Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(1-8)-341/2026 10.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Muxtarov Teyyub Asif oğlu (sədrlik edən), Mövsümov Nazim Rasim oğlu və Cəfərov Ilqar Xanlar oğlundan ibarət tərkibdə, Cəbrayılova Sevinc Elton qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, R dövlət ittihamçısı1 və məhkum Məhkum iştirakları ilə, Məhkum barəsində olan cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2026-cı il ## ###### tarixli, *(***)-***/**** nömrəli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında mahiyyəti üzrə baxaraq MÜƏYYƏN E T D İ: Qobustan Rayon Məhkəməsinin (Hakim Mayılov Samir Ilham oğlu) 2025-ci il # ###### tarixli, *(***)-**/**** nömrəli hökmü ilə ## ######## 1996-cı il tarixdə Masallı rayonu, Həsənli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olan, natamam orta təhsilli, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, Masallı rayonu, Həsənli kəndində qeydiyyatda olmaqla yaşayan, hazırda azadlıqdan məhrum etmə növündə cəza çəkən, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci, 177.2.2-ci və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## #### 2025-ci il tarixli, *(***)- **/**** saylı hökmü ilə təyin olunmuş 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasının hazırki hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməsi, ona qəti olaraq 2 (iki) il 9 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, CM-in 69.3-cü maddəsinə əsasən ## ###### 2025-ci il tarixdən ## ###### 2025-ci il tarixədək şübhəli şəxs qismində tutulub saxlanıldığı iki gün və Bakı şəhəri Səbail Rayon Məhkəməsinin icraatında olmuş cinayət işi üzrə ## ######## 2024-cü il tarixdə saxlanıldığı bir gün müddətin bir günü ona təyin edilən azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər hesablanmaqla, ümumilikdə 3 (üç) gün müddətin həmin cəzadan çıxılması, üzərində qəti olaraq 2 (iki) il 8 (səkkiz) ay 27 (iyirmi yeddi) gün müddətinə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin əvvəlinin həbs edildiyi vaxtdan, yəni ## ###### 2025-ci il tarixdən hesablanması hökm edilmişdir. Həmin hökmdən təqsirləndirilən şəxs Məhkum tərəfindən apellyasiya şikayəti verilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (Hakimlər X3 (sədrlik edən), X2 və X1 ibarət tərkibdə) 2026-cı il ## ###### tarixli, *(***)-***/**** nömrəli qərarı ilə hökm Məhkum münasibətdə dəyişdirilmiş, “Konstitusiya və Suverenlik Ili” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin ## ###### 2025-ci il tarixli Qərarının 3.1-ci bəndinə əsasən Məhkum təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının ##.##.2025-ci il tarixə çəkilməmiş 2 (iki) il 4 (dörd) ay 21 (iyirmi bir) gün hissəsi 6 ay azaldılmış və həmin tarixə onun çəkilməmiş cəzası 1 (bir) il 10 (on) ay 21 (iyirmi bir) gün müəyyən edilmiş, apellyasiya şikayəti qismən təmin edilmiş, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. IŞIN HALLARI: Məhkəmənin hökmünə əsasən Məhkum ona görə məhkum edilmişdir ki, o, qəsdən, tamah niyyəti ilə özgəsinin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib cinayət əlaqəsinə girərək # ####### 2024-cü il tarixdə saat 22 radələrində Zərərçəkmiş şəxs məxsus, Qobustan rayonu, Qobustan şəhərində yerləşən fərdi yaşayış evinin həyətini əhatə edən hasarın üzərindən aşmaqla evin həyətyanı sahəsinə qanunsuz daxil olduqdan sonra Təqsirləndirilən şəxs həmin evin zirzəmisinin giriş qapısının üzərindəki qıfılı təpik ilə vurub sındıraraq yerindən çıxarmış, bundan sonra birlikdə əvvəlcə evin zirzəmisinə, oradan isə evə qanunsuz daxil olaraq evin otaqlarından birində olan hər biri 160 metr uzunluqda, 0,4 santimetr diametrində olan, izolə olunmuş, bir ədədinin qiyməti 50 manat olmaqla, ümumi dəyəri 100 manat təşkil edən 2 (iki) top elektrik naqilini, 20 manat dəyərində 1 (bir) ədəd mexaniki ətçəkən maşını və hər biri 500 qram ağırlığında olan, alüminium materialdan hazırlanmış, bir ədədinin qiyməti 30 manat olmaqla, ümumi dəyəri 120 manat təşkil edən 4 (dörd) ədəd qazanı, evin dəhlizində olan 1490 manat dəyərində 1 (bir) ədəd “Total” markalı elektrik generatorunu və 180 manat dəyərində 1 (bir) ədəd elektrikli mühərriklə işləyən su nasosunu gizli yolla talayaraq zərərçəkmiş Zərərçəkmiş şəxs ümumilikdə 1910 (bir min doqquz yüz on) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan əlavə о, təkrarən, qəsdən, tamah niyyəti ilə özgəsinin əmlakını gizli olaraq talama məqsədi ilə ## ####### 2024-cü il tarixdə saat 2 radələrində Qobustan rayonunun Bədəlli kəndi ərazisində yerləşən, “xxxx” MMC-yə məxsus olan, hazırda fəaliyyət göstərməyən, adı olmayan istirahət mərkəzinin girişindəki metal torun üzərindən aşmaqla istirahət mərkəzinin həyətyanı sahəsinə qanunsuz daxil olduqdan sonra həmin istirahət mərkəzinin həyətyanı sahəsindəki tikilinin 80 manat dəyərində 1 (bir) ədəd qapısını və həmin tikilidə olan 2 (iki) ədəd sanitar qovşağının bir ədədinin qiyməti 80 manat olmaqla, ümumi dəyəri 160 manat təşkil edən 2 (iki) ədəd qapısını yerindən söküb çıxararaq cəmi 3 (üç) ədəd plastik materialdan olan qapını gizli yolla talayaraq zərərçəkmiş hüquqi şəxs “xxxx” MMC-yə ümumilikdə 240 (iki yüz qırx) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bununla da, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci, 177.2.2-ci və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmişdir. KASSASIYA ŞIKAYƏTININ DƏLILLƏRI, MƏHKUMUN VƏ DÖVLƏT ITTIHAMÇISININ ÇIXIŞLARI: Məhkum kassasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, o, ailəlidir, himayəsində 3 azyaşlı övladı var, bir qardaşı 2010-cu ildə şəhid olmuş, digər qardaşı isə torpaqların azad olunması uğrunda gedən döyüşlərdə iştirak etmiş və qazidir. Məhkum kassasiya şikayətində göstərilənlərə əsasən cəzasının yüngülləşdirilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən məhkum Məhkum kassasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı dövlət ittihamçısı1 kassasiya şikayətinin təmin olunmamasını və Məhkum barəsində olan cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2026-cı il ## ###### tarixli, *(***)-***/**** nömrəli qərarının dəyişdirilmədən saxlanması barədə qərar qəbul edilməsini xahiş etdi. HÜQUQI MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunların normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərini yoxlayır. Məhkum kassasiya şikayətində əməlinin tövsifini mübahisələndirməmiş, yalnız təyin edilmiş cəzanın ağırlığını mübahisələndirərək apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilməsi barədə tələbini CPM-in 416.1.21-ci maddəsində nəzərdə tutulan halla əlaqələndirmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya müraciətinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin III bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## ### 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumiləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin olunması barədə məhkumun, kassasiya şikayətinin təmin olunmaması barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Məhkum kassasiya şikayətində əməlinin tövsifini mübahisələndirməsə də, məhkəmə kollegiyası hesab edir ki, cinayət işinin materiallarından da göründüyü kimi, məhkum Məhkum ona qarşı irəli sürülmüş ittihamda təqsirli olması cinayət işi üzrə toplanmış, məhkəmələr tərəfindən yoxlanılaraq qiymətləndirilmiş mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Istər birinci instansiya məhkəməsi, istərsə də apellyasiya instansiyası məhkəməsi hərtərəfli, tam və obyektiv araşdırma apararaq məhkumun ona qarşı irəli sürülmüş ittihamda təqsirli bilinməsi və cəzalandırılması qənaətinə gəlmişlər. Məhkəmə kollegiyası cinayət işi üzrə toplanmış sübutları yenidən sadalamayaraq həmin sübutlarla bağlı məhkəmələrin qiymətləndirməsi ilə razılaşır. Məhkəmə kollegiyası hesab edir ki, məhkuma təyin edilmiş cəza da həm növü, həm də həddi baxımından onun tərəfindən törədilmiş cinayət əməllərinin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, eləcə də məhkumun şəxsiyyətinə, eləcə də onun cəzasını yüngülləşdirən və ağırlaşdıran hallara uyğundur və ona cəza, CM-in 65.2-ci maddəsinin tələblərinə uyğun olaraq təyin edilmişdir. Məhkəmə kollegiyası məhkuma təyin edilmiş cəzanın yüngülləşdirməsi üçün heç bir əsas tapa bilmir. Qeyd edilənləri yekunlaşdıraraq məhkəmə kollegiyası hesab edir ki, məhkumun kassasiya şikayəti təmin edilməməli, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının ##.##.2026-cı il tarixli qərarı, kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdılr. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin.
Məhkəmə qərarları › İş №1(1-8)-341/2026
Ali Məhkəmə Qərar — İş №1(1-8)-341/2026
10.06.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver