Məhkəmə qərarları › İş №1(1-8)-340/2026

Ali Məhkəmə Qərar — İş №1(1-8)-340/2026

14.05.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(1-8)-340/2026 14.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Qılıcov Ilqar Səyyad oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov Ilkin Əbülfəz oğlu və Cəfərov Vidadi Cəfər oğlundan ibarət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, R X1, Məhkum – Məhkum, Məhkumun müdafiəçisi – müdafiəçi2 iştirakları ilə, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2024-cü il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının ## ###### 2025-ci il tarixli qərarından məhkumun özü tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin (hakimlər X4 (sədrlik edən), X6 və X2 ibarət tərkibdə) *(***)-***/**** nömrəli, ## ###### 2024-cü il tarixli hökmü ilə, ## ### 1994-cü ildə Bakı şəhərində doğulmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, 3-cü qrup əlil, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, yeni yaşayış massivində yerləşən fərdi evdə yaşamış və hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin ** saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ## #### 2024-cü il tarixli hökmü ilə təyin edilmiş 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə təyin edilmiş cəza ilə qismən toplanılmaqla 08 (səkkiz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən onun ## ###### 2023-cü il tarixindən ## ###### 2023-cü il tarixinədək tutulduğu 02 (iki) gün müddət cəzasına hesablanmaqla çıxılması və üzərində qəti olaraq 08 (səkkiz) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılması, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin başlanğıcı ## ###### 2024-cü il tarixdən hesablanması hökm edilmişdir. Həmin hökmdən təqsirləndirilən şəxs Məhkum müdafiəçisi müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər: X3 (sədrlik edən və məruzəçi), X7 və X12 ibarət tərkibdə) *(***)- ***/**** nömrəli, ## ###### 2025-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin *(***)-***/**** nömrəli, ## ###### 2024-cü il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardan məhkum Məhkum tərəfindən kassasiya şikayəti verilmişdir. Qərardan kassasiya protesti və kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. Iş üzrə yuxarıda qeyd edilən məhkəmə aktları çıxarılmışdır. Işin halları: Məhkəmənin hökmünə əsasən Məhkum CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuşdur ona görə ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə qurudulmuş marixuananı əldə etmə, saxlama və daşıma cinayətini törətmişdir. Belə ki, o, Iran Islam Respublikasının vətəndaşı kimi tanıdığı və şəxsiyyəti istintaqa məlum olmayan Kamal adlı şəxslə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək Kamal adlı şəxsin verdiyi narkotik vasitələrin hər bir kiloqramına görə 400 (dörd yüz) manat pul verəcəyi müqabilində deyəcəyi yerlərə qoyacağı barədə ümumi razılığa gəlmiş, sonuncunun ## ###### 2024-cü il tarixdə səhər saatlarında bir qrup şəxs halında Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi ərazisində, yolun kənarında qoyduğu, içərisində 2005-ci il ## #### tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısına daxil edilmiş 02 (iki) ədəd qara rəngli və şəffaf sellofan bağlamalarda, ayrı-ayrılıqda çəkiləri 30,35 qram və 29,02 qram, 01 (bir) ədəd ağ rəngli polietilen torbada təmiz çəkisi 1115 qram, 01 (bir) ədəd sellofan bağlamada çəkisi 1000 qram tərkiblərinə görə eyni olan, ümumi çəkisi 2174,37 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə qurudulmuş marixuana və 01 (bir) ədəd elektron tərəzi olan 01 (bir) ədəd göy rəngli sellofan torbanı götürüb satış məqsədilə qanunsuz əldə edərək həmin narkotik vasitə qurudulmuş marixuananın 30,35 qramını və 29,02 qramını ayırıb üzərində, qalan 1115 qramını və 1000 qramını isə idarə etdiyi “Hyundai Sonata” markalı, **-CV-*** dövlət qeydiyyat nişanlı avtomobildə saxlayaraq Abşeron rayonu, Novxanı bağlar massivinə daşımış, ##.##.2024-cü il tarixdə saat 03:40 radələrində Abşeron RPI-nin X16 əməkdaşları tərəfindən keçirilən əməliyyataxtarış tədbirləri zamanı Abşeron rayonu, Novxanı bağlar massivində yerləşən “ABU” yanacaq doldurma məntəqəsinin yaxınlığında saxlanılaraq idarə etdiyi “Hyundai Sonata” markalı, 77- CV-240 dövlət qeydiyyat nişanlı avtomobil ilə birlikdə Abşeron Rayon Polis Idarəsinə gətirilib, orada həmin gün saat 05:00-dan saat 05:14-ə kimi xidməti otaqların birində üzərinə videoçəkilişlə keçirilmiş şəxsi axtarış zamanı əynində olan qırmızı rəngli gödəkçəsinin sağ və sol yan ciblərində saxladığı, həmin 02 (iki) ədəd qara rəngli şəffaf sellofan bağlamalarda, ayrıayrılıqda çəkiləri: 30,35 qram və 29,02 qram kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və əməliyyat tədbirlərinin davamı kimi həmin gün saat 05:15-dən saat 05:21-ə kimi qeyd edilən avtomobilinə baxış keçirilərkən yük yerindən 01 (bir) ədəd göy rəngli torbada olan 01 (bir) ədəd ağ rəngli polietilen torbada təmiz çəkisi 1115 qram, 01 (bir) ədəd sellofan bağlamada çəkisi 1000 qram tərkiblərinə görə eyni olan, ümumi çəkisi 2174,37 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə qurudulmuş marixuana və 01 (bir) ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Kassasiya şikayətinin dəlilləri: Məhkum Məhkum kassasiya şikayətində qeyd edir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının *(***)-***/**** nömrəli, ## ###### 2025-ci il tarixli qərarı ədalətsiz və qanunsuzdur. Belə ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə verilmiş iş üzrə ittiham aktında qeyd edilənlər tamamilə uydurma və yalan ifadələr əsasında hazırlanmış ssenaridən başqa bir şey deyil. Həqiqət budur ki, ## ###### 2024-cü il tarixdə Binə qəsəbəsində saat 10-11 radələrində “Rent-a-Car”-dan məhkumun icarəyə götürdüyü "Hyundai sonata" markalı **-CV-*** dõvlət qeydiyyat nişanlı avtomobillə Xəzər rayonu, Binə qəsəbəsi, Atçılıq massivində hərəkətdə olarkən Abşeron RPI-nin mülki geyimli polis əməkdaşları onun qarşısını kəsmiş və onu avtomobildən endirərək dərhal qandallamış və üzərində axtarış aparmışlar. Bu zaman onun üzərindən bir bükümdə 30 qram qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bundan sonra polis əməkdaşları onu Abşeron RPI-yə aparmış, oradan da Abşeron Bağlar massivi deyilən ərazіуə apararaq 2-3 saat avtomobilin içərisində yol kənarında saxlayıb yenidən Polis Idarəsinə qaytarmışlar. Yekun olaraq, məhkum polis idarəsində 6-7 saat saxlanılmışdır. Həmin ərəfədə ona qarşı zorakılıq və təzyiqlər göstərilmiş, videoçəkiliş zamanı stol üzərinə qoyulmuş 2 kq-dan artıq marixuananın onun olduğuna dair etirafedici ifadə verməyə məcbur etmişlər. Məhkum isə, 3-cü qrup əlil və hemofiliya xəstəsi olduğu üçün sağlamlığına daha da çox zərər yetirilməməsi üçün qorxu altında polis əməkdaşlarının ondan tələb etdiyi bütün tələbləri yerinə yetirmişdir. Həmçinin, o, qeyd edir ki, hədə-qorxu və təzyiq altında ondan alınmış həqiqətə uyğun olmayan ifadə üzrə “ittiham aktı” tərtib edilərək cinayət işi məhkəməyə verilmişdir. Belə bir uydurma ittihamla birinci instansiya məhkəməsi qeyri-obyektiv araşdırma aparmış və məhz polis əməkdaşlarının yalan ifadələri əsasında qərəzli və qanunsuz hökm çıxarmışdır. Bundan başqa, kassasiya şikayətinə əsasən, birinci instansiya məhkəməsi ibtidai istintaq orqanı tərəfindən ittiham aktında göstərilən qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə olan marixuananı əldə etməyi, saxlamağı, daşımağı barədə nəticəyə gələrkən heç bir mötəbər və danılmaz sübut əldə etməmiş və məhkəmə baxışında onun üzərindən aşkar edilmiş 30 qram çəkidə marixuananın satışına dair hər hansısa bir fakt müəyyənləşdirilməmişdir. Yalnız ibtidai istintaq orqanının gəldiyi nəticəni təsdiqləmiş, təkzibedilməz sübutlar kimi sadaladığı şahid ifadələri, əməliyyat məlumatını və ekspertiza rəylərini vurğulamışdır. Lakin həmin “sübutların”" heç birində onun marixuana satışı ilə məşğul olduğunu təsdiq edən hər hansısa bir hal mövcud deyildir. O, narkotik vasitəni şəxsi istehlak məqsədi ilə əldə etmiş və üzərində daşımışdır. Odur ki, məhkum Məhkum Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının ## ###### 2025-ci il tarixli qərarının ləğv edilərək əməlinin CM-in 234.1-1-ci maddəsinə tövsif olunaraq ona həmin maddənin sanksiyası çərçivəsində cəza təyin edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin təmin edilməsi barədə məhkumun, kassasiya şikayətinin təmin edilməməsi haqqında isə dövlət ittihamçısının çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər-hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Faktları araşdırmaq və müəyyən etmək funksiyaları üzərilərinə qoyulmuş apellyasiya instansiyası məhkəməsi isə təqdim olunan sübutları araşdırmaqla belə nəticəyə gəlmişdir ki, Məhkum məhkəmə hökmündə təsvir edilən cinayət hadisəsini törətmişdir. Bu zaman məhkəmə iş üzrə məhkum edilmiş şəxsin ifadəsinə və şahidlərin ifadələrinə habelə toplanmış digər sübutlara istinad etmişlər. Cinayət-prosessual qanunvericiliyinə uyğun surətdə əldə edilmiş həmin sübutların qanuniliyinin və mötəbərliyinin şübhə altına alınması üçün heç bir qanuni əsas yoxdur. Məhkum tərəfindən verilmiş kassasiya şikayətində məhkuma istinad edilən cinayətin törədilməsində əməlinin düzgün tövsif edilməməsi və məhkuma ağır cəza təyin edilməsi mübahisə olunur. Bununla əlaqədar məhkəmə kollegiyası qanunvericilik normalarına və cinayət işinin materiallarına müraciət etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin III bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## ### 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur... Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumiləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır... Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Əsaslandırma hökmün ictimai qəbul olunmasında, onun məhz ədalətli qərar kimi qavranılmasında mühüm rol oynayır. O, hökmün əsaslılığının ayrılmaz hissəsi olmaqla məhkəmə tərəfindən niyə məhz qərarın qəbulunun, başqa mümkün qərarların rədd olunmasının izahını verməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” ## ######## 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi) ... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM 28.5-ci maddəsi) Məhkəmə kollegiyası qeyd edir ki, işə baxan məhkəmələr məhkumun CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanları tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılan sübutlara düzgün istinad etmişlər. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda tam təkrarlamağı zəruri hesab etməsə də, bəzi xüsusatların qeyd olunması qənaətindədir. Birinci instansiya məhkəməsində məhkəmə istintaqı zamanı iş materiallarında olan təqsirləndirilən şəxs Məhkum qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq külli miqdarda narkotik vasitə qurudulmuş marixuananı satış məqsədi ilə əldə edib daşıyaraq üzərində saxlaması təsdiq olunmaqla cinayət əməlini törətməsi sübuta yetirilmişdir. Ona görə də, Məhkum əməli Azərbaycan Respublikası CM-in 234.4.1, və 234.4.3-cü maddələri ilə tövsif edilməli və o, həmin maddələrdə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinməli və ona cəza təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının ## #### 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Siyahılara əsasən qurudulmuş marixuana (kannabis) narkotik vasitə hesab edilir. Qurudulmuş marixuananın (kannabis) şəxsi istehlak miqdarından (qramla) artıq miqdarının yuxarı həddi 5,0 qram, külli miqdarının (qramla) aşağı həddi 500 qramdır. Məhkəmə kollegiyası eyni zamanda Məhkum özünü Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilməməsi, onun əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə tövsif edilməsi barədə kassasiya şikayətinin dəlillərini, həmçinin işin hallarını şübhə altına alan digər fikirlərini Məhkum cinayət məsuliyyətindən yayınmaq, işin hallarını təhrif etməyə cəhd etmək məqsədi ilə göstərdiyi fikirləri kimi qiymətləndirir. Məhkəmə kollegiyası həmçinin birinci instansiya məhkəməsinin bununla bağlı gəldiyi nəticəni əsaslı hesab edir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya və apellyasiya məhkəməsi işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdıraraq həmin hallara düzgün hüquqi qiymət vermiş və məhkəmələrin gəldiyi nəticə Məhkum törətdiyi cinayət əməlinin hüquqi tövsifinə dair hissədə cinayət işinin materiallarına tam uyğundur. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## ### 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Həmin qərarda həmçinin qeyd olunur ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının ##.##.2005-ci il tarixli Qanununun 1.0.8-1.010-cu maddələrinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər; narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər; narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmin qanunun 21.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq və külli miqdarı, habelə onların prekursorlarının və qanunsuz kultivasiya edilən tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) xeyli və külli miqdarı müvafiq qanunlarla müəyyən edilir. Məhkəmə kollegiyası hesab edir ki, həm birinci, həm də apelyasiya instansiyası məhkəmələri açıq, ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş məhkəmə iclaslarında faktları araşdırıb maddi və prosessual hüquq normalarının tətbiqini yoxlayarkən Azərbaycan Respublikası CPM-in 145-ci maddəsinin tələblərinə uyğun olaraq sübutların hər birisini onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə düzgün qiymətləndirmiş və haqlı olaraq məhkumun və şahidlərin verdiyi ifadələri və digər sübutları məhkəmə qərarlarının əsasına qoymuşlar. Məhz bu sübutları qanuna müvafiq qaydada qiymətləndirərək məhkəmələr tam əsaslı olaraq Məhkum əməlini Azərbaycan Respublikası CM-in 234.4.1, və 234.4.3-cü maddələri ilə düzgün tövsif etmiş, yekun qərarlar qəbul edərkən isə qanunsuz yolla əldə edilmiş sübutlardan istifadə etməmişlər. Insan Hüquqları üzrə Avropa Məhkəməsinin “Taxquet Belçikaya qarşı” ## ###### 2009cu il, “Xirvisari Finlandiyaya qarşı” ## ######## 2001-ci il, “X5rşı” ## ###### 1994-cü il və “Hacianastassion Yunanıstana qarşı” ## ###### 1992-ci il tarixli qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. Məhkəmə kollegiyası hesab edir ki, birinci və apelyasiya instansiyaları məhkəməsi tərəfindən aparılan məhkəmə istintaqı zamanı verilmiş ifadələrin mötəbərliyi şübhə doğurmadığından və iş üzrə toplanmış digər sübutlarla öz təsdiqini tapdığından, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş, obyektiv sübutların məcmusu ilə Məhkum məhkəmələr tərəfindən müəyyən edilən maddə üzrə cinayət əməlini törətməsi tamamilə sübuta yetirilir. Məhkəmə kollegiyası cinayət işinin materiallarını bir daha təhlil edərək belə nəticəyə gəlir ki, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, və 234.4.3-cü maddələri ilə təqsirli bilinməsinə dair işə baxan birinci instansiya məhkəməsi Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 143-146-ci maddələrinin tələblərinə əməl edərək adı çəkilən məhkumun qeyd edilən cinayətlərin törədilməsində təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplamış və bu sübutların hər birinin mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarı qəbul edilmişdir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq hökmü dəyişdirmədən saxlamış və iş üzrə toplanmış digər sübutların məcmusu belə bir nəticəyə gəlməyə əsas verir ki, məhkum Məhkum barəsində olan cinayət işinin apellyasiya instansiya məhkəməsinin yeni baxışına təyin edilməsi və ya qərarın dəyişdirilməsi üçün də əsaslar yoxdur. Məhkəmələrin əsaslandıqları sübutların ibtidai araşdırma zamanı toplanması və həmin sübutların məhkəmə iclaslarında araşdırılması zamanı hər hansı bir qanun pozuntusuna yol verilməsi, qanunsuz yolla əldə edilmiş sübutlardan istifadə edilməsi və ya sübutların tədqiqindən əsassız imtina olunması müəyyən edilməmişdir. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, məhkəmələr Məhkum cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halların düzgün müəyyən olunmasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almış, ona təqsirli bilindiyi maddənin sanksiyası həddində cəza təyin edilmişdir. Məhkəmələrin mübahisə olunan yekun qərarlarından görünür ki, məhkəmələr məhkum edilmiş şəхs Məhkum cəza təyin edərkən əməlində cəzasını yüngülləşdirən hal kimi CM-in 59.2ci maddəsinə əsasən onun 3-cü qrup əlil olması və hemofiliya xəstəliyinin olmasını, CM-in 61.1.1-ci maddəsinə əsasən Məhkum əməlində cinayətin təhlükəli residivinin olması onun cəzasını ağırlaşdıran hal kimi müəyyən edilmiş, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, onun şəxsiyyətini səciyyələndirən halların əsas götürülərək ona CM-nin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyası çərçivəsində cəza təyin olunması qənaətinə gəlmişdir ki, məhkəmə kollegiyası da təyin edilmiş qəti cəzanı məhkum edilmiş şəxsi xarakterizə edən hallara və cinayət əməllərinə adekvat hesab edir. Belə ki, iş materiallarında olan Daxili Işlər Nazirliyi Baş Əməliyyat və Statistik Informasiya Idarəsindən alınmış tələbnamədən, qərarların surətlərindən və Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ## #### 2024-cü il tarixli, *(***)-***/**** saylı hökmündən görünür ki, Məhkum Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ## #### 2019-cu il tarixli hökmü ilə CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək qəti olaraq 02 il 05 ay 29 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, bundan başqa Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 02 iyun 2021-ci il tarixli hökmü ilə CM-in 234.1 və 177.2.1; 177.2.3-cü maddələri ilə təqsirli bilinərək hökmlərin məcmusu qaydasında CM-in 67.1-ci maddəsinə əsasən qəti olaraq 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## ###### 2022-ci il tarixli qərarı ilə ona Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ##.##.2021-ci il tarixli hökmü ilə təyin edilmiş 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsi “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin ## ###### 2021-ci il tarixli Qərarının 4-cü bəndinə əsasən altı ay müddətinə azaldılmış, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## #### 2022-ci il tarixli qərarı ilə həmin hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 02 ay 25 gün müddətindən şərti olaraq vaxtından əvvəl azad olunmuşdur. Həmçinin Məhkum Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ## #### 2024cü il tarixli hökmü ilə CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. CM-in 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. CM-in 18.2.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs, yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda cinayətin təhlükəli residivini yaradır. Məhkəmə kollegiyası yuxarıdakılara əsasən hesab edir ki, Məhkum məhkumluğu ödənilmədiyindən onun əməlində cinayətin təhlükəli residivi mövcuddur. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, məhkəmələr tərəfindən tərəfindən Məhkuma cəza təyin olunarkən onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar və cəza təyin etmənin ümumi prinsiplərini özündə ehtiva edən CM-in 8.1, 41.2, 58.1, 58.3, 59, 61-ci maddələrinin tələbləri, habelə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il ## #### tarixli ** №-li qərarının tövsiyələri, habelə sosial ədalətin bərpası kimi hallar nəzərə alınaraq ona qanuni və kifayət qədər ədalətli cəza təyin olunmuşdur. Iş materiallarında təqsirləndirilən şəxs Məhkum təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının yüngülləşdirilməsi üçün hər hansı qanuni əsas yoxdur. Beləliklə, məhkəmə kollegiyası cinayət işinin materiallarını bir daha təhlil edərək apellyasiya instansiya məhkəməsinin iş üzrə gəldiyi yuxarıda göstərilən nəticəni qanuni və əsaslı sayır və belə qənaətə gəlir ki, məhkum Məhkum əməlinin tövsifi ilə bağlı istər birinci instansiya, istərsə də apellyasiya instansiya məhkəməsi Azərbaycan Respublikası CPM-in 143- 146-cı maddələrinin tələblərinə əməl edərək adı çəkilən məhkumun CM-in 234.4.1 və 234.4.3cü maddələrində nəzərdə tutulan cinayətlərin törədilməsində təqsirli bilinməsi haqqında mötəbər nəticəyə gəlmək üçün qanuni üsullarla kifayət qədər sübutlar toplamış, həmin sübutlar ədalət mühakiməsinin prinsiplərinə uyğun olaraq ağlabatan müddətlərdə keçirilmiş məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırılmış və məhkəmə onların hər birisini ayrıayrılıqda və məcmu qaydasında mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarı qəbul etmişdir. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya şikayətinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya şikayətinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də hesab edir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının *(***)-***/**** nömrəli, ## ###### 2025-ci il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətində onun ləğv edilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, şikayətin təmin edilmədən, həmin qərarın isə dəyişiklik edilmədən saxlanılması mümkündür. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının *(***)-***/**** nömrəli, ## ###### 2025-ci il tarixli qərarı məhkum Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar