilə əlaqədar elan edilmiş ittiham sadalanan şəxslərin qabaqcadan əlbir olmuş bir qrup şəxs halında deyil, bir qrup şəxs halında hərəkət etməsi ilə əsaslandırılmışdır. Cinayətin bir qrup şəxs halında törədilməsi əlamətinin mövcudluğu üçün iştirakçılar arasında qabaqcadan razılaşmanın olması tələb olunmur. Təqsirləndirilən şəxslər arasında qabaqcadan razılığın müəyyən edilməməsi səbəbindən onların əməli bir qrup şəxs tərəfindən törədilən əməl kimi qiymətləndirilmişdir. Göründüyü kimi təqsirləndirilən şəxs məhkum3 ilə məhkum2 bir qrup şəxs halında birləşərək zərərçəkmiş şəxsin həyatdan məhrum edilməsinə səbəb olmuşlar. Belə olan təqdirdə təqsirləndirilən şəxslərdən hansı tərəfindən zərərçəkmiş şəxsə yetirilmiş xəsarətlərin sonuncunun ölümünə səbəb olması əməlin tövsifinə təsir etməməklə təqsirləndirilən şəxslərin törədilmiş cinayətdə iştirakının müəyyən edilməsinə xidmət edir və təyin ediləcək cəzanın fərdiləşməsi baxımdan əhəmiyyət kəsb edir. Digər tərəfdən hər üç təqsirləndirilən şəxs bir qrup şəxs halında xuliqanlıq etməsi, məhkum3 və məhkum2 isə həmçinin silah qismində əşyadan istifadə etməklə xuliqanlıq etməsi yuxarıda sadalanan təkzib edilməz və mötəbər sübutlarla öz təsdiqini tapmışdır. Beləliklə müəyyən edilir ki, təqsirləndirilən şəxs məhkum3 qəsdən Azərbaycan Respublikasının CM-in 120.2.1-ci və 221.3-cü maddələrində, təqsirləndirilən şəxs məhkum2 qəsdən Azərbaycan Respublikasının CM-in 120.2.1-ci və 221.3-cü maddələrində, məhkum1 qəsdən Azərbaycan Respublikasının CM-in 221.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətmələri tam sübuta yetirilmişdir. Məhkəmə kollegiyası qeyd edilən halları nəzərə almayaraq, iş üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv qiymətləndirmədən, ittihamı təsdiq edən sübutların qəbul edilməməsi səbəblərini göstərməmiş, məhkəmənin gəldiyi nəticələr işin faktiki hallarına uyğun olmamış, mövcud sübutların düzgün təhlili üzrə ittiham hökmünün çıxarılmasından ibarət nəticəyə gəlməli olduğu halda hüquqi baxımdan əsaslandırılmamış nəticəyə gəlmişdir. Məhkəmə yuxarıda qeyd edilən sübutları qarşılıqlı müqayisə etməklə təhlil aparmadan işin faktiki hallarına uyğun gəlməyən əsassız nəticəyə gəlmiş və yekun qərar qəbul etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası hazırkı hökmü çıxararkən cinayətprosessual qanunvericiliyin tələblərinə müvafiq olaraq irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutları CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq düzgün tədqiq etməmiş, subyektiv fikir və mülahizələri ilə məhkəmə qərarını əsaslandırmışdır. Kassasiya şikayətinin dəlilləri: Zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi Nümayəndə kassasiya şikayətinin dəlillərini onunla əsaslandırmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının hökmü qanunsuzdur. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən cinayət hadisəsini sübut edən videonu görməzdən gəlmiş, videoda təqsirləndirilən şəxslərin birlikdə hərəkət etmələri və hərəkətlərinin birbaşa qəsdlə əhatə olunduğu tam və aydın şəkildə görüldüyü halda məhkəmə qanunsuz olaraq aradan qaldırılması mümkün olmayan ziddiyyətlər və şübhələrin mövcudluğu əsas tutub, aradan qaldırılması mümkün olmayan ziddiyyətlər və şübhələrin mövcudluğunun nə ilə əhatə olunduğunu göstərmədən bəraət hökmü çıxararaq qanuna zidd qərar qəbul etmişdir. Kassator hesab edir ki, işin halları məhkumların zərərçəkmiş şəxsi bir qrup şəxs halında öldürməsini göstərir. Belə ki, bir şəxs tərəfindən həyata keçirilən qəsdən adam öldürmə prosesinin gedişində başqa şəxsin (şəxslərin) təqsirkara qoşulub zərərçəkmişi öldürmək məqsədilə ona kömək etməsi hallarında da bir qrup şəxs tərəfindən adam öldürmə cinayətinin törədilməsi mövcud olur. Bu halda şəxs digər şəxs və ya şəxslərlə hər hansı cinayətin törədilməsi barədə qabaqcadan razılaşmasa da bu cinayətin törədilməsində bilavasitə icraçı qismində iştirak etdikdə o, təkcə həmin cinayətin obyektiv cəhətini təşkil edən hərəkətlərə görə deyil, həm də bu cinayətin baş vermiş bütün nəticələrinə görə məsuliyyət daşıyır. Eyni ilə iki və ya daha çox şəxsin qəsdən adam öldürmə cinayətinin törədilməsi, yəni zərərçəkmiş şəxsin həyatdan məhrum edilməsi məqsədilə onun həyatı və sağlamlığı üçün həm təhlükəli olan, həm də təhlükəli olmayan xəsarətləri birgə yetirdikdə həmin şəxslərin hamısı təhlil edilən cinayətin icraçıları hesab edilir və belə olan halda onlar ayrı-ayrılıqda bilavasitə yetirdikləri xəsarətlərə görə deyil, məhz qəsdən adam öldürməyə və ya buna cəhd etməyə, ümumilikdə isə bu cinayətin bütün nəticələrinə görə məsuliyyət daşıyırlar. Cinayətin törədilməsində birgə iştirak edən şəxslər eyni vaxtda zərərçəkmiş şəxsin sağlamlığına müxtəlif dərəcəli zərər vurulmasına səbəb olan xəsarətlər yetirdikdə, sonuncunun ölümü isə onlardan yalnız birinin yetirdiyi xəsarətlərdən baş verdikdə, qəsdən adam öldürməyə görə cinayət məsuliyyətinə təkcə həmin şəxs deyil, həmçinin onunla birgə digər xəsarətləri də yetirmiş şəxs də cəlb edilir. Belə nəticəyə gəlmək üçün əsas tələb isə ondan ibarətdir ki, cinayətin törədilməsində icraçı qismində iştirak edən bütün şəxslər həmin cinayətin subyekti olmalıdılar. Videodan da göründüyü kimi məhkum1 təqsirləndirilən şəxslər qaçarkən onların hərəkət ardıcıllığını izləyib Səbuhinin hansı tərəfə gəldiyini görərək qarşısına çıxıb bütün gücünü toplayaraq yumruq zərbəsi yetirmişdir. Onun peşəkar boks idman növü ilə məşğul olduğu da nəzərə alınmalı, vurduğu yumruq zərbəsinin Səbuhinin geri atılmasına, büdrəməsinə, hərəkətinin məhdudlaşdırılmasına səbəb olduğu bilinməlidir. Ona görə də kassator hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin gəldiyi nəticə qanunsuzdur. Həmçinin məhkəmənin müvafiq hökmündə qeyd edilmişdir ki, ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə məhkum3 qaçıb marketə girmək istəyən Zərərçəkmiş şəxs qəflətən sifət nahiyəsindən sağ yumruğu ilə bir dəfə zərbə vurub zor tətbiq etməklə ona burun nahiyəsinin qançırı kimi xəsarət yetirib ətrafda olan şəxslərin qorxu və narahatçılığına, marketin fəaliyyətinin pozulmasına səbəb olan qərəzli hərəkətlər edərək xuliqanlıq etmiş, həmin hadisə nəticəsində məhkum2 əlində olan taxta yeşikdən silah qismində istifadə edərək Zərərçəkmiş şəxs bədən səthinə zərbələr vurub ona alın təpə nahiyəsinin qançırı kimi xəsarətlər yetirmiş, məhkum3 isə qəsdən adam öldürməyə yönəlmiş niyyətini başa çatdıraraq əlində olan bıçaqla Zərərçəkmiş şəxs bədən səthinə ardıcıl zərbələr vuraraq onu qəsdən öldürmüşdür. Bu hissədəndə aydındır ki, məhz məhkum1 birinci Zərərçəkmiş şəxs müqavimətini qırmış onun özünü müdafiəsini ciddi şəkildə pozmuşdur, daha sonra məhkum2 taxta yeşiklə alın təpə nahiyəsindən vuraraq sonuncu özünü müdafiəsini qırmış və məhkum3 isə öz cinayətkar niyyətinə çataraq onun həyatına qəsd etmişdir. Müvafiq plenum qərarda da qeyd edildiyi kimi adam öldürmə cinayətində mütləq deyildir ki, ölümünə səbəb olan xəsarət yetirsin, müqavimətini qırmaqda ifadə olunan hərəkət törətsin onda da cinayətin icraçısı hesab olunur. Videoda da göründüyü kimi məhkum1 zərərçəkmiş şəxs qaçdığı zaman onu izləmiş və gəldiyi anda yumruq zərbəsi endirərək onun qaçmasını yəni müqavimətini qırmışdır. Həmçinin qeyd edilməlidir ki, təqsirləndirilən boks idman növü ilə də məşğul olmuş şəxsdir yəni onun vurduğu zərbənin ağırlığı artıq müqaviməti qırmağa səbəb olur. Kassator hesab edir ki, məhkum3 və məhkum2 əməlləri CM-in 120.2.1 və 221.3-cü maddələri ilə tövsif olunmalı, məhkum1a isə elan edilmiş ittihamın dəyişdirilərək daha ağır ittiham edilməsi üçün cinayət işinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar çıxarılmalıdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin və kassasiya şikayətinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya protesti və kassasiya şikayəti təmin olunmamalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət və cinayət prosessual qanununun və CPM-in normalarının tələblərinə əməl edilib edilməməsi yoxlanılır. Kassasiya protestinin və kassasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən məhkum məhkum2 CM-in 120.2.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə bəraət verilməsi, məhkum3 əməlinin CM-in 120.2.1-ci maddəsindən CM-in 120.1-ci maddəsinə tövsif edilməsi sübutlara və isin hallarına uyğun olmadığından əsassız olmuşdur. Kassasiya şikayətində ondan başqa qeyd olunmuşdur ki, istintaq orqanı və məhkəmələr tərəfindən məhkum məhkum1 əməli CM-in 221.2.1-ci maddəsi ilə tövsif olunması da isin hallarına uyğun olmadığı üçün əsassız olmuş, məhkuma daha ağır – CM-in 120.2.1-ci maddəsi ilə ittiham irəli sürülməsi məsələsinə baxılması üçün onun barəsində olan cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Məhkəmə kollegiyası həm kassasiya protestinin, həm də kassasiya şikayətinin dəlillərinə münasibət bildirərək aşağıdakıları qeyd edir. İş materiallarından görünür ki, ittiham orqanı tərəfindən təqsirləndirilən şəxslər məhkum3 və məhkum2 Azərbaycan Respublikası CM-in 120.2.1 və 221.3-cü maddələri ilə, yəni bir qrup şəxs tərəfindən qəsdən adam öldürmə və silah qismində istifadə olunan əşyallardan istifadə edilməklə xuliqanlıq cinayətlərini törətməkdə ittiham irəli sürülmüş, birinci instansiya məhkəməsi də həmin ittihamla razılaşmışdır. Lakin apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşmayaraq məhkum3 əməlini CM-in 120.2.1-ci maddəsindən CM-in 120.1-ci maddəsinə tövsif etmiş, məhkum2 isə CM-in 120.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirliliyi sübuta yetirilmədiyindən ona həmin ittiham üzrə bəraət vermişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllədə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası CM-in 120.1-ci maddəsinə əsasən digər şəxsi qəsdən həyatdan məhrum etmə qəsdən adam öldürmə cinayətini təşkil edir. Həmin əməlin bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik tərəfindən törədilməsi CM-in 120.2.2-ci maddəsində qəsdən adam öldürmənin tövsifedici əlamətləri kimi nəzərdə tutulmuşdur. CM-in 34.1-ci maddəsinə əsasən, qabaqcadan razılaşma olmadan iki və ya daha çox icraçının birgə iştirakı ilə törədilən cinayət bir qrup şəxs tərəfindən törədilmiş cinayət hesab olunur. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquqi normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyətli olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin Qərarda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli, 3 saylı qərarının 5-ci bəndində göstərilir ki, qəsdən adam öldürmə cinayəti Cinayət Məcəlləsinin 120.2.1-ci maddəsi ilə tövsif edilməli olduğu hallarda nəzərə almaq lazımdır ki, bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) anlayışları Cinayət Məcəlləsinin 34-cü maddəsində şərh edilmişdir. Adam öldürmə cinayəti o zaman bir qrup şəxs tərəfindən törədilmiş hesab olunur ki, insanın həyatdan məhrum edilməsi qabaqcadan razılaşmadan iki və ya daha çox icraçının birgə iştirakı ilə həyata keçirilmiş olsun. Bu zaman mütləq deyildir ki, iştirakçılardan hər biri zərərçəkmişə onun ölümünə səbəb olan xəsarət yetirmiş olsun. Nəzərə almaq lazımdır ki, zərərçəkmişin həyatdan məhrum edilməsi prosesində bilavasitə iştirak edənlər, onun müqavimətini qırmaqla, özünü müdafiə etmə imkanını aradan qaldırmaqla, yaxud məhdudlaşdırmaqla zərərçəkmişin həyatdan məhrum edilməsinə kömək etdiklərini dərk etmiş və bunu arzu etmiş, yaxud da belə nəticəni arzu etməsə də ona şüurlu surətdə yol vermiş şəxslər də cinayətin icraçıları sayılırlar. Bir şəxs tərəfindən həyata keçirilən qəsdən adam öldürmə prosesinin gedişində başqa şəxsin (şəxslərin) təqsirkara qoşulub zərərçəkmişi öldürmək məqsədilə ona kömək etməsi hallarında da bir qrup şəxs tərəfindən adam öldürmə cinayətinin törədilməsi mövcud olur. Bir qrup şəxs tərəfindən qəsdən adam öldürmə həm birbaşa, həm də dolayı qəsdlə törədilə bilər. Yuxarıda göstərilən qanun normalarından, habelə Konstitusiya Məhkəməsi və Ali Məhkəmə Plenumlarının qərarlarında ifadə olunmuş hüquqi mövqelərdən görünür ki, Azərbaycan Respublikası CM-in 120.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin icraçısı anlayışı yalnız zərərçəkmiş şəxsə ölümlə nəticələnən xəsarəti bilavasitə yetirən şəxslə məhdudlaşmır. Bu anlayış, eyni zamanda, zərərçəkmiş şəxsin həyatdan məhrum edilməsi prosesində ona kömək göstərən və həmin cinayətin obyektiv tərəfinin həyata keçirilməsində birgə iştirak edən şəxsləri də əhatə edir. Lakin Ali Məhkəmə Plenumu yuxarıda qeyd olunan qərarında məhkəmələrə izah etmişdir ki, zərərçəkmiş şəxsə ölümlə nəticələnən xəsarəti bilavasitə yetirməyən şəxs yalnız o halda həmin cinayətin icraçısı hesab oluna bilər ki, o, zərərçəkmiş şəxsin həyatdan məhrum edilməsinə kömək etdiyini dərk etmiş və bunu arzu etmiş, yaxud belə nəticəni arzu etməsə də, ona şüurlu surətdə yol vermiş olsun. Əks halda, həmin şəxsin əməlində CM-in 120.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin subyektiv tərəfi mövcud olmadığından, onun əməli həmin maddə ilə tövsif edilə bilməz. Azərbaycan Respublikası CPM-in 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145-ci maddənin tələblərinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Apellyasiya instansiyası məhkəməsi hazırkı cinayət işi üzrə toplanmış sübutları – məhkumların, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələrini, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını və işin digər materiallarını tədqiq edərək nəticəyə gəlmişdir ki, məhkumlar məhkum2 və məhkum1 zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs zor tətbiq etsələr də, Ə.H.Əybatovun zərərçəkmiş şəxslə şəxsi ədavətinin olmasını, bu səbəbdən üzərində bıçaq gəzdirdiyini və qarşılaşacağı təqdirdə zərərçəkmiş şəxsi bıçaqla vurmaq niyyətində olduğunu bilməmişlər. Bundan başqa, hadisə zamanı da onlar Ə.H.Əybatovun zərərçəkmiş şəxsə bıçaq zərbələri vurmasından xəbərsiz olmuş, bu barədə yalnız hadisə yerindən uzaqlaşdıqdan sonra Ə.H.Əybatovun özündən məlumat almışlar. Məhkəmə kollegiyası iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusunu nəzərdən keçirərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi məhkum2 və məhkum1 əməllərində Azərbaycan Respublikası CM-in 120.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin əlamətlərini istisna edən yuxarıda göstərilən halları müəyyən edərkən iş üçün əhəmiyyət kəsb edən bütün sübutların mənsubiyyətini, mümkünlüyünü və mötəbərliyini yoxlamış, məhkumların, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələrini, ekspertiza rəylərini tam, hərtərəfli və obyektiv araşdıraraq Azərbaycan Respublikası CPM-in 144–146-cı maddələrinin tələblərinə uyğun şəkildə qiymətləndirmişdir. Belə ki, məhkum məhkum2 ifadəsində göstərmişdir ki, o, zərərçəkmiş şəxsi tanımamış, Ə.H.Əybatovun zərərçəkmiş şəxslə münasibətlərindən xəbəri olmamışdır. Hadisə zamanı Ə.H.Əybatovun əlində bıçaq görməmiş, əksinə, bıçağın zərərçəkmiş şəxsin əlində olduğunu görmüşdür. Məhz buna görə də zərərçəkmiş şəxsin Ə.H.Əybatova bıçaq xəsarəti yetirməsinin qarşısını almaq məqsədilə onların arxasınca qaçmış və əlində olan taxta yeşiklə zərərçəkmiş şəxsə üç dəfə zərbə endirmişdir. O, Zərərçəkmiş şəxs ilə Ə.H.Əybatova çatdıqda Ə.H.Əybatov zərərçəkmiş şəxsə yalnız ayaqları ilə zərbələr endirirdi. Hadisə yerindən uzaqlaşdıqdan sonra isə Ə.H.Əybatov ona zərərçəkmiş şəxsi bıçaqla vurduğunu demişdir. məhkum2 bu ifadəsi hər hansı sübutla təkzib olunmur, əksinə, digər məhkumların ifadələri və hadisənin videoyazısı ilə təsdiq edilir. Belə ki, cinayət işinin materiallarına əlavə edilmiş hadisəni əks etdirən videoyazıya baxış protokolundan görünür ki, Zərərçəkmiş şəxs marketin giriş qapısına çataraq içəri daxil olmaq istəyərkən ayağı giriş qapısının qarşısındakı səkiyə ilişdiyindən büdrəmiş və içəri daxil ola bilməmişdir. Həmin an, saat 20:03:03-də Ə.H.Əybatov ona çataraq sağ əlində olan alətlə Zərərçəkmiş şəxs ardıcıl üç zərbə vurmuşdur. Bu zaman market işçisi qapının yanında olsa da, kənara çəkilmişdir. Həmin zərbələrdən sonra Zərərçəkmiş şəxs yerə yıxılmış, Ə.H.Əybatov isə ona yerdə təpik zərbələri endirməyə davam etmişdir. Saat 20:03:06-da onların arxasınca qaçan məhkum2 əlində olan taxta yeşiklə yerdə yarımoturaq vəziyyətdə olan Zərərçəkmiş şəxs üç dəfə zərbə endirmişdir. məhkum2 zərbələri endirdiyi zaman Ə.H.Əybatov zərərçəkmiş şəxsə yalnız təpik zərbələri vururdu. Zərərçəkmiş şəxs isə əlində olan bıçaqla özünü müdafiə etmək məqsədilə onlara tərəf zərbələr endirmişdir. Bu zaman məhkum1 arxadan məhkum2 tutaraq onu geri çəkməyə və ayırmağa çalışmışdır. Saat 20:03:10-da Zərərçəkmiş şəxs ayağa qalxaraq onlardan uzaqlaşmış, saat 20:03:11-də isə məhkum2 əlindəki taxta yeşiyi ona tərəf atmış, bundan sonra növbəti zərbələr endirmədən hər üç şəxs hadisə yerindən qaçaraq uzaqlaşmışdır. Məhkəmənin gəldiyi nəticəni əsaslanan digər sübutlar apellyasiya instansiyası məhkəməsinin hökmündə ətraflı şərh və təhlil edildiyindən, məhkəmə kollegiyası onların məzmununun yenidən təkrar edilməsini zəruri hesab etmir. İttihamın təsvirindən və iş üzrə toplanmış sübutlardan göründüyü kimi, məhkum2 taxta yeşiklə hadisəyə qoşulanadək Ə.H.Əybatov artıq ittihamda göstərilən və Zərərçəkmiş şəxs ölümünə səbəb olmuş bıçaq xəsarətlərini zərərçəkmiş şəxsə yetirmişdi. Buna görə də Ə.H.Əybatov tərəfindən ölümcül bıçaq zərbələrinin vurulmasında məhkum2 hər hansı təhrikedici, istiqamətləndirici və ya köməkçi rolu müəyyən edilmir. Ə.H.Əybatov həmin hərəkətləri müstəqil şəkildə həyata keçirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə toplanmış sübutlara və müəyyən edilmiş faktiki hallara əsaslanaraq haqlı olaraq belə nəticəyə gəlmişdir ki, məhkumlar məhkum2 və məhkum1 cinayət törədilərkən digər məhkum Ə.H.Əybatov tərəfindən zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs bıçaq zərbələri, yəni ölümlə nəticələnə bilən xəsarətlər yetirilməsi barədə xəbərdar olmamış, zərərçəkmiş şəxsi öldürmək niyyətində olmamış və zərərçəkmiş şəxsin ölümü ilə nəticələnən hərəkətlərdə iştirak etdiklərini dərk etməmişlər. Bu səbəbdən onların əməlləri Ə.H.Əybatovla birlikdə bir qrup şəxs halında qəsdən adam öldürməyə yönəlmiş hərəkətlər kimi qiymətləndirilə bilməz. İbtidai istintaq orqanının və birinci instansiya məhkəməsinin məhkum2 zərərçəkmiş şəxsə qarşı zor tətbiq etməyə başlamazdan əvvəl Ə.H.Əybatovun Zərərçəkmiş şəxs bıçaq zərbələri endirdiyini bildiyi barədə gəldiyi nəticə isə cinayət işində mövcud olan hər hansı mötəbər sübutla təsdiq olunmur. Məhkəmə kollegiyasının qənaətinə görə, işə baxan apellyasiya instansiyası məhkəməsi məhkəmə istintaqı zamanı iş üzrə əhəmiyyət kəsb edən bütün sübutların mənsubiyyətini, mümkünlüyünü və mötəbərliyini yoxlamış, məhkumların, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələrini, ekspertiza rəylərini, habelə digər sübutları Azərbaycan Respublikası CPM-in 144–146-cı maddələrinin tələblərinə uyğun olaraq tam, hərtərəfli və obyektiv araşdırmış, onlara düzgün hüquqi qiymət vermişdir. İş materiallarından görünür ki, apellyasiya instansiyası məhkəməsi məhkəmə istintaqı aparmaqla sübutları təkrar tədqiq etmiş və belə nəticəyə gəlmişdir ki, məhkum məhkum2 zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs qəsdən həyatdan məhrum etmək niyyətində olması, habelə həmin şəxsin öldürülməsi prosesində məhkum3 ilə birgə iştirak etməsi iş üzrə toplanmış sübutlarla öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası CPM-in 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 349.5.1-ci maddəsinə görə isə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda hökm əsaslı hesab edilir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qeyd olunan qanun normalarının tələblərinə riayət etməsini yoxlayaraq müəyyən edir ki, apellyasiya məhkəməsi iş üzrə nəticəyə gələrkən əsaslandığı sübutları hökmdə göstərmiş, həmin sübutlara qanunauyğun qiymət vermişdir. Məhkəmə kollegiyası məhkumların əməllərinə dair apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticənin iş materiallarına, sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olduğunu, məhkumların təqsiri müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPM-in 144–146-cı maddələrinin tələblərinə uyğun qiymətləndirildiyini nəzərə alaraq həmin nəticəni qanuni və əsaslı hesab edir. Odur ki, məhkum məhkum3 əməllərinin Azərbaycan Respublikası CM-in 120.1 və 221.3cü maddələri, məhkum məhkum2 əməllərinin CM-in 221.3-cü maddəsi, məhkum məhkum1 əməllərinin isə CM-in 221.2.1-ci maddəsi ilə tövsif edilməsi işin faktiki hallarına və cinayət qanununun tələblərinə uyğun olduğundan, məhkəmə kollegiyası həmin hüquqi tövsifi düzgün hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII hissəsinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 145.3-cü maddəsinə görə ittihamın sübuta yetirilməsi zamanı yaranmış və digər sübutlarla aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Məhkəmə kollegiyasının qənaətinə görə, apellyasiya instansiyası məhkəməsi əsaslı olaraq nəticəyə gəlmişdir ki, cinayət işi üzrə toplanmış sübutların məcmusu ilə məhkumlar məhkum3, məhkum2 və məhkum1 zərərçəkmiş şəxs (mərhum) Zərərçəkmiş şəxs bir qrup şəxs halında qəsdən öldürmə cinayətini birlikdə törətmələri sübuta yetirilmir. Avropa İnsan Hüquqları Məhkəməsinin Barberà, Messegué and Jabardo v. Spain işi üzrə ifadə olunmuş hüquqi mövqeyə əsasən, təqsirsizlik prezumpsiyası prinsipi məhkəmədən tələb edir ki, hakimlər öz vəzifələrini yerinə yetirərkən təqsirləndirilən şəxsin ittiham olunduğu cinayəti törətməsi barədə əvvəlcədən formalaşmış qənaətə malik olmasınlar. Həmin hüquqi mövqeyə görə, təqsiri sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür və aradan qaldırılması mümkün olmayan hər bir şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Bu baxımdan məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası CPM-in 416.1-ci maddəsində göstərilmiş hallarda kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. İşdən görünür ki, hazırkı cinayət işi üzrə apellyasiya instansiyası məhkəməsinin hökmünü kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək üçün əsas ola biləcək qanunda göstərilmiş hallardan heç biri iş üzrə müəyyən edilməmişdir. Beləliklə, kassasiya protestində və kassasiya şikayətində qeyd edilmiş dəlillər iş materialları ilə ziddiyyət təşkil etdiyindən məhkəmə kollegiyası həmin dəlillər ilə razılaşmayaraq protest və şikayətin təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 yanvar 2026-cı il tarixli 1(103)-2025/2025 nömrəli hökmünün kassasiya protestinə və kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla əsaslı hesab edir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALIR: məhkum3 Azərbaycan Respublikası CM-in 120.1 və 221.3-cü maddələri, məhkum2 əməllərinin Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsi ilə, məhkum1 Azərbaycan Respublikası CM-in 221.2.1-ci maddəsi ilə məhkum olunmalarına dair Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 yanvar 2026-cı il tarixli 1(103)-2025/2025 nömrəli hökmü kassasiya protestinə və zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsinin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Kassasiya protesti təmin edilməsin. Kassasiya şikayəti təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar