Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(1-8)-343/2026 23.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), X2 Iskəndər oğlu və Hüseynov Zaur Nazim oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru Imranov Hafiz Beykəs oğlunun və məhkum Məhkum iştirakları ilə, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2024-cü il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 234.4.2 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək məhkum edilməsinə dair cinayət işi üzrə həmin hökmdən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməməsi haqqında Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin ## ####### 2024-cü il tarixli qərarının dəyişdirilmədən saxlanılması barədə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının apellyasiya şikayətinə ilkin baxış iclasının ## #### 2025-ci il tarixli qərarından məhkum Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2024-cü il tarixli hökmü ilə (hakimlər Rzayeva Aynur Tapdıq qızı (sədrlik edən və məruzəçi), Hümbətov Fəhmin Zaur oğlu və Əliyev Hafiz Samir oğlundan ibarət məhkəmə tərkibində) Məhkum, ## ###### 1998-ci il tarixdə Xaçmaz rayonunun Yeni-Sudur kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, heç yerdə işləməmiş, əvvəllər məhkum olunmamış, Xaçmaz rayonunun Yeni-Sudur kəndində qeydiyyatda olmaqla faktiki olaraq Xaçmaz rayonu, Xudat şəhəri, C.Naxçıvanski küçəsində yerləşən fərdi yaşayış evində yaşamış CM-in 234.4.2 və 234.4.3-cü maddələrinə əsasən nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən onun həbsdə saxlandığı 2 (iki) ay 17 (on yeddi) gün müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla üzərində qəti olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 5 (beş) il 9 (doqquz) ay 13 (on üç) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, CM-in 93.1.2-ci maddəsinə əsasən isə onun barəsində narkomaniyadan məcburi müalicənin təyin edilməsi və ərazi narkoloji dispanserinde qeydiyyata götürülməsi qərara alınmışdır. Işin halları: Məhkəmənin hökmünə əsasən, Məhkum satış məqsədi ilə istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq əldə etdiyi külli miqdarda, yəni 2,04 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini və 1,447 qram çəkidə psixotrop maddə olan metamfetamini üzərinə saxlamaqla daşımış, həmin narkotik vasitəni ## ###### 2022-ci il tarixdə, saat 23:50 radələrində Xaçmaz rayonu, Xudat şəhəri, Niyazi küçəsində yerləşən * nömrəli evin yaxınlığında tanışı təqsirləndirilən şəxs1 külli miqdarda, yəni 2,04 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini 60 manata satmış və həmin vaxt üzərində saxlayaraq daşıdığı 1,447 qram psixotrop maddə olan metamfetamini təqsirləndirilən şəxs1 təmənnasız olaraq vermiş, bununla da o, külli miqdarda satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni əldə edib saxlamaqla daşımış və satmış, satış məqsədi ilə qanunsuz olaraq psixotrop maddəni əldə edib saxlamaqla daşımışdır. Bundan başqa o təkrar, satış məqsədi ilə istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq əldə etdiyi külli miqdarda, yəni 8,352 qram narkotik vasitə olan heroindən ## ###### 2022-ci il tarixdə, saat 20 radələrində Xaçmaz rayonu, Xudat şəhəri, Zərdabi küçəsində yerləşən, təqsirləndirilən şəxs3 məxsus * nömrəli evdə, həmin evdə usta işləyən təqsirləndirilən şəxs2 6,480 qram narkotik vasitə olan heroini, 0,036 qram psixotrop maddə olan metamfetamini, 2,164 qram narkotik vasitə olan qurudulmuş marixuananı təmənnasız verdikdən sonra qalan 1,872 qram narkotik vasitə olan heroini üzərində saxlamaqla daşımış, bu fakt ## ###### 2022-ci il tarixdə o, Xaçmaz rayon polis şöbəsinin Xudat polis bölməsinin əməkdaşları tərəfindən Xaçmaz rayonu, Xudat şəhəri, Niyazi küçəsində saxlanılaraq Xudat polis bölməsinə dəvət edilmiş və Xudat şəhəri, H.Əliyev küçəsi 1 ünvanında yerləşən Xudat polis bölməsinin inzibati binasında saat 23:10-23:25 müddətində onun üzərinə şəxsi axtarış keçirilərkən əynindəki şalvarın ön sağ cibinin üst hissəsində olan kiçik cibdə bir ədəd kağız bükümdə 1,872 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar olunaraq götürülmüş, bununla da o, təkrar, satış məqsədi ilə qanunsuz olaraq psixotrop maddəni və külli miqdarda narkotik vasitələri əldə edib saxlamaqla daşımışdır. Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2024-cü il tarixli hökmü ## #### 2024-cü il tarixdə qanuni qüvvəyə minmiş və həmin tarixdə də icraya yönəldilmişdir. # ######## 2024-cü il tarixdə məhkum Məhkum Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2024-cü il tarixli hökmündən apellyasiya şikayəti verərək və eyni tarixli vəsatətlə məhkəməyə müraciət edərək həmin hökmdən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsini xahiş etmişdir. Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin ## ####### 2024-cü il tarixli qərarı ilə (sədrlik edən hakim Rzayeva Aynur Tapdıq qızı) məhkum Məhkum hökmdən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa olunması barədə vəsatəti əsassız olduğundan təmin edilməmişdir. Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin ## ####### 2024-cü il tarixli qərarından məhkum Məhkum tərəfindən apellyasiya şikayəti verilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Məmmədov Elçin Qüdrət oğlu (sədrlik edən və məruzəçi), Ağayev Rəşadət Əhməd oğlu və Əsgərova Ruhiyyə Orucəli qızından ibarət tərkibdə) apellyasiya şikayətinə ilkin baxış iclasının ## #### 2025-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının ## #### 2025-ci il tarixli qərarından məhkum Məhkum kassasiya şikayəti verərək hökmdən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa olunması haqqında qərarın qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, barəsində olan Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2024-cü il tarixli hökmünün surətini əldə etdiyi gündən sonrakı gün apellasiya şikayəti vermiş, lakin məhkəmə onun apellyasiya şikayəti vermək üçün qanunla nəzərdə tutulmuş müddəti ötürdüyünü bildirmişdir. Halbuki, o, apellyasiya şikayətini hökmün surətini aldıqdan dərhal sonra, yəni növbəti gün verdiyindən qanunla nəzərdə tutulmuş 20 gün müddəti buraxmamış və bu haqda məhkəmə iclaslarında bildirməsinə baxmayaraq onun vəsatəti təmin edilməmişdir. Şikayət müəllifi daha sonra qeyd etmişdir ki, apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa olunmamasına dair apellyasiya instansiyası məhkəməsinin qərarını da o, hal-hazıradək əldə etməmişdir. Odur ki, qeyd olunanları nəzərə alaraq Məhkum barəsindəki hökmdən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa olunması haqqında qərarın qəbul olunmasını xahiş edir. Hüquqi məsələlər: Məhkum Məhkum kassasiya şikayətinin dəlillərinə cavab olaraq məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-in 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini müəyyən edən CPM-in 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. CPM-in 419.11-ci maddəsinin tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxaraq və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-in 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Daha sonra məhkəmə kollegiyası vurğulayır ki, cinayət-prosessual qanunvericiliyində müəyyən edilmiş müddətlər ədalət mühakiməsinin həyata keçirilməsində xüsusi rol oynayır. Cinayət mühakimə icraatı vasitəsi ilə təsbit edilən müddətlərdə proses iştirakçılarının hüquq və vəzifələri yaranır, icra olunur və ya onlara xitam verilir. Müddət, proses iştirakçılarına hökm edib onları özünə tabe edən, inkar edilməsi mümkün olmayan və hamılıqla sözsüz qəbul edilməli olan bir rəhbərdir. Buna əsasən qanunverici cinayət-prosessual fəaliyyətin məqsədlərinə nail olmaq üçün prosessual müddətləri təsbit etmişdir. Bu müddətlər ərzində cinayət prosesinin iştirakçıları müəyyən prosessual hərəkətlər etməli və ya həmin prosessual hərəkətlərin edilməsindən çəkinməlidirlər. Bu təhlilin prizmasından yanaşaraq məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hökmlərindən və ya digər yekun qərarlarından apellyasiya şikayətlərinin və ya apellyasiya protestlərinin verilməsi qaydasını və müddətləri tənzimləyən cinayətprosessual qanunvericiliyin normalarına müraciət etməyi zəruri bilir. Əvvəla məhkəmə kollegiyası qeyd edir ki, CPM-in 381.1-ci maddəsinə əsasən, birinci instansiya məhkəmələri tərəfindən çıxarılmış hökm və ya qərarlardan bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada apellyasiya instansiyası məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. CPM-in 384.1.1-ci maddəsinin tələləbrinə görə, iş üzrə ittiham və ya bəraət hökmü çıxarıldıqda, apellyasiya şikayəti və ya apellyasiya protesti apellyasiya şikayəti və ya apellyasiya protesti vermək hüququna malik olan şəxslər tərəfindən hökm və ya məhkəmənin digər qərarının elan olunduğu andan, bu Məcəllənin 384.2-ci maddəsində nəzərdə tutulmuş halda isə hökmün və ya müvafiq qərarın surətinin həmin şəxsə verildiyi andan 20 (iyirmi) gün müddətində verilir. CPM-in 384.2-ci maddəsində təsbit edilmişdir ki, həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmündən apellyasiya şikayəti hökmün və ya müvafiq qərarın surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində verilir. Cinayət prosesinin hər bir iştirakçısının, o cümlədən məhkum olnmuş şəxsin təkrar məhkəməyə müraciət etmək hüququnun təmin edilməsi məqsədilə qanunvericilikdə yuxarıda göstərilən müddətlər buraxılmaqla apellyasiya şikayətinin və ya apellyasiya protestinin verildiyi hallarda üzrlü səbəblərdən buraxılmış müddətin bərpa edilməsi mümkünlüyü də nəzərdə tutulmuşdur. Belə ki, CPM-in 386.1-ci maddəsinin tələblərindən görünür ki, apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilməsi müddəti üzrlü səbəblərə görə buraxıldıqda, bu Məcəllənin 383-cü maddəsində göstərilən şəxslər hökm və ya qərarı çıxarmış birinci instansiya məhkəməsi qarşısında buraxılmış müddətin bərpa edilməsi haqqında vəsatət qaldırmaq hüququna malikdirlər. CPM-in 386.2-ci maddəsinə əsasən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilmə müddətinin bərpa edilməsi məsələsi birinci instansiya məhkəməsində məhkəmə iclasında sədrlik edən və ya hakim tərəfindən həll edilir. CPM-in 386.3-cü maddəsinə görə, apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilməsi müddətinin bərpa olunmasına dair vəsatət rədd edildikdə, bu qərardan apellyasiya instansiyası məhkəməsinə şikayət və ya protest verilə bilər. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayəti və apellyasiya protestinin verilmə müddətini bərpa etdikdə öz qərarını icra üçün birinci instansiya məhkəməsinə göndərir. CPM-in 391.3.3-cü maddəsində apellyasiya instansiyası məhkəməsinin ilkin baxış iclasında qəbul etdiyi qərarlardan biri kimi apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilməsi üçün müəyyən edilmiş müddətin bərpa edilməsi və ya bərpanın rədd edilməsi haqqında qərarın qəbul edilməsi nəzərdə tutulmuşdur. Belə qərarlardan isə kassasiya şikayətini və ya kassasiya protestini vermək hüququna malik olan şəxslər tərəfindən 1 (bir) ay müddətində kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi CPM-in 410.1.1-ci maddəsində təsbit edilmişdir. Qanunvericiliyin şərh edilən normalarına əsasən cinayət işinin materiallarının təhlili nəticəsində müəyyən edilir ki, iş materiallarına əlavə edilmiş sənədlərə görə, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2024-cü il tarixli hökmünün surəti ## ###### 2024-cü il tarixli *(***)-*/**** saylı məktubla poçt vasitəsilə məhkum Məhkum təqdim olunması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin * saylı Istintaq Təcridxanasına göndərilmiş və ## ###### 2024-cü il tarixdə ondan qəbz alınmaqla məhkuma verilmişdir. Bu tarixdən hesablanmaqla 20 (iyirmi) gün müddətində hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədiyindən hökm ## #### 2024-cü il tarixdə qüvvəyə minmiş və həmin tarixli göstərişlə icraya yönəldilmişdir. Yalnız, # ######## 2024-cü il tarixdə, yəni hökmün surəti ona verildiyi gündən 6 (altı) ay 18 (on səkkiz) gündən sonra məhkum Məhkum onun barəsindəki ## ###### 2024-cü il tarixli hökmdən apellyasiya şikayəti vermiş və eyni zamanda Sumqayıt Ağır Cinayətlər Məhkəməsi qarşısında apellyasiya şikayətinin verilməsi üçün qanunda nəzərdə tutulmuş müddətin bərpa edilməsi haqqında vəsatət qaldırmışdır. Cinayət işinin materiallarından göründüyü kimi, toplanmış və araşdırılmış sübutlarla məhkum Məhkum hökmdən apellyasiya şikayətinin verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müddətdə və bundan sonra ağır xəstəliyə tutulması, bu müddətdə fövqəladə hadisənin baş verməsi və ya onun hər hansı başqa üzrlü səbəblərdən vaxtında apellyasiya şikayəti verməsi üçün maneə yaradan hallar iş materialları ilə müəyyən edilmir. Məhkum Məhkum isə kassasiya şikayətində müddəti ötürmədiyini, hökmün surətini aldığı gündən sonrakı gün şikayət verdiyini iddia etsə də, məhkəmələrə bu halları təsdiq edən heç bir sübut təqdim etməmişdir. Halbuki, CPM-in 139.0.6-cı maddəsinə əsasən, cinayət təqibi üzrə icraat zamanı bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar da yalnız sübutlara əsasən müəyyən edilir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq vurğulamağı lazım bilir ki, cinayət işinin materiallarından göründüyü kimi, məhkum Məhkum və birinci instansiya məhkəməsində onun hüquqlarını müdafiə etmiş Sumqayıt şəhər * saylı Vəkil Bürosunun vəkili Kazımov Isməli Əlican oğlu hazırkı cinayət işinə mahiyyəti üzrə baxılmasına dair məhkəmə iclaslarında və hökmün elan olunmasında iştirak etmiş, onlara hökmdən apellyasiya şikayətinin verilməsi qaydası və müddətləri izah olunmuş (bu haqda qeydlər hökmün nəticəvi hissəsində də əks olunmuşdur) və onların hökmdən qanunvericilikdə nəzərdə tutulmuş müddətdə apellyasiya şikayətlərini vermələri üçün heç bir maneə olmamışdır. Məhz buna görə də apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi haqqında məhkum Məhkum vəsatətinə baxan Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimi həmin müddətin bərpa edilməsi üçün heç bir üzrlü səbəb müəyyən etmədiyindən ## ####### 2024-cü il tarixdə qəbul etdiyi qərarla məhkumun vəsatətini təmin etməmiş, apellyasiya instansiyası məhkəməsi isə ## #### 2025-ci il tarixli qərarla haqlı olaraq birinci instansiya məhkəməsinin həmin qərarını dəyişdirilmədən saxlamışdır. Kassasiya kollegiyası yuxarıda göstərilənləri və qanunvericiliyin şərh edilən tələblərini nəzərə alaraq birinci instansiya məhkəməsinin hökmündən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi haqqında məhkum Məhkum vəsatətinin rədd edilməsini qanuni və əsaslı hesab edir və bu baxımdan kassasiya şikayətinin dəlillərini qəbuledilməz sayaraq bu dəlillər üzərində qurulmuş tələbin təmin edilməsini mümkün bilmir. Buna görə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə tədqiq edib həmin şikayətin təmin edilməsi barədə məhkum Məhkum, kassasiya şikayətinin təmin edilməməsi barədə isə dövlət ittihamçısı H.B.Imranovun çıxışlarını dinləyərək hesab edir ki, kassasiya şikayəti təmin edilməməli və Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2024-cü il tarixli hökmü ilə Məhkum CM-in 234.4.2 və 234.4.3-cü maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə həmin hökmdən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməməsi haqqında Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin ## ####### 2024-cü il tarixli qərarının dəyişdirilmədən saxlanılması barədəSumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının apellyasiya şikayətinə ilkin baxış iclasının ## #### 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum Məhkum kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2024-cü il tarixli hökmü ilə Məhkum CM-in 234.4.2 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək məhkum edilməsinə dair cinayət işi üzrə həmin hökmdən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməməsi haqqında Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin ## ####### 2024-cü il tarixli qərarının dəyişdirilmədən saxlanılması barədə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının apellyasiya şikayətinə ilkin baxış iclasının ## #### 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(1-8)-343/2026
Ali Məhkəmə Qərar — İş №1(1-8)-343/2026
23.06.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver