Məhkəmə qərarları › İş №1(1-8)-345/2026

Ali Məhkəmə Qərar — İş №1(1-8)-345/2026

14.05.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(1-8)-345/2026 14.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Hakimlər Qılıcov Ilqar Səyyad oğlu (sədrlik edən və məruzəçi) Rəcəbov Ilkin Əbülfəz oğlu və Cəfərov Vidadi Cəfər oğlundan ibarət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə Idarəsinin kassasiya instansiya məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, R X2, Məhkum – Məhkum iştirakları ilə, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin *(***)-**/**** nömrəli, ## ###### 2025-ci il tarixli qərarı ilə apellyasiya şikayəti vermə müddətinin bərpa olunması barədə vəsatətin təmin edilməməsinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının *(*-*)- **/**** nömrəli, ## ###### 2026-cı il tarixli qərarından məhkum Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin (hakim Hümbətov Fəhmin Zaur oğlunun sədrliyi ilə, hakimlər X1 və Rzayeva Aynur Tapdıq qızından ibarət tərkibdə) ## ### 2024-cü il tarixli 1(124)-85/2024 tarixli hökmü ilə, ## ###### 1968-ci ildə Quba şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta ixtisas təhsilli, subay, fərdi əməklə məşğul olan, məhkum olunmayan, ünvan 1 qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin ** saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi hökm edilmişdir. Məhkum Məhkum hökmdən qanunvericiliklə müəyyən olunmuş müddət ərzində apellyasiya şikayəti vermədiyinə görə, ## ####### 2025-ci il tarixdə apellyasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş prosessual müddətin bərpasına dair vəsatət və apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etmişdir. Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin (hakim Rzayeva Aynur Tapdıq qızının sədrliyi ilə) *(***)-**/**** saylı, ## ###### 2025-ci il tarixli qərarı ilə Məhkum tərəfindən verilmiş apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa olunması barədə vəsatət əsassız olduğundan təmin edilməmişdir. Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin *(***)-**/**** saylı, ## ###### 2025-ci il tarixli qərarından məhkum tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə baxan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər X5 (sədrlik edən və məruzəçi), X3 və X4 ibarət tərkibdə) *(*-*)-**/**** nömrəli, ## ###### 2026-cı il tarixli qərarı ilə məhkum Məhkum oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin *(***)-**/**** saylı, 13 noyabr 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının *(*-*)-**/**** nömrəli, ## ###### 2026-cı il tarixli qərarından məhkum tərəfindən kassasiya şikayəti verilmişdir. Kassasiya protesti yaxud kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. Iş üzrə yuxarıda qeyd edilən məhkəmə aktları çıxarılmışdır. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin müəllifi qeyd edir ki, məhkum apellyasiya şikayəti vermək üçün qanunla müəyyən edilmiş prosessual müddəti üzrlü səbəblərdən ötürmüşdür. Belə ki, iş materiallarından və şikayətdə göstərilən hallardan görünür ki, məhkum hökmün surətini aldıqdan sonra ## #### 2024-cü il tarixdən etibarən ** saylı Cəzaçəkmə Müəssisəsinin karantin bölməsində saxlanılmış, həmin bölmədən ümumi yaşayış korpusuna keçirilməsi isə təxminən 14 gün sonra baş vermişdir. Bu müddət ərzində onun hüquqi yardım almaq, prosessual sənədləri hazırlamaq və apellyasiya şikayətini tərtib etmək imkanları obyektiv olaraq məhdudlaşdırılmışdır. Bundan əlavə, məhkumun hüquqi biliklərinin kifayət qədər olmaması səbəbindən apellyasiya şikayətinin hazırlanmasında ona kömək göstərə biləcək şəxsin müəyyən edilməsi müəyyən vaxt tələb etmiş, nəticədə qanunla nəzərdə tutulmuş prosessual müddət ötürülmüşdür. Şikayətdə həmçinin göstərilir ki, məhkum latın qrafikalı Azərbaycan əlifbasında sərbəst oxuyub-yazmaq bacarığına malik deyildir. Bu hal onun məhkəmə qərarının məzmununu tam şəkildə qavramasına, hüquqi nəticələrini qiymətləndirməsinə və qanunla müəyyən edilmiş müddətdə müvafiq prosessual sənədləri hazırlayıb təqdim etməsinə ciddi maneə yaratmışdır. Kassasiya şikayətinin müəllifi hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin verilməsi müddətinin bərpasına dair vəsatətin təmin edilməməsi nəticəsində məhkumun müdafiə hüququ və məhkəməyə çıxış hüququ əsassız olaraq məhdudlaşdırılmış, bununla da onun prosessual hüquqlarının həyata keçirilməsinə maneələr yaradılmışdır. Nəticə etibarilə, qeyd olunanların nəzərə alınmasını, kassasiya şikayətinin təmin edilməsini, apellyasiya məhkəməsinin qeyd edilən qərarının dəyişdirilərək apellyasiya şikayəti vermə müddətinin üzrlü səbəbdən buraxılmasına dair vəsatətin təmin edilməsini xahiş edir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməsi barədə məhkumun, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-in 384.1-ci maddəsinə əsasən apellyasiya şikayəti və ya apellyasiya protesti, apellyasiya şikayəti və ya apellyasiya protesti vermək hüququna malik olan şəxslər tərəfindən hökm və ya məhkəmənin digər qərarının elan olunduğu, bu Məcəllənin 384.2-ci maddəsində nəzərdə tutulmuş halda isə həmin şəxsə verildiyi andan 20 (iyirmi) gün müddətində verilir. Eyni zamanda həmin Məcəllənin 384.2-ci maddəsinə görə həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmündən apellyasiya şikayəti hökmün və ya müvafiq qərarın surətinin ona verildiyi andan 20 gün müddətində verilir. Azərbaycan Respublikası CPM-in 386.1-ci maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilməsi müddəti üzrlü səbəblərə görə buraxıldıqda, bu Məcəllənin 383-cü maddəsində göstərilən şəxslər hökm və ya qərarı çıxarmış birinci instansiya məhkəməsi qarşısında buraxılmış müddətin bərpa edilməsi haqqında vəsatət qaldırmaq hüququna malikdirlər. Həmin Məcəllənin 386.2-ci maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilmə müddətinin bərpa edilməsi məsələsi birinci instansiya məhkəməsində məhkəmə iclasında sədrlik edən və ya hakim tərəfindən həll edilir. Həmin müddət yalnız üzrlü səbəbdən buraxıldıqda bərpa edilməsi mümkündür. Lakin iş materiallarında müddətin üzrlü səbəbdən buraxılmasını əks etdirən hər hansı bir sənəd mövcud deyildir və həmçinin kassasiya şikayətində də apellyasiya şikayəti vermək üçün müddətin bərpa olunmasına əsas ola biləcək bir dəlil yoxdur. Azərbaycan Respublikası CPM-in 412.3-cü maddəsinə görə kassasiya şikayəti və ya kassasiya protestinə, həmçinin müraciət edən şəxsin dəlillərini təsdiq edən sənədlər əlavə edilə bilər. Belə ki, iş materiallarından görünür ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin ## ### 2024-cü il tarixli, *(***)-**/**** saylı hökmünü məhkum Məhkum ## #### 2024-cü ildə müvafiq qəbzlə əldə etmişdir. Apellyasiya şikayəti isə ## ####### 2025-ci il tarixdə təqdim edilmişdir. Göründüyü kimi, apellyasiya şikayəti verilmə müddətindən üzrsüz səbəbdən 01 (bir) il 03 (üç) ay 28 (iyirimi səkkiz) gündən çox müddət keçmiş və məhkumun bu müddət ərzində apellyasiya şikayəti vermək imkanından məhrum edən hər hansı bir halın mövcud olması iş materialları ilə müəyyən olunmamışdır. Apellyasiya şikayəti verilməsi müddəti bitəndən 01 (bir) il 03 (üç) ay 28 (iyirimi səkkiz) gündən çox zaman keçdikdən sonra, yəni ## ####### 2025-ci il tarixdə məhkum Məhkum tərəfindən Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin ## ### 2024-cü il tarixli, *(***)-**/**** saylı hökmündən apellyasiya şikayəti verilməsi müddətinin bərpasına dair vəsatət vermişdir. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, məhkum apelyasiya şikayətinin vermə müddətinin buraxılmasının üzrlü səbəbdən olmasını təsdiq edən sübutlara istinad etməmişdir. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab edərək qeyd edir ki, hökmün elan olunduğu andan 20 gün müddətində məhkum Məhkum oğlunun apellyasiya şikayəti verə bilməməsini və bunun üzrlü səbəbdən baş verməsini təsdiq edən hər hansı bir sübutu vəsatətə əlavə etməmiş, nə də ki, məhkəmələrə təqdim etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti vermə müddəti üzrsüz səbəbdən buraxmaqla verildiyindən və iş materialları ilə müddətin üzrlü səbəbdən buraxılması müəyyən olunmadığından apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpası barədə vəsatətinin dəlilləri əsassızdır və ona görə də kassasiya şikayəti təmin edilməməlidir. Həmin müddət yalnız üzrlü səbəbdən buraxıldıqda bərpa edilməsi mümkündür. Lakin iş materiallarında müddətin üzrlü səbəbdən buraxılmasını əks etdirən hər hansı bir sənəd mövcud deyildir. Məhkəmə kollegiyası kassasiya şikayətinə münasibətdə bildirir ki, cinayət prosessual qanunvericilikdə müəyyən edilmiş müddətlər ədalət mühakiməsinin həyata keçirilməsində xüsusi rol oynayır. Cinayət mühakimə icraatı vasitəsi ilə təsbit edilən müddətlərdə proses iştirakçılarının hüquq və vəzifələri yaranır, icra olunur və ya onlara xitam verilir. Müddət, proses iştirakçılarına hökm edib onları özünə tabe edən, inkar edilməsi mümkün olmayan və hamılıqla sözsüz qəbul edilməli olan bir rəhbərdir. Buna əsasən qanunverici cinayət prosessual fəaliyyətin məqsədlərinə nail olmaq üçün prosessual müddətləri təsbit etmişdir. Bu müddətlər ərzində cinayət prosesinin iştirakçıları müəyyən prosessual hərəkətlər etməli və ya həmin prosessual hərəkətlərin edilməsindən çəkinməlidirlər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin ## ### 2024-cü il tarixli, *(***)-**/**** nömrəli hökmündən Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-**/**** nömrəli qərarı ilə apellyasiya şikayəti vermə müddətinin bərpa olunması barədə vəsatətin təmin edilməməsinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının *(*-*)-**/**** nömrəli, ## ###### 2026-cı il tarixli qərarı məhkum Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar