Məhkəmə qərarları › İş №1(1-8)-339/2026

Ali Məhkəmə Qərar — İş №1(1-8)-339/2026

13.05.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(1-8)-339/2026 13.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Cəfərov İlqar Xanlar oğlu (sədrlik edən və məruzəçi), Muxtarov Teyyub Asif oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Babayeva Lalə Tahir qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, R X2 iştirakı ilə, ##.##.1991-ci ildə Füzuli rayonu, Horadiz qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Füzuli rayonu, Füzuli şəhəri, H.Aslanov küçəsi, ev 49-da qeydiyyatda olan Məhkum İlqar oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CMin) 234.2-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının *(***)-***/**** nömrəli # ###### 2026-cı il tarixli qərarından məhkumun müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Zəngilan Rayon Məhkəməsinin *(***)-**/**** nömrəli ## ####### 2025-ci il tarixli hökmü ilə (hakim G.İmanova) Məhkum İlqar oğlu - Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin başlanğıcının ## ##### 2025-ci il tarixdən hesablanması qərara alınmışdır. Məhkəmənin həmin hökmündən məhkumun müdafiəçisi Müdafiəçi tərəfindən apellyasiya şikayəti verilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının *(***)-***/**** nömrəli # ###### 2026-cı il tarixli qərarı ilə (hakimlər R.O.Əsgərova (sədrlik edən), E.Q.Məmmədov və R.Ə.Ağayev) apellyasiya şikayəti təmin edilməmiş, Zəngilan Rayon Məhkəməsinin ## ####### 2025-ci il tarixli hökmü dəyişdirilmiş, ona Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təyin edilmiş və çəkilməmiş 2 (iki) il 3 (üç) ay 4 (dörd) gün müddətinə azadlıqdan məhrum etmə cəzası “Konstitusiya və Suverenlik ili” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin qərarının 3, 3.2, 5.2, 5.2.3, 5.3-cü bəndlərinə əsasən 6 (altı) ay azaldılmış və çəkilməmiş cəzası 1 (bir) il 9 (doqquz) ay 4 (dörd) gün müəyyən edilmişdir. İşin halları: Məhkəmə qərarlarına əsasən Məhkum İlqar oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə ittiham olunaraq ona görə məhkum edilmişdir ki, o, satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri əldə etmə, saxlama, daşıma və satma cinayətini törətmişdir. Belə ki, o, satış məqsədi ilə qanunsuz olaraq 3 ədəd kibrit qutusunda ümumi təmiz çəkisi 14,699 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib saxlamış və daşımış, ##.##.2025-cı il tarixdə, saat 22:52-də X1 ona məxsus 5239 1517 8415 **** nömrəli kart hesabına göndərdiyi 80 manat müqabilində 11,04.2025-ci il tarixdə Zəngilan rayonu, X3 yaxılığında “Niva” markalı ** HT *** dövlət nömrə nişanlı avtomobilin içərisində həmin marixuananın 2 ədəd kibrit qutusunda ümumi təmiz çəkisi 10,143 qramını Balağa Səfərova verərək qanunsuz olaraq satmış, ##.##.2025-ci il tarixdə, saat 17:49-da Zəngilan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Zəngilan rayonu, Ağalı kəndində yerləşən bazarda X1 “Niva” markalı ** HT *** dövlət nömrə nişanlı avtomobilin sürücü oturacağında, onu isə həmin avtomobilin qarşı tərəfində olan dönər satış yerində saxlanılmış, bu zaman Balağa Səfərovun əynində olan göy rəngli gödəkçəsinin sol və sağ qolunun hərəsində 1 bir ədəd olmaqla, ümumilikdə 2 ədəd kibrit qutusunda olan ümumi təmiz çəkisi 10,143 qram, onun isə “Niva" markalı ** HT *** dövlət nömrə nişanlı avtomobilin arxa sərnişin oturacağında olan üzlüyün içərisində saxladığı 1 ədəd kibrit qutusunda olan 4,556 qram tərkibində çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Kassasiya şikayətinin dəlilləri: Məhkumun müdafiəçisi kassasiya şikayətində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının *(***)-***/**** nömrəli # ###### 2026-cı il tarixli qərarının ləğv edilməsini, məhkumun CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək həmin maddə ilə cəza təyin edilməsini xahiş etmişdir. Kassasiya şikayətində göstərilmişdir ki, cinayət işi düzgün araşdırılmamış və nəticədə iş üzrə ədalətsiz qərar qəbul edilmişdir. İşə kassasiya instansiyası məhkəməsində baxılanadək məhkum Məhkum İlqar oğlu Azərbaycan Respublikası Ali Məhkəməsinə müraciət edərək müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətini geri götürdüyünü bildirmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası ərizəni iş materialları ilə əlaqəli şəkildə müzakirə edib məhkumun ərizəsinin təmin edilməsinə dair dövlət ittihamçısı R.Məmmədlinin çıxışını dinləyərək hesab edir ki, kassasiya şikayəti məhkum tərəfindən geri götürüldüyündən həmin şikayət baxılmadan geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-in 414.1-ci maddəsinə əsasən kassasiya şikayəti və kassasiya protesti kassasiya instansiya məhkəməsində baxılanadək kassasiya şikayətini və ya kassasiya protestini vermiş şəxs onu geri götürmək, dəyişdirmək və ya əlavələr etmək, habelə cinayət prosesinin digər iştirakçılarının kassasiya şikayətinə, yaxud kassasiya protestinə öz etirazlarını bildirmək hüququna malikdir. Eləcə də, həmin Məcəllənin 414.5-ci maddəsinə əsasən məhkum və ya bəraət almış şəxs öz müdafiəçisinin kassasiya şikayətini geri götürmək hüququna malikdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası cinayət-prosessual qanunvericiliyin qeyd edilən tələbini və məhkum Məhkum İlqar oğlunun kassasiya şikayətinin geri götürülməsi barədə ərizəsini nəzərə alaraq belə nəticəyə gəlir ki, məhkum barəsində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının # ###### 2026-cı il tarixli qərarından verilmiş kassasiya şikayəti geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 414-cü maddəsini rəhbər tutaraq Qərara aldı: Məhkum Məhkum İlqar oğlu barəsində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının *(***)-***/**** nömrəli # ###### 2026-cı il tarixli qərarından məhkumun müdafiəçi tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar